Press "Enter" to skip to content

Beş il əvvəlki tarixi nailiyyət – xüsusi təyinatlılar Günnüt yüksəkliyini necə azad edib

Dünyada eyibsiz adam ola bilməz, lakin sən mərd ol,mərd adamda çox da nöqsan olmaz. Namərdlə dostluq etmə, namərd dostdan xeyir gəlməz. Badə dostlarını dost hesab etmə, çünki onlar qədəhi üstün tuturlar, səni yox. Dostun yaxşısı da olar, pisi də, hər ikisi ilə dostluq et, yaxşıları ilə ürəkdən dostluq et, pisləri ilə dildə dost ol. Beləliklə, hər iki tərəfin dostluğu təmin edilmiş olar.

Dünyanın SONU – Yer üzünü heç kəsin söndürə bilməyəcəyi ODLAR BÜRÜYƏCƏK

Həm elm adamları, həm də fantastika yazıçıları tez-tez bəşər sivilizasiyasının necə yox olacağını – meteorit tərəfindən məhv ediləcəyini, bütün vulkanların oyanacağını və insanların necə olacağını təsəvvür edirlər.

Bəs görəsən, insanlar gedəndən sonra planetin aqibəti necə olacaq?

İsanların yoxa çıxmasının təbiətə faydası olacaqmı, kim Yerin yeni sahibi olacaq? İnsanların adını yaddaşlardan həmişəlik silmək üçün planetimizə nə qədər vaxt lazımdır?

Şok terapiyası və ya bizdən sonra yenidən işə salın

Bəşər sivilizasiyası yoxa çıxdıqdan sonra planet üçün ilk illər heç bir fayda verməyəcək. Məsələ burasındadır ki, Yer kürəsi indiki kimi heç vaxt belə bir əhali tanımırdı. Varlığımızı dəstəkləmək üçün biz planetin bütün təbii ehtiyatlarından istifadə etmişik, su elementini və hətta atomun gücünü ram etmişik.

İnsan nəzarəti olmadan atom elektrik stansiyaları, bəndlər, neft və qaz anbarları əvvəlki kimi işləyə bilməyəcək. Qlobal fəlakətin başlaması üçün cəmi bir neçə həftə lazımdır. Yer üzünü heç kəsin söndürməyəcəyi odlar bürüyəcək. Atom elektrik stansiyalarının partlayışlarından sonra radiasiyanın ətrafımızdakı dünyanı məhv etməsini dayandırması üçün minlərlə il lazımdır.

Təkamül və ya ölüm

İnsan olaraq biz əsrlər boyu bir çox heyvanları əhliləşdirmişik, kiçik heyvanlarımızın yeni dost növlərini xüsusi olaraq yetişdirmişik. Ev heyvanları üçün çətin seçim olacaq – yırtıcı instinktləri göstərmək və ya yoldaşlarının qurbanı olmaq. Bütün yırtıcılar insanların yoxluğunda sağ qala bilməyəcəklər. Axı, bir çox heyvan növlərinin planetdən yoxa çıxmağa başlamasına insan özü töhfə verdi. İnsan çoxlu qoruqlar və zooparklar yaratdı, lakin onların sakinləri azad dünyanın bütün çətinliklərinə tab gətirə bilməyəcəklər.

Parazit dediyimiz bir çox heyvan uzun illər sadəcə ziyafət edə biləcək, çünki böyük şəhərlərin xarabalıqlarında həmişə yemək üçün bir şey var. Kim bilir, bir çox heyvanlar çirkli mühitdə sağ qalmaq üçün yeni təkamül mərhələsini keçməli ola bilər.

Əsl ölü şəhər insan səhvinin qiymətidir

Bəs insanların ən yaxşı bilik və canlarını sərmayə qoyduğu gözəl şəhərlərimizin taleyi necə olacaq?

Deyəsən, bizim polad cəngəlliyimiz əbədi dayana bilər, amma bu, aldatmadır. Görünür, binalar üçün bu yaş deyil, təbiət inadla kərpic, beton və asfaltla mübarizə aparır. Və təbiət qalib gəlir. Korroziya hər gün metalı yeyir və onu daha həssas edir.

