Перевод əkinçilik на русский
Unutmayaq ki, o, həmin nümunənu Qalileya dənizi yaxınlığında çəkdi, qalileyalıların əsas məşğuliyyətləri isə, bəlli olduğu kimi, əkinçilik idi.
əkinçilik
1. обработка и возделывание земли. Qabaqcıl əkinçilik metodları передовые методы земледелия, əkinçilik məhsulları продукты земледелия, suvarma əkinçiliyi поливное земледелие, əkinçilik mədəniyyati культура земледелия
2. наука о выращивании сельскохозяйственных растений. Əkinçilik kursu курсы земледелия
3. занятие, работа земледельца. Əkinçiliklə məşğul olmaq заниматься земледелием
прил. земледельческий. Əkinçilik rayonları земледельческие районы, əkinçilik arteli земледельческая артель, əkinçilik istehsalatı земледельческое производство
земледелие, хлебопашество.
прил. многопольный:
1. использующий несколько полей. Çoxtarlalı növbəli əkin многопольный севооборот, çoxtarlalı əkinçilik sistemi многопольная система земледелия
2. основанный на севообороте с несколькими полями. Çoxtarlalı təsərrüfat многопольное хозяйство
сущ. богара:
1. посевные неполивные земли
2. посевы на этих землях
прил. богарный, неполивной. Dəmyə bitkisi богарное растение, dəmyə torpaqlar неполивные земли, dəmyə əkinçilik богарное земледелие
прил. экстенсивный (направленный вширь, связанный лишь с количественным увеличением без улучшения качества). экон. Ekstensiv əmək экстенсивный труд, ekstensiv əkinçilik экстенсивное земледелие, ekstensiv təsərrüfat экстенсивное хозяйство, ekstensiv qurutma гидротех. экстенсивное осушение
1. культура:
1) совокупность достижений человеческого общества в производственной, общественной и духовной жизни. Qədim mədəniyyat древняя культура, antik mədəniyyat античная культура, zəngin mədəniyyat богатая культура, dünya mədəniyyati мировая культура, milli mədəniyyat национальная культура, Azərbaycan mədəniyyati азербайджанская культура
2) уровень этих достижений в определённую эпоху у какого-л. народа, класса, общества. Mədəniyyətin inkişafı развитие культуры, mədəniyyatin səviyyəsi уровень культуры, mədəniyyatin tənəzzülü упадок культуры, mədəniyyat abidələri памятники культуры
3) уровень, степень развития в какой-л. отдельной области. Əkinçilik mədəniyyati культура земледелия, istehsal mədəniyyati культура производства, danışıq (nitq) mədəniyyati культура речи, əmək mədəniyyati культура труда, xidmət mədəniyyati культура обслуживания
4) сфера человеческой деятельности, связанная с областью искусства, литературы и просвещения. Mədəniyyət ustaları мастера культуры, mədəniyyat işçiləri работники культуры, mədəniyyat xadimləri деятели культуры, mədəniyyat nazirliyi министерство культуры, mədəniyyat sahəsində в области культуры
5) просвещённость, образованность, воспитанность. Ümumi mədəniyyat общая культура, yüksək mədəniyyt высокая культура
2. цивилизация:
1) уровень общественного развития и материальной культуры, достигнутый той или иной общественно – экономической формацией. Şərq mədəniyyati восточная цивилизация, Avropa mədəniyyati европейская цивилизация
2) современная мировая культура, просвещение передовых стран мира; mədəniyyat evi дом культуры, mədəniyyat sarayı дворец культуры, mədəniyyat parkı парк культуры
1. плодотворный (благоприятный, полезный для развития чего-л.). Səmərəli siyasi fəaliyyət плодотворная политическая деятельность, səmərəli iş плодотворная работа
