Press "Enter" to skip to content

Kuba vizası necə alınır

Salam. Budapest Business School üçün İELTS sertifiaktı və attestat qiymətləri (və ya son 3 ilin qiymətləri lazımdır). Təhsil haqqı 4 min avrodur.

Macarıstanda Təhsil ilə bağlı sual və cavablar

Macarıstanda Təhsil ilə bağlı sual və cavablar yazımız bir çox suala cavablar vermişdir. Macarıstanda bakalavr magistr təhsil ilə bağlı çox önəmli məlumatlar vardır. Hazırlıq, Tibb və sair suallar ətraflı cavablandırılmışdır. Azərbaycanda Macatıstanın ən çox porgramlarını təqdim edən CELT şirkəti sizin suallarınız cavablamışdır. Buyurun.

Salam. Men IELTS neticem olmadan macaristanda oxuya bilerem? INtermediate seviyyesinde ingilisce bilirem. Dunaajvarous ve ya debrecen kimi unilerde pre-engineering tehsili alib sonradan computer science fakultesine basliya bilerem?

Salam, Əlbəttə. Bir il hazırlıq oxuyacaqsınız sonra bakalavr dərəcəsi. Zəhmət olmasa Baksovet ofisimizə, Anar müəllimə yaxınlaşın. Macarıstanda imkanlar çoxdur.

Salam mən adnsuda elektroenergetika mühəndisliyi oxuyuram magistr tehsilimi təqaüd proqramı ilə debrecen universitetində almaq istəyirəm bilmək istərdim ki magistr təhsilim bakalavra tam uyğun olmalıdır ?

Salam. Nisbətən uyğun olmalıdır. Tam uyğun olmasa belə universitetə qəbul ala bilərsiniz. Debrecen Universiteti ilə artıq 3 ildir ki, əməkdaşıq. Qəbul, yataqxana və viza işlərinizi bizə etibar edə bilərsiniz. (012) 492 68 53. CELT İçərişəhər ofisi.

Salam. Macarıstanda hansı üniversitetlər tibb təhsili verir, nə ilə qəbul olmaq mümkündür, ödəniş şərtləri nədir, və hansı yol ilə burs ala bilərəm?

Salam. Macarıstanın bir neçə universiteti tibb təhsili verir: Semmelweis, Pecs, Szeged, Debrecen. Ora qəbul olmaq üçün ya hazırlıq oxumalısınız ya da Macarıstana gedib imtahan verməlisiniz. Təhsil haqqı 15-min dollar civarındadır. Qəbul olmaq attestat və İELTS balı kifayətdir. Macarıstanın təqaüd proqramına müraciət etmək olar. Gələn il yanvar-fevral ayından mart ayına kimi sənəd qəbulu davam etməlidir.

Budapeştde en yaxşı İqtisad universtetleri hansılardır ve oranın tehsil haqqı ve yaşayış mebleği illik ne qeder ola biler? Bu universtete daxil olmaq üçün neler lazımdır? (Bakalavr)

Budapeştdə ən yaxşı universitetlər arasında Corvinus və Budapest Business Schooldur. Corvinus üçün attestat və İELTS-dən əlavə SAT balınız da olmalıdır. Budapest Business School üçün Attestat və İELTS-in olması kifayətdir. Budapeştdən əlavə Szeged şəhərində də güclü İqtisadiyyat ixtisası var. Attestat və yaxşı səviyyədə ingiliscə və riyaziyyatı bilməlisiniz. Bakıda Macarıstan səfirliyində imtahan verməklə universitetə qəbul ala bilərsiniz.

salam macaristanda pulsuz ve teqaudlu bakalavr proqrami var?

Salam. Bəli, var. Amma ilk öncə universitetə qəbul olmalısınız. Bunun üçün İELTS 6.5 və attestat və ya qiymətləriniz barədə arayış lazım olacaq.

salam. BME de tehsil almaq ucun ne lazimdir. Illik tehsil haqqi ve yasayis xercleri baredede melumat verin

Salam, Bakalavr təhsili üçün IELTS və Attestat lazımdır. IELTS balı 6.0. İllik təhsil 4-5 min avrodur və yaşayış ayda normalda 400 avro çıxır minimum hər şey daxil.

Salam.Xaricdeki universitetlere qebul olandan sonra tehsil haqqini hemen vaxt odemek lazimdir yoxsa yari yari odemek mumkundur?

Salam. Universitetdən asılıdır. Bəziləri tam istəyir, bəziləri ildə bir neçə dəfə, bəziləri də hər ay istəyir.

Debrecen universiteti nece isteyir?

Debrecen hamısını əvvəldən istəyir. Hissə-hissə ödəmək olmur. Macarıstanda yalnız Budapest Business School və BME-də hissə-hissə ödəmək olur. O universitetlərdə oxumaq istəyirsinizsə, bizə müraciət edə bilərsiniz.

Yeni Debrecen 4 ilin pulunu isteyir qabagcadan?

Debrecendə təhsil 3 il davam edir və təhsil haqqını hər il öncədən istəyir. Debrecen universitetinin rəsmi əməkdaşıyıq. Ora qəbul almaq istəsəniz, bizə müraciət edə bilərsiniz.

Salam men 1.kurs telebesiyem , men tehsilimi Macaristan ve Azerbaycan dovletleri arasindaki muqavile esasinda Corvinus University,University of Debrecen,University of Pecs universitetlerinden birinde davam etdire bilerem mi. Ve proqram cercivesinde verilen teqaud menim oradaki yasayis xerclerimi tam qarsilayacaqmi? Birde adi cekilen universitetlerden Maliyye yonumlu hansi universiteti meslehet gorerdiniz

Salam. Maliyyə üzrə dövlət universitetlərində yalnız Budapest Business Schoolda var.Sizin sadaladığınız universitetlərdə yalnız Biznes proqramları var. Lakin dərs əsasında maliyyə, mühasibatlıq üzrə dərslər götürəcəksiniz. Davam etdirə bilərsiniz həmin universitetlərdə, lakin universitetdən syllabus almalısınız ki, sizi transfer etmək mümkün olsun. İELTS, transcript, attestat və syllabusunuzu (kurrikulum) bizə təqdim etsəniz, sizə qəbul ala bilərik və ya təqaüd proqramına müraciət edə bilərik.

Salam. Men xaricde turizm uzre bakalavr oxumaq isteyirem. Xais edirem mene universitet tovsiyyr edin reytingli olsun ama coxda baha olmasin

Salam. Turizm üzrə elə də baha olmayan və ən prestijli Budapestdə Turizm ixtisasını məsləhət görürəm. Təhsil haqqı 4000 avrodur. Daxil olmaq üçün İELTS sertifikatı və məktəb qiymətlərinizi bizə təqdim etməlisiniz.

