Press "Enter" to skip to content

Rlərini aldadan qadınlardan inanılmaz etiraflar

“Düz 28 il laçınlılar üçün 18 may hüzn günü olub. Bu illər ərzində böyüklü-kiçikli hamımız yurd həsrəti çəkmişik. Bu ilin 18 mayını sevinclə, qürurla qarşıladıq. Laçın işğaldan azaddır! Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuz düşməni Laçından rədd olmağa məcbur edib”. Bu sözlər

Kassalarda sizi necə aldada bilərlər?

Rusiyalı mütəxəssis Alisa Xramova müştəriləri kassada aldatmağın ən geniş yayılmış üsulunu açıqlayıb.

“Praym” agentliyi bu barədə məlumat yayıb.

“Çekdəki artıq mallar, kassada aldatmağın ən geniş yayılmış üsullarından biridir. Bir və ya iki mal alınıbsa, fırıldaqçılıq etmək kifayət qədər çətindir, amma çeşidlər çoxdursa, alıcını aldatmaq olduqca asandır”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, fırıldaqçı kassirlər adətən özləri çekə əlavə mallar vururlar. Bəzən elə də olur ki, qalığı səhv qaytarırlar.

“Bütün mallar kassada skan edildikdən sonra, kassir qaydalara görə, alışın ümumi dəyərini, sonra alıcıdan alınan pulun və qalığın məbləğini açıqlamalı və sonra onu çeklə birlikdə verməlidir”, – deyə Xramova qeyd edib.

Eyni zamanda, başqa bir oğurluq üsulu da məhsuldakı barkodun dəyişdirilməsidir. Bu vəziyyətdə bahalı məhsul, ucuz olanın barkodundan istifadə edərək kassada skan edilir. Digər hallarda, kassirlər iki məhsulun birinin qiymətinə alına biləcəyi 1+1 kimi kampaniyalar barədə müştərilərinə məlumat vermir və ya bilərəkdən xatırlatmırlar. Satıcı iki məhsulu çekə daxil edir, lakin alıcı kampaniyadan bixəbər olaraq bir məhsulla gedir, onu aldadan kassir isə ikinci məhsulu özünə saxlayır.

Bir başqa aldatma yolu da müştərinin yığdığı kart əvəzinə özününkünü skan edir, bu zaman ballar müştəriyə deyil, ona verilir.

Sosial Baxılıb: 1577 Tarix: 19 may 2021

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DİGƏR MARAQLI XƏBƏRLƏR

Saç tökülməsinə ÇARƏ TAPILDI!

Məhsul haqda ətraflı. Sifariş:055 239 54 49. Hörmətli dostlar nəzərinizə türkiyə istehsalı olan BLACK SERUM saç losyonunu təqdim etmək istərdim:. ⚜️Saç tökülməsinin qarşısını alır. ⚜️Yeni tüklər əmələ gətirir. ⚜️Saçlar daha tez uzanır. ⚜️Saçda kəpəyin qarşısını alır. ⚜️Saç yağlığını arada

Vilayət Eyvazov qazi atasına yüksək vəzifə verdi

Daxili İşlər orqanlarında yeni təyinat olub. -a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Qubad Qasımov Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinə rəi

Bakıdakı dəhşətli yanğından altı il keçir – FOTO

Bakının Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından altı il ötür. 2015-ci ilin mayın 19-da, səhər saatlarında baş vermiş yanğın hadisəsi nəticəsində dördü uşaq olmaqla, 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Yanğının başlamasın

İyunun 1-dən sonra yumşaldılmalar olacaq? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxanlarla bağlı vəziyyət müsbətə doğru gedir. Həm yoluxanların sayı azalır, həm də virusdan sağalanların sayı xeyli artıb. xəbər verir ki, iyunun 1-də ölkədə xüsusi karantin rejiminin müddəti başa çatır. İnsanları maraqlandıran məsələlərdən biri də iyunun 1-dən sonra hans

Damlanın illər əvvəl çəkilən videosunda şəhid Xudayar

Müğənni Damla illər əvvəl bölgələrdən birində olarkən lentə alınan videosunu yayımlayıb. xəbər verir ki, görüntüdə şəhid Xudayar Yusifzadənin yer aldığı ortaya çıxıb. İfaçı bildirib ki, indi bundan xəbər tutub:. “Sizdən hədsiz dərəcədə xahiş edirəm, mənim dinləyicilərimi təhqir etməkdən vaz keçin

