Press "Enter" to skip to content

Kapital Bankda Müştəri-Bank xidməti

Salam, Hörmətli İsmayıl Məmmədli. Bankımız haqqında belə düşüncədə olmağınız bizi çox təəssüfləndirir. Kapital Bank üçün hər bir müştəri və onlara göstərilən xidmət səviyyəsi, bank məhsulları haqqında olan düşüncələri, dəyərləndirmələri çox önəmlidir. Üzləşdiyiniz çətinliklərə və yaşadığınız narahatlığa görə Sizdən üzr istəyirik. Yaranmış hal ilə bağlı şikayətinizin qeydə alınması üçün Birbank mobil tətbiqi üzərindən çat-a müraciət etməyinizi xahiş edirik. 3019894 nömrəli müraciətinizin nəticəsi ilə bağlı məlumat təqdim edə bilməyimiz üçün Birbank mobil tətbiqində: Daha çox – Bankla əlaqə – �� “Çat” bölməsindən yazaraq operator ilə əlaqə saxlamağınızı xahiş edirik. Təhlükəsizliyin və şəxsi məlumatların qorunması üçün yalnız Birbank tətbiqi üzərindən yoxlanışlar məlumat təqdim oluna bilər. Birbankınız yoxdursa, onu bu linkdən yükləyərək http://www.kbl… qeydiyyatdan keçib bizə yaza bilərsiniz.

Kapital Bank mushteri memnuniyyeti

Bank olaraq müştəri məmnuniyyətinə qətiyyən önəm vermirlər. Bu gün saat 13:00 – 13:30 arası debet kart sifariş vermək üçün bülbül prospektində yerləşən Kapital Bank filialına yaxınlaşdım və filialdan mənə bildirdilər ki, şəxsiyyət vəsiqəsi deaktivdir. Halbuki ŞV-ni təzəlikcə dəyişmişəm. Yerindəcə əməkdaşların gözü önündə ASAN xidmətə zəng etdim və bildirdilər ki, ŞV aktivdir heç bir problem yoxdur. Ancaq bank olaraq heç bir köməklik göstərmədilər (“Boş yerə” sorğu yaratmaqdan başqa( sorğu nömrəsi: 3228362). Niyə “boş yerə” dediyimi aşağıda qeyd edəcəm). Ardınca 196-a zəng etdim ordan da köməkçi olmadılar (“boş yerə” sorğu). Niyə “boş yerə” ? Çünki 3019894 nömrəli sorğumun üzərindən 3 ay keçməyinə baxmayaraq hələ də nəticə yoxdur!! Artıq bu cür müştəri məmnuniyyətinə önəm verməyən bankın məhsullarından istifadəni dayandırıram və digər bankların xidmətlərindən yararlanacam. Bankla bu cür acı təcrübə heç xoş olmadı!

Cavablar

Salam, Hörmətli İsmayıl Məmmədli. Bankımız haqqında belə düşüncədə olmağınız bizi çox təəssüfləndirir. Kapital Bank üçün hər bir müştəri və onlara göstərilən xidmət səviyyəsi, bank məhsulları haqqında olan düşüncələri, dəyərləndirmələri çox önəmlidir. Üzləşdiyiniz çətinliklərə və yaşadığınız narahatlığa görə Sizdən üzr istəyirik. Yaranmış hal ilə bağlı şikayətinizin qeydə alınması üçün Birbank mobil tətbiqi üzərindən çat-a müraciət etməyinizi xahiş edirik. 3019894 nömrəli müraciətinizin nəticəsi ilə bağlı məlumat təqdim edə bilməyimiz üçün Birbank mobil tətbiqində: Daha çox – Bankla əlaqə – �� “Çat” bölməsindən yazaraq operator ilə əlaqə saxlamağınızı xahiş edirik. Təhlükəsizliyin və şəxsi məlumatların qorunması üçün yalnız Birbank tətbiqi üzərindən yoxlanışlar məlumat təqdim oluna bilər. Birbankınız yoxdursa, onu bu linkdən yükləyərək http://www.kbl… qeydiyyatdan keçib bizə yaza bilərsiniz.

Kapital Bank
96%

Cavab vermə faizi

9%

Həll olunmuş şikayətlər

Kapital Bankda “Müştəri-Bank” xidməti

Kapital Bank daha bir yeni xidmət növünü istifadəyə verdi. “Müştəri-Bank” adlanan bu xidmət korporativ müştərilər üçün nəzərdə tutulub. Xatırladaq ki, Kapital Bank fərdi müştəriləri üçün “İnternet Banking” xidmətini hələ 2011-ci ilin əvvəlindən istifadəyə vermişdi. “Müştəri-Bank” xidməti isə eyni imkanı korporativ müştərilər üçün yaradır. Bankın müştərisi olan və elektron imzaya malik hər bir hüquqi şəxs bundan faydalana bilər.

