Keyfiyyətin idarə edilməsinin xüsusi prinsipləri
Çəki parametrlərini ortatarazlaşmış həndəsi göstərici üçün aşağıdakı düsturla hesablayırlar:
Keyfiyyətə idare olunması
Təcrübə Proqramları 1 il əvvəl 1,884 0
“Araz Supermarket” MMC “Keyfiyyətin idarə olunması” şöbəsinə təcrübə proqramını açıq elan edir. Tələblər nədir? – Ali Təhsil (kimya mühəndisliyi, qida mühəndisliyi və bu kimi əlaqədar ixtisaslar üzrə) – Yeni bilik və bacarıqlar öyrənmək istəyi – Yüksək ünsiyyət qabiliyyəti – İngilis dili biliyi (min B1 səviyyə) Proqram son kurs bakalavr tələbələri və ya magistr dərəcəsində təhsilini davam etdirənlər, həmçinin universitetdən son 2 ildə məzun olan şəxslər üçün nəzərdə tutulur. Qeyd edək ki, təcrübə proqramı 3 aylıqdır, rəsmi və ödənişlidir. Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəlikləriniuğurla başa vurangənclər, davamlı işlə təmin oluna bilərlər. Təcrübə proqramına müraciət etmək istəyən namizədlər CV-ləri [email protected] ünvanına “Təcrübə proqramı- Keyfiyyətin idarə olunması” başlığı altında yönəldə bilərlər, qeyd olunan başlıq altında göndərilməyən CV-lərə baxılmayacaq. Son müraciət tarixi: 15.03.2022 __________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
Gənclərin Xəritəsi
TELEGRAM: Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
Keyfiyyətin idarə edilməsinin xüsusi prinsipləri
Qeyd etmək lazımdır ki, müəssisənin idarə olunmasını aparan orqanı yüksək əsası olan ümumi Kİ yarımsistemlərini bütün başqa yarımsistemləri ilə birgə və qarşılıqlı əlaqədə müzakirə etmək lazımdır. Bazarın müasir tələblərini nəzərə alaraq, çatdırılma şəraitindən asılı olmayaraq, bütün növ məhsullardan hər biri üçün Kİ-nı təkmilləşmiş istehsal sistemində icra etmək məqsədəuyğundur.
- sifir – yüksək sahibkarlıq yönlü təşkilati-məqsədli;
- birinci – yüksək təşkilati-məqsədli icraedici (yüksək idarəetmə hissəsi);
- ikinci – koordinasiya nəzarətli icraedici (orta idarəetmə hissəsi);
- üçüncü – texniki əməliyyat icraedici (idarəetmənin aşağı icra hissəsi).
Prinsiplərdən hər hansı birinin reallaşdırılması, keyfıyyətin yüksəlməsinə və təmin edilməsinə dair idarəetmədə kifayət qədər bilik və peşəkar bacarıq olmadan mümkün deyil. Bu, öyrədilmənin kütləvi, arasıkəsilməz və sistematik hazırlığını, eyni zamanda istehsalçıların, eləcə də istehlakçıların ixtisasının yüksəlməsini tələb edir.
Sistemli Kİ prinsiplərinin reallaşdırılması keyfıyyət sahəsində fəallığın müəssisədə yüksəlməsinə zəmin yaradır və məhsulun istehsalatda iş fəaliyyəti ilə bağlı sıx qarşılıqlı hərəkət və qarşılıqlı əlaqə ehtimal edən, daha yüksək rəqabətaparma bacarığını təmin edir. Keyfıyyətin yüksəlməsində fəallıq dövrəsi istehsalatda iş fəallığını müntəzəm surətdə qabaqcadan müəyyən edir və qabaqlayır. Keyfiyyətin yüksəlməsinin fəallıq dövrələrini idarəetmənin bütün mərhələlərində müəyyən məqsədə yönəlmiş qaydaya salmaq lazımdır.
Bununla bağlı obyektiv olaraq tək müəssisənin yox, idarəetmənin bütün iyerarxiya strukturlarında göstərilən dərəcələrdə yüksək dərəcəli Kİ-na ehtiyac əmələ gəlir:
- sahələrarasi federal (sahələrarası federal Kİ sistemində);
- müəyyən sahəyə aid olan federal (müəyyən sahəyə aid olan federal Kİ sistemlərində);
- sahələrarasi federasiya subyektlərində (Kİ sistemlərində federasiya subyektlərində);
- müəyyən sahəyə aid olan federasiya subyektlərində (Kİ müəyyən sahəyə aid olan federal subyektlərində);
- ərazi (Kİ şəhər və rayon sistemlərində);
- müəssisələrin birliklərində (birliklərin Kİ sistemlərində);
- müəssisələrdə (müəssisələrin Kİ sistemlərində);
- sexlərdə və şöbələrdə (sexlərin, şöbələrin Kİ sistemlərində).
Məhsulun Kİ onun həyat dövrünün bütün mərhələlərində və iyerarxiya səviyyəsində sisteminin müəyyən dərəcəsinin bütün strukturlarla birinci növbədə xammalın, materialların və komplektləşən məmulatların təchizatı ilə ticarət, nəqliyyat, xidmət və başqa təşkilatlarla qarşılıqlı əlaqəsinin vacibliyini şərtləndirir.
Bununla belə, əsasən konkret məhsulun həyat dövrünü təmin edən təşkilatlarla qarşılıqlı əlaqəsini müəssisələrin Kİ əlaqələndirici sistemləri əsasında həyata keçirmək məqsədə uyğundur, yəni Kİ interqrativ ola bilər.
