Press "Enter" to skip to content

Kiminsə bu real simada yerini necə bilə bilərəm

Amma bununla belə TQDK rəsmisi mətbuatın daha çox zəif nəticələri qabartmasını da düzgün hesab etmir: “Düzdür, son buraxılış imtahanının nəticələri aşağı idi. Lakin ümumi nəticəyə baxanda ötən ilə nisbətən 2 faiz artım var. Bəzi KİV-lər hətta elə rəqəmlər ortaya çıxarır ki, inana bilmirik. Elə olub ki, yanlış hesablamalarla iki alanların sayını imtahan verənlərin sayından daha yüksəyə çıxarıblar”.

Kiminsə bu real simada yerini necə bilə bilərəm?

QANUN: 28-ci maddənin tələbinə görə, hər bir şəxs Azərbaycan ərazisində müstəqil hərəkət edə, özünə yaşayış yeri seçə bilər. Bütün bu məsələlər isə 1996-cı ildə qəbul edilmiş «Yaşayış yeri və olduğu yerdə qeydiyyat üzrə Azərbaycan Respublikasının Qanunu»na əsasən tənzimlənir. Həmin sənədə görə, vətəndaş olduğu yer üzrə qeydiyyata düşməlidir. Sözsüz ki, Qanunda bununla bağlı yerli və xarici vətəndaşlar üçün müəyyən müddət də nəzərdə tutulur. Amma ümumilikdə sözügedən qanunun 1-ci maddəsinə görə, ölkə vətəndaşları üçün qeydiyyat məcburi sayılmır».

Deməli, Azərbaycan vətəndaşıları ölkənin istənilən ərazisində qeydiyyata düşmədən istədikləri qədər yaşaya bilərlər. Ancaq bu gün qeydiyyata düşmək məsələsi o qədər qəliz prosesə çevrilib ki, daimi yaşayış yerini dəyişən şəxslər belə bu prosesdən keçməmək üçün, yaşayış yerlərini dəyişdirmək istəmirlər. Bu gün Bakıda 10 ildən artıq yaşayan minlərlə ailə var ki, hələ də bu şəhərdə qeydiyyata düşə bilməyiblər. Səbəb kimi isə daimi yaşayış sahələrinin və qeydiyyata düşmək üçün sənəd hazırlamağa pullarının olmamalarını göstərirlər. Bi də bu sahədə də rüşvətxorluğun baş alıb getməsini.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Hüquqi Dövlət Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov mövzu ilə bağlı Simsar.az-a açıqlamasında bildirib ki, mövcud qanunvericiliyə əsasən, qeydiyyat məsələsində heç bir problem olmamalıdır. Qeydiyyat məcburi olmasa da…vətəndaşların yaşayış yerini dəyişərkən olduqları yerdə qeydiyyata düşməsi çox vacibdir. Əslində «Yaşayış yeri və olduğu yerdə qeydiyyat üzrə Azərbaycan Respublikasının qanunu»na uyğun olaraq qeydiyyata düşmək vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına şərait yaradır. Məsələn, vətəndaş hansısa ünvanda qeydiyyat əsasında yaşayırsa, bu halda onun müxtəlif sosial güşəztlərdən yararlanması üçün problem olmur. Tutaq ki, vətəndaş hansısa müavinət və ya pensiya almaq üçün aidiyyəti dövlət qurumlarına heç bir məhdudiyyət olmadan müraciət edə bilir”.

Amma əhalinin məhz paytaxta axışması bu sahədə müəyyən neqativ halların ortaya çıxmasına şərait yaradır. Paytaxtda qeydiyyata düşmək üçün əsas prosedurların nədən ibarət olmasına gəlincə, Müzəffər Baxışov deyib ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanun”un tətbiqi haqqında əsasnaməyə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün həmin yerin müvafiq icra hakimiyyəti orqanına, yəni polis idarəsinə müraciət etməlidir. «Konstitusiyaya görə, Azərbaycan Respublikasının vətəndaşları ölkə ərazisinin istənilən yerində qeydiyyata düşə bilər. Müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı isə vətəndaşı yaşayış yeri üzrə qeydiyyata almaq üçün ondan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi, yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi, ərizə-anket, şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, hərbi bilet və ya təhkim şəhadətnaməsini tələb etməlidir. Qanunda o da nəzərdə tutulub ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün sözügedən Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz».

