Press "Enter" to skip to content

Bir ömrün çətin və şərəfli tarixçəsi

Rizvan Piriyev döyüşlərdə igidlik nümunəsi göstərdiyinə görə “I dərəcəli Vətən müharibəsi” ordeni, “III dərəcəli Şərəf Nişanı” ordeni və çoxlu medallarla təltif olunmuşdur.

ИП Пириев Ризван Акпер Оглы

ИП Пириев Ризван Акпер Оглы, Москва — выписка из ЕГРИП и полные сведения из официальных источников: реквизиты, регистрация во внебюджетных фондах, 1 вид деятельности и прочая информация.

Санкции

Адресные санкции, риски вторичных, влияние ограничений импорта/экспорта товаров и технологий.

ОГРНИП 319774600492448 ИНН 772978692766 Вид предпринимательства Индивидуальный предприниматель Дата регистрации 22 августа 2019 г. Регистратор Межрайонная инспекция Федеральной налоговой службы № 46 по г. Москве Дата постановки на учёт 22 августа 2019 г. Наименование налогового органа Инспекция ФНС России № 31 по г.Москве

Сведения Росстата
ОКПО 0201991349 ОКАТО 45268597000 ОКТМО 45329000000
Сведения о регистрации в ПФР

Регистрационный номер 087805017379 Дата регистрации 26 августа 2019 г. Наименование территориального органа Государственное учреждение – Главное Управление Пенсионного фонда РФ №2 Управление №7 по г. Москве и Московской области муниципальный район Фили-Давыдково г.Москвы

Bir ömrün çətin və şərəfli tarixçəsi.

