Kişi cinsiyyət sisteminin qüsurları, xəstəlikləri və sonsuzluq
Adi günlərdə 2 dəfə – yuxudan duranda və yatmazdan qabaq, aybaşı vaxtı 3-4 dəfə. Düz bağırsaqdan infeksiya düşməməsi üçün öndən arxaya doğru yuyulur.
Kişi cinsiyyət üzvləri
Cinsi xəstəliklərin əlamətləri – Cinsi xesteliklerin elametleri – Kisi cinsiyyet orqaninda qizarti – Kisi cinsi orqaninda yaralar – Cinsi yolla kecen infeksiyalarin elametleri
Cinsi yolla ötürülən xəstəlilər nədir?
CYÖX və ya CYÖİ — cinsi yolla ötürülən xəstəliklər (infeksiyalar) — bu termin xəstəlik törədən mikrobların və şərti-patogen mikroorqanizmlərin səbəb olduğu patologiyalar qrupunu birləşdirir.
Kişilərdə CYÖİ-ləri üç kateqoriya üzrə qruplaşdırmaq olar:
1. Cinsiyyət üzvlərində zədələnmələrə (cinsi orqanlarda yaralara, sızanaqlara və törəmələrə) səbəb olan infeksiyalar.
2. Kişilərdə sidik kanalının iltihabına (uretrit) gətirib çıxaran cinsi yolla ötürülən infeksiyalar.
3. Sistemli CYÖİ-lər, hansılar ki bütün orqanizmdə müvafiq simptomların əmələ gəlməsinə səbəb olurlar.
Lokal simptomlara və ya uretritə səbəb olan bəzi infeksiyalar (məsələn, sifilis və qonoreya) vaxtında müalicə olunmadıqda digər orqanların zədələnmələrinə səbəb ola və orqanizmdə yayıla bilərlər.
Konkret bir infeksiyadan asılı olaraq, cinsiyyət üzvlərində zədələnmələr kişinin cinsi orqanları üzərində ziyillər, ağrılı xoralar və suluqlar şəklində olurlar. Uretritə(sidik kanalaının iltihabı) gətirib çıxaran cinsi infeksiyalar çox vaxt sidik-tənasül yollarının infeksiyaları ilə əlaqəli olan erkən əlamətlərə malikdirlər. Bu əlaməətlərə diskomfort, sidik ifrazı zamanı ağrı və ya yandırma hissi və cinsi orqandan ifrazatlar daxildir.
Kişilərdə yayılmış cinsi infeksiyalar
Ümumilikdə cinsi infeksiyaların sayı bir neçə onluq təşkil edir, onlardan ən çox yayılmışları aşağıdakılardır:
* sifilis (törədici – Treponema Palidum)
* xlamidioz (törədici – Chlamydia trachomatis)
* qonoreya və ya tripper (törədici – Neisseria Gonorrea)
* genital herpes (törədici – Herpes simplex virus 1 / 2 tip)
* trixomoniaz (törədici – Trichomonas vaginalis)
* insan papilloması virusu (törədici – HPV (İPV))
* qardnerellez (törədici – Gardnerella vaginalis)
* mikoplazmoz (törədici – Mycoplasma genitalum / hominis)
Bütün bu xəstəliklər tək kişi orqanizmi üçün yox, həm də onun xanım-partnyorunun orqanizmi üçün ciddi təhlükə daşıyırlar.
