Press "Enter" to skip to content

Keysər kəsiyi əməliyyatı

1. Bazar ertəsi doğulan. Qadın. Zərif, həssas, duyumlu, arzu-həvəsi olan xanımlardandır. Uyğunlaşmağı, güzəştə getməyi bacarır. O, tək yaşayanda əziyyət çəkir. Hisslərinin hərarətini bölüşməyə adam axtarır. Əsl qadın həyat

Keysəriyyə kəsiyi necə aparılır, epidural anesteziya nədir? – Keysəriyyənin müsbət-mənfi tərəfləri

Keysər kəsiyi basıq ( qarın boşluğu) əməliyyatıdır. Bu əməliyyat zamanı uşağı çıxarmaq üçün qarın divarı və uşaqlıq yolu yarılır. Əməliyyat epidural anesteziyanın təsiri altında keçirilir. Bu anesteziyanın təsiri ilə doğum keçirən qadının bədəninin aşağı hissəsində hissiyyat itir. Belə anesteziya ağrı hissiyyatlarını effektiv şəkildə aradan qaldırır, həkimlərin təminatı ilə praktiki olaraq uşağa heç bir zərər yetirilmir.

Epidural anesteziyanın aparılması zamanı başlıca təhlükə kollapsın baş verməsi ehtimalıdır. Lakin yanınızda savadlı mütəxəssis varsa, bu cür kənar effekt təhlükəli deyil. Epidural anesteziyanın düzgün aparılmamasının aşağı ətraflarda iflic olmasına səbəb olması və s. kimi bir çox müxtəlif qorxulu şayiələr yayılıb. Amma həkimlər bu cür hekayələrə xüsusi diqqət verməməyi tövsiyyə edir, əsas odur ki, sizinlə peşəkar həkim məşğul olsun.

Milli.Az medicina.az-a istinadən keysəriyyə əməliyyatı barədə oxucuları maraqlandıran məlumatları təqdim edir

Keysər kəsiyi əməliyyatı necə aparılır?

Əvvəlcə qarın divarı ya orta xətt boyunca, ya da qasığın yuxarısında eninə istiqamətində kəsilir. İkinci vasitə daha yaxşı kosmetik effekt verdiyindən o, hazırda tez-tez tətbiq edilir və ondan sonra nadir hallarda ağırlaşma prosesi baş verir. Yırtılma prosesindən sonra uşağı ehmalca əllə və ya alətlərin köməyi ilə ( maşa və ya vakuum-ekstraktorla ) çıxardırlar.

Qan itirmə riskini azaltmaq məqsədilə uşaqlıq yoluna uşaqlıq yolunu daraldan vasitə daxil edirlər. Uşaqlıq yolunun əllə yoxlanmasından və döllük yumurtanın kənarlaşdırılmasından sonra uşaqlıq yolunu tikirlər, daha sonra peritona, qarın əzələsinə və dəriyə tikiş qoyurlar. Qanaxmanı dayandırmaq üçün, əməliyyatdan sonra iki saat yarım ərzində qarına buzla dolu kisəcik qoyurlar. Doğuşdan sonrakı ilk həftələr ərzində qadın xüsusi doğuşdan sonrakı palatada qalmalıdır. Bu zaman ərzində ona həkim-anestezioloq nəzarət edir.

Əməliyyatdan sonrakı ilk həftələrdə yalnız limon şirəli su içməyə icazə verilir. Yemək əvəzinə vena daxilinə damcısayan vasitəsilə qida qarışıqları yeridilir. Növbəti sutkalarda artıq yeni ana olmuş qadına toyuq bulyonu, şəkərsiz meyvə şərbəti içmək,ətçəkən maşınından keçirilmiş və qaynadılmış ət, sıyıq və yağsız kəsmik yemək olar. Adi qida rasionuna isə yalnız dördüncü-beşinci həftələrdə qayıtmaq olar.

Kesər kəsiyindən iki-üç sutka sonra oturmaq və minimal məsafəyə hərəkət etmək mümkündür. Bununla yanaşı, həftə ərzində hər gün tikişi təmizləmək və sarğını dəyişmək mütləqdir. Amma hazırda el arasında lazer üsulu tikiş deyilən bir prosesdən də istifadə edilir ki,bu zaman tikişdə istifadə edilən ipləri sökməyə ehtiyac qalmır,iplər orqanizm tərəfindən tədricən udulur.