Azərbaycanın geodeziya, kartoqrafiya və coğrafiya tarixində özünə şərəfli yer tutan böyük simalardan biri coğrafiya elmləri doktoru, professor Rizvan Xanəmi oğlu Piriyevin anadan olmasının 90 ili tamam olur. Dərinlik mərtəbəsinə ensək ilk sualımız bu axarda cavab tələb edər:
-Kimdir Rizvan Piriyev?
-Rizvan Xanəmi oğlu Piriyev 1924-cü ilin aprel ayının 10-da dünyaya göz açmış əsil Azəri-Türk oğlu. Təbiətin nağıllı, noğullu və gözəlliklə dolu vaxtında gözləri sevgi ilə, ruhu əzəlliklə yoğrularaq gəlişi ilə ailənin sevincini artırmışdı. Əzizlərinin xatirəsindən boy göstərən və anasının dediyindən yadda qalan anımlara əsasən ətraf aləmin bənövşələnən vədəsində-boynubükük çağında təvəllüd tapmışdı o. Piriyevlər ailəsinin böyük oğlu Rizvan müəllim atalı-analı, xoş, gözəl və qayğısız uşaqlıq illərini tez-tez xatırlayarmış. Bir misalda deyildiyi kimi – “Azın naz olduğu vaxtlar əbədi yaddaşa köçər ki, yenidən onu tapacaqmış kimi heç unudulmaz”. Belə köçmüşdü o bənzərsiz illər Rizvan müəllimin zehninə 1936-cı ilə qədərki dövr. Həmin zaman dolayında 12 yaşı vardı onun.
1936-cı ilin qarlı-boranlı bir günündə dəri pencəkli (sonralar Rizvan müəllimin buna görə ömrünün axırınadək dəri gödəkcələrdən zəhləsi gedəcəkdi), indi də səslənəndə adamın daxilində qorxunc hisslər yaradan “ NKVD” məmurları evə soxularaq atası Xanəmi kişinin həbs olunması barədə sanksiyanı təqdim edirlər. Beləliklə, Allaha inanan, oruc tutan, namaz qılan, əlinin zəhməti ilə çörək pulu qazanan, ailəsi üçün ev-eşik quran, balalarını halallıqla dolandıran Xanəmi kişiyə “kulak” damğası vuruldu. Bəhanələri də belə oldu: “Sən yaxşı yaşayırsan, dəmir çardaqlı ev tikdirmisən. Bir xeyli siçillimə günahlarla sadalanan son sözün məğzi – Sən xalq düşmənisən! – yağı qətiyyəti. Bəli, Xanəmi kişini adi insani yaşayış şərtləri zəminində göndərdilər gedər-gəlməzə. Lakin o qayıtdı. Cavanlığını və sağlamlığını geridə, dönəmin o tayında qoyaraq – 1954-cü ildə. Düz 18 il Sibirin dəhşətli şaxtasında olmazın əzablarına məruz qalandan sonra əzizlərinin yanına döndü.
Hadisələrin gerçəkliklərinin baş verdiyi məkana və zamana -1936-cı ilə qayıdaq. Xanəmi kişi həbs olunanda Sovet hökuməti onun evini müsadirə etdi. Rizvan müəllim həmin günü ölənə qədər unutmamışdı. Nöqtəsi, vergülü ilə yadındaydı hər şey: “. Bizi evdən çıxararkən qar yağırdı. Anamı, məni, özümdən kiçik iki qardaşım və bir bacımı küçəyə atdılar. Çöldə qar yağmasına baxmayaraq, vicdansızlar ayaqqabımı da geyməyə qoymadılar”.
Reallıq bu idi. Vəziyyət bütün xalqa əyandı. Nə etmək olardı? “Elnən gələn qara gündü, nə toy-bayram- sonraya qalacaqdı hər məqam. Yeganə təsəlli dözməkdi. Balaca Rizvan həm əla qiymətlərlə oxuyur, həm də işləyərək ailəsinə kömək edirdi. Beləcə, illər ötürdü. Səkkizillik məktəbi əla qiymətlərlə bitirən Rizvan 1938-ci ildə Şamaxı Pedaqoji Texnikumuna daxil olmuş və 1941-ci ildə həmin texniki təhsil ocağını əla qiymətlərlə başa vurmuşdu. Onu da qeyd etmək yerinə düşər ki, bu qədər zülmə, əzaba, gərginliyə baxmayaraq ömrü boyu Rizvan Piriyevin bütün fənlərdən qiymətləri yalnız əla olmuşdur. Həm məktəbdə, həm texnikumda və həm də universitetdə.
Bir neçə ay kənd məktəblərində müəllimlik etdikdən sonra 1941-ci ildə Rizvan ordu sıralarına çağırılır. Onun həyatı kimi döyüş yolu da çətin keçmişdir: Şimali Qafqazdan Leninqradadək. Son döyüşləri isə 1943-cü ildə Leninqrad ətrafında, Volxov cəbhəsində olmuşdur. Son dərəcə ağır döyüşdə mühasirəni yararkən yaxın məsafədən atılan əl qumbarası ayağının yanında partlamış və ağır yaralanmışdır. Çoxlu qan itirən Rizvan üç gün, üç gecə meyitlərin arasında huşsuz vəziyyətdə qalmışdır. Qismətdən faşistlər onu ölmüş zənn edərək oranı tərk etmişdilər. Müəyyən vaxtdan sonra Rizvan özünə gəlib halsız və zəif vəziyyətdə güllə yağışları altında güclə sürünməyə başlamış və yalnız xoş bir təsadüf nəticəsində yaralıları yığan sanitar qrupuna rast gəlmişdir. Sonralar özünün dediyi kimi, Allahın o biri uşaqlara, yəni bacı və qardaşlarına yazığı gəlmiş, onu ölümdən qorumuşdur. Daha sonra isə o, arxaya göndərilmiş və bir neçə ay Nijni-Taqil şəhərindəki hospitalda müalicə olunmuşdur. Xaraktercə mübariz və iradəli bir insan olan Rizvan müəllim həmin günü, yəni 1943-cü ilin 26 iyul gününü özünün yenidən anadan olduğu gün hesab edirdi.
