Press "Enter" to skip to content

Ailə daxilində və cütlüklər arasında ünsiyyət, ünsiyyət problemləri və onlara Koqnitiv-bihevioral yanaşma

Evlilik və cütlüklər üçün Koqnitiv-bihevioral terapiyada əsasən ünsiyyət problemləri hədəf olaraq müəyyən edilir, toxunuşlar ünsiyyət probleminə səbəb olan düşüncə xətalarını aradan qaldırmaqdır. Terapevtik bağın qurulması təbii ki, uğurlu başlanğıc üçün başlıca məqamdır. O bağlılıq sayəsində sonrakı mərhələdə tərəflər əsas problemi danışacaq, ev tapşırıqlarını yerinə yetirəcəklər. Terapevtik bağ qurmadan texnika tədbiq etməyə can atmaq mənə bir çox fənni tədris etmiş Leyla müəllim Nuriyevanın ifadəsi ilə “Paltara görə düymə almaq əvəzinə düyməyə görə paltar tikdirməkdir”.

Psixolog faoliyatining korinishlari va ahloqiy tamoyillari Reja 1

V. I. Slobodnikov va E. I. Isaevlar tomonidan “Amaliy psixolog” tushunchasini ikki jihatini ajratib ko’rsatadi: Amaliy psixolog-amaliy tartib sifatida “tabiiy-ilmiy tipdagi akademik tadqiqot psixologiyasiga yo’nalgandir Amaliy psixolog-maxsus psixologik amaliyot sifatida undagi asosiy yo’nalganlik psixikani tadqiq qilishga emas, psixika bilan ishlashga qaratilgandir.

Amaliy psixolo g • “buyurtmachi”lar tomonidan qo’yilgan masalalarni hal qilishga yo’naltirilgan faoliyat

AMALIY PSIXOLOGNING FAOLIYAT YURITADIGAN JABHALARI Ekstremal psixologiya Siyosiy psixologiya Sport psixologiyasi Savdo psixologiyasi San`at psixologiyasi Marketing psixologiyasi Mehnat psixologiyasi Pedagogik psixologiya Tibbiyot psixologiyasi Yuridik psixologiya Harbiy psixologiya

a) muhandislik psixologiyasi – inson bilan mashina o’rtasidagi vazifalarni taqsimlash masalalalarini hal qiladi va asosan operatorlarning faoliyatini o’rganadi b) aviatsiya psixologiyasiuchishga o’rganish jarayoni va uchish moslamalarini boshqarishda inson faoliyatining psixologik qonuniyatlarini o’rganadi MEHNAT PSIXOLOGIYASI: inson mehnat faoliyatining psixologik xususiyatlarini, mehnatni ilmiy asosda tashkil qilishning psixologik tamoyillarini o’rganadi. Mehnat psixologiyasining bir nechta bo’limlari mavjud • v) kosmik psixologiya – vaznsizlik holati, fazoviy tasavvurlar chalkashib ketgan vaqtda va organizmga juda ko’p ortiqcha ta`sirlar yuklangan paytda asab va ruhiy zo’r berish bilan bog`liq bo’lgan alohida holatlar tug`ilganda odam faoliyatining xususiyatlarini o’rganadi

Pedagogik psixologiya Tibbiyot psixologiyasi Yuridik psixologiya Harbiy psixologiya Sport psixologiyasi Savdo psixologiyasi • uning predmeti o’quvchilarga ta`lim-tarbiya berishning psixologik qonuniyatlarini o’rganish, o’quvchilar tafakkurini taraqqiy topishi, intellektual faoliyat malakalari va usullarini o’zlashtirish jarayonini boshqarish masalalarini o’rganadi • shifokor faoliyatining va bemor xulq-atvorining psixologik jihatlarini o’rganadi • xuquq tizimi bilan bog`liq bo’lgan psixologik masalalarni o’rganadi • kishining harbiy harakatlar sharoitidagi xulq-atvori bilan bog`liq hodisalar o’rtasidagi o’zaro munosabatlarini, psixologik targ`ibot metodlarini, harbiy texnikani boshqarishning psixologik muammolarini o’rganadi • sportchilar shaxsi va faoliyati xususiyatlarini, ularning psixologik jihatdan tayyorligining shartsharoitlari, musobaqalarni tashkil etish va o’tkazish bilan bog`liq psixologik omillarni o’rganadi • asosan rivojlangan mamlakatlarda keng taraqqiy etgan bo’lib, kishilar ruhiyatiga tijorat ta`sirini psixologik shart-sharoitini, xaridorlarga xizmat ko’rsatishning psixologik omillarini aniqlaydi. Modalar psixologiyasini tadqiq qiladi.

San`at psixologiyasi • san`at asarlarining yaratilishida faoliyat-ning psixologik tomonlarini, inson tomonidan badiiy asarlarni idrok etilishi, turli hodisalarni paydo bo’lishi va estetik tarbiya muammolari, musiqaviy, badiiy, adabiy qobiliyatlarni shakllantirish va tarbiyalash muammolarini o’rganadi Marketing psixologiyasi • yangi mahsulotlarni ishlab chiqarishda ishlab chiqarish korxonalari va firmalarni boshqarishni va ular faoliyatini tashkil etishning psixologik muammolarini tadqiq qiladi. Ekstremal psixologiya • insonnning o’zgargan muhit shartsharoitlarida psixik faoliyatning kechishi qonuniyatlarini o’rganadigan psixologiya sohasi Siyosiy psixologiya • jamiyatning siyosiy hayotidagi psixologik xususiyatlar, holatlar, qonuniyatlar, ta`sirchanlik va ta`sir ko’rsatish jarayonlari kabi jabhalarni tekshiruvchi psixologiya sohasi