Əlvida, xalqların simvolları

Bildiyimiz bütün göydələnlərin çirkin skeletə çevrilməsi üçün cəmi 50 il lazımdır. Temperaturun dəyişməsi, küləklər, yağışlar, ən əsası isə təmir olunmaması eramızın insanlar üçün əsl simvolu olan bütün memarlıq abidələrinin dağıdılmasına gətirib çıxaracaq. 500 ildən sonra bütün insan tikililərindən yalnız xarabalıqlar qalacaq.

İnsanın təbiəti fəth etmək cəhdləri qarşısında təbiət qəddar bir zarafat edəcək. Okeanlar, çaylar, dənizlər, səhralar, bitkilər insanın zəbt etdiyi əraziləri geri alacaq.

Piramidalar qalacaq

Bu heyrətamizdir, lakin elm adamları Misir piramidalarının əvvəlki kimi uzun müddət davam edəcəyini söyləyirlər. Quru iqlim, rütubətin olmaması və temperaturun dəyişməsi daşa ciddi ziyan vura bilməyəcək.

Qədim misirlilərin tikililərinin yeganə məğlubedilməz düşməni qumdur. O, sadəcə olaraq bu qədim memarlıq abidələrini basdıra bilər.

Bizdən sonra və kosmosda qarışıqlıq

İnsan yerin, suyun və havanın hüdudlarından kənara çıxan uzun bir iz buraxdı. Orbitimizdə də çoxlu dağıntılar yığılıb. 3000-ə yaxın süni Yer peyki gündə bir neçə dəfə planetin ətrafında uçur. İnsanlar olmadan onlar idarəolunmaz hala gələcəklər. Əgər onlar müəyyən müddətə çəkilmiş marşrutları izləyə bilsələr, gec-tez bütün peyklər koordinatlarını itirərək ölümün son rəqsində fırlanacaq və yer üzünə odlu yağış yağacaq.

10.000 min ildən sonra müasir sivilizasiyadan əsər-əlamət qalmayacaq

Alimlər öz qənaətlərində israrlıdırlar – 10.000 min ildən sonra müasir sivilizasiyadan əsər-əlamət qalmayacaq. Təbiət öz ərazisini geri alacaq – onu su basacaq, qumla örtəcək, bitkilər əkəcək. İnsanların bir vaxtlar burada hökm sürdüyünə dair yeganə sübut sümüklərimiz olacaq. Axı sümüklər bir milyon il torpaqda qala bilər. Bu, bizi düşündürən sadəcə bir sualdır – eramızdan sonra insanların Yer üzündə qalmasını kimsə araşdıracaqmı?

Beş il əvvəlki tarixi nailiyyət – xüsusi təyinatlılar Günnüt yüksəkliyini necə azad edib?

Beş il əvvəlki tarixi nailiyyət – xüsusi təyinatlılar Günnüt yüksəkliyini necə azad edib? “2016-cı il Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdisə, 2018-ci il Günnüt əməliyyatı zamanı qazanılan strateji yüksəklik və ərazilər ordumuzun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi”.

20 May , 2023 10:28
https://static.report.az/photo/de82fd5f-89f2-398a-8adb-2bc4f6000bfe.jpg

“2016-cı il Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdisə, 2018-ci il Günnüt əməliyyatı zamanı azad olunan strateji yüksəklik və ərazilər ordumuzun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi”. Bunu “Report”un Naxçıvana ezam olunan əməkdaşına açıqlamasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti Kamran İbrahimov deyib.