Müzəffər Baxışov Bakıda qeydiyyatsız yaşayanların qeydiyyata düşməsinə mane olan səbəblərə də toxunaraq bildirib ki, bu məsələdə xüsusilə paytaxtda sənədsiz evlərin çoxluq təşkil etməsi əsas rol oynayır. Ekspert sənədsiz tikililərin sənədləşdirilməyənədək vətəndaşların paytaxtda qeydiyyata düşməsi mümkünsüz olacağını bildirib. «İndi insanların bir-birinə etibarı da azalıb. O zaman deyil ki, kiminsə öz evinə müvəqqəti qeydiyyata düşməsinə razılıq verəsən. Hətta qohum olsa belə, bu məsələdə insanlar olduqca tərəddüd edirlər. Düzdür, sovet dövründə sənədsiz evlərdə qeydiyyatsız yaşayan insanlar məhkəmənin qərarı ilə yaşadıqları ünvanda qeydiyyata düşə bilirdilər. Amma indi mövcud qanunvericilik buna imkan vermədiyindən vətəndaşlar sənədsiz mənzillərdə qeydiyyatsız yaşamaq məcburiyyətindədirlər. Ona görə də bu məsələ ancaq qanunsuz tikililərin sənədləşdirilməsindən sonra həll oluna bilər».

Mütəxəssis həmçinin vurğulayıb ki, Azərbaycan qanunvericiliyi ölkədə qeydiyyatsız yaşayan vətəndaşlar üçün cərimə sanksiyası da nəzərdə tutur. “Bir müddət əvvəl bu sanksiyanın məbləği də artırılıb. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, ölkə ərazisində qeydiyyatsız yaşayan vətəndaşlar 50 manat məbləğində cərimələnir. Düzdür, bu təcrübədən geniş şəkildə istifadə olunmur. Çünki paytaxtda qeydiyyatsız yaşayan Azərbaycan vətəndaşlarının sayının çoxluğu buna imkan vemir. Yəni bu məsələdə vətəndaşlara güzəşt edilir. Təbii ki, əgər qeydiyyat problemi kütləvi xarakter daşımasaydı, o zaman İnzibati Xətalar Məcəlləsinin bu tələbini praktikada asanlıqla tətbiq etmək olardı».

Bəs yaşayış yerini dəyişərkən olduğun yerdə qeydiyyata düşmək üçün müəyyən problem yaradılarsa o zaman hansı addımları atmaq olar? Bu sualı isə Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri Əlövsət Əliyev cavablandırıB. O, bildirib ki, vətəndaşların yaşayış yerini dəyişərkən olduqları yerdə qeydiyyata düşməsi çox vacibdir. “Qanuna görə, əgər şəxs yaşadığı yerdən qeydiyyatdan çıxıbsa və ya çıxarılıbsa, növbəti yaşayış yeri yoxdursa, qeydiyyata düşə bilmirsə, sonuncu qeydiyyatda olduğu ərazinin polis orqanının inzibati binasında qeydiyyata alınmalı və şəxsiyyət vəsiqəsi ilə təmin olunmalıdır. Həm onun valideynləri, həm də yetkinlik yaşına çatmayan övladları, demək olar ki, bütün ailə üzvləri həmin ünvanda qeydiyyata alınmalı və şəxsiyyət vəsiqəsi ilə təmin olunmalıdırlar. Əgər vətəndaşlarda sənədlərin qəbulu zamanı müəyyən problemlər yaranarsa, dərhal hüquq-mühafizə orqanlarına və ya məhkəmələrə müraciət etməlidir. Qeydiyyata almaqdan şifahi və yazılı imtina edilməsindən, qeydiyyat üçün bu Qanunda nəzərdə tutulmayan sənədlər tələb olunmasından və ya qeydiyyata alınmasında süründürməçiliyə yol verilməsindən inzibati qaydada məhkəməyə şikayət verilə bilər. Vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra ən azı 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz” .

Ekspert qanunsuz evlərin tam sənədləşdirilmədiyi təqdirdə məsələnin həlli mexanizmini görmədiyini bildirdi.

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi Əli Əliyev bildirib ki , bir ünvandan digərinə qeydiyyata düşmək “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi haqqında əsasnamə ilə tənzimlənir. Əsasnaməyə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün həmin yerin polis orqanına müraciət etməlidir.

