Press "Enter" to skip to content

Yaqub kitablarında şəkilləri necə əlavə etmək olar

Kitab oxumaq üfüqlərimizi açar və bizi fərqli dünyalara aparar. Hər yeni kitabla fərqli bir kainatın qapısını açırıq. Ancaq oxumağa başladığınız kitab sizi özünə cəlb etməlidir. Bəzi kitabları götürdüyünüz andan etibarən əlinizdən buraxmağa çətinlik çəkərsiniz. Bəzilərini isə iki səhifə oxuyub kənara qoyar bir daha davam etməzsiniz.

Ölmədən öncə mütləq oxunması gərəkən ən maraqli kitablar

Kitab oxumaq üfüqlərimizi açar və bizi fərqli dünyalara aparar. Hər yeni kitabla fərqli bir kainatın qapısını açırıq. Ancaq oxumağa başladığınız kitab sizi özünə cəlb etməlidir. Bəzi kitabları götürdüyünüz andan etibarən əlinizdən buraxmağa çətinlik çəkərsiniz. Bəzilərini isə iki səhifə oxuyub kənara qoyar bir daha davam etməzsiniz.

Kitab oxumağa vərdiş etmək istəyirsinizsə, cəlbedici kitablar oxumaq sizin üçün daha faydalı olacaq . Bu yazıda, bütün zamanların ən çox oxunan və ən çox satılan siyahıların zirvəsindən düşməyən maraqli kitablar haqqında məlumat ala bilərsiniz.

Əlinizdən buraxmayıb bir dəfəyə bitirəcəyiniz maraqli kitablar

1. George Orwell – Heyvan ferması

Ədəbiyyat dünyasının klassiklərindən olan Heyvan ferması 1945-ci ildə nəşr olunib. İngilis yazıçı Orwellin ən çox oxunan kitablarından biri olan Heyvan ferması, fabula janrında yazılmış bir əsərdir. Bir fermada yaşayan heyvanlardan bəhs olunan kitabda 1917-ci ildə baş verən Oktyabr İnqilabından da bəhs olunur. Romanda dövlətlər, rejimlər və cəmiyyətlər sadə və simvolik bir şəkildə müzakirə olunur.

2. Kiçik Şahzadə – Antoine de Saint-Exupéry

1943 – cü ildə Antuan de Saint-Exupéry

tərəfindən yazılmış bu 96 səhifəlik nağıl, dünyada ən çox oxunan və ən çox satılan kitablardan biridir. Əslən Fransızca Le Petit Prince adlandırılan kitab həm uşaqlar, həm də böyüklər üçün yazılmışdır. Kino, teatr və operaya uyğunlaşdırılan Kiçik Şahzadə indiyə qədər 210 fərqli dilə və ləhcəyə tərcümə edilmişdir.

3. Kimyaçı – Paulo Coelho

Braziliyalı yazıçı Paulo Coelho tərəfindən 1988 – ci ildə yazılan Kimyagər , yazıldığı ilk gündən bəri həmişə ən çox oxunan roman siyahısında ilk sırada yer alıb. 26 dilə tərcümə olunan əsər yeddi milyondan çox satılıb. Mövlananın ən əhəmiyyətli əsəri olan Mesnevinin bir hekayəsi əsasında yazılan roman bütün dünyada sevilib və təriflər alıb . Hələ də içindəki uşağı saxlayanlar üçün möhtəşəm bir kitab olan Kimyagər, dünyanın ən çox oxunan kitablarından biridir.

4.Cinayət və Cəza – Fyodor Dostoyevski

Rus ədəbiyyatının aparıcı adlarından biri olan Dostoyevskinin Cinayət və Cəza kitabı müəllifin şah əsəridir. Ən çox oxunan dünya klassikləri arasında yer alan Cinayət və Cəza müəllifin ikinci ən uzun romanıdır. Yazıldığı gündən təxminən 200 il keçməsinə baxmayaraq, hələ də ən çox oxunan kitabların siyahısındadır. Dostoyevskinin Sibir Həbsxanasından azad edildikdən sonra yazdığı Cinayət və Cəza, realist bir perspektivlə yazılmış ən vacib əsərlərdən biridir.

