Necə kökəlmək olar- ƏN SADƏ ÜSUL
Xörəkləri bişirən zaman cirə, zəncəfil, darçın, zirə kimi ədviyyatlardan çox istifadə etməyin və soyuq qidaları rasionunuzdan tamamilə çıxarın.
Məsamələr necə kiçiltmək olar?
Dəriyə qulluqda ən böyük problemlərdən biri genişlənmiş məsamələrdir. Amma bu problemin də öhdəsindən gəlmək biz xanımlar üçün çətin deyil. Sadəcə sevgi və bir az da pudra bizə bu işdə kömək edə bilər. Məsamələrinizi evdə asanlıqla kiçildə biləcəyiniz yönündə ipuclarını təqdim edirik.
Əgər nəmləndirilmiş və yaxşı qulluq edilmiş dəriniz varsa məsamələr kefinizi pozmasın. Çünki dəriyə qulluqla onları tamamilə yox etmək mümkündür. Amma bir nüansı da unutmayın ki, geniş məsamələr tək bir şeyə səbəb ola bilər: məsamələrin bağlanmasına. Bunun üçün məsamələri bağlayan və dərinizi yağlandıran vasitələrdən (yağlı kremlər və tərkibində spirt olan vasitələr) uzaq durmalısınız. Və üzünüzü ölü hüceyrələrdən təmizləyin, məsamələrin içini təmizləmək üçün düzgün miqdarda salisil turşusu istifadə etməlisiniz. Eyni zamanda makiyajınızı təmizləmədən yatmayın. Bu məsələ çox ciddi məsələdir. Demək olar ki, bütün yazılarımızda bunu qeyd edirik. Gecə yatmamışdan əvvəl makiyajınızı silməyib, qulluq rutininizi etməsəniz məsamələrə çirkləri özünüz dəvət etmiş olacaqsınız.
Gələk makiyajla məsamələri necə örtə biləcəyiniz məsələyə. Geniş məsamələri makiyaj vasitəsilə ustalıqla gizlətmək mümkündür. Bunun üçün pudra sizin üçün yetərli vasitədir. Beləliklə, siz pudra ilə məsamələri doldurmağa çalışmalısınız. Yəni pudranı sadəcə üzə çəkmək kifayət deyil. Onu həm də, məsamə olan hissəyə də yeritmək lazımdır. Amma gecə pudranı üzdən yaxşıca təmizləməyi unutmayın. Çünkı məsamələr daha da genişələnə bilər. Nəticədə də dəri nəfəs almaz. Bu isə digər dəri problemlemlərinə gətirib çıxarar. (Foxy.az)
Necə kökəlmək olar- ƏN SADƏ ÜSUL
Normal bədən çəkisinin hesablanması üçün onlarla formullar var. Müasir təbabət aşağıdakı tənlikdən istifadə edir:
Bədən çəkisinin indeksi = çəki/boy2 (kq/m2)
Əgər çəki indeksi 19-dan aşağıdırsa, bu, bədən çəkisinin normadan geri qalmasını göstərir. İndeksin orta göstəricisi 19-25 arasındadır. Lakin bu indeks nə konstitusional, nə də individual göstəriciləri əks etdirmədiyindən ənənəvi təbabət məsələyə bir qədər başqa istiqamətdən yanaşır. Hesab olunur ki, hər bir temperamentin özünəməxsus çəkisi olur. Məsələn, fleqmatiklər, adətən bir qədər kök olur, onların bədənində piy toxuması üstünlük təşkil edir. Amma melanxolikləri nə qədər yedizdirsən də onlar arıqlıqdan əziyyət çəkir. Sanqviniklərin bədənində əzələ toxuması üstünlük təşkil etdiyinə görə onların bədən çəkisi normal, xoleriklərdə isə piy çox az olduğundan onlar arıq olur.
