Press "Enter" to skip to content

Kartoqrafik generalizasiya

1) xəritələrin riyazi qanun üzrə tərtib edilməsi; 2) xəritə tərtibində kartoqrafik şərti işarələrdən istifadə edilməsi; 3) xəritədə təsvir edilən obyekt və hadisələrin kartoqrafik generalizasiyası.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti

Kartoqrafiya – coğrafiya elmi və digər kartoqrafik əsərlər  , onların xüsusiyyətləri yaradılma və istifadə edilmə üsulları haqqında elmdir.

  1. Xəritəşünaslıq – coğrafiya xəritələrini, onların mahiyyətini, növlərini elementlərini, xəritənin və kartoqrafiyanın inkişaf tarixini, xəritədən istifadə etmə üsullarını və ilk kartoqrafik materialları (mənbələri) öyrənir.
  2. Riyazi kartoqrafiya – kartoqrafik proyeksiyaların nəzəriyyəsinin, kartoqrafik şəbəkənin hesablanma və qurulma üsullarının, xəritənin geodeziya əsasını təşkil edən istinad məntəqələrindən istifadə etmə üsullarının, miqyasın və koordinat şəbəkəsinin öyrənilməsindən bəhs edir.
  3. Xəritələrin tərtibi və redaktə edilməsi – hazır kartoqrafik materiallara əsasən laboratoriya şəraitində müxtəlif ümumcoğrafi və xüsusi xəritələrin tərtibindən və redaktə edilməsindən bəhs edir. Bu bölmənin ən mühim problemlərindən biri kartoqrafik generalizasiyanın nəzəriyyəsi və işlənib hazırlanması hesab olunur.
  4. Xəritənin qrafiki düzəldilməsi (bəzənməsi) – qrafikaya, rənglərə və onların coğrafiya xəritələrində tətbiqinə əsaslanaraq, xəritənin məzmunun rəng və qrafiki (ştrixlər, şriftlər üzrə) surətdə təsvir edilməsi üsullarından bəhs edir.
  5. Xəritənin nəşri – fiziki-kimyəvi və texniki elmlərə əsaslanaraq, poliqrafiya sahəsinə aid olub, xəritənin nəşr edilməsindən bəhs edir.
  6. Kartometriya – xəritə üzrə uzunluğun, sahənin, bucaqların, yüksəkliyin, meylliyin, həcmin və s. kəmiyyətlərin ölçməsi və hesablanması üsullarından bəhs edir. Özünün ənənəvi inkişaf xüsusiyyəti və metoduna görə kartometriya əksər halda kartoqrafiyanın bir sərbəst bölməsi hesab edilir. Lakin son zamanlar kartometriya və onunla sıx əlaqədar olan morfometriya xəritənin, xüsusən mühəndis və elmi-tədqiqat işlərində istifadə edilməsi üsulu kimi nəzərdə tutulur. Bu kitabda kartometriya və morfometriya məsələləri “Xəritələrin istifadə edilməsi” bölməsində şərh edilir.
  7. Kartoqrafiya istehsalının təşkili və iqtisadiyyatı – kartoqrafiya istehsal müəssisələrinin istehsal-təsərrüfat fəaliyyətinin planlaşdırma metodlarını işləyib hazırlayır, onların iş təcrübəsini öyrənir və ümumiləşdirir.

Riyaziyyatdan, xüsusən riyazi kartoqrafiyada, kartometriya və morfometriya işlərində daha çox istifadə olunur.

Kartoqrafiya geodeziyadan Yerin forması və ölçüləri haqqında dəqiq məlumat və istinad məntəqələrinin koordinatlarını alır. Topoqrafiya və aerotopoqrafiya bütün coğrafiya xəritələrinin tərtib edilməsi üçün ilk kartoqrafik materialları – ərazinin böyük miqyaslı xəritəsini verir.

Obyekt və hadisələrin xüsusiyyətlərini və bir-biri ilə qarşılıqlı əlaqəsini vermək və onları xəritələrdə düzgün təsvir etmək üçün kartoqrafiya coğrafiya, geologiya, torpaqşünaslıq və s. Təbiət elmlərindən konkret məlumat alır.

Kartoqrafiya isə öz növbəsində, coğrafi və başqa tədqiqatların aparılması üçün əvəzedilməz vasitə olan xəritə verir. Bu xəritələr üzrə tədqiqatçılar (coğrafiyaşünaslar, kartoqraflar, geoloqlar, torpaqşünaslar və b.) müxtəlif obyekt və hadisələrin yer üzərində yayılma qanunauyğunluqlarını, bir-biri ilə qarşılıqlı əlaqəsini, asılılığını, inkişafını və s. xüsusiyyətlərini müəyyən edirlər. Heç də təsadüf deyil ki, məşhur sovet alimi akademik L.S.Berq xəritəni “çoğrafiyanın alfa və omeqası” adlandırmışdır.
Coğrafiya xəritəsi və onun əsas xüsusiyyətləri
Qədim zamanlarda, yer səthinin kiçilmiş təsvirinin müstəvi üzərində göstərilməsinə coğrafiya xəritəsi deyilir. Lakin bu sadə tərif dəqiq və tam deyil. Əvvəla, həmin tərif yer səthinin hər hansı fotoşəkli və bədii surətdə təsviri olan mənzərə şəkli üçün də doğrudur. Ikincisi, həmin tərifə görə xəritə yalnız yer səthini təsvir edir. əslində isə müasir xəritələrin məzmununa müxtəlif təbii və ictimai-iqtisadi obyekt və hadisələr (məsələn, havanın temperaturu və təzyiqi, əhalinin sıxlığı və milli tərkibi və s.) də aiddir. Buradan aydın olur ki, yer səthini təsvir edən digər şəkillərdən fərqli olaraq coğrafiya xəritələrinin özünəməxsus xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər aşağıdakılardır:

1) xəritələrin riyazi qanun üzrə tərtib edilməsi; 2) xəritə tərtibində kartoqrafik şərti işarələrdən istifadə edilməsi; 3) xəritədə təsvir edilən obyekt və hadisələrin kartoqrafik generalizasiyası.

