Press "Enter" to skip to content

Kimyadan məsələ həlli

Samirgil bağlarından 4 gün ərzində 300 kq alma yığdılar. Onlar hər sonrakı gün əvvəlki gündən 20 kq az alma topladılar. Samirgilin gündəlik topladıqları almanın kütləsini göstərən ədədləri ardıcıl yazın.

NƏŞRLƏRİMİZ

Kimya 540 Məsələ həlli (Orta məktəb şagirdləri və abituriyentlər üçün)

Bu kitabın məqsədi şagirdlərə əsas anlayış, qanun və nəzəriyyələrini əks etdirən məsələlərin həlli yollarını öyrətmək və bununla da bu nəzəri biliklərin dərindən dərk edilməsinə kömək etməkdir.

Kitabda müvafiq mövzular üzrə sistemləşdirilmiş 540 məsələ və tapşırıq həlli ilə birlikdə verilmişdir. Bunların əksəriyyəti orta məktəb proqramında nəzərdə tutulan tipik məsələləri əhatə edir.Eyni zamanda son illərdə (2003 – 2011) sınaq və qəbul imtahanlarına, həmçinin test tapşırığı nümunələrinə orta məktəb dərsliklərində əks olunmayan yeni və nisbətən mürəkkəb məsələ tiplərinin daxil edildiyini nəzərə alaraq, kitabda bu məsələ növlərinin həlli yolları da araşdırılmışdır. Bu araşdırmalar yuxarıda göstərilən vəsaitlərdə verilən tapşırıqların mürəkkəblik dərəcəsinə uyğun misallar üzərində aparılmışdır. Sınaq və qəbul imtahanlarında, həmçinin test tapşırığı nümunələrində verilən tapşırıqlarla vəsaitdəki tapşırıqlar arasında əlaqə yaratmaq məqsədilə kitabın sonunda (səh. 107) göstərici verilmişdir.

Bu kitab orta məktəb şagirdləri və abuturiyentlər, həmçinin orta və orta ixtisas məktəblərinin müəllimləri üçün nəzərdə tutulmuşdur.

  • Bütün nəşrlər
  • Dərs vəsaitləri
  • Test bankları
  • Kaspi KIDS nəşrləri
  • Bakı şəhəri, Xocalı prospekti 86
  • (012) 489 21 56info@kaspi.edu.az

© Kaspi Təhsil Şirkəti 2023 developed by ibp

Kimyadan məsələ həlli

A karbohidrogeni alkandır, belə ki, hidrogenin kütlə payı 1/7- dən çoxdur.

12n/(14n + 2) = 0,8421

tənliyindən tapırıq ki, n = 8. Deməli, A oktanın izomerləridir. C8H18.

Hesab edək ki, molekulda x qeyri ekvivalent karbon atomları var. Onda brom atomları qeyri –ekvivalent karbon atomları ilə birləşmiş x!(x−2)!2! = x(x−1)/2 sayda struktur izomerlərinin mövcudluğu mümkündür:

tənliyindən n = 7 alarıq. Oktanın 18 struktur izomerlərindən yalnız üçündə yeddi tip qeyri – ekvivalent karbon atomları olur:

Şərtə görə A B-nin hidrogenləşməsindən alına bilər və B sphibridləşmiş karbon atomları təkcə alkinlərdə yox, həm də allemlərdə (kumulə olunmuş dienlərdə) olur. Hibrid atomlarının sayının tək olması onu göstərir ki, B molekulunda iki kumulə olunmuş ikiqat əlaqə var; bir ona görə ki, belə karbon skeletinə çox qat əlaqələrin hamısını yerləşdirmək olmur. Qalan iki karbohidrogendən məsələnin şərtini yalnız (3)-cü karbohidrogen ödəyir, belə ki, o, iki üçlü C – H əlaqəsinə malikdir ki, onlar da radikal əvəzləmə reaksyalarında daha aktivdirlər. Bu vəziyyət uyğun dibromidin maksimum əmələ gəlməsini təmin edir. (1)-ci karbohidrogen olsa dibromidlərin birinin digərinə nəzərən miqdarca üstünlük təşkil etməsi olmayacaq.

(3)-cü karbon skeletinə iki əlaqələnmiş (qoşulmuş) ikiqat əlaqəni və bir üçqat əlaqəni yalnız bir vəziyyətdə yerləşdirmək olar:

Bu maddə 3,5 dimetil heksadien-3,4-in-1 adlanır.

Brom ilə reaksiyada qoşulmuş ikiqat əlaqələr özlərini təcrid olunmuş kimi aparırlar, başqa sözlə, B karbohidrogeninə bromun adi birləşməsi baş verir:

B maddəsini turşulaşdırılmış qaynar kalium permanqanat məhlulu ilə okdisləşdirdikdə çox qat əlaqənin qırılması və əmələ gəlmiş aralıq karbonil birləşməsinin oksidləşməsi baş verir. Oksidləşmənin son məhsulu karbon qazı və sirkə turşusudur:

(5C8H10 + 26KMnO4 + 39H2SO4 = 10CH3COOH + 20CO2 + 13K2SO4 + 26MnSO4 + 44H2O)

Cavab: 1) A – 2,4-dimetil heksan;

C – 2,4-dibrom-2,4-dimetil heksan;

B – 3,5-dimetil heksadien-3,4-in-1.

