Keçid balları
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 50-dən az olmayan ( fənnlər üzrə bal məhdudiyyəti yoxdur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər iştirak edə bilər.
Keçid balları
Ali məktəblərə qəbul imtahanlarının birinci cəhdi artıq başa çatıb. İndi abituriyentlər ikinci – sonuncu cəhdə hazırlaşırlar. Hazırda abituriyentləri ən çox maraqlandıran məsələlərdən biri ötən il ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid ballarıdır.
Qeyd edək ki, 2021-ci ildə təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 44 861 nəfəri (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21 856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23 005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Modern.az saytı abituriyentlərin marağını nəzərə alaraq, bəzi universitetlərə ötən ilki minimum keçid ballarını dəqiqləşdirməyə çalışıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat katibi Nəcibə Mirzəyeva sorğumuza cavab olaraq bildirib ki, ixtisaslar üzrə minimum keçid balları müxtəlifdir. Ancaq ümumilikdə götürəndə 2021-ci ildə AzMİU-da keçid balı 200 bal olub.
Bakı Slavyan Universitetinin mətbuat katibi Zeynəb Kazımova isə deyib ki, 2021-2022-ci tədris ili üzrə Bakı Slavyan Universitetində ən aşağı keçid balı “Regionşünaslıq” (Rusiya üzrə) (rus bölməsi, əyani təhsil forması) ixtisasında 152.6 bal olub.
Onun sözlərinə görə, ən yüksək keçid balı “Xarici dil müəllimliyi” (ingilis dili) ixtisasında olub. Həmin ixtisasın ödənişli keçid balı 450.4, dövlət sifarişli keçid balı isə 535.8 bal olub.
Azərbaycan Tibb Universitetində ötənilki keçid balları ilə bağlı mətbuat katibi Günel Aslanova məlumat verib. O, bir neçə ixtisasın balını açıqlayıb. Mətbuat katibinin sözlərinə görə, keçən il Müalicə işi ixtisası üzrə Azərbaycan bölməsində minimum bal 595, Rus bölməsi üzrə 602.4, İngilis dili bölməsində isə 666.3 olub. Stomayologiya ixtisası üzrə minimum keçid Azərbaycan bölməsində 577.9, Rus bölməsində 582.1 olub. İctimai Səhiyyə ixtisası üzrə minimum keçid Azərbaycan bölməsində 545.5, Rus bölməsində isə 547.1 bal olub. Əczaçılıq üzrə keçid Azərbaycan bölməsində 524, Rus bölməsində isə 512.3, Fizioterapiya ixtisası üzrə 567.7 bal, Tibb bacılığı ixtisası üzrə isə 488.9 bal olub.
Ötən il Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Texniki Universitetinin hər birində minimum keçid balı 200 olub.
2021-2022-ci tədris ilində Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbinə keçid balı da 200 olub.
Ötən il Bakı Ali Neft Məktəbində isə minimum keçid balı 400 bal olub.
Keçid balları
Məlumdur ki, 2020-2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin keçid balları dərc olunub.
“Qafqazinfo” Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan “Abituriyent” jurnalının 7-ci nömrəsi əsasında II qrup üzrə keçid ballarının nəticələrini təhlil edib.
Məlum olub ki, II qrup üzrə Bakı Dövlət Universitetində dövlət sifarişi əsasında qəbul üzrə minimum keçid balı Hidrometerologiya fakültəsində (əyani) qeydə alınıb. Bu fakültəyə dövlət sifarişi əsasında keçid balı 200-dür. BDU-nun Coğrafiya fakültəsinə ödənişsiz əsaslarla (əyani) keçid balı 225-dir. Turizm işinin təşkili fakültəsində (qiyabi) ödənişsiz əsaslarla təhsil üçün keçid balı 227 olub.
BDU-da ödənişli əsaslarla qəbul üzrə ən aşağı göstərici 150 baldır (BDU-nun Qazax filialı, əyani).
II qrupda Bakı Dövlət Universitetinə ən yüksək bal Beynəlxalq Münasibətlər fakültəsində (tədris ingilis dilində, əyani) 409.4 olub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində II qrup üzrə dövlət sifarişi əsasında minimum keçid balı Marketinq fakültəsində (əyani) qeydə alınıb – 216 bal. Bu fakültənin ödənişli əsaslarla ( qiyabi) qəbul üzrə keçid balı da ən aşağılar siyahısındadır – 167 bal.
