Kİ FİLİali
9. “Gəlin azərbaycanca danışaq” fransız (Parlons Azerbaidjan ais.L’Harmattan, 2008, Mişel Malerblə həmmüəllif), rumın (SaVorbim Azerbaidjana. İdeea Europeana, Buxarest 2010), ərəb (Abu Dabi, 2012, Ahmad Sami Elaydi ilə həmmüəllif) və macar (Budapeşt, 2011, Kenesey Mariya həmmüəllif) dillərində.
Azərbaycan Milli Elmlər Akademiyası
2. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı: Maarif, 1998, 281 səh.
3. Gizli Dədə Qorqud. Bakı: Yazıçı, 1991.
4. Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud-2. Bakı: Elm, 1999, 304 səh.
5. Лекции в Бакинском славянском университете. (Akademik A.Mirzəcanzadə ilə birlikdə). Bakı: Mütərcim, 2003,
6. Русский язык в Азербайджане. История, Современность, Перспективы. (İ.Həmidovla birlikdə). Bakı: Kitab aləmi, 2005.
7. Тайный “Деде Коркут”. Bakı: Mutərcim, 2006
8. Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud. Bakı: Mütərcim, 2009.
9. “Gəlin azərbaycanca danışaq” fransız (Parlons Azerbaidjan ais.L’Harmattan, 2008, Mişel Malerblə həmmüəllif), rumın (SaVorbim Azerbaidjana. İdeea Europeana, Buxarest 2010), ərəb (Abu Dabi, 2012, Ahmad Sami Elaydi ilə həmmüəllif) və macar (Budapeşt, 2011, Kenesey Mariya həmmüəllif) dillərində.
1. AMEA-nın həqiqi üzvü
2. Türk Dil Qurumunun həqiqi fəxri üzvü
3. Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü
4. Rus PEN-klubunun (Moskva) üzvü
5. Moskva Şəhər Pedaqoji Universitetinin Fəxri doktoru
2. Rusiya Federasiyasının Puşkin medalı ( 2007-ci il)
3. Humay mükafatı (2007-ci il)
4. 525-ci qəzetin “İlin romanı” adlı mükafatı
5. 525-ci qəzetin monitorinq qrupunun “İlin ədəbiyyat adamı” (2009-cu il)
6. Azərbaycanla Çexiya arasında münasibətlərin inkişafında mühüm roluna görə “Karl Kramej” medalı
7. Polşa Respublikasının Prezidenti Lex Kaçinski tərəfindən bu dövlətin “Böyük Xaç” kavaler ordeni (2009-cu il)
8. Polşanın müsbət simasının formalaşmasındakı mühüm xidmətlərinə görə Polşa Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi Diplomu
9. Dədə Qorqud Milli Fondunun “Dədə Qorqud Milli Mükafatı” (2010-cu il)
10. “Azərbaycan dünyası” beynəlxalq jurnalının “Vətən övladı” qızıl medalı
11. III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində “Yarımçıq əlyazma” romanına görə “Son 10 ilin ədəbi əsəri” mükafatı (2010-cu il)
12. Sofiya Universitetinin ali mükafatı – «Mavi Lent Fəxri Nişani» (“Honorary Blue Ribbon İnsignia”) (2013-cü il)
13. İtaliyanın Skanno mükafatının ədəbiyyat üzrə xüsusi prizi (2015-ci il)
14. “Qızıl Delviq” mükafatı (2016-cı il)
ŞƏKİ FİLİali
sözlərdir. Vokativ sözlər heyvanları, quşları çağırarkən,
yemləyərkən işlədilən sözlərdir. Məsələn, ho-ha, ho-ho, fişt-
fişt və s. Vokativ sözlər müəyyən situativ məqamda işlədilir.
Əgər nidalar üçün hissi cəhət xarakterikdirsə, vokativ sözlərə
iradi-əqli cəhət xasdır. Nidalar insanın öz daxili hiss və
həyəcanını ifadə etmək üçün qeyri-ixtiyari çıxardığı səslərdən
formalaşmışsa, vokativ sözlər insanların heyvanlara, quşlara
təsir etmək, onları yönəltmək məqsədi ilə şüurlu şəkildə
yaratdığı sözlərdir. Bundan başqa, dilimizdə nidalardan fərqli
olaraq, vokativ sözlərlə məhdud da olsa, yeni söz yaradılır.
