Kaspi kimyadan 540 tapşırıq və məsələ həlli ilə
Məsələ 1. Zavoda 464 t maqnetit filizi gətirilmişdir. Bu qədər filizdə olan
Kİmyadan hesablama məSƏLƏLƏRİNİn həLLİNİN ÖYRƏDİLMƏSİ metodikasi
edir, onların oxşar və fərqli cəhətlərini tapır və müəyyən nəticəyə gəlirlər.
Kimyadan məsələ həll etdirilməsinin ən böyük müsbət cəhəti isə, kimyəvi
işarələrin və formulların, həmçinin kimyəvi tənliklərin bizə nə verdiyini, kimyəvi
maddələr arasındakı əlaqə və keçidi açıb göstərməsi və nəhayət şagirdlərdə
tədqiqatçılıq ruhu oyatmasıdır.
Bütün kimya məsələlərini üç qrupa bölmək olar: 1) məsələ-suallar; 2)
hesablama məsələləri; 3) eksperimental məsələlər.
4(48)2014
Məsələ-suallar dedikdə heç bir formul yazıb, yaxud, tənlik yazıb tətbiq
etmək tələb olunmayan, yalnız mühakimə yürütməklə həll edilə bilən məsələlər
başa düşülür. Buna görə də bəzən bu məsələlərə məntiq və ya mühakimə
məsələləri də deyilir. Məsələn, “Su oksigen və hidrogen kimi iki bəsit maddədən
ibarətdir” söyləmək doğrudurmu?
Eksperimental məsələlər təcrübə ilə əlaqədar məsələlərdir. Belə məsələləri
həll etmək üçün mütləq təcrübə aparmaq lazımdır. Ona görə də onları ancaq
sinifdə həll edirlər. Məsələn, “İki sınaq şüşəsində NaCl və K
verilmişdir. Hansı sınaq şüşəsində hansı məhlulun olduğunu tapın”.
Hesablama məsələlərində məlum kəmiyyətlərə əsasən tələb olunan nəticə
hesablanıb tapılır. Bu kəmiyyətlər ya məsələnin şərtində hazır verilir və ya gizli
halda verilir; onu hesablayıb tapmaq lazım gəlir, yaxud da soraq kitablarından,
cədvəllərdən axtarılıb tapılır.
Xarakterindən asılı olaraq hesablama məsələləri üç qrupa ayrılır: 1) sadə
çalışma məsələləri; 2) elmi tədqiqat xarakterli məsələlər; 3) istehsalat-texniki
Çalışma məsələlərindən əsas məqsəd keçilmiş dərsi möhkəmlətmək,
kimyəvi birləşmələrin tərkiblərini şagirdlərin yaxşı öyrənmələrinə və yadda
saxlamalarına kömək etməkdir. Bu cür məsələləri həll etmək üçün şagirdlərin çox
dərin fikirləşmələri lazım gəlmir. Onlar həyatla, istehsalat prosesləri ilə bağlı
olmaya da bilər. Məsələn: 1) Nə qədər suda: a) 8 q oksigen; b) 2 q oksigen vardır?
2) Şəkərin hansı kütləsində (C
) 7, 2 q. karbon vardır? 3) a) 36 q suda; b) 1
-də; c) 4 q hidrogendə (H
), e) 126 q. nitrat turşusunda (HNO
maddə vardır? Bu məsələlər şagirdləri sırf çalışdırmaq, kimyəvi formulun
mahiyyətini başa salmaq, mol anlayışını dərin dərk etdirmək məqsədi güdür.
Elmi-tədqiqat xarakterli məsələlərin istehsalatla bilavasitə əlaqəsi yoxdur. Onlar
şagirdlərə kimya elmini dərin öyrənmək, onu şüurlu surətdə qavramaq, məktəbdə
qazandıqları biliyi kimya istehsalatına tətbiq etmək vərdişləri aşılayır.