Fikrimizcha, amaliy psixologning vazifalari haqida fikr yuritilganda uning turli darajalarini ajratish lozim: Ilmiy-tadqiqotchilik vazifasi • shaxs shakllanishi va rivojlanishiga doir muammolarni hal qilishi bilan bog`liq Amaliy psixologiyaning amaliy vazifalari • muassasa va tashkilotlarda shaxs mehnati va alohida individumlarning qulay funktsiyalashuvini psixologik jihatdan ta`minlash bilan tavsiflanadi Amaliy vazifalar • aniq muammolar bilan belgilanadi

G. S. Abramova psixologik ma`lumotlari sirasiga buyurtmachi, . mijoz, foydalanuvchi kabi tushunchalarni kiritadi MIJOZ • bu o’zi yoki boshqa shaxslar haqidagi bilimlarni psixologga etkazadi. SHunga ko’ra u o’zining bu psixologik ma`lumotlarni tarkibi uchun javobgarlikni his qiladi BUYURTMACHI • psixologga psixologik ma`lumot uchun murojaat qiluvchi shaxs (o’zi, tashkilot yoki boshqa shaxslar haqida). FOYDALANUVCHI • psixologdan psixologik ma`lumotlarni oluvchi shaxs.

• Amaliy psixologning asosiy faoliyat yo’nalishlar- psixologik yordam, psixologik hamkorlik, psixologik qo’llab-quvvatlash va psixologik kuzatuvlar tashkil qiladi.

Amaliy psixolog faoliyati 5 ta asosiy yo’nalishiga ajratiladi: PSIXOPROFILAKTIKA sog`lom psixologik muhitni yaratish uchun tushuntirish ishlarini olib borish bo’yicha tadbirlar o’tkazish faoliyatlari nazarda tutiladi. PSIXODIAGNOSTIKA uning asosiy maqsadi ma`lum bir shaxs yoki guruh haqida psixologik ma`lumotlar olish inson haqidagi aniq bilimlarni umumlashtirgan holda ilmiy nazariya asosida qo’lga kiritishdir. PSIXOLOGIK KORREKTSIYA mijoz ruhiyatining u yoki bu jabhasiga maqsadga yo’naltirilgan ta`sir sifatida tushuniladi, uning ko’rsatkichlarini yosh yoki boshqa me`yorlarga mos ravishda muvofiqlashtirishga yo’naltirilgan. PSIXOLOGIK MASLAHAT uning asosiy maqsadi insonni kerakli psixologik ma`lumotlar bilan ta`minlash va zarur shartsharoitni yaratish hamda psixolog bilan bo’ladigan muloqot natijasida hayotiy qiyinchiliklarni bartaraf etishga moslashishlariga yordam ko’rsatishdir PSIXOLOGIK MODEL DOIRASIDAGI PSIXOTERAPIYA psixik kasalliklardan kelib chiqmagan holda jiddiy psixologik muammoli vaziyatlarda mijoz shaxsining samarali o’zgarishida yordam ko’rsatishga yo’naltirilgan.

E`tiboringiz uchun raxmat

Ailə daxilində və cütlüklər arasında ünsiyyət, ünsiyyət problemləri və onlara Koqnitiv-bihevioral yanaşma.

Ünsiyyət nədir? Ünsiyyət qarşılıqlı münasibət, mehribanlıq, yaxınlıq, ülfət, əlaqə mənalarındadır. Əsasən söz və yazı vasitəsilə xəbərləşmək, əlaqə qurmaq, fikir mübadiləsi aparmaq, qarşılıqlı dialoq ünsiyyət mənasında işlədilir. Ünsiyyət insanın sosial tələbatıdır. İnsana yaşamaq üçün hava, su və qida qədər ünsiyyət də lazımdır.

Ünsiyyətin hamı tərəfindən eyni dərəcədə qəbul olunan ümumi tərifi yoxdur. Psixoloqlardan birinin hesablamasına görə, hələ 1969-cu ilə qədərki dövrdə təkcə ingilis dilində olan ədəbiyyatda ünsiyyətin 96 tərifi məlum idi. Sosial psixologiyada ünsiyyətə müxtəlif təriflər verilmişdir. Onlardan biri belədir: iki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir.

Ünsiyyətin funksiyaları çoxsaylıdır. Onların ikisini xüsusilə qeyd etmək lazımdır: a)insanların birgə fəaliyyətinin təşkili ( başqa sözlə, “ümumi nəticə əldə etmək məqsədilə səyləri əlaqələndirmək”) b) şəxsiyyətlərarası münasibətlərin formalaşması və inkişafı (yəni, “münasibətləri aydınlaşdırmaq məqsədilə qarşılıqlı təsir”)

Bir və ya bir çox insanın birgə münasibəti insanlararası ünsiyyət sayılır. Bu münasibət daha çox şifahi və yazılı ünsiyyətlə qurulur. Bu ünsiyyətdə səs tonu və seçilən sözlər önəmlidir. Yəni bu cür ünsiyyətdə nəyin, necə ifadə olunması böyük əhəmiyyət kəsb edir.

Ünsiyyətdə üz ifadələri və bədən dilinin də özünəməxsus rolu var. İnsan bilərək və ya bilməyərək bundan istifadə edə bilər.

Ailə insanın ilk məktəbidir. İnsanın ən çox ünsiyyətdə olduğu və ünsiyyəti öyrəndiyi yer də məhz ailədir. Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır. Həmin məqsədləri belə sıralamaq olar:

• Hisləri ifadə etmək

• Ehtiyac və istəkləri dilə gətirmək

• Nəzarət etmək (razı salmaq, yol göstərmək)

Ailə münasibətləri digər insanlarla münasibətdən fərqlidir. Çünki ailə münasibətlərində rəsmilik olmur. Münasibətlər sevgi və hörmətə əsaslanır.