Kİ-da keyfiyyətə görə bütün ümumi, kollektiv və fərdi məsuliyyəti birgə əlaqələndirmək məqsədə uyğundur, ancaq buna baxmayaraq böyük məsuliyyəti idarəetmənin yüksək əsası daşıyır.
Müəssisənin məqsədli idarəetmə sistemlərində, o cümlədən kompleks sistemlərdə istər məqsədli iqtisadiyyat, istərsə də bazar şəraitində mühüm amillərdən biri Kİ əhəmiyyətli lahiyələndirilməsidir. Bütün məqsəd, siyasət və öhdəliklər onların icrasına dair tədbirlər müəyyən plan müddətində bazar şəraitini nəzərə almaqla reallaşmalıdır və plan xüsusiyyətini daşıyan müvafiq sənədlərdə əksini tapmalıdır. Planlaşdırma tez uyğunlaşan, operativ olmalıdır və konkretləşmənin effektiv əsasında və kompleks sistemin məqsədlərinə çatmasına xidmət etməlidir.
Kompleks sistemi qurduqda həmçinin, minimal xərclərlə lahiyələndirmənin mümkünlüyünü təmin edən modul prinsipini istifadə etmək məqsədə uyğundur. Bununla yanaşı, əsaslandırılmış hallarda layihələndirmənin dünya praktikasında daha çox istifadə olunan yeddi sistem, yeddi element və s. işlədilməsinə səbəb olan “yeddi prinsipini” tətbiq etmək lazımdır (məşhur yeddi dəfə ölç, həftənin yeddi günü kimi).
- niyə (hər bir halda məqsədi bilmək);
- nə (idarəetmənin konkret obyektini bilmək lazımdır);
- kim (idarənin subyektini göstərmək lazımdır);
- harada (idarə təsirinin dəqiq əlavə edilmə yerini bilmək lazımdır);
- nə vaxt (idarə təsirinin başlanğıcənı və onun sonunu bilmək lazımdır);
- nə ilə (hansı vasitələrlə, ehtiyatlarla obyektə təsir etmək lazım olduğunu nəzərə almaq lazımdır);
- necə (obyekti idarə edən idarənin qaydasını, texnologiyasını bilmək lazımdır).
Keyfıyyətin səviyyəsinin kompleks qiymətləndirilməsi keyfiyyətin kompleks (ümumiləşdirici) göstəricisinin istifadəsini nəzərdə tutur. Bu metod o vaxt tətbiq olunur ki, mürəkkəb məmulatın TS-sini ancaq bir göstərici ilə qiymətləndirmək məqsədəuyğun olsun. Ayrı-ayrı göstəricilərin bir kompleks göstəricidə birləşdirilməsi zərurəti ancaq təcrübi əhəmiyyət kəsb edir. Ümumiləşmiş göstərici eyni qrup xassələri xarakterizə edən ayrı-ayrı göstəricilərdən ibarətdir. Belə göstəricilər qrupuna, məsələn, etibarlılıq, estetiklik, təhlükəsizlik və s. aid edilir.
- məmulatın əsas təyinatını əks etdirən ən əhəmiyyətli başlıca bir xassəsi;
- orta tarazlaşmış kompleks göstərici;
- keyfıyyətin inteqral göstəricisi.
1. Dəyişən parametrlərə həssaslıq – kompleks keyfıyyət göstəricisi hər bir keyfıyyət göstəricisinin dəyişməsinə dərhal reaksiya verməlidir. Kompleks göstərici bütün göstəricilərin qiymətlərinin funksiyasıdır və onun həssaslığı bu funksiyanın birinci törəməsi ilə təyin olunur. Göstəricilərdən birinin qiyməti buraxılan həddi aşdığı halda kompleks göstəricinin qiyməti xüsusən həssas olmalıdır. Bu halda kompleks göstərici özünün ədədi qiymətini əhəmiyyətli dərəcədə dəyişməlidir.
2. Normalaşdırılmaq – kompleks göstəricinin ədədi qiyməti keyfıyyətin nisbi göstəricilərinin ən böyük və ən kiçik qiymətləri ilə məhdudlaşdırılır. Bu tələb kompleks göstəricinin ölçü şkalasının hədlərinin normalaşdırılması zərurətini müəyyən edir.
3. Müqayisəlik – keyfiyyətin kompleks qiymətləndirilməsi nəticələrinin eyni metodla hesablanması təmin edilməli, ayrıca göstəricilər isə ölçüsüz kəmiyyətlərlə ifadə edilməlidir.
Natural ölçülərin ölçüsüz qiymətlərə keçməsi xüsusi çevrilmələr vasitəsilə aparılır. Məsələn, çox vaxt belə xətti asılılıq istifadə olunur:
burada, q – göstəricinin ölçüsüz vahidlərlə (bal və ya hissə) qiyməti;
P – göstəricilərin natural vahidlərlə qiyməti;
k – çevrilmə əmsalıdır.
burada, qy və qa, Py və Pa – göstəricilərin ölçüsüz və natural vahidlərlə qiymətlərinin uyğun olaraq yuxarı və aşağı həddləridir. Çox vaxt q=1,10 və s., qa=0 qəbul edilir.
Xətti asılılığın istifadə edilməsi natural ölçü vahidi ilə ifadə olunmuş ayrıca göstəricinin ölçüsüz göstəriciyə çevrilməsini sadələşdirir. Lakin bəzi hallarda qeyri-xətti funksional asılılıq q=f(P) qəbul etmək zərurəti yaranır. Belə asılılığın düsturunda P göstəricisinin dəyişməsi eksperimentlər və ya müşahidələr əsasında müəyyən edilir.