Məsələnin tam-hissə modeli çəkməklə həlli

Məsələnin tam-hissə modeli çəkməklə həlli məsələnin şərtini daha əyani təsəvvür etməyə imkan verir. Məsələnin cəbri yolla, tənliklərlə formal həlli əvəzinə, modellərlə real canlandırma yolu ilə həlli şagirdin analitik təfəkkürünün inkişafına daha müsbət təsir edir.

Tam-hissə modeli qurma bacarıqları məsələnin şərtində tamı və hissələri ayırma, hissələri düzbucaqlılarla ifadəetmə, müqayisə şərtini düzgün nəzərəalma, uyğun hissənin adınıyazma, tamı müəyyənetmə və modeldə düzgünyazma, axtarılanları müəyyənetmə və modeldə sual işarəsi ilə düzgün qeydetmə bacarıqları ilə müəyyən olunur.

Просмотр содержимого документа
«Məsələnin tam-hissə modeli çəkməklə həlli»

Məktəb: «DÜNYA» məktəbi

Mövzu: Məsələ həlli.Тam-hissə modeli

. dəfə çox, . dəfə az müqayisəsinə görə

Müəllim: Mustafayeva Rəsmiyyə

Məzmun standartı:

1.2.2. Hesab əməllərinin xassələrindən hesablamalarda istifadə edir. 1.2.3. Məsələlərin həllində hesab əməlləri arasındakı əlaqələrdən istifadə edir.

Dərsin məqsədi.

Şagird: – məsələ həlli bacarıqlarını nümayiş etdirir; – məsələdə verilən məlumatları araşdırmaqla; – məsələni kiçik fraqmentlərə bölməklə; – hər fraqmentə aid verilənləri və axtarılanı müəyyən etməklə; – fraqmentlərarası əlaqəni qurmaqla; – məsələ həllini əks etdirən tam-hissə modelini çəkməklə; – tam-hissə modelinə uyğun hesab əməllərini seçməklə; – məsələnin həllini yoxlamaqla.

İnteqrasiya: Ana dili, Həyat bilgisi.

Dərsin tipi: yeni bilik verən dərs.

İş formaları: qruplarla və fərdi iş.

İş üsulları: beyin həmləsi, müzakirə.

Resurslar: dərslik , iş vərəqləri , iş dəftəri.

İki qutuda 18 karandaş var. İkinci qutudakı karandaşların sayı birinci qutudakı karandaşların sayından 4 dənə çoxdur. Hər qutuda neçə karandaş var?

Məsələ həlli.

Тam-hissə modeli

. dəfə çox, . dəfə az müqayisəsinə görə

Bаbа və nəvənin yaşlarının cəmi 80-dir. Babanın yaşı nəvənin yaşından 4 dəfə çoxdur. Baba və nəvənin neçə yaşı var?

Tam: baba və nəvənin yaşları cəmi: 80 Hissələr: babanın yaşı 4 hissə, nəvənin yaşı 1 hissə Tam- hissə modeli :

Tam-hissə modelindən göründüyü kimi, tam nəvənin yaşına bərabər olan 5 hissədən ibarətdir. 80-i 5-ə bölsək, bir hissəni – nəvənin yaşını taparıq.

  • 80 : 5 = 16 (nəvənin yaşı)

Yoxlama: 16 + 64 = 80

2) 16 · 4 = 64 (babanın yaşı)

Qruplarla iş

Bağdakı alma və armud ağaclarının sayı birlikdə 56-dır. Alma ağaclarının sayı armud ağaclarının sayından 3 dəfə çoxdur. Bağda neçə armud ağacı var?

İki ədədin cəmi 324-dür. Ədədlərdən biri o birindən 5 dəfə kiçikdir. Bunlar hansı ədədlərdir?

Teatrda tamaşaçılardan 457 nəfəri qadın və uşaqlardır. Qadınların sayını 2 dəfə artırıb , alınan ədədə 10 əlavə etsəniz, uşaqların sayını taparsınız. Tamaşaçılar arasında neçə uşaq var?

Nəcibə xanım Novruz bayramında cəmi 183 qoğal və şəkərbura bişirdi. Qoğalların sayı şəkərburaların sayından 2 dəfə az idi. Nəcibə xanım bayram da neçə qoğal, neçə şəkərbura bişirdi?

Тam-hissə modelinə görə məsələnin mətnini yazın və həll edin .

Aşağıda verilmiş sözləri tapıb rəngli karandaşla haşiyəyə alın.

Cütlərlə iş.

Bir-birinizə aşağıdakı kimi suallar verin.

1) İki ardıcıl cüt ədədin cəmi 402-dir. Bunlar hansı ədədlərdir? 2) Üç ardıcıl tək ədədin cəmi 369-dur. Bunlar hansı ədədlərdir?

Samirgil bağlarından 4 gün ərzində 300 kq alma yığdılar. Onlar hər sonrakı gün əvvəlki gündən 20 kq az alma topladılar. Samirgilin gündəlik topladıqları almanın kütləsini göstərən ədədləri ardıcıl yazın.

a = 10000 olduqda ifadələrin qiymətini tapın.

1) a – (348 + 250) : 2

2) 20000 – ( a + 250)

Comments are closed, but trackbacks and pingbacks are open.