Beləliklə, “xalq düşməni” Xanəmi kişinin oğlu 19 yaşlı Rizvan ömürlük şikəst qalır, sanki aldığı mənəvi zərbələr azmış kimi. Rizvan döyüşlərdə fərqləndiyinə görə bir sıra mükafatlara layiq görülmüşdür: “I Dərəcəli Vətən Müharibəsi” ordeni, “III Dərəcəli Şərəf Nişanı” ordeni və çoxlu medallarla təltif olunmuşdur. Fəlsəfədə söyləndiyi kimi – Başlanğıc da, son da hər ikisi yenidən başlanar və ancaq insana aid olar. Rizvan müəllimin döyüş yolu beləcə sona yetir və yeni bir başlanğıc onu ağuşuna alır. Lakin kim bilir, qarşıda onu daha nələr və hansı sınaqlar gözləyir.
1944-cü ildə müharibədən qayıdan Rizvan bir müddət müəllimlik etmiş və 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin “Geologiya-coğrafiya” fakültəsinə daxil olmuşdur. Həmişəki kimi yenə də əla qiymətlərlə oxuyan Rizvan universitetdə “Stalin təqaüdünə” layiq görülür. 1949-cu ildə IV kursda oxuyarkən Rizvana daha bir mənəvi əzab verirlər: atası Sibirdə sürgündə olan Rizvanı Stalin təqaüdçüsü kimi Stalinin 70 illik yubileyinə təbrik teleqramı vurmağa məcbur edirlər. Təzadların qabardığı o dövrdə bu həm də bir reallıqdı.
. İllər ötür, Rizvan 1951-ci ildə Azərbaycan Dövlət Universitetini müvəffəqiyyətlə bitirir. Fakültə Elmi Şurasının onun universitetdə qalıb işləməsi barədə qərarı olsa da, universitetin rəhbərliyi, xüsusən də elmi işlər üzrə prorektor daşnak A.A.Arzumanyan atası Xanəmi kişinin Sibirdə dustaq olmasını bəhanə edərək onu nəinki universitetdə saxlamadılar, hətta təyinat da vermədilər. Bu minvalla, Rizvan işsiz qalır. Tərcümeyi-halına görə onu heç yerdə daimi işə götürmədilər. Nə yaxşı ki, bədbin adam deyildi Rizvan müəllim. Müxtəlif texnikumlarda saathesabı dərs deməklə və geodeziyaya aid çöl praktikası aparmaqla ailəsini dolandırırdı. Lakin o inanırdı ki, uzaq və ya yaxın o bir gün gələcək, haqq-ədalət zəfər çalacaq, atası əgər sağdırsa, qayıdacaq və yenə də hamısı bir damın altında qorxusuz həyat sürmək haqqına qovuşacaqlar.
Belə gəldi o gün. Gec də olsa gəlib çatdı sonun başlanğıcına. Lakin fələyin qədərinin dönən vədələrinə təsadüf etdi həmin zaman. II Cahan Savaşının yaralarının sarılmasından 9 il sonra. 1954-cü ildən başlayaraq Rizvan müəllimin həyatında yeni səhifə açıldı. O, geodeziya və kartoqrafiya üzrə mühazirə oxumaq üçün Azərbaycan Dövlət Universitetinin “Fiziki coğrafiya” kafedrasına dəvət edildi. Rizvan Piriyev dərs deməklə yanaşı, elmi fəaliyyətini də dayandırmadı: 1958-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə edərək, professor elmi dərəcəsinə layiq görüldü.
Onun elmi tədqiqatlarında əsas istiqamət morfometriya sahəsi olmuş, Azərbaycanın və Xəzər dənizi akvatoriyasının morfometrik xarakteristikalarının öyrənilməsinə həsr edilmişdir. Bu sahədə aparılmış tədqiqat işləri hərtərəfli olaraq respublikanın və Xəzər dənizinin dib relyefinin üfiqi və şaquli parçalanması, səth relyefinin meyilliliyinin öyrənilməsini əhatə edir. Həmçinin, ərazinin fiziki səthinin, Xəzərin su səthi sahəsinin ölçülməsinə, landşaft komponentləri ilə morfometrik göstəricilər arasındakı əlaqələrin araşdlırılmasına həsr olunmuşdur. Professor R.X.Piriyev ilk dəfə olaraq relyefin riyazi modelini xarakterizə etmək məqsədi ilə riyazi-statistik üsullarla morfometrik göstəricilərin, o cümlədən relyefin funksional paylanmasını ekstremal yüksəkliklər üzrə tədqiqatlarla birləşdirmişdir.
Rizvan müəllimin yaradıcılığının məntiqi davamı kimi ilk dəfə ana dilimizdə yaratdığı kartoqrafiya və geodeziyaya aid dərsliklərdən, elmi-metodik vəsaitlərdən ali məktəblərdə istifadə olunmağa başlayır. Bütün bunlar, necə deyərlər sonsuz zəhmətin, fədakarlığın və öz işinə sevginin nəticəsi idi.