  1. Xəritələrin riyazi qanun üzrə tərtib edilməsi.
  1. Əvvəlcə, Yerin fiziki səthinin səviyyə səthi üzərində proyeksiyası alınır. Həmin proyeksiya səviyyə səthinə perpendikulyar olan şaquli xətlərlə alındığından, coğrafi obyektlərin vəziyyəti plan üzrə düzgün təyin edilir. Səviyyə səthinin əmələ gətirdiyi fiqur – Yerin nəzəri forması olan geoid mürəkkəb olduğundan o, kartoqrafiya işlərində fırlanma ellipsoidi, yaxud da kürə ilə (az dəqiqlik tələb edən işlərdə) əvəz edilir.
  2. Sonrakı əməliyyat ellipsoid (yaxud kürə) səthindən müstəvi səthə keçməkdən ibarətdir.

Meridian və paralellərin şərti olaraq kağız üzərində göstərilmiş təsvirinə kartoqrafik şəbəkə deyilir.

Qlobus üzərində qurulmuş meridian və paralellər şəbəkəsi coğrafi şəbəkə adlanır. Coğrafi şəbəkənin müstəvi üzərində müəyyən riyazi qanunlarla təsvir edilmə üsuluna kartoqrafik proyeksiya deyilir.

Kartoqrafik şəbəkənin əmələ gətirdiyi trapeslərin birindən digərinə keçdikdə miqyas dəyişir. Lakin meridian və paralellər elə qurulmalıdır ki, miqyasın dəyişməsi arası kəsilmədən və sıçrayışsız olsun, yəni yer üzərindəki hər hası bir A0 nöqtəsinə xəritədə yalnız bir A nöqtəsi uyğun gəlsin və ya əksinə. Başqa sözlə desək, müstəvi üzərindəki təsvir fasiləsiz, aralıqsız və qırışıqsız olmalıdır. Belə halda yer üzərindəki hər bir trapes kartoqrafik şəbəkədə yalnız öz damasına uyğun gələcəkdir. Deməli, yer səthinin təsvirini verən bir sıra digər üsullardan (məsələn, fotoqrafiya, mənzərə şəkli və s.) fərqli olaraq, xəritədə yer səthinin təsviri müəyyən riyazi qanunlar vasitəsi ilə göstərilir. Ona görə də xəritə üzrə hər hansı bir obyektin vəziyyəti, forması və ölçüləri haqqında məlumat almaq olar.

  1. Xəritə tərtibində kartoqrafik şərti işarələrdən istifadə edilməsi.

Şəkildə eyni bir ərazinin aeroşəklini və xəritəsinimüqayisə etdikdə kartoqrafik şərti işarələrin xüsusiyyətlərini aydın görmək olar. Burada müəyyən hündürlükdə təyyarədən görünən yer səthinin əsil şəkli xəritədə həndəsi xarakterli təsvirlə əvəz edilmişdir. Göründüyü kimi, kartoqrafik şərti işarələr yer səthi obyektlərinin bir çox fərdi xüsusiyyətlərini elə bil pozur, bununla da təsviri sadələşdirir və xəritənin yükünü azaldır.

Kartoqrafik şərti işarələrin istifadə edilməsi böyük ərazi sahələrini, hətta bütün yer səthini bir baxışla əhatə etmək üçün təsviri çox kiçiltməyə imkan verir.
a)

  1. təyyarədən çəkilmiş fotoşəkil;
  2. həmin sahənin topoqrafik xəritəsi (orta məktəb müəllimləri üçün
  3. Coğrafiya atlasından, 1985)
  1. Xəritədə təsvir edilən obyekt və hadisələrin kartoqrafik generalizasiyası.

Beləliklə, göstərilən xüsusiyyətləri nəzərə alaraq coğrafiya xəritəsinə belə tərif vermək olar.

Yer səthinin kiçildilmiş, ümumiləşdirilmiş və müəyyən bir kartoqrafik proyeksiyada şərti işarələrlə təsvirə coğrafiya xəritəsi deyilir.

Lakin həmin tərif yer səthini (su obyektlərini, relyefi, bitki örtüyünü, yollar şəbəkəsini, sərhədləri və s. obyektləri) xarakterizə edən xəritələr üçün düzgün sayıla bilər. Belə xəritələr ümumcoğrafi xəritələr adlanır. Yer səthinin mükəmməl təsvirini göstərən topoqrafik xəritələr ümumcoğrafi xəritələrə aiddir.

Xəritədə Yerin fiziki səthindən əlavə bir sıra müxtəlif təbii və ictimai-iqtisadi obyekt və hadisələr də təsvir olunur. Bu qrup xəritələrə müxtəlif xüsusi (geoloji, iqlim, sənaye, etnoqrafik və s.) xəritələr aiddir.