Ayanın müalicəsi başladı

“Sosial şəbəkələrdə paylaşılan fotosu ilə gündəmə gələn Ayan adlı uşağın ayağındakı yanıq xəsarətinə həkimlər tərəfindən baxış keçirilib”. “Report”a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnar

Şeron qrupuna ağır itki: QƏFİL VƏFAT ETDİ – FOTO

“Şeron” qrupunda ağır itki baş verib. -a istinadən xəbər verir ki, qrupun əməkdaşlarından olan Azər Qafarov dünyasını dəyişib. “Şeron” qrupunun əməkdaşı Ülvü Cəfərov məlumatı təsdiqləyib: “Dəhşətdir, gecə yatıb, səhər ayılmayıb. Çox istedadlı insan idi”. Qeyd edək ki, A.Qafaro

Sabiq nazir müavininin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. “Report”a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxı

Mahir Abbaszadədən Laçındakı məclislə bağlı AÇIQLAMA – YENİLƏNİB+FOTO/VİDEO

“Düz 28 il laçınlılar üçün 18 may hüzn günü olub. Bu illər ərzində böyüklü-kiçikli hamımız yurd həsrəti çəkmişik. Bu ilin 18 mayını sevinclə, qürurla qarşıladıq. Laçın işğaldan azaddır! Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuz düşməni Laçından rədd olmağa məcbur edib”. Bu sözlər

Ərlərini aldadan qadınlardan inanılmaz etiraflar

“KadınMag”-a ərlərini aldadan qadınların etdikləri etiraflar hər kəsi təəccübləndirib. Bu qadınların bəziləri yenicə ailə qurmuş, bəziləri isə illərlə ailəli olan xanımlardır.

Bəs bu qadınlar həyat yoldaşlarını niyə və necə aldadırlar?

Mehtap, 38 yaş – evdar qadın

Həyat yoldaşım məndən yaşca böyükdür. Əvvəllər onu sevdiyimi zənn edirdim. Mən onu tanıyanda o, öz kafesində işləyən kassirin qızı ilə sevgili idi. O, qız yaşca məndən kiçik idi. Mən də o zaman həmin kafedə işləyirdim. O qızla olan münasibəini gizlədirdi. Daha sonra bizim münasibətlərimiz başladı. Düşünürəm ki, bir qadın qısqanclığı səbəbindən onu özümə bağlamaq üçün çox cəhd etdim və biz evləndik. Sonra bir gün keçmiş sevgilimlə rastlaşdım. Həm çox yaraşıqlı, həm də cavan idi. Ərim isə yaşlanmışdı. Artıq intim həyatımız demək olar ki, yox idi.
Yeliz, 35 yaş – Müştəri Təmsilçisi

Bir keçmiş dostum Səməd bacıma facebookdan mesaj yazmışdı. Mənim facebookum yox idi. O, nömrəsini də yazmışdı. Mən sadəcə maraq üçün ona zəng etdim. Günortalar getdiyimiz bir park varidi. O, park iş yerimə yaxın idi. Orada görüşməyə qərar verdik. Onu illər əvvəl görmüşdüm. O, da evlənmişdi və bir oğlu da vardı. Sonra səhərlər maşını ilə məni işə aparmağa başladı. Hətta o qədər irəli getdi ki, bir gün uşağını da yanıma gətirdi. Uşaq balaca idi, təzəcə dil açmışdı. O, həyat yoldaşını sevmirdi. Mən isə onu sevirdim. O zamanlar onunla birlikdə olmamışdıq. Mən bakirə idim. Onu sevir və onunla birlikdə olmaq istəyirdim. Sonra bir gün onun yoldaşı ailəsinin yanına istirahətə getdi. Səməd məni evinə dəvət etdi və biz birlikdə olduq. Mən sonradan buna çox peşman oldum. O dayanmadan mənə zəng edirdi. Bir müddət sonra isə zənglər kəsildi. Bəzən buna görə vicdan əzabı çəkirəm, amma ərimə etiraf etməyim mümkün deyil.
Sevgi, 45 yaş – Televizya işçisi

