Press "Enter" to skip to content

Kiməsə 08 qaytarılmasını necə göndərə bilərəm?

– əldə olunmuş aviabiletin geri qaytarılmasını rəsmiləşdirmək və həmin aviabiletin tam dəyərini geri almaq – uçuşdan həm əvvəl, həm də sonra;

Biletlərdə və reyslərdə edilən dəyişikliklər

Qeydiyyatdan keçərkən qeyd etdiyiniz e-mail ərzində geri qaytarma şərtləri haqqında məlumat göndəriləcəkdir. Əgər geri qaytarma ancaq xidmət rüsumu ödəndikdən sonra mümkün olacaqsa, bu zaman məktubda qeyd edilən müddətdə rüsumu ödəyin. Ödəniş üçün müəyyən olunan vaxt bitərsə geri qaytarma üzrə yeni sorğu yaratmalı olacaqsınız.

Önəmlidir!Aviaşirkət uçuşa gəlmədiyinizi müəyyən edərsə, hətta müvafiq sənədləriniz olsa belə, pulunuzun geri qaytarılması ilə bağlı sorğunuz rədd edilə bilər. Bu səbəbdən xahiş edirik ki, müraciətinizi mümkün qədər tez təqdim edəsiniz.Əgər hazırda Sizin sənədləri vermək imkanınız yoxdursa, zəhmət olmasa, cədvəldə göstərilmiş uçuş vaxtına ən azı üç saat qalmış qaytarılmaya dair sorğu yaradın. Sorğunun yaradılması zamanı şərhdə göstərin: “Uçuşdan istifadə etməyəcəyəm. Yerləri ləğv etməyi xahiş edirəm. Sənədləri sonra təqdim edəcəyəm”.

  • Reysin 3 saatdan artıq ləngiməsi və yaxud ləğv olunması zamanı biletin geri qaytarılması üçün ərizə ilə birlikdə reysin gecikməsini / ləğv olunmasını təsdiq edən rəsmi sənədlər də göndərilir. Həmin rəsmi sənədləri hava limanında aviaşirkətin nümayəndəsindən ala bilərsiniz.
  • Sərnişinə vizanın verilməməsi zamanı biletin geri qaytarılması üçün ərizə ilə birlikdə göndərilir: səfirliyin rəsmi blankında vizanın verilməməsinə dair təsdiq məktubu, pasportun ilk səhifəsinin surəti, pasportun viza verməkdən imtinaya görə ştamp vurulan səhifəsinin surəti. Vizanın verilməməsinə görə tam geri qaytarılma üzrə sorğunu birinci marşrut seqmenti üzrə olan uçuşa 72 saat qalmış müddətdən gec olmayaraq göndərmək olar.
  • Sərnişinin və ya onunla uçuş etməli olan qohumunun xəstəliyi / ölümü zamanı – biletin geri qaytarılması üçün ərizə ilə birlikdə xəstəliyi / ölümü təsdiq edən müvafiq sənədlər, xəstələnən / ölən şəxslə sərnişinin qohumluq dərəcəsini təsdiq edən sənədlər də göndərilir: birinci marşrut seqmenti üzrə olan uçuşa 72 saat qalmış müddətdən gec olmayaraq.
  • Sərinişinin reysə gecikməsi və ya gəlməməsi zamanı ( əgər reysin göndərilməsinə kimi yerlər sərnişinin xahişi ilə aviaşirkət və ya Tickets.az agenti tərəfindən alınmamışdırsa ) biletin geri qaytarılması səbəbində mütləq sərnişinin reysə gecikməsi və ya gəlməməsi faktı qeyd edilməlidir.

Biletin geri qaytarılması üzrə sorğunu bileti aldığınız gün göndərsəniz ödədiyiniz pul vəsaitləri heç bir aviaşirkət cəriməsi çıxılmadan tam şəkildə sizə geri qaytarılacaqdır. Ödədiyiniz pul vəsaitləri göstərilən məbləğ sizin tərəfinizdən təsdiq olunduqdan sonra və aviaşirkətin qərarına müvafiq olaraq Sizə geri qaytarılacaqdır.

Əgər aviaşirkət cərimə sanksiyaları tətbiq edilmədən pulun geri qaytarılmasını təsdiq etməzsə, Siz, tarif qaydalarına əsasən geri qaytarılma üzrə sorğu yarada bilərsiniz.