2. рациональный, целесообразный. Səmərəli istifadə рациональное использование, istehsalın səmərəli təşkili рациональная организация производства, səmərəli təkliflər рациональные предложения
3. эффективный. Səmərəli texnoloji proses эффективный технологический процесс, səmərəli üsulların tətbiqi внедрение эффективных методов
4. продуктивный. Səmərəli əkinçilik продуктивное земледелие
5. благотворный. Səmərəli təsir благотворное влияние
1. плодотворно, продуктивно. Səmərəli işləmək плодотворно (продуктивно) работать
2. рационально. Səmərəli istifadə etmək рационально использовать
3. эффективно. Kənd təsərrüfatı maşınlarından səmərəli istifadə etmək эффективно пользоваться сельскохозяйственными машинами
4. благотворно. Səmərəli təsir göstərmək благотворно влиять
прил. трёхпольный (основанный на трёхполье). Üçtarlalı əkinçilik трёхпольное земледелие, üçtarlalı növbəli səpin трёхпольный севооборот, üçtarlalı əkin sistemi система трехпольного посева
См. также в других словарях:
- əkinçilik — is. 1. Əkin əkib biçmə işi; ziraət. Qabaqcıl əkinçilik üsulları. – <Bəxtiyarın> . . kəndin yeni təşkil edilən əkinçilik maşınları şirkətinə üzv olmaqla çöldə bir qədər dəmyə əkini vardı. S. H.. Bakının ətrafında otuz səkkiz kənd vardı. Bu… … Azərbaycan dilinin izahlı lüğəti
- kincilik — is., ği Kinci olma durumu, kin tutma … Çağatay Osmanlı Sözlük
- fəlahət — ə. əkinçilik … Klassik Azərbaycan ədəbiyyatında islənən ərəb və fars sözləri lüğəti
- hərasət — ə. əkinçilik … Klassik Azərbaycan ədəbiyyatında islənən ərəb və fars sözləri lüğəti
- ziraət — ə. əkinçilik; kənd təsərrüfatı … Klassik Azərbaycan ədəbiyyatında islənən ərəb və fars sözləri lüğəti
- əkin-biçin — is. Əkinçilik; əkinçilik işi, tarlaçılıq. Əkin biçin vaxtı. Əkin biçin başlandı. – İskəndər səbir edib yarım ilə qədər gözlədi. Canına qulluq eləyib əkinə biçinə getdi. M. Hüs.. Qafar . . kəndə gedər, əkinibiçini yığışdırmaq üçün atasına kömək… … Azərbaycan dilinin izahlı lüğəti
- mar — I (Ağdam, Cəbrayıl) əkinçilik aləti II (Çənbərək) ip boyamaq üçün xüsusi hazırlanmış maye. – Marnan ip bo:yurux dayna ◊ Mara qalmağ (Lənkəran) – adı qalmaq. – Səni görüm mara qalasan … Azərbaycan dilinin dialektoloji lüğəti
- hirasət — ə. saxlama, qoruma, mühafizə etmə ə. əkin əkmə; əkinçilik … Klassik Azərbaycan ədəbiyyatında islənən ərəb və fars sözləri lüğəti
- hərs — ə. əkin əkmə, əkinçilik … Klassik Azərbaycan ədəbiyyatında islənən ərəb və fars sözləri lüğəti
- aqronumiya — <yun.> Kənd təsərrüfatı və əkinçilik haqqında elm … Azərbaycan dilinin izahlı lüğəti
- atçılıq — is. At saxlama, at yetişdirmə. Qədim skiflərin atçılıq təsərrüfatları olmuşdur. – Əhalinin bir qismi kənd təsərrüfatı – əkinçilik, bağçılıq, dəyirmançılıq, atçılıq və maldarlıqla məşğul olardı. H. S … Azərbaycan dilinin izahlı lüğəti
Перевод “əkinçilik” на русский
земледелие, агрикультура, агрокультура — самые популярные переводы слова «əkinçilik» на русский. Пример переведенного предложения: Görünür, israillilər kənanlıların sadəcə əkinçilik üsullarını mənimsəməklə kifayətlənmədilər. ↔ Но очевидно, дело не ограничилось лишь заимствованием у хананеев методов ведения сельского хозяйства.
“əkinçilik” в словаре азербайджанский – русский
земледелие
noun neuter
Ehtimal ki, onların istifadə etdiyi əkinçilik üsulları kənanlıların əkinçilik üsulları ilə eyni idi. Методы земледелия они, возможно, переняли у народов, которые возделывали эту землю до них.