İstehsalat-texniki xarakterli hesablama məsələləri bilavasitə həyat,
istehsalatla əlaqədar məsələlərdir. Bu qrup məsələlərin həlli də şagirdlərdən dərin
düşünmək, öyrəndiyi qanunları və onları ifadə edən formulları düzgün tətbiq edə
bilmək vərdişini tələb edir.
2. Hesablama məsələlərinin təsnifatı
Kimya məsələlərinin tam işlənilmiş təsnifatı hələlik mövcud deyildir. Kimya
metodikası üzrə müxtəlif dərsliklərdə, həmçinin kimyadan məsələ həlli üzrə
xüsusi vəsaitlərdə və məqalələrdə kimya məsələlərinin təsnifatının müxtəlif
variantları verilir. Kimya məsələlərinin 1) hesablama (miqdarı) və 2) vəsfi
məsələlər kimi iki böyük qrupa bölünməsi hamı tərəfindən qəbul olunmuş hesab
olunur. Hər bir qrup öz növbəsində müxtəlif tiplərə bölünür. Ancaq həmin tiplərin
Kimya məktəbdə
mahiyyəti və sayı haqda vahid bir fikir yoxdur.
Kimyadan hesablama məsələlərini şərti olaraq üç yarımqrupa bölmək olar:
1. Kimyəvi formulların istifadəsinə və kimyəvi formulların çıxardılmasına
2. Kimyəvi reaksiyaların tənliklərinin istifadəsinə əsaslanan məsələlər
3. Maddələrin məhlulları ilə bağlı məsələlər. Hər bir yarım qrupa çoxlu
sayda müxtəlif növ məsələlər daxil edilir. Məsələn, 1-ci yarımqrupa 15-dən çox
məsələ növü daxil edilir:
1) birləşmələrin nisbi molekul kütlələrinin hesablanması;
2) maddədə elementlərin kütlə nisbətlərinin hesablanması;
3) birləşmədə elementin kütlə payının hesablanması;
4) maddənin məlum kütləsinə görə həmin maddədə olan hər hansı bir
elementin kütləsinin hesablanması;
5) maddədə olan hər hansı bir elementin məlum kütləsinə görə maddənin
6) qazın nisbi sıxlığının hesablanması;
7) nisbi sıxlığına görə qazın nisbi molekul kütləsinin hesablanması;
8) kütləsinə görə maddənin miqdarının hesablanması;
9) maddə miqdarına görə onun kütləsinin hesablanması;
10) birləşmədə elementlərin kütlə paylarına görə onun sadə formulunun
11) birləşmədə elementlərin kütlə paylarına və qazın nisbi sıxlığına görə
maddənin həqiqi formulunun təyini;
12) yanma məhsullarının kütlələrinə görə maddənin formulunun təyini;
13) maddənin kütləsi, maddə miqdarı və həcminə (qazlarda) görə onda olan
hissəciklərin sayının hesablanması;
14) qaz halında olan maddənin kütləsinin həcminə görə hesablanması;
15) qaz halında olan maddənin həcminin kütləsinə və maddi miqdarına görə
hesablanması və s.
Reaksiya tənliklərinin istifadəsinə əsaslanan məsələ növləri bundan daha da
Maddələrin məhlullarına aid olan hesablama məsələlərinin aşağıdakı növləri
1) maddənin “həll olması” anlayışına aid hesablamalar;
2) məhlulda həll olan maddənin kütlə payı anlayışının istifadəsinə aid
3) molyar qatılıq anlayışına aid hesablamalar;
4) bir qatılıqdan digər qatılığa keçilməsinə aid hesablamalar.
Tədris prosesində məsələlərin hər hansı bir növünə üstünlük verilməməlidir.
4(48)2014
Ancaq bütün məsələ növlərindən öz vaxtında və yerində istifadə etməklə, həm də
optimal miqdarda istifadə etməklə ən qısa müddətdə, ən az qüvvə sərf etməklə
müsbət nəticələr əldə etmək olar.