Gülarə Abdullayeva
116
İnsana müraciətlə işlədilən ədə, əyə, əşi, aaz sözləri də
vokativ sözlərə daxil edilir. Bunlara imperativ sözlər də
deyilir. (2, 390)
ƏDƏBİYYAT:
1.Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya.
III hissə, “Maarif”, Bakı, 1983.
2. Kazımov Q. Müasir Azərbaycan dili. Morfologiya. Bakı,
2010.
3. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası.
II hissə, Bakı, 2007.
4. Müasir Azərbaycan dili. EA nəşri, II hissə, Bakı,
1980.
5. Müasir Azərbaycan dili proqramı. AMİ, Bakı, 2009.
6. Seyidov Y. Azərbaycan dilinin qrammatikası.
(Morfologiya), Bakı, 2000.
Müasir Azərbaycan dili
117
Sintaksis və onun vahidləri.
Mövzu № 4 Sintaktik əlaqələr
Söz birləşmələri
Mövzunun planı:
1.
Sintaksis şöbəsi və onun tədqiqat obyekti haqqında
məlumat
2.
Sözlər arasında məna və qrammatik əlaqələr. Məna
əlaqələri
3.
Tabesizlik əlaqəsi
4.
Tabelilik əlaqələri
5.
Söz birləşmələri, onların xarakterik xüsusiyyətləri,
təsnifi
6.
Əsas tərəfin ifadə vasitəsinə görə söz
birləşmələrinin növləri
Sintaksis şöbəsi və onun tədqiqat
obyekti haqqında məlumat
Sintaksis mənşəyinə görə yunan sözü olub, mənası
birləşmə, qurulma, tərtibat deməkdir. Bu sözdən dilçilik
termini kimi istifadə olunur. Dilçilikdə bu termin 2 mənada
işlənir: dilin sintaksisi, yəni dilin sintaktik quruluşu, bir də
qrammatikanın şöbəsi mənasında. Qrammatikanın bir şöbəsi
kimi sintaksis sözlərin söz birləşmələri və cümlələr şəklində
birləşməsi qaydasından bəhs edir. Sintaksis dilin qrammatik
quruluşu haqqında elm olmaq etibarilə sintaktik vahidlər
sistemini (yəni, söz birləşmələri, cümlələr, mürəkkəb sintaktik
bütövlər) sintaktik vahidlərin qurulmasını və bağlanma
vasitələrini öyrənir.
Gülarə Abdullayeva
118
Sintaksis əsasən 2 böyük bəhsdən ibarətdir: söz
birləşmələri və cümlələr.
Söz birləşmələri əşyalar arasında, əşyalarla əlamətlər,
hərəkətlər arasında əlaqələri ifadə edir. Söz birləşmələrini
əmələ gətirən sözlər əvvəlki mənalarını itirmir. Əgər dil
vahidlərini ən kiçikdən başlayıb sıralasaq, belə bir mənzərə
yaranar: səs, söz, söz birləşməsi, cümlə. Göründüyü kimi, söz
birləşməsi bir tərəfdən söz, digər tərəfdən isə cümlə ilə
həmsərhəddir. Bu da söz birləşməsinin həmsərhəd olduğu hər
iki dil vahidi ilə oxşar cəhətlərə malik olması ilə şərtlənir.
Söz birləşmələrinin mahiyyətini, onların tiplərini və
əmələgəlmə yollarını, birləşmədə iştirak edən tərəflərin
qrammatik əlamətlərini öyrənmək, söz birləşməsi ilə mürəkkəb
sözün, cümlənin oxşar və fərqli cəhətlərini aşkar etmək
sintaksisin ən zəruri məsələlərindəndir.