Ödənişin geri qaytarılması üzrə xidmət haqqı və etdiyiniz əlavə ödənişlər geri qaytarılmır.

Geri qaytarılan məbləğ sərnişinin geri qaytarılma üzrə ərizəni yaratdığı gündəki məzənnə kursu ilə hesablanır.

  • Tibb müəssisələrinin verdiyi orijinal (həqiqi) arayışlar;
  • Hava limanının tibb məntəqəsi tərəfindən verilən orijinal (həqiqi) arayışlar;
  • Xəstəliyə dair sənədin (bülletenin) surəti.
  1. Tibb müəssisələrinin verdiyi arayışların orijinalına olan tələblər:Tibbi sənəddə sənədi verən müəssisənin adının dəqiq və oxunulan şəkildə yazılması.
  2. Tibbi sənədi verən müəssisənin möhürünün mövcudluğu.
  3. Sənədi verən şəxsin soyadının və vəzifəsinin dəqiq və oxunulan şəkildə yazılması.
  4. Sənədi verən şəxsin möhürünün və imzasının olması.
  5. Müəssisənin baş həkiminin və ya şöbə müdirinin imzasının və möhürünün olması.
  6. Tibbi sənədin verilmə tarixinin göstərilməsi.
  7. Tibbi sənəddə göstərilən xəstəlik tarixlərinin səyahət tarixləri ilə üst – üstə düşməsi. Əgər tarixlərdə uyğunsuzluq olarsa nəticədə “göstərilən tarixlərdə uçuş məsləhət görülmür” yazısı qeyd edilməlidir.
  1. Tibb sənəddə sənədi verən tibbi məntəqənin adının mövcudluğu.
  2. Tibbi məntəqənin möhürünün olması.
  3. Sənədi verən şəxsin soyadının və vəzifəsinin dəqiq və oxunulan şəkildə yazılması.
  4. Sənədi verən şəxsin möhürünün və imzasının olması.
  5. Tibbi sənədin verilmə tarixinin göstərilməsi.
  6. Tibbi sənəddə göstərilən xəstəlik tarixlərinin səyahət tarixləri ilə üst – üstə düşməsi.

Diqqət! Zəhmət olmasa, qeyd edilən sənədlərin surətini ərizəyə əlavə edin. Təsdiqləyici sənədlər olmadan aviaşirkət ərizənizə baxmayacaqdır.

Azərbaycan Respublikasının ərazisində olan sərnişin Tickets.az şirkətinə müraciət edən zaman ölkəmizdə verilməyən tibbi sənəd təqdim edərsə, onun azərbaycan dilinə edilən tərcüməsi, notarial qaydada təsdiqi olmalıdır.

Azərbaycan Respublikası ərazisindən kənarda olan sərnişinin Tickets.az şirkətinə müraciəti zamanı təqdim etdiyi tibbi sənədin ingilis və ya azərbaycan dilinə edilən tərcüməsi, sərnişinin olduğu ölkənin qanunvericiliyinə uyğun olaraq notarial qaydada təsdiqi olmalıdır.

Diqqət yetirin ki, geri qaytarma üzrə göndərdiyiniz sorğuya baxılması üçün zəruri olan sənədlərə tələblər daşıyıcı tərəfindən təyin olunur, agentlik sadəcə daşıyıcı ilə sərnişin arasında vasitəçidir. Buna görə də, daşıyıcının qəbul etdiyi bütün sorğular Müştəri Xidmətləri tərəfindən sizə bildiriləcəkdir.

Aviabiletlərin geri qaytarılması üçün sərnişin tərəfindən yanlış və ya saxta sənədlərin təqdim edilməsi faktı aşkar edildikdə qanunvericiliyə uyğun olaraq məsələyə baxılması və günahkar şəxslərin məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikasının hüquq – mühafizə orqanlarına müraciət ediləcəkdir.

Kiməsə 08 qaytarılmasını necə göndərə bilərəm?

Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 21-02-2013, Nəşr nömrəsi: 40), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2013, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 194)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201302180025
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

“Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərarla təsdiq edilmiş Qaydaların 6.7-ci bəndində nəzərdə tutulmuş gömrük rüsumlarının qaytarılması barədə rəyin formasını 10 (on) gün müddətində təsdiq etsin.

