Press "Enter" to skip to content

Vergi ödəməsini Necə Yoxlamaq Olar

Vergi bürosundan əmlak vergisinin və ya onun tərəfindən tutulan digər növ ödənişlərin ödənilməsinin zəruriliyi barədə bildiriş almış hörmətli vergi ödəyicisi dərhal lazımi köçürmələri etmək üçün banka gedəcəkdir. Beləliklə, əvvəlcədən doldurulmuş detalları olan hazır formalardan istifadə edərək göstərilən məbləğlərin ünvan sahibinə qeyd-şərtsiz çatdırılmasına ümid edir. Yenə də hər yerdə səhvlər mümkündür. Verginin həqiqətən ödənildiyinə, alındığına və yoxlamanın heç bir iddiası olmayacağına necə əmin ola bilərsiniz? Vergi ödəməsini necə yoxlamaq olar

Kiminsə vergi nömrəsini necə öyrənə bilərəm?

Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). [1]

2. Mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə aparılır.

3. Nəzərə alınsın ki, vergi orqanlarında 2001-ci il 1 yanvar tarixinədək uçota alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrini onlara əvvəllər verilmiş identifikasiya nömrələri (VÖİN) təşkil edir və təqdim olunan bildirişlər vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrə bərabər tutulur. [2]

4. Azərbaycan Respublikası Vergilər Nazirliyinə tapşırılsın ki, 2001-ci il 1 yanvar tarixdən vergi ödəyicilərinin uçotunu Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə və “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi qaydası”na uyğun olaraq aparsın. [3]

5. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə və Dövlət Statistika Komitəsinə tapşırılsın ki, öz işlərində Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərə verilən vergi ödəyicisinin eyniləşdirmə nömrələrindən istifadə etsinlər.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicilərinin uçotunun təkmilləşdirilməsi barədə” 1996-cı il 19 dekabr tarixli, 182 nömrəli qərarı öz qüvvəsini itirmiş hesab edilsin.

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 21 dekabr 2000-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 21 dekabr tarixli, 222 nömrəli qərarı ilə

Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi

QAYDASI

Bu Qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi ödəyicilərinin vergi orqanlarında vahid prinsiplər əsasında uçota alınması, onlara eyniləşdirmə nömrələrinin verilməsi qaydasını və vergi ödəyicilərinin eyniləşdirmə nömrələrinin (bundan sonra VÖEN) tətbiq dairəsini müəyyən edir.

1. Ümumİ müddəalar

1.1. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (fərdi sahibkar) onların vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar.

1.2. Vergi ödəyiciləri vergi orqanında uçota durmağa, vergi orqanı isə vergi ödəyicilərinin uçotunu aparmağa borcludurlar.

1.3. Vergi ödəyicisi olan hüquqi şəxs, onun filialları və nümayəndəlikləri və ya digər təsərrüfat subyektləri (obyektləri) olduğu yer üzrə, fərdi sahibkar və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxs isə yaşadığı yer üzrə vergi orqanında uçota alınmalı və onlara bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan VÖEN verilməlidir. [4]

1.4. Vergi ödəyicisi kimi uçota alınmayan vergi agenti olan təşkilatlar hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada olduqları yer üzrə vergi orqanlarında uçota alınırlar.

1.5. Daimi nümayəndəliklərin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

1.6. Vergi ödəyicisi haqqında məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, onun uçota alınması anından vergi sirri hesab olunur.

1.7. Vergi ödəyicisinin vergi uçotuna alınması yerinin müəyyən edilməsi ilə bağlı çətinliklər yarandıqda, onun uçota alınması yerini təqdim olunmuş məlumatlar əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edir.

1.8. Vergi ödəyiciləri olan hüquqi şəxslər onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar.

1.9. Vergi uçotuna alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.

1.10. Vergi ödəyicilərinin uçota alınması onların ərizələrinə əsasən həyata keçirilir. Bu ərizələrin forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.

2. Vergİ ödəyİcİlərİ tərəfİndən ərİzənİn verİlməsİ

2.1. Hüquqi şəxs, onun filial və nümayəndəlikləri tərəfindən ərizənin verilməsi

2.1.1. Vergi uçotuna durmaq üçün hüquqi şəxs dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik və ya digər təsərrüfat subyekti (obyekti) vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə – filialın və ya nümayəndəliyin yaradılmasından 30 gün müddətində olduğu yer üzrə vergi orqanına ərizə təqdim etməlidir.