Söz birləşmələri sözlərin sintaktik əlaqələr vasitəsilə
birləşməsi sayəsində əmələ gəlib, sözlə aşağıdakı oxşar
xüsusiyyətlərə malikdir: söz birləşmələri də nominativlik
funksiyasını yerinə yetirir, müəyyən suala cavab verir, cümlə
üzvü yerində işlənir, başlanğıc forması olur, müəyyən şəkilçi
qəbul edərək dəyişir. Lakin bu oxşarlıqlarla yanaşı, söz
birləşmələrinin sözlərdən fərqli bir sıra cəhətləri vardır:
1. Hər şeydən əvvəl, söz leksik, söz birləşməsi isə
sintaktik vahiddir.
2. Söz birləşmələrinin ifadə etdiyi mənada, sözdən
fərqli olaraq, bir konkretlik, dəqiqlik, müəyyənlik olur.
3. Söz birləşməsi sözlərdən əmələ gəlir və onun
yaranmasında müəyyən sintaktik əlaqələrdən istifadə olunur.
4. Söz birləşməsi cümlənin mürəkkəb üzvü kimi çıxış
edir.
Tərəflərinin ifadə etdiyi leksik-semantik əlaqə, bu
əlaqənin xüsusiyyəti və xarakteri söz birləşmələrinin
müəyyənləşməsində mühüm rol oynayır. Bu cəhətdən söz
birləşmələri sərbəst və sabit birləşmələr adı ilə 2 böyük qrupa
Müasir Azərbaycan dili
119
ayrılır. Söz birləşməsinin bu iki növünün hər birinin
özünəməxsus xüsusiyyətləri vardır.
Əsl qrammatik birləşmələr dedikdə sərbəst birləşmələr
başa düşülür. Bu birləşmələri əmələ gətirən sözlər öz əsl
mənalarını, leksik müstəqilliyini saxlayır və birləşmənin
leksik-semantik deyil, leksik-qrammatik ünsürləri olur. Belə
birləşmələri hissələrinə ayırmaq, təhlil etmək olur və bu təhlil
onların ümumi ruhunu pozmur, birləşmənin əsas mənasına təsir
etmir. Sərbəst birləşmələrə dadlı meyvə, ağlayan uşaq, şəhərin
mərkəzi, kitab oxumaq və s. kimi birləşmələr misal ola bilər.
Sərbəst birləşmələr tabelilik əlaqəsi əsasında yaranır və
iki tərəfdən: birinci və ikinci tərəfdən ibarət olur. Tərəflərdən
biri digərini məna və qrammatik cəhətdən özündən asılı
vəziyyətə salır və tabeedən tərəf və ya əsas tərəf adlanır. Söz
birləşmələrində ikinci tərəf əsas tərəf olur. Digər tərəf, yəni
birinci tərəf isə tabeolan və ya asılı tərəf adlanır. Söz
birləşmələri adətən iki, bəzən də ikidən çox müstəqil sözün
məna və qrammatik cəhətdən birləşməsi nəticəsində yaranır.
Ona görə də iki sözlü birləşmələr sadə birləşmələr hesab
olunur. Məsələn, faydalı məsləhət, tələbə həyatı, evin qapısı
və s. İkidən artıq müstəqil sözdən əmələ gəlmiş birləşmələr
mürəkkəb birləşmələr hesab olunur. Məsələn, söylənilmiş
faydalı məsləhət, evin açıq qapısı və s. Söz birləşməsinin
mürəkkəb olması üçün ən azı üç müstəqil mənalı sözün iştirakı
vacibdir. Əgər həmin sözlərdən biri köməkçi nitq hissəsi olarsa,
birləşmə quruluşca yenə sadə olaraq qalır. Məsələn, xəstə üçün
məsləhət, sənin kimi tələbə və s. Əsas tərəfin ifadə vasitəsinə
görə söz birləşmələri üç növə ayrılır: ismi birləşmələr, feli
birləşmələr və zərf birləşmələri.
İsmi birləşmələr adı altında əsas sözü adlarla və ya
substantivləşmiş hər hansı bir sözlə ifadə olunan birləşmələr
nəzərdə tutulur.
