Keyfiyyətə idarə olunması
qapalı dövrəli hidravlik sistemdə modifikasiya da nəzərə alındı. Bu texnologiyanın məqsədi
Açıq və qapalı dövrəli idarəetmə sistemləri
dövrəli idarəetmə sistemləri üçün tipik axın hərəkət sxemini göstərir.
Şəkil 4.3 Tipik açıq dövrəli və qapalı dövrəli hidravlik sistemlər
Açıq dövrəli sistemdə dənizə buraxılma təzyiqin idarə olunması üçün hidravlik flüidin dənizə
atılmasına səbəb olmaqla, intiqallı klapanın daxilindəki yay klapanı qapalı vəziyyətə
qaytardıqda baş verir. Qapalı dövrəli sistemdə hidravlik flüidlər buraxılmır, əvəzində isə əks
xətlərlə geriyə üst tikiliyə göndərilir. Hidravlik flüidin əks xəttinə əlavə olaraq, qapalı dövrəli
SEM – Sualtı Elektron Modulu
MİİK – Maili istiqamətləndirilmiş
SİM – Sualtı idarəetmə modulu
SEM – Sualtı Elektron Modulu
MİİK – Maili istiqamətləndirilmiş
SİM – Sualtı idarəetmə modulu
QAPALI DÖVRƏ
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Noyabr 2013-cü il
sistem funksiyası əks xətdə təzyiq artımının məhdudlaşdırılması olan atqı akkumulyatorunu
Klapan qapalı olan zaman ondan qayıdan quyudakı təzyiqin idarə olunması üçün hidravlik
flüidi idarə etmək üçün nasosun qapalı dövrəli layihəyə inteqrasiya olunmasını nəzərdə tutan
qapalı dövrəli hidravlik sistemdə modifikasiya da nəzərə alındı. Bu texnologiyanın məqsədi
qapalı dövrəli sistemin daxilində klapanlar üçün işləmə vaxtını yaxşılaşdırmaqdır. Lakin bu
texnologiya ilkin işlənmə mərhələlərindədir (bu gün yalnız bir neçə qurğuda istifadə olunur) və
yalnız bir təchizatçıya məxsusdur. Etibarlılığı sübut olunmadığına görə, bu variant nəzərə
4.9.2.1 İstismar qabiliyyəti və işləmə vaxtları
Açıq və qapalı dövrəli sistemlərin istismar qabiliyyəti klapanın işləmə vaxtı
xarakteristikalarının müqayisə olunması ilə müəyyənləşdirilib. Şəkil 4.4 açıq dövrəli sistemdə
təzyiqin necə dəyişməsi və qapanma siqnalı alındıqdan sonra klapanın necə işləməsini
Şəkil 4.4. Açıq dövrəli Sistemdə nümunəvi klapan bağlama və təzyiq dəyişmə
Şəkil göstərir ki, klapan işləndiyi zaman quyudakı təzyiqin idarə olunması üçün hidravlik flüid
dənizə atıldıqda, dərhal pozulan sistem daxilində ilkin olaraq cüzi əks təzyiq artımı yaranır.
Təhlükəsizlik üçün vacib olan HIPPS klapanının bağlanması məqsədilə tələb olunan işlərin
modelləşdirilməsi göstərdi ki, açıq dövrəli sistem üzrə ardıcıl olaraq altı saniyə bağlanma
vaxtına nail oluna bilər.
Şəkil 4.5 qapalı dövrəli sistem daxilində bağlanma üçün siqnal alınan andan klapanın işləmə
1. Klapanı bağlamaq üçün MİİK-na göndərilən
siqnal. MİİK dərhal reaksiya verir.
2. Hidravlik sistem reaksiya verir.
Sistem təzyiqində cüzi artım.