Qadın doğum evindən yeddinci-onuncu sutkadan sonra hər hansı ağırlaşma halları baş vermədikdə xaric edilir. Kesər kəsiyindən sonra növbəti hamiləliyi iki ildən sonra planlaşdırmaq daha məsləhətlidir. Bu zaman ərzində orqanizm əvvəlki hamiləlikdən və aparılmış əməliyyatdan sonra bərpa olunmağa müvəffəq ola bilər.

Kesər kəsiyi ilə bağlı yanlış fikirlər:

*qadın üçün doğuşdan sonrakı normal cinsi həyatı üçün adi doğuşda olduğu kimi problem yaratmır. Yəni vaginal doğuş zamanı uşaqlıq yollarının enlənməsi ucbatından onunla cinsi əlaqə zamanı partnyorunu təmin edə bilməyəcəyindən ehtiyatlanır.

*körpənin uşaqlıq yolundan keçərkən, zədələnməsi ehtimalını heçə endirərək, onun sağlam dünyaya gəlməsinə daha çox təminat verir

*yaşı artıq 27 – ni keçmiş anaların artıq təbii doğuş həyata keçirmək iqtidarında olmaması haqda təsəvvürləri dəstəkləyir

*bu əməliyyat zamanı qadın adi doğuşda olduğu kimi qanaxma risqindən sığortalanıb və s.

Təbii ki, bu fikilərin elmi, tibbi əsası yoxdur və reallığı əks etdirmir.

Kesər kəsiyi əməliyyatının müsbət və mənfi cəhətləri:

Şübhəsiz, Kesər kəsiyinin ən əsas üstünlüyü – uşağın və ananın həyatları təhlükədə olduğu təqdirdə uşağın doğumudur. Kesər kəsiyi ilə təbii yolla doğuş arasında seçim olduğu təqdirdə, nəyin yaxşı, nəyin pis olması barədə fikir yürütmək olar.

Tez-tez eşidirik ki, Kesər kəsiyi yolu ilə doğuş etmək tez və ağrısızdır – doğum edən qadın və uşaq doğuş əziyyətlərindən yayınır və buna görə də Kesər kəsiyi əməliyyatına üstünlük verilməlidir. Əlbəttə, əməliyyat ağrısız aparılır. Ancaq əməliyyatdan sonrakı ağrı adi doğuşdan sonrakı ağrıya nisbətən daha ağır və daha uzun müddətli ola bilir. Doğuşun tezliyinə gəlincə isə, vəziyyət yenə eynidir.

Təbii doğuşa nisbətən əməliyyata daha az vaxt sərf olunur. Ancaq ondan sonrakı məhdudiyyətlərin vaxtı daha çoxdur. Narkozdan ayılma, qarındakı yaraların sağalması, qanaxmadan sonrakı bərpa olunma, infeksion ağırlaşma ehtimalının yüksək olması, südün əmələ gəlməsi ilə bağlı problemlər, hərəkətdə məhdudiyyətlər, uşağın qaldırılmasına qadağa, o ağladığı zaman qucağa götürülməməsi və s. Bütün bunlar Kesər kəsiyi əməliyyatından sonra qadının həyatını mürəkkəbləşdirir.

Əməliyyatın mənfi cəhətlərindən biri də doğum edən qadının psixoloji vəziyyəti ilə bağlıdır. Bu isə, hormonal problemlərlə izah olunur. Orqanizm doğumun olması barədə siqnal almır, bununla da natamamlıq, baş verənlərin yanlışlığı hissi yaranır. Təbii doğuşdan fərqli olaraq, əməliyyatdan sonra əgər qadın uşağı əmizdirmirsə, uşaqlığın yığılması elə də intensiv olmur.

*Bu əməliyyatlar zamanı analar arasında ölüm faizi dünya statistikasına görə 1/2500-ə təşkil edirsə, vaginal doğuş zamanı bu rəqəm 1/10000-ə qədər, yəni 4 dəfə azdır.