60-a yaxın fundamental əsərin müəllifi olan Rizvan müəllim BDU-da düz 35 il elmi-pedaqoji iş aparmışdır. Bir növ zənginləşən təcrübə ilə müqəddəs alim və müəllim ömrünə imza atmışdır. O, bir neçə il “Geologiya-coğrafiya” fakültəsinin dekanı olmuş, sonra isə özünün təşəbbüsü ilə açılmış “Geodeziya və kartoqrafiya” kafedrasına rəhbərlik etmişdir. Kafedra respublikada kartoqrafik tədqiqatın yeganə mərkəzinə çevrilmişdir. Alimin rəhbərliyi altında bir çox namizədlik dissertasiyaları müdafiə edilmiş, o, bir neçə doktorantın məsləhətçisi olmuşdur. O, eyni zamanda, Azərbaycan Coğrafiya Cəmiyyətinin xətti ilə riyazi coğrafiya və kartoqrafiya bölməsinə rəhbərlik zəhmətinə rəvac vermişdir.
R.X.Piriyev respublikada geodeziya və kartoqrafiya ixtisasları üzrə kadr hazırlığına xüsusi diqqət yetirirdi. Şəxsən onun səyi nəticəsində 1972-ci ildə kartoqrafiya ixtisası üzrə ilk dəfə olaraq tələbə hazırlığına başlandı və indi də bu iş müvəffəqiyyətlə davam etdirilir.
Onun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Baş Geodeziya və Kartoqrafiya İdarəsinin əlaçı döş nişanı, Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif olunmuşdur.
Yaşadığı sarsıntılar və müharibənin vurduğu yaralar onun millət üçün döyünən ürəyini gücdən salır və Rizvan müəllim 1989-cu il iyul ayının 1-də, 65 yaşında qəflətən ürək çatışmazlığından vəfat edir. Heyhat! Çətin, lakin mənalı və şərəfli bir ömür çox tez sona yetdi. Nə etmək. Alın yazısından, qədərin hökmündən, Allahın əmrindən qaçmaq qeyri-mümkündür. Əsərlərində aramızda qaldı. Kartoqrafiya və geodeziya sahəsində tədqiqatları və yetirmələri ilə elmi məktəbdə adı zirvələrə yazıldı. Böyük alim, həddindən artıq təvazökar, mülayim və həssas bir insan olan Rizvan müəllim cəmiyyətə dörd layiqli və ziyalı övlad yetirib, əmanət etdi. Çingiz, Falik, Eldar və Bahar. Bu sıra ilə hər biri BDU-nun müxtəlif fakültələrindən məzun oldu. Hamısı da yaxşı oxudu, ixtisaslarının mükəmməlliyinə can atdı və layiq də oldular. Tanıdığım və çox dəyər verdiyim Eldar müəllim də professordur, universitetin “Filologiya” fakültəsini bitirmişdir. “Slavyan” Universitetində Pedaqoji fakültənin dekanıdır. Eldar müəllim humanizm ölçülərinə rəğmən tələbələrin və kollektivin sevimlisi olmağı bacarmışdır. Evin bir qızı olan Bahar xanım da BDU-nun “Biologiya” fakültəsini başa vurmuşdur. Bahar xanım intelektuallığı ilə seçilən bir el qızı kimi ömür-gün yoldaşı Adil müəllimlə və 2 övladı ilə birlikdə Amerikanın Los-Anceles şəhərində yerləşən Universitetlərin birində mikrobioloq kimi fəaliyyət göstərməkdədir. Ailənin qızı San-Fransiskoda, oğlu isə Santa –Barbara Universitetində ali təhsil alaraq nəsil ənənələrini şərəflə davam etdirirlər. Ümumilikdə isə Rizvan müəllimin 7 nəvəsi onun ləyaqətlə yaşanan ömrünün bir parçası kimi Vətənə, xalqa xidmət göstərirlər. Rizvan müəllim indi aramızda olmasa da qan yaddaşının və gen daşıyıcılarının xəzinəsi olaraq daha işıqlı sabahımıza doğru yol gedirlər. Həm də o gözəl insanın adının və şərəfli ömrünün bir parçası təki Azad, Müstəqil və həm də düşmən əhatəsində yaşamaq məcburiyyətində qalan Dövlətimizin qürurla vətəndaşlığını həyata keçirirlər. Onların hər birinə-yolları Allahdan açıq, gücləri tükənməz, ruhları əyilməz şəkildə irəli getsin-diləyimizi edirik!
Elmin və xeyir əməllərin carçısı Rizvan müəllimin bu gün 90 yaşı tamamlanır. İllərlə zəkasını, elmini və təcrübəsini paylaşdığı Bakı Dövlət Universitetində onun hər kəsə nümunə olacaq ömür yolu və xatirəsi anılacaq. Rəhbərlik, kollektiv və tələbələr onun ruhuna ehtiram göstərməyə çalışacaq. Gəlimli, gedimli, son ucu ölümlü dünyanın Azərbaycan adlı məmləkətinin görkəmli oğlu, professor Rizvan Piriyev haqq dünyasına qovuşsa da onu tanıyanların qəlbində əbədi yaşayır və yaşayacaq da.
Allah ona rəhmət eləsin, qəbri nurla dolsun!
Sülhiyyə Musa qızı
“Beynəlxalq Sülh” və “Qızıl qələm” mükafatları laureatı