ADNSU-da ən yüksək keçid balı Biznesin idarə edilməsi ixstisası üzrə (qiyabi) 441 olub.
Bakı Slavyan Universitetində II qrup üzrə dövlət sifarişi əsasında minimum qəbul balı 214 olub (Beynəlxalq Münasibətlər, əyani). BSU-da ödənişli əsaslarla ən aşağı göstərici 150 baldır – Regionşünaslıq fakültəsi, əyani.
BSU-da ən yüksək bal isə qeyd olunan qrup üzrə 262 olub və Regionşünaslıq (Almaniya üzrə,əyani) qeydə alınıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetində ödənişli əsaslarla minimum bal Tarix və Coğrafiya ixtisası üzrə (Quba filialı, əyani) 267.4 bal təşkil edib. Ödənişli əsaslarla minimum keçid balı 200 bal olub (Coğrafiya müəllimliyi, Tarix və coğrafiya müəllimliyi (Şamaxı, Şəki, Ağcabədi, Cəlilabad, Quba filialları, əyani). ADPU-da bu qrupda ən yüksək keçid balı isə 295 olub ( Coğrafiya müəlimliyi, əyani).
Azərbaycan Dövlət İqtisad Universitetində ödənişli əsaslarla minimum keçid balı Marketinq ixtisası üzrə (qiyabi) qeydə alınıb – 211 bal. Bu ixtisasın dövlət sifarişi əsasında əyani formasına qəbulun keçid balı isə 293 təşkil edib. UNEC-də ödənişsiz ən aşağı ballar Dövlət və Bələdiyyə idarə etməsi (217 bal, əyani), Statistika (238.3 bal, əyani) ixtisaslarında qeydə alınıb.
Ödənişli əsaslarla UNEC-ə qəbul olunmuş abituriyentlər üçün keçid balları üzrə ən aşağı göstərici 150 bal (Zaqatala filialı üzrə, əyani və qiyabi) qeydə alınıb. UNEC-də Bakı şəhəri üzrə ən aşağı keçid balı 196.7 olub ( Marketinq fakültəsi, qiyabi).
Bu universitetdə ən yüksək keçid balı II qrup üzrə 636-dır (Maliyyə fakültəsi, əyani, tədris ingilis dilində aparılır).
Azərbaycan Dillər Universitetində dövlət sifarişli ixtisaslar arasında minimum keçid balı 259.1-dir (Regionşünaslıq – Yaponiya, əyani). Ödənişli əsaslarla da ən aşağı keçid balı Regionşünaslıq ixtisası üzrə qeydə alınıb – 150 bal. Bura Afrika, İndoneziya, Çin, Norveç üzrə regionşünaslıq daxildir).
ADU-da II qrup üzrə ən yüksək keçid balı Qafqaz üzrə regionşünaslıq ixtisasında qeydə alınıb – 462.7 bal (əyani).
Prezident yanında Dövlət İdarəçilik Akademiyasında dövlət sifarişi əsasında minimum keçid balı 357.4 bal olub. Menecement fakültəsinə ödənişsiz qəbul bu balla başlayıb. Ödənişli əsaslarla qəbul üzrə ən aşağı göstərici də Menecement fakültəsində (əyani) qeydə alınıb – 200 bal. Akademiyada II qrup üzrə ən yüksək bal 530 bal olub (İqtisadiyyat fakültəsi, əyani).
ADA Universiteti II qrup üzrə ən aşağı bal 400 İqtisadiyyat, ən yüksək bal isə 422 (Biznesin idarə edilməsi ixtisası, əyani) olub.
Mədəniyyət və İncəsənət Universitetində II qrup üzrə dövlət sifarişi əsasında ən aşağı göstərici Turizm işinin təşkili ixtisası üzrə (əyani) qeydə alınıb – 207 bal. Elə ödənişli əsaslarla da ən aşağı göstərici həmin fakültədə qeydə alınıb – 186 bal.
Sumqayıt Dövlət Universitetində dövlət sifarişi əsasında minimum keçid balı Sosiologiya fakültəsində (203 bal, əyani) qeydə alınıb. Bu fakültədə ödənişli əsaslarla minimum keçid balı Biznesin idarə edilməsi ixtisası üzrə (qiyabi) 176,9 bal olub. Sumqayıt Dövlət Universitetində bu qrupda ən yüksək keçid balı 268.4 bal olub (Tarix və coğrafiya müəllimliyi, əyani).
