Press "Enter" to skip to content

Kaspi” qəzetinin yaranmasından 135 il ötür

Qəzet sentyabr ayından etibarən həftədə bir dəfə işıq üzü görəcək. O qeyd edib ki, daha çox “Kaspi”nin elektron versiyasına diqqət yönəcələk.

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Страница «Kaspi qəzeti» есть на Facebook. Войдите, чтобы связаться с Kaspi qəzeti.

Страница «Kaspi qəzeti» есть на Facebook. Войдите, чтобы связаться с Kaspi qəzeti.

Kaspi qəzeti

@KaspiNewspaper

О пользователе Kaspi qəzeti

“Kaspi” Azərbaycanın ən qədim qəzetlərindən biridir. Qəzet 1881-ci ildən rus dilində nəşr olunmağa başlayıb. 1897-ci ildən mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən alınan qəzetin baş redaktoru Əlimərdan bəy Topçubaşov olub. Qəzetdə Həsən bəy Zərbadi başda olmaqla, Məhəmməd ağa Şaxtaxtinski, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Ceyhun Hacıbəyli, Nəriman Nərimanov kimi Azərbaycanın maarifpərvər ziyalıları çalışıb. 1907-ci ilə kimi “Kaspi”nin 300-dən çox sayı Həsən bəy Zərdabinin imzası ilə işıq üzü görüb. “Kaspi” o vaxtkı Azərbaycan maarifçilərinin əsas tribunalarından biri olub.

“Kaspi” qəzetinin yaranmasından 135 il ötür

Bakı. 9 dekabr. REPORT.AZ/ Bu gün “Kaspi” qəzetinin yaranma günüdür. “Report”un xəbərinə görə, qəzetin fəaliyyətə başlamasından 135 il ötür. Qəzetin baş redaktoru İlham Quliyev “Report”a deyib ki, “Kaspi” qədim ənənələri, tarixi olan qəzetdir. Onun sözlərinə görə, 135 yaşlı qəzetin olması Azərbaycan cəmiyyətinin, mətbuatın uğurudur: “”Kaspi” qəzeti 1881-ci ildən rus dilində nəşr olunmağa başlayıb. 1897-ci ildən Hacı Zeynalabdin Tağıyev tərəfindən alınan qəzetin baş redaktoru Əlimərdan bəy Topçubaşov olub. 1907-ci ilə kimi “Kaspi”nin 300-dən çox sayı Həsən bəy Zərdabinin imzası ilə işıq üzü görüb. Bilirsiz ki, həmin dövrdə “Əkinçi” qəzeti bağlanmışdı, Həsən bəy Zərdabi üçün tribuna yox idi. Belə bir ərəfədə Həsən bəy öz ideyalarının reallaşdırılması üçün rus dilində qəzet yaradılmasına çalışır. “Kaspi” 1919-cu ildə fəaliyyətini dayandırıb. Qəzet o dövrün maarifçiləri üçün tribuna olub. 1999-cu ildə Sona Vəliyevanın təşəbbüsü ilə “Kaspi” qəzeti bərpa olunub. Hazırda “Kaspi” gündəlik Azərbaycan dilində, həftəlik rus dilində nəşr olunur. Qəzet yenə də ziyalı təbəqəsi üçün tribunadır. Hazırda qəzetin 3 əlavəsi fəaliyyətdədir. Bu, “Ədəbiyyat”, “Cəbhə” əlavəsi və “Gənclik” qəzetidir”. İ.Quliyev qəzetlə bağlı planlardan da danışıb: “Manatın devalvasiyasından sonra müəyyən qədər çətinlik yaranıb, qəzet kağızı bahalaşıb. Kağıza əlavə dəyər vergisi tətbiq olunur. Bu, çap mediasının maddi durumuna təsir edir. Buna baxmayaraq, biz ayaqda durmağa çalışırıq, qəzetin əlavələrini qoruyuruq. “Kaspi” şənbə günləri 24 səhifə çıxır. Qəzet həm də rəngli çap olunur. Bu da kifayət qədər maliyyə tələb edən işdir. Bizim yeni layihələrimiz də var. 2017-ci ilin yanvarından qəzetin artkaspi.az saytı fəaliyyətə başlayacaq. Bu saytda mədəniyyət və ədəbiyyat xəbərləri işıqlandırılacaq. Dövlət orqanları ilə müştərək layihələrimiz olur. Növbəti ilin əvvəllərində müsabiqənin keçirilməsini nəzərdə tuturuq. Bilirsiniz ki, “Kaspi” nəşrlər seriyamız var, müxtəlif kitablar çap olunur. Gələn il 3 kitabın nəşrini planlayırıq. Çalışacağıq ki, “Kaspi” qəzeti 2017-ci ildə də dürüstlüyünü, müstəqilliyini qoruyub saxlaya bilsin”.

Kaspi qəzeti

“Kaspi” qəzetinin fəaliyyətinin dayandırılması ilə bağlı məlumat yayılıb. Bu barədə Unikal.org saytı yazıb.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən qəzetin baş redaktoru İlham Quliyev bildirib ki, “Kaspi” qəzeti sadəcə, gündəlik yayımını dayandırıb.

Qəzet sentyabr ayından etibarən həftədə bir dəfə işıq üzü görəcək. O qeyd edib ki, daha çox “Kaspi”nin elektron versiyasına diqqət yönəcələk.