Cinsi infeksiyaların inkubasiya dövrü
| Xlamidioz | Çox vaxt simptomsuz və ya minimum əlamətlərlə keçir. İnkubasiya dövrü – 14-30 gün |
| Qonoreya | 2-7 sutkadan sonra özünü təzahür etdirir |
| Trixomoniaz | İnkubasiya dövrü 5-28 gün təşkil edir |
| HİV (İİV) | Uzun illər ərzində simptomsuz keçə bilər, lakin bəzi insanlarda təxminən 2 həftədən sonra qızdırma və qrip simptomları yaranır. Testin müsbət nəticə göstərməsi üçün 6 ayadək vaxt tələb oluna bilər. |
| Genital herpes | Simptomlar adətən 2 həftə ərzində aşkarlanır. |
| HPV (papillomalar) | Simptomlar ilk 3 ay ərzində meydana gəlir. |
| Hepatit B və C | Hepatit B-nin simptomları adətən yoluxmadan sonra 4-6-cı həftələr arasında meydana gəlir. Həpatit C zamanı simptomların meydana gəlməsi üçün 2-6 həftə tələb oluna bilər. Adətən ilk əlamətlər 1,5-2 aydan sonra yaranır. |
| Sifilis | Şankr birinci mərhələ üçün xarakterikdir, o orta hesabla 21 gündən sonra əmələ gəlir, lakin o yoluxmadan sonra 10-90 gün arasında istənilən zaman kəsiyində meydana gələ bilər. |
Cinsi infeksiyaların əlamətləri
Daha əvvəl qeyd edildiyi kimi, bir çox cinsi infeksiyalar orqanizmin ciddi zədələnməsi anınadək heç bir ifadə olunmuş klinik təzahürlərlə xarakterizə olunmur. Çox vaxt zöhrəvi xəstəliyə yoluxmuş kişi özündə aşağıdakı simptomları müşahidə edə bilər:
* qasıq və onun ətrafında narahatlıq və ya tez-tez xoşagəlməz hisslərin əmələ gəlməsi
* qasıq nahiyəsində və ya qarnın aşağı hissəsində diskomfort
* aralıq nahiyədə diskomfort və ya xoşagəlməz hisslər
* sidik ifrazı zamanı sancılar və ağrılar
* yalançı və ya tez-tez sidik ifraz etmək istəyi
* gecə sidik ifraz et
* cinsiyyət üzvləri nahiyəsində qaşınma
* penisin başlığında və ya onun uc dərisində səpgilərin və ya qızartının əmələ gəlməsi
* sidik kanalından ifrazatlar
* cinsi əlaqə zamanı diskomfort və ya ağrılar
* cinsi funksiyanın zəifləməsi
* cinsi orqanların dərisində törəmənin əmələ gəlməsi
Əlamətlər ümumiyyətlə təzahür olunmaya və ya yoluxmanın yalnız kəskin mərhələsini müşayiət edə, daha sonra isə yoxa çıxa bilərlər. Diskomfort yarandıqda konsultasiya üçün müraciət etmək və diaqnostika üçün tələb olunan laborator analizləri vermək lazımdır.
Kişilər üçün cinsi xəstəliklərə görə analizlər
Cinsi xəstəliklərin müəyyən edilməsi üçün müxtəlif növ laborator analizlərdən istifadə olunur. Xəstəliyin müəyyən edilməsi müxtəlif bioloji materialların tədqiq edilməsindən sonra həyata keçirilir. Xəstəliklərin diaqnostikası üçün aşağıdakı analizlərdən istifadə olunur:
* Sidiyin analizi — zədələnmə dərəcəsini və sidik yollarının yoluxub yoluxmadıqlarını müəyyən etməyə imkan verir
* Qanın analizi — xəstəliyin monitorinqi və törədiciyə qarşı anticisimlərin müəyyən edilməsi üçün tətbiq edilir.
* Yaxmanın analizi — ümumi yaxma tətbiq edilir, əsas diaqnostika üsulu isə PZR diaqnostikadır.
Cinsi xəstəliklərin müalicəsi və mümkün ağırlaşmaları
Cinsi xəstəliklərin müalicəsi üçün preparatları yalnız ixtisaslaşdırılmış həkim seçə bilər. Yadda saxlamaq lazımdır ki, bəzi infeksiyalar müalicə olunmur, lakin onların aktivliyini həmişə azaltmaq mümkündür. Cinsi xəstəliklərin müalicəsi zamanı müxtəlif qrup medikamentlər təyin edilə bilər: antibiotiklər, virus əleyhinə preparatlar, immunomodulyatorlar və s. Hətta simptomlar yox olmağa başladığı zaman belə təyin edilmiş dərmanların qəbulunu dayandırmaq olmaz. Müalicədən sonra pasiyent həyata keçirilmiş terapiyanın effektivliyini müəyyən etmək üçün təkrar müayinədən keçməlidir.
Cinsi infeksiyaların profilaktikası
Cinsi xəstəliklərə yoluxmanın qarşısını almaq asandır. Cinsi partnyorları daha diqqətlə seçmək və həmişə keyfiyyətli prezervativlərdən istifadə etmək lazımdır.