Камран Ибрагимов

Əməliyyatla bağlı danışan K.İbrahimov bildirib ki, 2018-ci ilin yazında Əlahiddə Ümumqoşun Ordusu tərəfindən xüsusi təyinatlılara Şərur rayonunun Günnüt kəndinin ərazi bütövlüyünün bərpa edilməsi barədə tapşırıq verilib: “Tapşırıqdan dərhal sonra xüsusi təyinatlı qüvvələr olaraq Günnüt kəndinin ətrafına gəldik və kiçik qruplar şəklində bölündük. Kəndin ərazi relyefi sıx və yüksək dağlıq olduğu üçün konkret tapşırıqlar qoyuldu. Biz qruplar şəklində gecə vaxtı həmin strateji yüksəklikləri ələ keçirdik. Səhər hava işıqlandığından düşmən gördü ki, mühüm strateji postlar artıq Azərbaycan xüsusi təyinatlıları tərəfindən azad edilib”. Onun sözlərinə görə, əməliyyat nəticəsində ümumilikdə 8 önəmli mövqe düşməndən təmizlənib. Bu mövqelərdən 5-i Günnüt kəndinin, 3-ü isə Qızılqaya dağının ərazisinə düşür. “Ermənilər bundan sonra bizi iriçaplı silahlardan, pulemyotlardan, hətta minaatanlardan atəşə tutdu. Təəssüflər olsun ki, bu zaman xüsusi təyinatlıların mənsubu Adil Tatarov şəhid oldu. Onun şəhid olması bizdə qisas hissini daha da artırdı və düşməni geri çəkilməyə məcbur etdik. Onlar xeyli itki verdi. Günnüt əməliyyatının yeganə şəhidinin şərəfinə azad etdiyimiz postlardan birinə Adil Tatarovun adını verdik”, – K.İbrahimov deyib.

Рашад Мамедов

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti Rəşad Məmmədov da Günnüt əməliyyatında iştirak edib. O söyləyib ki, 2018-ci il mayın əvvəllərində Günnüt kəndi istiqamətində qruplar tərkibində yerdəyişmələr olub, bir neçə gün ərazinin kəşfiyyatı aparılıb: “Mayın 17-dən 18-nə keçən gecə baş leytenant Orxan Hümbətovun qrupu ilə Günnüt kəndinin şimal-qərbindəki 1850 yüksəkliyinə hərəkətə başladıq. Həmin an səs və işıq maskalanmasına ciddi riayət etməli idik. Səhər saat beş radələrində mühəndis işlərini tam bitirdik və fərdi mövqelər hazırladıq. Artıq saat altıda düşmənin aktivliyi tam müşahidə edildi. Saat onda isə ermənilər mənim mövqeləndiyim postu 73 mm-lik SPQ-9 tank əleyhinə qumbaraatanlardan atəşə tutdular. Şəxsi heyət düşmənin atışı altında əlaqə səngərləri və mühəndis işləri görürdü. Xüsusilə qeyd etmək istəyirəm ki, erməni xüsusi təyinatlılarından ayrılmış snayperlər şəxsi heyətimizi atəş altında saxlayırdılar. Hesab edirəm ki, ən böyük uğurum isə mövqeləndiyim yerdə itki verməməyimiz oldu. Əsgərlərim yorulmaq bilmədən düşmən hücumuna qarşı adekvat cavab tədbirləri görürdülər”. O vurğulayıb ki, Günnüt əməliyyatında topladıqları döyüş təcrübəsini Vətən müharibəsində də tətbiq ediblər. “Mən Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərin iştirakçısı olmuşam. Noyabrın 25-də Kəlbəcər rayonunun təhvil alınmasında iştirak etmişəm. Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunmuşam”, – R.Məmmədov bildirib.

Ренат Шихнабиев

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti Renat Şıxnəbiyev də uğurlu Günnüt əməliyyatını qürur hissi ilə xatırlayır. O deyib ki, həmin əməliyyat 3 mərhələdən ibarət olub. R.Şıxnəbiyev qeyd edib ki, əvvəlcə düşmənin Günnütdəki fəaliyyəti ilə bağlı kəşfiyyat aparmalı, mayın 20-dən etibarən isə onların bölmələrinin daxilinə və hakim yüksəkliklərə sızma əməliyyatı həyata keçirməli, daha sonra isə orada tərtiblənməli idilər. Zabit qeyd edib ki, bütün bu fəaliyyətlər uğurla həyata keçirilib: “Düşmənin postlara gəlib-getmək yollarını bizim bölmələrimiz tərəfindən aşkar görünməsini təmin etdik. Ən önəmli postlar olan Ağbulaq yüksəkliyi, Qızıl qaya massivindəki Qara qaya yüksəkliyinin ələ keçirməyimiz uğurlu əməliyyatın bariz nümunəsidir. Bu əməliyyatda ən böyük uğurumuz Gorus-Laçın-Xankəndi marşrutuna nəzarəti ələ keçirməyimiz oldu. Təbii ki, bu amil də Vətən müharibəsi zamanı düşmən bölmələrinin hərəkətini optik cihazlarla müşahidə edərək məlumatları əvvəlcədən yuxarı komandanlığa ötürürməyə imkan verdi”. Onun fikrincə, Günnüt əməliyyatını Qarabağ zəfərinə gedən yolun bir mərhələsi də adlandırmaq olar: “Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişəm və cənab Prezident İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına, eyni zamanda “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişəm”.