Qeyd edək ki, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevadır.

Son xəbərlər

  • 11:26 | Ağdamda növbəti səyyar qəbul keçirildi – Fotolar
  • 11:15 | DSX və DİN İranla sərhəddə əməliyyat keçirdi
  • 11:10 | Bakı-Qəbələ-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşdü – Fotolar
  • 10:45 | Azərbaycanla bu ölkə arasında aviareyslər bərpa edilir
  • 10:43 | İki güləşçimiz final görüşünə çıxacaq, beşi mübarizəyə başlayır
  • 10:38 | 56 yaşlı Xalq artistinin bu fotoları maraqla qarşılandı
  • 10:31 | Naxçıvanda Türkiyə vətəndaşları arasında – Kütləvi dava
  • 10:27 | Türkiyədə zəlzələ oldu
  • 10:09 | Bakıda əl qumbarası və bıçaqlar aşkarlandı – Video
  • 10:09 | Bakıxanov qəsəbəsində ağacəkmə aksiyası keçirildi – Fotolar
  • 10:06 | Novruz bayramı Suraxanıda təntənə ilə qeyd olunub – Fotolar
  • 09:58 | Şehiçlə Muslera arasında qalmaqal – Video
  • 09:56 | Tanınmış fotoqraf vəfat etdi
  • 09:51 | Nyu-York teatrı Netrebkoya 200 min $ təzminat ödəyəcək
  • 09:28 | Qanunsuz kömür istehsalçıları aşkarlandı – Fotolar
  • 08:58 | Azərbaycan XİN məlumat yaydı
  • 08:52 | Xəzər rayonunda ümumrayon Novruz şənliyi keçirildi – Fotolar
  • 08:29 | Bu gündən Şuşaya turist səfərləri başlayır – Video
  • 07:49 | Deniz Seki koronavirusa yoluxdu
  • 07:02 | Lens Reddik öldü
  • 06:23 | Bu ölkə Ukraynaya “MiQ-29” qırıcıları verəcək – Saziş imzalandı
  • 05:01 | Parisin zibili təmizləndi
  • 04:05 | Türkiyədəki zəlzələdə sağ qalanlara bunu edənlər cəzalanacaq
  • 03:18 | Messi baş məşqçinin təlimlərindən narazı qalıb getdi
  • 02:37 | Türkiyə ağardı. – Video
  • 01:55 | Türkiyə XİN Ermənistanla bağlı bu hesabatı əsassız adlandırdı
  • 01:32 | Türkiyədə “Supercell” fırtınası baş verdi – Video
  • 01:19 | Türkiyənin ilk döyüş təyyarəsi uçuş-enmə zolağına çıxdı – Video
  • 00:35 | ÇL-də həftənin ən yaxşı oyunçusu seçildi
  • 00:10 | Bu gündən 9 günlük bayram tətili başlayır
  • 00:05 | Trampa olan bu qadağa aradan qaldırıldı
  • 17.03.2023 23:47 | Putin və Lukaşenko Azərbaycandan keçəcək dəhlizdən danışdılar
  • 17.03.2023 23:35 | Vaksin vurduranların sayı açıqlandı
  • 17.03.2023 23:34 | Bu gün 4 nəfər koronavirusdan ölüb
  • 17.03.2023 23:31 | “Putinlə bağlı məhkəmə qərarı ədalətlidir” – Ukraynanın Baş naziri
  • 17.03.2023 23:23 | “Meta” bu ölkədə ödənişli abunə xidmətini işə salır
  • 17.03.2023 23:12 | Mahir oynadı, komandası “Qalatasaray”a qalib gəldi
  • 17.03.2023 23:10 | Ərdoğan Stoltenberqlə bu məsələləri müzakirə etdi
  • 17.03.2023 22:49 | Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb
  • 17.03.2023 22:30 | 24 yaşlı Rəcəb Tayyib Ərdoğan da prezidentliyə namizəd oldu – Video
  • 17.03.2023 22:29 | Şabranda ağır qəza, ölənlər var
  • 17.03.2023 21:37 | Zelenski onu istefaya göndərdi
  • 17.03.2023 21:25 | “Qarabağ”ın bu futbolçuları “Qalatasaray”a qarşı oynamayacaq – Siyahı
  • 17.03.2023 21:09 | Koroşi orderə baxmayaraq, Putinlə görüşməyə hazırdır
  • 17.03.2023 20:47 | “Haaqa Məhkəməsinin qərarı Rusiya üçün əhəmiyyət daşımır”
  • 17.03.2023 20:28 | Mahir Emreli “Qalatasaray”la matçın start heyətində
  • 17.03.2023 20:28 | Rövşən Nəcəf Gənc İstedadlar Proqramına seçilmiş şəxslərlə görüşdü
  • 17.03.2023 20:23 | İki yerüstü piyada keçidi istifadəyə verildi – Fotolar+Video
  • 17.03.2023 20:15 | Binəqədi-Novxanı yolunda niyə böyük tıxac yaranıb? – Video
  • 17.03.2023 20:13 | ADY “Taxıl Ekspresi qatarı” layihəsinin təqdimatını keçirdi

Comments are closed, but trackbacks and pingbacks are open.