Hüquqi şəxslərin dövlət qeydiyyatından keçmə tarixi ədliyyə orqanlarının onlara dövlət qeydiyyatına alınma haqqında sənədlərin verilməsi tarixini əks etdirən arayışlarına əsasən müəyyən edilir.

2.1.2. Hüquqi şəxs uçota alınma barədə verdiyi ərizə ilə birlikdə dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və təsis sənədlərinin, rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin bir nüsxədə surətlərini, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin məlumatlarını vergi orqanına təqdim etməlidir.

2.1.3. Ərizə vergi ödəyicisi olan hüquqi şəxsin, onun filial və nümayəndəliyinin rəhbəri və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə hüquqi şəxsin, onun filial və ya nümayəndəliyinin rəhbəri cavabdehdir.

2.1.4. Filialları və digər təsərrüfatçılıq subyektləri olan hüquqi şəxs verdiyi ərizə ilə birlikdə həmin filial və təsərrüfatçılıq subyektlərinin siyahılarını Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formada təqdim etməlidir. Həmin məlumatlarda dəyişikliklər baş verdikdə, hüquqi şəxs 30 gün müddətində bu barədə əlavə məlumatlar təqdim etməlidir.

2.1.5. “Hüquqi şəxsin uçotda olduğu vergi orqanının ərazisindən kənarda fəaliyyət göstərən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, hüquqi şəxs vergi ödəyicisi kimi həm özünün olduğu yer üzrə, həm də onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınır. Bu halda hüquqi şəxs özünün filial və (və ya) nümayəndəliklərinin olduğu (yerləşdiyi) ərazi üzrə vergi orqanına Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun məlumat göndərməlidir. Həmin məlumat vergi orqanlarına bu Qaydaların 2.1.4.-cü bəndində göstərilən müddətdə və qaydada çatdırılır. [5]

2.1.6. Hüquqi şəxsin uçotda olduğu vergi orqanının yerləşdiyi ərazinin hüdudlarından kənarda yerləşən təsərrüfatçılıq subyektlərinin olduğu ərazi üzrə vergi orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə məlumatların qeydiyyatını aparmalı və bu barədə hüquqi şəxsin uçotda olduğu vergi orqanına 5 (beş) iş günü ərzində məlumat verməlidir.

Vergilər Nazirliyi tərəfindən müəyyən edilən iri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada mərkəzləşdirilmiş uçota alına bilər. [6]

İkiqat vergitutmanın aradan qaldırılması haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən və daimi nümayəndəlik yaratmayan bölmələri, habelə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.5.3-cü maddəsinə müvafiq olaraq idarəetmə yerinə görə rezident sayılan hüquqi şəxs vergi orqanında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq uçota alınır.

2.2. Vergi ödəyicisi olan fərdi sahibkar və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxs tərəfindən ərizənin verilməsi [7]

2.2.1. Vergi ödəyicisi olan fərdi sahibkar və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxs uçota alınmaq üçün yaşadığı yer üzrə vergi orqanına ərizə təqdim etməlidir.

2.2.2. Vergi ödəyicisi olan fərdi sahibkarın və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxsın təsərrüfatçılıq subyektlərinin qeydə alınması hüquqi şəxslər üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.

2.2.3. Ərizə vergi ödəyicisi olan fərdi sahibkar və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur və imzalanır.

Ərizədə göstərilənlərin düzgünlüyünə fərdi sahibkar və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxs cavabdehdir.

2.2.4. Vergi ödəyicisi olan fərdi sahibkar və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxs uçota durmaq üçün ərizə ilə birlikdə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumat təqdim edir.

Vergi ödəyicisi olan fərdi sahibkar və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxs uçota alındıqda, onun şəxsi məlumatlarına soyadı, adı, atasının adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənəd və vətəndaşlığı haqqında məlumatlar daxil edilir.

3. Vergİ ödəyİcİlərİnİn uçota alınması və VÖEN verİlməsİ

3.1. Vergi orqanına təqdim olunan sənədlər xüsusi jurnalda tarixlər üzrə ardıcıl nömrələrlə qeydə alınır və qeydiyyat nömrəsi vergi ödəyicilərindən daxil olan ərizələrin müvafiq bəndində yazılır.