4. Əks kanalın təzyiqi sürətlə
ətraf mühit təzyiqinə enir
3. Klapan dərhal bağlanır.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Noyabr 2013-cü il
Şəkil 4.5 Qapalı dövrəli Sistemdə nümunəvi klapan bağlama və təzyiq dəyişmə
Qapalı dövrəli sistemdə əks təzyiq sistemdə artır və bu da bağlanma vaxtının ləngiməsinə
gətirib çıxarır. Bu onunla bağlıdır ki, quyudakı təzyiqin idarə olunması üçün hidravlik flüid əks
xətlə sıxılıb çıxarılır və bu da axını məhdudlaşdırır. Sistem bu təsiri ləğv etmək üçün atqı
akkumulyatorunu əhatə etdiyi halda, bu ləngimənin qarşısı tam alına bilməz. HIPPS
klapanının modelləşdirilməsi göstərdi ki, qapalı dövrəli sistem üçün 250 saniyəlik bağlanma
vaxtı ehtimal olunur. Bu, layihənin təhlükəsizlik meyarı ilə müəyyənləşdirilmiş 30 saniyəlik
maksimum reaksiya vaxtından çoxdur. 30 saniyəlik reaksiya vaxtı, təhlükəsizlik həddi ilə,
HIPPS-in 15 saniyəlik hesablanmış bağlanma vaxtını təmin edir.
Bundan əlavə, qapalı dövrəli sistemin əsas çatışmazlıqlarından biri sistemin flüidi geriyə səthə
qaytarılmasını tələb etməsidir. Dayaz suda aparılan işlər üçün bu adətən sadə bir
əməliyyatdır, lakin daha uzunmüddətli və dərin işlənmələrdə boru müqavimətinə və/və ya
əlavə hidrostatik başlığa qarşı kifayət qədər enerji əldə olunmur (su təzyiqi). Bu problemi həll
etmək üçün iki variant mövcuddur:
Buraxıcılarda yay uzunluğunun artırılması. Lakin bu tələb olunan idarəetmə sistem
təzyiqlərinin artmasına və klapanın açma vaxtlarının artmasına səbəb olur; və
Əks xətlərin diametrinin artırılması, çünki bu boru məhdudiyyətlərini azaltmağa kömək
edəcək. Bu, ŞD2 üçün variant hesab olunmur. Çünki bu, ŞD2 sualtı idarəetmə sistem
komponentlərinin ŞD Müqavilə Sahəsinə mövcud gəmi və nəqletmə marşrutlarının
istifadəsi ilə hazırlanmasını, nəql edilməsini və quraşdırılmasının icrasını qeyri-mümkün
HIPPS klapanları üçün açıq dövrəli sistemi və bütün digər klapanlar üçün qapalı dövrəli
sistemi cəlb edən hibrid sistemi variantı da araşdırıldı. Lakin bu, mümkün variant hesab
Qapalı dövrəli klapanların işləmə vaxtı açıq dövrəli HIPPS klapanları ilə müqayisədə
əhəmiyyətli dərəcədə aşağıdır. Nəticədə, bütün quyu və manifold klapanları bağlanma
siqnalını aldıqda, quyu və HIPPS arasında təzyiq artımı yaranacaq Bu, HIPPS -nin
etibarlılığına təsir edəcək və beləliklə, hibrid sistem təhlükəsizlik meyarlarına cavab
Qapalı dövrəli sistemdə olduğu kimi, əks xətlərin hazırlanması, quraşdırılması və nəql
edilməsi mümkün ola bilən variant hesab olunmur.
1. Klapanı bağlamaq üçün MİİK-na göndərilən
siqnal. MİİK dərhal reaksiya verir.
mühit təzyiqinə enir
3. Əks kanalın təzyiqinə görə gecikmədən sonra
klapan bağlanmağa başlayır.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Noyabr 2013-cü il
4.9.2.2 Etibarlılıq
Həm açıq, həm də qapalı dövrəli sistemlər etibarlı və özünü doğrultmuş texnologiya hesab
olunur. Lakin sintetik əsaslı qapalı dövrəli sistemin quyudakı təzyiqin idarə olunması üçün
hidravlik flüidləri potensial çirklənməyə, xüsusən də dəniz suyu və mikrohissəciklərə qarşı
daha həssas hesab olunur, bu isə göstəricilərin pisləşməsinə gətirib çıxarır. Açıq dövrəli
sistemin su əsaslı flüidləri həmin yolla dəniz suyunun təsirinə məruz qalmır və toplanan həcm
proporsiya şəklində flüidlərlə birlikdə çıxarılır.
