Press "Enter" to skip to content

Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana

“Alban ölkəsinin qısa tarixi”

Alban katolikoslarının siyahısı

Alban Həvvari Kilsəsinə rəhbərlik etmiş katolikosların aşağıdakı siyahısı alban tarixçiləri Moisey Kalankatlının “Alban ölkəsinin tarixi”, Mxitar Qoşun “Alban salnamələri”, Kirakos Gəncəlinin “Tarix” və Steppanos Orbelianın “Sünik tarixi” əsərlərinin mətninin müqayisəsi əsasında dəqiqləşdirilmişdir.

Katolikosun adı Taxt illəri Taxt dövrü Katolikosatlıq
Müqəddəs Yelisey I əsr ? Kiş
Müqəddəs Şupxalişay I əsr ? Kiş
Katolikos I Matteos I əsr ? Çola
Katolikos Sahak I əsr ? Çola
Katolikos I Moisey I əsr ? Çola
Katolikos Pand I əsr ? Çola
Katolikos Lazar I əsr ? Çola
Katolikos Lazardan sonra 300 il ərzində alban katolikoslarının adı bəlli deyil
Müqəddəs Qriqoris IV əsr (337) ? Çola
Katolikos I Zəkəriyyə ? Çola
Katolikos I Davud ? Çola
Katolikos I İohann ? Çola
Katolikos İyeremiya V əsr ? Çola
Katolikos Abbas 552-596 23 Bərdə
Katolikos Viro 596-628 33 Bərdə
Katolikos II Zəkəriyyə 628-645 17 Bərdə
Katolikos II İohann 646-671 25 Bərdə
Katolikos Uxtanes 672-683 12 Bərdə
Katolikos Yeliazar 683-689 15 Bərdə
Katolikos Nerses 690-704 15 Bərdə
Katolikos I Simeon 705-706 1,5 il Bərdə
Katolikos Mikayıl 707-742 35 Bərdə
Katolikos Anastas 742-746 4 Bərdə
Katolikos Yusif 747-762 15 Bərdə
Katolikos II Davud 763-767 4 Bərdə
Katolikos III Davud 768-777 9 Bərdə
Katolikos II Matteos 778-780 1,5 il Bərdə
Katolikos II Moisey 780 1,5 il Bərdə
Katolikos Harun 781-782 2 Bərdə
Katolikos I Salomon 782 1 Bərdə
Katolikos Fyodor 782-786 4 Bərdə
Katolikos II Salomon 786-797 11 Bərdə
Katolikos III İohannes 797-822 25 Bərdəkür
Katolikos III Moisey 822 0,5 il Bərdəkür
Katolikos IV Davud 822-850 28 Bərdəkür
Katolikos II Yovsep 850-875 28 Bərdəkür
Katolikos Samuel 876-893 15 Bərdəkür
Katolikos IV İohannes 893-902 8 Bərdəkür
Katolikos II Simeon 902-923 21 Bərdəkür
Katolikos V Davud 923-929 6 Bərdəkür
Katolikos Sahaq 929-947 22 Bərdəkür
Katolikos Qagik 948-962 14 Bərdəkür
Katolikos VI Davud 962-969 7 Bərdəkür
Katolikos VII Davud 969-974 5 Bərdəkür
Katolikos Petros 974-991 17 Bərdəkür
Katolikos IV Moisey 991-997 6 Bərdəkür
Katolikos I Markos Bərdəkür
Katolikos III Yovsep Bərdəkür
Katolikos II Markos Bərdəkür
Katolikos I Stepannos Bərdəkür
Katolikos II İohannes 1079-1129 50 Bərdəkür
Katolikos II Stepannos 1129-1131 1,5 il Bərdəkür
1131-1139 – cu illərdə Alban Həvvari Kilsəsi katolikossuz qalıb.
Katolikos II Qriqoris (Qagik) 1139-1155 16 Gəncə
  • Katolikos Bezgen (1140)
  • Katolikos III Stepannos (1155–1195)
  • Katolikos VI İohannes (1195–1235)
  • Katolikos II Nerses (1235–1262)
  • Katolikos IV Stepannos (1262–1323)
  • Katolikos Sukias (1323-?)
  • Katolikos II Petros (?–1331)
  • Katolikos III Zəkəriyyə (1331)
  • Katolikos VIII Davud (?)
  • Katolikos Karapet (1402–1420)
  • Katolikos VII İohannes (1426–1428)
  • Katolikos III Matteos (1434)
  • Katolikos II Anastas (?)
  • Katolikos III Qriqoris (?)
  • Katolikos VIII İohannes (1441–1470)
  • Katolikos Yezariya (?)
  • Katolikos I Aristakes (?)
  • Katolikos Tomas (1471)
  • Katolikos V Stepannos (1476)
  • Katolikos IV Nerses (1478)
  • Katolikos III Simeon (1481)
  • Katolikos Arakel (1481–1497)
  • Katolikos IV Matteos (?)
  • Katolikos II Aristakes (1515–1516)
  • Katolikos IV Qriqoris (1559–1574)
  • Katolikos III Petros (1571)
  • Katolikos IX Davud (1573)
  • Katolikos Filipp (1574)
  • Katolikos IX İohannes (1574–1586)
  • Katolikos IV Simeon (1586–1611)
  • Katolikos III Aristakes (1588)
  • Katolikos Melkiset (1593)
  • Katolikos V Simeon (1616)
  • Katolikos X İohannes (?)
  • Katolikos V Qriqoris (?)
  • Katolikos IV Petros (1653–1675)
  • Katolikos II İyeremiya (1676–1700)
    • Katolikos VI Simeon (1675–1701)
    • Katolikos V Nerses (1706–1736)