Salam. Budapest business schoola qebul ucun ne lazimdir. Tehsil haqqi ne qederdir

Salam. Budapest Business School üçün İELTS sertifiaktı və attestat qiymətləri (və ya son 3 ilin qiymətləri lazımdır). Təhsil haqqı 4 min avrodur.

Men Corvinus universitetinde beynalxalq elaqeleri uzre( bakalvr) teqaudle tehsil almaq istiyirem.Menim teqaud almaq sansim ne qederdir mekteb ortalamasi 4.2 olacaq? teqaud barede etrafli melumat vere bilersiniz? ielts nece lazimdir sanslar ne qederdir? teqaude neler daxildir?

Salam, IELTS 6.0 lazımdır. Təqaüd üçün biz bir şey deyə bilmərik. Biz sadəcə qəbul etdiririk. Onu universitetin özündən soruşun

Macarıstanda təhsil almaq üçün macar dilini bilmək vacibdir? (Yalnız ingilis dilini bilirəm)

Salam. Macar dilini bilməyə ehtiyac yoxdur. İELTS sertifikatınızın və ya yaxşı ingiliscə olsa yetərlidir. Bu il üçün qəbullar açıqdır.

Corvinus və Pec kimi universitetlere qebul olmaq cetinliyi ne qederdir? atestat qiymeti 5 uzerinde 4.2 olacaq tehminen? sat 1 lazimdi corvinusa? Orada tehsil almaq cetindir?

Salam. SAT II lazım olacaq. Riyaziyyat bölməsindən 680 yığmalısınız. Corvinus nisbətən çətin universitetdir. SAT yoxdursa və biznes sahələri üzrə təhsili almaq istəyirsinizsə, bir neçə universitetdə təhsil ala bilərsiniz. Debrecen, Szeged, Budapest Metropolitan, Pecs və s.

Salam. University of Pecs qebul sertleri nelerdir? Illik tehsil haqqi ve yashayish xerci. Business Adminstration

Salam. İELTS 6.5 sertifikatı və attestat lazımdır. Attestat yoxdursa, 11-ci sinfə qədər olan qiymətləriniz. İllik təhsil haqqı 5500 avrodur. Yaşayış xərci aylıq 500-600 avrodur.

Salam. Siz Macarıstan, Polşa, Litva dövlet univeristetlerine hal hazırda qebul aparırsız? Viza, tehsil, şirketinizin servis haqqı ile birlikde 1 illik ortalama ne qeder xercim çıxar?

Salam. Hal-hazırda qəbul aparırıq, bəli. Yanvardan da başlayan bəzi universitetlər var. Bütün xidməti göstəririk. Təhsil və yaşama xərci təqribən 10 min avro çıxacaq.

Salam Aleykum..men Macaristanda magistr oxumaq isteyirem,orta seviyyeli universitetlerde tehsil haqqi ne qederdi? (muhendislik ixtisasi ucun) il erzinde yashamaq ve tehsil haqqi toplam ne qeder xercim cixacaq?

Salam. Macarıstanda Magistr təhsilinin təhsil haqqısı ixtisasdan ixtisas dəyişir. 4000 avrodan 7000 avroya kimidir. Yaşama xərci aylıq 400-500 avro civarında olacaq.

Salam. Men birbaşa attestatla Macarıstanda bakalavr tehsili almaq isteyirem.
Ümumiyyetle Macarıstanda tehsil ödenişsizdir? Ödenişlidirse illik tehsil haqqı ne qederdir? Viza açılmasına ehtiyac var? Vizaya ne qeder pul teleb olunur?

Salam, TQDK balınız varsa dövlət sifarişi ilə oxumağa müraciət edə bilərsiniz və ya Macarıstanın öz təqaüd proqramından istifadə edə bilərsiniz. Amma təqaüd almağınıza qarantiya yoxdur. Macarıstanda təhsil haqqı 4 min avrodan başlayır. Viza açılmalıdır. Bank hesabında bir il yaşamğınıza yetəcək qədər pul olmalıdır. Viza rüsumu 60 avrodur.

Salam, İELTS olmadan Macarıstanda ödenişli tehsil ala bilerem? Bunun üçün bank hesabı açılmağına ehtiyac olacaq? Ve Macarıstanda tehsil üçün size ne vaxt müraciet edim?

Salam. İELTS olmadan Macarıstanda təhsil almaq mümkündür. Əgər ingiliscəniz zəifdirsə, hazırlıq götürə bilərsiniz. Hazırlıq dövrü ərzində həm ingiliscə öyrənə bilərsiniz, həm də ixtisas fənlərini gücləndirəcəksiniz. Əgər ingiliscəniz güclüdürsə, bəzi universitetlər imtahan götürür səfirlikdə. Uğurlu olsanız birbaşa başlaya bilərsiniz təhsilə. Yanvarda getmək istəyirsinizsə, indidən müraciət etməyinizi məsləhət görürük. Bank hesabı mütləqdir. Vizaya girməmişdən qabaq lazım olacaq. Əlavə sualınız olsa və Macarıstanda təhsil barədə daha ətraflı məlumat almaq istəsiniz CELT-in İçərişəhər ofisinə yaxınlaşa bilərsiniz.

salam budapest business schoolun tehsil haqqi ne qederdir?

Salam. Budapest Business Schoolda təhsil haqqı 4 min avrodur.

Salam. Macaristanda tehsil haqqi ne qederdir? ve Azerbaycanda hansi universitetlerin diplomu taninir?

Salam Macarıstanda illik təhsil haqqı 4-6 min avro arası dəyişir. Debrecen, Corvinius, Busdapest Business, Budapeşt Tekhnology, Szeged kimi universitetlər tanınır.

Salam.macaristanda yoxsa italiyada tehsil seviyesi yuksekdir.birde Macaristanda teqaud proqramina dusmek ne derecede çetindi.Ve umumiyyetle teqaud hansi telebelere verilir.?

Salam, Məncə ölkəyə görə deyil ixtisasa görə seçmək lazımdır. İtaliya dizayna görə məşhurdur macarıstan biznes və tibb. Təqaüd haqqında bir şey deyə bilmərəm. Biz ancaq qəbul işinə baxırıq. Standard təqaüd yalnız təhsil nazirliyindədir. Qalanlar kiçik məbləğdə ola bilər. amma hər universitet fərqlidir.

salam.Bu gun internetde gordum ki Azerbaycan Macaristanin Debrecen universiteninin dilplomlarini taniyacaq ve esgerlikden mohlet verecek. Bu un iversitetlerde maksimal tehsil haqqi ne qeder olur ?

Salam. Debrecen universitetinin birinci ilinin təhsil haqqısı 6000 dollardır, iki və üçüncü ildə isə 5500 dollar olacaq. İyunun 15-i sənəd qəbulunun son günüdür. Əgər ora getmək istəyirsinizsə, bir az tələsin. CELT şirkəti Debrecen universitetinin rəsmi təmsilçisidir. Qəbul, yataqxana və viza işinizi bizə etibar edə bilərsiniz.

salam.. macaristana Corvinus universitetine magistr oxumaga telebe gondermisiniz mi? visa desteyi etmisinizmi?