İsmi birləşmələr iki böyük qrupa ayrılır:
1. Təyini söz birləşmələri.
Gülarə Abdullayeva
120
2. Qeyri- təyini ismi birləşmələr.
Təyini söz birləşmələri atributiv münasibətlər əsasında
yaranır, yəni təyinlə təyin olunanın birləşməsindən əmələ gəlir.
Təyini söz birləşmələrinin üç növü vardır:
a) birinci növ təyini söz birləşmələri;
b) ikinci növ təyini söz birləşmələri;
c) üçüncü növ təyini söz birləşmələri.
Qeyri-təyini ismi birləşmələr də əmələgəlmə yollarına,
tərəflərin ifadə vasitələrinə görə müxtəlif növlərə ayrılır.
Prof. Q. Ş. Kazımov Azərbaycan dilçiliyinə dair
yazılmış kitablardakı bu ənənəvi bölgüdən fərqli olaraq, ismi
birləşmələri onları əmələ gətirən sintaktik əlaqələri nəzərə
almaqla qruplaşdırmışdır. (4, səh.63)
Əsas tərəfi, yəni tabeedici sözü fellərdən ibarət olan
birləşmələrə feli birləşmələr deyilir. Məsələn, onları çağırmaq,
paltarı görəndə, orada görünən və s.
Qoşmalı feli birləşmələr qoşmaların köməyi ilə yaranır
və belə bir formaya əsaslanır: müstəqil mənalı söz + qoşma +
fel. Qoşma ilə onun əlavə olunduğu söz birləşmənin birinci
komponentini, fel isə ikinci əsas komponentini təşkil edir.
Məsələn, kitaba sarı baxmaq, məktəbə tərəf getmək, onun kimi
oxumaq və s.
Zərf birləşmələrinin əsas sözü zərfdən ibarət olur. Bu
birləşmələrin ikinci tərəfi, əsasən yer, zaman və tərzi-hərəkət
zərfləri ilə ifadə olunur. Məsələn, evdən yuxarı, işıqdan tez, çox
yavaş, quş kimi tez və s.
Sintaksisin əsas vahidlərindən biri də cümlədir. Cümlə
ünsiyyətin ilk və əsas vahididir. Cümlə vasitəsi ilə fikir
formalaşır, ifadə olunur, başqasına ötürülür. Struktur, semantik
və kommunikativ cəhətlər, cümlədə bir-birilə qarşılıqlı əlaqə və
münasibətdə olur. Cümlənin strukturunda kommunikativ cəhət
çox mühüm yer tutur və məhz kommunikasiya ehtiyacı
cümlənin semantikasını və quruluşunu müəyyənləşdirir. Buna
görə də cümlə problemi sintaksisin əsas məsələlərindəndir.
Müasir Azərbaycan dili
121
Son dövrlərdə dilin sintaktik quruluşu iki səviyyədə
öyrənilir. Birinci səviyyədə dilin sintaktik quruluşu öyrənilir ki,
bu məsələlərlə ənənəvi (potensial) sintaksis məşğul olur. İkinci
səviyyədə isə aktual sintaksis nitqin sintaktik quruluşunu
öyrənir. Potensial sintaksisin əsas vahidi cümlə, aktual
sintaksisin əsas vahidi söyləmdir. Söyləm müxtəlif fikir ifadə
edən ünsiyyət vahididir. Söyləm əksərən cümləyə uyğun gəlsə
də, bəzən cümlə çərçivəsindən kənara çıxır, dil sisteminin
müstəqil vahidi sayılır və cümlədən fərqləndirilir. Belə ki, bir
cümlə kommunikativ funksiyasından asılı olaraq bir neçə
söyləmin ifadəsinə xidmət edə bilər. Məsələn, Dünən yağış
yağırdı.- cümləsində məntiqi vurğunun yerini dəyişməklə və
inversiya hesabına cümləni üç formada söyləyə bilərik:
Məsələn, Dünən yağış yağırdı. Yağış dünən yağırdı. Yağış
yağırdı dünən.