    Avqust 05, 2021
    Ən son məqalələr

    Yəmən inqilabı

    Yəmən rabitəsi

    Yəməndə husi çevrilişi

    Yəməndəki Yəhudilərin tarixi

    Yəmənin dövlət quruluşu

    Yənəxmət (Şaran)

    Yəsna

    Yəsavol

    Yəsə

    Yəsəvilik

    Ən çox oxunan

    Təzəkənd (Sayınqala)

    Təzəkənd (Sərab)

    Təzəkənd (Tərtər)

    Təzəkənd (Urmiya)

    Təzəkənd (qəsəbə, Ağdam)

    alban, katolikoslarının, siyahısı, alban, həvvari, kilsəsinə, rəhbərlik, etmiş, katolikosların, aşağıdakı, siyahısı, alban, tarixçiləri, moisey, kalankatlının, alban, ölkəsinin, tarixi, mxitar, qoşun, alban, salnamələri, kirakos, gəncəlinin, tarix, steppanos, . Alban Hevvari Kilsesine rehberlik etmis katolikoslarin asagidaki siyahisi alban tarixcileri Moisey Kalankatlinin Alban olkesinin tarixi Mxitar Qosun Alban salnameleri Kirakos Gencelinin Tarix ve Steppanos Orbelianin Sunik tarixi eserlerinin metninin muqayisesi esasinda deqiqlesdirilmisdir Katolikosun adi Taxt illeri Taxt dovru KatolikosatliqMuqeddes Yelisey I esr KisMuqeddes Supxalisay I esr KisKatolikos I Matteos I esr ColaKatolikos Sahak I esr ColaKatolikos I Moisey I esr ColaKatolikos Pand I esr ColaKatolikos Lazar I esr ColaKatolikos Lazardan sonra 300 il erzinde alban katolikoslarinin adi belli deyilMuqeddes Qriqoris IV esr 337 ColaKatolikos I Zekeriyye ColaKatolikos I Davud ColaKatolikos I Iohann ColaKatolikos Iyeremiya V esr ColaKatolikos Abbas 552 596 23 BerdeKatolikos Viro 596 628 33 BerdeKatolikos II Zekeriyye 628 645 17 BerdeKatolikos II Iohann 646 671 25 BerdeKatolikos Uxtanes 672 683 12 BerdeKatolikos Yeliazar 683 689 15 BerdeKatolikos Nerses 690 704 15 BerdeKatolikos I Simeon 705 706 1 5 il BerdeKatolikos Mikayil 707 742 35 BerdeKatolikos Anastas 742 746 4 BerdeKatolikos Yusif 747 762 15 BerdeKatolikos II Davud 763 767 4 BerdeKatolikos III Davud 768 777 9 BerdeKatolikos II Matteos 778 780 1 5 il BerdeKatolikos II Moisey 780 1 5 il BerdeKatolikos Harun 781 782 2 BerdeKatolikos I Salomon 782 1 BerdeKatolikos Fyodor 782 786 4 BerdeKatolikos II Salomon 786 797 11 BerdeKatolikos III Iohannes 797 822 25 BerdekurKatolikos III Moisey 822 0 5 il BerdekurKatolikos IV Davud 822 850 28 BerdekurKatolikos II Yovsep 850 875 28 BerdekurKatolikos Samuel 876 893 15 BerdekurKatolikos IV Iohannes 893 902 8 BerdekurKatolikos II Simeon 902 923 21 BerdekurKatolikos V Davud 923 929 6 BerdekurKatolikos Sahaq 929 947 22 BerdekurKatolikos Qagik 948 962 14 BerdekurKatolikos VI Davud 962 969 7 BerdekurKatolikos VII Davud 969 974 5 BerdekurKatolikos Petros 974 991 17 BerdekurKatolikos IV Moisey 991 997 6 BerdekurKatolikos I Markos BerdekurKatolikos III Yovsep BerdekurKatolikos II Markos BerdekurKatolikos I Stepannos BerdekurKatolikos II Iohannes 1079 1129 50 BerdekurKatolikos II Stepannos 1129 1131 1 5 il Berdekur1131 1139 cu illerde Alban Hevvari Kilsesi katolikossuz qalib Katolikos II Qriqoris Qagik 1139 1155 16 GenceGenceser monastiri siyahisi Katolikos Bezgen 1140 Katolikos III Stepannos 1155 1195 Katolikos VI Iohannes 1195 1235 Katolikos II Nerses 1235 1262 Katolikos IV Stepannos 1262 1323 Katolikos Sukias 1323 Katolikos II Petros 1331 Katolikos III Zekeriyye 1331 Katolikos VIII Davud Katolikos Karapet 1402 1420 Katolikos VII Iohannes 1426 1428 Katolikos III Matteos 1434 Katolikos II Anastas Katolikos III Qriqoris Katolikos VIII Iohannes 1441 1470 Katolikos Yezariya Katolikos I Aristakes Katolikos Tomas 1471 Katolikos V Stepannos 1476 Katolikos IV Nerses 1478 Katolikos III Simeon 1481 Katolikos Arakel 1481 1497 Katolikos IV Matteos Katolikos II Aristakes 1515 1516 Katolikos IV Qriqoris 1559 1574 Katolikos III Petros 1571 Katolikos IX Davud 1573 Katolikos Filipp 1574 Katolikos IX Iohannes 1574 1586 Katolikos IV Simeon 1586 1611 Katolikos III Aristakes 1588 Katolikos Melkiset 1593 Katolikos V Simeon 1616 Katolikos X Iohannes Katolikos V Qriqoris Katolikos IV Petros 1653 1675 Katolikos II Iyeremiya 1676 1700 Katolikos VI Simeon 1675 1701 Katolikos Esaya 1702 1728 Katolikos V Nerses 1706 1736 Katolikos Israil 1728 1763 Katolikos XI Iohannes 1763 1786 Katolikos VII Simeon 1794 1810 Katolikos II Sargis 1810 1815 Mitropolit 1815 1828 Menbe https az wikipedia org w index php title Alban katolikoslarinin siyahisi amp oldid 5610205, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

