TariXİ GÜNLƏr altun kitab
surəsinin 183-184-cü ayələrində belə buyurulur: “Ey iman edənlər, oruc tutmaq sizdən əvvəlki ümmətlərə
Əkbər Qocayev “İxtiralar və kəşflər” PDF
Kitabda tarix boyu kəşf olunmuş bir sıra ixtiralardan və kəşflərdən söhbət açılır.
”Bu gün ketçap adlandırılan istiotlu sous 1876-cı ildə amerikalı iş adamı Henri Heyms tərəfindən düzədilmişdi. O, Çindən gətirilmiş ke-tisap adlı sousa bəzi əlavələr edib dadını dəyişdirərək bu gün istifadə etdiyimiz ketçapı hazırlamışdı.”
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Əkbər Qocayev “İxtiralar və kəşflər” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Mir.az-ixtiralar-ve-kesfler.pdf
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
TariXİ GÜNLƏr altun kitab
şagirdləri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən
çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanunsuzdur.
Telefonfaks: 431 03 45
Kağız formatı 60×84 116, 9,5 çap vərəqi, Tiraj 500
“OKA-Ofset” mətbəəsində çap olunmuşdur.
1. MİLLİ BAYRAMLAR VƏ TARİXİ GÜNLƏR
20-21 mart – Novruz bayramı s.
28 mart – Təhlükəsizlik Orqanları İşçiləri Günü
28 may – Respublika Günü
15 iyun – Qurtuluş Günü
17 iyun – Səhiyyə İşçiləri Günü
26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günü
2 iyul – Azərbaycan Polisi Günü
22 iyul – Milli Mətbuat və Jurnalistika Günü
1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan dili Günü
5 avqust – Hərbi Donanma Günü
15 sentyabr – Bilik Günü
18 sentyabr – Milli Musiqi Günü
20 sentyabr – Neftçilər Günü
1 oktyabr – Prokurorluq İşçiləri Günü
6 noyabr – Televiziya və Radio İşçiləri Günü
12 noyabr – Konstitusiya Günü
17 noyabr – Milli Dirçəliş günü
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
20 yanvar – Ümumxalq Hüzn Günü
29 yanvar – Gömrük İşçiləri Günü
10 mart – Milli Teatr Günü
12 mart – Daxili Qoşunlar Günü
2. BEYNƏLXALQ BAYRAMLAR VƏ TARİXİ GÜNLƏR
1 yanvar – Yeni il bayramı s.
14 fevral – Sevgililər Günü
21 fevral – Beynəlxalq Ana Dili Günü
8 mart – Beynəlxalq Qadınlar Günü
15 mart – Ümumdünya İstehlakçılar Günü
21 mart – İrqi Ayrı-seçkiliyin (diskriminasiya) Ləğv Edilməsi Uğrunda Beynəlxalq Mübarizə Günü
27 mart – Beynəlxalq Teatr Günü
1 aprel – Ümumdünya Gülüş Günü
18 aprel – Tarixi abidələrin mühafizəsi Günü
22 aprel – Beynəlxalq Yer Kürəsi Günü
3 may – Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü
9 may – Faşizm üzərində Qələbə Günü
18 may – Beynəlxalq Muzeylər Günü
1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü
5 iyun – Ətraf Mühitin Mühafizəsi Günü
26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü
1 oktyabr – Beynəlxalq Ahıllar Günü
5 oktyabr – Müəllim Günü
24 oktyabr – Birləşmiş Millətlər Təşkilatı Günü
14 noyabr – Ümumdünya Diabet Günü
1 dekabr – QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü
3 dekabr – Ümumdünya Əlillər Günü
10 dekabr – İnsan Hüquqları Günü
3. BUNLARI UNUTMAQ OLMAZ
25-26 fevral – Xocalı soyqırımı s.
31 mart – Azərbaycanlıların Soyqırımı Günü
3 aprel – Kəlbəcərin işğalı s.
8 may – Şuşanın işğalı günü
17 may – Laçının işğalı günü
23 iyul – Ağdamın işğalı günü
25 avqust – Füzuli və Cəbrayıl rayonlarının işğalı günü
31 avqust – Qubadlının işğalı günü
27 oktyabr – Zəngilanın işğalı günü
28-29 fevral – Sumqayıt hadisələri s.