3. Hesablama məsələlərinin həlli üsulları
Hesablama məsələlərinin əsas altı həlli üsulu vardır: 1) kütlələrin
nisbətlərindən istifadə üsulu; 2) kütlələrin müqayisəsi üsulu; 3) “maddə miqdarı”
və “mol” anlayışlarından istifadə üsulu; 4) tənasübün tərtibi üsulu; 5)
mütənasiblik əmsalından istifadə üsulu; 6) vahidə gətirmə üsulu. Aşağıdakı iki
məsələni həll etməklə bu üsulların mahiyyətini açıqlayaq:
Məsələ 1. Zavoda 464 t maqnetit filizi gətirilmişdir. Bu qədər filizdə olan
dəmirin kütləsini təyin edin:
Maddələrin məsələnin şərtində verilən kütlələri formul üzrə
hesablanan kütlələri ilə müqayisə edilir. Fe
-ün formul üzrə hesablanan kütləsi:
=232 q. Məsələnin şərtində
verilən kütləsi isə 464 tondur.
Deməli, maqnetitin məsələnin şərtində verilən kütləsi formul üzrə
hesablanan kütləsindən 2·10
dəfə çoxdur. Onda filizdə olan dəmirin kütləsi də
formul üzrə hesablanan kütləsindən 2·10
dəfə çox olacaqdır: m(Fe)=168 q.
. 1) 464 t filizdəki Fe
-ün miqdarı nə qədərdir?
2) 464 t filizdə Fe-un miqdarı nə qədərdir?
3) 464 t filizdəki dəmirin kütləsi nə qədərdir?
Formuldan görünür ki, bir mol Fe
-də 3 mol Fe vardır.
-də olan dəmirin kütləsinin Fe
nisbətini götürsək alarıq:
Deməli, filizdə olan dəmirin kütləsi maqnetitin kütləsindən
1,38 dəfə az olmalıdır. Yəni:
Kimya məktəbdə
IV üsul. Molyar kütlələrin hesablanmasında aydın olur ki, 232 q. Fe
168 q Fe vardır, onda verilmiş 464·10
-də __ Xq Fe olar.232-168
V üsul. İstənilən mütənasib dəyişilən kəmiyyətlərdən birinin o birinə
nisbətən sabit kəmiyyətdir. Bu kəmiyyətə mütənasiblik sabiti deyilir. Məsələn,
. Kimyəvi hesablamalarda belə bir sabit kəmiyyət verilmiş şəraitdə
maddənin kütləsinin nisbi molekul kütləsinə nisbəti ola bilər. Onda elementin
maddədəki kütləsi mütənasiblik əmsalının elementin nisbi atom kütləsinə və
elementin birləşmədəki atomlarının sayı hasilinə bərabər olar m(el)=k·n·Ar; n –
element atomlarının sayı. Deyilənlərə əsasən:
VI üsul. 1) Bir qram Fe
-də neçə qram Fe vardır.
232 q – 168 q Fe x
-də necə t Fe vardır?
Məsələ 2. 10 q kükürd (IV) oksid almaq üçün sulfat turşusu ilə nə qədər
natrium sulfit reaksiyaya daxil olmalıdır?
)=1 mol·64 q/mol=64 q
4(48)2014
Deməli, reaksiyaya daxil olan Na
-ün kütləsi alınan SO
1,97 dəfə çox olmalıdır. Yəni, m(Na
II üsul. m(SO
)=1 mol·64 q/mol=64 q
)=1 mol·126 q/mol=126 q
Praktiki olaraq alınan SO
-nin kütləsi (16 q) reaksiya tənliyi üzrə hesablanan
-nin kütləsindən (64 q) 4 dəfə azdır: Ona görə də praktiki verilən Na
kütləsi də 4 dəfə az olmalıdır: m(Na
III üsul. ν(SO
Tənliyə görə reaksiyaya daxil olan Na
-də 0,25 mol olmalıdır
)=0,25mol·126 q/mol=31,5 q
Reaksiya tənliyi üzrə mütənasiblik əmsalını tapmaq üçün maddənin
praktiki olaraq verilən kütləsini onun reaksiya tənliyindəki mollarının sayı ilə
molyar kütləsi hasilinə bölmək lazımdır:
. Axtarılan maddənin kütləsini
tapmaq üçün mütənasiblik əmsalını təyin olunan maddənin mollarının sayına və
molyar kütləsinə vurmaq lazımdır.
