Press "Enter" to skip to content

Yaşadığı evə qeydiyyata düşə bilməyənlərin aqibəti necə olacaq? – Deputatdan AÇIQLAMA

Evlərin icarəyə verilməsi bir biznesdir. İnsanlar var ki, 20 mənzili var, hamısını da kirayəyə verir. Qeydiyyatsız insanların mənafeyini nəzərə alaraq hökumət ən azı 4-5 il mənzillərin icarəsindən gəlir vergisini dayandıra bilər. Təbii ki, bu zaman sahibkarlar rəsmi qaydada icarə müqaviləsi bağlamaqdan qorxmaz. Hesab edirəm ki, bu təkliflər bu işin xeyrinə ola bilər”.

Yeni qeydiyyat qanunu: “Sərbəst gəzib dolaşmaq” dövrü bitir. – Vəkilin şərhi

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə, daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir.

Vətəndaş olduğu yerdən getdikdə polis orqanı onu müvəqqəti qeydiyyatdan çıxarır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur.

Məcəllənin 563-cü maddəsinə görə, vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə, ya xəbərdarlıq edilir və ya otuz (30) manat məbləğində cərimələnir. Vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə isə beş yüz (500) manatdan səkkiz yüz (800) manatadək məbləğdə cərimə nəzərdə tutulur. Həmin Məcəllənin 565-ci maddəsinə görə, vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə ya xəbərdarlıq edilir və ya iyirmi (20) manat məbləğində cərimə olunur.

Vəkil Əsabəli Mustafayev mövcud qanunu Teleqraf.com -a şərh edib.

O bildirib ki, sözügedən qərar çoxdan var: “Oxşar qərarlar tək Azərbaycanda deyil, demək olar ki, dünyanın bütün ölkələrində mövcuddur. Əgər vətəndaşın qeydiyyatda olduğu ünvanla faktiki yaşadığı ünvan üst-üstə düşmürsə, bu zaman şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır. Burada əlavə maliyyə xərci və ya vaxt itkisinə də ehtiyac yoxdur.

Hər bir şəxs müəyyən dövlət qurumlarının imkanlarından istifadə etmək üçün aidiyyəti üzrə müraciət edir. Bir çox hallarda bu müraciətlərə yaşayış yeri üzrə baxılır. Bizdə yaşayış yeri deyəndə adətən qeydiyyat yeri nəzərdə tutulur. Amma hüquqda bu, belə deyil, həmin anlayışlar fərqləndirilir.

Məsələn, bir çox hallarda şəxsin yaşadığı ünvan üzrə aidiyyəti məhkəmədə iddia qaldırmaq, yaxud polisə müraciət etmək hüququ olur. Əgər şəxs faktiki yaşadığı ərazidə qeydiyyatda deyilsə və bunu sübut edə bilmirsə, bu zaman o, qanunda nəzərdə tutulmuş hüquqlarından istifadə edə bilmir.

Məsələn, şəxs seçki hüququndan istifadə etmək üçün qeydiyyatda olduğu yer üzrə səs verə bilər. Bunun üçün şəxs olduğu yeri təsdiq etmək üçün müvəqqəti qeydiyyata düşməlidir.

Bundan əlavə, əgər şəxsin yaşayış və qeydiyyatda olduğu ünvanları fərqlidirsə, tibb, bank, sığorta kimi zəruri xidmətlərdən yararlana bilmir”.

Məsələnin problemli tərəflərindən danışan vəkilin müşahidələrinə əsasən, ev sahibləri kirayə verdiyi mənzillərdə yaşayan şəxslərin həmin ünvanda müvəqqəti qeydiyyata düşmələrinə maraq göstərmirlər: “Hesab edirəm ki, bu, məlumatsızlıqdan və savadsızlıqdan irəli gəlir. Adamlar elə bilirlər ki, kimisə onun evində müvəqqəti qeydiyyata alınsa, ev sahibi ilə həmin evə şərik olur. Bu, belə deyil. Müvəqqəti qeydiyyata olan şəxsin həmin evə heç bir hüququ olmur”.