Populyar

13 mart 2023 | 18:28

Bakıdakı atışma ilə bağlı iki nəfər həbs edildi – TƏFƏRRÜAT

13 mart 2023 | 17:30

“Din pərdəsi” altında təxribat həyata keçirən 32 nəfər saxlanıldı – SİYAHI + FOTOLAR

11 mart 2023 | 16:45

“Danışaq?” verilişinin növbəti qonağı dinşünas Elçin Əsgərovdur – VİDEO

11 mart 2023 | 22:15

Teymur Kərimli: Bütün dünya bilir ki, Nizami Gəncəvi Azərbaycan şairidir

11 mart 2023 | 20:30

Bakı daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək

11 mart 2023 | 12:37

Sülhməramlıların müşayiəti ilə Qarabağa qanunsuz hərbi yüklər daşınır – VİDEO

11 mart 2023 | 13:00

Dünya siyasətindəki gücümüzün ən mühüm göstəricisi – ŞƏRH

11 mart 2023 | 21:45

Adil Kərimli bəstəkar və musiqişünaslarla görüşdü

14 mart 2023 | 14:22

Mərkəzi Bankın valyuta ehtiyatları niyə azalıb?

11 mart 2023 | 19:30

“M.Teatr”ın səhnəsində monotamaşa

Kartoqrafiya rizvan piriyev

Aprelin 24-də Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, coğrafiya elmləri doktoru, professor Rizvan Xanəmi oğlu Piriyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Müasir coğrafiya elminin tətbiqi istiqamətləri” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Tədbirdən əvvəl BDU-nun coğrafiya fakültəsində görkəmli alimin xatirə lövhəsinin açılışı olmuşdur.

Konfransda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov görkəmli alim Rizvan Piriyevin çətin, lakin mənalı ömür yolundan, geniş elmi və pedaqoji fəaliyyətindən, Azərbaycan elminə verdiyi töhfələrdən danışmışlar.

Bildirilmişdir ki, Azərbaycanın geodeziya və kartoqrafiya, coğrafiya tarixində özünə şərəfli yer tutan görkəmli alim Rizvan Piriyev 1924-cü il aprelin 10-da anadan olmuşdur.