Salam, tələbələrimiz olub bəli amma bu il deyil. Həm artıq son müraciət tarixi də keçib. Və ixtisasa görə bəzi imtahanlar verməlisiniz. Amma artıq qəbul olmusunuzsa təbii ki vizaya kömək edirik.

Salamun aleykum.Men hal -hazirda 4cu kursda turizm ve otelcilik ixtisasi uzre tehsil aliram.Ielts balim 6.5dir(writing 6.0 ;qalanlari ise 6.5).GP 71 dir ve bu shertlerle Macaristanda Human Resource Management ixtisasinda master oxuya bilerem? Ikinci sualim ise budur ki,Men herbi xidmetden sonra oxumaq isteyirem ve herbi xidmet muddetinde sentyabr smestri tehsiline baslamaq ucun senedleri vermek mumkundur? Vaxt itkisini minimuma endirmek ucun.Öncədən Təşəkkürlər

Salam. Bəli, bu şərtlərlə HR üzrə magistr təhsili ala bilərsiniz. Sənədlərinizə bizə indidən təqdim etsəniz, hərbi xidmətdən sonra qəbulunuz hazır olacaq.

Budapestdəki international business school bakalavr proqramlari haqqinda melumat vere blersi

Salam. İnternational Business School Budapeştdə yerləşən özəl universitetdir. Qəbul üçün İELTS balı (6.0) və yaxşı qiymətləriniz olmalıdır. İngiliscə bir sıra bakalavr proqramları var: Turizm, Maliyyə, İqtisadiyyat, İnformasiya Sistemləri və s.

salam,Macarıstanda magistr tehsilene qış semsterinden baslamaq mümkündür??önceden tesekkürler

Salam. Mümkündür. Amma qəbul noyabrın 15-i bitib. Viza işlərinə görə gərək erkən müraciət edəsiniz. Sentyabr qəbuluna qatıla bilərsiniz.

Salam. Men sizden Macaristanda tehsil barede melumat alasiydim. Eger IELTS balim 5. 5- 6.0 olarsa ucuz qiymetlerle handi universitetde tehsil ala bilerem? 3500 civari olsa qiymet yaxwi olar. Bide Corvinus University de ve ya Debrecen universitetinde bu qiymetle tehsil ala bileremmi?

Salam. Bu qiymət civarında və İELTS balı ilə Macarıstanda təhsil ala bilərsiniz. Debrecendə bütün proqramların illik təhsil haqqısı 4300 manatdır. Amma Corvinhusda ixtisasdan asılı olaraq 3900-5800 manat arasındadır. Corvinhusda təhsil almamışdan öncə Macarıstanda imtahana girib müvəffəq olduqdan sonra dərslərə başlaya bilərsiniz. Debrecenə qəbul üçün bizim İçərişəhər ofisimizdə imtahanlara otura bilərsiniz.

Salam .Macaristan Almaniya yoxsa Kanada univetsitetləri ūstūndůr? (əlbəttə mən top universitetleri nezerde tuturam.) Bir də zəhmət olmasa Macaristandaki Mərkəzi Avropa Universiteti (CEU) barade melumat vererdiniz və bu universitet foundation teleb edir?

Salam. Birbaşa attestatla Kanada və Macarıstanda oxuya bilərsiniz. Kanadada oxumaq üçün İELTS 6.5 balına və 20 min manata yaxın büdcəyə sahib olmalısınız. Almaniyada oxumaq üçün gərək Azərbaycanda iki il bakalavr oxuyasınız. Təhsilin keyfiyyəti baxımından Kanada və Almaniya üstündür, amma Macarıstan da təhsilin keyfiyyətinə görə son illər çox inkişaf edib. Büdcənizə və qiymətinizə müvafiq olaraq həm Kanada, həm Macarıstana qəbul ola bilərsiniz. Mərkəzi Avropa Universiteti Amerika və Macarıstanda akkreditasiya olunmuş özəl universitetdir. Amma orada Bakalavr təhsili yoxdur.Yalnız magistr təhsili ala bilərsiniz.

Salam Sizdən çox xahiş edirəm ki, Macarıstan və Almaniya universitetlərini ətraflı muqayisə edəsiniz .hər bir cəhətdən. Bir də Macarıstan universitetlərini bitirdikdən sonra iş tapmaqda çətinliklər olmur?( fərqi yoxdur burda yaxud xaricdə )

Salam. Siz Almaniya və Macarıstanda Bakalavr yoxsa Magistr təhsili ilə maraqlanırdınız? Hər iki ölkənin güclü və reytinqli dövlət Universitetləri var. Almaniyada təhsil almaq üçün təhsil göstəriciləriniz daha yüksək olmalıdır, Almaniyaya qəbul çox rəqabətlidir. Təhsil baxımından, təbii ki, Almaniya daha güclüdür. Qərbi Avropa ölkələri Şərqi Avropa ölkələrindən təhsil baxımından daha keyfiyyətlidir. Avadanlıq, müəllimlərin beynəlxalq stajı və s. baxımından. Amma Macarıstan kimi ölkə də son illər təhsil baxımından xeyli irəliləyib. Bəzən Almaniyada İngiliscə olmayan ixtisasları Macarıstanda tapa bilərsiniz. Kifayət qədər savadınız varsa, həm Macar, həm Alman universitetlərini bitirib Azərbaycanda rahatlıqla işlə təmin olunmaq şansınız var. Diplomunuzun Azərbaycanda tanınmasında heç bir problem yaranmayacaq.

Macarıstan tehsilinin üstünlükləri nədir? UK ilə muqayisede hansi yaxşidir? birde tehsil haqqi ne qeder olur?

Macarıstanda təhsilin üstünlüyü ondan ibarətdir ki, 11-ci sinfi bitirdikdən sonra birbaşa bakalavra qəbul olmaq mümkündür. Bundan başqa, digər ölkələrə baxanda Macarıstanda ingilis dilində proqram çoxdur, demək olar ki, bütün sahələr üzrə həm bakalavr, həm magistr oxumaq mümkündür. UK ilə müqayisədə təbii ki, UK güclüdür. Amma təhsilin keyfiyyəti baxımından bir çox ölkələrin təhsilindən güclüdür və dünya reytinqində qabaqcıl yerlərdədir. Magistrda bakalavr və magistr dərəcəsi üçün təqribi qiymətlər ixtisas və universitetdən asılı olaraq 1500-8000 manatdır. Saytımızın xaricdə təhsil bölməsində Macarıstandakı universitetlərin ixtisas və qiymətləri barədə ətraflı öyrənə bilərsiniz.