Özəl universitetlərə gəlincə nəticələr demək olar ki, eynidir. Bakı Avrasiya Universitetində abituriyentlər üçün minimum keçid balı 150 olub. Bura Regionşünaslıq, Biznesin idarə edilməsi, Marketinq fakültəsi daxildir. Subbakalavrlar üçün isə ən aşağı keçid balı 51 olub. Bura dövlət və bələdiyyə idarəetməsi, Maliyyə, Marketinq və Mühasibat ixtisasları daxildir. BAU-da II qrup üzrə ən yüksək keçid balı 200 olub (Mühasibat, əyani, Maliyyə (əyani), İqtisadiyyat ( həm əyani, həm də qiyabi), Beynəlxalq münasibətlər (əyani).
Xəzər Universitetində minimum keçid balı 150 olub. Xəzər Universitetinə dövlət sifarişi hesabına qəbul nəticələri arasında ən aşağı göstərici 212 bal olub ( Turizm işinin təşkili ixtisası). Ən yüksək bal isə Maliyyə fakültəsində (510.2 bal) qeydə alınıb.
II qrup üzrə ən yüksək qəbul göstəricisi Azərbaycan Dövlət İqtisad Universitetində qeydə alınıb. İngilis dilində tədris olunan Maliyyə ixtisasına ödənişli əsaslarla minimum keçid balı 636 bal olub.
Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 42 731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21 932 (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Gülnar Əliyeva
Kolleclərə keçid balları
9 illik bazada ixtisas seçiminə ümumi balı 50-dən çox olan abituriyentlər buraxılır. Azərbaycan dili və rus dili fənni üzrə balı 20-dən və Riyaziyyat fənləri üzrə balı 10-dan az olmayan abituriyentlər müsabiqədə iştirak edir.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 50-dən az olmayan ( fənnlər üzrə bal məhdudiyyəti yoxdur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər iştirak edə bilər.
Həmçinin 11 illik bazada kolleclərin ixtisas seçiminə ümumi balı 50-dən az olmayan abituriyentlər buraxılır. Yəni Azərbaycan dili bə rus dili, riyaziyyat fənnlərin hər biri üzrə bal 10-dan az olmamalıdır. Xarici dil fənni üzrə bal məhdudiyyəti yoxdur.
Qəbul imtahanı 2 mərhələdə keçirilir.
Birinci mərhələdə abituriyentlər üçün Azərbaycan ( rus) dili fənnindən 20, riyaziyyat fənnindən, xarici dil fənnindən 15 sual olmaqla ümumilikdə 45 tapşırıq olur. Tapşırıqların həlli üçün isə 3 saat vaxt verilir.
İmtahanın ikinci mərhələsində isə hər bir fənn üzrə 30 tapşırıq olur. Ümumilikdə isə Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənnlərindən 90 qapalı tipli test tapşırığı verilir. Bu mərhələdə də test tapşırıqları üçün 3 saat vaxt verilir.
İmtahanın birinci mərhələsində iştirak etməyən tələbələr ikinci mərhələyə buraxılmır. İkinci mərhələdə iştirak etməyən abituriyentlər isə ixtisas seçiminə buraxılmır.
Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə qalır.
Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər ümumi qaydada elektron ərizələrini təsdiq etdirdikdən sonra “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan dili (dövlət dili kimi) fənnindən (ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün) imtahan verirlər. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. İmtahanda abituriyentlərə fənn kurikulumu əsasında hazırlanmış 27-si qapalı, 3-ü isə yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli olmaqla 30 tapşırıq verilir. Tapşırıqların yerinə yetirilməsi üçün 1 saat 30 dəqiqə vaxt verilir . Qapalı tipli tapşırıqlar 0 və ya 1 balla, açıq tipli tapşırıqlar isə qiymətləndirmə meyarlarına əsasən 0, 1/2 və ya 1 balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Müsabiqə abituriyentin qəbul imtahanından topladığı ümumi bal əsasında olur.
Hər tədris ili ümumi orta ( 9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşan keçid balları və digər lazım olan məlumatlar Azərbaycan və rus dillərində ” Abituriyent” jurnalının 5-ci nömrəsində nəşr olunur.
Həmçinin hər tədris ili üçün orta ixtisas təhsil müəssisələrinə tam ( 11 illik) orta təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı ” Abituriyentin elektron ixtisas seçimi ərizəsi” nin doldurulması qaydası,qəbul aparılan ixtisaslar və digər lazım olan məlumatlar ” Abituriyent” jurnalının növbəti 6-cı nömrəsində nəşr olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.