3.2. Ərizənin və ona əlavə edilən sənədlərin tam şəkildə qəbuluna onları qəbul etmiş vergi orqanının məsul işçisi qanunvericiliyə uyğun məsuliyyət daşıyır.

3.3. Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizənin və digər zəruri sənədlərin vergi orqanına daxil olduğu gündən sonrakı 10 gün müddətində həyata keçirməli və həmin müddətdə də vergi ödəyicisinə şəhadətnamə verməlidir.

Bu Qaydanın 2.1.5-ci yarımbəndində nəzərdə tutulan hallarda hüquqi şəxs həm özünün olduğu yer üzrə, həm də onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alındıqda, onun filialına, nümayəndəliyinə və ya digər təsərrüfat subyektinə (obyektinə) VÖEN verilə bilər. [8]

3.4. VÖEN avtomatlaşdırılmış şəkildə xüsusi proqram təminatı vasitəsi ilə müəyyən olunur. VÖEN doqquz rəqəmdən ibarət olmaqla vergi ödəyicisini uçota alan vergi orqanının kodunu və vergi ödəyicisinin sıra nömrəsini əks etdirir.

Vergi ödəyicisinə VÖEN-ni əks etdirən uçota alınma haqqında şəhadətnamə verilir.

3.5. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Şəhadətnamənin forması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.

3.6. Şəhadətnamələrin qeydiyyatı Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun aparılmalıdır.

3.7. Vergi ödəyicisi uçota alındıqdan sonra onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əslində VÖEN barədə qeyd aparılır və şəhadətnamə vergi ödəyicisinə qaytarılır. [9]

3.8. Vergi ödəyicisi tərəfindən uçota alınması haqqında şəhadətnamə alındıqdan sonra, bank idarəsində hesab almaq üçün ərizə verilir. Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə şəhadətnamə-dublikat verir. Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir. Şəhadətnamə-dublikatın alınması üçün vergi ödəyicisi tərəfindən verilən ərizənin və şəhadətnamə-dublikatın forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.

Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesab açılmaq üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir.

Şəhadətnamə-dublikat iki hissədən ibarətdir. Onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsi isə bank idarəsinin müvafiq qeydləri aparıldıqdan sonra onu vermiş vergi orqanına qaytarılır.

3.9. Şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş bankda hesab açmaq olar.

3.10. Şəhadətnamə-dublikatın bildiriş hissəsi vergi ödəyicisi tərəfindən 10 gün müddətində qaytarılmadıqda, vergi orqanı bunun səbəblərini vergi ödəyicisi və müvafiq bank idarəsi ilə dəqiqləşdirməlidir. Şəhadətnamə-dublikat 10 gün ərzində istifadə olunmadıqda, vergi ödəyicisinə verilmiş şəhadətnamə-dublikat geri alınır və hesabın açılmaması barədə bankdan alınmış rəsmi məlumata əsasən onun etibarsız olması haqqında vergi ödəyicisinin uçot məlumatlarında müvafiq qeydlər edilir.

Şəhadətnamə-dublikatların qeydiyyatı jurnalının forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.

4. Eynİləşdİrmə nömrələrİnİn İşlənİlməsİ və tətbİqİ daİrəsİ

4.1. VÖEN vergi ödəyiciləri tərəfindən mühasibat, statistika hesabatlarında, vergi haqq-hesablarında, bəyannamələrdə, təsərrüfat müqavilələrində, hesab-fakturalarda, qaimələrdə, nəzarət-kassa aparatlarının çeklərində, məktublarda, habelə gömrük, bank və bütün digər ödəniş sənədlərində hökmən göstərilməlidir.

Göstərilən sənədlərdə xüsusi yer nəzərdə tutulmadıqda, VÖEN bir qayda olaraq vergi ödəyicisinin adı ilə yanaşı yazılmalıdır.

4.2. Vergi orqanı vergi ödəyicisinə göndərilən bütün bildirişlərdə onun eyniləşdirmə nömrəsini göstərir.

4.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinin hər hansı tәdiyә, bank və gömrük sənədində VÖEN göstərilmədikdə, ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir.

4.4. Vergi ödəyicilərinə bank hesabları (hesablaşma, valyuta, ssuda, cari və sair) yalnız onlara eyniləşdirmə nömrələri verildikdən sonra açılır.