Nazirlik rəsmisi bildirir ki, yaşayış yerini dəyişən vətəndaşlar mütləq 10 gündən gec olmayaraq köçdükləri yerə qeydiyyata düşməli və yeni şəxsiyyət vəsiqəsi almalıdırlar. Qeydiyyata düşmək üçün isə vətəndaş digər sənədlərlə yanaşı köçdüyü mənzilin dövlət reystrindən çıxarışını, order təqdim etməlidir. Bu və eləcə də digər sənəd olmadığı halda isə qanunvericilikdə nativ variantlar nəzərdə tutulub.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin böyük məsləhətçisi Səyyarə Məmmədova isə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində (ünvan: Akademik Həsən Əliyev küç., 36) “pilot” layihə çərçivəsində Azərbaycan Respublikasının istənilən ərazisindən Nəsimi, Nərimanov və Binəqədi rayonlarına qeydiyyata düşmək üçün xidmət göstərildiyini söyləyib. Mərkəzdən bildirilib ki, əgər əmlakın çıxarışı bankda girovdadırsa, o zaman mülkiyyətçi banka müraciət etməlidir. Bankın verdiyi razılıq ərizəsi (“ASAN xidmət” mərkəzinin adına) əsasında istənilən şəxs həmin ünvana qeydiyyata düşmək üçün müraciət edə bilər. Bu zaman mülkiyyətçinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi tələb edilir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd (order, çıxarış – “kupça”) yoxdursa və digər əmlak üzərinə ona məlum səbəblərdən qeydiyyata alınmaq mümkün deyilsə, şəxs qeydiyyatda olduğu rayon üzrə RPİ-nin inzibati binasına qeydiyyata alınmaq üçün həmin RPİ-nin səlahiyyətli şəxsi adına müraciət edə bilər.

Ukrayna

“Qəbul imtahanlarının suallarını heç kəs imtahandan əvvəl bilə bilməz. İmtahan sualları çox qapalı rejimdə hazırlanır və imtahan başa çatmayana kimi həmin sualların tərtib olunmasında iştirak edən adamlar “bunker”dən bayıra çıxa bilmir”.

AzVision.az xəbər verir ki, “Abituriyentlər üçün maraqlı olan bu məsələ ilə bağlı APA TV-də efirə gedən “Sosium” verilişində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

İmtahan suallarını yazanlar arasında hazırlıq kurslarında çalışan ali məktəb müəllimlərinin olması və onların bəzi sualları hazırlaşdırdığı uşaqlara sızdırması kimi ehtimallara aydınlıq gətirən TQDK rəsmisi bildirib ki, bu, praktiki cəhətdən mümkün deyil: “Heç kəsin imtahana düşən suallarla bağlı əvvəlcədən məlumatı ola bilməz. Faktiki olaraq, test tərtibi ilə məşğul olan konkret şəxs yoxdur. Minlərlə sual test bankına daxil edilir. Bu sualları yüzlərlə müəllim hazırlayır. İnternet üzərindən və şəxsi qaydada sualları TQDK-ya təqdim edirlər. Ola bilər ki, 100 sual göndərmiş bir müəllimin cəmi bir sualı imtahana düşsün. İmtahandan bir neçə gün əvvəl xüsusi adamlar şərti bunker adlanan qapalı bir yerə girir və oradan imtahan başa çatana kimi çıxmırlar. Bu müddət ərzində onların hər yerlə əlaqəsi kəsilir. Kompüter sualları seçir və suallar yoxlandıqdan sonra çapa gedir. Yəni, bu o deməkdir ki, imtahan sualları əvvəlcədən heç kəsə bəlli ola bilməz”.

İyunun 8-dən etibarən keçirilən buraxılış imtahanlarının nəticələrinə toxunan Elnur Nağızadə bildirib ki, 11-ci siniflərə nisbətən 9-cu sinif şagirdləri daha aşağı nəticə göstərib: “Statistik nəticələrə görə 11-ci siniflərin 16.71% “2” alıbsa, IX sinif şagirdlərində bu göstərici 24.71% faizdir. Əla qiymət alanlar arasında da fərq böyükdür. XI siniflər arasında 19.52 faiz “5” alıbsa, IX sinif şagirdlərində bu göstərici cəmi 10.15 %-dir. Ümumiyyətlə IX sinif şagirdlərinin imtahan göstəriciləri çox zəifdir. Elə şagirdlər var ki, hətta adını yaza bilmir”.

Amma bununla belə TQDK rəsmisi mətbuatın daha çox zəif nəticələri qabartmasını da düzgün hesab etmir: “Düzdür, son buraxılış imtahanının nəticələri aşağı idi. Lakin ümumi nəticəyə baxanda ötən ilə nisbətən 2 faiz artım var. Bəzi KİV-lər hətta elə rəqəmlər ortaya çıxarır ki, inana bilmirik. Elə olub ki, yanlış hesablamalarla iki alanların sayını imtahan verənlərin sayından daha yüksəyə çıxarıblar”.