Ailə üzvləri demək olar ki, oxşar düşünür. Hər hansı hadisəyə ailə fərdlərinin münasibəti çox vaxt bir-birinə bənzəyir.

Digər münasibətlər kimi ailədaxili münasibətlər də diqqət tələb edir. Bəzi ailə problemləri münasibətlərə biganəlikdən qaynaqlanır. Bundan əlavə, tərəflərin problemlərə yanaşma tərzi də münasibətlərə mənfi və ya müsbət təsir göstərir.

Ailədaxili ünsiyyətin əsasları

İnsanlarla yaxşı münasibət qurmaq üçün onlara vaxt ayrımaq lazımdır. Əfsus ki, müasir dövrdə ailəyə çox az vaxt ayrılır. Bir araşdırma nəticəsində məlum olub ki,

Evliliklərindən razı və bir-birini sevən cütlüklərin doxsan faizi vaxtının çoxunu bir yerdə keçirənlərdir. Eyni araşdırmada boşanan cütlüklərin boşanmazdan əvvəl bir-birinə daha az vaxt ayırması da diqqət çəkir.

Sevgini ifadə etmək

İnsanın yeməyə və suya ömür boyu ehtiyacı olduğu kimi, sevgiyə də ehtiyacı var. Sevildiyini bilmək insanın əsas ehtiyaclarından biridir. İnsan sevməyi sevilərək öyrənir.

Ailə münasibətlərində sevgi başlıca rol oynayır. Yeni qurulan ailədə kişi və qadının ən böyük arzusu qarşılıqlı sevgi görmək, evlənəndən sonra da sevgilərini qorumaqdır.

Ər-arvad bir-birinə sevgilərini bildirməkdən çəkinməməlidir. Xüsusən qadınlar diqqət və sevginin sözlərlə ifadəsini daha çox istəyirlər. Kişi həyat yoldaşına diqqət və sevgisini sözlərlə yox, hərəkətləri ilə göstərməyə çalışdıqda qadının ehtiyacı tam qarşılanmır. Bu səbəbdən kişi qadının sevgi tələbatını nəzərə almalıdır.

Bu məqamda qarşı tərəfin sevgi “dili”ni, yəni onun nəyi xoşladığını, nədən xoşbəxt olduğunu bilmək lazımdır.

İnsanların zövqləri kimi sevgi dilləri də müxtəlifdir. Bir-birinin sevgi dilini bilməyən cütlük hərəsi bir dildə danışan əcnəbilərə oxşayır.

Hədiyyə sevən bir qadını, təbii ki, xoş sözlərlə yola vermək müşkül məsələdir.

Əsas sevgi dilləri bir yerdə vaxt keçirmək, birlikdə iş görmək, hədiyyə almaq, xoş söz və xitablar (əzizim, sevgilim və s.) və fiziki təmasdır.

Ünsiyyətin başlıca forması dialoqdur. Dialoqun iştirakçıları ən azı iki nəfərdir. Ailədəki ünsiyyət monoloq şəklində yox, dialoq şəklində olsa da, əksər hallarda monoloqun çərçivəsindən kənara çıxmır. Məsələn kişi danışır, istəklərini bildirir, ancaq həyat yoldaşının ağzını açmağa imkan vermir. Halbuki, qarşı tərəfin danışmasına imkan vermək, onu dinləmək ona verilən dəyəri göstərir. Əri tərəfindən fikirləri dinlənilən qadın daha rahat və xoşbəxt olur.

Empatiya özünü həm­söhbətin yerinə qoymaq bacarığıdır. Simpatiya isə bir adama və ya bir şeyə qarşı rəğbət bəsləməkdir. Bir insana simpatiya bəsləmək onun kimi olmağa çalışmaqdır. Qarşı tərəfə rəğbət edən insan onun sevincinə və kədərinə şərik olur. Empatiya isə fərqlidir, həmsöhbətə bənzəmək deyil, onu anlamaq istəyidir. Bir insanı anlamaqla ona haqq qazandırmaq eyni şey deyil. Empatiya zamanı insan qarşı tərəfi anlamağa, simpatiyada isə, anlasa da, anlamasa da, qarşı tərəfə haqq qazandırmağa çalışır. Bir sözlə, empatiya həmsöhbətə göstərilən anlayışın nəticəsidir.

Ailədaxili ünsiyyətdə böyük əhəmiyyət daşıyan empatiya ailədaxili münasibətlərin möhkəmlədən əsas məziyyətlərdən biridir.

Kişi və qadın həyata eyni “pəncərə”dən baxmaq məcburiyyətində deyil. Hərəsi öz pəncərəsindən baxmalıdır. Biri o birini özü kimi düşünməyə məcbur etməməlidir. Eyni hadisəni görən iki insan həmin hadisə haqqında fərqli düşünə bilər. Əvvəllki yazıda gətirdiyim sitatı bir daha xatırlatmaq istəyirəm “Evlilik “Mən”ləri qoruyaraq “Biz” ola bilmək sənətidir.

Koqnitiv-bihevioral terapiyalar ailə və cütlüklərin terapiyasında da tez-tez müraciət edilən bir yanaşmadır.

Rus fizioloq İvan Pavlovun şərti reflekslər nəzəriyyəsi ilə ortaya çıxan davranış yanaşmaları və davranışçı terapiya John B. Watson’un “Kiçik Albert” və Mary Cover Jones’un “Peter” keyzləri ilə fobiyanın müalicəsində istifadə edildi və ilk dəfə olaraq Joseph Wolpe uğurlu nəticələr əldə etdi, davranışçı terapiyada koqnitiv proseslərə “sirr” olaraq yanaşıldığı üçün əsas etibarilə davranışçı və ya indiki adı ilə klassik məruz buraxma, sistematik duyarsızlaştırma yolu ilə fobiya və agorafobi olan şəxslərdə tədbiq edildi. Digər tərəfdən, Masters və Johnson, cinsi funksional pozuntulara əsaslanan narahatlıqları bu psixoterapiya yanaşması ilə müalicə etdilər və ailə-cütlük, cinsi funksional pozuntuların müalicəsi üçün istifadə edilən yanaşmalar qrupuna Bihevioral(davranışçı) yanaşmanı da əlavə etdilər.