Beləliklə, coğrafiya xəritəsi yer səthinin keçirdilmiş ümumiləşdirilmiş və müəyyən bir kartoqrafik proyeksiyada şərti işarələrlə təsviri olub, müxtəlif təbii, ictimai-iqtisadi obyekt və hadisələrin bir-biri ilə qarşılıqlı əlaqədə yerləşməsini göstərir.

Hər hansı bir ərazinin xəritəsini tərtib etmək üçün əvvəlcə çöl işlərini aparmaq lazımdır. Bu çöl işləri isə müxtəlif geodeziya, topoqrafiya, aeroqrafiya planaalma və nivelirləmə işlərindən ibarətdir. Hazırda topoqrafik xəritələr demək olar ki, tamamilə aerofotoplanaalma üsulu ilə tərtib olunur.

Kiçik miqyaslı coğrafiya xəritələrinin tərtibi üçün bilavasitə çöl işləri aparılmır; bu məqsədlə nisbətən böyük miqyaslı kartoqrafik materiallardan istifadə olunur.

Yer səthini göstərən digər kartoqrafik təsvirlər: qlobuslar, müxtəlif relyef modelləri, blok-diaqramlar coğrafiya xəritəsinin iki xüsusiyyətini – kartoqrafik generalizasiyanı və kartoqrafik şərti işarələri özlərində saxlayır, lakin riyazi qurulma üsullarına görə xəritədən fərqlənirlər. Belə ki, Yerin modeli olan qlobusun qurulmasında kartoqrafik proyeksiya istifadə edilmir. Relyef modelləri (relyef xəritələri) üçölçülü təsvir olub, yer səthinin nahamarlığı haqda təsəvvür yaradır. Blok-diaqramlar (yer qabığının kəsilişi ilə birlikdə) yer səthinin perspektiv təsvirdə göstərən müstəvi şəkillərdir.

Ay və başqa planetlərin xəritələri öz xüsusiyyətlərinə görə coğrafi xəritələrə oxşardır, lakin onlarda təsvir olunan obyektlər başqadır. Bu xəritələr başqa məqsəd güdürlər və onların tərtibində xüsusi kartoqrafik şərti işarələr sistemindən istifadə edilir.

Coğrafiya xəritələrinin əhəmiyyəti
Coğrafiya xəritələri bir çox təcrübi və elmi işlərdə mühüm əhəmiyyətə malikdir. Xəritə, coğrafiyanın ikinci dilidir. Kitablardakı coğrafi təsvirlər nə qədər mükəmməl olsa da, onlar ərazi haqqında xəritəsiz tam təsəvvür yarada bilməz.

Xəritə yer səthində olan qurunun, suyun, ayrı-ayrı ölkələrin və s. obyektlərin sahəsi, yerləşməsi və forması haqqında əyani təsəvvür yaradır. Bundan başqa xəritə yer səthində olan müxtəlif hadisələrin dəyişməsini, bir-biri ilə əlaqəsini və s. xüsusiyyətlərini öyrənmək üçün mühüm bir vasitədir.

Kartoqrafiyanın tarixindən məlumdur ki, xəritələrin düzəldilməsi təcrübi işin tələbi ilə meydana gəlmişdir.

Böyük və orta miqyaslı ümumcoğrafi xəritələr bir çox layihə (inşaat, yol, hidrotexnika, meliorasiya, kənd təsərrüfatı və s.) hərbi və elmi tədqiqat işlərində geniş surətdə istifadə olunur.

Bir çox xəritələrdən (xüsusən, kiçik miqyaslı fiziki, siyasi inzibati və s. xəritələr) mədəni quruculuq və kütlələrin ümumi təhsilinin artırılması işlərində geniş istifadə edilir. Geomorfoloji, geoloji, hidroloji, torpaq və s. elm sahələrində aparılan xüsusi tədqiqatlar nəticəsində çoxlu faktiki material toplanır. Bu materialların coğrafi xəritələr üzərində təsviri, yəni xüsusi fiziki-coğrafi xəritələrin tərtib edilməsini, ayrı-ayrı obyekt və hadisələrin (yer səthinin relyefi, geoloji quruluşu, çayların axımı və s.) yerləşməsinin qanunauyğunluğunu, əlaqəsini və s. xüsusiyyətlərini öyrənmək və dərk etmək üçün xəritə böyük əhəmiyyətə malikdir.

Bundan başqa xəritələr üzrə (xüsusən böyük miqyaslı xəritələr üzrə) aparılan ölçmə işlərinə əsasən bir sıra morfometrik göstəricilər (yer səthinin orta yüksəkliyi, meyl bucağı və s.) tərtib edilir. belə morfometrik xəritələr yer səthini öyrənməkdə və bir sıra təcrübi məsələlərdə (axımın tərpaq eroziyasının öyrənilməsində, layihə işlərində və s.) xüsusi əhəmiyyətə malikdir.

II. Topoqrafik xəritələrin oxunması.
Çox müxtəlif olan coğrafiya xəritələrini öyrənmək, onların ayrı-ayrı növlərinə xas olan qanunauyğunluqları müəyyən etmək, xəritəlri sistemləşdirmək və onlardan istifadə etməni asanlaşdırmaq məqsədi ilə xəritələri təsnif etməyin mühüm əhəmiyyəti vardır. Bu deyilənlərlə yanaşı, xəritələrin elmi təsnifatı kartoqrafiya istehsalatının təşkili, xəritələrin tərtib edilməsi və redaktəsi üçün də vacibdir.

Coğrafiya xəritələrinin müxtəlif əlamətlərinə görə təsnifat etmək olar. Bunlardan ərazi, xəritənin məzmunu, miqyası, vəzifəsi, kartoqrafik proyeksiyanın növü və s. göstərmək olar.