    ne axtarsan burda

    en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

    Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana

    Bu elektron nəşr WWW.KİTABXANA.NET – Milli Virtual Kitabxananın “Eurovision-2012” mahnı müsabiqəsinə gələn xarici qonaqlar, turistlət və soydaşlarımız üçün Azərbaycan kitablarını, eləcə də yazıçılarımızın əsərlərini müxtəlif dillərdə, rəqəmsal – e-kitab formatında hazırlamaq. ” Kulturoloji-innovativ Layihə çərçivəsində nəşrə hazırlanır və yayılır.

    Elektron Kitab N 6

    (YYSQ – Milli Virtual Kitabxananın e-nəşri N 20 (2012))

    Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

    www.kitabxana.net


    Milli Virtual Kitabxananın təqdimatında

    Есаи Хасан-Джалаля

    “Краткая история страны Албанской”

    (1702 — 1722)

    Rusca tarixi əsər.

    “Alban ölkəsinin qısa tarixi”

    Albaniya tarixi | Kalankatuklu Moisey

    Azərbaycanın X əsrə qədərki vəziyyəti haqqında fikir söyləməyə imkan verən yeganə yerli mənbə Moisey Kalankatuklunun «Albaniya tarixi» əsəridir.
    «Albaniya tarixi»nin adına ilk dəfə erməni katolikosu Ananiyanın (943-967-ci illər) Xaçına gəlməsi ilə əlaqədar rast gəlinir. O, Xaçına Albaniya katolikosu Qaqikin (948-962-ci illər) dəvətilə 958-ci ildə gəlmişdir (X.Datean. Nivter usumnasirutean Aquanits Patmutean. Ararat, 1896, s.22-25; N.Akinean. Movses Dasxurantsi (koçuats Kaqankatuatsi) ev İr Patmutivn Aquanits. Handes Amsorea, Vyana, 1953, s.13-15.). Qaqik xəbər verir ki, «elə əvvəldən olduğu və „Albaniya tarixi“ndə yazıldığı kimi (orpes ev er i skzbane leal ev karqeal i patmutean Aquanits)» o, Albaniya katolikosluğuna müqəddəs Qriqori adından seçilmişdir. Qaqik bu tarix kitabına müraciət etməyi təklif edəndə — o eşitmişdi ki, Albaniya xristianlığı Erməniyyədən qabaq qəbul etmişdi — Ananiya buna icazə vermədi və dedi ki, bu kitab səhih deyil, çünki «Albaniya — baş yepiskopluq, Erməniyyə isə — katolikosluqdur». Bundan sonra «Albaniya tarixi» erməni katolikosunun əlinə düşür və o tələb edir ki, «albanların xristianlığa qəbul olunması haqqında orada yazılıb bizə lazım olan (yəni bizə əlverişli olan), bizim görmək arzusunda olduğumuz məlumatı (zor sireak orum ev sanqordn eak tesutean) həmin „Tarix“dən tapsınlar». Sonra Ananiya bu tarixdən aşağıdakı parçanı oxudu: «Havari Bartolomey və Havari Faddeydən 266 il sonra, erməni çarı Trdatın 17-ci ilində və Albaniya çarı Urnayrın (hakimiyyəti günlərində) Surean Pəhləv Arşakuni nəslindən olan Erməniyyənin maarifçisi müqəddəs Qriqori həmin havarilər tərəfindən taxta çıxarıldı; Erməniyyə və Albaniya çarları olan Trdat və Urnayr isə bu zaman hələ də bütpərəstlikdə qalmaqda davam edirdilər» (Yenə orada, s.25.).
    Bildiyimiz kimi, bu, «Albaniya tarixi»ndə yoxdur.