Skinnerin rəhbərliyi altında şərtsiz reflekslərə cavab olaraq şərti reflekslərə əsaslanan operant öyrənmə nəzəriyyəsi ortaya qoyuldu. Operant öyrənmə xüsusilə uşaqlarda təsirli olub və uyğun olmayan davranışı neytrallaşdıraraq, yaxşı davranışı mükafatlandırmağa əsaslanır. Növbəti illərdə sosial öyrənmə nəzəriyyəsi, rol təkrarlanması və modelləşdirmə işləri davranışçı ailə terapiyası metodları kimi istifadə edilməyə başlandı.

Koqnitiv-bihevioral terapiya, çox ümumi bir tərifdə; koqnitiv və davranış sferasında olan kənaraçıxmaların təhlili və müalicəsidir, insan davranışında müşahidə oluna bilən və ölçülə bilən dəyişiklikləri koqnitiv sferadan araşdırıb, düşüncələrin və duyğuların onları tənzimləmə gücünə malik olduğunu deyir. Psixoanalitik yönümlü psixoterapevtik yanaşmalardan bir çox cəhətdən fərqlənir. Koqnitiv-bihevioral terapiyalar problemin bir fil bənzəri şəxsin yaxınlığında olduğunu qeyd edir. Bundan başqa psixoanalitik terapiyada olan sərbəst assosiasiyalar, yuxu şərhlərinə Koqnitiv-bihevioral terapiyalarda rast gəlinmir.

Evlilik və cütlüklər üçün Koqnitiv-bihevioral terapiyada əsasən ünsiyyət problemləri hədəf olaraq müəyyən edilir, toxunuşlar ünsiyyət probleminə səbəb olan düşüncə xətalarını aradan qaldırmaqdır. Terapevtik bağın qurulması təbii ki, uğurlu başlanğıc üçün başlıca məqamdır. O bağlılıq sayəsində sonrakı mərhələdə tərəflər əsas problemi danışacaq, ev tapşırıqlarını yerinə yetirəcəklər. Terapevtik bağ qurmadan texnika tədbiq etməyə can atmaq mənə bir çox fənni tədris etmiş Leyla müəllim Nuriyevanın ifadəsi ilə “Paltara görə düymə almaq əvəzinə düyməyə görə paltar tikdirməkdir”.

Problem yaradan bir neçə təməl ünsiyyət xətalarına nəzər salaq.

Dağıdıcı tənqid: Problemli münasibətlər adətən bir-birlərini günahlandıran və tənqid etməyə meylli olan partnyorlardan ibarətdir. Burada həyat yoldaşları tamamilə bir-birlərinin mənfi tərəflərinə diqqət yetirirlər və beləliklə, məkrli bir qavrayışla müsbətlər kənara atılır. Hər iki tərəf əslində əzab çəkir və dağıdıcı tənqidlər “havada uçur”. Misal üçün; “Sən məni incitməkdən zövq alırsan ”.

Ümumiləşdirmə: Problemli cütlüklərdə ər-arvad bir-birinə mühakimə, tənqidlə yanaşmağa və ümumiləşmiş yanaşma etməyə meyllidirlər. Misal üçün; “Sən həmişə belə eqoistsən! “. Partnyorların tənqidi bəzən daha da irəliləyir və tərəflər bir-birlərinin şəxsiyyətlərini hədəf alan ifadələr işlədirlər. Bu, bir-birinin ailələrini tənqid etməyə qədər gedib çıxır. Misal üçün; “Sən həmişə belə eqoist olmusan, bu xüsusiyyəti anandan almısan! Bütün ailən belədir!“

Zehni oxumaq və Falçılıq : Burada həyat yoldaşları bir-birinin demədiklərini dediklərindən daha çox anlamağa çalışır. Deyilənlərin gizli niyyətini tutmağa çalışırlar. Misal üçün, “ Baxmayaraq ki, indi belə deyirsən amma əsas niyyətin məni alçaltmaqdır! ” “Səninlə heç vaxt danışmaq olmur, bir də bax, yenə hirslənirsən ! “ ya da “Bunları Dr.Mehmet Bəy dediyi üçün edirsən. O həqiqətən düşməyə bilər, amma mən bilirəm ki, bu davranışları ürəkdən etmirsən.”

Keçmişdən nümunə göstərmək: Məsələn, “15 ildir hər dəfə eyni şeyləri edirsən” və ya “evliliyimizin ilk illərində çəkdiyim əzablar üçün səni heç vaxt bağışlaya bilmərəm “.

Özünü tamamilə haqlı hesab etmək. Məsələn, “Bütün evliliyimiz boyu heç bir mübahisəyə mən səbəb olmamışam”.

Tərəflərin öz davranışlarına görə məsuliyyətdən qaçması: Məsələn, “Sən məni o qədər özümdən çıxarırsan ki, mən bu səbəbdən güc tədbiq edirəm.”

Çıxılmaz vəziyyət yaradan ifadələr: Məsələn, “İndi səy göstərirsən amma indi çox gecdir. Bunu 5 il əvvəl etməliydin. ”

Məntiqdən silah kimi istifadə etmək: Məsələn, “Yaxşı, mənim məsləhət gördüyüm istiqaməti təkzib edəcək bir yol təklif et, sən dediyini edək.”