Azərbaycan Respublikasının Baş naziri Artur RASİZADƏ

Bakı şəhəri, 18 fevral 2013-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə

Gömrük ödənişlərinin qaytarılması

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra – Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir.

1.2. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş ” Artıq ödənilmi ş vergilərin, məcburi d ö vlət sosial s ığ orta, i ş sizlikdən s ığ orta və icbari tibbi s ığ orta haqlar ı n ı n, faizlərin və maliyyə sanksiyalar ı n ı n qaytar ı lmas ı Qaydaları ” ilə müəyyən olunmuş qaydada həyata keçirilir. [1]

1.3. Gömrük orqanları tərəfindən alınan dövlət rüsumunun qaytarılması “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

1.4. Gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir.

2. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması halları

2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır:

2.1.1. mallar qüsurlu olduqda;

2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə;

2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. [2]

2.2. Gömrük Məcəlləsinin 231-ci və 233-cü maddələrində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının həyata keçirdiyi əməliyyatlar üçün ödənilmiş haqqın və gömrük yığımlarının məbləğləri hesablanarkən səhvə yol verildikdə, onlar bu Qaydalara uyğun olaraq Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra – Komitə) hesabına köçürülən vəsaitdən geri qaytarılır. [3]

3. Qüsurlu mallara görə ödənilmiş gömrük rüsumunun qaytarılması

3.1. Sərbəst dövriyyəyə buraxılmamışdan əvvəl xarab olmuş mallar qüsurlu hesab edilir.

3.2. Qüsurlu mallara görə ödənilmiş gömrük rüsumu həmin mallar istifadə olunmadıqda (malların qüsurlu olmasının müəyyən edilməsi üçün zəruri olan istifadə istisna olmaqla) və gömrük ərazisindən aparıldıqdan sonra qaytarılır.

3.3. Bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq, gömrük rüsumunun qaytarılması yalnız həmin malların gömrük ödənişlərini tətbiq edən gömrük orqanı tərəfindən eyniləşdirilməsi aparıldıqdan sonra həyata keçirilir.

3.4. Gömrük orqanları şəxsin müraciəti əsasında qüsurlu malların gömrük ərazisindən aparılması əvəzinə onların daxildə emal (məhv edilmə də daxil olmaqla), beynəlxalq tranzit, gömrük anbarlarında saxlanc və ya sərbəst zona xüsusi gömrük prosedurları altında yerləşdirilməsinə icazə verir.

4. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması

Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra – gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır.

5. Gömrük ödənişlərinin qaytarılması barədə müraciət

5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər.

5.2. Ərizədə ödəyicinin bank rekvizitləri, qaytarılmalı olan gömrük ödənişlərinin məbləği, onların yaranma tarixi və yaranma səbəbləri, həmçinin ödəyici hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu təqdirdə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN göstərilməlidir.

5.3. Qaytarılmalı olan gömrük ödənişlərinin yaranma səbəblərini ərizə ilə müəyyən etmək mümkün olmadıqda, onların qaytarılmalı olduğunun təsdiqi üçün şəxs aşağıdakı sənədləri gömrük orqanına təqdim edə bilər:

5.3.1. gömrük ödənişlərinin hesablanması və alınması üçün əsas olan, həmçinin alınmasını təsdiq edən sənədlər (bəyannamə, qəbzlər və s.);

5.3.2. gömrük ödənişlərinin səhv nəticəsində artıq ödənilməsini və ya malın qüsurlu olmasını sübut edən sənədlər (malın qiymətini təsdiq edən sənəd, müşayiət sənədləri, müqavilə, müvafiq normativ sənədlər, malın texniki pasportu və s.).

5.4. Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə bu Qaydaların 5.1-ci bəndində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır.

6. Gömrük ödənişlərinin qaytarılması üzrə gömrük orqanının hərəkətləri

6.1. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir.

6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər.

6.3. Gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir.

6.4. Gömrük ödənişlərinin qaytarılması üçün müəyyən edilmiş 1 (bir) ay müddət gömrük orqanı tərəfindən onların qaytarılması barədə qərar verildiyi gündən vəsaitin dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir.

6.5. Şəxsin müraciəti olduqda, gömrük ödənişlərini tətbiq edən gömrük orqanı qaytarılmalı olan gömrük ödənişlərini onun və ya onun göstərdiyi digər şəxsin gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edir.