Salam.Men mektebi bitirdikden sonra Macaristanda nece tehsil ala bilerem.Xaish edirem mene Macaristandaki teshil haqqinda etrafli danishin

Salam. Məktəbi bitirən kimi Macarıstanda təhsil almaq üçün İELTS sertifikatınız (5.5) və ya güclü İngilis dili biliyiniz olmalıdır. Əgər İngilis diliniz zəifdirsə, ya Azərbaycanda İngilis dili kurslarına qoşulun və ya Macarıstanda bir il əlavə təhsil ala (foundation) bilərsiniz. Foundation təhsili ərzində siz həm İngilis dilinizi gücləndirəcəksiniz, həm də ixtisasınıza uyğun dərslər götürəcəksiniz ki, bakalavr təhsili ərzində dərslərinizə tam hazır olasınız. Macarıstanda təhsil almaq istəyirsinizsə, indidən bizə lazımi sənədlərinizi təqdim edin və sizə bu işdə sizə yardımçı olaq.

Macarıstanın təhsili barədə, zəhmət olmasa məlumat verərdiniz.

Macarıstanda təhsil almaq üçün bir neçə səbəb var, lakin Macarıstada təhsil almaq üçün ən ciddi səbəb kimi aşağıdakıları göstərmək olar: Avropa birliyinə üzv olan Macarıstanda yerləşən universitetlərin köklü və güclü baza olması Avropa birliyinə üzv olan digər ölkələr və Şimali Amerika ölkələrindən fərqli olaraq nisbətən ucuz yaşayış xərcləri və təhsil haqqı Macarıstanın həyat şəraiti Macarıstan ali təhsil ocaqlarının qədim tarixi. Macarıstanda ilk universitet 600 il öncə açılmışdır. Hal-hazırda, təkcə Budapeştdə Universitet və və kolleclərin sayı (dövlət və özəl) 10-dan yuxarıdır. Universitetlərin çoxunda ingiliscə bakalavr, magistr və doktorantura üzvlər dərslər tədris olunur. Eyni zamanda universitetlərdə beynəlxalq əməkdaşlığa söykənən bir neçə elmi araşdırma mərkəzləri də vardır. Macar diplomları dünyanın istənilən yerində tanınır. Beynəlxalq təhsil səviyyəsinə nəzərən büdcəyə uyğun təhsil haqqı və yüksək standardlara uyğun tədrislə yanaşı, münasib qiymətə yaşayış xərcləri Macarıstana gələn tələbələrin sayını ildən ilə artmasına zəmin yaradır. Macarıstan Avropa Birliyinə üzvdür və Şengen zonasına daxildir. Ali təhsil müəssisələrində Bolonya sisteminin tətbiqi nəticəsində Macarıstan universitetlərindən digər Avropa Birliyi ölkələrinin universitetlərinə transferi mümkün edir. Nəticədə, diplomlar bütün Avropa birliyində qəbul edilir. Ali təhsil müəssisələri 100 illərlə davam edən təhsil ənənəsinə malikdir. Macarıstanın ən qədim universiteti 1367-ci ildən fəaliyyət göstərən Pecs Universitetidir, lakin Debrecen Universiteti 1538-ci ildən bəri fəaliyyət göstərərək, davamlı olaraq ən uzun müddətə xidmət göstərən ali təhsil ocağıdır. Macarıstan cinayətkarlığın səviyyəsini aşağı olması ilə təhlükəsiz həyat şəraiti bu ölkəni tələbələr ucuz cazibəli edir.

Salam,ixtisasim uzre Macaristanda dovlet teqaudu ile magistr tehsili ala bilerem?gpa 74’dur. Ve ilets neticem ne qeder olmalidir,bir de bash vurmaq uchun deadline ne vaxtdir?

Salam. Macarıstanda Dövlət Təqaüdü yolu ilə bəzi universitetlərdə təhsil ala bilərsiniz. Universitetlərin siyahısında dövlət proqramının saytında ətraflı baxa bilərsiniz. 75 GPA balnan Macarıstanın hər hansı bir universitetinə problemsiz qəbul ola bilərsiniz. Bunun üçün sizə İELTS 6.0-6.5 lazım olacaq. Sentyabrda başlamaq üçün son müraciət tarixi apreldən başlayır.

Salam. Budapest University of Technology and Economics de deqiq olaraq shertleri yazilmayib. Bu universitet uchun IELTS kimi imtahanlar lazimdir mi? Ve admissions examination var BME’de yoxsa yox?

Salam. BME üçün İELTS lazımdır. Admission examination sentyabrın əvvəli Budapeştdə keçirilir. İxtisas fənlərindən imtahan verilir.

Kuba vizası necə alınır

Kommunist ölkə Kuba ciddi hökumət nəzarəti ilə tanınsa da, ada ölkəsi də məşhur turizm məkanıdır. Kubaya səyahət edən insanların əksəriyyəti ilkin olaraq 30 gün ərzində etibarlı olan turist kartına ehtiyac duyur. Kubada olduğunuz zaman qalma müddətini bir dəfə cəmi 60 gün uzatmaq seçiminiz var. Kanada və Rusiya da daxil olmaqla bəzi ölkələrin vətəndaşları Kubada 90 günə qədər qala bilərlər.

addım

Metod 1/3: Turist kartı alın

  • Əgər Kubaya ilk dəfə səfər edirsinizsə, bu, paket tətil almaq üçün ən yaxşı şansınız ola bilər. Aldığınız hər bir turist paketinin nüfuzlu turizm agentliyi və ya turizm şirkətindən olduğuna əmin olun. Rəyləri onlayn yoxlayın və ölkənizin beynəlxalq səyahət orqanı tərəfindən tələb olunan bütün lisenziyaların yeni olduğundan əmin olun.
  • Pasportunuzun müddəti bitəcəksə, səyahət etməzdən əvvəl onu yeniləməyə davam etməlisiniz. Problemlərlə qarşılaşsanız, hələ də evə gedə biləcəyinizə əmin olmaq istəyirsiniz. Bir çox ölkənin Kubada səfirliyi və ya konsulluğu olmadığı üçün siz orada olarkən pasportunuzu yeniləyə bilməyəcəksiniz.
  • Əgər siz digər məlumatlarınızı əks etdirən boş turist kartı almamısınızsa, bu barədə səyahət agentinizdən və ya səyahət bələdçinizdən soruşun. Bəzi hallarda, siz təyyarədə olana qədər kartlar paylanmır.
  • Siz minrex.gob.cu/es/listado-de-consulados-cubanos ünvanında Kuba səfirliklərinin və dünyadakı konsulluqlarının siyahısını yoxlaya bilərsiniz.
  • Asanlıqla ləkələnməyən və böyük hərflərlə çap olunan qara mürəkkəbdən istifadə edin.
  • Turist kartınızdakı bütün məlumatları orijinal sənədlərlə ehtiyat nüsxəsini çıxarın. Məsələn, şəxsiyyətiniz pasportunuzla təsdiqlənəcək. Kubada olmağı planlaşdırdığınız tarixlər marşrutunuz və uçuş rezervasiyanızla təsdiqlənəcək.