Kompleks metodla keyfiyyətin səviyyəsi qiymətləndirilən məmulatın ümumiləşmiş göstəricisinin Qüm baza nümunəsinin ümumiləşmiş göstəricisinə Qb nisbəti ilə təyin olunur:
Maşınların TS kompleks qiymətləndirilməsini ortaçəkili göstəricilər üzrə apardıqda keyfiyyətin əsas ümumiləşmiş göstəricisini və ilkin göstəricilərdən funksional asılılığını müəyyən etmək çətin olduğu hallarda istifadə edirlər. Adətən orta ədədi və orta həndəsi keyfiyyət göstəricisi istifadə olunur.
Ortatarazlaşmış ədədi keyfiyyət göstəricisi bu düsturla hesablanır:
Ortatarazlaşmış həndəsi keyfiyyət göstəricisi isə aşağıdakı düsturla hesablanır:
Burada, Pi – məhsulun keyfiyyətinin i-ci göstəricisinin qiyməti; Ki – xüsusi i-ci keyfiyyət göstəricisi; m0 – orta ədəd çəkiyə daxil olan i-ci göstəricinin çəki parametri; mv – orta həndəsi çəkiyə daxil olan i-ci göstəricinin parametri; n – məhsulun keyfiyyət göstəricilərinin sayıdır.
Beləliklə, sənaye təyinatlı maşın və məmulatın keyfiyyət səviyyəsi Yk və ya texniki səviyyəsi (TS) Yi düsturundan istifadə edilməklə aşağıdakı kimi ifadə oluna bilər:
Çəki parametrləri (əmsalları) ölçülü və ya ölçüsüz kəmiyyətlər ola bilər. Bütün parametrlərin çəkisinin vahidə bərabərliyi şərtinin qəbul edildiyi halda
parametrləri çəki əmsalları adlandırılır. Ortaçəkili parametrlərin düsturları və parametrlərin (əmsalların) qiymətləri elə seçilməlidir ki, onlar keyfiyyətin qiymətləndirilməsi və onun idarə olunmasının məqsədlərini daha dolğun ifadə etsinlər. Bu zaman parametrlərin adekvatlıq şərti yerinə yetirilməlidir.
- parametrik və qiymətlər əsasında reqressiya asılılıqları metodu;
- həddi və nominal qiymətlər metodu;
- ekvivalent nisbətlər metodu;
- ekspert metodu.
Çəki əmsallarını təyin etmək üçün bir neçə eyni tipli məmulatın keyfıyyət göstəriciləri istifadə edilir. Əgər tədqiq olunan məmulatların sayı seçilən keyfıyyət göstəricilərinin sayına bərabər və ya ondan çoxdursa, onda çəki əmsallarının ədədi qiymətlərini təyin etmək üçün keyfıyyətin parametrik göstəricilərinin reqressiya təhlili metodu istifadə olunur. Bu vaxt ümumiləşmiş göstəricinin müvafıq miqdarda məmulat üçün seçilmiş göstəricilərdən asılılığı əvvəlcə təxmini (xətti) asılılıqla yazılır. Bu asılılıqlar tənliklər sistemini təşkil edir:
burada, kj – j-ci məhsul nümunəsinin ümumiləşmiş göstəricisinin qiyməti ( ); n – məhsul nümunələri göstəricilərinin sayı; P – j-ci məhsul nümunəsinin i-ci keyfiyyət göstəricilərinin qiyməti (i=1,2. n); ai – i-ci keyfiyyət göstəricisinin çəki əmsalı; r – məhsul nümunələrinin sayıdır.
- Çəki parametrlərinin (əmsallarınm) dəyər – reqressiya asılılığına görə təyini metodu məhsulun yaradılması və istismarı (və ya ona uyğun göstəricilərin) xərcləri və ilkin keyfıyyət göstəriciləri arasında asılılığın qurulmasına əsaslanır. Bu metod iki şərtdə istifadə olunur:
b) dəyər asılılığına daxil olan keyfiyyət göstəriciləri çoxsaylı deyildir.
Əgər bir neçə keyfiyyət göstəricilərindən dəyər asılılığı məlumdursa və bu asılılıq, məsələn, belə ifadə olunursa,
Onda çəki parametrləri (əmsalları) mj reqressiya əmsallarına aj uyğundur. Bu düsturda aşağıdakı işarələr qəbul edilmişdir:
C1 və Cb – uyğun olaraq qiymətləndirilən məhsul və baza nümunəsinin dəyəri (topdansatış qiymət);
Pl və Pb – uyğun olaraq qiymətləndirilən məhsul və baza nümunəsinin keyfiyyət göstəriciləri;
ai – ən kiçik kvadratlar metodu ilə təyin edilmiş aproksimasiya parametrləri (əmsalları);
n – məhsulun keyfiyyət göstəricilərinin sayıdır.
- Həddi və nominal qiymətlər metodu – məhsulun keyfiyyət göstəricilərinin məlum buraxılan həddi qiymətlərinin istifadəsinə əsaslanır. Bunlar məmulatın verilmiş keyfiyyət kateqoriyasına uyğunluğuna və ya yararlı məhsula qoyulan tələbləri müəyyən edir.
Çəki parametrlərini ortatarazlaşmış həndəsi göstərici üçün aşağıdakı düsturla hesablayırlar:
Bu düsturlarda Pn – Pi göstəricisinin nominal qiyməti; Ph – Pi göstəricisinin həddi qiymətidir.
