Press "Enter" to skip to content

Kəskin respirator xəstəliklər və qrip

Bu barədə Azvision.az -a açıqlamasında Respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

Xankəndi

Bu barədə Azvision.az -a açıqlamasında Respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

Onun sözlərinə görə, kəskin respirator infeksiyalarla xəstələnmə insanlar arasında çoxalsa da, epidemioloji təhlükəsi yoxdur: “Bu xəstəliklə Klinik Tibbi Mərkəzə istər yüngül, istər ağır formada gələn yoxdur. İnsanlar arasında qrip xəstəliyinin artması müşahidə oluna bilər, amma epidemiyanın ciddi təzahürləri yoxdur. Uşaqlar arasında qızdırma, ishal və qusma halları isə respirator virus infeksiyaları ilə bağlı ola bilər. Bu infeksiyalar uşaqlarda adətən mərkəzi sinir sistemində baş verən əlamətlərlə özünü biruzə verir. Qusma, baş ağrısı, baş gicəllənməsi ola bilər”.

C.İsayev qeyd edib ki, hazırda qrip viruslarına təsir edən preparat yoxdur. “Bizim istifadə etdiyimiz preparatlar simptomatik, patogenetik müalicə vasitələrdir ki, insan orqanizmi qorunsun və bu xəstəlikləri nisbətən yüngül keçirsin. Dəqiq təsir göstərən preparat yoxdur, sadəcə xəstəliyin ağırlaşmasının qarşısının alınması üçün tədbirlər görülməlidir. Bu da insanların özündən asılıdır. İnsanlar temperaturun yüksək dövründə yataq rejimində olmalı və özbaşına dərman qəbul etməməlidir, həkim məsləhəti olmalıdır”.

Baş infeksionist bildirib ki, ildən-ilə virusların yenilənməsi mümkündür. “Ola bilər ki, keçən il başqa ştamp yayılsın, bu il tamamilə başqası olsun. İnsan orqanizminin keçən il həmin ştampa qarşı müqaviməti yaranır və ona yoluxmadan qoruyur. Amma yeni ştampın yayılma ehtimalı hər zaman var. Ştampların yenilənməsi isə əsasən xaricdən gələnlərin hesabına olur”.

Kəskin respirator xəstəliklər və qrip

Payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarında artım müşahidə olunur. Kəskin respirator virus infeksiyaları (KRVİ) əsasən hava-damcı yolu ilə ötürülən və tənəffüs yollarının selikli qişasının iltihablaşması ilə xarakterizə olunan, nadir hallarda konyuktivit və ya keratokonyuktivit, eləcə də orta dərəcəli intoksikasiya ilə müşayiət olunan klinik baxımdan bir sıra oxşar kəskin infeksiyaların ümumi adıdır. Kəskin respirator virus infeksiyasının yalnız virus etiologiyalı olması mübahisəli məsələdir, bakterial törədicilər ilə də yoluxma mümkündür.

Qrip (influenza) əhali arasında adi xəstəlik kimi qəbul edilsə də, potensial olaraq kifayət qədər təhlükəli xəstəlikdir. Hər il qripə milyonlarla insan yoluxur. Hava-damcı yolu ilə ötürülən yüksək kontagioz xəstəlik olub, pnevmotrop RNT tərkibli A, B və C tipli viruslar ilə törədilir.

Qripin ağırlaşmaları çox təhlükəldir. Bunlara aiddir: otit, haymorit (qulaq və burun sinuqları); meningit (beyin qişasının iltihabı); traxeit (traxeyaların iltihba); miokardit (ürək əzələsinin ilthabı); pnevmoniya, bronxut (ağciyər və bronxların iltihabı); qolmerulonefrit (böyüərklərin yumaqcıq aparatının iltihabi zədələnməsi).

Yeni H1N1 virusu (Kaliforniya)

H1N1 qripi(əvvəlki adı «donuz qripi») – bu yeni qrip virusu olub, insandan insana ötürülür. İlk H1N1 virusu 2009-cu ildə Kaliforniyada və Texasda qeydə alınmışdır. Virus çox sürətlə yayılır. Ümumdünya Səhiyyə Təşkilatının 8 noyabr 2009-cu il göstəricilərinə görə, dünyada 504 min nəfərdə xəstəlik qeydə alınıb, onların 6260 nəfəri dünyasını dəyişib (ölüm göstəricisi 1,2% təşkil etmişdir). 10 avqust 2010-cu ildə ÜST-ün baş direktoru Marqaret Çenin hesabatında isə bildirildi ki, dünyada H1N1 ilə bağlı vəziyyət post-pandemik kimi qiymətləndirilir. Belə ki, quş qripi 1997-ci ildə Honkonda virusun quşdan insana ötürülməsi ilə qeydə alınmışdır. Xəstələnən hər üç nəfərdən biri həyatını itirib. Cənub-Şərqi Asiyada isə 2004-2005-ci illər H5N1 ştamlarının epidemiyası qeydə alınıb. Hazırda virus donuzlar vasitəsilə ötürülür, beləliklə, gələcək mutasiyalar üçün daha bir imkan yaranır.