almaq üçün nə qədər Na
almaq üçün nə qədər Na
Kimya məktəbdə
4. Kimyadan hesablama məsələlərinin həllinin öyrədilməsinə aid ümumi
Kimya tədrisi prosesində məsələ həllinə mümkün qədər tez başlamaq
lazımdır. Əlbəttə, ilkin məsələlər sadə olmalı, ancaq vəsfi xarakter daşımalı,
adətən öyrənilən mövzuya aid sual-məsələlərdən ibarət olmalıdır.
Kimya məsələlərini həll etməyi öyrədərkən aşağıdakı tələbləri yerinə
1) Şagirdlərə təqdim olunan məsələlər onların gücünə, qabiliyyətinə müvafiq
olmalıdır. Məsələlərə aid olan bütün nəzəri və faktiki material qabaqcadan
işlənilməli və şagirdlərə məlum olmalıdır. Verilmiş məsələlərin mürəkkəblik
dərəcəsini ancaq yavaş-yavaş, ardıcıl surətdə artırılması vacibdir. Bunun tədris
prosesində çox böyük əhəmiyyəti vardır, həm də tərbiyəvi cəhətdən çox vacibdir.
Belə ki, həll edilmiş məsələnin düzgün cavabını aldıqda şagirdlər öz əməyinin
müsbət nəticələrinə görə sevinir və razılıq hissi keçirirlər. Bu da sonrakı iş üçün
təkan verir, onlarda kimyaya həvəs oyadır. Əksinə, məsələlərin həddindən artıq
mürəkkəb olması, onların gücünə uyğun olmaması əks təsir göstərir. Belə
məsələlərin həll edilməsi arzu edilən nəticəni vermir, çox əmək sərf olunmağa
səbəb olur. Ona görə də təlim üçün əhəmiyyəti az olur və tərbiyəvi cəhətdən
zərərlidir. Çünki bu halda şagirdlərdə öz bacarıqlarına, gücünə inamsızlıq,
kimyaya qarşı soyuqluq, ümumiyyətlə, əməyə mənfi münasibət yaranır.
Məsələlərin həddən artıq asan olması da az əhəmiyyətlidir. Belə ki, onların həlli
kifayət qədər zehni gərginlik tələb etmir. Belə məsələlərdən sinifdə tipik
məsələlərin həlli ilə tanışlıq zamanı bu və ya digər qaydanı möhkəmləndirərkən
istifadə etmək olar. Sonralar isə onları yavaş-yavaş mürəkkəbləşdirmək lazımdır.
2) Hər hansı bir mövzunu və ya fəsli öyrənməyə başladıqda verilən
məsələlərin ardıcıl olaraq, yavaş-yavaş mürəkkəbləşdirmək tələbini gözləmək
məqsədi ilə həmin dövr ərzində hansı məsələləri hansı ardıcıllıqla həll ediləcəyini
qabaqcadan fikirləşmək və onların gündəlik planda nömrələrini qeyd etmək
lazımdır. Sözsüz ki, şagirdlər üçün nəzərdə tutulan hər bir məsələ müəllimin özü
tərəfindən qabaqcadan həll edilməlidir. Bu, mümkün ola bilən, ancaq nəzərdə
tutulmayan təsadüflərdən xilas olmağa, məsələnin həllini daha aydın izah etməyə
3) Məsələnin şərti ilə tanışlıq prosesi daha əhəmiyyətlidir. Şagirdlər
məsələni həll edərkən çox hallarda şərtə kifayət qədər fikir vermədən
hesablamalar aparırlar. Nəticədə tamamilə lazım olmayan, mənasız, əhəmiyyətsiz
iş görmüş olurlar. Belə hallara yol verməmək üçün sinifdə məsələni həll etməyə
başladıqda onun şərtini şagirdlərdən birinə dəqiq, ifadəli, durğu işarələrini də
nəzərə almaq şərtilə ucadan oxutmaq lazımdır. Xüsusilə, VIII sinifdə məsələnin
şərtini təkrarən oxutmaq və şifahi olaraq, yenidən təkrar etdirmək daha faydalıdır.