*körpənin bu əməliyyatlar zamanı sağ qalması ehtimalının daha yüksək olması yayılmış fikirlərə rəğmən, bu sahədə aparılan tədqiqatlar “qeysəriyyə körpələrinin” adi doğuşda olduğuna nisbətən ölüm faizinin bəzi ölkələr üzrə 70 faizə çatdığı qənaətindədirlər. *ümumdünya göstəricilərinə görə, Anqar şkalası üzrə qeysəriyyə “körpələrinin” təbii yolla dünyaya gələn körpələrə nisbətən daha az bal alması faktı mövcuddur. Burada bu körpələrin sərbəst həyata “dözümsüzlüyü”kimi onların cərrahi müdaxilə zamanı əlavə stress alması amili əsas gətirilir.

*körpənin vaxtından əvvəl dünyaya gəlməsi (planlaşdırılmış doğuş tarixi zamanı) və deməli bəzi fəsadların üzə çıxması ehtimalı daha böyükdür.
*cərrahi müdaxilə zamanı ananın orqanizminə infeksiya ötürülməsi faizi də vaginal doğuşda olduğundan yüksəkdir.

*qeysəriyyə əməliyyatı zamanı mütləq tətbiq edilən anesteziyanın ana və körpənin orqanizminə mənfi təsir göstərə bilməsi ehtimalı kifayət qədər böyükdür. Bu isə sonradan ciddi nevroloji problemlər yarada bilər.

*körpələrin dölyanı sudan azad olaraq, qəfil açıq hava mühitinə düşməsi nəticəsində onlarda tənəffüs yolları ilə bağlı xəstəliklərin yaranması risqi var. Bu faktorla keysəriyyə yolu ilə dünyaya gələn südəmər uşaqlarda kəllədaxili təzyiqin yüksək olması hallarının daha çox rast gəlinməsini də izah etmək olar.
*Qeysəriyyə əməliyyatına məruz qalan uşaqların allergik xəstəliklərə vaginal doğuş nəticəsində doğulan körpələrə nisbətən 2 dəfə çox həssas olmaları, habelə bağırsaq mikroblorasının daha çox problemliliyi faktını üzə çıxarıb.

Yalnız zərurət yarandıqda Kesər kəsiyi əməliyyatı – ana və uşaq üçün xilaskar metod ola bilər. Lakin həm ana, həm də uşaq üçün təbii doğuş daha üstündür.

Milli.Az

Keysər kəsiyi əməliyyatı

Keysər kəsiyi ümumi narkoz altında qarın divarı və uşaqlıqda kəsik aparılaraq dölün çıxarılmasına yönəldilən cərrahiyyə əməliyyatıdır.

Bu müdaxiləyə yalnız ananın və körpənin həyatı üçün ciddi təhlükə yaradan amillər üzündən təbii doğuşun qeyri-mümkün olduğu zaman əl atılır:

– təbii doğuşun qeyri-mümkünlüyü (dölün başı və qadının çanaq ölçülərinin uyğunsuzluğu, doğuş yollarında maneələr, şişlər, dölün alın, üz, köndələn gəlişi);

– ananı və ya körpəni xilas etmək üçün doğuşu tez bitirmək zərurəti (qanaxma, uşaqlığın cırılma təhlükəsi, dölün kəskin bətndaxili hipoksiyası (oksigen çatışmazlığı);

– hamiləliyin davamı ana və ya körpə üçün təhlükəlidirsə, onun məcburi dayandırılması (ağır nefropatiya, ciftin qanaxma ilə qismən qopması);

– qadının bəzi somatik xəstəlikləri.

Cərrahiyyə əməliyyatından qabaq gigiyenik duş qəbul etmək lazımdır. Rahat yatıb yuxunuzu alın. Bunun üçün həkimlə məsləhətləşdikdən sonra həyəcanı dəf etmək üçün sakitləşdirici bir dərman qəbul etmək olar. Əməliyyatdan qabaq axşam yeməyi çox yüngül olmalıdır. Əməliyyat günü yemək və içmək olmaz. Cərrahiyyə əməliyyatından sonrakı ilk günlər kifayət qədər ağrılı olur. Adətən bir həftədən sonra qadının ümumi vəziyyəti yaxşılaşır, buna baxmayaraq ilk 6 həftə ərzində fiziki gərginlik qadağandır.