    Stepannos Orbelian eyni hadisələri təsvir edərək deyir ki, Ananiyanın məsləhəti ilə «Albaniya tarixi»nə son dərəcə diqqətlə təyin olunmuşdu; onlar (albanlar) 440 il ərzində erməni kürsüsünə müti olublar; Albaniya katolikosları bu dini rütbəyə ermənilərin əli ilə çatırdılar, çünki bu erməni (baş keşişləri) patriarx, onlarınkı (albanlarınkı) isə — arxiyepiskop idi: bu vəziyyət erməni 25 katolikosunun hakimiyyəti ərzində, ta katolikos Avraamadək (davam etmişdir). (Bax: M.F.Brossenin Orbelianın “Sünikin tarixi” əsərinin fransızca tərcüməsinə (I, Peterburq, 1861, s. 161).
    Bu parça (əlavə izahatlarla) «Albaniya tarixi»ndə (I, 11 və II, 7) verilmişdir: lakin bütün bunlar «Alaniya tarixi»nə əlavə edilmiş uydurma və qondarmadan başqa bir şey deyildir. Ananiya «tarix»in mətnində heç oxumamışdı ki, «Albaniya xristianlığı ermənilərdən 270 il qabaq qəbul edib» (bax: II, 6, qeyd 21 və 22) və «Albaniyanın (katolikos) taxtı Erməniyyədəkindən qabaq təsis olunub» (qeyd 29). Beləliklə, aydındır ki, əgər ermənilər xristianlığı 327-ci il xristianlıqda idilər və bu tarix eramızın 54-cü ilinə müvafiqdir. Xaçpərəstliyi İsanın şagirdləri Havarilər Faddey, Yelisey və Varfolomeydən qəbul etdiyi üçün Albaniya kilsəsi birinci Havari kilsəsidir (pervo-apostolskaya).
    Sonralar «Albaniya tarixi»nin adı Uxtanesin X əsrin sonlarında tərtib edilən «Gürcülərlə ermənilər arasında kilsə əlaqələrinin kəsilməsi tarixi» əsərində çəkilir. (Uxtanes. Partmut’ivn bajanman, II, s. 122; M. Brosse. İki erməni tarixçisi, s.338). Bu əsərdə həqiqətən mətnlər uyğun gəlir. Uxtanes 64-cü fəsildə yazır ki, öz mətnini o, «başqa bir tarixdən (yaylme patmutene)» götürmüşdür, həm də Uxtanesin mətni «Albaniya tarixi»nin II kitabının 6-cı fəsli ilə (Uxtanes. Partmut’ivn bajanman, II, s. 122) kəlmə-kəlmə düz gəlir: burasını da qeyd etmək lazımdır ki, «Albaniya tarixi»ndə Avraamın məktubunun təkcə şərhi verildiyi halda, Uxtanes həmin məktubu daha tam şəkildə iqtibas edir (70-ci fəsil). Bu isə yalnız onu göstərir ki, Uxtanes eyni mənbədən daha tam şəkildə istifadə etmişdir.
    Uxtanesin 65-ci fəsildə (Yenə orada; M.Brosse, s.345-346) qeyd etdiyi bəzi təfərrüatlar «Albaniya tarixi»ndən «i patmutene ivreants (daha doğrusu — albanits)», yaxud Albaniya tarixçilərindən (patmaqratsn Albanits) götürülmüşdür. Çox ehtimal ki, bu təfərrüat «Albaniya tarixi»nin II kitabının 7-ci fəslindən deyil, I kitabının 6-cı fəslindən götürülmüşdür. (Uxtanesin bu sözündən görünür ki, “Albaniya tarixi” tək bir müəllif tərəfindən tərtib edilməmişdir. Bu barədə daha dəqiq məlumat üçün bax: Fəridə Məmmədova. “Alban tarixi”. Bakı, 1977). Yenə də aydın olur ki, Uxtanes də, Moisey Kalankatuklu da eyni bir mənbədən istifadə etmişlər.
    XIII əsr müəllifi Stepannos Orbelianın əsərinin 25 və 26-cı fəsillərində «Albaniya tarixi»ndən danışması həmin tarixin müvafiq yerlərinin birbaşa öz əsərinə köçürülməsindən başqa bir şey deyildir; onun 25-ci fesli isə tamamilə «Albaniya tarixi»nin «orta (yəni ikinci) kitabını» xatırladır (Albanits Patmuteani i mijin hatori). (M. B r o s s e. Sünik tarixi, s.63.)