Səhiyyə Nazirliyinin “İnsanlar arasında qrip xəstəliyi üzərində epidemioloji nəzarətin gücləndirilməsi barədə” 18.11.2011-ci il tarixli 97 nömrəli əmrinə əsasən, respublika üzrə ağır gedişli respirator virus infeksiyaları və qripəbənzər xəstəliklər üzərində epidemioloji nəzarət davam etdirilmiş, 2016-2017-ci ilin payız-qış mövsümü ərzində əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.

Müdafiə və vaksinasiya

Qripin əsas profilaktik metodu vaksinasiya hesab edilir. Vaksin orqanizmin immunitetini artırır və əhalinin sağlamlığının qorunmasına yardım edir. 2010-cu ilin yanvar ayına olan məlumatlara görə, dünyanın 40-dan çox ölkəsində 150 milyondan çox insan peyvəndlə təmin edilib. Artıq Avropanın 36 ölkəsində pandemik qripə qarşı 51 milyona yaxın insan peyvənd olunub, bu siyahıda hamilələrə xüsusi yer verilib. Peyvənd olunanların 300 mini hamilə qadınlardır. Bu istiqamətdə ölkəmizdə də geniş miqyaslı tədbirlər görülür, peyvəndin əhəmiyyəti haqqında maarifləndirmə işləri həyata keçirilir. Azərbaycanda pandemik A (H1N1) qripi virusuna qarşı vaksinasiya tədbirlərinin təcili həll olunması dövlət tərəfindən əhalinin həyat və sağlamlığının qorunmasına yönəldilən zəruri və vaxtında atılan addımdır. A (H1N1) vaksini Azərbaycana hələ 2010-cu ilin yanvar ayında gətirilib və vaksin tədbirlərinin həyata keçirilməsinə başlanılıb. Prosesin davamlılığına Səhiyyə Nazirliyi tərəfindən birbaşa nəzarət olunur.

Vaksinasiya üsulları

Qripin vaksinasiyasında iki növ vaksindən istifadə edilir: canlı vaksinlər (Selnovirion inaktivasiya olunmuş) və Selnovirion inaktivasiya olunmuş («Qrippoz inaktivasiya olunmuş ellüat sentrifuqadan keçirilmiş maye vaksin»; «Qruppoz xromatoqrafik inkativasiya olunmuş maye vaksin»).

Canlı vaksinə qarşı əks göstərişlər: İstənilən səbəbdən olan immunsupressiya; Yumurtaya qarşı güclü allergiya; Aspirin ilə daim müalicədə olan böyüklər və uşaqlar.

İnaktivasiya olunmuş vaksinasiyaya əks göstərişlər: Yumurtaya qarşı güclü allergiya; Keçmişdə vaksinin istənilən komponentinə qarşı allergiya olduqda; Qızdırma ilə müşayiət olunan kəskin xəstəlik (təxirə salınır).

Qripin ağırlaşması və vaksinasiyanın tələb edilməsi üzrə yüksək risk qrupuna daxil olan şəxslər: 6 aydan 19 yaşa qədər olan uşaqlar; 50 və daha yuxarı yaşlı şəxslər; Hamilə qadınlar; Ağır xronik xəstəliklərdən əziyyət çəkənlər; İnternatlar, qocalar evlərinin pasientlər və b.; Yüksək risk qrupuna daxil olan şəxslər ilə yaşayan və ya onlara qulluq edən şəxslər; tibb işçiləri; yaşı 6 aydan az olan uşaqlara qulluq edən şəxslər.

Yalnız bakterial infeksiyalar zamanı antibiotiklərin istifadəsi effektivdir (məsələn, hemolitik streptokokklar). Uşaqlarda antibiotiklər ilə terapiya pnevmoniya və otitlərin tezliyini aşağı salır. Burun-udlaq yolundan selikli-irinli möhtəviyyatın ifraz olunması («yaşıl burun suyu») xəstəliyin bakterial təbiətə malik olduğunu sübut etmir və antibiotiklərin təyin edilməsinə göstəriş deyildir. İltihab əleyhinə və qızdırmasalan preparatlar temperaturun aşağı salınması və xəstənin vəziyyətinin yaxşılaşmasına xidmət edir. Antihistamin preparatlardan I nəsil antihistamin preparatları (dimedrol, suprastin, tavegil) Antixolinergik effekt seliklə qatılaşdığı üçün təbii mukosilliar klirensin pozulmasına gətirib çıxarır, burun boşluğu və sinuslarda selikli qişanın quruluğuna səbəb olur, bronxial sekretin yapışqanlığı artır, onun qovulmasını çətinləşdirir, bronxial obstruksiyanı gücləndirir. II nəsil antihistamin preparatlar (klaritin, erius)- antixolinergik effekt olmur. Yanaşı gedən atopiya və ya xronik sinusit olan xəstələrin müalicəsi üçün tövsiyə edilir. Burun tutulmasına qarşı vasitələr (dekonhestagenlər) aşağıdakı növlərdən ibarət olur: qısa təsirli (4-6 saata qədər) – nafazolin, tetrizolin və indanazolin (8-10 saat); orta davametmə təsir müddəti (8-10 saat) – ksilometzolin (otrivin, ksimelin, dlyanos); uzun müddətli təsirlər (12 saata qədər)- aksimetazolin. KRX və qrip zamanı C vitaminin böyük dozada təyin edilməsi tövsiyə edilir, sutka 1q dozada qəbul edildikdə 0,5 günə xəstəliyin davametmə müddətini azaldır və təhlükəsiz hesab edilir.

