Press "Enter" to skip to content

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

2 Dekabr , 2022 13:08

Milli Məclis “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsini qəbul edib

Milli Məclis “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsini qəbul edib Milli Məclis “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsini qəbul edib.

2 Dekabr , 2022 13:08

https://static.report.az/photo/5a3774aa-cdb0-3915-95ab-78a737bdb89e.jpg

Milli Məclis “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsini qəbul edib. “Report”un xəbərinə görə, 5 fəsil, 15 maddədən ibarət olan qanun layhəsi mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyəcək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edəcək. Layihədə istifadə olunan əsas anlayışlar, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericilik, dövlət siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətləri, sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri, dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi, habelə dövlət maliyyə dəstəyi, məsləhət və informasiya dəstəyi, subyektlərin innovasiya, məhsul istehsalı və xidmət sahəsində dəstəklənməsi və digər məsələlərlə bağlı maddələr təsbit olunub. Layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılması nəzərdə tutulub. Bununla yanaşı, səlahiyyətli qurum sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradır. Vahid reyestrin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir. Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Təlim fəaliyyəti dövründə və insan həyatında kiçik məktəb yaşı dövrü mühüm yer tutur. İbtidai siniflərdə şagirdlər yaxşı oxumalıdırlar ki sonrakı illərdə müvəffəqiyyətləri davam etsin.

Məktəbə yeni gələn uşaq bağça dövründən fərqli olaraq sistematik təlim fəaliyyətinə cəlb olunur. Bu zaman birinci gündən başlayaraq şagirdləri yoxlamaq ayrı‐ayrı cisim və hadisələrə diqqət yetirmək, öz diqqətini zəruri cəhətlərə paylamaq, lazım gəldikdə diqqəti bir sahədən başqa bir sahəyə keçirmək tələb olunur. Bu keyfiyyətlər olmadan təlim fəaliyyətinin səmərəliliyindən də danışmaq olmaz. Bu tələblərə əməl etdikdə onun diqqəti tədricən inkişaf etməyə başlayır. Göstərilən bu keyfiyyətlər uşaqlarda birdən‐birə yaranmır. Bu proses təlim‐tərbiyə işinin səmərəliliyi nəticəsində yaranmağa başlayır.

Kiçikyaşlı məktəblilərdə diqqətin davamlılığı məktəbəqədər yaşlı uşaqlara nisbətən yüksək olsa da, yuxarı siniflərdə oxuyan uşaqlara nisbətən azdır. 7‐11 yaşlı uşaqlar, xüsusilə 1‐2‐ci sinif şagirdləri öz diqqətdiqqətlərini bir obyekt üzərində 10‐15 dəqiqədən artıq saxlaya bilmirlər. Bu vaxt keçdikdən sonra onların diqqətləri asanlıqla başqa obyektə yönələ bilir.

Kiçik məktəb yaşlı uşaqlarda qeyri‐ixtiyari diqqət üstünlük təşkil edir. Qeyri‐ixtiyari diqqətin davamlılığı ixtiyari diqqətə nisbətən yüksək olur.

Qeyri‐ixtiyari diqqət ən çox uşağın marağı ilə əlaqədardır. Məktəbə daxil olmaqla uşağın marağı, xüsusilə təlim fəaliyyətinə yönəlir və inkişaf edir. Lakin ilk dövrlər hələ azyaşlı məktəblilərdə maraq mərkəzləşməmiş olur. İlk dövrlər uşağı təlim prosesindən əldə edəcəyi bilikdən çox, onun üçün tanış olmayan məşğələlər cəlb edir. Ona görə də uşağın diqqəti ilk dövrlər qeyri‐ixtiyari şəkildə həmin sahələrə yönəlir. Get‐gedə uşağın diqqəti bir sahəyə doğru davamlı, başqa sahəyə isə davamsız olur. Bir sahə qeyri‐ixtiyari olaraq uşağın diqqətini özünə cəlb edir, başqa sahə isə cəlb etmir.

Kiçik məktəblilərlə işləmək digər dövrləri ilə müqayisədə məktəb psixoloqunun fealiyyətində daha çox yer tutur. Kiçik məktəblilərlə iş məktəbə qəbuldan başlayır və II-IV siniflərdə davam etdirilir.

İkincilər yeni dərs ilinə artıq “təcrübəli” şagirdlər kimi başlayırlar. Məktəbə adaptasiya olunmaq, yoldaşları ilə tanışlıq, yoldaşları və müəllimlə qarşılıqlı münasibətlərin qurulması mərhələsi artıq başa çatmış olur. İndi məktəb həyatı haqqında, onu məktəbdə nəyin gözlədiyi haqda onda geniş təsəvvür vardır.

İkincilərin öz gələcək fəaliyyətləri ilə bağlı gözləmələri daha çox I sinifdəki vəziyyətlərindən asılıdır: “I sinifdə yaxşı oxuyurdum. Yəqin bu il də yaxşı oxuyacam”, “I sinifdə o qədər də yaxşı oxumurdum, görək, bu il necə olacaq?” və s. oxşar mülahizələri onların valideynləri də söyləyir.