- Ekvivalent nisbətlər metodu. Məhsulun keyfiyyət göstəricilərinin çəki parametrlərinin (əmsallarının) təyin edilməsinin bu metodu məhsulun miqdarının nisbi dəyişməsinin uyğun keyfiyyət göstəricisinin nisbi dəyişməsinə ekvivalentliyi məlum olduqda (məhsulun istifadə olunmasının ümumi effektinin dəyişməzliyi şərti ilə) tətbiq olunur. Başqa sözlə, bilmək lazımdır ki, buraxılan məhsulun miqdarını neçə faiz azaltmaq olar ki, verilmiş keyfiyyət göstəricisini 1% dəyişməklə məhsul olan qoyulan əvvəlki tələbatı ödəyə bilsin. Ekvivalent nisbətlər metodu ilə təyin olunan çəki parametrləri belə hesablanır:
Eyni tip və növdən olan məmulatlar üçün bu və ya digər metodla keyfiyyət göstəricilərinin çəki əmsalları adətən müvafiq sahə normativ-texniki sənədlərdə (çoc vaxt sahə standartlarında) verilir.
Əgər sahə standartlarında əks olunan keyfiyyət göstəricilərinin miqdarı qiymətləndirilən məmulatın keyfiyyət göstəricilərinin miqdarı ilə uyğun gəlmirsə (həmçinin analoqun), onda çəki əmsalları yenidən hesablanır. Ayrıca göstəricilər və ya keyfiyyət göstəriciləri qrupu standartlardakından az olduqda çəki əmsalları belə hesablanır:
burada, – i-göstəricisinin çəki əmsalının qiyməti;
ai – i-göstəricisinin standart üzrə çəki əmsalının qiyməti;
– uyğun göstəricilərin çəki əmsallarının cəmi;
– standartda olmayan göstəricilərin sayıdır.
Keyfiyyət göstəricilərinin sayı standartlardakından çox olduqda, çəki əmsallarının yenidən hesablanması belə aparılır:
burada, – əlavə keyfiyyət göstəricilərinin sayı; – əlavə keyfiyyət göstəricilərinin çəki əmsallarının cəm qiymətidir.
II FƏSİL. TİKİŞ SƏNAYESİNDƏ KEYFİYYƏTİN İDARƏ EDİLMƏSİNİN İQTİSADİ VƏ TEXNOLOJİ METODLARI
2.1. Keyfiyyətin idarə edilməsinin iqtisadi və texnoloji metodları
Keyfiyyət sahəsində qarşıya qoyulan məqsədə nail olmaq üçün idarəçilik fəaliyyəti, idarə olunan obyektə təsirin üsul və qaydaları keyfıyyətin idarə edilməsinin (Kİ) metodlarını təşkil edir. Praktikada Kİ-nin iqtisadi, təşkilatı-tapşırma (inzibati) və sosial-psixoloji metodlar ı geniş tətbiq olunur. Onlar müxtəlif əlamətlərə görə təsnifatlaşdırılır (cədvəl 2.1).
Keyfiyyətin idarə edilməsi metodlarının təsnifatı
Təsnifat əlaməti | Keyfiyyətin idarə edilməsi metodları | ||
Təşkilati-tapşırma | iqtisadi | Sosial-psixoloji | |
Tətbiq üçün əsas | Keyfiyyətə qoyulan tələblərə əməl olunması zərurəti və keyfiyyət üçün məsuliyyətin mövcudluğu | Maddi maraq | Mənəvi maraq |
Təsirin xarakteri | Birbaşa | Dolayı | Dolayı |
Əsas idarəetmə vasitəsi | Təşkilatı (reqlamentləşdirmə, standartlaşdırma və s.) | İqtisadi (əmək haqqı, qiymət və s.) | Sosial (şəxsiyyətin xüsusiyyətləri, statusu; işçilərin maraqlarının ümumiliyi və s.) |
Metodun seçilməsi üçün əsas | Təşkilati təhlil | Texniki-iqtisadi təhlil | Sosial-psixoloji tədqiqat |
Metodun seçilməsində məhdudiyyətlər | Keyfiyyət sahəsində tələblərə və hüquqi normalara uyğunluq | İqtisadi qanunlara, keyfiyyət səviyyəsində və normativlərə uyğunluq | Mənəvi-etik normalara, qaydalara və tələblərə uyğunluq |
Qeyd etmək lazımdır ki, texnoloji metodlar da keyfıyyətin həm idarə edilməsində, həm də təmin olunmasında tətbiq edilir.
Yuxarıda göstərilənlərlə yanaşı, Kİ-nin bir neçə digər metodları da vardır ki, onlardan texnoloji və ekspert metodları geniş yayılmışdır. Bu metod keyfıyyətin təmin olunması və idarə edilməsində daha çox istifadə olunur.
Keyfiyyətin idarə edilməsinin iqtisadi metodları. Kİ-nin iqtisadi metodları müəssisə və təşkilatların işçilərini və kollektivlərini keyfıyyətin daim yüksəldilməsinə, onun zəruri səviyyəsinin təmin edilməsinə həvəsləndirən iqtisadi şəraitin yaradılması ilə reallaşdırılır.