4.9.2.3 Maddi-texniki təchizat və quraşdırma
Platformadan quyulara və manifoldlara bütün kimyəvi, hidravlik və elektrik təchizatını əhatə
edən sualtı kabel birləşmələri nəzarət altında istehsal olunur və atlıkarınca vasitəsilə davamlı
materiallar nəql olunur. Qapalı dövrəli sistem sualtı kabel birləşmələri daxilində həm təchizat,
həm də əks hidravlik xətlərini tələb edir və nəticədə qapalı dövrəli sistem kabel birləşmələrinin
çəkisi açıq dövrəli sistem ilə müqayisədə daha çoxdur. Kabel birləşmələrinin təkmilləşdirilməsi
üzrə mümkün olan yeganə metod kanal sistemi vasitəsidir. Buna görə də, nəqletmə gəmiləri
en və çəki üzrə məhdudiyyətlərə malikdirlər. Qapalı dövrəli sistem kabel birləşmələrinin kanal
sistemi vasitəsilə nəql edilə bilməsinin mümkünlüyü ehtimal edilmir.
4.9.2.4 Ətraf mühitlə bağlı məsələlər
Açıq sistem üçün su əsaslı təzyiqin idarə olunması üçün flüidlər aşağıdakılar nəticəsində suya
Quyuların axınlarına nəzarət etmək üçün tələb olunan klapan buraxıcılarının hərəkətləri
və ya ştuser əməliyyatları. Ştuser əməliyyatları təzyiqin idarə olunması üçün buraxılan
flüidin böyük həcmini əhatə edəcək. Normal istismar şəraitində qapalı dövrəli sistem
quyudakı təzyiqin idarə olunması üçün flüidlərin buraxılması üçün nəzərdə tutulmayıb
istiqamətləndirilmiş idarəetmə klapanından (MİİK) atılmalar – klapan və ya ştuser
buraxıcılarının hərəkətləri ilə bağlı atılmalardan əlavə atılmalar da MİİK-də daimi əsasla
yaranacaq. Hasilat sisteminin istismar tamlığını saxlamaq üçün layihə müddəti ərzində
fəaliyyəti davam etdirəcək yüksək etibarlı klapanların seçilməsinə ehtiyac var.
HIPPS təhlükəsizlik meyarlarına cavab verilməsi və karbohidrogenlərin potensial olaraq
nəzarətsiz dəniz mühitinə axıdılmasının minimuma çatdırılmasının təmin edilməsi üçün sualtı
idarəetmə sisteminin ayrılmaz hissəsidir. HIPPS üçün maksimum 30 saniyə işləmə vaxtı (o
cümlədən, təhlükəsizlik həddi) müəyyənləşdirilmişdir. Nəzərə alın ki, HIPPS-in hesablanmış
bağlanma vaxtı 15 saniyədir. Açıq və qapalı dövrəli sistemlərin təhlilində nümayiş etdirildiyi
kimi, qapalı dövrəli sistem bu meyarlara cavab verə bilmir.