4(48)2014
Bu halda şagirdlərin çoxunun şüurunda məsələdəki kəmiyyətlər arasında qarşılıqlı
əlaqə yaradılır və məsələnin həlli planı nəzərdə tutulur.
Məsələnin şərti ilə tanışlıqdan sonra şagirdlərə onun həlli planı haqda
fikirləşmək təklif olunur və həllin hər mərhələsinə aid sualların ardıcıllığı verilir.
4) Bütün hallarda, həm evdə, həm də sinifdə hər bir hesablama üçün sual
tərtib edilməli və dəftərə yazılmalıdır. Hesablamada meydana çıxan hər bir yeni
kəmiyyət müəyyən üsulla hesablanıb tapılmalıdır. Sualları çox da xırdalamaq o
qədər də vacib deyildir (məs., nisbi atom və nisbi molekul kütləsinə aid suallar).
Məsələnin şərtindən tapılması mümkün olan bütün kəmiyyətlər ona aid olan
sualın həllində yazılmalıdır.
Sualların tərtib edilməsi məsələni başa düşərək, daha şüurlu surətdə həll
etməyə kömək edir. Şagirdləri apardıqları hər bir riyazi əməliyyatı düzgün, aydın
və dəqiq ifadə etməyə, həmçinin, axtarılan kəmiyyətləri hansı yolla və hansı
ardıcıllıqla təyin etmək üçün düşünməyə vadar edir. Bu da yuxarıda dediyimiz
kimi onların düşünmə qabiliyyətinin, öz fikirlərini dəqiq, aydın, yığcam ifadə
etmək bacarığının inkişafına səbəb olur.
Bəzən, xüsusən, yuxarı siniflərdə, şagirdlər sualların yazılmasını zəruri
hesab etmirlər. Amma onlar çox hallarda bu və ya başqa hesablama vasitəsilə nəyi
tapdıqlarına cavab verə bilmirlər. Bəzən onlar mənasız hesablamalar aparır və
ağlasığmaz nəticələr alırlar (məs., 100 q. mis 2-oksiddə 120 q Cu vardır, yaxud,
karbon qazında 110% C vardır və s.). Amma belə nəticələr onları narahat etmir –
çünki bu nəticələr “hesablamalardan” alınmışdır.
Bütün bunlar sübut edir ki, şagirdlər məsələni düzgün dərk etməmişlər və
aparılan hesablamaları başa düşmürlər. Məsələ həllinə şüurlu surətdə yanaşmağa
nail olmaq üçün şagirdləri sual tərtib etməyə öyrətmək vacibdir.
Məsələ həllinin xarici tərtibatının da müəyyən əhəmiyyəti vardır. Bu,
şagirdləri səliqəli yazmağa öyrədir, diqqətini və fikrini toplamağa, intizamlı
olmağa vadar edir. Məsələnin şərti ilə tanış olduqdan sonra onun həllinə
başladıqda şagirdlər bir qədər həyəcan hissi keçirirlər. Elə bir nəsə onlara şərti
araşdırmağa və düzgün plan tərtib etməyə maneçilik edir. Həlli yazmağa
başladıqda isə sakitləşir və özlərini planlı surətdə, intizamlı işləməyə məcbur
Qeyd etmək lazımdır ki, şagirdlərdən rəqəmləri, kimyəvi işarələri və
reaksiya tənliklərini düzgün, səliqəli yazmağı tələb etmək lazımdır.