- Kİ sahəsində fəaliyyətin maliyyələşdirilməsi (Kİ sahəsində yeniliklərin, yeni və modernləşdirilmiş məhsul növlərinin işlənməsi üçün kreditlərin verilməsi; borcların verilməsi, qiymətin müəyyənləşdirilməsi, kalkulyasiya, xərclərin və nəticələrin tutuşdurulması);
- Kİ sisteminin bölmələrində təsərrüfat hesabı;
- istehsalın iqtisadi stimullaşdırılması, istehlakçılara onların tələblərinə uyğun məhsul və xidmətlərin təqdim edilməsi;
- yeni və modernləşdirilmiş məhsul və xidmət növlərinin yaradılmasının biznes-planlaşdırılması, onlar üçün beynəlxalq standartların tələblərinə uyğun KS-nin işlənməsi;
- məhsul və xidmətlərin keyfıyyət səviyyəsi nəzərə alınmaqla onların qiymətinin müəyyənləşdirilməsi;
- keyfıyyət üçün iqtisadi həvəsləndirmə fondlarının, o cümlədən keyfıyyətə, məhsulun, texnikanın, texnologiyanın yaradılması və modernləşdirilməsinə görə həvəsləndirmə və mükafatlandırma fondlarının təşkil olunması;
- istehsal sisteminin hər bir iş yerində və ümumilikdə idarəetmə sistemində keyfıyyətə görə əmək haqqının ödənməsi və maddi həvəsləndirmə sisteminin tətbiqi;
- tədarük edilən məhsulun və göstərilən xidmətlərin keyfıyyətindən asılı olaraq tədarükçülərə iqtisadi təsir vasitələrindən istifadə üçün şəraitin yaranması.
Bu metodun geniş miqyasda reallaşdırılması nəticə etibarilə əhalinin tələbatını və alıcılıq qabiliyyətini yüksəldə bilər (əmək haqqının artması ilə əlaqədar). Bu da uyğun olaraq istifadə olunan məhsulun həcmini, müəssisələrin (metodun tətbiq edildiyi müəssisə də daxil olmaqla) ümumi gəlirini artırır. Məhsulun satış həcmi yalnız keyfiyyətin yaxşılaşdırılması ilə yox, həm də maya dəyərinin azalması (sonra bu, qiymətin aşağı düşməsinə gətirir) və istehsal həcminin böyüməsi ilə artır.
Şəkil 2.1. “Daha yüksək əmək haqqı – daha yüksək keyfiyyət” əmək haqqının ödənməsi metodunun prinsipial mahiyyəti
Qeyd etmək lazımdır ki, müasir dövrdə Azərbaycan Respublikasında bazar münasibətlərinin inkişafı KİE-nin iqtisadi metodlarından daha geniş istifadəni tələb edir. Bu, bazar münasibətləri şəraitində müəssisələrin öz varlığını qoruyub saxlaması və inkişafı üçün mühüm şərtdir.
Keyfiyyətin idarə edilməsinin təşkilati-tapşırma metodları . Kİ-niıı təşkilati-tapşırma metodları keyfıyyətin yüksəldilməsinə və zəruri keyfıyyət səviyyəsinin təmin edilməsinə yönəldilmiş icra üçün məcburi direktiv, əmr və sərəncamlar vasitəsilə həyata keçirilir.
- reqlamentləşdirmə (ümumtəşkilati, funksional, vəzifə, struktur);
- standartlaşdırma;
- normalaşdırma (ədədi kəmiyyətlərin normaları bazasında);
- təlimatlandırma (tanışetmə, izah, məsləhət, xəbərdarlıq);
- tapşırma təsirləri (əmr, sərəncam, göstəriş, qərar, icraya nəzarət və s. əsasında). Bunlardan aşağıdakıları xüsusi qeyd etmək lazımdır: təşkilatların birinci rəhbərləri tərəfindən təsdiq edilən keyfıyyət sahəsində siyasətin işlənməsi və tətbiqi; Kİ üzrə müəssisə standartları, rəhbərlik, prosedur və digər normativ-texniki və normativ-metodiki sənədlərin işlənməsi və tətbiqi; bölmələr haqqında əsasnamə və vəzifə təlimatlarının işlənməsi və tətbiqi; Kİ üzrə kadrların seçilməsi, yerləşdirilməsi, tərbiyə edilməsi və attestasiyası; Kİ üzrə qabaqcıl təcrübənin mənimsənilməsi; keyfıyyət üzrə məqsədli proqramların yerinə yetirilməsinin təminatı;
- Kİ üzrə əmr və sərəncamlar; beynəlxalq, dövlət standartlarının və texniki şərtlərin tələblərinin yerinə yetirilməsinin təminatı; normativ-texniki və normativ- metodiki sənədlərin və keyfıyyətin idarə edilməsi və təmin olunması üzrə qərarların tələblərinin icrasına nəzarət.
- informasiyanın şərhində məntiqi ardıcıllıq və dəqiqlik;
- birmənalı şərh olunmanı təmin etmək üçün ifadələrin sadəliyi, konkretliliyi və dəqiqliyi;
- sübut və dəlillərin inandırıcı olması;
- informasiyanın səlisliliyi, ifadəli olması;
- kifayətlilik və əsaslılıq;
- kiçik həcm;
- az dəyişkənlilik (stabillik);
- keyfıyyətli ifadə tərzi.