“Müştəri-Bank” xidməti banka gəlmədən internet vasitəsilə müvafiq struktur bölmədə olan hesab üzrə aşağıdakı əməliyyatları aparmağa imkan verir: son bir il ərzində aparılmış əməliyyatlara dair hesabdan çıxarışların alınması; valyuta məzənnələri və onlardakı dəyişikliklər haqqında məlumat; son bir il üzrə hesablaşma hesablarının vəziyyəti və həmin hesablar vasitəsilə aparılan əməliyyatlar haqqında məlumat; ödəniş tapşırıqlarının hazırlanması; ödəniş tapşırıqlarının təsdiqlənməsi; hazırlanmış ödəniş tapşırıqlarının şablon kimi yaddaşda saxlanması və gələcəkdə onlardan istifadə olunması; müştərinin kreditləri haqqında məlumatın alınması; müştərinin depozitləri haqqında məlumatın alınması.

Xidmətə yalnız bankın struktur bölməsinə müraciət etməklə qoşulmaq mümkündür.
“Müştəri-Bank” xidmət haqqında daha ətraflı məlumatla Kapital Bankın www.kapitalbank.az internet səhifəsindən ətraflı məlumat almaq olar.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

“Kapital Bank” “Müştəri-Bank” xidmətini yeniləyib

Bakı, 12 avqust, AZƏRTAC
“Kapital Bank” “Asan İmza” xidmətini tətbiq edərək “Müştəri-Bank” xidmətini yeniləyib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bankın xidmətlərindən istifadə imkanları daha da genişlənib. Bankın öz korporativ müştəriləri üçün düşündüyü “Müştəri-Bank” xidmətində müəyyən dəyişikliklər edilib. Bu xidmətdən istifadə indi daha rahat və funksional olub. Bankın bu xidməti “Asan İmza” mobil elektron imza xidməti ilə də inteqrasiya edilib. Bu da o deməkdir ki, bankın müştərisi olan hüquqi şəxslər, fərdi sahibkarlar iş yerlərini, evlərini tərk etmədən real vaxt rejimində lazımi bank əməliyyatlarını internet vasitəsilə həyata keçirə bilərlər və bu zaman ödənişlərin icrasına sərf olunan vaxt minimuma enir.
“Müştəri-Bank” xidməti – cari hesabların müşahidəsi, hesablar üzrə hesabdan çıxarışların hazırlanması, ödəniş tapşırıqlarının hazırlanması, ödəniş tapşırıqlarının avtorizasiyası, hazırlanmış ödəniş tapşırıqlarının şablon kimi yaddaşda saxlanması və gələcəkdə onlardan istifadə, müştərinin kredit və depozit hesabları üzrə məlumatın alınması və valyuta məzənnəsi haqqında məlumatın alınması kimi əməliyyatların aparılmasına imkan verir.
Xidmət əməliyyat gününün sonunadək göndərilən sənədlərin gün ərzində icrasına zəmanət verir. Ödəniş sənədlərinin tərtibi zamanı hər hansı səhvin qarşısını alır. İstənilən səviyyədə olan istifadəçiyə sadə və asan interfeys təmin edir. Üstəlik bu sistemdən istifadə üçün əlavə proqram təminatına da ehtiyac yoxdur. Kompyuterin, internetə çıxış imkanının və standart internet brauzerin olması kifayətdir.

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Azərbaycan neftinin qiyməti ucuzlaşdı

18 Mart 2023 11:19

Azərbaycan nefti bahalaşıb

17 Mart 2023 09:38

Məzənnə açıqlandı – Rubl sabit qaldı

17 Mart 2023 09:15

Dolların sabaha olan məzənnəsi

16 Mart 2023 17:38

Məzənnədən nə xəbər?

16 Mart 2023 09:20

Dünyada ciddi dollar qıtlığı yaranıb: Azərbaycana necə təsir edəcək?

15 Mart 2023 12:25

Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu
Rusiyanın YENİ PLANI:

Tatarıstan Respublikası qubernatorluğa çevrilir – AÇIQLAMA

Sənətə öz gücümlə gəlmişəm, bəziləri kimi başqa yollardan keçməmişəm –

aktrisa Arzu Abdulova ilə MÜSAHİBƏ

“Heç vaxt ölməyən insanlar var”

– 1 daşla 9 quş

“Özüm daha heç nəyə, heç kimə güvənmirəm”

– Tanınmış teleaparıcıdan İNANILMAZ cavablar

​“SOCAR PETROLEUM”-dan bilinənlər və bilinməyənlər
​Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarından REPORTAJ
“Jurnalist sorğusuna diqqətlə yanaşmaq, operativ reaksiya vermək lazımdır”

– Qulu Xəlilovla MÜSAHİBƏ / Fotolar

“Üstündən 5 il keçir və həyatımın ən böyük zərbəsi elə odur”

– Azərbaycanlı müğənnidən FLAŞ açıqlamalar / MÜSAHİBƏ

“Çox çətin uşaqlığım olub”

– Niyaz Niftiyevlə müsahibə / FOTOLAR

“Dünya ədəbiyyatı böyük bir dənizdir, nə götürsən, qənimətdir”

– Səlim Babullaoğlu ilə müsahibə / FOTOLAR

​Mədə kiçiltmə əməliyyatı xərçəngə səbəb olur? –

Ümumi cərrahla MÜSAHİBƏ / FOTOLAR

Comments are closed, but trackbacks and pingbacks are open.