Keysər kəsiyindən sonra uşaqlıqda hamiləliyin inkişafına mane olmayan çapıq qalır. Əvvəllər mama-ginekoloqlar belə hesab edirdilər ki, doğuş zamanı heç olmasa bir dəfə Keysər kəsiyi aparılmışsa, sonrakı doğuşlar yalnız bu yolla mümkündür. Hal-hazırda bu baxışlar artıq köhnəlmiş hesab edilir. Əgər bilavasitə doğuş zamanı Keysər kəsiyinə ehtiyac olmazsa, mama-ginekoloqlar növbəti doğuşları təbii yolla aparmağa cəhd göstərirlər. Lakin Keysər kəsiyinə dar çanaq, yüksək arterial təzyiq, şəkərli diabet, ürək qüsurları, ifrat görmə pozğunluqları kimi səbəblər üzündən göstərişlər olubsa, növbəti doğuşda da Keysər kəsiyi tətbiq olunacaq. Bu əməliyyatın bir neçə dəfə aparılması həkimlər tərəfindən məsləhət görülmür (1-2 dəfə).

Adətən həkimlər təkrar Keysər kəsiyi əməliyyatının ən azı 3 ildən sonra tətbiq olunması məsləhət görürlər. Hər halda, sizə mütəxəssisin məsləhəti zəruridir.

Bəzi «müasir» qadınlar Keysər kəsiyinə heç bir obyektiv göstəriş olmadan yalnız doğuş travması və ya sadəcə doğuşun özündən qorxaraq bu əməliyyatın aparılmasını təkid edirlər. Onlar nəzərə almalıdırlar ki, Keysər kəsiyi əməliyyatı mürəkkəb əməliyyatlardan sayılır və bəzən (çox nadir hallarda olsa da) ananın ölümü ilə nəticələnə bilər. Keysər kəsiyi əməliyyatından sonra baş verə biləcək ağırlaşmalar aşağıdakılardır:

– əməliyyatdan sonrakı infeksion xəstəliklər, ilk növbədə uşaqlığın selikli qişasının iltihabı endometrit (20%);

– peritonit – qarın divarın (peritonun) iltihabı (0,5-1.0%).

Qeyd etmək lazımdır ki, ikinci Keysər kəsiyi əməliyyatından sonra baş verə biləcək ağrılaşmaların ehtimalı daha da çoxalır. Keysər kəsiyi keçirmiş və uşaqlıq divarında çapıqlar olan qadınlar yenidən hamilə olduqda çapığın aralanması əlamətlərini bilməlidirlər: ağrı, dartılma, yanğı, çapıq nahiyəsində sancı. Bu əlamətlərdən heç olmasa biri meydana çıxarsa, dərhal “təcili yardım” çağırmaq lazımdır.

Saglamolun.Az

Keysəriyyə əməliyyatından sonra komaya düşən ana uşağının səsini eşidəndə, möcüzə baş verdi – VİDEO

Körpənin dünyaya gəlməsi valideynlərin həyatında ən xoşbəxt gündür. Amma Şelli və Jeremi Koli üçün bu hadisə əsl cəhənnəm əzabına çevrilib.

Keysəriyyə əməliyyatı ilə dünyaya gələn körpə Raylan sağlam doğulsa da, onun anası Şelli bu əməliyyatdan sonra komaya düşür.
Bir neçə saat komada qalan qadında heç bir həyat əlaməti müşahidə olunmur.

Bütün ailə Şellinin komadan ayılması və körpəsini görməsi üçün dua edir. Həkimlər artıq heç bir şansın olmadığını bildirirlər. Bu zaman tibb işçilərindən birinin ağlına maraqlı bir ideya gəlir.