Yoldaşlardan birinin psixoterapevt rolunu öhdəsinə götürməyi: Məsələn, “Sən indi narahatsan. Bunu başa düşürəm və bundan sonra doğru olanı tapmağa sənə kömək edəcəm.”. Burda situasiya sizə konflikt yaratmağa meylli gəlməyə bilər, amma diqqətlə baxdıqda rol oynayan tərəfin qarşısındakı şəxsə “Ən doğrunu mən bilirəm” mesajı verdiyini görə bilərik.

Sağlam ünsiyyət mühiti yaratmaq üçün bir neçə texnika:

• Həyat yoldaşınızın atdığı addımları təqdir etdiyinizi ona göstərin.

• Birgə daha çox vaxt keçirin. Birlikdə problem həll etməyi öyrənin.

• Həyat yoldaşınızın atdığı yanlış addımlara qarşı tolerantlıq sərgiləyin.

• Fikirlərinizi yıxıcı formada deyil, öz fikrinizi ifadə edirmiş kimi ifadə edin. Unutmayın ki “nə dediyindən çox, necə dediyin önəmlidir.”

Koqnitiv-bihevioral terapiyada interpersonal səviyyədə bir texnika:

Burada ciddi və emosional yanaşma yerinə fikrinizi üzünüzdə təbəssümlə və incə formada bildirin.

Basdırılmış emosiyanın aşkara çıxarılması üçün David Letterman texnikası:

Burada qarşınızdakına onun söhbəti ilə həqiqətən maraqlandığınızı göstərir və ona təsir etmək əvəzinə danışdığı hər hansı mövzunu diqqətlə dinləyirsiniz. Bu partnyorunuza ona dəyər verdiyiniz mesajı verəcək, projektor işıqları onun söhbətinin üzərinə çevirin, ara-sıra dediyi cümləni sual formasında təkrar edin və ya “Bir dəqiqə, doğrudan belə bir hadisə baş verib?”, “doğrudan belə dedin?” kimi suallar verin.

1. Beck, A. T. (1988) – Aşk asla yetmez, USA: Harper ve Row.

2. David D.Burns-Panik Atakda, Psikonet Yayınları

3. Ertuğrul Köroğlu – Akılcı duygulanım davranışçı terapi, HYB yayıncılık

4. Əbdül Əlizadə, Əkbər Bayramov – Sosial psixologiya, “Qapp Poliqraf”, Bakı, 2003

5. M. Faruk Bayraktar – Çocuk sevgisi üzerine Hz. Peygamberden mesajlar.

6. Mehmet Zihni Sungur – Aşk, Evlilik, Sadakatsizlik:Şeytan üçgeni

7. Mehmet Zihni Sungur – Sen, Ben ve Aramızdakı Her şey, İstanbul, Goa

8. Mehmet Zihni Sungur – Bağlanma, evlilik ve aile psikolojisi, s.326-340(Davranışçı Sistemik Evlilik Terapisi, Evlilikde İletişim ve Bağlanma),Sistem yayıncılık, 2010

9. Önder – Ailede iletişim konuşarak ve dinleyerek anlaşalım.

10. Üstün Dökmen – Sanatta və günlük yaşamda iletişim çatışmaları ve empati

Psixoloq Nəsimi Qiyasov – 10. 04. 2021

Azərbaycan Respublikası, Bərdə şəhəri

Xoşbəxt olmağın SİRRİ TAPILDI: Bunu bilmək hər birimizi.

Bu sözlər Konsultasiya və inkişaf Mərkəzinin rəhbəri, bədən dili, natiqlik, özünüinkişaf motivasiya sahələri üzrə mütəxəssis, təlimçi David Poladovun Publika.az-a müsahibəsində əsas fikirlərdir.

Bəs bunları gerçəkləşdirmək üçün nə etməliyik? Cavabı müsahibəmizdə:

– David bəy, əvvəlcə rəhbəri olduğunuz Konsultasiya və inkişaf Mərkəzi barədə məlumat verərdiniz.

– Konsultasiya və İnkişaf Mərkəzinin məqsədi psixologiyanın tətbiqinin hər kəs tərəfindən qəbul olunması və bunun üçün psixoloqların yetişdirilməsidir. Hazırda özəl bir qurum kimi fəaliyyət göstərsək də, Ədliyyə Nazirliyinə İctimai Birlik kimi qeydiyyatdan keçmək üçün müraciət etmişik. Yarım ildir Konsultasiya və İnkişaf Mərkəzi olaraq fəaliyyət göstəririk, ondan əvvəl isə müvafiq ictimai birliklərdə psixoloji xidmət göstərmişik.

Bizim ən ideal obyektimiz SABAH qruplarının tələbələridir. İki ildir SABAH qruplarına psixoloqlar qəbul olur və artıq 45 savadlı və hazırlıqlı tələbəmiz var. Onlar bizim üçün psixoloq bazasıdır, bununla yanaşı Bakı Dövlət Universitetinin dosent, professor dərəcəsi olan psixoloqlarını da bu işə cəlb edirik.

Bakı Dövlət Universitetinin psixologiya fakültəsi yüksək səviyyəli psixoloq hazırlayır. Sadəcə orada Sovet dövrünün psixologiyaya yanaşma üsulundan istifadə edilir. Həmin yanaşmaya görə psixologiya yalnız nəzəriyyədə qalacaq elm sahəsidir.

– Sizin yanaşmanız necədir?

– Psixologiya böyük keçmiş və qısa tarixə malik, Aristotelin “Ruh haqqında traktatı”ndan başlayan bir elm sahəsidir. Biz psixikanın əsasını axtarırıq. Əslində bütün psixoloqlar buna can atır, lakin yanaşmalar fərqlidir.