İpucu: Kuba həmçinin sizdən səyahət tibbi sığortası və qaldığınız müddət ərzində özünüzü təmin etmək üçün kifayət qədər vəsaitin sübutu olmasını tələb edir. Bu tələblər gömrükdə təsadüfi yoxlamalarla həyata keçirilir.

  • Havanadakı əsas immiqrasiya ofisi adətən olduqca məşğuldur, ona görə də turist kartınızı dəyişdirmək üçün ən azı bir gün sərf etməyi gözləyin. Əksər əyalət şəhərlərində daha az məşğul ola biləcək immiqrasiya idarələri də var. Bununla belə, ingilis dilində köməyə ehtiyacınız varsa, bu ofislərdə problem yaşaya bilərsiniz.

Metod 2/3: qalma müddətini uzadın

  1. Markalarda CUC $ 25 alın. Turist kartınızın uzantısını almaq üçün möhürlərə ehtiyacınız olacaq. Siz istədiyiniz markaları Bandec və ya Banco Financiero Internacional filiallarından ala bilərsiniz. Əgər Kubada paket turunda olsanız, səyahətin əvvəlində möhür almaq barədə səyahət bələdçinizlə danışın.
    • Paket turunda olmasanız belə, turist kartınızın uzantısını almağı planlaşdırırsınızsa, Kubaya gəldiyiniz zaman möhürlərinizi mümkün qədər tez əldə etmək yaxşı bir fikirdir. Uzatma üçün müraciət etmək vaxtı çatdıqda, sizə lazım olan markaları ala biləcəyiniz bir bank filialının yanında olmaya bilərsiniz.
  2. Kartınızın müddəti bitməzdən əvvəl Kuba immiqrasiya ofisinə baş çəkin. Siz Havana İmmiqrasiya İdarəsinə və ya Kubanın bütün əyalət şəhərlərindəki kiçik immiqrasiya idarələrindən birinə müraciət edə bilərsiniz. Axtarılır immiqrasiya.
    • Nəzərə alın ki, Havana ofisi adətən çox məşğuldur. Kiçik şəhərlərdə daha az gözləmə vaxtınız ola bilər. Bununla belə, kiçik şəhərlərdə immiqrasiya rəsmiləri adətən ingilis dilini bilmirlər.

İpucu: Kartınızın müddəti bitməzdən əvvəl uzadılması üçün müraciət etməlisiniz. Bununla belə, siz 30 gün qala, sonra 24 saat buraxıb 60 günü tam almaq üçün geri qayıda bilərsiniz. Bunun üçün bəzi turlar təşkil olunur.

  • Uzatma almaq üçün pasportunuzu da göstərməlisiniz. Pasportunuzun müddəti bitənə qədər kifayət qədər vaxt yoxdursa, uzadılması üçün müraciətiniz rədd edilə bilər.
  • Markalarda 25 dollar olan CUC-dan başqa, turist kartının uzadılması üçün əlavə ödəniş tələb olunmur.
  • Əgər turist kartınızı və ya digər sənədlərinizi itirsəniz, ən yaxın immiqrasiya idarəsinə müraciət edin. Nəzərə alın ki, əvəzini almaq üçün bürokratiyanı sıralamaqla bir gün itirə bilərsiniz.

Metod 3/3: ABŞ-dan Kubaya səyahət

  1. Lisenziya ala biləcəyiniz 12 səyahət kateqoriyasını nəzərdən keçirin. ABŞ qanunları ABŞ vətəndaşlarının Kubaya səyahətini qadağan edir. Bununla belə, Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən verilmiş 12 ümumi lisenziyadan birinə uyğun gəlsəniz, Kubaya səyahət edə bilərsiniz. Bu 12 kateqoriya aşağıdakı ümumi kateqoriyalara bölünür:
    • Ailə ziyarətləri;
    • Rəsmi hökumət fəaliyyətləri (ABŞ Hökuməti, xarici hökumətlər və ya hökumətlərarası agentliklər adından);
    • Peşəkar fəaliyyətlər, o cümlədən görüşlər və ya tədqiqatlar;
    • Jurnalist fəaliyyəti;
    • Təhsil tədqiqatları və ya digər fəaliyyətlər;
    • Humanitar fəaliyyətlər və
    • Bədii tamaşalar və ya sərgilər və atletika yarışları.

İpucu: 2019-cu ildən etibarən “təhsil məqsədi” kateqoriyası ilə fərdi səyahət qadağandır. Əgər Kubaya təhsil məqsədi ilə səyahət edirsinizsə, xüsusi lisenziyaya müraciət etmədiyiniz halda yalnız qrupla səyahət edə bilərsiniz.

  • Məsələn, siz Kubaya könüllü kimi qeyri-kommersiya təşkilatı ilə işləmək üçün səyahət edirsinizsə, adətən Kubadakı təşkilatdan gözlənildiyinizi və orada olduğunuz müddətdə yerinə yetirəcəyiniz işin növünü təsvir edən məktuba ehtiyacınız var.
  • Xüsusi lisenziyaya onlayn müraciət etmək üçün https://www.treasury.gov/resource-center/sanctions/Pages/licensing.aspx saytına daxil olun və “OFAC lisenziyası üçün müraciət edin” düyməsinə klikləyin. Siz şəxsiyyət vəsiqəsini, eləcə də Kubaya planlaşdırdığınız səfər və oraya nə üçün səyahət etmək istədiyiniz barədə xüsusi məlumat verməlisiniz.
  • Vaşinqtona səyahət edə bilmirsinizsə, D.C. Viza üçün şəxsən müraciət etmək üçün səfirliyə zəng edin və poçtla viza üçün necə müraciət edəcəyinizi öyrənin.
  • Əgər Kubaya xüsusi lisenziya ilə səyahət edirsinizsə, xüsusi lisenziyanızla bağlı sənədləri də həmişə yanınızda saxlamalısınız.

İcma sualları və cavabları

Məsləhətlər

  • Keniya, Namibiya, Makedoniya, Monteneqro, Serbiya və Rusiya da daxil olmaqla bəzi ölkələrin vətəndaşlarının Kubaya 90 gün və ya daha az müddətə səyahət etmək üçün vizaya ehtiyacı yoxdur.
  • Kuba iş vizası və ya immiqrasiya vizası kimi digər viza növləri üçün müraciət prosesini dərc etmir. Əgər iş üçün Kubaya səyahət etmək və ya daimi olaraq Kubaya köçmək istəyirsinizsə, ən yaxın Kuba səfirliyi və ya konsulluğu ilə əlaqə saxlayın. Kubanın dünya üzrə səfirlikləri və konsulluqlarının siyahısı http://www.minrex.gob.cu/es/listado-de-consulados-cubanos saytında mövcuddur.
  • Kuba vətəndaşı olmasanız, ölkədə 90 gündən çox qalmağı planlaşdırırsınızsa, sizə viza lazımdır. Kubada sizə və eniş məqsədinizə zəmanət verə biləcək rəsmi əlaqəniz olmalıdır.