Cinsi xəstəliklərə qarşı profilaktik tədbirlər:
* Bir partnyorla cinsi əlaqəyə girmək;
* Şəxsi gigiyenaya riayət etmək;
* İldə iki dəfə profilaktik tibbi müayinələrdən keçmək;
* Tatuajı, maniküru, kosmetik prosedurları yalnız yoxlanılmış yerlərdə həyata keçirmək;
* İstənilən simptomlara vaxtında reaksiya göstərmək.
Həmişə yadda saxlamaq lazımdır ki, cinsi infeksiyalardan tam etibarlı qorunma üsulu yoxdur, buna görə də cinsi həyatın gigiyenası mütləqdir.
Cinsi yolla ötürülən xəstəliklərin vaxtında müalicə olunmaması sonsuzluğa və cinsi zəifliyə gətirib çıxara bilər. Çox vaxt simptomlara etinasız yanaşdıqda xəstəlik xroniki formaya keçir və bütün orqanizmə yayılır. Həmişə yadda saxlamaq lazımdır ki, cinsiyyət sisteminin infeksiyaları öz-özünə yox olmurlar. Tədbirli olun və öz sağlamlığınızı qoruyun!
Kişi cinsiyyət sisteminin qüsurları, xəstəlikləri və sonsuzluq
Genetik patologiyalar – kişi sonsuzluğunun çox nadir səbəblərindən olub cinsi xromosom patologiyaları ilə əlaqədar olur. Bildiyimiz kimi, kişi xromosom dəsti – 46, XY olur.
Bəzi hallarda doğulan oğlan uşaqlarında “artıq” cinsi xromosom olmaqla 47, XXY xromosom dəsti olur.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, belə oğlan uşaqları cinsi inkişafdan geridə qalmaları, qadınabənzər bədən quruluşları və süd vəzilərinin böyüməsi ilə fərqlənirlər. Bu patologiyası olan kişilər sonsuz olurlar və onların müalicəsi isə indiyə qədər hələ ki, mümkün hesab edilmir.
Kişi cinsiyyət sisteminin müxtəlif anadangəlmə pozğunluqları onlarda sonsuzluğun baş verməsinə səbəb ola bilər. Belə pozğunluqlardan biri uretranın (sidik kanalının) qüsurlarıdır. Bu zaman sidik kanalının xaricə açılan dəliyi normadan fərqli olaraq, yerini dəyişdirməklə, cinsiyyət üzvünün ön və ya arxa səthində, bəzən isə hətta xayalığa yaxın bir yerdə yerləşmiş olur. Cinsiyyət üzvü bu zaman bir qədər əyilmiş olur və cinsi əlaqə zamanı spermanın uşaqlığın dərinliyinə düşməsi mümkün olmur. Sonsuzluğun bu formasında çıxış yolu süni mayalanma üsulundan istifadə edilməsindən ibarətdir.
Kişi sonsuzluğuna səbəb olan digər nadir anadangəlmə pozğunluqlardan biri də xayaların olmamasıdır. Bu halda kişi sonsuzluğunun müalicə edilməsi mümkün olmur və çıxış yolu kimi, donor spermasından istifadə olunması təklif oluna bilər.
Bəzi hallarda kişilərdə xaya artımı və ya toxumçıxarıcı axarın olmaması kimi anadangəlmə qüsura da rast gəlmək olur. Bu halda da həkimlər süni mayalanmanın müxtəlif üsullarına müraciət etməli olurlar.
Normada hamiləlik müddəti tam şəkildə sona çatmaqla doğulan uşaqlarda xayalar xayalıqda yerləşmiş olurlar. Nadir hallarda (əksərən hamiləlik müddəti tam şəkildə sona çatmamaqla yarımçıq doğulan oğlan uşaqlarında) xayalar, normada olduğu kimi, öz-özünə xayalığa enmirlər ki, bunun da nəticəsində kriptorxizm (bir və ya hər iki xayanın xayalığa enməməsi) xəstəliyi baş verir. Nadir hallarda təsadüf edilən bu xəstəliyin müalicəsi, erkən uşaq yaşlarında olmaqla, ancaq cərrahi yolla həyata keçirilir. Xayaların “qanuni yerinə” qaytarılması əməliyyatının gecikdirildiyi hallarda, onların funksiyaları xeyli dərəcədə pozularaq, son nəticədə sonsuzluğa da səbəb ola bilər.