Əsabəli Mustafayev deyir ki, insanların bir yerdə qeydiyyatda olub başqa ünvanda yaşaması vəkillik fəaliyyətlərində ciddi problemlər yaradır: “Məsələn, kiməsə qarşı iddia irəli sürürsənsə, onun faktiki olduğu yer haqqında arayış təqdim etməlisən ki, məhkəmə o ünvana bildiriş göndərsin. Praktikada çox baş verir, tutaq ki, vəkil ünvanlar bürosuna sorğu göndərir. Cavabdehin harada olması barədə arayış götürüb məhkəməyə təqdim edir. Məhkəmə də həmin ünvana dəfələrlə bildiriş göndərir, şəxsi prosesə dəvət edir. Sonra məlum olur ki, cavabdeh orada yaşamır. Məhkəmənin də həmin iş üzrə fəaliyyəti müəyyən mənada iflic olur.

Yaxud qiyabi qətnamə qəbul olunur, bu da bəzən nəticəsiz qalır. Çünki məhkəmə qərar qəbul edəndən sonra cavabdeh tərəf bundan xəbər tutur və gəlib iddia edir ki, bildiriş almayıb, prosesdən xəbəri olmayıb. Ona görə də qərarı tələb edir ki, ondan şikayət versin.

Hazırda vəkillərin çoxu bunun kimi ciddi problemlərlə rastlaşır. Etiraf edək ki, qeydiyyat məsələsi polisin, eləcə də hüquq-mühafizə orqanlarının işində də müəyyən çətinliklər yaradır”.

Vəkil paytaxtda qeydiyyatlı və qeydiyyatsız yaşayan insanların sayına da toxunub: “Məlumatlara görə, Sumqayıtda 100 min, Bakıda isə 1 milyona yaxın rəsmi qeydiyyatda olan insan yaşayır. Ancaq hamı bilir ki, Sumqayıtda 500 min, Bakıda isə 2-3 milyondan artıq əhali var. Ona görə də xidmət sahələri üzrə çatışmazlıqlar yaranır. Bunu qaydaya salmaq lazımdır.

Sözügedən qanunda insanların itirəcəyi və ya onların hüquqlarının pozulmasına qarşı təhlükəli heç bir şey görmürəm. Sadəcə insanları maarifləndirmək lazımdır. Ev sahiblərinə də izah etmək lazımdır ki, kirayə verdiyi mənzilə müvəqqəti qeydiyyata düşən şəxsin icarə müddətində ona heç bir təhlükəsi yoxdur”.

Əsabəli Mustafayev hökumətə bəzi ağlabatan təkliflər də verib: “Sözügedən qanundan irəli gələn problemləri asanlaşdırmaq üçün hökumət ASAN Xidmət mərkəzlərində bu xidmətlərin göstərilməsi üçün aidiyyəti üzrə əlavə fəaliyyət növbələrini istifadəyə verməlidir.

Bilirik ki, paytaxtın hər yerində sənədləşdirilməmiş çox sayda ev var. Orada insanlar uzun illərdir yaşasalar da, rəsmi qaydada qeydiyyata düşə bilmirlər. Hökumət qeydiyyat məsələsini həll etmək üçün ilk növbədə həmin sənədsiz evləri rəsmiləşdirməlidir.

İnsanlar tanıyıram ki, neçə ildir evində yaşayır, hansısa polis bölməsinin inzibati binasında qeydiyyatda idi. Sonra polis bölməsində qeydiyyat ləğv olundu. İndi o şəxslərin şəxsiyyət vəsiqəsini dondurulub, nə etibarnamə verə bilir, nə də bank hesabı aça. Həmin şəxsin məhkəmə işini udmuşam, amma bank hesabı açıb kompensasiyasını ala bilmir. Etibarnamə də verə bilmir, çünki şəxsiyyət vəsiqəsi dondurulub. Halbuki qaldığı evi sənədləşdirsələr, bütün problem həll olar. Bu, dözülməz haldır, düzgün deyil.

Ona görə də hökumətin birinci addımı rəsmiləşdirilməmiş evləri təcili sürətdə sənədləşdirmək olmalıdır. Bu, ən azından həmin şəxslərin o evlərdə qeydiyyata düşməsinə imkan yaradar.

Digər tərəfdən, hazırda qüvvədə olan Vergi Məcəlləsinə görə, evlərini icarə verən şəxslər əmlak icarəsindən əldə edilən gəlirdən vergi ödəməlidirlər. Ancaq evini kirayə verənlər icarə müqaviləsi bağlamırlar. İcarə müqaviləsi notarial qaydada təsdiq edilir, bu zaman da vergi ödənilməlidir. Təklif edirəm ki, hökumət evin icarəsindən tutulan vergiləri 5 il müddətinə dayandırsın. Bu sahədə qayda yaradılar, insanlar da yaşadıqları və ya kirayədə qaldıqları evlərdə qeydiyyata düşə bilərlər.