Xəbərdarlıqlar

  • Kubaya getməzdən əvvəl ölkənizin diplomatik şöbəsi ilə əlaqə saxlayın. Bir çox ölkələrin Kubada səfirliyi və ya konsulluğu yoxdur. Əgər sizinki yoxdursa, xaricdə probleminiz varsa hara müraciət edəcəyinizi bilin. Məsələn, Kubaya səyahət edən Avstraliya vətəndaşısınızsa, Kanada Səfirliyində kömək ala bilərsiniz.

Kanada səfirliyində macar olduğumu necə sübut edə bilərəm?

Koronavirus Kanadada əksər sahələrlə yanaşı, immiqrant qəbuluna da təsirsiz ötüşmədi. Xarici tələbə, işçi vizası, sığınacaq almaq üçün, Ekspres Giriş və s. yolla gələnlərin sayında gözə çarpacaq qədər azalma müşahidə edildi.

Eləcə də bax: Kanadada qalmaq üçün ən rahat yol – MÜSAHİBƏ
FED.az “lalemusa” saytına istinadən Könül Rəşidovanın müsahibəsini təqdim edir.

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Konan Law hüquq şirkətinin rəhbəri Könül Rəşidova ilə COVID-19 səbəbilə Kanadanın immiqrant siyasətində gözlənilən dəyişikliklər barədə danışdıq. Həmçinin müsahibimiz immiqrasiya fırıldaqları ilə qarşılaşan həmvətənlərimizə də məsləhətlərini verdi.

Qeyd edək ki, K.Rəşidova Bakı Dövlət Universitetində Beynəlxalq hüquq fakültəsini bakalavr və magistr dərəcələri üzrə bitirib, sonradan ABŞ-ın Havay Universitetində Hüquq üzrə magistr dərəcəsi alıb. Kanadaya köçəndən – 2014-cü ildən etibarən Torontoda immiqrasiya ilə məşğul olan hüquq şirkətində çalışıb və paralel olaraq hüquq təhsilini davam etdirib. Vəkillik lisenziyasını aldıqdan sonra immiqrasiya hüququ üzrə ixtisaslaşan hüquq şirkətini açaraq vəkil kimi fəaliyyətini davam etdirir. Konan Law hüquq şirkəti Kanada immiqrasıyasının bütün sahələri üzrə xidmət göstərir. Buna müvəqqəti yaşayış, daimi yaşayış, vətəndaşlıq, biznes immiqrasiyası və sığınacq istəyənlərlə iş də daxildir. Eyni zamanda notariat xidmətləri də gösətərirlər.

– Kanada hər il minlərələ immiqrant qəbul edir. Ümumilikdə COVID-19 Kanadanın immiqrant siyasətinə necə təsir göstərdi?

– Bütün sahələrdə olduğu kimi, koronavirus pandemiyasının Kanadanın immiqrasiya siyasətinə təsiri çox böyük oldu. Hökumət əsasən müvəqqəti xarakter daşıyan bir çox dəyisikliklər tətbiq etməyə başladı. İlk növbədə ölkəyə giriş-çıxış məhdudiyyətləri qüvvəyə mindi. Hazırda, ölkəyə qayıtmaq istəyən kanadalılar, daimi yaşayış statusu olanlar, onlarin yaxın ailə üzvləri (Kanadaya 15 gündən artiq müddətə gəlirlərsə), 18 mart tarixindən əvvəl vizaları təsdiq olunmuş tələbələr, zəruri xidmətlərin göstərilməsini dəstəkləyən işçilər və bəzi digər kateqoriyadan olan şəxslər istisna olmaqla, digər şəxslərin ölkəyə girişinə müvəqqəti qadağalar mövcuddur. Bundan əlavə, beynəlxalq uçuşlar Kanadaya yalnız dörd hava limanından həyata keçirilir: Vankuver, Kalqari, Toronto və Montreal.

Pandemiya dövründə yeni müraciətlər və ərizələrin qəbulu davam etsə də, sənədlərə baxılma müddətində xeyli gecikmələr müşahidə olunur. Bu da onlayn iş rejiminə keçid, viza və pasport mərkəzlərinin bağlanması və ya məhdud rejimdə işləməsi, həmçinin bir çox immiqrasiya proseslərinin təxirə salınmasından irəli gəlir. Müşahidə etiyimiz dəyişikliklərdən biri də bir sıra daimi yaşayış proqramları üzrə 18 illlik fasilədən sonra dövlət rüsumlarının artırılmasıdır. Görünür, bu yolla hökumət pandemiyanin dövlət büdcəsinə vurduğu zərəri az da olsa kompensasiya etməyə çalışır.

Ümumiyyətlə, fövqəladə vəziyyətin nə qədər davam edəcəyi barədə dəqiq məlumat yoxdur, lakin yaxın aylarda məhdudiyyətlərin mərhələlərlə götürüləcəyini gözləmək olar.

– COVID-19-la bağlı məhdudiyyətlər qüvvəyə mindikdən sonra prosesdə olan immiqrasiya ərizələri ilə əlaqədar tələbləri yerinə yetirə bilməyənlər var. Bu, onların ərizələrinin nəticələrinə təsir edəcəkmi?

– Hökümət çox yaxşı başa düşür ki, mövcud məhdudiyyətlər səbəbindən bir çoxları immiqrasiya proseslərinin vacib mərhələlərini tamamlaya bilmirlər. Buna görə də hazırda sənəd çatışmazlığı ucbatından baxılmaqda olan heç bir immiqrasiya müraciəti rədd edilməyəcək. Sənədlərin təqdim olunması, tibbi müayinələrin başa çatması və barmaq izinin verilməsi müddəti 90 günə qədər uzadılıb. Bu müddət ərzində zəruri sənədləri təqdim etsəniz, əlavə gecikmələrin qarşısını almış olarsınız.

– Kanadaya oxumaq üçün gələnlər də kifayət qədərdir. Sentyabrdan yeni tədris ili başlayır. Buradakı təhsil ocaqlarına qəbul olanlar gələ biləcəkmi?

– Pandemiyanın gəlişi ilə Kanadada təhsil alan və ya təhsil almağı planlayan xarici tələbələrlə bağlı bir sıra yeni qaydalar qüvvəyə mindi.

Bu il martın 18-nə qədər təhsil icazəsi almış beynəlxalq tələbələr Kanadaya gələ bilərlər. Lakin Kanadaya gəldikdən sonra onlardan özlərini 2 həftəlik təcrid etmələri tələb olunacaq.