O ki qaldı qarşıdan gələn abituriyentlərin qəbul imtahanlarına, Elnur Nağızadə bildirib ki, artıq bir neçə günə I- IV qruplara imtahan verəcək abituriyentlərə buraxılış vərəqələri paylanacaq:
“Buraxılış imtahanları cari il üzrə başa çatdı. Qarşıda əsas imtahanlar var. Abituriyentlər TQDK-nın rəsmi saytını mütəmadi izləməlidirlər. Abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli, imtahana buraxılış vərəqəsi və s. məsələlərdə diqqətli olmalıdırlar. Keçid balları ilə də bağlı bəzən söz-söhbətlər olur. Bir daha deyirik ki, keçid balı müsabiqə əsasında formalaşır, bunu TQDK müəyyənləşdirmir. Sualların çətinliyinə gəldikdə isə bəzi adamların yenə də bəhanələr gətirəcəyini bilirik. Bütün suallar asan ola bilməz. Asan, orta və qəliz suallar var”

Artur Rasizadədən SENSASİON MÜSAHİBƏ: “Bəzilərinin anasının kimliyi bilinmir”

Uzun müddət Azərbaycanın dövlət orqanlarında yüksək vəzifələr tutmuş, 1996-2017-ci illərdə arada qısa fasilə olmaqla Azərbaycan Respublikasının Baş naziri işləmiş Artur Rasizadə Modern.az saytının suallarını cavablandırıb.
Qeyd edək ki, bu, 2017-ci ildə Baş nazir vəzifəsindən təqaüdə göndərilmiş Artur Rasizadənin mətbuata ilk geniş müsahibəsidir. Onunla maraqlı söhbəti təqdim edirik:

– Artur müəllim, karantin günlərində əhvalınız necədir? Ümumiyyətlə, koronavirusla bağlı nə düşünürsüz?

– Vəziyyətin daha da çətin olduğunu deyə bilərəm. Havaya da çıxmaq olmur. Evdə oturmuşuq. Ancaq başqa yolumuz da yoxdur. Çünki virus qorxulu hal alıb. Etinasız yanaşsaq, axırımız yaxşı olmaz. Ona görə də hər birimiz qaydalara əməl etməliyik. Dünya mətbuatını izləyirəm və bir çox tibb sahəsində çalışan alimlərin fikirləri ilə tanış oluram. Bəzi alimlərin əsas tövsiyəsi budur. Əllərini yu, tibbi maskadan istifadə elə, sosial məsafəni saxla.

– Dediyimiz kimi, insanların heç də hamısı evə qapanmaqdan məmnun deyil. Təhlükə olsa da, kimi dənizə, kimi rayona, kimi ölkə xaricinə getmək istəyir. Siz də həmişə aktiv siyasətlə məşğul olmusuz. Bu situasiyada darıxmaq hissi varmı? Xüsusilə də keçmişə baxanda.

– Təbii darıxmaq var. Əgər kiminsə həyatının 60 ildən çoxu dövlət işində keçibsə, o mütləq darıxacaq. Bu təbiidir. Birmənalı olaraq darıxıram.

– Maşallah, bu arada səsiniz çox yaxşı gəlir. Gümrah insan təsiri bağışlayırsız.

– Elə bircə səsim gümrah qalıb. Qalan orqanlarım çürüyüb (gülür). Ümumiyyətlə, insan həyatının bir mərhələsi olur ki, yaş orada öz sözünü deyir. Həyatın elə qaydaları var ki, onu dəyişmək olmur.

– Yaşlı insanları təsəlli etmək üçün belə fikir səsləndirirlər: “Karantin dövründə nəvələrlə vaxt keçirin”. Hardadır, nəvələr?

– İndiki halda nəvələr belə yoxdur. Təbii, nəvələrim böyükdür artıq. Azyaşlı deyillər. Koronavirusa görə görüşlərə icazə verilmir. Çünki yoluxma ola bilər. O səbəbdən də karantin müddətində nəvələrimlə də görüşmürəm.

– Nəvələrlə də görüşə bilmirsiz. Bəs evəqapadılma vəziyyətində gününüzü necə keçirirsiz?

– Kitab oxuyuram, internetdə informasiyaları izləyirəm. Ancaq televiziyaya baxmıram. Bir az da istirahət edirəm, vaxt keçir.

– Artur müəllim, sizinlə bir qədər açıq danışmaq istəyirəm. Bu günə qədər haqqınızda dolaşan bəzi məsələlər var ki, cavabsız qalır. Məsələn, birmənalı olaraq ananızın erməni olduğu iddia olunur. Ancaq bu barədə heç vaxt danışmamısız. Əsl gerçəkləri sizin dilinizdən eşitmək istəyirik.

– Yazılanlardan məlumatım var. Rəhmətlik anamın pasportu hələ də məndədir. Sovet dövründə pasportda saxta nəsə etmək olmazdı. Ona görə də erməni məsələsi boş söhbətlərdir. Ümumiyyətlə, heç bir insan valideynlərini özü seçmir. Digər tərəfdən isə kiminsə anasının, ya da, atasının hansısa millətdən olması hardasa maraq kəsb edə bilər. Düşünürəm ki, əsas məsələ bu deyil. Əsas məsələ xalqına, dövlətinə qarşı millətçilik ruhunun güclü olmasıdır. Xalqın mənafeyi naminə çalışmaq, işğal olunmuş torpaqların necə azad edilməsi barədə düşünmək vacib məsələlərdir. Rəhmətlik anamın atası belçikalı olub. Anamın atası çar dövründə Rusiyanın Rostov şəhərinə gəlib. Rostovda balaca müəssisə yaratmışdı və ayaqqabı tikişində istifadə olunan mis istehsal edirdi. Rəhmətlik nənəmlə orada tanış olublar. Nənəm yarırus, yarıpolyak olub. Orada da ailə qurublar.