5. Milena’ya Mektuplar – Franz Kafka

Müasir ədəbiyyatın ən vacib nümayəndələrindən biri olan və ədəbiyyatsevərlərin qəlbində çox xüsusi bir yer tutan öz üslubuna sahib bir simvol olan Kafkanın ən sevdiyim kitabı. Praqa yazıçısı Franz Kafkanın nəşr olunan əsərlərinin çoxu xatirələr, gündəliklər və məktublar şəklindədir. Milenaya məktublar da bunlardan biridir . Kafkanın ustalığının bu qədər dərindən hiss olunduğu kitabda cazibədar sevgi xətləri yer alıb. Hamısı da sitat gətiriləcək və altından xətt çəkiləcək cümlələrdir.

6. Şəkər portağalı – José Mauro De Vasconcelos

Şəkər portağalını Braziliya yazıçısı José Mauro De Vasconcelos 1968 – ci ildə yazmışdır. Yazıçının ən çox tanınan və ən çox oxunan kitabı olan Şeker Portakalı 16 dilə tərcümə edilmişdir . Müəllif orijinal dilinin Portuqal dilində olduğu kitabda uşaqlıqda yaşadığı hadisələrinin izlərinin olduğunu söyləyir.

7.Xəz paltolu Madonna – Sabahattin Ali

Türk ədəbiyyatının ən əhəmiyyətli adlarından biri olan Sabahattin Ali tərəfindən yazılmış kitab 1943 – cü ildə nəşr edilmişdir. Sabahattin Əli 177 səhifəlik kitabını əsgərlik dövründə çadırına yazıb. Kənardan sakit və səssiz, ancaq içəridə fırtınalar başlayan Raif Əfəndinin sevgisindən bəhs edən kitab, Sabahattin Əlinin ən məşhur və ən sevilən kitabıdır.

8. Səndən öncə mən- JoJo Moyes

Böyük bir sevgi hekayəsindən bəhs edən kitab möcüzələrə inanmayanları bir daha düşündürəcək. Son illərin ən çox oxunan və ən çox satılan kitabları arasında yer alan kitab, qeyri adi sevgi hekayəsi ilə yanaşı dünyagörüşünüzü dəyişdirən və kiçik bir ümidin belə insan həyatına nə qədər böyük bir ümid bəxş edə biləcəyini göstərən, psixolojik kitaba bənzər bir əsərdir. ( P.S. Mənim ən çox sevdiyim kitab)

9. Lev Tolstoy – Anna Karanina

Çox mübahisələrə səbəb olmuş məşhur roman. Müəllif bir evin, bir ailə­nin problemindən başlayır və bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxu­nur.

Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında ro­man. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma o heç nəyə bax­madan bunların hamısından imtina edir! O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.

10. Qabriel Qarsia Markez. Yüz ilin tənhalığı

“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaran­ma­sı, yük­sə­lişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tən­halıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, hə­qi­qətən, mifik xarakter daşıyır. Eyni zamanda, romanda mif parodiyası da var. Qəsdən yaratdığı mifoloji qur­ma­larda, nəql etmənin adiliyində təzahür edən, hərdən cəfəng və aş­kar fan­tas­tik hadisələrdən danışan müəllifin xüsusi kinayəli gü­lüşü parodiya vasitəsidir.

Yaqub kitablarında şəkilləri necə əlavə etmək olar?

Sizin Kindle kitabınız üçün HTML-də şəkilləriniz olduqda və böyük bir Kindle ebook image yaratmaq üçün təlimatları izlədikdən sonra mobi faylını yaratdığınız zaman kitabınıza əlavə etmək lazımdır. HTML faylınızı Caliber-dən istifadə edərək mobi-yə çevirə bilərsiniz və ya mobi dosyanızı yaratmaq və satış üçün qurmaq üçün Amazon Kindle Direct Publishing (KDP) istifadə edə bilərsiniz.

Kitabınızın əmin olun HTML dönüşüm üçün hazırdır

Kitabınızı yaratmaq üçün HTML istifadə etmənin faydası ondan sonra oxumaq və səhvləri düzəltmək üçün bir brauzerdən istifadə edə bilərsiniz. Görüntüləri daxil etdiyiniz zaman, bütün şəkillərin düzgün görüntülendiğinden əmin olmaq üçün kitabınızı brauzerinizdə yoxlamaqdan əmin olmalısınız.