    «Albaniya tarixi»nin tərtib edildiyi təxmini vaxtı göstərən ilk tarixçi Anili Mxitar olmuşdur. O, «Albaniya tarixi»nin Sebeosla (VII əsr) Gevand (VIII əsr) arasında yazıldığını qeyd edir (Anili Mxitarın «Tarixi»nin K.Patkanovun nəşri, Peterburq, 1879, s. 15.), amma Şapuh Baqratunidən (IX əsr) başlayaraq həmin tarixin Sebeosdan qabaq olduğunu göstərirlər. Lakin «Albaniya tarixi» öz məzmununa görə orta əsr mənbələri sırasında başqa bir mövqe tutmalıdır. Bir qayda olaraq, «Albaniya tarixi»nin müəllifliyi iki Moiseyə — Moisey Kalankatuklu və Moisey Dasxuranlıya isnad edilir. Lakin indiyədək bu məsələ qəti həll edilməmişdir, çünki həmin «Tarix»in müəllifinin, yaxud müəlliflərinin adı barəsində bir söz deyən olmamış, bu haqdakı mülahizələr isə son dərəcə ziddiyyətli olmuşdur. Bu barədə fikirlər əsas etibarilə «Tarix»in öz mətninə əsaslanır. Orada deyilir: «Uti vilayətində yerləşən ana yurdum olan böyük Kalankatuk kəndi» (II, 10). H.Manandyan belə hesab edir ki, müəllifin «Kalankatuklu» təxəllüsü «Tarix»in mətninin yanlış şərh edilməsi nəticəsində sonrakı müəlliflər tərəfindən uydurulmuşdur, odur ki, H.Manandyan müəllifi «Utili Moisey» — deyə adlandırır. (H.Manandyan. Alban tarixinin oçerki, s.22.) Bu ənənəyə riayət edən M.Abeqyan belə güman edir ki, «Tarix»in müəllifi “özünün yazdığı kimi, Uti vilayətindəki Kalankatuk kəndindən olan” (M.Abeqyan. Qədim erməni ədəbiyyatının tarixi, s.521.) Moiseydir.
    İlk dəfə Kalankatuklunu (Albanits — Albaniyalı) «Tarix»in müəllifi adlandıran Ayrivanklı Mxitar olmuşdur. (M.Brosse. Mxitar Ayrivanklının xronoloji tarixi, Peterburq, 1869, s.25, 88.) Həm Mxitar, həm də ondan sonra gələn müəlliflər Kalankatuklunu «Tarix»in hər üç kitabının müəllifi hesab edirdilər. Bu cəhətə diqqət yetirən K.Patkanov yazır ki, “əsgər erməni müəlliflərindən biri «Albaniya tarixi»nin iki kitabdan ibarət olduğunu demiş olsaydı, mən onun müəllifinin VII əsr tarixçisi olduğunu qəbul edərdim, çünki «Tarix»in üçüncü kitabı, şübhəsiz, X əsrin əsəridir”. (K.Patkanovun «Albaniya tarixi»nə müqəddiməsi, s. VII-IX.)
    «Tarix»də şərh edilən VII əsrə aid hadisələr bunların şahidi olan bir şəxsin dilindən nəql edilir ki, bu da İravandakı Mətnidaranın 667 (18550 nömrəli əlyazmasının sonundakı əlavədən aydın görünür: «Bu tarix erməni təqviminin 74-cü ilində (625-ci il), vardapet Moisey Kalankatuklu tərəfindən yazılmış „Albaniya tarixi“ adlanan surətdən köçürülmüşdür». (Bu deyilənlər X əsr hadisələrini şərh edən mətnə də aiddir). Lakin buna baxmayaraq, Z.İ.Yampolski haqlı olaraq göstərdi ki, həmin qeyd «Moisey Kalankatuklu adının səhih məlum olduğu» haqqında şübhəni də əsla qaldırmır. (Z.İ.Yampolski. Qafqaz Albaniyası salnaməsinin öyrənilməsinə dair, s. 150. Təfsilatlar üçün bax: F. Məmmədovanın 1977-ci ildə nəşr olunmuş kitabına).