Hər bir elmi təsnifatda coğrafiya xəritələrinin məzmununu və xüsusiyyətini təyin edən mühüm əlamət olmalıdır. Bu nöqteyi-nəzərdən əraziyə, xəritənin məzmununamiqyasa görə təsnifat daha mühüm sayılır.

Ərazi əlamətinə görə: dünya, yarımkürələr, okean və dənizlər, materiklər və onların böyük hissələri, dövlətlər, vilayətlər və s. xəritələr olur.

Məzmuna (ixtisaslaşmaya) görə xəritələri təsnif etdikdə hər şeydən əvvəl onlar ümumcoğrafixüsusi) xəritələr qrupuna bölünür.

Ümumcoğrafi xəritələr yer səthi və orada yerləşən müxtəlif obyektlər bir-birindən fərqlənməyərək eyni qüvvədə təsvir olunur. Lakin bu təsvirin mükəmməlliyi və dolğunluğu hər şeydən əvvəl xəritənin miqyasından asılıdır. Ona görə də ümumcoörafi xəritələrin təsnifində miqyas əsas götürülür.

  1. Böyük miqyaslı xəritələr. Bu qrupa miqyası 1:200 000 və daha böyük olan xəritələr aiddir. Bu xəritələrtopoqrafik xəritələr adlanır.
  2. Orta miqyaslı xəritələr. Bu qrupa miqyası 1:200 000-dən 1:1 000 000-a (özü daxil olmaqla) qədər olan xəritələr aiddir. Bu xəritələr obzor-topoqrafik xəritələr adlanır.
  3. Kiçik miqyaslı xəritələr. Bu qrupa miqyası 1:1 000 000-dan kiçik olan xəritələr aiddir. Həmin xəritələr obzor xəritələr adlanır.

Xüsusi xəritələrdə hər hansı obyek və ya hadisə daha dolğun təsvir olunur. Həmin obyekt və ya hadisə ümumcoğrafi xəritənin məzmununu təşkil edən elementlərdən biri (məsələn, hipsometrik xəritədə relyef), yaxud statistik üsullahesablanmış göstərici (məsələn, hər nəfərə düşən elektrik enerjisi), yeraltında və su altında gizlənmiş obyektlər (yeraltı sular, su altı relyef), tez dəyişən və ümumiyyətlə insan gözünün görə bilmədiyi obyekt və hadisələr (küləklər, maqnit inhirafı və s.) ola bilər. Ümumcoğrafi xəritənin digər elementləri xüsusi xəritələrdə çox cüzi verilir, bəzi elementlər isə tamamilə göstərilmir.

Xüsusi xəritələr təbii hadisələr (fiziki-coğrafi) və texniki xəritələr üzrə təsnif edilir. Göstərilən siniflər öz-özlüyündə bir neçə növə bölünür.

Məzmuna (ixtisaslaşmaya) görə xəritələrin təsnifatı aşağıdakı sxem üzrə aparıla bilər.

  1. Topoqrafik xəritələr;
  2. Obzor-topoqrafik xəritələr;
  3. Obzor xəritələr.
  1. Fiziki-coğrafi xəritələr;
  2. Ümumi fiziki-coğrafi (landşaft və fiziki-coğrafi rayonlaşma) xəritələri;
  3. Geoloji (tektonik, litoloji, qravimetrik, seysmik) xəritələr;
  4. Yer səthi relyefinin (hipsometrik, morfometrik, geomorfoloji, morfoqrafik) xəritələri;
  5. Atmosfer hadisələri (meteoroloji, iqlim, sinoptik) xəritələri;
  6. Dəniz (dərinliklər, batimetrik, duzluluq, dəniz cərəyanları və s.) xəritələri;
  7. Səth-suları (hidroqrafik, axım, rejim və s.) xəritələri;
  8. Torpaq xəritələri;
  9. Bitki (geobotanika, bitki növlərinin yayılması, meşə, bataqlıq və s.) xəritələri;
  10. Zoocoğrafi xəritələr.
  1. Əhali (əhalinin yerləşməsi, əhalinin tərkibi, sıxlığı və s.) xəritələri;
  2. İqtisadi (təbii ehtiyatlar, sənaye, kənd təsərrüfatı, nəqliyyat və rabitə vasitələr, ümumiqtisadi və s.) xəritələr;
  3. Mədəni quruculuq (maarif, səhiyyə, klub, kitabxana və s.) xəritələr;
  4. Siyasi-inzibati xəritələr;
  5. Tarixi xəritələr.
  1. Dəniz naviqasiya xəritələri;
  2. Uçuş xəritələri;
  3. Layihə və s. xəritələr.

Vəzifəsinə görə xəritələri tədris, elmi-məlumat, mədəni-maarif, turist, idman, hərbi məqsədlər (taktika, strateji və s.) və s. qruplara bölmək olar.

Xəritələrin vəzifəsi onların məzmununa, miqyasına, tərtib edilmə üsullarına və s. xüsusiyyətlərinə təsir edir.

Lakin bir çox xəritələrin geniş miqyasda tərtib edilməsi ilə əlaqədar olaraq, vəzifəyə görə onların təsnifatı məhdudlaşır. Məsələn, topoqrafik xəritələr elmin, mədəniyyətin, xalq təsərrüfatının və ölkə müdafiəsinin ehtiyatlarını ödəyir. Ona görə də vəzifəsinə görə xəritələrin təsnifatı təcrübi olaraq onların aydın nəzərə çarpan qrupları üçün (məsələn, tədris xəritələri) istifadə edilir.