4.9.2.5 Xülasə
Açıq dövrəli hidravlik idarəetmə sisteminin seçilməsinin əsas səbəbləri aşağıdakılardır:
ŞD2 üçün ona görə hidravlik sistem seçilib ki, elektrik sistemi sınaqdan keçirilməyib və
bununla da sistemin sıradan çıxması riski qəbul olunmaz dərəcədə yüksəkdir;
Qapalı dövrəli sistem sualtı hasilat sisteminin daxilində lay flüidlərinin təcrid olunması
və tutulmasının təmin olunması üçün klapanın kritik bağlanma vaxtları, yeni dəniz
platformasında dağılma və artıq təzyiq hallarının qarşısının alınması üzrə təhlükəsizlik
meyarlarına cavab vermir; və
Nəqletmə və quraşdırma ilə bağlı maddi-texniki təchizat materiallarının Xəzər dənizinə
daxil olan kanal sistemi, eləcə də Xəzər dənizində mövcud olan quraşdırma gəmiləri ilə
bağlı məhdudiyyətlərə görə qapalı sistem kabel birləşmələrini qeyri-mümkün edir.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Noyabr 2013-cü il
4.9.3 Açıq dövrəli sistemin təzyiqin idarə olunması flüidinin seçilməsi
Açıq dövrəli sistem üzrə bu qərarı dəstəkləmək məqsədilə ətraf mühitlə bağlı ən az təsirə
malik təzyiqin idarə olunması flüidin seçilməsi üçün iş aparıldı. OSPAR ölkələrində, Meksika
körfəzində və Avstraliyada qəbul olunmuş dörd namizəd flüid nəzərdən keçirildi:
Niche Products Pelagic 100; və
BK-nin normativ sisteminə və qəbul olunmuş dənizə atılma normalarına uyğun olaraq, bütün
flüidlər ətraf mühitə ən az təsir göstərən “Qızıl” kimi təsnif edilir
. Təchizatçı tərəfindən təmin
olunan flüidin tərkibinə dair məlumatlar əsasında, məhsulun tərkibinə aşağıda qeyd olunan
hər hansı komponentlərin daxil olmamasına əminlik üçün ilkin yoxlama həyata keçirildi:
Dayanıqlı; və ya
və ya xroniki təsirlər yaratmaq ehtimalı.
Bütün namizəd flüidlər ilkin yoxlama prosesini uğurla keçdi və beləliklə, toksiklik sınağının ilkin
proqramına daxil edildi. Toksiklik sınaqlarının həyata keçirilməsi üçün OSPAR yosun və
otyeyənlər cinsləri ilə birbaşa müqayisə oluna bilən Xəzər növlərindən istifadə olundu
(Cədvəl 4.1). Bütün sınaqlar OSPAR sınaqlarında olduğu kimi, həmin keyfiyyət
təminatı/keyfiyyətə nəzarət (KN) prosedurları əsasında həyata keçirildi. Sınaqların tərtibi və
icrası OSPAR sınaqlarından yalnız istifadə olunan növlərlə və Xəzər dənizi suyunun istifadəsi
ilə fərqləndi. Sınaq şəraitləri, avadanlıq və davamiyyət bütün digər hallarda OSPAR
prosedurlarına uyğun idi.
Cədvəl 4.1 Xəzər toksiklik sınağı növlərinin xülasəsi
Sınaq növləri
OSPAR ekvivalenti
Temperaturu (ºC)
aquae dulcis
Acartia tonsa
Chaetoceros
tenuissimus
Skeletonema costatum
Nəticələrin etibarlılığını təmin etmək üçün üç ayrıca hal üzrə dörd namizəd məhsul sınaqdan
keçirildi. Bu nəticələr Cədvəl 4.2-də xülasə şəklində təqdim olunur.
Təhlükə əmsalları 6 kateqoriyadan 1-nə aid edilir, “QIZIL” ən aşağı (az) təhlükə kateqoriyasıdır.
OSPAR ekotoksiklik sınaq prosedurunun təsviri üçün Fəsil 2-yə istinad edin
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Noyabr 2013-cü il
Cədvəl 4.2 Toksiklik sınağının nəticələri
Zooplankton 48saat ÖK50
Fitoplankton 72 saat EK50
HW760R 5,244 5,943 6,306 5,831
1. ÖK50 – “Ölümcül Konsentrasiya 50” müəyyənləşdirilmiş müddət ərzində sınaqdan keçirilən orqanizmlərin 50 %-nin
ölümünə səbəb olmaq üçün maddənin hesablanmış konsentrasiyasıdır.