Əkbər Bayramov, Əbdül Əlizadə dəyərli alimlərimiz tədqiqatlar aparıb, kitablar yazıblar. Lakin biz müasir psixologiyaya şüuraltını, qeyri-adi potensialı kəşf etmək istəyən sahə kimi yanaşmalıyıq. Biz psixologiyanı elə bir elm sahəsinə çevirmək istəyirik ki, ona Nobel mükafatı verilsin.

– Bu ideya sizdə necə yarandı?

– Psixologiya elə bir elm sahəsidir ki, bunu nəzəriyyə və kitablarla öyrənmək kifayət deyil, fərdi yanaşma əhəmiyyət daşıyır. Hazırda mən Bakı Dövlət Universitetinin SABAH qruplarında psixologiya ixtisası üzrə təhsil alıram. Bədən dili, natiqlik, manipulyasiya ilə bağlı məqamları Tbilisi və Krımda təlimlərdə öyrənmişəm.

Bizim fəaliyyətimizin məqsədi psixologiya məktəbi yaratmaqdır. Səmimi olaraq etiraf edirəm ki, ali təhsil müəssisələrində, Azərbaycan Milli Elmlər Akademiyası səviyyəsində bu məsələni qaldırmaq üçün yaşım yetərli deyil, eləcə də bunun üçün elmi dərəcəm yoxdur. Lakin mərkəz rəhbəri kimi istəklərimi həyata keçirə bilərəm. Biz “həqiqi psixologiya cərəyanı” yaratmağa çalışırıq. Psixologiyanın sadəcə nəzəriyyə olması, nitqi, təfəkkürü öyrənməsi kimi problemli yanaşmaları aradan qaldırmaq istəyirik. Faktiki surətdə psixologiya geniş elm sahəsidir və həyatın hər bir sahəsinə tətbiq edilməlidir. İdarələr, müəssisələr, ictimaiyyətdə hər bir pillədə psixologiyadan istifadə etməliyik. Hər hansı bir şirkətdə insan resursları departamentində işə qəbul edilənlərin psixikası dəyərləndirilməlidir. Faydalı iş əldə etmək istəyən şəxs ilk növbədə qarşısındakının psixologiyasını öyrənməlidir. Hər həftəsonu liderlik, bədən dili, manipulyasiya təlimləri veririk. Bu təlimlərdə iştirak edənlər qarşısındakının psixoloji durumunu anlaya bilir.

Tələbələrin yazılanları əzbərləməsi.

– Bir çox ali təhsil məktəbində psixologiya ixtisasına qəbul aparılır. Bu suala həm də bir tələbə kimi cavab verməyinizi istərdim. Universitetlərdə psixologiya ixtisasında təhsil alan tələbələr psixoloq kimi yetişə bilir?

– Tələbələr Bakı Dövlət Universitetində 4 il ərzində psixologiya üzrə təhsil alırlar. Lakin məzun olanda onların çoxu insana təsir metodlarını izah edə bilmir. Çünki tələbəyə nəzəriyyə, psixologiyanın tarixi öyrədilir. Düzdür, Bismarkın belə bir ifadəsi var ki, başqasının təcrübəsini öz üzərində tətbiq etmə. Bu prinsipə əsasən nəzəriyyəni öyrənmək vacibdir. Lakin yalnız bunu öyrənməklə psixologiyanı bilmərik. Dəyərli alimlərimiz Əkbər Bayramov, Əbdül Əlizadə, Bəxtiyar Əliyev psixologiya ilə bağlı gözəl nəzəriyyələr yaradıblar. Lakin onlar azı 30 ilin məhsullarıdır, onlar Sovet dövründə yazılıb və həmin dövr psixologiyaya mühit əlverişli deyildi. Ona görə bu gün Azərbaycanda monipulyasiya, bədən dili, natiqlik, insana təsir metodlarını öyrədən kurslar, təlimlər o qədər də çox deyil, ali məktəblərdə ümumiyyətlə tədris edilmir. Bundan başqa, mövcud təhsil sistemində abituriyentlər yalnız ali məktəbə qəbul olmağa köklənib. Ona görə də tələbələrin əksəriyyətinin dil bazası yoxdur. Bu gün Azərbaycan tələbələri arasında özünü dəyərləndirmə mexanizmi zəifdir.

SABAH qruplarında birinci kursdan fərqlənən tələbələr seçilir. Onlar daha həvəsləndirici üsulla tədrisə cəlb edilirlər. İnsan fərd olaraq dünyaya gəlir və şəxsə çevrilir. Bunun kökündə iki əsas prinsip var: fəaliyyət və ünsiyyət. Fəaliyyət məqsədyönlüdür. Əvvəlcə ünsiyyət qururuq, sonra məqsədə görə fəaliyyət göstəririk. Bunu bir insanın üzərinə köçürəndə onu şəxsiyyət kimi yetişdirmiş oluruq. Tələbələrin yazılanları əzbərləməsi yox, onu şəxsiyyət kimi yetişməsi universitetlərin əsas məqsədi olmalıdır. Azərbaycan dilində ali məktəblər üçün dərsliklərin sayı kifayət deyil. Buna görə də xarici dilləri bilmək vacibdir. SABAH qrupları tələbələrindən dil bazaları zəngin olanları seçib kitablar tərcümə edirik. Bu yaxınlarda Müşfiq Mustafayev, Bəxtiyar Əliyevin “Diqqət, hafizə” kitabı çap olundu.

İdeal olmaq çətin deyil.

– Bu gün istər orta, istərsə də ali məktəblərdə əzbərçiliyə daha çox yer verilir. Yalnız ali təhsil almaq, oxumaqla psixoloq olmaq mümkün deyil, bu iş sanki xüsusi bir istedad tələb edir. Necə düşünürsünüz, psixoloq olmaq üçün test sullarının çoxuna düzgün cavab vermək kifayətdirmi, yoxsa qəbul prosesində əlavə müsahibəyə ehtiyac var?