Anamın 6 yaşı olanda atası rəhmətə gedib. Anam öz atasını heç tanımayıb. Çünki kiçik yaşlı olub. Rostovda vəziyyət gərginləşəndə anamgil indiki Gəncə şəhərinə köçüblər. O zaman Gəncə Kirovabad adlanırdı. Kirovabadda da anam rəhmətlik atamla tanış olub evləniblər. Vəssalam, şüt tamam!

Söhbət açılmışkən bir hadisəni danışım. Günlərin birində xarici nümayəndələri qəbul edirdim. Söhbət bir qədər uzananda siyasi məhbus məsələsini dilə gətirdirlər. Bizdə siyasi məhbus olmadığını bildirdim. Cavab olaraq “bəzi müxalifət qəzetlərində yazırlar ki, sizin ananız ermənidir. Bu doğrudur?!”,-deyə soruşdular. Birmənalı olaraq “yalandı!” dedim. Onları niyə məhkəməyə vermədiyimi soruşdular. “Yazırlar, qoy yazsınlar. Əgər lazım olsa anamın məndə olan pasportunu göstərərəm. Anamın erməni olmadığı bəlli olacaq. Mənim sübutum da var” dedim. İndi mənim anamın milliyəti belədir, bəzilərinin isə heç anasının kimliyi bilinmir.

– Ananızla bağlı yazılanlara susduqca, həyat yoldaşınız barədə də erməni söhbəti gündəmə gəlib. Hətta gəlininiz haqqında da yazılıb. Bu barədə nə deyə bilərsiz?

– Yoldaşımın taleyi mənim taleyimlə oxşar olub. Mən də “xalq düşməni” ailəsinin üzvü olmuşam, o da. Görkəmli ədib Hüseyn Cavid sürgün olunanda bizə “xalq düşməni”nin qohumları deyirdilər (Artur Rasizadə Hüseyn Cavidin qardaşı nəvəsidir-müəllif). Yoldaşımın atası İbrahim Zeynalov da 1937-ci ildə “xalq düşməni” damğası ilə həbs olunaraq güllələnib. İxtisasca mühəndis olub. Neft şirkətində müavin işləyirdi. Sizə sənədlərlə danışıram. Hamısı arxivdə durur.
Həyat yoldaşımın atası Moskvada oxuyanda rus mənşəli qızla tanış olub evləniblər. Yoldaşımın atası azərbaycanlı, anası isə rus olub. Atasını güllələyiblər, anasını isə Qazaxıstana sürgün ediblər. Həyat yoldaşım 9 yaşında ata-anasız qalıb. Bibisi onu böyüdüb.
Övladlarıma gəlincə, heç nəyə yox, gəlinimin erməni olmasına həmişə ürəkdən gülmüşəm. Arada zarafatla deyirdim: “Kaş gəlinim erməni olaydı, ona görə ki o zaman oğlum da olardı”. Tale elə gətirib ki, mənim yeganə övladım var, o da qızdır. Demək gəlinim heç vaxt ola bilməz.

– Yoldaşınız öz seçiminiz olub, yoxsa, ailələriniz sizi tanışdırıb?

– Yoldaşımla eşq yaşamışam. Dərin bir eşq! Bəli, eşq! Ailə qurmağımızda kimsənin müdaxiləsi olmayıb.

– Bir məsələdə də adınız çəkilir. 20 yanvar qətliamı baş verməzdən öncə Sovet qoşunlarını Azərbaycana dəvət etdiyiniz iddia olunur. Maraqlıdır ki, xalqın taleyinə bağlı olan məsələdə də susmusuz. Sizin iştirakınızla belə bir hadisə baş veribmi?

– Bu barədə də xəbərim var. Amma Sovet İttifaqının tarixində belə bir şey olmayıb ki, hansısa respublikanın Baş nazirinin müavini Mərkəzi Komitənin Baş katibinə məktub ya da teleqram göndərsin. Məgər Rasizadənin işi-gücü yox idi ki, Qorbaçova teleqram göndərir?! Respublikanın Birinci katibi, ikinci katibi, Baş naziri yerində ola-ola Baş nazirin müavini Artur Rasizadə hansı statusla Qorbaçova məktub göndərib Sovet qoşunlarını Bakıya dəvət edir? Belə yalan olar?! Əlbəttə yalandır.