Xüsusi xəritələrin tipləri

Xüsusi xəritələrin tipləri onlarda mövzuları (məzmunun) genişliyi və məzmunun ümumiləşdirilməsinə görə müəyyən edilir.

Xüsusi xəritələr həm dar (kiçik) həm də geniş mövzunu əhatə edə bilər. Hər hansı bir mövzunu əhatə edən xəritə xüsusi: yaxud sahə üzrə xəritə adlanır. Məsələn, əgər xəritədə yalnız bir metroloji mövzu (yağıntı, yaxud havanın təzyiqi və s.) göstərilirsə, belə xəritə dar mövzuya aid olur və xüsusi iqlim xəritəsi adlanır. Yaxud, maşınqayırma zavodlarını təsvir edən xəritə xüsusi (sahə üzrə)iqtisadi xəritə adlanır.

Bir neçə əsas elementlərin təsvirini birgə verən və obyekt və hadisələrin tam xüsusiyyətlərini əks etdirən xəritələrə ümumi xəritə deyilir. Məsələn, xəritə bütün iqlim xüsusiyyətlərinə həsr olunmuşsa və bir sıra göstəricilərə görə həmin xəritədə iqlim üzrə rayonlaşma verilərsə, belə xəritə ümumi iqlim xəritəsi adlanır. Xalq təsərrüfatının bütün əsas sahələrinin inkişafını göstərən, yaxud ərazinin ümumi iqtisadi rayonlaşmasını göstərən, xəritə ümumi iqtisadi xəritə adlanır.

Mövzunun genişliyinə görə xəritəni xüsusiümumi xəritələr tipinə bölmək özü də şərtdir. Məsələn, əkinçilik xəritəsi (yaxud daha dar mövzuya aid olan pambıqçılıq xəritəsi) kənd təsərrüfatı xəritəsinə nisbətən xüsusi xəritə hesab olunur. Ancaq kənd təsərrüfatı xəritəsinin özü də bütövlükdə xalq təsərrüfatı xəritəsinə nisbətən xüsusi xəritə sayıla bilər.

Məzmunun ümumiləşdirmə dərəcəsinə görə xəritələr analitik (yaxud elementar) və sintetik tiplərə ayrılır.

Analitik xəritələrdə təbii və ictimai-iqtisadi obyekt və hadisələrin konkret şəkildə fərdi xüsusiyyətləri göstərilir. Bu xəritələrdə ümumiləşdirilmiş bəzən isə az ümumiləşdirilmiş göstəricilər təsvir edilir. Məsələn, hər bir zavod, fabrik, maşın-traktor stansiyası və s. ayrı-ayrı işarələrlə, müxtəlif əkin sahələri ayrı-ayrı rənglərlə və ya ştrixlərlə təsvir olunur. Yaxud, havanın temperaturu, təzyiqi və s. metroloji elementlər müəyyən vaxt üçün aparılmış müşahidə materiallarına əsasən tərtib edilir. Bu və buna oxşar bilavasitə çöl müşahidə (və planalma) materiallarına əsasən tərtib edilmiş xəritələr bəzən müşahidə xəritələri də adlanır.

Sintetik xəritələr üçün daha çox ümumiləşdirmə səciyyəvidir.

Xüsusi səciyyəvi xəritələrdə ən mühüm təbii və yaxud ictimai-iqtisadi göstəricilərin sintezi birgə olaraq verilir. İqlim, hidroloji, kənd təsərrüfatı rayonlaşması və s. xəritələri bu qrupa misal göstərmək olar. Həmin xəritələrdə bir neçə göstəricilərin ümumi səciyyəsinə görə bu və ya digər rayonlar (məsələn, hidroloji) ayrılır, lakin bu göstəricilər özləri xəritədə təsvir edilmir. Belə sintetik xəritələrə bir sıra analitik xəritələrin ümumiləşdirilməsi kimi də baxmaq olar.

Ümumi sintetik xəritələrdə müxtəlif kateqoriyalı obyekt və hadisələr eyni vahidlə ölçülə bilən göstəricilərlə birgə olaraq təsvir edilir. Əhalinin, iqtisadiyyatın və xidmət sahəsinin birgə xarakteristikasını göstərən ümumi ictimai-siyasi xəritələr bu qrupa aiddir.

Bəzən xəritədə bir-biri ilə qarşılıqlı əlaqəsi olan bir neçə element (hər birinin öz göstəricisi olmaq şərti ilə) təsvir edilir. Belə xəritələr kompleks xəritələr adlanır.

Coğrafiya atlasları və onların təsnifatı
Coğrafiya atlası eyni qaydada tərtib və nəşr edilmiş və müəyyən sistem üzrə bir yerə yığılmış coğrafiya xəritələrinin cəmində ibarətdir. Lakin, atlas müxtəlif coğrafiya xəritələrinin sadəcə olaraq cəmi deyil; məqsəd və vəzifəsindən, istifadə edilmə üsulundan asılı olaraq, bir-biri ilə üzvü surətdə əlaqəsi olan və bir-birini tamamlayan xəritələrin vahid sistemindən ibarətdir.

Atlasların tərtib edilməsi mürəkkəb bir iş sayılır. Atlasa daxil olan xəritələrin hamısı vahid bir proqram əsasında tərtib edilir ki, bunun da nəticəsində həmin xəritələrin müqayisə edilməsi mümkün olur. Bütün bunlar proyeksiyanın əlverişli surətdə seçilməsi, miqyasın çoxda müxtəlif olmaması, təsvirin və göstəricilərin ümumiliyi, şərti işarələrin, rənglərin və şriftlərin eyni olması və s. məsələləri əhatə edir.