Hər bir cümlə öz kommunikativ funksiyasını dəqiq
şəkildə yalnız mətn şəraitində yerinə yetirir. Mətn iki və daha
artıq cümlənin həm məzmun, həm də formaca əlaqələnməsi
əsasında əmələ gələn nitq vahidi, nitq birliyidir. Mətn müəyyən
məqsəd ümumiliyi əsasında birləşən və sintaktik semantik
bütöv yaradan cümlələr birliyidir. Cümlələr müvafiq şəkildə
nizamlanır və xüsusi intonasiya ilə konkret bir mikrotema
ətrafında qruplaşaraq sintaktik bütövləri əmələ gətirir. O
cümlədən (söyləmdən) böyük sintaktik vahid hesab edilir.
Mətnlər makro və mikro növlərə ayrılır. Mikromətn mətnin
bitkin məna ifadə edən ən kiçik vahididr. Mikromətnlər
dilçilikdə sintaktik bütöv adlandırılır.
Qeyd etmək lazımdır ki, sintaktik vahidlər söz –
formaların, bağlayıcı, ədat, qoşma və sözdəyişdirici şəkilçilərin
köməyilə formalaşır.
Azərbaycan dilinin sintaktik quruluşu çox qədim tarixə
malikdir.Yazılı ədəbi dilimizə aid olan nümunələrin, eləcə də
folklor nümunələrinin dil quruluşu arasında kəskin fərq nəzərə
çarpmır. Lakin dilimizin sintaktik quruluşunun tədqiqi,
Gülarə Abdullayeva
122
öyrənilməsi o qədər də qədim deyildir. Dilimizin sintaktik
quruluşu əsaslı şəkildə XX əsrin 50-ci illərindən etibarən
öyrənilməyə başlamışdır. Bu sahədə
Ə.Dəmirçizadə,
M.Şirəliyev, M.Hüseynzadə, Ə.Abdullayev, Q. Kazımov,
Z.Budaqova, Y.Seyidov, Z.Tağızadə, H.Həsənov, K.Vəliyev,
K.Abdullayev və s. kimi görkəmli alimlərimizin böyük xidməti
vardır.
Sözlər arasında məna və qrammatik əlaqələr.
Məna əlaqələri
Sintaktik vahidlərin yaranması üçün onu əmələ gətirən
tərəflər arasında iki cür əlaqənin olması zəruridir. 1. Məna
əlaqəsi, 2. Qrammatik əlaqə. Bu əlaqələrdən birinin yoxluğu
sintaktik vahidin də yoxluğu deməkdir.
Sözlər arasındakı məna əlaqələrinin əsasını təbiətdə olan
obyektiv əlaqələr təşkil edir. Bu əlaqələrin müxtəlifliyi sözlər
arasında da rəngarəng məna əlaqəsinin yaranmasına səbəb olur.
Qırmızı parça birləşməsində əşya ilə onun əlaməti, üç ağac
birləşməsində əşya ilə onun kəmiyyəti, pianino çalmaq
birləşməsində hərəkətlə onun obyekti və s. arasındakı
münasibətlər ifadə edilir. Ümumiyyətlə, söz birləşmələrində
məna əlaqələrinin məzmununu əşya ilə onun əlamətləri,
proseslə onun müxtəlif cəhətdən müəyyənləşdiriciləri təşkil
edir.
Sözlər arasında aşağıdakı məna əlaqələri mövcuddur:
1. Predikativ əlaqə əşya ilə onun hərəkəti arasındakı
əlaqədir. Məsələn, Yağış yağır. Uşaq ağlayır. Dərs başlandı
və s. Bu əlaqə söz birləşməsində özünü subyekt əlaqəsi kimi
göstərir. Məsələn, Yağış yağanda, uşaq ağlayarkən, dərs
başlandığı zaman və s.
2. Atributiv əlaqə əşya ilə geniş mənada onun əlaməti
arasındakı əlaqədir. Əşyanın geniş mənada əlaməti dedikdə
Müasir Azərbaycan dili
123
onun keyfiyyəti, miqdarı, sırası və s. nəzərdə tutulur. Məsələn,
hündür bina, geniş küçə, qızıl saat, meşədəki hadisə, xeyli
adam və s. Atributiv əlaqəyə ismi birləşmələrdə, cümlədə isə
təyinlə təyin olunan arasında, yəni təyinlə mübtəda, təyinlə
tamamlıq, təyinlə zərflik, təyinlə xəbər arasında rast gəlinir.