Evlərin icarəyə verilməsi bir biznesdir. İnsanlar var ki, 20 mənzili var, hamısını da kirayəyə verir. Qeydiyyatsız insanların mənafeyini nəzərə alaraq hökumət ən azı 4-5 il mənzillərin icarəsindən gəlir vergisini dayandıra bilər. Təbii ki, bu zaman sahibkarlar rəsmi qaydada icarə müqaviləsi bağlamaqdan qorxmaz. Hesab edirəm ki, bu təkliflər bu işin xeyrinə ola bilər”.

Yaşadığı evə qeydiyyata düşə bilməyənlərin aqibəti necə olacaq? – Deputatdan AÇIQLAMA

“15 ilə yaxındır ki, aldığımız mənzildə yaşayırıq, amma “kupça”mız (mənzillərin dövlət reyesterindən çıxarışları) yoxdur. Ona görə də yaşadığımız mənzilə qeydiyyata düşə bilmirik. Əvvəl yaşadığımız ünvanda qeydiyyatda olsaq da, həmin mənzili satdıqdan bir müddət sonra dövlət tərəfindən qeydiyyatımız ləğv olunub.

Hazırda övladım və mən “havada” qalmışıq. Övladımın təhsli ilə bağlı komissiyadan keçməliyəm, sənədlərim keçərsizdir. Mən hansı ünvana müraciət etməliyəm?”.

Bu fikirləri Bizim.Media-ya ünvanladığı məktubunda Bakı sakinlərindən biri yazıb. Onu da deyək ki, bu gün qeyd olunan problemlə üzləşən sakinlər çoxdur.

Bəziləri lazım olan sənədini rahat ala bilmək üçün hansısa bir qohumunun yaşadığı ünvana müvəqqəti qeydiyyata düşür. Bir qisim insanlar isə sadəcə gözləməyi seçir. Məlumdur ki, sənədsiz evlərdə yaşayan vətəndaşların problemlərinin həlli istiqamətində işlər aparılır.

Amma o zamana kimi bu problemlərlə üzləşən vətəndaşlarımız nə etməlidir?

Mövzu ilə bağlı sualımızı Milli Məclisin deputatı Vahid Əhmədov cavablandırıb.

O bildirib ki, hazırda bu məsələyə həm Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, həm də Əmlak Məsələləri Dövlət Xidməti baxır:

“Şəhərsalma və tikinti Məcəlləsində dəyişiklik etmişik və orada faktiki olaraq müəyyən məsələlər əks olunub. Son illər 50 minə yaxın sənədsiz evləri Əmlak Məsələləri Dövlət Xidməti sənədləşdirib. Amma bu cür evlərin sayı kifayət qədər böyükdür.
Təxminən 300 minə yaxın sənədsiz evdən söhbət gedir. Çoxlu binalar tikilib. İnsanlar köçürülüb. Amma sənədləri yoxdur. Bəzi evlər hələ heç istifadəyə də qəbul olunmayıb. Hansısa binada qaz, birində elektrik yoxdur və s. Binanın qeydiyyatdan keçməyi üçün bütün bu sənədlər olmalıdır”.

Mənzillər sənədləşdirilənə qədər vətəndaş nə etməlidir?

Vahid Əhmədovun sözlərinə görə, qeydiyyata görə sənəd problemi ilə üzləşən vətəndaşlar Əmlak Məsələləri Dövlət Xidmətinə və Bakı Şəhər İcra Hakimiyyətinə (Rayon icra hakimiyyətlərinə) problemlə bağlı müraciət edə bilərlər:
“Qeyd etdiyim qurumlar vətəndaşların hansısa ünvanda müvəqqəti qeydiyyata alınması problemini həll edə bilərlər. Yaşadıqları mənzillər, fərdi evlər sənədsiz olsa da, sakinin hanısa ünvanda qeydiyyatının olması mütləqdir”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Mənzildə qeydiyyatda olan kənar şəxsləri qeydiyyatdan necə çıxarmaq olar?