Atlasın məqsədi onun məzmununu: atlasda verilən məlumatın qədərini, atlas bölmələrinin quruluşunu, xəritələrin yerləşməsinin ardıcıllığını, atlasın həcmini təyin edir. Məsələn, orta məktəb üçün buraxılan coğrafiya atlasların məzmunu hər sinif üzrə coğrafiya proqramlarına uyğun gəlir və sabit dərsliklərlə razılaşdırılır, atlasın formatı, qiyməti və s. cəhətləri də nəzərə alınır.

Müasir coğrafiya atlasları çox müxtəlifdir və onların təsnifatı coğrafiya xəritələrinin təsnifatı kimidir.

  1. Bütün yer kürəsini əhatə edən dünya atlasları. “Dünyanın böyük sovet atlası” (1937, 1940). “Zabit atlası”(1947), “Dünya atlası” (1954) və s. bu qrupa aiddir.
  2. Ayrı-ayrı dövlətlərin atlası. Məs., “SSRİ atlası” (1954), “Kuba milli atlası” (1970) və s.
  3. Dövlətlərin ayrı-ayrı hissələrinin, məs., respublikaların, vilayətlərin atlası. Buna misal “Moskva vilayətinin atlası” (1933), “Azərbaycan SSR atlası” (1963), “Belorusiya SSR atlası” (1958) və s. göstərmək olar.
  1. Ümumcoğrafi atlaslar əsasən məlumat və obzor xəritələrindən ibarət olur, bəzən onlara bir neçə xüsusi xəritələr də əlavə edilir. Ümumcoğrafi atlasların ən yaxşı nümunəsi sovet məlumat atlası olan “Dünya atlası” (1954, 1967) hesab edilir.
  2. Xüsusi atlaslar (fiziki-coğrafi və ictimai-iqtisadi atlaslar). “SSRİ-nin enerji ehtiyatları atlası” (1934), “SSRİ-nin iqlimi atlası” (I cild 1960, II cild 1962) və s. atlaslar bu qrupa misal ola bilər.
  3. Kompleks atlaslar fiziki, iqtisadi və siyasi-coğrafi elementləri göstərməklə xəritəsi tərtib edilən ərazinin hər tərəfli və tam xüsusiyyətlərini verir. “Orta məktəb müəllimləri üçün coğrafiya atlası” (1959), “Azərbaycan SSR atlası” (1963), “Ermənistan SSR atlası” (1961) və s. atlaslar bu qrupa aiddir.

Atlasların məqsəd və vəzifəsi onların məzmununu, strukturasını, həcmini və s. xüsusiyyətlərini təyin edir. Məs., əgər tədris atlasının məzmunu müəyyən dərs proqramlarına uyğun olmalıdırsa, məlumat atlasında verilən material (məlumat) nə qədər çox olarsa, bir o qədər də həmin atlas qiymətli olar.

Atlasın məzmunu müəyyən vaxta uyğun olmalıdır. Bir çox atlaslarda izahat mətnləri, qrafik, cədvəl və s. statistik məlumat verilir. Lazımi obyektləri asanlıqla tapmaq üçün atlaslarda coğrafi adlar göstəricisi olur.

III Kartoqrafik generalizasiya
Kartoqrafik generalizasiya – mühüm obyekt və hadisələri xəritədə təsvir etmək məqsədi ilə onların seçilməsi və məqsədə uyğun ümumiləşdirilməsi üçün spesifik bir metoddur. “Generalizasiya” termini fransızca “generalisation” (ümumiləşdirmə) sözündən götürülmüşdür; bu da latınca “generalis”, yəni “baş”, “ümumi” deməkdir.

Kartoqrafik generalizasiyaya təsir edən əsas amillər aşağıdakılardır:

  1. Xəritənin məqsəd və vəzifəsi generalizssiyanın xüsusiyyətini, xəritədə təsvir edilən obyekt və hadisələrin həcmini təyin edir. Başqa sözlə desək, xəritənin məqsəd və vəzifəsi generalizasiyanın istiqamətini, seçmə və ümumiləşdirmənin nə dərəcədə aparılmasını təyin edir.
  2. Miqyasın təsiri generalizasiyada daha çoxdur. Belə ki, miqyasın kiçilməsi ilə xəritədə təsvir edilən obyektlər və kartoqrafik təsvirin sahəsi kiçilir ki, bunun da nəticəsində xəritənin dəqiqliyi azalır və oxunması çətinləşir (cədvəl 1).

1 km 2 ərazinin müxtəlif miqyaslı xəritələrdə

təsvir edilmə sahəsi

1:1 000 000-da isə 1mm 2 sahə lazımdır. Odur ki, yer üzərində olan obyektlər həmin xəritələrdə eyni dolğunluqla və eyni dəqiqliklə təsvir edilə bilməz.

  1. Generalizasiyanın digər amili – xəritəsi tərtib edilən ərazinin (obyekt və hadisələrin) özünə məxsus xüsusiyyətindən asılıdır. Burada eyni obyekt ayrı-ayrı landşaft sahələrində müxtəlif dərəcədə nəzərə alınır.