Keyfiyyət sahəsində müəssisənin siyasəti formalaşdırılarkən ona qoyulan tələblər nəzərə alınmalıdır: rəhbərlik tərəfindən o, yazılı şəkildə müəyyənləşdirilməli və birinci rəhbər tərəfindən imzalanmalıdır; müəssisənin digər istiqamətlərdəki fəaliyyəti ilə uzlaşdırılmalıdır; rəhbərlik keyfıyyət sahəsində siyasətin kollektivin hər bir üzvü tərəfındən başa düşülməsini təmin etməli və bu siyasəti həyata keçirməlidir; bu siyasət elə formalaşdırılmalıdır ki, yalnız buraxılan məhsulun keyfiyyətinə yox, əmək kollektivinin hər bir üzvünə də təsir etsin. Keyfıyyət sahəsində siyasəti ifadə edən sənəd qısa, sadə, asan başa düşülən, yadda qalan olmalı, hər bir işçinin əməyinin keyfıyyətinə qoyulan tələbləri əks etdirməlidir.
Mahiyyət etibarı ilə məhsulun keyfıyyəti sahəsində o siyasət məqbul sayıla bilər ki, bir sıra suallara müsbət cavab versin: o qısadırmı, müəssisə kollektivinin hər bir üzvünə aiddirmi; burada işin keyfıyyətinə standartlar (tələblər) müəyynləşdirilmişdirmi; tədarük olunan məhsulun keyfıyyətinin bütün cəhətləri əhatə olunmuşdurmu (bu sual həm də məhsulun tədarük müddətlərinə, qiymətinə, müəssisənin fəaliyyət nəticələrinin, xidmətlər də daxil olmaqla keyfıyyətinə aid edilməlidir); keyfiyyət sahəsində siyasət müəssisənin birinci şəxsi tərəfindən imzalanmışdırmı.
Keyfiyyət sahəsində xarici ölkələrin təcrübəsində formalaşan siyasət yuxarıda göstərilən sualların çoxuna cavab verir. Məsələn, İBM korporasiyasının prezidenti tərəfındən imzalanmış keyfiyyət sahəsində siyasətdə belə bir ifadə vardır: «Biz öz sifarişçilərimizə qüsursuz, rəqabət qabiliyyətli malları və xidmətləri müəyyənləşdirilən müddətdə dəqiq göndərəcəyik». Bu bəyanatın təhlili göstərir ki, o:
- korporasiyanın hər bir işçisinə ünvanlanmışdır;
- keyfıyyət səviyyəsinin gəstəricilərini dəqiq müəyyən edir;
- keyfıyyətin bütün cəhətlərini, o cümlədən qiyməti, tədarük və icraetmə müddətlərini əhatə edir;
- korporasiyanın birinci şəxsi tərəfindən imzalanmışdır.
Sosial-psixoloji metodlara aşağıdakılar daxildir:
- kollektivin hər bir üzvünün, ümumilikdə kollektivin təşəbbüskarlığının və yaradıcı fəaliyyətinin artırılması, keyfıyyətin yaxşılaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsinə yönəldilməsi, həmçinin intizamın, məsuliyyətin möhkəmləndirilməsi üsulları;
- yüksək keyfıyyətin əldə olunmasına maddi həvəsləndirmə formaları;
- kollektivdə psixoloji iqlimin yaxşılaşdırılması qaydaları. Buraya münaqişələrin aradan qaldırılması üsulları, psixoloji cəhətdən qarşılıqlı uyğunlaşmasını təmin etmək üçün əməkdaşların seçilməsi və yerləşdirilməsi üsulları daxildir;
- keyfıyyətin təmin edilməsində əmək kollektivinin hər bir üzvünün psixoloji xüsusiyyətlərinin nəzərə alınması üsulları;
- müəssisədə tələb olunan keyfıyyətin təmin edilməsi ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi üsulları;
- kollektivin hər bir üzvünün keyfıyyətin idarə edilməsinə cəlb olunması qaydaları.
Keyfiyyətin idarə edilməsinin texnoloji metodları . Elm və texnikanın müasir imkanları Kİ-ni müxtəlif metodlarla həyata keçirməyə şərait yaradır və bu zaman konkret hansı metodun seçilməsi idarə olunan obyektin xassələrindən daha çox asılıdır. Kİ-nin bütün texnoloji metodlarını aşağıdakı kimi qruplaşdırmaq olar: avtomatik, avtomatlaşdırılmış, mexanikləşdirilmiş və əl ilə. Kİ-nin avtomatik metodu istehlakçıların tələbatının daha dolğun ödənməsi üçün ən əlverişli metoddur. Bu zaman prosseslərin verilmiş parametrlərdən kənara çıxması və müvaflq idarəetmə tədbirləri texniki qurğuların köməyi ilə avtomatik müəyyənləşdirilir və obyektə təsir göstərilir. Kİ təcrübəsində statistik metodlar da geniş istifadə edilir. Onlar keyflyyətin izlənməsinin qarşılıqlı əlaqəli kompleks üsullarını özündə birləşdirir. Statistik metodlara daxildir: statistik tənzimləmə, statistik qəbul nəzarəti, statistik təhlil, keyfıyyətin statistik qiymətləndirilməsi. İlk iki metod əsasdır və Kİ-də bilavasitə istifadə edilir, sonuncu iki metod isə məsələnin əsas metodlarla həllində onlara köməkçidir.
Kİ-nin texnoloji metodlarından qrafiki metod, o cümlədən nəzarət kartları metodu tez-tez tətbiq edilir. Nəzarət kartları şəklində qurulmuş qrafıklər adi qrafıklərdən spesifik xətlərin olması ilə fərqlənir. Bu xətlər tənzimləmə sərhədlərini (nəzarət sərhədlərini) göstərir. Nəzarət kartları məhsulun keyfıyyətinə nəzarətdə və texnoloji proseslərin tənzimlənməsində istifadə edilir. Nəzarətin növündən asılı olaraq onlar kəmiyyət (o cümlədən alternativ) və keyfıyyət əlamətlərinə görə nəzarət kartlarına bölünür. Birinci halda məhsul vahidlərinin bütün qrupunun keyfiyyət göstəricilərinin ədədi qiymətlərindən istifadə edilir, ikinci halda belə qrup yarımqruplara bölünür və müxtəlif yarımqrupların keyfiyyətinin qarşılıqlı nisbətlərindən asılı olaraq nəzarət olunan məhsul partiyası haqqında qərar qəbul olunur.