– Ananızın erməni olması barədə yazılanlardan tutmuş, xalqın taleyində mühüm rol oynayan 20 Yanvar hadisələrinə qədər susmusuz. Susmağınıza nə səbəb olub?

– Hər yazılana cavab versəydim, gərək işləməyəydim. 22 il Baş nazir, 6 il Baş nazirin birinci müavini, 4 il Mərkəzi Komitənin Maşınqayırma şöbəsinin rəisi və sairə vəzifələrdə işləmişəm. Ulu öndər Heydər Əliyev həmişə deyirdi. “Yalan informasiyalar yazılanda baş qoşma”. Mən də həmişə elə düşünmüşəm. Yalan yayanlar vicdanını qarşısına qoyub özünə sual versin ki, “bu qədər yalanlarla nəyi sübut etmək istəyirəm?!”.

– Artur müəllim, bayaq oğul məsələsində fərqli danışdız. Deyəsən oğlunuzun olmasını çox arzulamısız?

– Bir qızım var. Oğlum olmayıbsa, bu da Allahın işidir. Mən nə deyə bilərəm ki!

– Ancaq qız övladı ataya daha yaxın olur. Razısız?

– Əlbəttə razıyam. Hətta qızım mənə daha çox oxşayır. Yoldaşım 2013-cü ildə dünyasını dəyişəndən sonra qızım baxır mənə.

– Taleyinizin keşməkeşli olduğunu dediniz. Bu tanınmış nəslin övladı olmağınızdan irəli gəlir, yoxsa, necə?

– Təvazökarlıq kimi çıxmasın. Bir dönəm olub ki, əziyyət çəkmişik. Orta məktəbi Lənkəranda bitirib Bakıya gəldik. İçərişəhərdə 6 kvadrat metrlik evdə yaşayırdıq. Evin pəncərəsi də yox idi. Müharibə zamanının övladlarıyıq. Atamı xatırlamıram. 6 yaşım olanda müharibəyə gedib və geri qayıtmayıb. Anam rus ola-ola bizi tək böyüdüb. Bir bacı, bir qardaş olmuşuq.

– Kiçik yaşlarınızda atanızı itirmisiz. Maraqlıdır, milliyyətcə rus olan ananız sizi Azərbaycan ruhunda necə tərbiyə edib?

– Anam həmişə mənə danışırdı ki, atan müharibəyə gedəndə bir xahişi olub. “Oğlum azərbaycanlılığını itirməsin”. Çünki biz Hüseyn Cavidin ailəsi ilə sıx əlaqədə idik. Qohum kimi gedib-gəlirdik. Mənim Azərbaycan ruhunda böyüməməyim qeyri-mümkün idi. Mən kiçik olanda valideynlərim tez-tez Bakıya gəlib-gedirlərmiş. Həmişə də Hüseyn Cavidin evində qalardıq. Xatırlayıram ki, anam Cavid həbs olunmazdan qabaq Bakıya gəldiyimizi danışıb. 2 ay Cavidin evində qalmışdıq. Cavid bizi teatra piyada aparırdı. Qabağına çıxan xanımlar, bəylər “Cavid əfəndi, salam” deyib keçirdilər.

– Hüseyn Cavidin ailəsi ilə sıx təmasda olsanız da, sizin Azərbaycan dilinizdə yaxşı danışa bilməməyiniz həmişə müzakirə mövzusu olub. Haqqınızda “Ana dilini bilməyən vəzifəsini də icra edə bilməz” deyiblər.

– O qədər ata-anası azərbaycanlı olub yarıtmaz işlərlə məşğul olanlar var ki! Onda nə ilə məşğul olurdular, yaxud da indi nə ilə məşğul olurlar. Düzdür, çox xoşbəxt olardım ki bəziləri kimi Azərbaycan dilində danışa bilim. Həyat elə gətirib ki, rus dilində oxumalı olmuşuq. Buna baxmayaraq, danışanda Azərbaycan dilində rahat danışıram, danışanı da 100 faiz başa düşürəm. Ancaq latın qrafikasının hərflərini oxuyanda çətinlik çəkirəm. Baş nazir olanda nə qədər sənədlərə imza atmışam. Heç bir sənədi oxumamış imza atmamışam. Bu ola da bilməzdi.
Sizə bir sirr açım: mənim bir gözüm görmür. Bu, çoxdan belədir. O zaman çıxıb deməli idim ki, gözümün biri görmür?!

– Qayıdaq Hüseyn Cavidin evində keçirdiyiniz illərə. Cavidin bütün yaradıcılığı ilə tanış olduğunuzu söyləmək olarmı?

– Əlbəttə. Bir çox şeirlərini əzbər də bilirəm. Siz də Cavidin əsərlərini bəyənməmiş olmazsız.