6.6. Şəxsin gömrük ödənişləri üzrə borcu mövcud olduğu halda, qaytarılmalı olan gömrük ödənişləri və ya onların bir hissəsi (qaytarılmalı olan gömrük ödənişlərinin məbləği borcun məbləğindən çox olduqda) gömrük orqanı tərəfindən borcun ödənilməsinə yönəldilir.

6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir.

6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır.

6.9. Gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Komitəyə göndərilməsini təmin edir. [4]

6.10. Komitə gömrük orqanının qərarı və ərizə əsasında artıq ödənilmiş gömrük yığımlarının və haqqın Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitdən qaytarılması məqsədi ilə həmin sənədlərin daxil olduğu gündən 3 (üç) iş günü müddətində maliyyə orqanına müraciət edir. [5]

7. Gömrük ödənişlərinin qaytarılması üzrə maliyyə orqanının hərəkətləri

7.1. Maliyyə orqanı gömrük orqanı tərəfindən bu Qaydaların 6.7-ci bəndinə uyğun olaraq tərtib edilmiş rəyi və bu Qaydaların 6.10-cu bəndinə uyğun olaraq, Komitənin göndərdiyi müraciəti qəbul edir.

7.2. Gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir.

7.3. Gömrük rüsumları qaytarılarkən, dövlət büdcəsinin mədaxili faktiki qaytarılmış məbləğ qədər azaldılır.

7.4. Gömrük yığımları və haqq qaytarılarkən, Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitin mədaxili faktiki qaytarılmış məbləğ qədər azaldılır. [6]

7.5. Maliyyə orqanı gömrük ödənişlərinin qaytarılması barədə 5 (beş) iş günü müddətində gömrük orqanına məlumat verir.

8. Yekun müddəalar

8.1. Bu Qaydaların 8.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb olmur.

8.2. Gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay müddətində ödəniş edilmədikdə və bu gecikmə gömrük və ya maliyyə orqanlarının (onun vəzifəli şəxslərinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və ümumi borc məbləği şəxsə bu Qaydalara əsasən ödənilir. Faizlər üç aylıq müddət başa çatdığı tarixdən gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır.

Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər. [7]

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 01 may 2015-ci il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 636 )

2. 13 iyul 2017-ci il tarixli 286 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 iyul 2017-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1483 )

3. 17 noyabr 2017-ci il tarixli 497 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 noyabr 2017-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2161)

4. 22 noyabr 2021-ci il tarixli 365 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 noyabr 2021-ci il, № 255 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 128 7)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 22 noyabr 2021-ci il tarixli 365 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 noyabr 2021-ci il, № 255 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 128 7) ilə “Gömrük ödəni ş lərinin qaytar ı lmas ı Qaydalar ı” n ı n 1.2-ci bəndində “ Art ı q ö dənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalar ı n ı n vergi ö dəyicisinə qaytar ı lmas ı Qaydalar ı” s ö zləri “ Art ı q ö dənilmi ş vergilərin, məcburi d ö vlət sosial s ığ orta, i ş sizlikdən s ığ orta və icbari tibbi s ığ orta haqlar ı n ı n, faizlərin və maliyyə sanksiyalar ı n ı n qaytarılması Qaydaları ” sözləri ilə əvəz edilmişdir.

[2] 13 iyul 2017-ci il tarixli 286 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 iyul 2017-ci il, № 149 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1483 ) ilə “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1.2-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.1.3-cü yarımbənd əlavə edilmişdir.

[3] 17 noyabr 2017-ci il tarixli 497 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 noyabr 2017-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2161) ilə “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.2-ci bəndində “əsasən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondundan” sözləri “uyğun olaraq Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra – Komitə) hesabına köçürülən vəsaitdən” sözləri ilə əvəz edilmişdir.

[4] 17 noyabr 2017-ci il tarixli 497 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 noyabr 2017-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2161) ilə “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 6.9-cu bəndində “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə (bundan sonra – Komitə)” sözləri “Komitəyə” sözü ilə əvəz edilmişdir.

[5] 17 noyabr 2017-ci il tarixli 497 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 noyabr 2017-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2161) ilə “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 6.10-cu bəndində “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondundan” sözləri “Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitdən” sözləri ilə əvəz edilmişdir.

[6] 17 noyabr 2017-ci il tarixli 497 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 noyabr 2017-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2161) ilə “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 7.4-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

7.4. Gömrük yığımları və haqq qaytarılarkən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondunun mədaxili artıq ödənilmiş vəsaitin faktiki qaytarılmış məbləği qədər azaldılır.