– Psixologiya ixtisasına sadəcə testlə seçim doğru deyil. Bu gün jurnalistika, eləcə də bir sıra ixtisaslara qəbulda müsahibə mərhələsi var. Hesab edirəm ki, psixologiyaya qəbul da bu müsahibə mərhələsi olmalıdır. Bir insan 4 il ərzində öyrəndikləri ilə fərdi yanaşmasını yarada bilər. Lakin yaratmağa meyillidirmi? Tələbə seçəndə bu suala cavab tapmalıyıq. Tələbə yaratmağa meyillidirsə, onu bu ixtisasda ideal psixoloq olaraq hazırlamalıyıq.

– Bayaq bütün iş yerlərində psixoloqa duyulan ehtiyacdan danışdınız. Hansı məqamlarda iş yerində psixoloqun olması mütləqdir?

– Psixologiya həm cəmiyyətdə, həm tibb və idarəetmədə, bir sözlə hər yerdə var. Bizim məqsədimiz psixoloqun cəmiyyətin hərəkətverici qüvvəsi olmasına imkan yaratmaqdır. Şirkət yaradanlar ilk olaraq mühasibi fikirləşməklə yanaşı, insan resursları şöbəsinə psixoloq qəbul etməyi də düşünməlidir. Təlimlərimizdə şirkət rəhbərləri də iştirak edir. İşçi seçimi ilə bağlı danışanda məlum olur ki, onlar əməkdaşı seçərkən üzbəüz müsahibədə bitirdiyi ali məktəb, xarici dil bilgiləri kimi suallar verir. Bu suallara cavab almaq üçün müsahibəyə ehtiyac yoxdur, çünki CV-də hamısı yazılır. Müsahibədə insanın bədən dili, situasiyaya, həyata, işə yanaşma tərzindən biz cəmiyyətimizi inkişaf etdirəcəyini müəyyən edə bilərik. Bu zaman tələbə də 4 il ərzində əzbərləmək yox, özünü inkişaf etdirməklə məşğul olar. Tələbə biləcək ki, o, ideal olmalıdır. İdeal olmaq isə çətin deyil. Hər kəs real məni ideal mənin səviyyəsinə çatdıra bilər. Bunun üçün psixologiya cəmiyyətə inteqrasiya etməlidir.

6 ayda əzbərləməklə dil öyrənibsə

– Şirkətlərin işə qəbul prosesində, eləcə də İnsan resursları şöbələrində psixoloqların olmaması hansı problemlərə yol açır?

– Bunun üçün üç təcrübə var – xarici şirkətlər, yerli özəl şirkətlər və dövlət qurumları. Xarici, eləcə də xaricə bağlı şirkətlərdə bu xidmət var. Dövlət qurumlarında istənilən kateqoriyada işə qəbulda bu problem yaşanır. Qurumlarda psixoloq ştatının olmaması işə qəbul edilən şəxsin əsas məqsədini ilk müsahibədən müəyyən etməklə çətinlik yaradır. Əməkdaş ingilis dilini bildiyini deyir, bu, yaxşı haldır. Lakin o dili iki il ərzində başqa faydalı işlərlə məşğul olaraq öyrənibsə, o bizə lazımdır. Yox, əgər sadəcə işə qəbul olmaq üçün 6 ayda əzbərləməklə dil öyrənibsə, həmin əməkdaşı işə qəbul etməməliyik.

İdarəetmədə psixologiyaya çox ehtiyac var. Məsələn, bir işə 100 min manat vəsait ayırmaq olar, lakin ora işini bilən, şəxsi keyfiyyəti yüksək olan əməkdaş cəlb etməsək işimiz uğursuz olacaq, hətta vəsaiti artırsaq belə. 10 min manat vəsait ayıraraq 5 güclü əməkdaşla yarım il ərzində, 100 min manatlıq işdə əldə etdiyimdən daha çox qazana bilərəm. Göründüyü kimi, əsas məsələ insan resursları ilə bağlıdır.

Həmin anda vaxtıdır

– Bunu müəyyən etmək üçün işdə psixoloqun olması mütləqdir?

– Təbii ki, mütləq deyil. Şirkət rəhbərləri bizim konsultasiyalarda bu yanaşmanı öyrənirlər. Məqsəd bütün sahələrə psixoloq, psixologiyanı yerləşdirməkdir. Bütün insanlar öz üzərində işləməyi bacarmalıdır. Bizim mərkəzin əsas məqsədi budur. Təəssüf ki, bu məsələyə doğru yanaşmırıq. Biz düşünürük ki, başqaları yaratsın biz inkişaf etdirək. Nə üçün biz Nobel mükafatı almayaq? Halbuki bizim kifayət qədər savadlı alimlərimiz var.

– Deyəsən, bizim cəmiyyətin əsas problemi öz üzərində işləməməkdir?

– Bəli. Özünüaktuallaşdırma tələbatının idarəetmədə istifadə edilməsi ilə bağlı monoqrafiya işləyirik. Bu mövzunu seçməkdə məqsədimiz psixologiyanın təkcə duyğu, hafizə, yaddaş, nitq, təfəkkürdən ibarət olmadığını göstərməkdir.

Tələbələrə monoqrafiya yazmaq təklif edəndə “mənə görə tezdir” ifadəsini işlədir. Bu təbəqələrarası təsirlə bağlıdır. Ona uşaqlıqda valideynləri tərəfindən deyilən “bacarmarsan” ifadəsi ilə bağlıdır. Əslində heç nə üçün heç zaman nə gec, nə də tezdir, həmin anda vaxtıdır.