“Turan qılıncından dar kəskin ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”

– Bəlkə sizin də gizli şairlik istedadınız var, biz bilmirik!

– Heç vaxt şeir yazmaq istedadım olmayıb. Mən mühəndisliyi sevib-seçdim. Ancaq atam şeirlər yazıb. Dəftərləri hələ də qalır. Cavidin bütün əsərlərini çox sevirəm.

Artur müəllim, son vaxtlarda ölkədə prezident tərəfindən köklü kadr islahatları aparılır. Siz bu barədə nə deyə bilərsiniz?

– Cənab prezidentin apardığı islahatları yaxından izləyirəm. Birmənalı olaraq çox yüksək qiymətləndirirəm. Cənab İlham Əliyevə təşəkkür edirəm ki, bu cür işlər görür.

– Ard-arda işdən çıxarılıb həbs edilən icra başçıları arasında korrupsiya və rüşvətxor əməllər törədənlər, dövləti çapıb-talayanların kimliyini hər kəs bildi. Niyə icraedici orqanlarda çalışanlar bu cür hərəkətlər edirlər?

– Düzü, bilmirəm bu onların təbiətindən, yoxsa, savadsızlığından irəli gəlir?! Ağlıma gətirə bilmirəm ki, insanlar bu qədər rüşvəti nə edirlər?! Ancaq faktlar heç nəyi dəyişmir. Fakt faktdır.

– Uzun müddət eyni komandada təmsil olunduğunuz Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev də bir müddət öncə postundan kənarlaşdırıldı. Ramiz Mehdiyevin Administrasiyadakı fəaliyyəti haqda birmənalı fikirlər yoxdur. Elə vaxtilə hakimiyyətdə birlikdə çalışdığınız bəzi tanınmış şəxslər Ramiz Mehdiyevi hakimiyyət daxilində klan yaratmaqda, intriqa ilə məşğul olmaqda, rüşvətxor məmurları vəzifəyə təyin etməkdə və başqa bu kimi “qara işlər”də ittiham ediblər. Siz bu barədə nə deyə bilərsiniz?

– Bunlardan məlumatım var. Bilmirəm, bunlar nəyə lazımdır?! Ancaq bunun iki yolu var. Ya gərək haqqında yazılanlarla bağlı məhkəməyə müraciət edəsən, ya da çıxıb birbaşa reaksiya verəsən. Başqa yolu yoxdur. Biri var deyəsən ki, filankəsin anası ermənidir, biri də var deyəsən ki, filankəs dövləti talayıb. Bunlar fərqli məsələlərdir.

– Ümumiyyətlə, ikiniz də eyni vaxtlarda hakimiyyətin əsas simaları olmusuz. Bu gün Ramiz müəllimlə zəngləşib dərdləşirsizmi?

– Əlaqə saxlamırıq. 2018-ci ilin aprelində istefaya göndərildim. Bir dəfə Ramiz müəllimlə telefon əlaqəmiz olub. O vaxtdan bu günə kimi əlaqəmiz olmayıb. Həm də mən vəzifədən gedəndə Ramiz müəllim hələ Administrasiyanın rəhbərliyində qalırdı, məndən çox sonralar getdi. Sonra görünür, daha mənimlə işləri olmayıb deyə axtarılmadım. Bu da normaldır.

– Milli Məclisin keçmiş sədri Oqtay Əsədovla münasibətləriniz necədir?

– Zamanında vəzifə icra etmişik deyə normal əlaqələrimiz olub. Bütün icra aparatlarında çalışanlarla aram normal olub.

– Bu gün nə Oqtay Əsədov, nə də siz yüksək vəzifə tutursuz. Ancaq Oqtay Əsədov sizdən fərqli olaraq incik təsiri bağışlayır. Sanki yenidən Milli Məclisin sədri olmamağını həzm edə bilmir, sıravi deputatlığa alışmır. Bu cür hallar nə dərəcədə doğrudur?

– Nəinki vəzifə, heç ömür belə əbədi deyil. Bu dünyada daimi heç nə yoxdur. Hesab edirəm ki, hər birimiz bu gün burda, sabah başqa yerdə olduğumuzu qəbul etməliyik. Eyni zamanda, dövr dəyişir axı! Yeni nəsil gəlməlidir, gənclər vəzifələrdə təmsil olunmalıdır. Artıq XXI əsrdir. Dünyada gedən prosesləri izləyirəm. İnternet üzərindən dünyanın o başından xəbər tuturuq.

– Bəs Allahşükür Paşazadə ilə münasibətləriniz necədir?

– Şeyx həzrətlərini soruşursuz?

– Bəli

– Çox yaxşı münasibətlərimiz var. Arada zəngləşirik. O mənim xətrimi çox istəyir, mən də onun xətrini çox istəyirəm.