Cinsi orqanlarda olan iltihabi xəstəliklər – kişilərdə sonsuzluğun əmələ gəlməsinin ən çox təsadüf edilən səbəblərindən biri hesab olunur. Kişi reproduktiv sisteminə çox böyük ziyan vuran xəstəliklər – ilk növbədə cinsi yolla keçən infeksiyalardır (sifilis, qonoreya, xlamidioz, trixomoniaz, mikoplazmoz, ureaplazmoz və digərləri. Onlar spermanın tərkibini dəyişərək onu mayalanma üçün yararsız vəziyyətə gətirirlər.
Cinsi orqanların iltihabi xəstəlikləri cinsiyyət yollarının keçməməzliyinə də səbəb ola bilərlər. Əksər hallarda keçməməzliyin səbəbi vaxtında aşkar edilərək müalicə olunmayan epididimit (xaya artımının iltihabı) olur. İltihabi proses xaya artımının toxum daşıyıcı kanallarının yapışmasına və ya tutulmasına səbəb olur. Nəticədə yalnız bir xayada toxumçıxarıcı kanallar tutulmuş olduqda, spermada spermatozoidlərin sayı xeyli azalmış olur. Hər iki xaya artımının toxumçıxarıcı kanalları tutulduqda isə spermatozoidlər xayaların heç birindən toxum kisələrinə daxil ola bilmədiyi üçün geriyədönməz proses olan sonsuzluq baş verir. Sonsuzluğun bu formasının müalicəsi mümkün olmur və bu halda da süni mayalanma üsulundan istifadə etmək lazım gəlir.
Sidik-cinsiyyət sisteminin orxit (xayaların iltihabı), prostatit (prostat vəzinin iltihabı), vezikulit (toxumçıxarıcı axarların iltihabı) kimi xəstəlikləri də spermanın tərkibinin dəyişilməsinə təsir göstərə bilərlər. Xroniki prostatit 50%-dən çox xəstələrdə toxum mayesinin patoloji dəyişikliklərinə səbəb olur. Xroniki prostatitin tipindən asılı olaraq həkim tərəfindən onun müalicə taktikası müəyyən edilir. İltihabi prosesin müalicəsindən sonra isə spermatogenezin dərmanlarla stimullaşdırılmasına başlanılır.
İstənilən ciddi xəstəlik, infeksiyalar və hətta güclü soyuqdəymə də spermanın hazırlanmasının prosesini pozur. 3 aydan sonra isə spermanın miqdarı, adətən, bərpa olunur. Antibiotiklərlə müalicə vaxtında başlanmış olduqda, spermanın keyfiyyətinin bərpa edilməsi mümkün olur. İltihabi proses reproduktiv orqanlarda ciddi dəyişikliklərə səbəb olduqda (məsələn, toxumçıxarıcı axarların tutulması) isə xəstəliyin proqnozu heç də yaxşı olmaya bilər.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Tənasül (cinsiyyət) üzvlərinin gigiyenası
Onlar günde bir neçə dəfə yuyulmalı, iltihaba yol verilməməlidir. Südəmər uşağın tənasül üzvləri nahiyəsində kobud manipulyasiyalara yol vermək olmaz.
Nisbətən iri yaşda tənasül üzvləri səpələnən su (duşla) ilə yuyulmalıdır.
Yaxşı olar ki, bu əməliyyatlar yatmazdan əvvəl olsun. Yavaş-yavaş uşaq buna o qədər öyrəşər ki, bunsuz keçinə bilməz. 7-8 yaşında bu əməliyyatı özü edər.
Təmizlik proseduraları üçün şərait olmadıqda, hər dəfə sidik ifraz edəndə və ya bağırsaqlar boşalanda budun yuxarı hissəsi qıcıqlanır. Bir də ki, ifrazatlar paltara hopanda mikroblara şərait yaranır.
Kolqotkalar gigiyenik deyil. Tənasül üzvləri nahiyəsində qaşınma olsa həkimə müraciət edilməlidir. Həkim bağırsaq qurdunun olub-olmamasını müəyyən etmək üçün analiz göndərir ve müalicə təyin edir.
Reproduktiv funksiya pozuntularının qarşısını almaq üçün xroniki qəbizliklə mübarizə aparılmalıdır. Çünki, çanaq sümüyü nahiyesində qan durgunluğu əmələ gəlir, tənasül üzvlərinin yerləşmə vəziyyəti pozulur.