Martın 18-dən sonra təhsil icazəsi alan tələbələr isə qüvvədə olan hazırkı qaydalara görə, Kanadaya səfər edə bilməzlər. Təhsil müəssisələrinin əksəriyyəti hazırda onlayn rejimdə fəaliyyət göstərdiyindən, əlinizdə təhsil icazəsi olmasa belə, qəbul aldığınız təhsil müəssəsində dərslərinizə xaricdən onlayn başlaya bilərsiniz. Amma onu da qeyd edim ki, təhsil proqramları COVID-19 səbəbilə onlayn formata keçən tələbələrin əllərində təhsil icazəsi olduğu halda, təhsillərini bitirdikdən sonra Kanadada iş icazəsinə müraciət edə bilərlər. Bu qayda təhsil icazəsi ilə təhsil proqramının 50 faizinə qədərini xaricdən onlayn formatda tamamlayan tələbələrə də aiddir.

Hazırda xaricdə olan şəxslərə tələbə vizasına onlayn müraciət etmək tövsiyə olunur. Bu baxımdan Azərbaycandan olan tələbələr özlərini şanslı hesab edə bilərlər, çünki sənədlərə baxılma müddəti qeyri-müəyyən olsa da, ərizələrin qəbulu və işlənməsi prosesi davam edir. Bakıda yerləşən Kanada viza müraciət mərkəzi (Visa Application Center) məhdud iş saatlarında fəaliyyət göstərsə də, barmaq izlərinin (biometrics) qəbulunu və bəzi digər viza prosesləri üzrə işləri davam etdirir.

Ümumiyətlə, Kanada hökuməti xarici tələbələrin təhsil almasında, və ya təhsillərinin davam etməsində yaranan fasilələləri mümkün qədər minimuma endirməyə çalışır. Bu, Kanadanın ümumi iqtisadi rifahının artmasında xarici tələbələrin önəmli rol oynamalarından irəli gəlir. Belə ki, beynəlxalq tələbələr hər il ölkə iqtisadiyyatına təxminən 22 milyard dollar töhfə verərək 170 mindən çox iş yeinin qorunmasına kömək edir. 2019-cu ildə Kanadaya gələn beynəlxalq tələbələrin ümumi sayının təxminən 48 faizi (307 min nəfəri) təkcə Ontario vilayətinin payına düşür.

– Bəs Kanada hökumətindən sığınacaq istəyən miqrantların işi necə olacaq? Bildiyim qədərilə, hazırda məhkəmə sistemi fəaliyyət göstərmir.

– COVID-19-un təsirinə ən çox məruz qalanlar sığınacaq üçün müraciət edənlərdir. Məhkəmə və intervyuların təxirə salınması səbəbilə adi halda belə, ləng gedən prosesdə daha da çox gecikmələr müşahidə olunur və vəziyyətin hansı müddətə qədər uzanacağı barədə dəqiq məlumat yoxdur. Lakin müraciətçilər məhkəmə işlərinə aid sənədlərini Canada Post-un “E-post” onlayn platforması vasitəsilə IRB-yə (Immigration and Refugee Board of Canada – Kanadanın İmmiqrasiya və Qaçqınlar üzrə Dövlət Bürosu) təqdim etməyə davam edə bilərlər.

Bildiyimiz kimi, bir çoxları sığınacaq istəmək məqsədilə Kanadaya ABŞ sərhədindən keçirdilər. Amma pandemiya ilə əlaqədar hazırda sığınacaq tələb etmək üçün Amerikadan Kanadaya daxil olmaq istəyən şəxslər müvəqqəti olaraq ABŞ-a geri göndərilirər.

Kanadanın daxilindən yeni ərizələrin qəbulu davam etməkdədir. COVID-19 dövründə, istisna hal kimi, sığınacaq üçün ərizələr elektron poçt vasitəsilə ( [email protected] ) IRB-yə təqdim edilə bilər. Məhkəmədən keçən şəxslər isə, COVID-19 dövründəki məhdudiyyətlərə baxmayaraq, daimi yaşayış ərizələrini, hər zaman olduğu kimi, poçt vasitəsilə IRCC-yə göndərə bilərlər.

– Karantin dövründə vətəndaşlığa müraciət edənlərin aqibəti necə olacaq? Dövlət qurumları bütün gücüylə çalışmadığına görə sənəd işlərində gecikmələr varmı?

– Vətəndaşlıqla bağlı yeni müraciətlərin qəbulu davam etməkdədir. Lakin mövcud fayllarla bağlı bütün proseslər növbəti xəbərdarlığa qədər ləğv olunub. Bura vətəndaşlıq mərasimləri və testləri də daxildir. Mərasim və testlərin yeni tarixləri barədə vətəndaşlığa baş vuran zaman təqdim etdiyiniz e-mailinizə və ya poçt vasitəsilə evinizə bildiriş göndəriləcək. Baxılmaqda olan vətəndaşlıq müraciətləri ilə əlaqədar əlavə sənədlər tələb olunsa, onları təqdim etmək müddəti 90 günə qədər uzadılıb. Təsdiq olunmamış məlumat da var ki, hazırda IRCC vətəndaşlıq mərasimlərinin virtual formata kecirilməsi istiqamətində işlər aparır.

Onu da qeyd edim ki, pandemiya dövürundə məcburi olaraq ölkədən kənar qaldığınız müddət, vətəndaşlığa sənəd verən zaman, Kanadada qaldığınız müddət kimi hesablanmayacaq.

– Könül xanım, Azərbaycandan Kanadaya miqrasiya etmək istəyən həmyerlilərimiz bir çox hallarda immiqrasiya fırıldağının qurbanı olurlar. Qarşı tərəfin onları aldatdğını biləndə isə çox gec olur. Nə tövsiyə edərdiniz, həmyerlilərimiz immiqrasiya dələduzlarını necə ayırd etsinlər?

– Bu mövzu çox aktualdır. İmmiqrasiya dələduzluğu ilə bağlı hekayələri tez-tez eşidirik. Bu sahədə xidmət təklif edənlər o qədər çoxdur ki, insanlar kimə inanacaqlarını bilmirlər. Əslində immiqrasiya fırıldağı qurbanı olmaq riskini minimuma endirmək çox sadədir; bir az ayıq olun, işlədiyiniz şəxsə ödəniş etməyə tələsməyin, onun lisenziyasının mövcudluğundan əmin olun, barəsində araşdırma aparın. Ən azından “google”da axtarışa verib haqqında olan məlumatları oxuyun. Bundan başqa, təklif etdiyi xidmətin nədən ibarət olduğunu və hansı əsaslarla işlədiyini öyrənin. Bir sözlə, immiqrasiya işinizi başqasına etibar edərkən məlumatlı qərar verin. Bu yaxınlarda “Viza dələduzları-Qara siyahı” adlı Facebook qrupuna rast gəldim. Ən azından şübhə etidiyiniz şəxslər barədə o qrupa və onun kimi başqa qruplara sorğu göndərib toplumun fikrini alın.