Böyük şirkətdə şləyirəm. Gökhan da mənim işçilərimdən biridir. Yaşca məndən çox kiçikdir. Mən də yaşıma görə gözəl bir qadınam. Tez-tez birlikdə şəhər kənarına gedirik. Mən evliyəm və 2 uşağım var. Onun mənə qarşı marağı olduğunu hiss etmişdim , amma bundan əmin deyildim. Bir gün iş üçün İzmirə getdik. Əslində tək deyil, qrupla getmişdik. İşlərimizi bitirib restoranların birinə getdik. İçkinin təsirindən öpüşməyə başladıq. Çox gözəl öpüşürdü. Sonra münasibətlərimiz yarandı və hələ də davam etməkdədir. Əvvəllər iş yerində birlikdə qəhvə içməyimiz çox diqqət çəksə də, indi daha diqqətliyik. Ərimlə də tanışdırlar. Düşünürəm ki, onun yaşına görə ərim onunla bir əlaqəm ola biləcəyini ağlına belə gətirmir.
Yağmur, 36 yaş– Memar

Əli ilə təsadüfən internetdə tanış olduq. O da, mən də evli idik. Sonra görüşdük. Hər şey anidən oldu və biz aşiq olduq. Bir-birimizdən imtina edə bilmirik. Ara-sıra qısqanclıq problemlərimiz olur. İkimizin də uşaqlarımız var. Uşaqlar bir qədər böyüsün , ayrılıb birlikdə yaşamaq istəyirik. Kimsə başa düşməsə də, bir-birimizi çox sevirik.

Sevim, 58 yaş – Evdar xanımı

İllər öncə çox sevib və ciddi mübarizə apararaq evlənmişik. Yoldaşımın dostu Kamal bizə tez-tez gəlirdi. Hətta davamlı olaraq onlara içki süfrəsi açırdım. Çox yaxın dost idilər. Həyat yoldaşımla aramızda problemlər başlamışdı. Kamal çox yaraşıqlı idi. Bəzən onu düşünürdüm. Ancaq onun mənə baxa biləcəyini düşünə bilmirdim. Bəzən zarafatlaşırdıq. Hətta onlara qoşulub rakı da içirdim. Daha sonra Kamalın baxışlarında dəyişiklik olduğunu hiss etdim. Bu xoşuma gəlməyə başlamışdı. Mən də ona baxmağa başladım. Bir gün ərim evdə olmayanda o, bizə gəldi. Heç danışmadan sevişməyə başladıq. Mən yoldaşımdan ayrıldım. Kamal mənə ev tutdu. Bu münasibət illərıə davam etdi. Mənə ev də aldı. Artıq çox yaşlanmışdı. Bu şəkildə münasibətlərimiz bitdi. Yəni nə az, nə çox 20 il birlikdə olduq. Heç peşman deyiləm.
Ayşen, 40 yaş– İdarə rəhbəri

Mənim həyat yoldaşımı aldatma səbəbim tamamilə intim həyatımızla bağlıdır. Bəlkə də bu bir xəstəlikdir, bilmirəm. Daima qısa müddətli sevgi münasibətlərim olur. Heç vaxt uzun müddətli bir sevgi münasibətim olmayıb. Əgər münasibət davam etməyə başlayırsa, mən onu bitirirəm.
Sənəm, 28 yaş – Əmlakçı

Ərimi ilk dəfə aldanda peşman olmuşdum. Sonra buna alışdım. Ərim intim həyatda çox düzgün insandır, mən isə rəngarəng qadınam. Bundan savayı onun bir qüsuru yoxdur, əslində çox yaxşı adamdı. Rahatlığı onun yanında, seksi başqa bir insanda tapıram.
Filiz, 41 yaş – Mühasib

Ərim çox ciddi və sıxıcı bir insandır. Maddi durumu çox yaxşıdır. Vaxtaşırı internetdən tanışlar tapıram. Tapmaq çox çətin deyil. Düşünürəm ki, erkən yaşda ailə quran hər kəs bu vəziyyətdədir. Eyni ilə mənim kimi.

Ünzilə, 39 yaş – Jurnalist

19 yaşında ailə qurmuşam. O zaman heç ailəmə qulaq asmadım. Aramızda ciddi problemlər yarandı. Hərdən fikirləşirəm ki, mən bu adamla necə evlənmişəm. Əkiz övladlarımız var və bu da əlimi, qolumu bağlayır. Həyat yoldaşının çox yaxşı adam olması yetərli deyil. Mən də bəzən xoşbəxtliyi kənarda axtarıram. Qısa müddətli münasibətlərim olur.

Comments are closed, but trackbacks and pingbacks are open.