MİLLİ BAYRAMLAR
TARİXİ GÜNLƏR
İslamın müqəddəs bayramları arasında orucluq mühüm yer tutur. Bu bayramın tarixi müsəlman
təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona
“Ramazan orucu” da deyirlər.
İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi
şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrindən birində müqəddəs kitabımız olan
Qurani-Kərim nazil olub. Həmin gecə “qədir” və ya “əhya” gecəsi adlanır. Qədir gecəsinin konkret olaraq
hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədir
gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. İslamşünasların fikrincə,
bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-si gecələrindən biridir. Qurani-Kərimdə “Qədir surəsi” vardır.
Bu surədə qədir gecəsi haqda belə yazılır: “Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu
gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin
doğmasına qədər aləmdir, sübhdür.”
Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə
yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi
Müsəlmanlar ən mühüm ibadətlərini, o cümlədən orucu və həcci, Fitr və Qurban bayramlarını
hicri-qəməri (Ay) təqviminə əsasən yerinə yetirirlər. Ayın isə Günəşə və Yerə nisbətən vəziyyətindən asılı
olaraq müxtəlif səfhələri (ayın görünən xarici tərəflərindən hər biri) olur. Bu səfhələrdən biri də hilaldır,
yəni təzə aydır. Qurani-Kərimdə deyilir ki, “(Ya Məhəmməd!) Səndən hilallar barədə soruşurlar. De:
Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir”. İnsanlar vacib ibadətlərinə ayın hilalına əsasən əməl
etmişlər: hilalı görəndə oruc tutmuş, onu yenidən görəndə oruclarını başa vurmuşlar. İki təzə ay arasında
keçən müddət 29,5 orta Günəş gününə bərabərdir ki, bu da bir ay edir. Qədim ərəblər bunu vaxt vahidi
kimi götürərək bəzi ayları 29, bəzilərini isə 30 gün qəbul etmişlər.
Ay ili biri 29, digəri isə 30 gün sürən 12 aydan ibarətdir. Ay (qəməri) təqvimi də buradan
yaranmışdır. Bu təqvimə əsasən, ilin uzunluğu 354 gün sürür. İkinci xəlifə Ömərin dövründə qərara
alındı ki, tarixləri Məhəmməd peyğəmbərin (s.ə.s.) Məkkədən Mədinəyə hicrəti ilindən hesablasınlar.
Beləliklə, məhərrəm ayı ilə başlanan hicri-qəməri təqvimi yarandı. Bütün müsəlman ibadətlərinin,
bayram və mərasimlərinin vaxtı bu təqvimə əsasən müəyyən edilir. Ay təqvimi Günəş təqvimindən 10-11
gün qısa olduğu üçün hər bir müsəlman ibadətinin tarixi işlətdiyimiz Günəş təqviminə nisbətən 10-11 gün
irəli keçir.
Ay təqvimində də tarixlər sabitdir, bu tarixlər yalnız Günəş təqviminə nisbətən yerini dəyişir.
Bizim Günəş təqviminə alışmış şüurumuz haradasa qeyri-müəyyənlik görür. İslam bayram və ayinlərinin
müxtəlif fəsillərə təsadüf etməsində isə ilahi bir hikmət vardır.
Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr,
hamilə qadınlar, döyüşçülər, əsirlikdə olanlar və səyyahlar azad olunurlar. Oruclu adam sürmə
çəkməməli, ətirlənməməli, tütün, gül iyləməməli və orucu pozan digər hərəkətlərdən imtina etməlidir.
Orucluq dövründə adam dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha
ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir. Peyğəmbərimiz
(s.ə.s.) buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar
da zəncirdə olar.
Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzini
(qəzasını) tutmalı və ya fidyə verməlidirlər. Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı,
tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu
yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.
Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini
təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz
himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə
Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa,
xeyirxahlığa dəvət edir.
“Qabusnamə”nin müəllifi Keykavus ibn İsgəndər oğluna nəsihət edərək yazır:
“Ey oğul. bil və agah ol ki, Allah-Təalanın sənin ac və ya toxluğuna ehtiyacı yoxdur. Oruc Allah
tərəfindən sənin var-dövlətinə və özünə vurulan möhürdən ibarətdir. Bu möhür mal və bədənin yalnız bir
hissəsinə deyil, bəlkə, bütün üzvlərinə vurulur: əl-ayağa, gözə, dilə, qulağa, qarına.