Yaddan bağı kimi ebook tamaşaçıları adətən veb-brauzerlərdən daha az inkişaf etmiş olduğunu unutmayın, buna görə də şəkillər mərkəzli və hizalı ola bilməz. Nə həqiqətən yoxlamalıyıq ki, onların hamısı kitabda göstərilir. HTML faylı ilə istinad edilən kataloqda olmadığı üçün itkin görüntüləri olan bir kitabın olması çox yaygındır.

Bütün şəkillər HTML-də düzgün göründükdən sonra bütün kitab qovluğu və bütün şəkilləri bir faylya zənginləşdirməlisiniz. Amazon’a yalnız bir fayl yükləyə bilərsiniz, çünki bu vacibdir.
Windows’da faylları və qovluqları necə zip etmək olar? • Mac’te faylları və qovluqları necə zip etmək və açmaq olar?

Kitabı və Şəkillərinizi KDP ilə Amazon’a necə Getirsiniz?

Mən KDP-ni istifadə etmək istərdim, çünki kitablar əlavə addımlar olmadan Amazonda satılmağa hazırdır.

  1. Amazon hesabınızla KDP-ə daxil olun. Amazon hesabınız yoxdursa, bir yaratmaq lazımdır.
  2. “Kitabxanası” səhifəsində “Yeni başlıq əlavə et” yazan sarı düyməni basın.
  3. Kitap bilgilerinizi daxil etmək, yayım hüquqlarını doğrulamak və kitabı müşterilere hedeflemek üçün ekrandaki talimatları edin. Bir kitab örtüyü də yükləməlisiniz, amma bu tələb edilmir.
  4. Əgər bunu artıq etməmisinizsə, şəkilləri və kitab faylını birlikdə bir ZIP faylına zip edin.
  5. Bu ZIP faylına göz atın və KDP-yə yükləyin.
  6. Yükləmə işləri başa çatdıqdan sonra, kitabın KDP onlayn previewer-da önizləməsini təmin etməlisiniz.
  7. Önizlemeden məmnun olduğunuzda, kitabınızı Amazon’a satmaq üçün göndərə bilərsiniz.

Xankəndi

Kafka haqlıdır, amma iş orasındadır ki, hər kitab oxucunu sarsıtmır, yenə elə Kafkanın dili ilə desək, oxucunun “içindəki donmuş dənizə balta kimi enmir”. Seçmək lazımdır. Hər oxucunun da özünün seçdiyi, onu sarsıdan və “bu əsəri gərək hamı oxusun” dediyi kitablar olur.

Biz də bu günün Dünya Kitab Günü olmağından istifadə edib, redaktorlar arasında sorğu keçirdik. Soruşduq ki, sizcə hamının oxumalı olduğu 10 kitab hansıdır?

APA holdinqin rəhbəri Vüsalə Mahirqızı məsləhət bildiyi 10 kitabı belə sıraladı:

1. Ernest Hemenquey- “Qoca və dəniz”
2. Cek London- “Həyat eşqi”
3. Teodor Drayzer- “Dahi”
4. Umberto Eko- “Gülün adı”
5. Murad Adji – “Qıpçaq çölünün yovşanı”
6. Elif Şafak -“Aşk”
7. Avesta
8. Ceyms Oldirç- ” Diplomat”
9. “Kitabi-Dədə Qorqud” dastanı
10. Qurban Səid -“Əli və Nino”

Xanım redaktor əlavə etdi ki, dini ədəbiyyatı da oxumaq lazımdır: “Məncə, “İncil”, “Tövrat”, “Qurani Kərim”i din və fəlsəfə haqqında fikir yürütmək istəyənlər mütləq oxumalıdılar”.