Ümumilikdə, dələduzların istifadə etdikləri ən əsas metodlardan biri pul müqabilində Kanadaya viza alacaqlarına zəmanət vermələridir. İnsanlar daha çox işlərinin düzələcəyinə zəmanət verənlərə inanmağa meyl edirlər və çox vaxt öz immiqrasıya işlərini onlara gözüyumulu həvalə edirlər. Bu da bildiyimiz kimi, ağır nəticələrə gətirib çıxarır. Təəssüf ki, bu, yalnız pul itkisiylə nəticələnmir, həm də Kanadaya qapılarınızı həmişəlik bağlaya bilər. Lisenziyalı immiqrasiya vəkilləri və konsultantların hamısı bilir ki, heç bir şəxs viza və ya digər immiqrasiya məsələlərinə təminat verə bilməz. Vizanın verilib verilməyəcəyi barədə yalnız və yalnız IRCC qərar verə bilər.

– Bəzən həmyerlilərimizə pul müqabilində Kanadada iş təklif olunur. Bu nə dərəcədə realdır?

– Kanadada işlə təminat və iş vizası təklifi olunanda çox ehtiyatlı olmaq lazımdır. Çünki əksər hallarda bu cür təkliflər əsassız olur. Kanadaya iş vizası almaq asan məsələ deyil və bəzi istisnalar olmaqla hər hansı Kanada şirkəti tərəfindən iş təklifi almaq Kanadaya iş vizası almaq üçün kifayət etmir. Xaricdən işçi gətirmək üçün Kanada şirkəti ilk növbədə Kanadanın Məşğulluq və Sosial İnkişaf Xidmətindən (Employment and Social Development Canada ) müsbət LMIA (Labor Market Impact Assessment – Əmək BazarınaTəsirin Qiymətləndirilməsi) almalıdır. Bir neçə ay sürən prosesdə həmin şirkət Kanada hökümətinə digər məsələlərlə yanaşı, xarici işçiyə təklif olunan vəzifəyə yerli kanadalını tapa bilmədiyini, həmin işçinin alınmasının Kanadanın əmək bazarına müsbət təsir göstərəcəyini, xarici işçiyə Kanadanın müvafiq vilayət və şəhərində eyni iş üçun verilən orta əmək haqqı qədər və ya ondan daha çox əmək haqqı verə biləcək qabiliyyətində olduğunu sübut etməlidir. Yalnız sizə iş təklifi edən şirkət müsbət LMIA aldıqdan sonra siz iş vizasına müraciət edə bilərsiniz. İş vizasına müraciət edərkən LMIAnömrəsini ərizə formanızda qeyd etməlisiniz. Onu da qeyd edim ki, COVID-19 dövründə, istisna hal olaraq, LMIA ərizələrini elektron poçt vasitəsilə vermək mümkündür.

– Dələduzluq qurbanı olan şəxslər şikayət üçün hara müraciət edə bilərlər?

– İmmiqrasiya dələduzluğunun qurbanı və ya şahidi olan şəxslər bu barədə 1-888-502-9060 telefon nömrəsi vasitəsilə Kanada Sərhəd Xidmətinə (CBSA) məlumat verə bilərlər. Dələduzluq rəsmi təmsilçiniz tərəfindən edilibsə, onun tabe olduğu tənzimləmə orqanına şikayət edə bilərsiniz. Bundan əlavə, dələduzluq edən rəsmi nümayəndənizi ləğv edərək bu barədə cic.gc.ca/english/contacts/web-form.asp saytı vasitəsilə IRCC-yə bildirış göndərə bilərsiniz. Unutmayın ki, siz istədiyiniz zaman rəsmi nümayəndənizdən imtina edə və ya onu başqa nümayəndə ilə əvəz edə bilərsiniz və o, buna heç bir şəkildə mane ola bilməz.

Kanadadan kənardasınızsa, immiqrasiya dələduzlğu qurbanı və ya şahidi olduğunuzla bağlı şikayətinizi Kanada konsulluğuna və ya səfirliyinə edə bilərsiniz. Bəzi hallarda şəxsiyyət və ya maliyyə məlumatları oğurluğu ilə əlaqədar yerli polisi də məlumatlandırmaq olar.

– Ümumiyyətlə, immiqrasıya işində vəkil tutmaq məcburidir?

– Xeyr, immiqrasiya işinizi həll etmək üçün vəkil tutmaq məcburiyyətində deyilsiniz. Məsələn, mən özum Kanadaya immiqrasiya edərkən heç bir vəkilin yardımı olmadan öz işimi müstəqil şəkildə Kanadanın rəsmi internet səhifəsindəki (www.canada.ca) mənbələrdən istifadə edərək həll etmişəm. Amma onu da qeyd edim ki, immiqrasiya sahəsi göründüyü kimi, sadə və bəsit deyil. Kanadada 80-dən çox immiqrasiya proqramı mövcuddur və həmin proqramlar arasında turist və tələbə vizası, Express Entry (Ekspres Giriş) kimi sadə və müstəqil şəkildə həll oluna biləcək proqramlarla yanaşı, bir sıra kifayat qədər qəliz və mürəkkəb proqram və məsələlər də var ki, onların həlli üçün təcrübəli vəkil və ya konsultantla işləməyin daha məqdəsədəuğyun olduğunu düşünürəm.

– Son olaraq, COVID-19 səbəbilə Kanadanın immiqrant siyasətində yaxın gələcəkdə hansısa dəyişiklik olacağı gözlənilir?

– İmmiqrasiya son onilliklərdə Kanadanın ümumi iqtisadi inkişafına , həmçinin yeni iş yerlərinin açılmasına təkan verən əsas amillərdən biri sayılırdı. Bildiyimiz kimi, COVID-19-un gəlişi ilə Kanadanın iqtisadi mənzərəsi son bir neçə ayda kəskin şəkildə dəyişdi. Təkcə bu il üçün federal kəsir 252 milyard dollar ola bilər. Eynilə, böyük çatışmazlıqlar 2021 və 2022-ci illər üçün də gözlənilir. Bu, o deməkdir ki, iqtisadı artımın stimullaşdırılması üçün dövlət immiqrasiya tədbirlərindən daha cox faydalanacaq. İmmiqrasiya naziri cənab Marko Mendicino bu məsələyə toxunaraq bildirib ki, COVID-19-dan sonra immiqrasiya ölkənin iqtisadi dirçəlişi üçün ən əsas amil olacaq. Hansı dəyişikliklərin olacağını söyləmək çətindir, amma ölkəyə böyük kapital gətirən biznes və tələbə vizalarının təsdiq dərəcəsinin artacağı, Express Giriş proqramının ballarının daha da düşəcəyi, yeni pilot proqramlara start veriləcəyi gözləniləndir. Bunlar da ölkəyə daha çox immiqrantın gəlişi deməkdir. Digər tərəfdən, ərizlərə baxılma müddətinin bir az da uzanacağını, daha çox proseslərin onlayn rejimə keçəcəyini, həmçinin dövlət rüsumlarının artacağını da gözləmək olar.

Comments are closed, but trackbacks and pingbacks are open.