Kartoqrafik generalizasiyanın növləri

  1. Obyekt və hadisələrin kartoqrafik seçilməsi ondan ibarətdir ki, xəritənin vəzifəsindən, miqyasından və ərazinin coğrafi xüsusiyyətlərindən asılı olaraq mühüm və əsas obyektlər seçilərək xəritədə təsvir edilir; ikinci dərəcəli obyektlər isə atılır. Beləliklə, kartoqrafik seçmənin nəticəsində xəritədə təsvir edilən obyekt və hadisələrin sayı azalır. Kartoqrafik seçmə qəbul edilmiş müəyyən bir ölçü (norma) üzrə aparılır. Bu məqsədlə çox vaxt keyfiyyətkəmiyyət göstəricilərindən istifadə edilir. Məsələn, tələb olunur ki, yalnız inzibati mərkəz olan yaşayış məntəqələri, yaxud miqyasa görə 1 sm-dən uzun olan çaylar xəritədə göstərilməlidir. Buna seçmə norması deyilir. Seçmə norması xəritənin təxminin ədədi yükü sayılır. Bu prinsipə görə miqyası 1:100 000 olan xəritələrdə1 km-dən, 1:500000-də 5 km-dən və 1:1 000 000 olan xəritələrdə isə 10 km-dən qısa çaylar göstərilməlidir. Ancaq bu qayda bir qədər mexaniki xüsusiyyət daşıdığından, bəzi təlimatlara və müasir təcrübəyə əsasən çayların xüsusiyyətindən asılı olaraq seçmə norması 0,5 sm ilə 1,5 sm arasında götürülür. Əgər xəritənin bütün sahəsi üçün eyni seçmə norması tətbiq edilərsə, o zaman xəritədə dağlıq rayonda olan çayların çoxu atılacaq və beləliklə də çay şəbəkə sıxlığı azalacaqdır. Odur ki, həmin xəritə ərazini nöqteyi-nəzərdən düzgün təsvir edə bilməyəcəkdir. Buna görə də eyni bir xəritədə müxtəlif rayonlar üçün müxtəlif seçmə normasının götürülməsi məqsədə uyğundur. Bu deyilənləri 2-ci cədvəldən görmək olar.

Cədvəl
Müxtəlif miqyaslı xəritələrdə seçmə dərəcələri (%-lə)

Kartoqrafik generalizasiya

Xəritə və onun üzərində təsvir edilən obyektlər nə qədər kiçildilsə də, həndəsi dəqiqlik gözlənilməlidir. Yəni istənilən obyektin yeri dəqiq verilməli, digər obyektlərə nəzərən ölçüləri saxlanılmalıdır. Xəritənin digər mühüm cəhəti təsvir olunan ərazinin yalnız əsas coğrafi xüsusiyyətlərini göstərən obyekt və hadisələrin təsvirini vermək, onların qarşılıqlı əlaqəsini əks etdirməkdir.

• kartoqrafik generalizasiya

Məlumdur ki, böyük ərazilərdə yerləşən bütün obyektləri xəritədə göstərmək mümkün deyil. Buna görə də onların arasından ən zəruri olanlar seçilir və xəritədə təsvir edilir.

Xəritənin miqyası, məzmunu və təyinatından asılı olaraq təsvir edilməsi zəruri olan obyektlərin seçilməsi və ümumiləşdirilməsi kartoqrafik generalizasiya adlanır. “Generalizasiya” sözü latın dilində “generalis” – ümumi, əsas deməkdir.

Böyük miqyaslı xəritələrdə coğrafi obyektlər, onların forması və qarşılıqlı əlaqəsi daha ətraflı təsvir edilir, yəni xəritənin miqyası böyüdükcə generalizasiya azalır.

Kartoqrafik İşlər

“PlanetGeo” MMC sifrişçilərə rəqəmsal kartoqrafik materiallardan ibarət geniş çeşidli xidmətlər təklif edir.

PlanEtGeo” respublika ərazisində müxtəlif miqyaslı geniş ərazilər üçün rəqəmsal topoqrafik, tematik, xüsusi xəritələr və planlar yaratmaqda geniş təcrübəyə malikdir . Mütəxəsislərimiz fəaliyyətində ən mürəkkəb tapşırıqları ən qısa müddətdə və yüksək keyfiyyətlə yerinə yetirməyə imkan verən proqram və avadanlıqdan istifadə edirlər.

Kartoqrafiyada elektron xəritələr

Kartoqrafik işlər – kartoqrafik materialların emal olunması tədbirləri , formalaşması, tədqiqi, istifadəsi üzrə fəaliyyətlərin məlumatlarından ibarətdir. Xəritə planlarının tərtib edilməsi topogeodeziya işləri başa çatdıqdan və əvvəlki köhnə xəritələrin tədqiq olunmasından sonra həyata keçirilir.

Toplanan məlumatlar əsasında ərazinin baş planlarının hazırlanması, ayrı-ayrı rayonların, bələdiyyələrin, yaşayış məntəqələrinin sərhədlərinin müəyyənləşdirilməsi həyata keçirilir. Bu məlumatlardan mülki obyektlərin layihələrin hazırlanmasında da istifadə olunur. Kartoqrafiya məhsulları inşaat, ərazilərin idarə olunması və digər sahələrdə də geniş istifadə olunur. Kartoqrafik işinin təşkili istinad materialları kimi istifadə olunaq xəritələr, atlaslar və s. əldə etməyə imkan verir.