3. Obyekt əlaqəsi hərəkətlə onun obyekti (müstəqim və
qeyri-müstəqim obyektlərin hamısı, yəni ismin müxtəlif halları
ilə ifadə olunaraq hərəkətlə birbaşa və ya dolayısı yolla
əlaqələnən bütün obyektlər nəzərdə tutulur) arasındakı əlaqələri
ifadə edir. Məsələn, kitabı oxumaq, ona baxmaq, dəftərdə qeyd
etmək, müəllimdən öyrənmək, Kitabı oxuduq. Ona baxırıq.
Dəftərdə qeyd edirəm. Müəllimdən öyrənmişik və s. Obyekt
əlaqəsi həm feli birləşmələrdə, həm də cümlədə xəbərlə
tamamlıq arasında özünü göstərir.
4. Relyativ əlaqə hərəkətlə onun tərzi, dərəcəsi, zamanı,
yeri, kəmiyyəti, səbəbi, məqsədi, şərti və s. arasındakı əlaqələri
ifadə edir. Məsələn, çox danışmaq, cəld işləmək, evədək
qaçmaq, axşamacan işləmək, kəndə yollanmaq, çox oturmaq,
Çox danışdılar. Cəld işləyirdik. Evədək qaçdım. Axşamacan
işlədik. Kəndə yollandılar. Çox oturmadılar. Relyativ əlaqəyə
feli birləşmələrdə (asılı tərəf əsas tərəfi müxtəlif baxımdan izah
etdikdə) və cümlədə xəbərlə zərflik arasında rast gəlinir.
Söz birləşməsi və cümlənin formalaşması üçün ikinci
əsas şərt onun tərkib hissələrinin qrammatik baxımdan
əlaqələnməsidir. Sözlər morfoloji cəhətdən dəyişərək bir-biri ilə
əlaqələnir, nəticədə sintaktik əlaqə əmələ gəlir. Məsələn, dərsə
başlayanda, müəllimin sualı, şagirddən soruşdular. və s.
Sözlərin dəyişməsi, müxtəlif şəkillərə düşməsi, təsrifi
qaydaları morfologiyada, sözlərin bir-biri ilə bağlanma, əlaqən-
mə qaydaları sintaksisdə öyrənilir. Buna görə də qrammatik
əlaqələrə konkret olaraq sintaktik əlaqələr də deyilir.
Sintaktik əlaqələrin iki növü müşahidə edilir:
1. Tabesizlik əlaqəsi.
2.Tabelilik əlaqəsi.
Gülarə Abdullayeva
Tabesizlik əlaqəsi
Tabesizlik əlaqəsi məna və qrammatik cəhətdən bir-biri
ilə əlaqədar olan, lakin bir-birindən asılı olmayan, biri digərini
heç bir cəhətdən aydınlaşdırmayan, sadalama intonasiyası ilə
tələffüz edilən, bərabərhüquqlu sözlər arasında olur. Məsələn,
qocalar və cavanlar, Həm işləyir, həm oxuyur və s.
Tabesizlik əlaqəsinə sadə cümlədə həmcins üzvlər
arasında və tabesiz mürəkkəb cümlənin komponentləri arasında
rast gəlinir. Məsələn, Həmcins mübtədalar arasında: Suların
şırıltısı, salxım söyüd yarpaqlarının xışıltısı, çəməndən küləyin
qovub gətirdiyi çiçək qoxuları Güləsəri məst eləmişdi.