Çoxlarımız mənzil alandan sonra həmin mənzilin əvvəlki mülkiyyətçisinin və onun ailə üzvlərinin mənzildən qeydiyyatdan çıxarılması əsl problemə çevrilir. Mənzilin keçmiş mülkiyyətçisi çox vaxt hazırda yaşadıqları evin heç bir mülkiyyət sənədinin olmamasını əsas göstərərək qeydiyyata düşə bilməməsini səbəb göstərirlər.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İ.İzzət/

Çoxlarımız mənzil alandan sonra həmin mənzilin əvvəlki mülkiyyətçisinin və onun ailə üzvlərinin mənzildən qeydiyyatdan çıxarılması əsl problemə çevrilir. Mənzilin keçmiş mülkiyyətçisi çox vaxt hazırda yaşadıqları evin heç bir mülkiyyət sənədinin olmamasını əsas göstərərək qeydiyyata düşə bilməməsini səbəb göstərirlər.

Mənzil alan yeni mülkiyyətçi isə bu müddətdə əlavə kommunal xidmət haqqı ödəməyə məcbur olur. Çox vaxt bununla bağlı məhkəmələrə və rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəslərinə edilən müraciətlər də səmərəsiz qalır. Bu iki qurum arasındakı “ötür-ötür oyunu” vətəndaşa böyük problemlər yaşadır.

Trend-in məlumatına görə, Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Dünyamin Novruzov mətbuata açıqlamasında bildirib ki, vətəndaşların tez-tez qarşılaşdığı bu problem qanunvericilikdən, konkret desək, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 9-cu maddəsindən qaynaqlanır:

“Belə ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması halları Qanunun 9-cu maddəsində öz əksini tapmışdır. Lakin həmin maddədə qarşılaşdığınız problemin müvafiq rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən həlli imkanı nəzərdə tutulmamışdır. Çünki 9-cu maddənin 1-ci hissəsinə görə şəxs yaşayış yerini dəyişdikdə, yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Lakin müəyyən hallarda əvvəlki sakinlər yeni yaşayış yeri üzrə qeydiyyata alınmadıqları üçün həmin maddənin tətbiqi mümkün deyildir”.

Hüquq məsləhətçisi bildirib ki, əvvəlki sakinlərin yeni mülkiyyətçinin mənzilində qeydiyyatda qalmaqda davam etməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun bir sıra müddəları ilə ziddiyyət təşkil edir.

Belə ki, Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 5-ci maddəsinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.

Hüquqşünas qeyd edib ki, qeyd olunan halda, əvvəlki sakinlərin mənzili alan şəxsin mənzilində qeydiyyatda qalmaları üçün hüquqi əsas yoxdur, onların qeydiyyatı yalnız formal xarakter daşıyır və faktiki vəziyyəti əks etdirmir.

Novruzovun sözlərinə görə, vətəndaş rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin imtina cavabını aldıqdan sonra İnzibati-Prosessual Məcəlləyə əsasən müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət edə və sözügedən şəxslərin mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edə bilər.

Hüquqşünas hazırda müvafiq inzibati-iqtisadi məhkəmələr tərəfindən inzibati icraat qaydasında belə mübahisələrə baxılıdığını və həll olunduğunu vurğulayıb.

Novruzov bildirib ki, mövcud vəziyyət bu problemlə üzləşən vətəndaşların İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsində təsbit olunmuş şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulması ilə nəticələnir: “Belə ki, adıçəkilən maddənin 1-ci hissəsinə görə, hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Vətəndaşa məxsus mənzildə onunla əlaqəsi olmayan şəxslərin mülkiyyətçinin iradəsi əleyhinə daimi qeydiyyatda olması vətəndaş üçün bir sıra neqativ nəticələr (həmin şəxslərə görə əlavə kommunal haqqı ödəmək, mənzili satacağı halda onların yazılı razılıq ərizəsini almalı olması, həmin şəxslərə ünvanlanacaq poçt göndərişlərinin vətəndaşa məxsus mənzilə gələcək olması və s.) yaradır. Bu isə şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulmasına səbəb olur”.

Vəkil bildirib ki, qeyd olunan problem Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində olmuş “Babilonova Slovakiyaya qarşı” iş üzrə ərizəçinin qarşılaşdığı problemlə eynidir.

Avropa Məhkəməsinin qəbul etdiyi 20 iyun 2006-cı il tarixli qərarında ərizəçi xanım Babilonovanın Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulduğu təsdiq olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.