Arıqlama və bədən çəkisinin azalması yalnız o zaman patoloji hal hesab oluna bilər ki, orqanizmin xəstəliklərə qarşı müqavimətinin zəifləməsinə, bədənin enerji ehtiyyatının tükənməsinə, nevroz və yuxusuzluğa, iştahın pozulması və hətta depressiyaya səbəb olsun. Üzülmə vaxtından əvvəl qocalma, saçların və dişlərin tökülməsi, sümüklərin kövrəkləşməsi və cinsi fəaliyyətin zəifləməsi ilə də müşayiət oluna bilər.
Təbabət hədsiz arıqlığın ilkin səbəbləri kimi aşağıdakıları göstərir:
Qeyri-rasional qidalanma. Soyuq, çiy, yüngül və azkalorili qidaların qəbulu, vaxtlı-vaxtında yeməmək və ya az miqdarda maye qəbulu buna misaldır.
Hədsiz hərəkətlilik, fiziki və zehni yüklənmə, yorulma.
Qeyri-düzgün həyat tərzi. Çox qısa yuxu, emosional stress və kədər.
Bağırsaq xəstəlikləri və ya həzm pozulmaları.
Qurd invaziyaları
Stimulyasiyaedici preparatların, xüsusilə də amfetaminlərin qəbulu
Səbəbi aşkar olunduqdan sonra arıqlığın korreksiyası və kökəlmə üçün xalq təbabəti bəzi məsləhətlər verir.
İlk növbədə qida rasionuna fikir vermək lazımdır. Qidaya mütləq mal, qoyun, qaz əti, müxtəlif sıyıqlar, qoz, fındıq, yağlar əlavə edin. Süd məhsullarına, xüsusilə də yağlı, duzsuz pendirə üstünlük verin, nişastalı və şəkərli məhsulları çox yeyin. Ilk vaxtlarda qatı ət bulyonları və xaş yemək də yaxşı nəticə verir.
Xörəkləri bişirən zaman cirə, zəncəfil, darçın, zirə kimi ədviyyatlardan çox istifadə etməyin və soyuq qidaları rasionunuzdan tamamilə çıxarın.
Hər gün təzə inək və ya keçi südü için
Kərə yağından çox istifadə edin
Təzə bişmiş ağ çörək yeyin
Səhərlər düyü və buğda sıyıqları yeyin
Kişmiş, küncüt və ərik qurusundan çox istifadə edin
Resept
2-3 ədəd quru və ya təzə əncir və 3-5 ədəd badam bir stəkan süddə isladılır və 40 gün ərzində hər səhər qəbul edilir.
10 ədəd badam və bir xörək qaşığı kişmiş xırdalanır və bir stəkan südlə qarışdırılır. Gündə iki dəfə, səhər və axşam isti şəkildə qəbul edilir.
3 xörək qaşığı xama bir yumurtanın sarısı ilə stəkanda çalınır və üzərinə stəkan dolana qədər pivə əlavə olunur. Hər səhər acqarına içilir.
Hərəsindən 100 qr yerkökü, çuğundur, qara turp, bal və 40 faizli spirt qarışdırılır və soyuducuya qoyulur. Gündə 3 dəfə 2 xörək qaşığından yeməkdən 30 dəqiqə əvəl daxilə qəbul edilir.
Əlavə
Yarımqiymətli daşlardan istifadə edin. Sarı sapfir, sarı topaz və ya sitrin, həmçinin zümrüd və xrizolit taxmaq kökəlməyə meyillik yaradır.
Günortalar yatın. Çünki günorta yuxusu maddələr mübadiləsini ləngidir. Çalışın yumşaq yataqdan istifadə edəsiniz.
Fitoterapiya
Kökəlmək və orqanizmi tonuslandırmaq üçün biyan, gülxətmi, xəndəkotu, jenşen kimi bitkilər istifadə olunur.
30 qr biyan kökləri tavada qızardılır, xırdalanaraq toz halına salınır, bal əlavə olunaraq qarışdırılır. Alınan qarışıqdan qarğıdalı dənəsi boyda kürəciklər düzəldilir və gündə 2 dəfə 5 ədəd kürəcik qəbul olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.