[7] 01 may 2015-ci il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 636 ) ilə “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın sonuna yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

AZAL bütün istiqamətlər üzrə biletlərin qaytarılmasına və dəyişməsinə hazırdır

Koronavirus infeksiyası COVİD-19 ilə bağlı dünyadakı vəziyyət ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısının rəhbərliyi sərnişinlər istədikdə bütün ləğv edilmiş istiqamətlər üzrə biletlərin qaytarılması və dəyişdirilməsi, həmçinin fəaliyyətdə olan istiqamətlər üzrə biletlərin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkəti və aşağıbüdcəli “Buta Airways” aviadaşıyıcısının bütün ləğv olunmuş (və yaxud gələcəkdə ləğv olunacaq) istiqamətləri üzrə istənilən tarif üzrə əldə olunmuş biletlərin qaytarılması və ya dəyişdirilməsinə icazə verilir.

Sərnişinlər cəriməsiz şəkildə biletin geri qaytarılmasını rəsmiləşdirə və həmin aviabiletin tam dəyərini geri ala, istiqaməti və uçuş tarixini dəyişdirə bilərlər.

Həmçinin sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən yerinə yetirilən bütün reyslərə rəsmiləşdirilən aviabiletlərin sərnişinin 31 mart 2020-ci il tarixinədək müraciətinə əsasən, aşağıdakı şərtlərə əməl olunaraq dəyişdirilməsinə icazə verilir:

– yeni aviabiletlərin uçuş tarixi 31 dekabr 2020-ci il tarixindən gec olmamalıdır;

– biletin dəyişdirilməsi zamanı tarifin maksimal etibarlılıq müddəti tətbiq olunur;

– hər aviabilet bronlaşdırma sistemində başqa tarixə eyni xidmət sinfi mövcud olduğu halda cəmi bir dəfə cərimə tətbiq olunmadan dəyişdirilə bilər;

– eyni bronlaşdırma sinfi mövcud olmadıqda siniflər arasındakı tarif fərqi sərnişin tərəfindən ödənilməlidir.

Bundan əlavə, Azərbaycanın Milli aviadaşıyıcısı cari ilin may ayının sonunadək bəzi tariflərin brendlərində aviabiletlərin geri qaytarılması və dəyişdirilməsi qaydalarına dəyişikliklər edir. Belə ki, 14 mart tarixindən 31 may tarixinədək əldə olunan aviabiletlər üçün aşağıdakı tariflərdə yenidən təxsisetmə və biletlərin geri qaytarılması ilə bağlı cərimələr üzrə bütün məhdudiyyətlər götürülür: “AZAL” aviaşirkətinin “Economy Flex” tarifi və “Buta Airways” aşağıbüdcəli aviaşirkətinin “SUPER” tarifi.

Bu halda sərnişinlər aşağıdakı hüquqlara malikdirlər:

– əldə olunmuş aviabiletin geri qaytarılmasını rəsmiləşdirmək və həmin aviabiletin tam dəyərini geri almaq – uçuşdan həm əvvəl, həm də sonra;

– uçuş vaxtını ilkin yola düşmə və təyinat məntəqələrinin və xidmət sinfinin saxlanılması ilə yenidən təxsisetməyə görə cərimə tutulmadan daha münasib vaxta keçirilməsini uçuşdan həm əvvəl, həm də sonra rəsmiləşdirmək.

Hazırkı qaydalar “AZAL” və “Buta Airways” aviaşirkətlərinin “Economy Flex” və “SUPER” tariflərinin brendlərinin tətbiq olunduğu bütün istiqamətlərinə şamil olunur.

Aviaşirkətin rəsmi saytında onlayn rejimdə alınan aviabiletin geri qaytarılması üçün [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzi və yaxud saytımızdakı əks əlaqə forması: https://help.azal.az/hc/az/requests/new vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Aviabilet turizm şirkətindən və ya agentlikdən əldə olunduğu təqdirdə müvafiq turizm agentliyinin satış kassalarına müraciət etməyiniz xahiş olunur. Təxsisetmə kredit və ya debet kartı vasitəsilə ödənildiyi halda vəsait karta qaytarılacaqdır.

Comments are closed, but trackbacks and pingbacks are open.