5. Kimyadan hesablama məsələlərinin həllinin öyrədilməsi metodikası
Kimyadan hesablama məsələlərinin həlli yolları çox müxtəlifdir. Məsələnin
həll edilməsi bir çox əməliyyatlardan ibarətdir. Bu əməliyyatların hamısının bir-
birilə əlaqədar olması və onların müəyyən ardıcıllıqla yerinə yetirilməsi çox
vacibdir. Məsələnin həllinin öyrədilməsinin ən mühüm faktoru bu əməliyyatların
Kimya məktəbdə
yerinə yetirilməsi ardıcıllığının müəyyənləşdirilməsidir. Hesablama məsələlərinin
həlli aşağıdakı ardıcıllıqla yerinə yetirilməlidir:
Məsələni diqqətlə oxumaq və mahiyyətini başa düşməyə çalışmaq;
Kəmiyyətlərin qəbul olunmuş işarələrindən istifadə edərək məsələnin
şərtini və köməkçi verilənləri (məs. Mr, M.) yazmaq;
Məsələni analiz edərək onun həlli planını müəyyənləşdirmək;
Sualları tərtib edərək, hesablamaları aparmaq;
Alınmış nəticəni yoxlamaq;
Hər hansı məsələ həll edildikdə bu mərhələlərin hamısı ardıcıl yerinə
yetirilməlidir. Məsələ həllinin mərhələlərinin göstərilən ardıcıllığını
aşağıdakı məsələnin həlli üzərində göstərək.
Cl) nə qədər sönmüş əhənglə (Ca(OH)
lazımdır ki, alınmış ammonyakdan 1 kq 17%-li ammonyak məhlulu
hazırlamaq mümkün olsun?
Məsələnin diqqətlə oxunması və mahiyyətinin başa düşülməsi.
Məsələni diqqətlə oxuduqda aydın olur ki, onun həllində naşatırla sönmüş
əhəng, arasındakı reaksiyanın tənliyindən və ammonyakın məhluldakı faizlə
qatılığını ifadə edən formuldan istifadə etmək lazım gələcəkdir.
2. Kəmiyyətlərin qəbul edilmiş işarələrindən istifadə edərək məsələnin
şərtinin və köməkçi verilənlərin yazılması
Məsələnin mətnindən aşağıdakı kəmiyyətlərin verildiyi məlum olur: 1)
ammonyak məhlulunun kütləsi; 2) məhlulda ammonyakın kütlə payı; 3) sönmüş
əhəngin axtarılan kütləsi. Köməkçi verilənlər kimi ammonyakın və sönmüş
əhəngin molyar kütlələrini götürmək lazımdır.
Məsələnin şərti fizika məsələlərinin həllində olduğu kimi yığcam və dəqiq
sxem üzrə yazılmalı. Həllindən şaquli xətlə ayrılmalıdır. Şərtdə əvvəlcə verilən
kəmiyyətlər, sonra axtarılan, daha sonra isə köməkçi kəmiyyətlər yazılmalıdır.
Verilən kəmiyyətlər axtarılanlardan üfüqi xəttlə ayrılmalıdır.
NƏŞRLƏRİMİZ
Kimya 540 Məsələ həlli (Orta məktəb şagirdləri və abituriyentlər üçün)
Bu kitabın məqsədi şagirdlərə əsas anlayış, qanun və nəzəriyyələrini əks etdirən məsələlərin həlli yollarını öyrətmək və bununla da bu nəzəri biliklərin dərindən dərk edilməsinə kömək etməkdir.