    «Tarix»in ən qədim əlyazması 1279-cu ilə aiddir. (K. Patkanov, Müqəddimə, s. IV). Buna görə də onun müəllifinin — VII əsr hadisələrinin şahidi olan Moisey Kalankatuklunun adının səhihliyi yalnız Ayrivanklı Mxitarın şəhadətinə əsaslanır. Həmin adamın əsl adı isə bizə məlum deyildir. «Tarix»in ikinci müəllifi və Moisey Kalankatuklunun davamçısı olan adamın da adı yenə Moisey olaraq göstərilir. Mxitar Qoşun (Gəncəli Kirakosun müəllimi) şagirdi Vanakan bu ikinci Moiseyin təxəllüsü məsələsini aydınlaşdırır. O, «Albaniya tarixçisi kimdir?» sualına özü cavab verib deyir: «Moiseydir, özü də Dasxuran kəndindəndir (Moisey ev qelji Dasxuran)».
    Beləliklə, təsdiq olunur ki, iki Moisey olmuşdur. Mxitar Qoş yazır ki, «Tarix»in müəllifi Dasxuranlı Moiseydir və o, «Alban sülaləsi haqqında mükəmməl (ayrılma mənimdir — Z.B.) hesabat yazmışdır». (Mxitar Qoş. Mətnin ikinci cümləsi; Ç. Dovset. Mxitar Qoşun “Albaniya salnaməsi”, s. 476). Gəncəli Kirakos Moisey Kalankatuklu X əsr müəllifi hesab edir. (Kirakos. Tarix, s.15. Çox qəribədir ki, Vanakanın şagirdi Dasxulının adını çəkmir. O, ümumiyyətlə, ad çəkmir, sadəcə olaraq, «Alban tarixi»ni yazan deyir.) Görünür ki, N.Akinyan son məlumata əsaslanaraq bu nəticəyə gəlmişdir ki, «Tarix»in müəllifi yalnız bir Moisey olmuşdur. O, yazır ki, «XII və XIII əsrlərdə tarix oxucuları bu naməlum müəllifin kim olduğunu bilmək istədikdə, təbii
    olaraq, belə bir nəticəyə gəldilər ki, alban tarixçisi yalnız Albaniya katolikosudur. Əgər belədirsə, onda həmin tarixçi sonuncu katolikos „Movses ola bilər“ (»Albaniya tarixi«nin sonuna bax. — Z.B.) (N. Akinyan, s. 30) Ç.Dovset belə hesab edir ki, „Kalankatuklu təxəllüsü Kalankatukdakı Moisey naminə monastırın adından götürülmüşdür. Beləliklə, biz belə bir nəticəyə gələ bilərik ki,
    Moisey Kalankatuklu və Moisey Dasxuranlı eyni bir adamdır“. (Ç.Dovset. Yenə orada). Lakin
    sonralar Ç.Dovset Dasxuranlı təxəllüsünə üstünlük verir. (Ç.Dovset. „Albaniya tarixi“nə müqəddimə, s. XIX.)
    T.İ. Ter-Qriqoryan bu fikirdədir ki, „Tarix“in müəllifi ikidir: „Biri VII əsrə qədər baş vermiş hadisələri təsvir edir, daha doğrusu, “Tarix»in ilk iki kitabının müəllifi olan Moisey Kalankatuklu, biri də ona üçüncü kitabı əlavə edən Moisey Dasxuranlı”. (T.İ.Ter-Qriqoryan, vər.91)
    Z.İ. Yampolski «Tarix»in N.Akinyan və Ç.Dovsetin hesab etdikləri kimi eyni bir Moisey (Kalankatuklu — Dasxuranlı) tərəfindən tərtib edildiyi yaxud Moisey adlı iki başqa-başqa müəllif olduğu məsələsindən bəhs edərək yazır ki, gətirilən dəlillər həqiqətdən uzaqdır, çünki bu vaxta qədər «Tarix»in tədqiqatçılarından heç biri əsərin əvvəlinə yaxşı diqqət yetirməmişlər. Halbuki əsərin əvvəli onun müəlliflərinin adını dəqiq göstərir. (Z.İ.Yampolski, s. 150-151). Z.