Dbnary: Wiktionary as Linguistic Linked Open Data
агрикультура
noun feminine
Dbnary: Wiktionary as Linguistic Linked Open Data
агрокультура
noun feminine
Dbnary: Wiktionary as Linguistic Linked Open Data
Менее частые переводы
- фермерство
- сельское хозяйство
Показать алгоритмически созданные переводы
Автоматический перевод ” əkinçilik ” в русский
Glosbe Translate
Google Translate
Переводы «əkinçilik» на русский в контексте, память переводов
Əkinçilik üzrə Xalq Komissarı — K. M. Şnurovski.
Народный комиссар земледелия — К. М. Шнуровский.
WikiMatrix
Ehtimal ki, onların istifadə etdiyi əkinçilik üsulları kənanlıların əkinçilik üsulları ilə eyni idi.
Методы земледелия они, возможно, переняли у народов, которые возделывали эту землю до них.
Cənub slavyanları qədim əkinçilik və maldarlıq ənənələrinə malikdirlər.
Среди них есть такие бойцы как воины, лучники и колдуны.
WikiMatrix
Əkinçilik mövsümünün bitməsi şərəfinə qeyd edilən bu mərasim böyük sevinc və şükran bayramıdır.
Этот праздник, знаменующий окончание земледельческого года,— время особой радости и благодарения.
Sovet İttifaqı dövründə çay əkinçilik siyasəti və hidrogen enerji layihələrindən ekoloji korlanmanı yaşayıb.
Употребление чая после еды облегчает переваривание пищи, в том числе «тяжёлой» (жирной, мясной).
WikiMatrix
Rayonda əkinçilik ənənəvi sahələrdən biridir.
Он словно бы рассеян среди природных вещей.
WikiMatrix
Əhməd Hüseyn Ədl: İranda əkinçilik mexanizminin banisidir (1930).
В суре упоминается: изгнание племени «бану ан-Надир» (иудеев) из Медины.
WikiMatrix
Əhali əsasən əkinçilik və maldarlıqla məşğul olurdu.
Жители тех мест в основном занимались земледелием и скотоводством.
Görünür, israillilər kənanlıların sadəcə əkinçilik üsullarını mənimsəməklə kifayətlənmədilər.
Но очевидно, дело не ограничилось лишь заимствованием у хананеев методов ведения сельского хозяйства.
Bu simvolik «yadellilər» və «əcnəbilər» ‘Rəbbin kahinləri, Allahın xidmətçiləri’ olan ruhani İsrailin rəhbərliyi altında sevinclə «əkinçilik və bağbanlıq» edirlər (Yeşaya 61:5, 6).
Подобно «иноземцам» и «чужестранцам», они присоединяются к духовному Израилю, радостно служат «земледельцами» и «виноградарями» под руководством помазанников — «священников Господа» и «служителей Бога» (Исаия 61:5, 6).
Əldə edilən əkinçilik məhsulları istehlakın 92% ini qarşılamaqdadır.
То есть из брутто числа запросивших убежища более 92 % становятся нетто проживающими .
WikiMatrix
Unutmayaq ki, o, həmin nümunənu Qalileya dənizi yaxınlığında çəkdi, qalileyalıların əsas məşğuliyyətləri isə, bəlli olduğu kimi, əkinçilik idi.
Не забудем, что этот пример он приводил возле Галилейского моря, а главным занятием галилеян, очевидно, было земледелие.
Azərbaycanda əkinçilik və maldarlıq
Keçmişi dərindən öyrənmək və xalqın istehsal fəaliyyəti tarixini öyrənmək, mükəmməl mənimsəmək üçün onu hərtərəfli araşdırmaq lazım gəlir. İnsan həyatı bilavasitə maddi nemətlər istehsalından asılı olduğuna görə, iqtisadi-istehsal tarixinin öyrənilməsinin böyük elmi-praktik əhəmiyyəti vardır.