Kitabda müvafiq mövzular üzrə sistemləşdirilmiş 540 məsələ və tapşırıq həlli ilə birlikdə verilmişdir. Bunların əksəriyyəti orta məktəb proqramında nəzərdə tutulan tipik məsələləri əhatə edir.Eyni zamanda son illərdə (2003 – 2011) sınaq və qəbul imtahanlarına, həmçinin test tapşırığı nümunələrinə orta məktəb dərsliklərində əks olunmayan yeni və nisbətən mürəkkəb məsələ tiplərinin daxil edildiyini nəzərə alaraq, kitabda bu məsələ növlərinin həlli yolları da araşdırılmışdır. Bu araşdırmalar yuxarıda göstərilən vəsaitlərdə verilən tapşırıqların mürəkkəblik dərəcəsinə uyğun misallar üzərində aparılmışdır. Sınaq və qəbul imtahanlarında, həmçinin test tapşırığı nümunələrində verilən tapşırıqlarla vəsaitdəki tapşırıqlar arasında əlaqə yaratmaq məqsədilə kitabın sonunda (səh. 107) göstərici verilmişdir.
Bu kitab orta məktəb şagirdləri və abuturiyentlər, həmçinin orta və orta ixtisas məktəblərinin müəllimləri üçün nəzərdə tutulmuşdur.
- Bütün nəşrlər
- Dərs vəsaitləri
- Test bankları
- Kaspi KIDS nəşrləri
- Bakı şəhəri, Xocalı prospekti 86
- (012) 489 21 56info@kaspi.edu.az
© Kaspi Təhsil Şirkəti 2023 developed by ibp
VERGİLƏR
Bu ildən nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsi nəzərdə tutulub. Bu məqam Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda əksini tapıb.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə ölkə prezidentinin fərmanına əsasən, Vergi Məcəlləsinin 77.5-ci maddəsinə uyğun olaraq, hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilən məbləği 350 manatdır.
Bu dəyişikliklə bağlı Vergilər Nazirliyinin şərhinə əsasən, Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatlarının tətbiqinə başlanılıb. Bu məqsədlə Nazirlər Kabinetinin qərarı ilə “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki” təsdiq edilib. Həmin qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatlarının qrafikdə müəyyən edilən müddətədək istifadə edilməsi, qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatlarının yeni nəsil nəzarət-kassa aparatları ilə əvəz edilməsi nəzərdə tutulub.
1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2019-cu il tarixdən sonra quraşdırılan, müvafiq meyarlara cavab verən və əvvəllər istifadədə olan nəzarət-kassa aparatı ilə əvəz edilən nəzarət-kassa aparatlarının quraşdırılmasına çəkilən xərclərin (nəzarət-kassa aparatının dəyəri daxil olmaqla) dəyəri vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdiriləcək.
Məsələn: Fərdi sahibkar sadələşdirilmiş verginin ödəyicisidir. Marketində istismarda olan 1 ədəd nəzarət kassa-aparatını 10 yanvar 2020-ci il tarixdə Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulan yeni nəsil nəzarət kassa-aparatları ilə əvəz edir və köhnə nəzarət kassa-aparatını qeydiyyatdan çıxarır. Bu halda, 10 yanvar 2020-ci il tarixdə quraşdırılmış yeni nəzarət-kassa aparatı köhnə nəzarət kassa-aparatını əvəz etdiyindən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulduğundan həmin nəzarət-kassa aparatının alınmasına və quraşdırılmasına çəkilən xərclər qanunla müəyyən edilmiş həddə yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.
Beləliklə, Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını quraşdıran vergi ödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərinin (nəzarət-kassa aparatının dəyəri daxil olmaqla) dəyəri 1 yanvar 2020-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.
Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir:
- nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixinədək quraşdırıldıqda;
- nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (NK) tərəfindən müəyyən edilən meyarlara cavab vermədikdə;
- nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (NK) tərəfindən müəyyən edilən meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.
Comments are closed, but trackbacks and pingbacks are open.