İ.Yampolski «Tarix»in VII əsrədək məlumat olan hissəsinə istinad edir və deyir ki, həmin hissədə hadisələrin şahidi olan adamın belə bir qeydi vardır: «Bu sözləri qələmə alan mən, Adrian, dua edirəm ki, mənim oxucularım məni, ən ləyaqətsizi, yad etsinlər» (II, 2). Z.İ.Yampolskinin fikrincə, yazının üzünü köçürən adam «Tarix»in ilk fəsillərindən birinə Adrianın sözlərini heç cürə artıra bilməzdi: deməli, Adrian «Tarix»in ən mötəbər müəlliflərindən biridir. (Yenə orada). Z.İ.Yampolski öz nəticəsini əsaslandırmaq üçün Adrianın özü haqqında danışdığı hissədən yuxarıda gətirdiyimiz ifadəni xatırladır: «Uti vilayətində yerləşən ana yurdum olan böyük Kalankatuk kəndi (İ nmin yUti qavari yorme ev es) və sonra da „Bizim Albaniya ölkəmizdə“. (Yenə orada)
    Zənnimcə, Z.İ.Yampolskinin gətirdiyi dəlillərin əlavə sübutlara ehtiyacı vardır, çünki „bu sözləri qələmə alan mən, Adrian“ yalnız əsərin üzünü köçürmüş, daha doğrusu, surətçıxaran olmuşdur. V.Henninq və Ç.Dovset hesab edirlər ki, „Tarix“in müəllifi bir şəxs Dasxuran kəndində anadan olan (Dasxuranlı) və Kalankatuk kəndində yerləşən Moisey naminə monastırda qalan (Kalankatuklu) Moisey idi. (Bax: Ç. Dovset. Mxitar Qoşun „Albaniya salnaməsi“, s.476, qeyd I.) Buna bənzər Mxitar Qoş ana yurduna görə Gəncəli, qaldığı Qetik monastıra görə Qetikli və saqqalsız olduğuna görə Qoş idi. T.İ.Ter-Qriqoryan qeyd edir ki, Moisey Kalankatuklunun əsəri öz əvvəldəki şəklində bizə gəlib çatmamışdır və onun üzünü köçürənlər erməni rahibləri olduqlarına görə əsərin üzünü köçürəndə erməni katolikoslarının göstərişi ilə mətndə qəsdən təhriflərə yol vermişlər. T.İ.Ter-Qriqoryan „Albaniya tarixi“ əlyazmasında erməni kilsə xadimlərinin münasibətini göstərən maraqlı faktlar gətirir. Məsələn Üç Müəzzin katolikosu Simeon əlyazmasının kənarlarında bu sözləri yazmışdır: „Yalnız “Albaniya tarixi»ndə (deyilir ki,) — buna bütün nüsxələrdə deyil, ancaq bəzi nüsxələrdə rast gəlmək olar — guya Yeliseydən sonra (74-cü il) müqəddəs Qriqoriyədək (340-cı il) Albaniya katolikos kürsüsündə başqa albanlar da oturmuşlar; lakin bu yalandır və bunlar sonradan əlavə edilmişdir”. Başqa bir yerdə: «Bizim dırnaqla işarə etdiyimiz yerlər — yalandır və sonralar şöhrətpərəstlər tərəfindən öz xeyirlərinə əlavə edilmişdir, çünki digər tarixlərdə (»Albaniya tarixi” əlyazmalarında. — Z.B.) bu əsla yoxdur. Belə güman edirəm ki, bunu katolikos Ananiyadan sonra (958-ci il) Alban rahibləri etmişlər”. (Erməni tarixinin arxivi, 1894, s.399. T.İ.Ter-Qriqoryandan sitat gətirilib, vər. 4-5).
    İ.P.Petruşevski haqlı olaraq göstərir ki, erməni kilsəsi Albaniyada “ölkəni erməniləşdirmək aləti olmuşdur. Onun bu rolu VIII əsrin başlanğıcından etibarən xüsusilə nəzərə çarpır, yəni o zamandan sonrakı erməni monofizit katolikosu İlya xalkedonçuluq edən Albaniya katolikosu Nersesi (Bakur) ərəb xəlifəsinin köməyi ilə devirmişdi və Albaniyada ruhanilər və knyazların bir hissəsinin, Alban kilsəsinin erməni kilsəsindən müstəqilliyini qorumaq cəhdini əks etdirən xalkedonçuluq (pravoslav) hərəkatı ermənipərəst monofizitlər tərəfindən yatırılmışdır”. (İ.P.Petruşevski. Dağlıq Qarabağ kəndlərinin inamları, s.8).