Beləliklə, hər bir xəstəlikdən, eləcə də kəskin respirator virus infeksiyaları və qripdən qorunmağın ən yaxşı vasitəsi vaxtında aparılan profilaktik tədbirlər və peyvəndlərin vurulmasıdır. Bu səbəbdən çalışın xəstələməyəsiniz. Müasir tibb istənilən xəstəlik yaranmazdan əvvəl onunla mübarizə aparmağa imkan verir. Ona görə də xəstələnməzdən əvvəl sağlamlığınızın qeydinə qalın. Sağlam bədən insanın ən böyük hədiyyəsidir.

Kəskin respirator virus infeksiyaları

Kəskin respirator virus infeksiyası (KRVİ) – virus xəstəliyi olub, tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Xalq arasında bu xəstəliyi “soyuqdəymə” adlandırırlar. Alimlər 200-dən çox respirator viruslar aşkar ediblər. Bunlardan ən çox təsadüf olunan viruslar -paraqrip, adenovirus, rinoviruslardır. KRVİ əsasən hava-damcı yolu ilə yoluxur. İnfeksiya mənbəyi xəstə insanlardır.

Soyuqdəymənin əsas əlamətləri – boğazda və göz almasında ağrı, zökəm, gözlərin sulanması, baş ağrısı, öskürək, halsızlıqdır. Soyuqdəymə tədricən başlayır: əvvəlcə boğazda qıcıqlanma olur, ancaq insan hələ xəstələnməyinə əmin deyil. Sonra zökəm, asqırma və bir neçə gündən sonra öskürək başlayır. Hərarət 37,5-38 dərəcəyə qədər arta, bəzən isə olmaya da bilər. Müalicə axıra kimi aparılmadıqda, yaxud xəstəliyi ayaq üstə keçirdikdə otit – orta qulağın iltihabı və ya sinusit – burun ciblərinin iltihabı başlaya bilər. İmmun sistemi güclü olan insanlarda ağırlaşmalara nadir hallarda rast gəlinir. Qapalı yerlərdə KRVİ-nın törədiciləri xəstə insanın ətrafindan 7 metr məsafəyə yayılır. Onlar otaq temperaturunda 2-9 saatadək yaşaya bilir. Viruslar dondurulmaya qarşı dözümlüdür, lakin, yüksək temperaturda, müxtəlif dezinfeksiyaedici maddələrin və ultrabənövşəyi şüaların təsirindən tez məhv olurlar. Xəstəliyin ilk 2 günündə xəstənin ətrafındakı havada viruslar daha yüksək qatılıqda olurlar.

Müxtəlif viruslarda simptomlar müxtəlif olur. Məsələn, paraqrip virusu zamanı xəstənın səsi xırıltılı olur, tamamilə itə də bilər. Paraqrip virusu üçün eləcə də, qırtlaq və traxeyanın iltihabı fonunda hürücü öskürək xarakterikdir. Hərarət olmaya da bilər. Bu xəstəlik adətən haymoritlə ağırlaşır. Rinovirus infeksiyasında mütəmadi asqırma, burun-udlaqda quruluq, boğazda qıcıqlanma olur. Ağız boşluğunda xoşagəlməz dad hissi və udma aktı zamanı ağrı yaranır. Bir müddətdən sonra burundan şəffaf maye axır. Hərarət 37 dərəcədən artıq olmur. Adenovirus infeksiyasında damaq badamcıqları böyüyür, udma aktı çətinləşir. Bəzən limfa düyünlərində böyümə və qarında ağrı olur.

Kəskin respirator virus infeksiyaları bronx və bronxiolları da əhatə edir. Bu da hava çatışmazlığı ilə əlaqədar astmatik tutmalar, nəfəsvermədə çətinlik, ağciyərdə xırıltıların olması kimi əlamətlərlə özünü biruzə verir.

KRVİ-nin müalicəsi. Virusəleyhinə preparatların qəbulu (əgər simptomlar daha güclü müşahidə olunarsa). Virusəleyhinə və immunstimulyator preparatların əksəriyyəti apteklərdə reseptsiz satılır. Simptomatik müalicə – ağrıkəsici və qızdırmasalıcı preparatlar, damardaraldıcı damcılar və spreylər istifadə olunur.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət göstərən *7700 – təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR.

Comments are closed, but trackbacks and pingbacks are open.