Statistik təhlil metodunda Pareto diaqramı geniş tətbiq edilir. Pareto diaqramı Kİ-nin səmərəliliyinə və təminatına pozitiv və neqativ təsir edən səbəb və amillərin üzə çıxarılmasında istifadə olunur və azalan qayda üzrə onların hər birinin xüsusi çəkisini əyani göstərir.
Çıxdaşın növləri üzrə qurulmuş Pareto diaqramı şəkildə göstərilmişdir.
Belə diaqram qurularkən, bir qayda olaraq, maraqlı tərəfləri təmsil edən səriştəli mütəxəssislərdən ibarət qrup yaradılır. İşçi qrup qüsurların və zay məhsulun yaranma səbəblərini hərtərəfli öyrənir. Çoxsaylı göstəricilərin təhlili əsasında zay məhsulun yaranma səbəbləri xüsusi çəkisinə görə qruplaşdırılır. Şəkildə onlar absis oxu üzərində şərti şifrələrlə göstərilmişdir.
Şəkil 2.2. Çıxdaşın növləri üzrə Pareto diaqramı
Bu diaqramın köməyi ilə konkret məhsul üçün çıxdaş növləri üzrə müəssisənin itkilərini tam və obyektiv qiymətləndirmək və məhsulun keyfıyyət göstəricilərində bu və ya digər amilin vacibliyini müəyyənləşdirmək mümkündür. Bu metod həm də işlənən və hazırlanan məhsulun keyfıyyət səviyyəsinin təmin edilməsi üçün idarəedici təsirlərin hazırlanmasında, istehsalatda çıxdaşın profılaktikası və qarşısının alınmasında səmərəli vasitədir.
Pareto diaqramı ayrı-ayrı sahələrdə istehsalın faktiki vəziyyətini obyektiv göstərməyə və keyfıyyətlə bağlı kompleks məsələləri həll etməyə imkan verir. O, həm də növlər üzrə çıxdaş hallarının sayını, çıxdaşdan itkilərin məbləğini, çıxdaşın aradan qaldırılması üçün vaxt və maddi itkiləri, daxil olan reklamasiyaların məzmununu, daşınma zamanı məmulatın sınma hallarının sayını, reklamasiyaların təmin olunması ilə əlaqədar xərcləri və s. müəyyənləşdirməyə şərait yaradır.
Kİ-də istifadə olunan metodlar içərisində ekspert metodu daha geniş tətbiq edilir.
2.2. Keyfiyyətin idarə edilməsinin ekspert metodları və onların uzlaşdırılmasının qiymətləndirilməsi
Ekspert metodu bir elmi üsul kimi nisbətən yaxın zamanlarda yaradılmışdır. Bu metod «Delfı» adlandırılır. Sonralar ekspert qiymətləndirilməsinə əsaslanan digər analoji metodlar işlənib hazırlanmışdır. Ekspert metodları əvvəlcə elm və texnikada proqnozlaşdırma ilə bağlı məsələlərin həllində istifadə olunmuş, sonra digər sahələrdə, o cümlədən idarəetmədə tətbiq edilmişdir.
Baxılan məsələlər üzrə mütəxəssis-ekspertlərin müxtəlif vasitələrlə alınmış rəylərinin (mülahizələrinin) orta qiymətinin tapılması bütün sahələrdə ekspert metodlarının mahiyyətini təşkil edir. Orta qiymət K aşağıdakı düsturla tapılır:
burada, N – ekspertlərin sayı; Kj – j-ekspertin verdiyi qiymətdir.
Hal-hazırda idarəetmə üzrə qərarların qəbul edilməsində ranqlama, bilavasitə qiymətləndirmə, müqayisəetmə kimi ekspert metodları geniş yayılmışdır. Sonuncu metodun özü iki şəkildə tətbiq edilir: cüt-cüt müqayisəetmə və ardıcıl müqayisəetmə.
Bu metodlarda bir çox ümumi cəhətlər vardır. Lakin burada fərq ondadır ki, öyrənilən idarəetmə obyektlərinin qiymətləndirilməsi (ölçülməsi) müxtəlif üsullarla həyata keçirilir. Ekspert metodlarına müəyyən şərt daxilində orqanoleptik və sosioloji metodları da aid etmək olar.
Orqanoleptik metod ekspertlərin hissiyat orqanlarından istifadəyə əsaslanır: eşitmə, görmə, dadbilmə, iybilmə, dəri hissiyatı.
Sosioloji metod respondentlərin (məsələn, faktiki və ya potensial istehlakçıların) sorğusuna, rəylərinin toplanmasına və təhlilinə əsaslanır. Belə sorğu və ya rəylərin toplanması yazılı (anketlərin köməyi ilə), yaxud şifahi (konfranslarda, auksionlarda, sərgilərdə və s.) keçirilir. Bu metoddan istifadə zamanı elmi cəhətdən əsaslandırılmış sorğu üsulları, informasiyanın toplanması və işlənməsinin riyazi prinsipləri tətbiq edilməlildir.