    N.Y.Marr da vaxtilə göstərmişdir ki, Albaniya ərəb xəlifələrinin köməyi ilə «Erməniyyənin antixalkedon kilsəsinin əlinə keçmişdir». (N.Y. Marr. Arkaun, s. 7.)
    Albaniya katolikoslarının təyinatı hüququ Albaniya kilsəsindən erməni keşişlərinin əlinə keçdi və bundan sonra Albaniyada xalkedonçuluğa rəğbət bəsləyənlər «qılıncla və əsarətlə məhv edilməli» idi. (Bax: M. Kalankatuklu. III, 5-11-ci fəsillər). Erməni tədqiqatçılarının arasında indi geniş yayılan «erməni Albaniyası», «erməni albanları» və s. kimi adlar elə buradan törəmişdi (son zamanlar öz evimizdə bəslənmiş «tarixçilər» üzə çıxıb albanları türk və daha «yaxşı» ayrum olmasının iddiasındadırlar).
    Beləliklə, aydındır ki, nə Arsax və nə də əhalisi erməniləşdirilmiş albanlardan, hazırda isə erməni sayılan digər vilayət və rayonlar «heç bir zaman erməni mədəniyyəti mərkəzlərinə mənsub olmamışdır. Erməni kilsəsi heç olmazsa Sünikdə (Zəngəzurda) Orbeli knyazları dövründə və ondan sonra göstərdiyi təsiri Albaniya xalqlarının erməniləşmiş nəsilləri arasında göstərə bilməmişdir». (İ.P.Petruşevski, s. 13. Bax: N.Adons Yustinian dövründə Erməniyyə, s. 223: «Arsaxın kantonları Albaniyaya məxsusdur”. Belə fikir söyləndiyi halda, başa düşmək olmur, nə səbəbə görə A.L.Yakobson iddia edir ki, Arsax (və Xaçın) qədim erməni vilayətləridir (və ya knyazlıqlarıdır), halbuki onun özü Alban Qandzasar məbədindən (monastırından deyil!) bəhs edərkən təsdiq edir ki, bu məbəd „XIX əsrədək Albaniya katolikosunun kürsüsü olmuşdur. Qandzasarın və Amaras-Ağ Oğlanın erməni kilsəsi tərəfindən mənimsəmə niyyətlərinin qabağını almaq üçün Respublika Prezidentinin fərmanı elan edilib.
    Erməni kilsəsi “Albaniyanın bütün kilsələrində sülh”ü yalnız yadelli işğalçılarının köməyi ilə bərqərar edirdi, (M. Kalankatuklu. III, 11-ci fəsil), erməni katolikosluğunun mənafeyi hər dəfə tələb etdikdə erməni kilsəsi həmişə yadelli işğalçılarının köməyinə əl atır, „xaç bayrağı ilə öz yolu üzərində tarixi Albaniya və onun bir hissəsi olan Qarabağ (Arsax) xalqlarını“ yox edirdi. (Н.С. Вартапетов. Христианские памятники Карабаха, vər. 9; Yenə orada. К вопросу, vər. I).
    N.S.Vartapetovun qeyd etdiyi kimi, erməni kilsəsi „həmişə özü üçün yeni şəraitə bacarıqla uyğunlaşdırdı və siyasi vəziyyətdən asılı olaraq, səfəvilər sonra da rus çarına qulluq göstərdi; necə ki, vaxtilə həmin qaydada hərəkət edib, Bizans imperatorları, İran Sasani şahları ərəb xəlifələri, monqollar və digərləri qarşısında baş əymişdi“.

Comments are closed, but trackbacks and pingbacks are open.