Ey oğul, bil və agah ol: orucluğun ən böyük məqsədi ondadır ki, sən gündüz yemədiyini ehtiyacı
olanlara verəsən ki, zəhmətinin faydasını görmüş olasan, elə bu zəhmət ona görə lazımdır ki, onun xeyri
ehtiyacı olana çatsın”.
Orucluqla bağlı dini ayinlər əvvəlki səmavi dinlərdə də (yəhudilik, xristianlıq) mövcud olmuşdur.
Amma digər dinlərdən fərqli olaraq İslamda orucluq xüsusi əhəmiyyət daşıyır. İslam qaydalarına əsasən
yetkinlik yaşına çatmış hər bir müsəlmana oruc tutmaq vacibdir. Bununla bağlı Qurani-Kərimin “Bəqərə”
surəsinin 183-184-cü ayələrində belə buyurulur: “Ey iman edənlər, oruc tutmaq sizdən əvvəlki ümmətlərə
vacib olduğu kimi, sizə də vacib edildi. Bilsəniz, oruc tutmaq sizin üçün nə qədər xeyirlidir”. Bu ibadət
ayini ilə bağlı Məhəmməd peyğəmbərin (s.ə.s.) xeyli hədisi var. Həmin hədislərin birində deyilir ki,
Adəm oğlunun hər bir əməli özü üçündür. Təkcə orucdan başqa – o, Allah üçündür, əvəzini də Allah verir.
Sovet hakimiyyəti dövründə İslamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan idi.
Lakin imanlı adamlar gizlicə də olsa, öz borclarını yerinə yetirirdilər. Bir çoxları isə vəzifə və iş yerlərini
itirmək, təqiblərə məruz qalmamaq üçün orucluqdan imtina etməyə məcbur idilər. Azərbaycan öz dövlət
müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olundu, İslam dininə, onun ibadət və
ayinlərinə olan münasibət də dəyişdi. Orucluq bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il
27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən dövlət səviyyə-
sində qeyd olunmağa başladı.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman
ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul
etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən
Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.
Üç səmavi dinin – yəhudilik, xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq
mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha
sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.
İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var.
Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı
qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç
göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.
İbrahimin qoca yaşında Allah ona bir oğlan uşağı (İsmayılı) nəsib etmişdi. Çox sevdiyi balasını
Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və
mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın
nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür
səmimi olmalıdırlar. Çətin anlarda Allahı yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan
Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslam dinində insanın Allah
yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə
rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla guya Allaha
yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə
təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları çaya atırdılar.
İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda
qurban kəsilməsini qəbul etmir.
İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən
heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu
olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu,
ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. İsmayıl
Qurbanında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan,
buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət
Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız
bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin
də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.
Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb
gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur.
Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını
ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan
hissələr isə fəqir-füqəraya paylanmalıdır.
Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol
verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının
imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir
ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların
boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula
heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların
birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar – Allaha xoş gedən əməli icra etdikləri və
kasıbları sevindirdiklərinə görə, kasıblar isə – dünya nemətindən əldə etdiklərinə və başqalarından
gördükləri mərhəmətə və qayğıya görə.
Hər bir xalqın tarixində müxtəlif bayramlar, el şənlikləri olmuşdur. Onlardan bəziləri xalqa yad
müəyyən bir ideologiya ilə bağlı olduğundan zaman keçdikcə unudulmuş, yaddaşlardan silinmişdir.
Yalnız o bayramlar əsrlərin sınağından keçir ki, onların əsasında humanist milli və bəşəri ideyalar durur.
Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi belə bayramlardan biri də
Çox qədim zamanlardan başlayaraq dünya xalqlarının bir çoxu yazın gəlməsini, təbiətin
oyanmasını, əkin işlərinin başlanmasını bahar bayramı kimi qeyd etmişlər. Bu münasibətlə şənliklər
keçirmiş, onu yeni ilin başlanğıcı kimi qarşılamışlar.
Qədimdə bir sıra Şərq xalqları, o cümlədən Mərkəzi Asiya və Azərbaycan türkləri də baharın
gəlişini bayram etmişlər. Bu bayram Novruz adlandırılmışdır. Novruz bayramı martın 21-də və ya 22-də
keçirilir. Bu isə yaz gecə-gündüz bərabərliyinə təsadüf edir.