2. EK50 – “Effektiv Konsentrasiya 50” maddənin elə bir konsentrasiyasıdır ki, o müddət ərzində sınaqdan keçirilən
orqanizmlərin yarısına müəyyənləşdirilmiş qeyri-ölümcül təsir göstərir. Ölçülən təsirlərə əsasən hasil olan cavan
orqanizmlərin sayı, çoxalma müddəti və s. daxildir.
Cədvəl 4.2 HC10 və HT2 məhsullarının eyni dərəcədə, və uyğun olaraq, aşağı toksikliyə
malik olmasını göstərir. Toksiklik sınaqlarının nəticələrinə və məhsulun texniki göstəricilərinə
əsasən, HC10 ŞD2 sualtı idarəetmə sistemi üçün təzyiqin idarə olunması flüidi kimi seçildi.
Toksiklik sınaqlarının nəticələrindən ekotoksikoloji risk qiymətləndirməsinin həyata keçirilməsi
üçün istifadə olunub. Riskin qiymətləndirilməsi prosesinin ilkin mərhələsi təzyiqin idarə
olunması flüidinin təsirə məruz olmayan konsentrasiyasını müəyyən etmək idi.
Seçilmiş flüid üçün təsirsiz konsentrasiya təhlükəsizlik əmsallarının toksiklik sınağının
nəticələrinə tətbiq edilməsi ilə hesablandı. Davamlı MİİK atqıları üçün 100 əmsalından istifadə
olundu. Aralıq klapanlardan çıxan atqılar üçün sınağın davamiyyəti nisbətində hadisələrin
qısa davamiyyətini (maksimum 45 saniyə) əks etdirmək üçün 10 təhlükəsizlik əmsalından
istifadə olundu. Bu təhlükəsizlik əmsallarının tətbiqi bioloji zərərə yol verməmək üçün tələb
olunan flüidin durulaşdırılması dərəcəsinin hesablanması üçün əsas təmin etdi.
Ekotoksikoloji risklərin qiymətləndirilməsini dəstəkləmək üçün təzyiqin idarə olunması üçün
flüidin atılması ssenariləri təyin edildi və flüidin yayılması modelləşdirildi. Buraya həm davamlı
atqılar (MİİK-lərdən), həm də aralıq atqılar (fontan armaturu və manifold klapanları işlək olan
hallarda) daxil idi. Modelləşdirmənin nəticəsi təsirsiz həll edilmədə xətti ölçü və “axınlar”ın
həcmi kimi göstərildi.
Ekotoksikoloji riskin qiymətləndirilməsi nümayiş etdirdi ki:
MİİK atqıları üçün (bir fontan armaturu və ya manifold üzrə bütün MİİK-ləri daxil edən),
axınlar qrafiki olaraq görünmək üçün çox kiçik idi və maksimal həcm təxminən 5m3 idi.
Bu, bir metrdən bir az artıq radiusa bərabərdir. Qiymətləndirmə daimi təsirə məruz
qalma mülahizəsinə əsaslanıb. Axının kiçik ölçüsü və sızma daxilində konsentrasiya
qradiyentinin olması o deməkdir ki, təcrübədə potensial təsirin radiusu atqı nöqtəsindən
bir metrdən az məsafədə olacaq.
Buraxıcı klapanlardan çıxan maksimal axının həcmi 84m3 oldu. Təsirsiz səviyyədən
yuxarıda olan konsentrasiyalarda maksimal axın davamlılığı isə təxminən 18 dəqiqə idi.
Qısamüddətli toksiklik sınaqları (0,5 saat) göstərdi ki, bu davamlılıq və təsirə məruz
qalma müddəti üçün toksiklik standart sınaq müddətlərindən (48-72 saat) 4-5 dəfə az
olmuşdur. Beləliklə, maksimal həcmin daha real təxmini qiyməti orta hesabla 20 m
Bu nəticələr əsasında riskin qiymətləndirilməsi göstərdi ki, su əsaslı təzyiqin idarə olunması
flüid atqısı atqı sahələrindən çox kiçik məsafə daxilində ətraf mühitə minimal təsir göstərə
bilər (MİİK-lər və buraxıcı klapanlar).