Xatırladaq ki, 2018-cı il mayın 20-dən 27-dək Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı düşməndən azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində ümumilikdə 11 min hektarlıq ərazi ermənilərdən təmizlənib. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Adil Tatarov şəhid olub. Azad edilən ümumilikdə 11 min hektara yaxın ərazinin 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Həmin ərazilərdə həm taxılçılıq, üzümçülük, həm də maldarlıq, qoyunçuluq və arıçılığın inkişaf etdirilməsi üçün münbit şərait var.

Dostluq haqqında qısa

Dostluq həyatın ən gözəl anlamıdır. O qədər dəyərli bir münasibətdir ki… Sözlərlə anladılması çətindir.Bunu qorumaq üçün sidq ürəkdən çalışmaq lazımdır. Dostlarınla gözəl münasibət qur.

Dünyada eyibsiz adam ola bilməz, lakin sən mərd ol,mərd adamda çox da nöqsan olmaz. Namərdlə dostluq etmə, namərd dostdan xeyir gəlməz. Badə dostlarını dost hesab etmə, çünki onlar qədəhi üstün tuturlar, səni yox. Dostun yaxşısı da olar, pisi də, hər ikisi ilə dostluq et, yaxşıları ilə ürəkdən dostluq et, pisləri ilə dildə dost ol. Beləliklə, hər iki tərəfin dostluğu təmin edilmiş olar.

Ehtiyac həmişə yaxşı dostlara düşməz, elə vaxt gələ bilər ki, pis dostlara da adamın işi düşə bilər. Hərçənd yaxşıların yanına getmək pislərin yanında hömətini azaltdığı kimi, pislərin yanına getmək yaxşıların yanında hörmətini azaldar, lakin sən yaxşıların yolu ilə get ki, hər iki dəstənin dostluğu sənə nəsib olsun, amma heç vaxt axmaq adamlarla dostluq etmə, çünki axmaq dost öz dostluğu ilə elə şeylər edər ki, yüz ağıllı öz düşmənçiliyi ilə onu edə bilməz.

Adamlarla orta dost ol, dostlarının çoxluğuna bel bağlama… Əsl dost özünü hesab et, ətrafina diqqətlə bax.. Dostlarının etibarlılığına ümid edib arxayınlaşma…Min dostun olsa belə, heç kəs sənə özündən artıq dost ola bilməz. Dostu xoş və bəd gündə də yoxla, xoş gündə hörmətinə, bəd gündə isə köməyinə görə. Düşmənini düşmən hesab etməyəni dost bilmə, elə adam tanış adlanar, dost sayılmaz.

Yalnız yaxşı və istedadlı adamlarla dostluq et ki, sən də dostlarının şöhrət tapdığı istedadlarla hörmət qazanıb təriflənəsən. Tək olmaq pislə oturmaqdan yaxşıdır.

Tamahkar dostdan qaç, onun dostluğu tamah üzündən olar, həqiqi dostluq olmaz. Kinli adamlarla dostluq etmə, kinli adam dostluğa layiq deyil, ürəyi həmişə kinlə dolu olar.

Hər zaman dostluqda möhkəm ol, onda sənin də işlərin möhkəm olar. Axmaq bir şey üstə dost səndən üz döndərirsə, onu geri qaytarmağa çalışma. Deməli ləyaqəti yoxdur. Dostlarınla pis vaxtlarında da yaxşı vaxtlarındakı kimi rəftar et. O adamı dost hesab et ki, onun da səni dost hesab etdiyinə əminsən…

Nəyim varsa – mən payladım dostlara,
O dosta ki, onun yoxdu, mənim çox.
Hərdən – hərdən mən də umdum dostlardan,
O dostdan ki onun çoxdu, mənim yox. Dara düşdüm darda görsəm dostumu,
İçimdəcə həzin – həzin ağladım.
Öz yaramın sarığını açıb mən,
Dostlarımın yarasını bağladım.