– Şeyx haqqında da çox şayiələr gəzir, ya da yazırlar. Nə dərəcədə doğrudur?

– Yazırlar da. Mən söhbətə başlasam, kitab yazmaq olar.


– Yeri gəlmişkən, nə əcəb, memuar
yazmaq haqqında düşünmürsüz?

– Bunun 2 səbəbi var. Birinci səbəb Hüseyn Cavidin həyat yoldaşı Müşgünaz xanım və qızı Turan xanımla bir vaxtlar daimi sıx əlaqədə olmağımızla bağlıdır. Anam Cavidin yoldaşını və qızını bütün qohumlarından üstün tuturdu. Cavidə görə evi gəlib yoxlayırdılar. Əlyazmaları-filan götürüb aparırdılar. O zamandan beynimdə qalıb ki, sənədləri saxlamaq doğru deyil. Ələ keçən yazışmalardan hansısa mənalarda istifadə edə bilərlər. İkinci səbəb isə tarixlə bağlıdır. Gərək tarixə 50 ildən sonra qayıdasan. Çünki indi yaszam, kiminsə xoşuna gəlməyəcək, yazmasam da. Bu da adamın özünə əziyyət olmayacaq.

– Haqqınızda neqativ xəbərlərlə yanaşı, müsbət fikirlər də səslənir. Bəziləri sizi xalq və dövlət üçün gərəkli şəxs adlandırır. Bu barədə də danışa bilərsiz?

– Özüm haqqında necə danışım?! Bu doğru deyil. Jurnalistlərə məsləhət görərdim ki, Arturun işlədiyi yerlərdə əgər kimlərsə qalıbsa, onlardan soruşsunlar. O zaman biləcəklər ki, Artur hansı işləri görüb. Ümumiyyətlə, ailəmiz həmişə təvazökar olub. Özümüz haqqında danışmağı sevməmişik.
Söhbət açılmışkən bir hadisəni danışım: Baş nazir ola-ola bir gün anam zəng etdi. Soruşdum ki, “ay ana hardasan?!”, cavab verdi ki, “qızımın yanındayam”. Necə getdiyini soruşanda “trolleybusla”dedi. Cavab verdim ki “ay arvad, burda otururamsa, deməli, səni harasa aparmağa, taksi göndərməyə imkanım var”. Ailəmiz belə olub.

– Bir övladınız olsa da, onu davamçınız kimi yetişdirmədiniz. Bu gün yeganə övladınız – qızınız hansısa vəzifəni tuta bilərdi.

– Mənim yaxın ailə üzvlərimin heç biri vəzifədə deyil. Bir hadisə olmuşdu, ad çəkmək istəmirəm. Xahiş etmişdilər ki, “filankəsi vəzifəyə qoyaq”. “Nə qədər ki mən Baş nazirəm, bu, baş tutmayacaq” demişdim. Xarakterim belə olub. Bu da ailəmdən gələn tərbiyədən asılıdır.
Dövlət Plan Komitəsinin müavini idim. İsmayıl Əliyev vardı. Allah rəhmət eləsin! Neft Akademiyasının rektoru olub. Bir dəfə kabinetdə oturmuşam. Katibə dedi ki, “İsmayıl müəllim sizinlə danışmaq istəyir”. O zamanlar gənc idim. İsmayıl müəllim yaşca məndən boyük idi. Heç demə o xəbər tutub ki, Nailə Rasizadə mənim qızımdır. Mənə dedi ki, “sənin qızına tələbə vəsiqəsini mən verirəm, ancaq sən bir dəfə də olsun mənə deməmisən ki, qızın burda oxuyur. Qızına nə köməklik lazımdırsa, edərəm”. Cavab olaraq “kömək məsələsi bizlik deyil” dedim.

– Bəziləri Artur adını eşidən kimi erməni məsələsini gündəmə gətirirlər. Hətta “buna bir Azərbaycan adı tapmadılar ki, gedib erməni adı qoydular?!” deyə söyləyənlər də var. Kim qoyub adınızı?

– Mən dünyaya gələndə anam ölüm-dirim savaşı aparıb. Məni güclə dünyaya gətirib. Voyniçin “Ovod” əsərini oxumusuz?

– Əlbəttə. Çox maraqlı əsərdi. Ata-oğul üzə-üzə gəlir.

– Hə, bax əsərdəki həmin oğul, yəni Artur adını da atam mənə qoyub. Ancaq anam adımın ya Teymur, ya da Tofiq olmasını çox istəyib. Atam isə əsərdən təsirlənib deyə, adımı Artur qoyub. Savadı olmayanlar da durub deyirlər ki, Artur erməni adıdır. Çünki kitab oxumayanlar belə şeyləri bilməz. Oxusaydılar, rast gəldikləri adları bilərdilər.

Comments are closed, but trackbacks and pingbacks are open.