“Hafta.az” saytının redaktoru Səbinə Əvəzqızı deyir ki, oxuyarkən ən çox stress keçirdiyi kitab Corc Oruellin “1984” romanıdır. Onun məsləhət gördüyü onluq isə belədir:

1. Qabriel Qarsia Markes – “Yüz ilin tənhalığı”
2. Lev Tolstoy -“Anna Karenina”
3. Corc Oruell -“1984”
4. İohan Volfqanq Höte- “Gənc Verterin iztirabları”
5. Ceyms Coys – “Ulysess”
6. Viktor Hüqo -“Səfillər”
7. Lev Tolstoy- “Baldan sonra”
8. F.M. Dostoyevski -“İdiot”
9. Nizami Gəncəvi -“Xəmsə”
10. Füzuli- “Leyli və Məcnun”

“Qafqazinfo.az” saytının redaktoru Günel Əbilova daha çox dostlarının məsləhət gördüyü kitabları oxuduğunu deyir: “Oxuduğum, təsirləndiyim kitablar çoxdur. Mənim üçün o kitab dəyərlidir ki, sonuncu səhifəsinə çatanda məyus olursan və ondan ayrıldığına təəssüflənirsən. Ən əsası isə kitabı bağlayanda, “nəsə qazandım” deyirsənsə, deməli, alındı hər şey”.

1. Qavriil Nikolaeviç Troepolskiy -“Qaraqulaq, ağ Bim”
2. Elif Şafak – “İskender”
3. Xalid Hüseyni – “Çərpələng uçuran”
4. Xalid Hüseyni – “Min möhtəşəm günəş”
5. Etel Lilian Voyniç – “Ovod”
6. Bernhard Şlink – “Qiraətçi”
7. Viktor Hüqo – “Səfillər”
8. Paulo Koelyo – “On bir dəqiqə”
9. Nikolas Sparks – “Sevgili Con”
10. Orxan Kamal – “Yad qızı”

“Publika.az” saytının redaktoru Kənan Hacının da özünəməxsus 10-luğu var:

1. Homer – “İlliada” və “Odisseya”
2. “Kitabi – Dədə Qorqud” dastanı
3. Bokkaçio – “Dekameron”
4. Migel de Servantes – “Don Kixot”
5. Conatan Svift – “Qulliverin səyahəti”
6. Viktor Hüqo -“Səfillər”
7. F.M. Dostoyevski – “Cinayət və cəza”
8. Lev Tolstoy – “Dirilmə”
9. Mirzə Cəlil – “Danabaş kəndinin əhvalatları”
10. Milan Kundera – “Varlığın dözülməz yüngüllüyü”

“Virtualaz.org” saytının redaktoru Famil Cəfərli bu fikirdədir ki,

1. Quran
2. Karl Marks- “Kapital”
3. “Qabusnamə”
4. Çingiz Aytmatov -“Qiyamət”
5. Qabriel Qarsia Markes”-100 ilin tənhalığı”
6. Tarle. “İnqilablar tarixi”
7. “Dinlər tarixi”
8. “Ümumdünya tarixi”
(“Dinlər tarixi” və “Ümumdünya tarixi” adlı irihəcmli kitablar hər ikisi ruscadır və yazarlar kollektivinin qələminə məxsusdur. Məndən ötrü çox qiymətlidir – F.M.)
9. Heminquey- “Qoca və dəniz”
10. Məhəmmədhüseyn Şəhriyar- “Heydərbabaya salam”

“Gündəlik Teleqraf”qəzetinin redaktoru Dilqəm Əhmədin 10-luğunda birinci yeri “İncil” tutur:

1. İncil
2. Quran
3. Bhaqavat-Qita
4. Platon- “Dövlət”
5. Aristotel- “Politika”
6. Makiavelli- “Hökmdar”
7. Atatürk-“Nutuk”
8. Heredot- “Tarix”
9. Ömər Xəyyam-“Rübailər”
10. Mirzə Fətəli Axundov- “Kəmalüddövlə məktubları”

“Modern.az” saytının redaktoru, tərcüməçi Əziz Rzazadə deyir ki, mütaliəni uşaq vaxtı başlamaq lazımdır. Ona görə də, redaktorun siyahısı “Azərbaycan nağılları” ilə başlayır:

1. “Azərbaycan nağılları”
2. Robert Luis Stevenson- “Dəfinələr adası”
3. Mayn Rid- “Başsız atlı”
4. Jül Vern- “Klodius Bombarnak”
5. Onore de Balzak- “Şaqren dərisi”
6. Qoqol -“Viy”
7. Patrik Züskind- “Ətriyyatçı”
8. Qulamrza Saedi- “Bəyal əzadarları”
9. Xuan Rulfo-“Pedro Paramo”
10. “Kitabi Dədə Qorqud” dastanı

Ə.Rzazadə siyahısını bu fikirlə sonladırır: “Lap axırda da kitab rəfimi boşaldıb orada bircə nüsxə saxlayardım – Quran”.