(İ. ŞıxlIı);
Həmcins xəbərlər arasında: At qaçaraq onu xeyli uzağa
apardı və geri dönüb dördnala çapdı. (İ.Şıxlı) ;
Həmcins tamamlıqlar arasında: Bu zavallı bəşəriyyətə,
bu daşürəkli gülünc insanlara, bu insan görkəmli, əqrəb
ürəkli həşərata ayıq baxa bilmirəm. (C.Cabbarlı);
Həmcins təyinlər arasında: Orada-burada ağ, çəhrayı,
sarı çiçəklər görünürdü. (İ.Əfəndiyev);
Həmcins zərfliklər arasında: Uşaqların ilk təəssüratının
pozulacağını düşünəndə, hörmətimin itiriləcəyi barədə
fikirləşəndə sarsıldım.(C.Əlibəyov)
Bəzən sadə cümlədə xitabların da həmcinsliyi müşahidə
olunur. Məsələn, Gül, ey nazlı Vətən, odlar torpağı. Duz-çörək
hazırla qəhrəmanlara. (S.Vurğun)
Tabesizlik əlaqəsinin çox rast gəlindiyi yerlərdən biri
tabesiz mürəkkəb cümlələrdir. Bu cümlələri əmələ gətirən
komponentlər də bir-biri ilə tabesizlik yolu ilə əlaqələnir.
Məsələn, Kosanın başına yeni iş açıldı, həqiqi savaş başladı.
(S. Rəhimov) Baş tərəfdə taxt qoyulmuş, çubuqlardan hörülüb
Müasir Azərbaycan dili
125
üstünə keçə çəkilmiş, divarın dibinə döşəkçələr düzülmüşdü.
(F. Kərimzadə).
Tabesizlik əlaqəsinin xüsusi formal əlaməti yoxdur.
Sadalama intonasiyası, və ya tabesizlik bağlayıcıları bu
əlaqənin ifadəçiləridir. Tabesizlik əlaqəsinə girən tərəflər
qrammatik məzmun və formaca eyni olmalıdır. Yəni, fərqli
formada olan nitq hissələri və cümlə üzvləri arasında tabesizlik
əlaqəsi ola bilməz.
Bəzən söz birləşmələrinin əsas və ya asılı tərəfi də
bərabər hüquq əsasında əlaqələnən iki və daha çox sözdən
ibarət olur ki, həmin sözlər arasında da tabesizlik əlaqəsi olur.
Məsələn, gəzməli, görməli yerlər, maraqlı hekayələr, povestlər
və s.
Tabesizlik əlaqəsi əsasında əmələ gələn bu cür söz
birləşmələrində sözlər birləşmənin qeyri-müstəqil tərəfi
olduğundan, onlar cümlədə həmcins üzvlər kimi çıxış etmir.
Tabesiz
mürəkkəb
cümlənin.
komp. aras.
Həmcins
xitablar
arasında
Həmcins
təyinlər
arasında
Həmcins
zərfliklər
arasında
Həmcins
tamamlıq
lar aras.
Həmcins
xəbərlər
arasında
Həmcins
mübtəda-
lar aras.
Tabesizlik
əlaqəsi
Gülarə Abdullayeva
126
Tabelilik əlaqələri
Dilimizdə əvvəlki əlaqə növü ilə müqayisədə tabelilik
əlaqəsinin işlənmə dairəsi çox genişdir. Həm söz
birləşmələrinin, həm də cümlələrin yaranmasında bu əlaqənin
mühüm əhəmiyyəti var. Başqa sözlə, tabelilik əlaqəsi olmadan
söz birləşməsinin və cümlənin mövcudluğundan danışmaq
olmaz. Söz birləşmələrinin əsas və asılı tərəfləri, cümlənin
həmcins olmayan üzvləri bir-biri ilə məhz tabelilik əlaqəsi ilə
bağlanır. Bu əlaqə zamanı əlaqədə olan tərəflərdən biri digərini
özünə tabe edir, uyğun olaraq digər söz əlaqədə olduğu sözdən
asılı olur, bu və ya başqa cəhətdən onu izah edir, aydınlaşdırır.
Məsələn, Yaşlı qadın, bizim həyətimiz və s.
Tabelilik əlaqəsi zamanı iki tərəf olur. Tərəflərdən biri
əsas, digəri asılı tərəf adlanır. Məsələn, hündür bina, evdən
çıxanda birləşmələrində bina və çıxanda sözləri əsas, hündür
və evdən sözləri isə asılı tərəflərdir.