4.5. Vergi orqanları tərəfindən vergi ödəyicilərinin uçota alınması və ləğv edilməsi barədə rüb başa çatdıqdan sonrakı 7 gün müddətində müvafiq statistika orqanlarına məlumat verilir.

5. Vergİ ödəyİcİlərİ haqqında uçot məlumatlarının dəyİşdİrİlməsİ

5.1. Vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər onların Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizələri əsasında aparılır.

5.2. Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 15 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yeni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirilməlidir.

5.3. Vergi ödəyicisinin uçota alınması haqqında ərizəsində göstərilən məlumatlarında hər hansı bir dəyişiklik bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş müddətlərdə aparılır.

5.4. Vergi ödəyicisi olan hüquqi şəxsin VÖEN-nin tamamilə ləğv olunması aşağıdakı hallarda həyata keçirilir:

a) qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxsin ləğv edilməsi barədə qərar qəbul olunduqda;

b) hüquqi şəxsin təşkilati-hüquqi forması dəyişdikdə;

c) hüquqi şəxsin mülkiyyət mənsubiyyəti dəyişdikdə.

5.5. Vergi ödəyicisi olan fiziki şəxsin VÖEN-nin ləğvi onun vəfatı və qanunvericiliklə yol verilə bilən digər hallarda mümkündür. Vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən fəaliyyətlərinin dayandırılması onların uçotdan çıxarılmasına əsas vermir.

5.6. Vergi ödəyicisinin VÖEN-i ləğv edilərkən onun uçota alınmasını təsdiq edən şəhadətnamə vergi orqanına təhvil verilir. Vergi orqanı şəhadətnamə-dublikatın etibarsız hesab olunması barədə bank idarələrinə məlumat verməlidir.

5.7. Vergi orqanı uçotdan çıxarılmış vergi ödəyicilərinin qeydiyyat jurnalını Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə aparır.

Vergi ödəyiciləri uçota durmamağa və VÖEN almamağa görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 28 fevral 2002-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 02, maddə 112)

2. 04 aprel 2003-cü il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 04, maddə 214)

3. 16 iyul 2003-cü il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 07, maddə 390)

4. 13 aprel 2004-cü il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 04, maddə 296)

5. 17 may 2005-ci il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 05, maddə 456)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 13 aprel 2004-cü il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 04, maddə 296) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 21 dekabr tarixli 222 nömrəli qərarının 1-ci bəndi qüvvədən düşmüş hesab edil mişdir.

[2] 17 may 2005-ci il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 05, maddə 456) ilə 3-cü bəndi 2005-ci il 1 iyul tarixdən qüvvədən düşmüşdür.

[3] 13 aprel 2004-cü il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 04, maddə 296) ilə qərarın 4-cü bəndindən “və “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi qaydası”na” sözləri çıxarılmışdır.

[4] 28 fevral 2002-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 02, maddə 112) ilə “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydası”nın 1.3-cü bəndində “və nümayəndəlikləri” sözündən sonra “və ya digər təsərrüfat subyektləri (obyektləri)” sözləri, 2.1.1-ci yarımbəndində “nümayəndəlik” sözündən sonra “və ya digər təsərrüfat subyekti (obyekti)” sözləri əlavə edilmişdir.

04 aprel 2003-cü il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 04, maddə 214) ilə Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydası”nın 1.3-cü bənddə “fiziki şəxs (fərdi sahibkar)” sözləri “fərdi sahibkar və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxs” sözləri ilə əvəz edilmişdir.

[5] 28 fevral 2002-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 02, maddə 112) ilə “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydası”nın 2.1.5-ci yarımbəndinin 1-ci cümləsi aşağıdakı redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Tərkibində Azərbaycan Respublikasında yerləşən filial və (və ya) nümayəndəlikləri olan hüquqi şəxslər vergi ödəyicisi kimi həm özünün olduğu yer üzrə, həm də özünün hər filial və (və ya) nümayəndəliyinin olduğu yer üzrə uçota alınır.

[6] 28 fevral 2002-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 02, maddə 112) ilə “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydası”nın 2.1.6-cı yarımbəndinə yeni məzmunda 2-ci və 3-cü abzaslar əlavə edilmişdir.