Tibb bacısı şəxsi təcrübəsinə əsaslanaraq körpənin anaya toxunmasını təklif edir. Həkimlər körpənin əlini anasının əlininə qoyurlar. Birdən Raylan ağlamağa başlayır və həmin anda möcüzə baş verir. Ana körpəsinin ağlamasına reaksiya verir.
Bir neçə gündən sonra Şelli bütün gücünü toplayaraq adi həyata qayıdır.
“Həkimlər hesab edirlər ki, körpəm məni həyatda qalmaq üçün mübarizə aparmağıma səbəb olub”- Şelli deyir.
Həkimlər həm də, ana və körpənin arasında möcüzəvi bağlılıq olduğunu da inkar etmirlər.

Maraqlı Baxılıb: 4036 Tarix: 17 sentyabr 2015
f Paylaş

Digər yazılar

Üzüklər və barmaqlar

Üzüklər və barmaqlar. Qədim zamanlarda üzükləri yalnız bəzək əşyası kimi qiymətləndirmirdilər, hətta onları magik qüvvəyə malik olan atribut və talisman kimi daşıyırdılar. Məhz bu səbəbə görə də insanlar nikahlarını ela

Bürclərə görə saç rəngləri

Saç qadınlar üçün imtina edilməz bir ünsür və çox əhəmiyyətlidir. Saç modellərinə diqqət etdikləri kimi saç rənglərini də tez-tez dəyişdirirlər. Qoç bürcü saç rəngi:. Qoç qadını lider tiplidir və diqqət çəkməyi çox sevər

Kim hansı ayda doğulub? Aylara görə XARAKTERİNİZ

Yanvar. Hirsli və ciddi biridir. Öyrənməyi və öyrətməyi sevir. Ağıllı və planlı iş görür. Duyarlı və dərin hissləri olan biridir. Romantikdir, uşaqları sevir, tez qısqanandır. Fevral. Dəyişkəndir. Özünə güvəni yoxdur. Düzgündür

Həftənin neçənci günü doğulmusunuz? SİZİN HAQQINIZDA.

1. Bazar ertəsi doğulan. Qadın. Zərif, həssas, duyumlu, arzu-həvəsi olan xanımlardandır. Uyğunlaşmağı, güzəştə getməyi bacarır. O, tək yaşayanda əziyyət çəkir. Hisslərinin hərarətini bölüşməyə adam axtarır. Əsl qadın həyat

Xanımının ömrünü uzatmaq istəyən kişilərin nəzərinə.

Ərin üzr istəməsi xanımının ömrünü uzadır. Bu qənaətə ABŞ alimləri gəliblər. Belə ki, yaşlı cütlüklərin ailə xoşbəxtliyinin səbəblərini araşdıran alimlərə aydın olub ki, ər arvadından üzr istəyərkən qadının əsəbləri sakitləşir

Dolma bükməyin ən rahat yolu- VİDEO

Xırda-xırda olan yarpaq dolmasının bükülməsi qadınların həm vaxtını aparır, həm də səliqə tələb edir. Lakin son zamanlar Türkiyə mətbəxində rast gəldiyimiz uzun formalı yarpaq dolmalarını isə bir çox qadınlar bəyənsə də

Astroloji proqnoz – 16 sentyabr

Qoç – Bu gün az qala hər addımda sürpriz, qəfil hadisə və ya gözlənilməz söz ilə qarşılaşa bilərsiniz. Durumun təhlükəsizliyi kiminlə işləməyinizdən və münasibətlərinizin hansı səviyyədə tənzimlənməsindən asılıdır. Yollarda

Oyanan kimi yatağınızı yığmayın, çünki. –

Ya analarımızın qorxusundan, ya da adət etdiyimizdən səhər yuxudan oyanar-oyanmaz dərhal yatağımızı yığırıq. Mütəxəsisslər apardıqları araşdırma nəticəsində bununla sağlamlığımızı ciddi təhlükə altında qoyduğumuzu iddia edirlər

Astroloji proqnoz – 15 sentyabr

Qoç – İşgüzar təmaslar, danışıqların aparılması, yeni tərəfdaşların axtarışı üçün əlverişli gündür. Yaxşı təəssürat yaratmaq, özünüzün ən yaxşı keyfiyyətlərinizi üzə çıxarmaq üçün şansınız var. Rəhbərlik sizin ideyalarınız

Comments are closed, but trackbacks and pingbacks are open.