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Noyabr 2013-cü il
Quyunun sınaqdan keçirilməsi quyunun icra xüsusiyyətlərinin qiymətləndirilməsi məqsədilə
yerinə yetirilir və yalnız layihə üçün zəruri olduğu müəyyən edildiyi təqdirdə, nəzərdən keçirilir.
Quyunun sınaqdan keçirilməsinin müddəti quyudakı qum qatlarının bir-biri ilə necə bağlı
olmasından asılı olacaq. Qazma məhlulu “şlamlarının” və perforasiya nəticəsində yaranan
qırıntıların kənarlaşdırılması məqsədilə ilk növbədə ilkin təmizləmə axın müddəti təmin
olunacaq. Ondan sonra quyuda müxtəlif klapanlar vasitəsilə və müxtəlif sürətlərlə bir müddət
sabit axın təmin olunacaq. Daha sonra isə təzyiqin bərpa olunması məqsədilə quyu
dayandırılacaq. Təzyiqin bərpası (TB) üçün tələb olunan vaxt, kollektordakı qum qatlarının bir-
biri ilə nə dərəcədə yaxşı bağlı olmasını nümayiş etdirəcək və “qırılma xassəsinin” kollektorun
xassələrinə nə dərəcədə təsir etməsi barədə məlumat təmin edəcək.
Kollektorun xassələri və stabilliyi barədə məlumatların əldə olunmasına əlavə olaraq, parafinin
formalaşdırdığı temperaturların tədqiqi üçün flüidlərin nümunələri götürüləcək. Bu, potensial
olaraq sualtı avadanlığın layihələndirilməsinə təsir edəcək.
Quyunun sınaqdan keçirilməsi müddətinin əsas hissəsi TB ilə bağlıdır. Lakin hər bir TB
müddətindən sonra lay flüidlərinin yandırılması həyata keçiriləcək. Yandırılmaya alternativ
olan variantlar məqsədəuyğun hesab olunmur, çünki lay flüidləri əsasən qaz formasında
olacaq. Buna görə də, yandırılma lay flüidlərinin kənarlaşdırılması üçün texniki cəhətdən ən
praktiki və təhlükəsiz metoddur.
BP şirkəti qlobal olaraq yandırılan qaz emissiyalarının minimuma qədər azaldılması barədə
öhdəlik daşıyır. Bu öhdəlik ŞD2 Layihəsi üzrə quyunun planlaşdırılması zamanı nəzərə
alınmışdır. Quyunun sınaqdan keçirilməsi, Şəkil 4.6-də göstərildiyi kimi, Quyunun Sınaqdan
Keçirilməsi üzrə Zəmanət Prosesinə uyğun olaraq həyata keçiriləcək.
Quyunun Sınaqdan Keçirilməsi üzrə Zəmanət Prosesi yandırılan qazların havaya
buraxılmasının minimuma qədər azaldılması və eyni zamanda, quyunun sınaqdan keçirilməsi
barədə məlumatların maksimuma qədər artırılması məqsədilə dörd əsas mərhələdən
ibarətdir. BP şirkəti quyunun sınaqdan keçirilməsi prosesi zamanı havaya buraxılan
emissiyalar üzrə hədəflər müəyyən etmişdir. Əgər hər hansı sınaq zamanı bu hədəflərdən
kənara çıxılaraq daha çox emissiyaların atılması planlaşdırılarsa, Ekspert Məsləhət Qrupu
tərəfindən ciddi bir baxış keçirilməsinin təmin olunması üçün təsdiq prosesi aparılmalıdır ki,
hədəfləri aşan atqıların əsaslandırılması araşdırılsın. Quyunun Sınaqdan Keçirilməsi üzrə
Zəmanət Prosesinin məqsədi quyunun sınaqdan keçirilməsinin planlaşdırılmasına, səmərəli
şəkildə yerinə yetirilməsinə və emissiyaların minimuma qədər azaldılmasına təminat
Keyfiyyətə idarə olunması