[7] 04 aprel 2003-cü il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 04, maddə 214) ilə Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydası”nın 2.2-ci bənddə, 2.2.1-ci, 2.2.2-ci, 2.2.3-cü, 2.2.4-cü yarımbəndlərdə “fiziki şəxs (fərdi sahibkar)”, “fiziki-şəxsin (fərdi sahibkarın)” sözləri ismin müvafiq hallarında “fərdi sahibkar və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxs” sözləri ilə əvəz edilmişdir.

[8] 04 aprel 2003-cü il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 04, maddə 214) ilə Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydası”nın 3.3-cü bənddə yeni redaksiyada ikinci abzas əlavə edilmişdir.

[9] 16 iyul 2003-cü il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 07, maddə 390) ilə “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydası”nın 3.7-ci bəndi çıxarılmışdır.

Vergi ödəməsini Necə Yoxlamaq Olar

Vergi bürosundan əmlak vergisinin və ya onun tərəfindən tutulan digər növ ödənişlərin ödənilməsinin zəruriliyi barədə bildiriş almış hörmətli vergi ödəyicisi dərhal lazımi köçürmələri etmək üçün banka gedəcəkdir. Beləliklə, əvvəlcədən doldurulmuş detalları olan hazır formalardan istifadə edərək göstərilən məbləğlərin ünvan sahibinə qeyd-şərtsiz çatdırılmasına ümid edir. Yenə də hər yerdə səhvlər mümkündür. Verginin həqiqətən ödənildiyinə, alındığına və yoxlamanın heç bir iddiası olmayacağına necə əmin ola bilərsiniz? Vergi ödəməsini necə yoxlamaq olar

Təlimat

Addım 1

Ödəniş əməliyyatını aydınlaşdırmaq üçün Rusiya Federasiyası Federal Vergi Xidmətinin rəsmi saytında yerləşən xüsusi bir xidmətdən istifadə edin https://www.nalog.ru/. Burada “Fərdlər” nişanını tapmalı və onlar üçün təyin olunan bölməyə getməlisiniz. Saytın vergilər xəbərləri, materialları və qaydaları ilə tanış ola biləcəyiniz səhifələrə keçidlər

Addım 2

Sağdakı menyuda “Elektron xidmətlər” bağlantısını tapın və probleminizi həll etmək üçün üç seçim təmin edən növbəti hissəyə keçin. Birincisi, sizin üçün vergiləri hesablayan xidmətin ünvanını və telefon nömrəsini tapmağa dəvət edir. Bu xidmətdən, müvafiq olaraq, “yoxlamanızın ünvanı” adlanan ilk menyu elementini seçərək istifadə edə bilərsiniz. İndi bildiyiniz halda FTS filialınızın nömrəsini və ya ev ünvanınızı daxil etməyiniz istənəcəkdir. Bundan sonra sistem əlaqə qurmağın və sualınızı aydınlaşdırmağın mümkün yollarını göstərməklə sizə lazımi yoxlamanın koordinatlarını verəcəkdir.

Addım 3

“Elektron xidmətlər” bölməsində müfəttişliyinizlə əlaqə qurmaq üçün başqa bir fürsətdən istifadə edə bilərsiniz. Müəyyən bir şöbənin elektron poçtunu istifadə edərək müfəttişlərlə əlaqə qurmağınıza imkan verən bir xidmətə bir keçid ümumi siyahıda yerləşir və “Rusiya Federal Vergi Xidmətinə müraciət edin” adlanır. Burada xüsusi bir müraciət formasını doldura bilərsiniz. Qeydiyyatdan keçdikdən sonra sistem tələbinizi avtomatik olaraq tələb olunan şöbəyə göndərəcəkdir.

kapital kartda şəxsi kabinetə girişdə kart nömrəsini nece öyrənə bilərəm

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

123589 cavab verdi – PC üçün tövsiyə (1 gün əvvəl)

Valeh Abishov cavab verdi – Aliexpress telefon (3 gün əvvəl)

Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (3 gün əvvəl)

Valeh Abishov cavab verdi – Poçta əlavə pul (3 gün əvvəl)

gul56 cavab verdi – Vöen və bank hesabı (5 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (5 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (8 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (8 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (17 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (27 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (31 gün əvvəl)

Comments are closed, but trackbacks and pingbacks are open.