Press "Enter" to skip to content

Kiçik akademiya haqqında sasnam

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyəti təkmilləşdirilir.

“Kiçik akademiya”lar bu günün istedadlı şagirdini sabahın yaradıcı aliminə çevirəcək

Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsi 232 nömrəli orta məktəbdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan, istedadlı şagirdlərdən ibarət “Kiçik Akademiya”nın fəaliyyətinin nəticələrinə həsr olunan tədbir keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə məktəbin direktoru Məhluqə Əzizova rəhbərlik etdiyi təhsil ocağında fəaliyyət göstərən “Kiçik Akademiya”nın yaradılmasının əsas məqsədinin yaradıcı təfəkkürə malik istedadlı şagirdləri üzə çıxarmaq olduğunu söyləyib.

Direktor deyib ki, layihə çərçivəsində şagirdlər ayrı-ayrı fənn müəllimlərinin rəhbərliyi ilə müəyyənləşdirilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, maraqlı məruzə, referat və təqdimatlar hazırlayırlar. Eyni zamanda, şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması istiqamətində işlər görülür.

Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov “Kiçik Akademiya” layihəsinin əhəmiyyətindən danışıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin orta məktəblərdə reallaşan bu layihəyə böyük önəm verdiyi bildirilib.

“Layihənin əsas məqsədi bu günün istedadlı şagirdini sabahın yaradıcı aliminə çevirməkdir” deyən F.Salmanov paytaxt və regionlardakı məktəblərdə reallaşdırılan “Bu günün şagirdi, sabahın alimi”, “Əyləndirici, öyrədici elm” kimi layihələrdə istedadlı şagirdlərin üzə çıxarıldığını, onların “Sabahın alimləri” beynəlxalq müsabiqələrində elmi nailiyyətlər əldə etdiklərini bildirib.

F.Salmanov AMEA-nın elmlə təhsilin vəhdəti istiqamətində reallaşdırdığı ənənəvi və qeyri-ənənəvi layihələr barədə də geniş məlumat verib. O, 232 nömrəli məktəbin “Kiçik Akademiya”sının fəaliyyətindən söz açıb, bundan sonra birgə əməkdaşlıq üçün mümkün imkanlardan istifadə ediləcəyini diqqətə çatdırıb.

Sonra “Kiçik Akademiya”nın üzvləri “Arxiv proqramının kilidinin qırılması”, “Tarixi abidələr”, “GMO nədir?” , “Günəş enerjisindən istifadə”, “Kiçik ventilyatorlar” mövzularında elmi məruzələrlə çıxış ediblər.

Kiçik akademiya haqqında sasnam

2021-05-05 12:16:00

“Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilir

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətinin genişləndirilməsi ilə bağlı tədbirlərə start verilib. Bununla bağlı müvafiq əmr imzalanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, əmrə əsasən, istedadlı və yaradıcı şagirdlərin iştirakı ilə məktəblərarası, rayonlararası müsabiqə və görüşlərin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, “Kiçik Akademiya”nın bütün bölmələri üzrə şagirdlər tərəfindən aparılan tədqiqat işləri müxtəlif konfrans, dəyirmi masa, müsabiqə, bilik yarışı və s. tədbirlərdə nümayiş etdiriləcək. Həmçinin “Kiçik Akademiya” üzvlərinin əlavə biliklər əldə etməsi məqsədilə mərkəzlərdə inkişafetdirici məşğələlər təşkil ediləcək. Müəllimlərin, səriştəli valideynlərin, mütəxəssislərin iştirakı ilə istedadlı uşaqların inkişafını əks etdirən tədbirlər, sərgilər keçiriləcək. Hər yarımilin sonunda Bakı şəhərinin inzibati rayonları üzrə müəyyən edilmiş mərkəzlərdə gənc istedadların iştirakı ilə rayon və ümumşəhər şagird konfransları keçiriləcək. “Kiçik Akademiya” üzvlərinin tanınmış elm və təhsil adamları ilə görüşləri təşkil olunacaq. Ümumi təhsil müəssisələrinin saytlarında yaradılan “Kiçik Akademiya” bölməsinə davamlı olaraq yeni məlumatlar yerləşdiriləcək. Hər bir ümumi təhsil məktəbində “Kiçik Akademiya”nın “İntellekt” divar qəzeti təsis ediləcək. Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkil olunmasında əsas məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına kömək göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.

Bu bölməyə aid digər xəbərlər

Daha 2 şagird nüfuzlu universitetə qəbul olundu

2023-03-17 16:48:12

BP və PROSOL təqaüd proqramı elan edib

2023-03-17 15:19:49

Sualların hansı meyarlarla yoxlanacağı hələ məlum deyil – Məleykə Abbaszadə

2023-03-17 11:40:00

AMEA-nın Ümumi yığıncağı keçirilib – YENİLƏNİB

2023-03-16 15:32:58

Tələbələr Xalq Təhsil Muzeyinə ekskursiya ediblər

2023-03-16 15:05:47

Rektor yüksək nəticə göstərən tələbələrlə görüşüb

2023-03-16 11:30:30

Paytaxt məktəbində 16 kitab təqdim olunub

2023-03-16 10:55:46

UNEC-də debat təşkil olunub

2023-03-15 16:19:00

102206 abituriyent ərizəsini təsdiq edib

2023-03-15 10:10:00

Universitet orfoqrafiya qaydalarını müzakirə etdi

Kiçik akademiya haqqında sasnam

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyəti təkmilləşdirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 285 ümumi təhsil məktəbində “Kiçik Akademiya” fəaliyyət göstərir. 22 məktəbdə isə “Kiçik Akademiya”ların yaradılması nəzərdə tutulub.

“Kiçik Akademiya”ların təşkil olunmasında əsas məqsəd yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarətdir.

“Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. “Kiçik Akademiya”lar istedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılmasında önəmli rol oynayır.

“Kiçik Akademiya”ya üzvlük könüllü olaraq həyata keçirilir. Marağı və istedadı olan bütün şagirdlər təhsil aldıqları məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”ya üzv ola bilərlər. “Kiçik Akademiya”ya üzv olan şagirdlərin elmi konfranslara, olimpiadalara və digər tədbirlərə qatılmaq, şagirdlər arasında elmi bilikləri təbliğ etmək kimi vəzifələri var.

“Kiçik Akademiya”nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və digər elmi istiqamətlər üzrə bölmələr fəaliyyət göstərir. “Kiçik Akademiya” daxilində hansı bölmənin fəaliyyət göstərməsi məktəblərin seçimi əsasında müəyyən olunur.

Comments are closed, but trackbacks and pingbacks are open.