Keyfiyyətin idarə olunması KEYFİYYƏT SİYASƏTİ Keyfiyyət sahəsində siyasət müxtəlif telekommunikasiya xidmətlərinin yerinə yetirilməsi qayda və keyfiyyətinə qoyulan tələbləri tənzimləyən beynəlxalq (ISO 9001:2008) və milli standartların norma və qaydalarının şərtsiz icrasına əsaslanır. Biz hər bir müştərinin arzu və istəklərini, maliyyə imkanlarını nəzərə alaraq, keyfiyyət sahəsində öz xidmətlərimizdə aşağıdakı öhdəlikləri üzərimizə götürürük: müştərilərin maksimum məmnunluğunu təmin etmək; məhsulun çeşidlərini və keyfiyyətini, müştərilərin ehtiyac və istəklərini Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri əsasında həyata keçirmək; sistemin daimi təkmilləşdirlməsini təmin etmək məqsədilə rəhbərlik tərəfindən təhlillərin aparılması; daima müştəri tələbatını yaxşı öyrənmək və bu tələbata uyğun səmərəli fikir və işlərlə rəqiblərdən əvvəl bazara çıxmaq; siyasətimizin təşkilatın bütün səviyyələrində çatdırılması və başa düşülməsini təmin etmək; işçilərin daimi inkişafı və biliklərinin təkmilləşməsini, fəaliyyətimizin operativliyini və effektivliyini təmin edib artırmaq məqsədilə vaxtaşırı tədrislərin təşkil edilməsi; istehsal göstəricilərimizi zamanın tələblərinə uyğun yüksəltmək və inkişaf etdirmək; innovasiya və informasiya kommunikasiya texnologiyalarının tətbiqi sahəsində lider təşkilata çevrilmək.
Комментарии 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 9 февраля в 08:27
İlməkçinin vəzifə təlimatları kimdə varsa at bilər zəhmət olmasa
добавлена 4 февраля в 11:25
TikTok’ta SƏTƏM GROUP (@hse_support) |750 Beğeni.835 Takipçi.təhlükəsizliyini fikirləş, təhlükəsiz işlə.SƏTƏM GROUP (@hse_support) adlı kullanıcıdan en yeni videoyu izleyin.
добавлена 9 апреля 2022 в 19:44
Salam, keyfiyyətə nəzarət üzrə mütəxəssisin peşə təlimatı ve ya buna oxşar bir təlimati tapmaqda kömək ede bilersiz ?
Keyfiyyətə idarə olunması
İşində mükəmməlliyi sevən birisi olaraq bu sual daim məni düşündürmüşdür. Keyfiyyət nədir? Keyfiyyətin meyarları nələrdir? Ümumilikdə keyfiyyəti necə idarə etmək olar?
Zənnimcə, keyfiyyəti müəyyən etmək işin ən rəngarəng hissəsidir. Bundan sonrakı mərhələlər şablon və öncədən müəyyən edilmiş qaydalar olsa da, məhz bu mərhələdə layihənin tələbləri və şəxsi keyfiyyətləriniz rol oynayır. Keyfiyyət meyarını niyə müəyyən etməliyik? Keyfiyyət meyarı layihənin tələblərini anlamaq, layiqincə yerinə yetirmək üçün müəyyən olunur. Beləliklə, siz layihənizin inkişafına nəzarət edə bilərsiz və baş verə biləcək istənilən dəyişikliyi analiz edir, layihənizin tələblərinə uyğun olaraq həyata keçirirsiniz.
- Layihənin öncədən müəyyən edilən tələblərinə sadiq qalın.
Bu mərhələni ixtisas.az layihəsindən misal gətirərək izah edəcəm. Getdik!
İxtisas.az layihəsinin məqsədi nədir? -Abituriyentlərin ixtisas seçimində bələdçilik etmək. Bəli! O zaman bu layihənin ilkin tələbi budur: abituriyentlərin sağlam ixtisas seçimi etməsi üçün gərəkli informasiyanı, şəxsləri, tədbirləri və s. bir portalda toplamaq. Oxuduğumuzda çox sadə, asan səslənir, amma tələbin onlarla keyfiyyət meyarı var. Hal-hazırda ixtisas.az layihəsi ilkin tələblərinə sadiq qalaraq onların öhdəsindən layiqincə gəlib və sürətlə inkişaf edir.