İkincilərin bu şəkildə özünüqiymətləndirməsi onların fəaliyyətinə də təsir göstərir. İkincilərin özünüqiymətləndirmələri bir tərəfdən təlim fəaliyyətləri, digər tərəfdən isə böyüklərin, xüsusilə müəllimin onlara verdiyi qiymətdən çox asılıdır. Eyni zamanda, ikincilərin təlim fəaliyyəti ilə bağlı özünüqiymətləndirməsi birincilərdən fərqlənir. Birincilər daha eqoistdirlər və özünüqiymətləndirmə onlarda, bir qayda olaraq, daha yüksəkdir.

Kiçikyaşlı şagirdlərin psixi inkişafının da özünəməxsus keyfiyyətləri vardır. Bu yaş dövründə uşaqların iradi diqqəti nisbətən zəif inkişaf etmiş olur. Onlar uzun müddət fikirlərini toplamaqda çətinlik çəkir. Ona görə də valideynlərdə, müəllimlərdə uşaqların diqqətini formalaşmasına qayğı göstərməlidirlər. Uşaqlarda feal diqqəti inkişaf etdirmək vacibdir. Çünki fəal diqqətdə əşya insan üzərində deyil,insan əşya üzərində hakim olur.

Uşaqların diqqəti onların maraqları ilə çox əlaqədardır. Maraq diqqətin güclənməsinə səbəb olur. Bu yaşda olan uşaqlar müxtəlif məsələlərlə maraqlanır və çoxlu suallar verirlər. Bellə suallara cavab vermək vacibdir. Kiçik yaşlı məktəblilərdən mexaniki hafizə qüvvətli olsa da, saxlanması yalnız mexaniki yolla deyil, həm də məntiqi yolla olur. Bu yaş dövrünü səciyyələndirən xüsusiyyətlərdən biri də onlarda təfəkkürün inkişafıdır. Bu yaş dövründə təfəkkür məşqləri keçirilir. Bu məşqlər nəticəsində onlar əşya və hadisələrin mahiyyətini görürlər. Uşaqlar canlı obrazı əvvəlcə görür, sonra onu təsəvvür edir və təsəvvüründə yaradır.

Kiçik yaşlı maktablilər müxtəlif müqayisələr, sadə şəkillər, ümumiləşdirmələr aparmağa və nəticələr çıxarmağa, məsələ həll etməyə, bir sözlə, düşünməyə qadirdilər. Lakin bilik ehtiyatları və təcrübələri az olduğu üçün uşaqlarda hələ təfəkkür yüksək səviyyədə deyildir. Bu yaş dövründə uşaqlar şəkillər, rənglər, səslər və duyğularla düşünürlər.

Kiçikyaşlı məktəblilər daim axtarışda olub bilmədiklərini öyrənməyə həvəs göstərir. Hər bir müəllim kiçik yaşlıların psixologiyasından xəbərdar olmalıdır.

Kiçik matorikanın inkişafı

Valideynləri narahat edən məsələlərdən biri də “Kiçik matorikanın”- barmaqların hərəkətliliyinin asta olmasıdır. Amma bu narahatlıq əsassızdır. Çünki bunu müəyyən tapşırıqlarla bərpa etmək mümükündür. Kiçik matorikanın inkişafı həm də nitqin inkişafına da təsir edir. Kiçik matorikaya aid oyunlar və tapşırıqlar nitqin inkişafına stimullaşdırıcı təsir göstərir. Bu tapşırıqlar və oyunlar tonusun saxlanılmasına və beyin qabığının iş qabiliyyətinə güclü təsir göstərir.

Uşaqlarda kiçik matorikanın inkişafı diqqəti yaxşılaşdırır, yaddaş, eşitmə və vizual görmə, səbir, oyun və praktik fəaliyyət formalaşdırılır. Barmaqlarda böyük miqdarda resoptorlar var. Həmin reseptorlar insanın mərkəzi sinir sisteminə impulsları yollayır. Barmaqların masajı güclü təsirə malikdir. Hər bir barmağın özünəməxsus xüsusiyyətləri var. Böyük barmaq beynin funksionallığını , fəallığını yüksəldir. Şəhadət barmağının masajı mədənin vəziyyətinə təsir edir. Orta barmaq bağırsaqlara, adsız barmaq qaraciyərə və böyrəklərə, çeçələ barmaq ürəyin fəaliyyətinə kömək edir. Sübut edilmişdir ki, əllərin manipulyasiyaları əsəb fəaliyyətinə güclü təsir edir. Əllərin sadə hərəkətləri əqli yorgunluğu aradan götürür, çox səslərin tələffüzünü yaxşılaşdırır, uşağın nitqini inkişaf etdirir. Əlin hər barmağının qabığında kifayət qədər sinir nöqtələri var. Əllərin, barmaqların incə hərəkətlərinin inkişafı hecaların artikulyasiyanın yaranmasına səbəb olur.

Valideynlərə məsləhət; Uşaqda kiçik matorikanın zəif olmasını aşkar etdikdə ,məyus olmayın. Barmaq gimnastikası edin. Bütün tapşırıqları yavaş yavaş tempdə , əvvə bir əl, sonra digər əli masaj etmək və gimnastikaları bir neçə dəqiqə ərzində yerinə yetirin.
Əziz valideynlər, kiçik matorikanın inkişafı nitqin inkişafı ilə birbaşa bağlıdır. Uşaqların kiçik matorikanın inkişafına aid olan tapşırıqların xeyrini gəcələkdə görəcəksiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.