– Bu yaxınlarda belə bir məlumat oxudum, 2030-cu ilə qədər dünya ölkələrində psixi problemlərin müalicəsində 16 trilyon xərclənəcək. Çünki bu problemdən əziyyət çəkənlərin sayı hər il bir az da artır. Səbəb nədir?

– Həmin insanların əsas problemi onlara psixikanın öyrədilməməsidir. Psixi problemlərin artmasının da kökündə insan psixikasının öyrədilməməsi durur.

– Deyirsiniz ki, bütün psixi problemləri yaşamağımızın səbəbi psixologiyanı bilməməyimizdir. Ayrı-ayrı fərdlər psixologiyanı necə öyrənsin? Hər kəs konsultasiya mərkəzinə getməlidirmi, yoxsa kitabdanmı oxumalıdırlar?

– Sualda “fərd” ifadəsini işlətdiniz. İnsan ilk növbədə fərd yox, şəxs olmalıdır. Hər kəs fərddən şəxsə keçidi öyrənməlidir. Bunu etməyən insanlar uğur qazanmır. Hər kəsin öz uğur modeli var və bunu hərə özü tapır. Bunun üçün fərd yox, şəxsiyyət olmağı bacarmaq lazımdır. Hər kəs şəxsi xüsusiyyətlərini formalaşdırmalıdır, insanlarda bu əsasən yeniyetməlik dövründə formalaşır. İnsan hər gün bir pillə artır. Hər birimiz genetik kodla dünyaya gəlirik və yeni şüur qatı yaradırıq. Hər kəs qarşısında ən böyük sual “Mən kiməm”dir. Bu sualın cavabını bilsək, hər bir problemdən qurtulacağıq.

Xoşbəxtliyin sirri

– Amma hələ də, bu prosesin haradan başlanması ilə bağlı sualıma cavab vermədiniz. Dediniz ki, psixologiya, şəxsi keyfiyyətlər yeniyetməliyə çatanda formalaşır. Bu yaşa çatan və hətta onların arasında olaraq bu yazını oxuyanlar da ola bilər. Nə etməlidirlər? Haradan başlasınlar?

– Özlərindən başlasınlar. İlk növbədə psixologiya ilə bağlı bir yazı oxusunlar, bir axşam gün ərzində etdiklərini düşünüb hansı məqsədə görə yaşadıqlarını analiz etsinlər. Bu, psixologiya deyil, həyat fəaliyyətinin təşkilidir. 50 yaşına qədər bir insan qeyd etdiyimiz məqamlara diqqət etməyə bilər. Lakin bu gündən başlasa belə, yenə özünü dəyişə bilər. Öz üzərimizdə işləməklə bizimlə bərabər həyatını davam etdirən insanlara da təsir edirik. İnsan xoşbəxtdirsə, hər şey edə bilər. Xoşbəxt olmaq üçün insanlar özlərinin yaratdığı məhdudiyyətləri aradan qaldırmalıdır. Hazırladığım monoqrafiyanın girişində uşaqlıqdan işlətdiyim bir birləşməni qeyd etmişəm. “Həyat xəyalların arzulara, arzuların istəklərə, istəklərin məqsədlərə, məqsədlərin həqiqətə çevrilməsinə sərf olunan zaman müddətidir”. Bizim üçün çevrilmənin tək hərəkətverici qüvvəsi inanmaqdır. İnanmaqla bir insan 50 yaşında belə işini tamamilə dəyişib başqa sahədə böyük uğurlar qazana bilər. Tələbələrə monoqrafiya yazmaq təklif edəndə “mənə görə tezdir” ifadəsini işlədir. Bu uşaqlıqda valideynləri tərəfindən deyilən “bacarmazsan” ifadəsi ilə bağlıdır.

– Biri zəngin olacağına inanırsa.

– Olacaq, mütləq olacaq. İnsan hər hansı problem yaşayacağını düşünürsə, demək ona uyğun yaşayır və yaşayacaq da. Heç kəs öz pisliyini istəməz. Lakin insanların beyni istehsal etdiyi həyatı yaşayır. İnsan olduğu kimi yaşamağı seçərək xoşbəxt ola bilər.

– Xoşbəxtliyin sirri.

– İnanmaq və xəyal qurmaqdır.

Sadəcə inam və xəyal yetərlidirmi?

– Təbii ki, sadəcə bir məsələyə inanaraq, oturub çay içirsə, bir saat sonra yorulacaq. Çünki biz inana bilmək üçün işləməliyik. İnanmanın kökündə həm də hərəkət durur. Hər insan əmək bazarında özünü önə çıxaracaq kriteriyasını yaratmalıdır. Bunun üçün insanlar çoxlu kitab oxumalıdır. Cəmiyyətimizin 50 faizdən çoxu özünü düzgün təqdim edə bilsə, biz dünyanın ən inkişaf etmiş ölkələrindən olacağıq.

– Bu gün psixoloqların, eləcə də psixoloji mərkəzlərin sayı durmadan artır. Sonda istərdim ki, yaxşı psixoloqu necə seçə biləcəyimizə aydınlıq gətirərsiniz.

– Psixologiya biznes sahəsi deyil. Həmin mərkəzlərin çoxunun əsasnaməsini tapa bilmirik. Həmin psixoloqların müraciət edənləri necə qəbul etdiyi bəlli deyil. Əgər bir psixoloq ona müraciət edən şəxsə “Həyatındakı müəyyən məqamları özündən uzaqlaşdır”, – deyə məsləhət görürsə, bu, doğru yanaşma deyil. Seçimi qarşısındakı insanın özünə buraxan insanlara etibar etmək lazımdır.

Gülxar,

Foto: Elnur Muxtar

Comments are closed, but trackbacks and pingbacks are open.