Azərbaycanın təbii-coğrafi şəraiti ta qədim dövrlərdən burada əkinçilik mədəniyyətinin inkişaf etdirilməsi üçün əlverişli imkan yaratmışdır. Azərbaycanın müxtəlif rayonlarında: Qəbələ, Örənqala, Yaloylutəpə, Kültəpə, Xocalı, Qaraköpəktəpə və s. ərazilərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əmək alətləri qalıqları Azərbaycanda son neolit və Tunc dövrlərindən başlayaraq burada əkinçilik mədəniyyətinin yayılmasını sübut edir. Xocalı, Üzərliktəpə və Kültəpə yaşayış məskənlərindən əldə edilən bərk və yumşaq buğda və arpa bitkiləri qalıqları hələ uzaq keçmişdə bu ərazidə geniş miqyasda dənli bitkilərin becərildiyini təsdiq edir. E.ə. III minilliyin sonu, II minilliyin əvvəllərində tunc dövrünə Aid olan əkinçilik alətləri artıq toxa əkinçiliyindən xış əkinçiliyinə keçilməsi barədə məlumat verir. Gədəbəy rayonundan tapılmış tunc oraq, Göygöl (Keçmiş Xanlar rayonu) rayonu ərazisindən tapılan çaxmaqdaşı geydirilmiş ağas vəllər bu cəhətdən olduqca elmi maraq doğurur.
Azərbaycan ərazisində, Sasanilər dövründə çəkilmiş Govurarx kanalının izləri bu yerlərin düzən rayonlarında süni suvarma əkinçiliyinin geniş tətbiq edildiyini göstərir. Mingəçevir, Yaloylutəpə, Nüydi, Qəbələ, Şamaxı yaşayış yerlərindən əldə edilən daşları (kirkirə), dəmir oraq, Təsərrüfat küpləri və s. Azərbaycanın qədim sakinlərinin əkinçilik peşələri haqqında dolğun təsəvvür yaradır. Qədim əkinçiliyə aid əkinçilik alətləri və dən daşları hələ eneolit dövründən Azərbaycanda taxıl bitkilərinin yetişdirilməsi haqqında əsaslı fikir söyləməyə imkan verir.
Orta əsrlər dövründə və habelə yeni dövrdə Azərbaycan əkinçiliyi geniş inkişaf etmişdir. Bu dövrlərdə əhali öz təsərrüfat məişətini bir növ yeni qaydada qurmuş, təsərrüfatın çoxsahəliliyinə nail olaraq taxılçılıqla yanaşı bağçılıqla, bostançılıqla, tərəvəzçiliklə, üzümçülüklə və texniki bitkilər becərilməsi ilə məşğul olmuşdur.
XIX əsrdə Azərbaycanda dənli bitkilər əkinçiliyi – buğda, arpa, çəltik, qismən qarğıdalı və darı becərilməsi üstün mövqe tuturdu. Torpağın məhsuldarlığını artırmaq üçün ata-babadan miras qalmış ənənəvi qaydalara riayət olunurdu. Yorulmuş torpaq sahələri bir qayda olaraq dincə buraxılır, növbə ilə digər boş sahələr becərilirdi. Dincə baraxılmış sahələrdə isə azot gübrəsi ilə zəngin olan xüsusi yonca növü əkirdilər.
Əkinçilik sistemi iki üsulla aparılırdı: dəmyə və suvarma əkinçiliyi. Bir qayda olaraq su çıxarılması mümkün olmayan sahələrdə dəmyə əkinçiliyi tətbiq olunurdu. Subasar ərazilərdə isə suvarma əkinçiliyi geniş yayılmışdır. Buğda nölərinin müxtəlifliyindən asılı olaraq (Sarı buğda, ağ buğda, qaraqılçıq, xırda buğda, zərdə buğda, qırmızı buğda, kərə buğda, gülzar buğda, gülsər, qılçıqsız buğda, dəvə dişi) qədim vaxtlardan Azərbaycanda yazlıq və payızlıq əkin sistemi tətbiq eilirdi.
Əkinçilikdə istifadə olunan əmək alətləri çox primitiv vəziyyətdə idi. Əsas şum alətləri xış və qara kotan idi. Azərbaycanda ücuna dəmir gavahınlar keçirilmiş ağac xışlar mühüm rol oynayırdı. Ağır qara kotanlara nisbətən xış aztorpaqlı fərdi kəndli təsərrüfatı üçün daha yararlı əmək aləti idi. Qara kotanlar xalqımızın torpağı becərmək üçün əsrlər boyu istifadə etdiyi Ən sadə alətlərdən başlamış şum alətlərinə qədər bütün əkinçilik aləçtlərinin xüsusiyyətlərini özündə birləşdirir. «Kotan» sözü Qafqaz xalqlarının böyük əksəriyyətinin dilingə «ağac kotan» mənasını daşıyır. «Qara» sözünün etimalogiyası güman edildiyi kimi, rəng mənasında olmayıb, böyük, nəhəng, ağır mənalarını daşımışdır. Doğurdan da bu kotanlar möhkəm ağac cinslərindən, nəhəng formada hazırlandığına görə çox ağır olurdu. Ona görə də bu kotana iş zamanı bir neçə cüt dartı qüvvəsi (kəl, öküz) qoşurdular.