Bir çox tədqiqatçılar Novruzun yaranma tarixini, onun zərdüştilik və ya müsəlman mədəniyyəti
ilə əlaqələrini araşdırmış, əski mənbələrdə bir-birini təkzib və ya təsdiq edən müxtəlif faktlar aşkar
etmişlər. Lakin ümumi fikir belədir ki, Novruzu konkret bir dinlə, etiqadla bağlamaq düzgün deyil.
Novruz bayramı, birlik, qardaşlıq bayramı, xalq şənliyidir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni
ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirmişdir.
Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsürün – Suyun, Odun, Yelin
(havanın), Torpağın isinməsi, “dirilməsi” durur. Odur ki, Novruz şənlikləri təzə ilin başlanmasına, yəni
martın 21-nə dörd həftə qalmış keçirilməyə başlayır. Bu aya Boz ay deyirlər, Həmin ayın hər çərşənbəsi
təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələr
yaranmışdır. Əski inamlara görə bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri “dirilmişdir”.
İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır. Bunlar Su çərşənbəsi, Od çərşənbəsi, Yel
çərşənbəsi və Torpaq çərşənbəsi adlanır. Bu çərşənbələrdə də xalqımızın adət-ənənələri yaşayır.
Su çərşənbəsi
Bu çərşənbəyə “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyirlər. Su çərşənbəsində su və su
mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-
üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın
inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən
uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan
Aban və Yadanın şərəfinə nəğmələr oxunur.
Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və
rəvayətlər var. Məsələn, inanclarda deyilir:
– Süfrəyə su dağılması aydınlıqdır,
– Su içən adamı qəfil vurmazlar,
– Su içən adamı ilan çalmaz,
– Lal axan sudan keçməzlər.
Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:
– Su olan yerdə dirilik olar,
– Su murdarlıq götürməz,
– Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.
Od çərşənbəsi
İlaxır çərşənbələrin ikincisi Od çərşənbəsidir. Buna xalq arasında “İkinci çərşənbə” və ya “Üsgü
çərşənbə” də deyilir.
Od çərşənbəsi qədimdə xalqımızın Günəşə, odu saxlayıb qorumağın vacibliyinə inamı ilə
bağlıdır. Od çərşənbəsində odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi qeyd edərdilər.
Odla bağlı da bir çox xalq deyimləri – inanclar, atalar sözləri, andlar, alqışlar, qarğışlar,
tapmacalar bu günə qədər yaşamaqdadır.
– Odla zarafat eləyən ağlar qalar,
– Odla oynayan odsuz qalar,
– Od eləyəni fələk eləyə bilməz,
– Oda dərdini deyən xeyir aparar,
– Odu söyən qara günə qalar.
– Ocaq yananda səslənirsə, demək, kimsə sözünü danışır,
– Ocağa yanaşanda salam verərlər,
– Ocaq dağıdanın ocağı dağılar,
– Gün güzəranlıq gətirər.
– İşığa and olsun!
– Oduna nur çilənsin!
– Ocağın nurlu olsun!
– Günəş sənə qənim olsun!
– Od-ocağa həsrət qalasan!
– Ocaq üzü görməyəsən!
Xalqın inamına görə odu insanlara verən ağac olub.
Bununla bağlı da bir sıra inanclar var:
– Ağacın istisinə isinərlər,
– Od çərşənbəsində “ağlayan” ağacı kəsən sonsuz qalar.
– Od çərşənbəsində ocaqdan od verməzlər,
– Palıd ağacının istisi sağlamlıq gətirər.
Yel çərşənbəsi
Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında “Külək
oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.
Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif,
inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə
qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən dağılıb dağ olsun,
Yel babamız sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.
– Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda
götürənin oğlu ölər.
– Yeli əsdirəni söyməzlər.
– Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba
sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
XX əsrin 80-ci illərinin axırlarında dünyada baş verən qlobal dəyişikliklərlə əlaqədar bir çox xalqların, o cümlədən Azərbaycan xalqının özünüdərki, həmrəylik hissi gücləndi. İctimai həyatın demokratikləşməsi istiqamətində genişlənən xalq hərəkatı zəminində ilk olaraq Naxçıvan Muxtar Respublikasında 1989-cu ilin noyabrında Şimali və Cənubi Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə əsassız çəkilmiş sərhəd çəpərlərinə qarşı xalqın etirazı başlandı. Beləliklə, “Sərhəd hərəkatı” adı ilə başlanan bu siyasi aksiya 1989-cu il dekabrın 31-də azərbaycanlıların həmrəylik hərəkatına çevrildi.
