Press "Enter" to skip to content

Kamal abdulla yarımçıq əlyazma

Bakı Mühəndislik Universitetində akademik Kamal Abdullanın tələbələrlə görüşü keçirilib.

Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub – FOTO

Xalq yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub. Bu barədə kitabın redaktoru, Almaniyada yaşayan həmyerlimiz, yazıçı-araşdırmaçı Orhan Aras məlumat verib. O, bildirib ki, roman türkoloq Herman Kielin tərcüməsində işıq üzü görüb.

ADu-dan Trend-ə bildirilib ki, “Amazon”, “Booklooker”, “Buchkatalog.de”, “Thalia.de” kimi böyük kitab satış saytlarında “Das Unvollstandige manuskript” adı ilə alman oxucularına təqdim olunan roman “Epubli” nəşriyyatında işıq üzü görüb.

Kitabın rəssamı Soltan Soltanlıdır. Nəşriyyat “Yarımçıq əlyazma” romanını “Alman oxucu bu romanda Şərqin özünəməxsus rəngini görəcək və fərqli bir tarixi dövrünə şahidlik edəcək” təqdimatı ilə oxucuların ixtiyarına verib.

Qeyd edək ki, 2020-ci ildə yazıçının “Sehrbazlar dərəsi” romanı da Almaniyada yayımlanıb.

Kamal Abdullanın ədəbi-bədii irsində vacib yer tutan roman yaradıcılığı “Yarımçıq əlyazma” ilə başlayıb. Müasir Azərbaycan ədəbiyyatında hadisə sayılan, ədəbiyyatşünas, mədəniyyətşünas və tənqidçilərin bədii-estetik səviyyəsinə, ədəbi siqlətinə görə yüksək nümunə kimi dəyərləndirdiyi bu əsər Bakıda ilk dəfə 2004-cü ildə çap olunub.

“Yarımçıq əlyazma”nın ədəbi taleyi təkcə Azərbaycanla bağlı olmayıb. Çap olunduğu ölkələrin sayına görə dünya ədəbiyyatının həqiqi faktına çevrilən roman – Fransa, Rusiya, Türkiyə, Braziliya, Polşa, Misir, Amerika, Qazaxıstan, Avstriya, Qırğızıstan, İtaliya, Gürcüstan, Monteneqro və Yaponiyada çap olunub.

Azərbaycanda tənqidçilərin müxtəlif müzakirə və mübahisələrinə səbəb olan, ətrafında çeşidli ədəbi qalmaqallar yaranan bu əsər 2007-ci ildə “525-ci qəzet”in “İlin romanı”, Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin “Son 10 ilin ədəbi əsəri”, 2007-ci ildə “Humay” mükafatlarına layiq görülüb. 21 sentyabr 2015-ci ildə “Yarımçıq əlyazma” İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatının (“Skanoprize”) ədəbiyyat üzrə xüsusi prizini ölkəmizə gətirib.
Xüsusilə qeyd etmək lazımdır ki, bu əsər çap olunduğu xarici ölkələrdə uğurlu nəşr həyatı yaşayaraq müxtəlif illərdə Fransada (2003, 2005), Türkiyədə (2006, 2014), Rusiyada (2006, 2013), İtaliyada (2014, 2015) təkrar çap edilib.

Kamal abdulla yarımçıq əlyazma

Azərbaycan alimi, Xalq yazıçısı, ictimai xadimi. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Birinci dərəcəli dövlət müşaviri, Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədridir.
Bir sıra ölkədaxili və xarici ədəbi, ictimai, elmi qurumların üzvüdür.
Kamal Abdulla “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox. ” və “Sirlərin sərgüzəşti” romanlarının müəllifidir. Bu romanlar müxtəlif dillərə tərcümə edilərək Fransa, İtaliya, Avstriya, Yaponiya, Amerika, Braziliya, Rusiya, Türkiyə, Misir, Polşa, Litva, Qazaxstan və başqa ölkələrdə çap edilmişdir. “Yarımçıq əlyazma” romanının bəzi ölkələrdə (Rusiya, Fransa, Türkiyə, İtaliya) təkrar nəşri həyata keçirilmişdir.

Yarımçıq əlyazma

Yazıçı Kamal Abdullanın 2004-cü ildə ilk dəfə nəşr olunan «Yarımçıq əlyazma» romanı Azərbaycanda haqqında ən çox rəy və təhlil yazılan əsər sayılıb, «Son onilliyin əsəri» seçilib və bir çox mükafatlar qazanıb. Davamı

Sehrbazlar dərəsi

Yazıçı Kamal Abdullanın 2006-cı ildə nəşr olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən. Davamı

Unutmağa kimsə yox…

Yazıçı Kamal Abdullanın 2011-ci ildə nəşr olunan “Unutmağa kimsə yox. ” əsəri müəllifin hələlik son romanıdır. Kolumb Hindistanı axtarıb Amerikanı kəşf edən kimi gənc alim naməlum bir çiçəkli yazıda hamının gözlədiyi. Davamı

Kamal abdulla yarımçıq əlyazma

Kamal Abdullanın � Yarımçıq əlyazma � sı.

Bakı Mühəndislik Unversitetində akademik Kamal Abdulla ilə görüş keçirilib

Bakı Mühəndislik Universitetində akademik Kamal Abdullanın tələbələrlə görüşü keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə Kamal Abdullanın �Yarımçıq əlyazma� romanı müzakirə olunub. Yazıçının romanlarının dil-üslub və poetik imkanları , ideya və struktur estetikası haqqında məlumat verilib . Kamal Abdulla � Yarımçıq əlyazma�nın yazılma prosesi və romana olan reaksiyalar barədə ətraflı söhbət açıb .

Söhbət əsnasında auditoriyanın maraq dairəsinə uyğun olaraq � Gizli Dədə-Qorqud �, � Yarımçıq əlyazma � və � Kitabi-Dədə Qorqud � poetikasına giriş � əsərlərinin arasındakı əlaqə də müzakirə edilib . Tələbələr � Yarımçıq əlyazma � romanı haqqında müxtəlif səpkili məruzə ilə çıxış ediblər və yazıçıya suallar veriblər .

Universitetin professor-müəllim heyəti , tərbiyə işləri üzrə prorektor , siyasi elmlər üzrə fəlsəfə doktoru Bayram Hüseynzadə , pedaqoji fakültənin dekanı , dosent İslam Hüseynov , professor Akif Hüseynli və baş müəllim Ülvi Babasoy da müzakirədə iştirak ediblər . Roman haqqında mühazirə oxuyan Akif Hüseynli Kamal Abdulla yaradıcılığında intellektual nəsrin poetik imkanlarının genişliyini vurğulayıb .

Sonda Kamal Abdulla auditoriyadan razı qaldığını , bu tip müzakirələrin əhəmiyyətli olduğunu bildirib , iştirakçılara və universitet rəhbərliyinə təşəkkür edib .

Azad Azərbaycan.- 2018.- 4 may.- S.5.

Comments are closed, but trackbacks and pingbacks are open.