Toplanan məlumatlar əsasında ərazinin baş planlarının hazırlanması, ayrı-ayrı rayonların, bələdiyyələrin, yaşayış məntəqələrinin sərhədlərinin müəyyənləşdirilməsi həyata keçirilir. Məlumatlar mülki obyektlər üçün layihələrin hazırlanmasında istifadə olunur. Kartoqrafik işlərin materialları inşaat, torpaq idarəçiliyi və digər sahələrdə geniş istifadə olunur. Kartoqrafik işin təşkili əlavə və istinad materialları kimi istifadə olunan xəritələr, atlaslar və s. əldə etməyə imkan verir.

Rəqəmsal Xəritəçəkmə şöbəsinin imkanları:

  • Rəqəmsal topoqrafik xəritələrin və müxtəlif miqyaslı planların yaradılması və yenilənməsi.
  • Tematik və xüsusi xəritələrin, xüsusi məqsədlər üçün planların tərtib edilməsi.
  • Müxtəlif səviyyəli təfərrüatlı naviqasiya xəritələrinin yaradılması üçün ünvan məlumatlarının daxil olunması.
  • Müxtəlif təyinatlı obyektlərin, habelə yeraltı və yerüstü tikililərin layihələndirilmə və tikintisi (tikinti zamanı digər işlər) üçün topoqrafik planların yaradılması.
  • İdarəetmə, banklar, tibb və uşaq müəssisələri və s. üçün mərtəbə planlarının yaradılması.
  • Kartoqrafiya sahəsində qaydaların, standartların, təlimatların və texniki təlimatların hazırlanması.

Kartoqrafik işlərin növləri.

Kartoqrafik işlərin aşağıdakı növləri var:

  • genişmiqyaslı topoqrafik xəritələrin, planların hazırlanması;
  • topoqrafik xəritələrin / planların tərtib edilməsi / yenilənməsi;
  • ortofotoplanların tərtib olunması.

Kartoqrafik metodlar və xüsusiyyətləri, .

Topoqrafik fəaliyyətin bütün növləri texniki vasitələrdən, cihazlardan, proqram təminatından istifadə etməklə həyata keçirilir. Xəritə planları geodeziya ölçmələrindən sonra əldə edilən məlumatlar əsasında qurulur. Bütün işlər müəyyən edilmiş standartlara uyğun aparılır.Xəritə üzərində təsvir olunan yeniliklərin öyrənilməsi kartoqrafik tədqiqat metodlarından biridir. Kartoqrafik metodlar konkret göstəriciləri, keyfiyyət və kəmiyyət xüsusiyyətlərini yaratmağa imkan verir.
Xəritələrin istifadəsi və yaradılması bir-birini tamamlayan əlaqəli proseslərdir. İlkin mənbə kim obyektin ərazisi və üzərində yerləşən obyektlərdən stifadə olunur. Kartoqrafik işin nəticəsi xəritə, atlas və qlobus modelləridir.

Kartoqrafik iş apararkən aşağıdakı elmi metodlardan istifadə olunur:

  • ümumi, elementlərin təsviri;
  • qrafik-analitik üsul;;
  • miqyaslaşdırma;
  • riyazi analiz, riyazi statistika, emal;
  • kartoqrafik generalizasiya;
  • şərti işarələrin tətbiqi.

Növbəti mərhələdə məlumatların çevrilməsi digər kartoqrafik məlumatların emal olunması nəticəsində həyata keçirilir. Texnoloji proseslər və istifadə olunan alqoritmlər yekun məhsulun təyinatından aslıdır.

Yerinə yetirimiş kartoqrafik işlərin siyahısı

Xəritələrin hazırlanmasında istifadə olunan texnoloji proseslər:

  • hazırlıq – obyektin yerləşmə xüsusiyyətlərinin öyrənilməsini, müəyyən bir ərazi üçün kartoqrafik məlumatların toplanmasını, layihələndirmə üçün məlumatların analizini əhatə edir;
  • layihələndirmə – köhnəni yeniləyərək yeni bir xəritə hazırlamaq;
  • yaradılacaq yeni xəritənin riyazi əsasını yaratmaq;
  • redaktə etmək;
  • coğrafi adların köçürülməsi;
  • korrektə etmək;
  • dəyişiklikləri nəzərə alaraq yeni xəritələrin buraxılması;
  • tələblərə, keyfiyyətə uyğunluğun yoxlanılması;
  • tərtibat – məlumatların göstərilməsi üçün nəşrin tələblərinə cavab vermək;
  • müəyyən bir mövzunun vahid müəllif nümunəsinin formalaşdırılması;
  • nəşrə hazırlaşma, kompüterin nəşrə hazırlanması;
  • nüsxələrin çıxarılması;
  • orijinal nüsxənin və istehsal nümunəsinin çapı;
  • xəritələrin nəşri və tirajlanması.

Kartoqrafik işi necə sifariş etmək olar

Kartoqrafik işin təşkili vaxt və maliyyə investisiyaları tələb edən olduqca əmək tələb edən bir işdir. Əvvəlcə məqsəd və vəzifələri müəyyənləşdirmək, alqoritmləri seçmək və s. Torpaq idarəetməsi və tikintisində kartoqrafiya işlərinin özünəməxsus xüsusiyyətləri var. Bütün detalları əvvəlcədən mütəxəssislərimizlə müzakirə etsəniz, bu sizə sifariş edəcəyiniz iş üçün ən uyğun variantı seçməyinizə kömək ediləcəkdir.Kartoqrafik işlərin dəyəri layihənin mürəkkəbliyindən, xüsusiyyətlərindən asılıdır. Bütün detalların əvvəlcədən menecerlə müzakirə edilməsi tövsiyə olunur, suallarınız cavablandırılacaqdır.

Comments are closed, but trackbacks and pingbacks are open.