Azərbaycanda müxtəlif çəltik növləri yetişdirilirdi. Tam olmayan məlumatlara görə XIX-XX əsrin əvvəllərində burada 50-dən artıq çəltik növü becərilirdi. Ən geniş yayılan çəltik növlərindən: əmbərbu, sədri, çiləyi, çampo, marağa, əkülə, şabran, şəril, sarıqılçıq, ağçilə, çilənbəri, çitim, səyad, xəkinə və s. Çəltik bitkisinin bu növ müxtəlifliyi bu bitkinin qədim tarixə malik olduğunu sübut edir.
Maldarlıq
Keçmişi dərindən öyrənmək və xalqın istehsal fəaliyyəti tarixini mükəmməl mənimsəmək üçün onu hərtərəfli araşdırmaq lazım gəlir. İnsan həyatı bilavasitə maddi nemətlər istehsalından asılı olduğuna görə, iqtisadi istehsal tarixinin öyrənilməsinin böyük elmi-praktik əhəmiyyəti vardır.
Maddi istehsalın ən qədim sahələrindən biri olan maldarlıq təsərrüfatının yaranmasından sonra, insanların həyat uğrunda mübarizə işi əhəmiyyətli dərəcədə asanlaşmış və bununla əlaqədar olaraq eykumenanın ərazisi də xeyli genişlənmişdir. Maldarlıq ən qədim dövrlərdən bəri insanları həyat üçün zəruri olan yaşayış vasitələri ilə təmin etdiyinə görə, əkinçilikdən sonra onun böyük iqtisadi əhəmiyyəti olmuşdur. Dünyanın bir çox ərazilərində olduğu kimi Azərbaycanın əlverişli iqlim və münasib təbii-coğrafi şəraiti burada maldarlığın inkişafına səmərəli təsir göstərmişdir. Maldarlıqla bağlı olan təsərrüfatçılığın spesifik xüsusiyyətləri məhz bu zəmin əsasında təşəkkül tapmışdır. Maldarlıq təsərrüfatı xalqımızın iqtisadi tarixinin inkişafında böyük həyati əməli əhəmiyyət kəsb etmişdir.
Mədəni dünyanın bir çox ərazilərində olduğu kimi Azərbaycanın əlverişli iqlim və münasib təbii-coğrafi şəraiti burada maldarlığın inkişafına səmərəli təsir göstərmişldir. Maldarlıqla bağlı olan təsərrüfatçılığın spesifik xüsusiyyətləri məhz vuz əmin əsasında təşəkkül tapmışdır.
Yerli əhalinin müxtəlif təsərrüfat sahələrini. Başlıca olaraq əkinçiliyi və maldarlığı bacarıqla əlaqələndirməsi nəticəsində. Azərbaycanın relyef simasına xas olan dağlıq, dağətəyi və aran –düzən ərazlərdə maldarlığın spesifik ənənəvi mədəni təsərrüfat formaları var.
Azərbaycanın təbiəti, onun relyefinin mürəkkəbliyi üzündən olduqca rəngarəngdir. Ərazinin yarıdan çoxu dağ massivləri və yüksəkliklərdən ivarətdir. Burada vaşı daima qarla örttülü olan yüksək dağ zirvələri ilə yanaşı dəniz səviyyəsindən xeyli aşağıda yerləşən düzən ərazilər də vardır. Burada maldarlığın inkişafı üçün ən əlverihli ərazilərdən biri Kür-Araz ovalığına daxil olan Xəzər düzənliyidir Ki, onun otlaqlarından əsrlər boyu nəinki azərbaycan maldarları, hətta qonşu Gürcüstan və bədnam erməni maldarları qışlaq kimi istifadə etmişlər. Xəzər düzənliyi Yevlaxdan Xəzər dənizinədək uzanan, Baş qafqaz sıra dağlarından tutmuş, Talış dağlarına qədər enlənən geniş bir ərazini əhatə edir. Bu ərazilərdən keən Kür və Araz çayları Xəzər düzənliyini üç hissəyə: Şirvan, Muğan və Mil (Qarabağ) düzünə ayırır.