Sözlərin tabelilik yolu ilə əlaqələnməsi nəticəsində
yaranan birləşmələr iki cür olur: predikativ birləşmələr, qeyri-
predikativ birləşmələr. Predikativ birləşmələr, başqa sözlə,
cümlə deməkdir. Belə birləşmələr xəbərin iştirakı ilə yaranır.
Məsələn, Havalar istiləşdi. Dərs sona çatdı və s.
Qeyri-predikativ birləşmələr xəbərin iştirakı olmadan
qurulan birləşmələrdir. Sintaksisdə söz birləşməsi dedikdə bu
cür birləşmələr nəzərdə tutulur. Məsələn, güclü yağış, payız
gələndə və s.
Azərbaycan dilində tabelilik əlaqəsinin üç növü vardır:
yanaşma, uzlaşma və idarə.
Yanaşma əlaqəsi. Digər tabelilik əlaqələri ilə
müqayisədə yanaşma əlaqəsi özünün qədimliyi ilə seçilir. Hələ
dilin qrammatik quruluşu formalaşmadığı ilkin mərhələlərdə
insanlar primitiv şəkildə sözü sözə yanaşdırmaqla
əlaqələndirmiş, əşyanın əlaməti, miqdarı və s. haqqında
Müasir Azərbaycan dili
127
məlumat ifadə etməyə çalışmışlar. Yanaşma əlaqəsinin heç bir
formal göstəricisi yoxdur. Asılı tərəfin əsas tərəfə məna və
intonasiya ilə bağlanmasına yanaşma deyilir. Məsələn, geniş
küçə, meşədəki hadisə, bərk qaçan birləşmələrində sözlər
arasında yanaşma əlaqəsi vardır. Bu birləşmələrdə geniş,
meşədəki, bərk sözləri yanaşma əlaqəsi ilə küçə, hadisə, qaçan
sözlərinə tabe olmuşdur.
Yanaşma əlaqəsi zamanı birləşmənin asılı tərəfi (tabe
olan tərəfi) yanaşan, əsas tərəfi (tabe edən tərəfi) isə yanaşılan
söz kimi qeyd olunur. Dilimizdə yanaşan söz əvvəl, yanaşılan
söz isə sonra gəlir.
Azərbaycan dilində yanaşma əlaqəsi ismi birləşmələrdə:
birinci və ikinci növ təyini söz birləşmələrində, bəzi qeyri-
təyini ismi birləşmələrdə, relyativ əlaqəli feli birləşmələrdə,
cümlədə təyinlə təyinlənən arasında, xəbərlə tərz, zaman,
səbəb, məqsəd, kəmiyyət, şərt, qarşılaşdırma zərflikləri, xəbərlə
bəzi tamamlıqlar arasında olur.
Keyfiyyətinə görə yanaşmanın iki növü var: tam
“Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər”. Bakı, 2012, “Mütərcim”.
tədqiq edən dilçilik məktəbinin nümayəndələri tərəfindən yazılaraq çap edilib.
Bu məktəbin yaradıcısı Kamal Abdulla və məktəbin nümayəndələri olan Kamal Abdullanın doktorant və
dissertantları Azərbaycan dilinin sintaksisində önəmli mövzulardan biri olan “sintaktik bütövlər”lə
bağlı dərin elmi araşdırmalar apararaq bu araşdırmaları vahid kitab halında ortaya qoyublar.
Kitabın müəllifləri Kamal Abdulla ilə yanaşı dilçi alimlər A.Y.Məmmədov, M.M.Musayev, K.Üstünova,
N.S.Novruzova, Ş.Q.Hüseynov, G.N.Rzayeva, K.B.Hacıyeva, L.V.Ziyadova, S.Q.Fətəliyeva, G.Q.Nağıyeva,
G.A.Məhərrəmova, Ş.T.Zeynalova, F.Q.Səlimova, V.H.Məhərrəmovadır.
Kitab ali məktəblərin filoloji fakültələrinin tələbələri üçün nəzərdə tutulsa da,
ondan doktorantlar və bu sahə ilə məşğul olan mütəxəssislər istifadə edə bilərlər.
Kitab 2012-ci ildə Mütərcim nəşriyyatında (Bakı) çap olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.