Fikrimcə, layihənin ilkin tələbləri dəyişilməzdir, amma burada belə bir sual yaranır. Bəs layihəni inkişaf etdirməyək? Dəyişikliklər etməyək? Əlbəttə, edin. Analiz qabiliyyətiniz yüksək olmalıdır. Əgər həmin dəyişikliklər sizin ilkin tələblərinizi və işinizi ləngidəcəksə, bu riskə getməyə dəyməz. Bu mərhələni sizə belə izah edə bilərəm: Düşünün ki, bir qabınız var və siz ona bir maddə (bərk, maye, qaz) qoymalısınız. İlkin olaraq maddənin həcmini və xüsusiyyətlərini müəyyən etməlisiniz. Sonra isə həmin maddəyə əsasən qabın həcmini, materialını müəyyən etməlisiniz. Bununla yanaşı həm mövcud vaxtınızı, həm də bu qabı hazırlamaq potensialınızı nəzərə almalısınız (potensial dedikdə sizin maddi imkanlarınızı, həm də təcrübənizi nəzərdə tuturam). Burada maddə olaraq layihənizdəki dəyişikliyi, qab olaraq isə layihənizi, komandanızı düşünmək olar. İnkişaf və ya dəyişiklik etməzdən əvvəl buna hər cəhətdən hazır olmalısınız. Bu mənim üçün qızıl qaydadır.
- Keyfiyyətə nəzarət edin (monitorinq).
Bu işin şablon hissəsidir və demək olar, bütün layihələrdə eyni cür davam edir, amma edilən ortaq səhv var. Keyfiyyətə nəzarət dedikdə əksər layihə menecerləri məhsulun hazırlanma mərhələsinə, məhsulun tələblərinə diqqət yetirir, amma komandada yoxlamalar aparmır. Layihənin qüsurlarını tapmaq üçün keyfiyyət meyarlarına əsasən yoxlamalar lazımdırsa, eyni şəkildə komandanın narazı qaldığı məqamları və tələbatlarını müəyyən etmək üçün yoxlamalar lazımdır. Komanda keyfiyyətə təsir edən amillərdən biridir. Bu prosesi asanlaşdırmaq üçün komandanızla ciddi, səmimi və mehriban münasibət yaradın.
- Layihə gedişatını, prosesləri izləyin.
Bunu etməyin ən asan yolu layihə planlamanıza daim müraciət etməkdir. Proseslərə və gedişata əsasən layihə planlamanıza əlavələr edin, yeniləyin. Bu, layihəni ümumi analiz etməyinizə, prosesləri izləyib, layihənin gedişatına yaxşı və ya pis təsir edəcək məqamları asanlıqla müəyyən etməyinizə kömək olacaqdır.
- Öyrənilən dərslər (lessons learned)
Layihədə etdiyiniz səhvlərdən qaçmayın. Əksinə özünüzə qarşı dürüst olun. Məsləhətim budur ki, layihənizi qiymətləndirməsi üçün təcrübəsinə güvəndiyiniz bir şəxslə müzakirə edin. Beləliklə, layihələrinizi daha sağlam, obyektiv qiymətləndirə bilərsiniz. Lakin bu işin ən önəmli detalı bütün prosesləri və qiymətləndirmələri sənədləşdirməyinizdir. Özünüzə məlumat bazası, kitabxana yaratdığınızı düşünün, bu sizi daha da həvəsləndirəcəkdir. Beləliklə, bu öyrəndiklərini növbəti layihələrdə asanlıqla tətbiq edə bilərsiniz.
Bu məqalə fikirlərimə, öyrəndiklərimə və təcrübələrimə əsasən yazılmışdır.
Hörmətlə,
Yusif Xəlilov
Comments are closed, but trackbacks and pingbacks are open.