Azərbaycan maldarlığının üç ənənəvi forması və bunlardan irəli gələn səciyyəvi tipləri vardır. Düzən, dağlıq və dağətəyi tipli oturaq maldarlıq: köçmə, yarım köçəri və ya tərəkəmə. Azərbaycan maldarlığının ən qədim və ənənəvi formalardan biri oturaq maldarlıqdır. Bu şəraitdə mal-qara ilin bütün fəsillərmində iqlim şəraitindən asılı olaraq, kəndin özündə və ya ondan bir qədər aralıda yerləşən örtülü və açıq sığınacaqlarda saxlanılırdı. Maldarlığın müxtəlif tiplərindən asılı olmayaraq oturaq əhali əsasən əkinçiliklə məşğul olurdu. Bunlar maldarlıqdan əlavə taxıl əkinçiliyi ilə yanaşı bağçılıq, bostançılıq, tərəvəzçilik və texniki bitkilərin becərilməsi ilə də məşğul olurdular.
Oturaq maldarlığın düzən tipini səciyyələndirən mədəni-təsərrüfat kompleksləri başlıcı olaraq Kür, Gəncəbasar və Xəzər ovalıqlarında yayılmışdır. Mülayim iqlim heyvanların demək olar ki, bütün il boyu açıq havada saxlanılmasını təmin edirdi.
Dağətəyi maldarlıq tipi kompleksinin fəaliyyəti zamanı sahibkarlar yay vaxtı öz əkin və biçin işləri ilə məşğul olarkən mal-qaranı kənddən aralı dağlıq ərazilərə çıxarırdılar. 2-3 ay yaylaqda qaldıqdan sonra, olar öz heyvanları ilə yenidən arana enirdilər.
Maldarlığın köçmə otlaq forması da əsasən oturaq maldarlara məxsus olan kompleks təsərrüfat forması olmuşdur. Köçmə təsərrüfat şəraitində də iş heyvanlarının zəruri hissəsi istisna olmaqla qalanları bir neçə ay müddətinə uzaq yaylaq və qışlaq yerlərinə aparılırdılar. Bu təsərrüfat forması daşıyıcılarının da birincilər kimi daimi yaşayış məskənləri, fundamental xarakterli evləri, əkin-biçin sahələri, oturaq xarakterli təsərrüfat məişət avadanlıqları vardır.
Məlum olduğu kimi Azərbaycan ərazisində padarlar və şahsevənlər yaşayırlar. Onların təsərrüfat formaları köçmə maldarlıq təsərrüfatı səciyyəsi daşısa da burada köçəri həyat tərzi atribunları saxlanılırdı. Bu cür təsərrüfat formasına tərəkəmə deyilir. Tərəkəmələrin evləri qış və yay evlərinə ayrılmaqla müvəqqəti xarakter daşıyan alaçıqlardan ibarət idi. Onların məişət əşyaları da köçəri həyat tərzinə uyğunlaşmışdı. Bütün bunlara baxmayaraq tərəkəmə təsərrüfatını qətiyyən köçəri təsərrüfat kimi səciyyələndirmək olmaz. Çünki onların daimi yaşayış məskənləri, daimi qışlaq və yaylaq otlaq sahələri, daimi köç yolları vardır. Hətta arxiv sənədlərinin göstərdiyi kimi tərəkəmə təsərrüfatları az miqdarda olsa da belə hər halda müəyyən miqdar əkin sahələrinə də malik idilər.
Qeyd etmək lazımdır ki, bu təsərrüfat formaları, yəni əkinçilik və maldarlıq bir-birindən, habelə digər təsərrüfat sahələrindən təcrd olunmuş formalar deyildir. Bunlar vahid bir sosial iqtisadi təsərrüfat komplekslərinin bir-birilə qismən əlaqələndirilmiş sahələri idi. Bu sahələr həmişə bir-birini tamamlamış və bir-birini şərtləndirmişdir.
Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası
Comments are closed, but trackbacks and pingbacks are open.