Qaça-qaça, uça-uça yaşadım.
Kim bilir, mən niyə belə incəldim,
Kimsə dostun sərvətini bölüşdü,
Mən dərdini bölüşəndə dincəldim.

İçim-çölüm çox oxunan kitabdır,
Düşünməyin: “yerin-göyün sirri o”.
Tanış olun dost sandığım dostlarla:
Biri odu, biri odu, Biri o…

Bir də, dostlarının dostları haqqında fikirləş, onlar da dostlar cərgəsində hesab edilərlər, lakin düşməninlə dostluq edəndən ehtiyatlı ol, ola bilər onunla dostluğu səninkindən möhkəm olsun və düşmənindən əvvəl sənə zərər yetirsin. Dostunla düşmənlik edənlərdən də özünü qoru. Heç bir səbəb və əsas olmadan səndən şikayətlənən dostlardan dostluq gözləmə.

Tez-tez dost dəyişdirməyi adət etmə,dostu çox olanın eyibləri örtülər, ləyaqətləri meydana çıxar, lakin təzə dost tapdıqda köhnəsinə uz çevirmə. Yenisi ilə dost ol,köhnəsi də qoy yerində qalsın, beləliklə, dostların sayı çoxalsın. Deyiblər ki : “Yaxşı dost böyük xəzinədir”. Bir də, səninlə dostlaşmaq istəyən,lakin hələlik yarımdost olan adamlar haqqında da fikirləş, onlara yaxşılıq et.

Dostluq zamana və yerinə baxmadan, maddi və mənəvi keyfiyyətlərə o qədər də əhəmiyyət verməyən dünyanı ağ-qara rəngdə yox, rəngarəng görən duyğu və duşüncəsini özündə cəm edən insandır.

Dost varlığıyla hər anımı dəyərli edən sevinc, göz yaşı, qurur, təsəlli hissini bir arada yaşada bilən,həyatıma dəyər qatan unudulmaz varlığımdır.

Varlığı mənim üçün dəyişməz qalan, uzaqlarda olsa da yeri hər zaman görünən,varlığını bir sms-lə bildirən candır – dost.

Dostluq fədakarlıqdır. Özünə belə etiraf edə bilmədiyin sirrini, yaşadığın hər anı bilən,sənə mənəvi dayağ olan, Üzüntülü anında belə üzünü bir anlığa da olsa güldürə biləndir dost. Sənin dərdini özününki bilən,yaşadığın hər anı səninlə yaşayan etibarlı bir ürəkdir. Həyatda hamıya inam ,etibar olmaz dost elə bir seydir ki, ona gözü bağlı güvənməlisən. Təbii ki, bunun üçün zaman da çox önəmlidir.

Kimlər həyatımıza gəlsə də onun yeri həç vaxt dəyişmyərək qalacaq. Mənim üçün bu, illər keçsə də belə qalacaq. Bəlkə də belə düşündüyüm üçündür ki, illərdir dostluqlarım davam edir. Dostluğa nə qul, nə ağa lazımdır. O,bərabərliyi sevir.

Bəzən dostluqlar adi bir səbəbdən bitə bilir. Bunu hər iki tərəf də qəbul etməsə də, bəzən qurur hissi bunu bitirə bilir, bəzən də başqa birinin tək bir sözü. Mən bilib-bilmədən dostluğu bitirməyə çox qarşıyam. Nöqsansız dost axtaran dostsuz qalar.

Həyatda bəzi anlar vardır ki, o anlarda dost və düşmənini tanıya bilirsən. Məncə dost şad gündə tanınır, çünki dar gündə hamı yanında olur.ama sevincli gününə hamı sevinə bilməz. Ailə və dostdan başqa.

Dost sarğı kimidir. Yapışdırarkən yaranı sarar amma çıxararkən canı yandırıb yaxar…

Comments are closed, but trackbacks and pingbacks are open.