Press "Enter" to skip to content

Kişi necə arıqlamaq olar

Ənənəvi qidalarda kalori miqdarını aşağı salırıq. Qızardılmış kartof, mayonezli salat və s. bu kimi qidalardan imtina edirik.

Payızda necə arıqlamaq olar?

Yay, demək olar ki, arxada qalıb. Yəqin ki, çoxlarınız «payızda arıqlayacam» marafonuna start verməyə hazırlaşır. Bizim məsləhətlərimizə əməl etsəniz, heç bir çətinlik çəkmədən artıq çəkidən azad ola bilərsiniz.

Pəhriz — gündəlik rasionun məhdudlaşdırılması vacibdir, lakin bunu diqqətlə seçmək lazımdır. Kimsə düşünür ki, boş qablarla arıqlamaq olar. Ancaq unudurlar ki, çəki yerinə qayıdır. Sadəcə zaman lazımdır. Biz balanslı qidalanmağı tövsiyə edirik. Pəhriz sizin əhvalınıza və sağlamlığınıza mənfi təsir göstərməməlidir.

Düzgün seçilmiş səhər yeməyi
Əgər arıqlamaq istəyirsinizsə, düzgün səhər yeməyindən başlamalısınız. Bu isə o deməkdir ki, yuxudan oyanan kimi limon sıxılmış su içməli və ya bir çay qaşığı bal yeyərək duşa getməlisiniz.

Səhər yeməyi karbohidratlarla zəngin olmalıdır ki, sizi bütün gün boyu enerji ilə təmin etsin. Bu o demək deyil ki, səhər tezdən şokolad və kökə yeməlisiniz. Belə etsəniz, çətin ki, arıqlayasınız. Sıyıqlara üstünlük verin. Yulaf, qarabaşaq və ya qarğıdalı sıyığı məsləhətlidir.

Daha çox meyvə və tərəvəz
Bir necə aydan sonra sevimli meyvə və tərəvəzlər piştaxtalardan yoxa çıxacaq. Orqanizmi faydalı vitaminlər və mikroelementlərlə təmin etmək lazımdır. Günorta və axşam yeməklərinizə salat və zeytun yağı əlavə edin.

Bitki və heyvan mənşəli yağlar
Əgər payızda arıqlamaq istəyirsinizsə, heç bir halda yağdan imtina etmək olmaz. Bundan imtina müxtəlif xəstəliklərə yol aça bilər.

Gün ərzində optimal yağ qəbulu çəkinizin hər kiloqramına görə 0.8 qramdan 1 qrama qədərdir. Misal üçün, əgər sizin çəkiniz 70 kiloqramdırsa, gün ərzində 70 qram yağ qəbul etməlisiniz. Bunun 40%-ə qədəri isə bitki yağlarının payına düşməlidir.

Ənənəvi qidalarda kalori miqdarını aşağı salırıq. Qızardılmış kartof, mayonezli salat və s. bu kimi qidalardan imtina edirik.

Burada fantaziyanı da işə salmaq olar. Əgər salat hazırlayırsınızsa, ona çox duz qatmayın, limon şirəsi ilə əvəzləyin. Limon şirəsini balıq, ət və tərəvəzlərdə də istifadə etmək olar.

Bəzən ən sadə qaydalar arıqlamaq üçün sizə yardımçı ola bilər.

Kişi necə arıqlamaq olar

Yaşından və cinsindən aslı olmayaraq hər kəs ideal bədən ölçüsünə malik olmaq istəyir. Lakin bəziləri ideal ölçü ilə həddən-ziyadə kilo itirməyi qarışıq salırlar. Xüsusilə arıqlamaq niyyətində olanlar, qeyri-təbii yollardan istifadə edərək çəki itirirlər ki, bu da şəxsin sağlamlığına təsirsiz ötüşmür.

Maraqlıdır, düzgün şəkildə necə arıqlamaq lazımdır, həddən çox itirilmiş çəkinin nə kimi ziyanı var ?

“İki sahil” xəbər verir ki, bu barədə tanınmış dietoloq Tutu Zeynalova Modern.az-a danışıb.

“Artıq çəki və piylənmə 21-ci əsrin epidemiyası hesab olunur . İstər kişi, istərsə də qadınlar formada olmaq üçün bir çox üsullara əl atırlar. Çox təəssüf ki, onların hamısı da tez nəticə əldə etmək istəyir. Belə ki, illərlə aldıqları kilolardan qısa zaman ərzində qurtulmaq istəyirlər ki, bunun da bir sıra fəsadları olur. Ümumdünya Səhiyyə Təşkilatı protokollarına əsasən həftədə 0,5-1 kq arıqlamaq daha məqsədə uyğundur. Yəni bu da ayda hardasa 4-5 kq edir. Əgər bir insanın çəkisis 100 kq-dan artıqdırsa o zaman itirilmiş çəki 4-5 kq-dan çox ola bilər. Kilo verilərkən əsas məqam odur ki, verilən çəki yağdan getsin. Əks halda ac qaldığımız zaman itirilən çəki əzələ və sudan gedir ki, bu da arzuolunmazdır”.

Dietoloq bildirir ki, şok dietlər nəticəsində bəzən xanımlarda saç tökülməsi, psixo-nevroloji problemlər və sümük əriməsinə qədər digər problemlər müşahidə olunur.

“Bu hal orqanizmin ehtiyacı olan vitamin və mineralların kifayət qədər qəbul olunmamasıdan irəli gəlir. Buna görə də balanslı qidalanmaq lazımdır. Toplumda belə bir fikir formalaşıb ki, “Arıqlamaq istəyirəm, ac qalacam, çörək-yağ yeməyəcəm”. Bu zaman da bir sıra fəsadlar meydana gəlir. Çörək qrupunda , ət qrupunda olan qidaların, meyvə- tərəvəzləri balanslı bir şəkildə istifadə etdiyimiz zaman itən çəki yağdan keçəcək. Bunlardan balanslı şəkildə istifadə etdiyimiz zaman verilən çəki qalıcı olacaq”.

Comments are closed, but trackbacks and pingbacks are open.