1990-cı il noyabrın 3-5-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasında başlamış hərəkatın davamı kimi milli birlik və həmrəylik yolunda atılan mühüm addım oldu. Qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il həmrəylik günü kimi qeyd edilməsi zəruriyyəti irəli sürüldü. Bütün bunları nəzərə alaraq ümummilli liderimiz Heydər Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi qərara alındı. Naxçıvan MR Ali Məclisinin bu qərarını əsas tutaraq Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 1991-ci il dekabrın 25-də qərara gəldi ki, hər il dekabrın 31-i dünyada yaşayan azərbaycanlıların həmrəylik günü kimi qeyd edilsin.
Bu qərar dünya azərbaycanlıları arasında həmrəylik hissini daha da gücləndirdi. Hazırda YUNESKO-nun məlumatına görə, dünyada 40 milyondan çox azərbaycanlı yaşayır. Onlardan 29 milyonu Cənubi Azərbaycanın,3 milyonu Türkiyənin, 2 milyondan artığı Rusiyanın, 1,5 milyonu ABŞ-ın, 500 mini Ukraynanın, 300 mini Almaniyanın, 180 mini Fransanın, 175 mini Kanadanın, 350 mini Hindistan və Pakistanın, 700 mini İraqın, 430 mini Əfqanıstanın payına düşür.
XX əsrin əvvəllərindən təşəkkül tapan və fəaliyyətini son dövrlərdə xeyli gücləndirən Azərbaycan diasporu yeni bir inkişaf mərhələsindədir. Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində formalaşan özəkləri, birlikləri Azərbaycan dövlətinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan həqiqətlərinin tanınması və təbliği işində radio və televiziyanın, dövri mətbuatın imkanlarından geniş istifadə edir. Hazırda dünyanın bir çox ölkələrində Azərbaycan dilində müxtəlif qəzet və jurnallar nəşr olunur, xüsusi radio və televiziya verilişləri hazırlanır. Dünyanın 30-dan çox ölkəsində azərbaycanlıların 100-dən artıq ictimai, milli və mədəni cəmiyyət və təşkilatları fəaliyyət göstərir. Müstəqillik qazanıldıqdan sonra əldə olunan nailiyyətlər sayəsində bütün dünya
azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar açılmışdır. Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamına müvafiq olaraq 2001-ci il noyabrın 10-da
Bakı şəhərində Dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Qurultayda 36 ölkədən gəlmiş 1105
nümayəndə, 906 qonaq iştirak edirdi. Qurultayda Azərbaycan Respublikası Prezidentinin söylədiyi
proqram səciyyəli nitqinin aparıcı xəttini belə bir tezis təşkil edirdi: “Biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz ətrafında daha sıx birləşməli, onun tərəqqisi üçün əlimizdən gələni əsirgəməməliyik”.
Qurultay göstərdi ki, qüdrətli Azərbaycana gedən yol bütün azərbaycanlıların milli birliyindən keçir. Qurultay dünyanın müxtəlif qütblərinə səpələnmiş soydaşlarımızın bir araya gətirilməsi vəzifəsinin həyata keçirilməsi istiqamətində atılmış ilk ciddi və qəti bir addım idi. Qurultay Azərbaycanın Avroatlantika məkanına inteqrasiyasına kömək edəcək diasporumuzun inkişafında həlledici əhəmiyyətə malik qərarlar qəbul etdi.
Türk dünyasının böyük lideri Heydər Əliyev minillik tariximizdə dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirən böyük dövlət xadimi oldu. Azərbaycan dövləti Dünya azərbaycanlılarının I qurultayının tarixi qərarlarının əməli surətdə həyata keçirilməsi üçün bir sıra işlər gördü. O cümlədən, 2002-ci il iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradıldı.
mənbə: Bayramlar və tarixi günlər
müəllif: Əkbər Qocayev
- Teqlər:
- tarixdə bugün
Comments are closed, but trackbacks and pingbacks are open.