“Qafqazinfo.az” saytının baş direktoru Elbrus Ərudun onluğunda isə birinci yeri əfqan əsilli yazıçı Xalid Hüseyninin “Çərpələng uçuran” romanı tutur:

1. Xalid Hüseyni- “Çərpələng uçuran”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Ana və oğul Vaxtinlər-“Muhammed”
4. Teodor Drayzer-“Dahi”
5. Əkrəm Əylislinin əsərləri
6. Nodar Dumbadzenin əsərləri
7. Cek London- “Martin İden”
8. Quran-i Kərim
9. Ramiz Rövşənin şeirləri
10. Nizami Gəncəvinin əsərləri

“Müstəqil İnformasiya Agentliyinin” rəhbəri Zaur Əhməd hesab edir ki, oxunması vacib olan kitablar çoxdur, amma bu, zövq məsələsidir:

1. Quran-i Kərim
2. İncil
3. Tövrat
4. Əkrəm Əylisli- “Gilənar çiçəyinə dediklərim”
5. Qustav le Bon- “Kütlə psixologiyası”
6. Çingiz Aytmatov- “Əsrə bərabər gün”
7. F.M.Dostoyevski- “Cinayət və cəza”
8. Viktor Hüqo- “Səfillər”
9. Qoqolun seçilmiş əsərləri
10. Lermontovun seçilmiş əsərləri

Redaktor vurğulayır ki, siyahını uzatmaq olsa klassik Azərbaycan poeziyası nümunələrini əlavə edə bilər.

“AzVision.az” saytının baş redaktoru Vüsal Məmmədovun hamıya oxumağı məsləhət gördüyü 10 kitab budur:

1. Viktor Hüqo “Səfillər”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Mixail Bulqakov- “Master və Marqarita”
4. Ziqmund Freyd- “Psixoanalizə giriş”
5. Ernest Heminquey- “Qoca və dəniz”
6. Antuan de Sent-Ekzüperi- “Balaca şahzadə”
7. Frans Kafka- “Çevrilmə”
8. Nassim Nikolas Taleb-“Qara sona”
9. Uilyam Arnts-“Biz, ümumiyyətlə, nə bilirik?”
10. Riçard Dokinz- “Allah illüziyası”

“Simsar.az” saytının redaktoru Elmar Hüseynov vurğulayır ki, belə kitabların siyahısını uzatmaq, 20-30 kitabın adını qeyd etmək olar. Hələlik isə onun 10-luğu belədir:

1. V.Hüqo- “Səfillər”
2. Onore de Balzak- “Qorio ata”
3. E. Voyniç- “Ovod”
4. Q.Markes- “Yüz ilin tənhalığı”
5. T.Drayzer- “Dahi”
6. C.London- “Martin İden”
7. F.Beqbeder- “Məhəbbət üç il yaşayır”
8. X.Hüseyn -“Çərpələng uçuran”
9. Dostoyevski- “Cinayət və Cəza”
10. Qoqol -“Ölü canlar”

Beləliklə, nəticələri ümumiləşdirəndə, redaktorların rəyinə əsasən, oxunmalı olan 10 kitabın siyahısı budur:

1. Viktor Hüqo- “Səfillər”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Quran-i Kərim
4. Qabriel Qarsia Markes-“Yüz ilin tənhalığı”
5. Xalid Hüseyn- “Çərpələng uçuran”
6. Kitabi Dədə-Qorqud dastanı
7. Teodor Drayzer- “Dahi”
8. Cek London -“Martin İden”
9. Etel Lilian Voyniç- “Ovod”
10. İncil

Fatimə Kərimli

Comments are closed, but trackbacks and pingbacks are open.