Çox vaxt dözmək adətindən olur. Əgər səhər tezdən və ya yatmazdan əvvəl ayaqyolunda olmamısınızsa, məktəbdə dözməy məcbursunuz, hər dəfə dərsdən icazə almaq mümkün olmur, bir də ki, məktəb ayaqyolusu çox da abad deyil.
Tənasül üzvlərinin gigiyenası qızlarda aybaşı, oğlanlarda pollüsiya zamanı daha vacibdir. Yadda saxlayın ki, aybaşı vaxtı qadın orqanizminin xoşagəlməyən faktorlara dözümlülüyü azalır. Aybaşı olanda nəm torpaqda uzansanız yumurtalıqlar soyuqlayır, illər uzunu qarnın aşağı hissəsində və bəldə ağrılar olur, tsikl pozulur.
Aybaşı vaxtı hovuzlarda çimdikdə uşaqlığın selikli qişasında iltihab əmələ gələr, vaxtaşırı qanaxma və ağrı olar. Bu həmişə belə olmur, vaxtilə sağlamlıqla belə münasibətdə olduqda qadınların çoxu ginekoloqda müalicə olunurlar.
Aybaşı vaxtı günün altında çox qalmaq, uzun müddətli səyahətlər etmək, uzaqlara ekskursiyada (gəzinti), yorucu rəqslərdə, oyunlarda iştirak etmək, bərk qaçmaq, hoppanmaq, ağırlıq qaldırmaq olmaz.
Yadda saxlamaq lazımdır ki, aybaşı xəstəlik deyil, adi həyat tərzidir. Bu vaxt adi günlərə nisbətən isti geyinmək, ayaqlar, bel, qarnın aşağı hissəsi soyuqlamadan qorunmalıdır.
Aybaşı vaxtı gündəlik iş görülür, amma ağırlıq bir az azaldılmalıdır.Aybaşı haqda qız bilməli, şəxsi qadın gigiyenasına tam əməl etməlidir: gündəlik təmizliklə (tualet) məşğul olmalı, aybaşı zamanı xüsusi döşəkciklərdən (prokladka) istifadə etməlidir.
Pambıq ve tənzifdən, yaxud yumşaq parçadan özləri də düzəldə bilər, hazırını da almaq olar. Islandıqca dəyişilməlidir, təmiz və ütülənmiş dəsmal da lazımdır. Qız bilməlidir, hansı paltar daha rahatdır.
Xarici tənasül üzvləri təmiz saxlanmalı, təmiz əllərlə yuyulmalıdır. Yuyunmaq ilıq, axar su ilə daha yaxşıdır.
Adi günlərdə 2 dəfə – yuxudan duranda və yatmazdan qabaq, aybaşı vaxtı 3-4 dəfə. Düz bağırsaqdan infeksiya düşməməsi üçün öndən arxaya doğru yuyulur.
Uşaqlıq boynunun içərisi yox, o, öz-özünü təmizləyir, ətrafı yuyulur. Tənasül üzvlərinin selikli qişası qaşındıqda çobanyastığı, çay, pişikdili otlarının cövhərindən istifadə etmək məsləhətdir.
Sabun neytral olmalıdır, uşaq lakolin sabunu. Bahalı sabunlarda olan yağlar və ətir maddələri dərini qıcıqlandırır və qurudur. Aybaşıda vanna qəbul etmək, hamamda çimmək olmaz, ilıq duş qəbul etmək olar. Alt paltarı hər gün dəyişilməlidir, islananda daha tez-tez.
Gigiyenik proseduraların tezliyi və intensivliyi fərdidir. Hər şey ifrazatın miqdarından və xassəsindən asılıdır (pis qoxu). Uşaqlıq boynunu şirinq etmək lazım deyil, infeksiya keçə bilər, adi günlərdə də selikli qişa yuyulmur, çünki uşaqlıq boynunun funksiyası zəifləyər.
Oğlanlarda bu “problemlər” yoxdur, amma səhərlər xarici tənasül üzvlərini yumalıdır, gecə pollusiyasından sonra alt paltarı və yataqda sperma qalır, yuyulmasa iltihab verə bilər.
Comments are closed, but trackbacks and pingbacks are open.