Öz əməyi ilə övladlarını dolandıran atası Xanəmi kişiyə 1936-cı ildə “kulak” damğası vurulmuş və o, həbs edilmiş, 1954-cü ildə, on səkkiz il Sibirin dəhşətli şaxtasında olmazın əzablara məruz qalandan sonra geri qayıtmışdır.

Səkkizillik məktəbi əla qiymətlərlə bitirən R.Piriyev 1938-ci ildə Şamaxı Pedaqoji Texnikumuna daxil olmuş və 1941-ci ildə həmin texnikumu bitirmişdir

Bir neçə ay kənd məktəblərində müəllimlik edən R.Piriyev 1941-ci ildə ordu sıralarına çağırılmış, ikinci Dünya müharibəsində iştirak etmiş, 1943-cü ildə Leninqrad ətrafında döyüşlərdə ağır yaralanmışdır.

Rizvan Piriyev döyüşlərdə igidlik nümunəsi göstərdiyinə görə “I dərəcəli Vətən müharibəsi” ordeni, “III dərəcəli Şərəf Nişanı” ordeni və çoxlu medallarla təltif olunmuşdur.

1946-cı ildə R.Piriyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsinə daxil olmuş, 1951-ci ildə ali təhsilini başa vurmuşdur. Bir müddət sonra o, geodeziya və kartoqrafiya üzrə mühazirə oxumaq üçün Azərbaycan Dövlət Universitetinin fiziki coğrafiya kafedrasına dəvət edilmişdir.

R.Piriyev 1958-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, ona professor elmi adı verilmişdir.

Alimin elmi tədqiqatlarında əsas istiqamət morfometriya sahəsi olmuşdur. O, Azərbaycan Respublikasının və Xəzər dənizi akvatoriyasının morfometrik xarakteristikalarının öyrənilməsi ilə məşğul olmuşdur. Professor R.Piriyev ilk dəfə olaraq relyefin riyazi modelini xarakterizə etmək məqsədi ilə riyazi-statistik üsullarla morfometrik göstəricilərin, o cümlədən relyefin funksional paylanmasını ekstremal yüksəkliklər üzrə tədqiq etmişdir.

Alim respublika ərazisi timsalında ilk dəfə olaraq relyefin parçalanmasını xarakterizə edən morfometrik göstəriciləri təyin etmiş və bir sıra orta miqyaslı xəritələr tərtib etmişdir.

R.Piriyev kartoqrafiya, morfometriya sahəsində tanınmış alimdir, Azərbaycan morfometriya məktəbinin əsasını qoymuşdur. Alimin yaratdığı bu məktəb nəinki keçmiş SSRİ-də, eləcə də bir çox xarici ölkədə məşhur olmuşdur.

Professor R.Piriyev bir çox elmi məqalələrin, morfometrik xəritə və kitabların müəllifidir. Onun “Relyefin morfometrik təhlili” monoqrafiyası, ilk dəfə olaraq Azərbaycan dilində hazırladığı kartoqrafiya və geodeziyaya aid dərsliklərdən və elmi-metodik vəsaitlərdən ali məktəblərdə geniş istifadə edilir.

60-dək əsərin müəllifi olan R.Piriyev Azərbaycan Dövlət Universitetində 35 il elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, bir neçə il geologiya-coğrafiya fakültəsinin dekanı olmuş, sonra özünün təşəbbüsü ilə açılmış Geodeziya və kartoqrafiya kafedrasına rəhbərlik etmişdir.

R.Piriyev 1989-cu ildə dünyasını dəyişmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tofiq Hacıyev, BDU-nun professoru Şövqi Göyçaylı və digər alimlər də professor Rizvan Piriyevin elmi yaradıcılığının əhəmiyyətindən bəhs etmiş, onunla bağlı xatirələrini söyləmişlər.

Alimin oğlu, Bakı Slavyan Universitetinin Pedaqogika kafedrasının dekanı, professor Eldar Piriyev atasının xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.

Sonra konfransın bölmə iclasları olmuş, müxtəlif mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Comments are closed, but trackbacks and pingbacks are open.