Ekspert metodlarından istifadə prosedurlarının ardıcıllığı onların ümumi cəhətini təşkil edir. Buraya ekspert qiymətləndirilməsinin təşkili, ekspert rəylərinin toplanması və alınmış nəticələrin işlənməsi aiddir.
Təcrübə göstərir ki, ekspert metodlarından istifadənin nəticələrində subyektivliyin azaldılması və uyğun olaraq obyektivliyin yüksəldilməsi ekspert işlərinin təşkili, hazırlığı və keçirilməsi qaydalarına riayət edilməsindən xeyli dərəcədə asılıdır. Xüsusilə bu, ekspert qiymətləndirilməsinin təşkilindən, bu sahədə işlərin təşkili və keçirilməsinə məsul şəxsin təyin edilməsindən, həmçinin ekspert komissiyasının formalaşdırılmasından asılıdır.
Ekspert işlərinə ümumi rəhbərlik üçün ekspert komissiyasına sədr təyin edilir. Komissiyanın tərkibində iki qrup – işçi və ekspert qrupları yaradılır.
İşçi qrupun rəhbərinin tabeçiliyində ekspertlər üçün materialların texniki cəhətdən hazırlanmasını, alınmış nəticələrin işlənməsini və s. həyata keçirən texniki işçilər, həmçinin həll edilən problemlər üzrə mütəxəssislər olur.
İşçi qrupun rəhbəri (təşkilatçısı) ekspert qrupunu formalaşdırır. O, problemin qoyuluşunu həyata keçirir, qrupun fəaliyyət sahəsini müəyyənləşdirir, ekspert- mütəxəssislərin ilkin siyahısını tərtib edir, bu siyahının keyfıyyət tərkibini təhlil edir və siyahını dəqiqləşdirir, ekspertlərin işdə iştirakı üçün razılığını alır, ekspert qrupunun yekun siyahısını tərtib edir.
Qrupda ekspertlərin sayı müxtəlif amillərin və şərtlərin çoxluğundan, həll olunan problemin vacibliyindən, mövcud imkanlardan asılıdır. Mütəxəssislər hər bir namizədin keyfıyyəti təhlil edilərək seçilir. Bu zaman müxtəlif üsullardan istifadə olunur, məsələn, ekspert kimi keçmiş fəaliyyətinin nəticələrinin statistik təhlili əsasında namizədin qiymətləndirilməsi, namizədin verilmiş sahə üzrə mütəxəssis kimi kollektiv şəkildə qiymətləndirilməsi, ekspertliyə namizədin özü-özünü qiymətləndirməsi, namizədin səriştəliliyinin analitik müəyyənləşdirilməsi.
Dövlət Statistika Komitəsinin tətbiq etdiyi keyfiyyətin idarə olunması sisteminin nəticələri uğurludur
Bakı, 27 iyun, AZƏRTAC
Dövlət Statistika Komitəsinin (DSK) tətbiq etdiyi keyfiyyətin idarə olunması sisteminin nəticələri uğurludur. Artıq DSK-nın mərkəzi aparatda qurulan sistemin tətbiqi yerli statistika orqanlarında davam etdirilir.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə 2014-2015-ci illər üzrə fəaliyyət planına əsasən, Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində, Bərdə və Lənkəran rayon statistika idarələrində yeni sistem qurulur. Eyni zamanda, 2015-2016-cı illər üzrə fəaliyyət planına uyğun olaraq Ağdam, Ağstafa, Balakən, Qax, Saatlı, Samux və Zaqatala rayon statistika idarələrində bu sistemi tətbiq olunur.
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti ucuzlaşdı
18 Mart 2023 11:19
Azərbaycan nefti bahalaşıb
17 Mart 2023 09:38
Məzənnə açıqlandı – Rubl sabit qaldı
17 Mart 2023 09:15
Dolların sabaha olan məzənnəsi
16 Mart 2023 17:38
Məzənnədən nə xəbər?
16 Mart 2023 09:20
Dünyada ciddi dollar qıtlığı yaranıb: Azərbaycana necə təsir edəcək?
15 Mart 2023 12:25
Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu
Rusiyanın YENİ PLANI:
Tatarıstan Respublikası qubernatorluğa çevrilir – AÇIQLAMA
Sənətə öz gücümlə gəlmişəm, bəziləri kimi başqa yollardan keçməmişəm –
aktrisa Arzu Abdulova ilə MÜSAHİBƏ
“Heç vaxt ölməyən insanlar var”
– 1 daşla 9 quş
“Özüm daha heç nəyə, heç kimə güvənmirəm”
– Tanınmış teleaparıcıdan İNANILMAZ cavablar
“SOCAR PETROLEUM”-dan bilinənlər və bilinməyənlər
Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarından REPORTAJ
“Jurnalist sorğusuna diqqətlə yanaşmaq, operativ reaksiya vermək lazımdır”
– Qulu Xəlilovla MÜSAHİBƏ / Fotolar
“Üstündən 5 il keçir və həyatımın ən böyük zərbəsi elə odur”
– Azərbaycanlı müğənnidən FLAŞ açıqlamalar / MÜSAHİBƏ
“Çox çətin uşaqlığım olub”
– Niyaz Niftiyevlə müsahibə / FOTOLAR
“Dünya ədəbiyyatı böyük bir dənizdir, nə götürsən, qənimətdir”
– Səlim Babullaoğlu ilə müsahibə / FOTOLAR
Mədə kiçiltmə əməliyyatı xərçəngə səbəb olur? –
Ümumi cərrahla MÜSAHİBƏ / FOTOLAR
Comments are closed, but trackbacks and pingbacks are open.