Press "Enter" to skip to content

Kitab ləri yükləmək firəngiz əhmədov

“Qara kitab” romanı ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orhan Pamukun şah əsəridir.
Qalib uşaqlıq sevgisi, dostu, əmisi qızı, sevgilisi və itkin arvadı Röyanı qarlı bir qış günü İstanbulda axtarmağa başlayır. Uşaqlıq illərindən bəri yazılarını heyranlıqla oxuduğu yaxın qohumu, qəzetdə işləyən Cəlalın köşə yazıları bu axtarışda ona işarələr verəcək, yoldaşlıq edəcəkdir.
Oxucu bir yandan hər bacası, hər küçəsi, hər adamı başqa sirli aləmin əlamətlərinə çevrilən İstanbulda Qalibin axtarışlarını, rast gəldiyi adamları təqib edərkən, bir yandan da bu araşdırmaları ayrı-ayrı əlamətlərlə, qəribə əhvalatlarla tamamlayan Cəlalın köşə yazıları ilə qarşılaşır.

Ölmədən öncə oxumalı olduğunuz 50 kitab

Kitab oxumağın həzzini bir dəfə dadmış olanlar bu həzzdən asanlıqla imtina edə bilmirlər. Lakin hər gün onlarla, yüzlərlə yeni kitabın yazıldığı, çap olunduğu bir dövrdə oxucuların düzgün seçim etməsi və mütaliə zövqünü oxşayacaq kitab tapması da bir o qədər çətinləşmişdir.

Sürətli keçən zamanda hər saniyəsi dəyərli olan oxucu mütaliəyə ayırdıəğı zamanın bir dəqiqəsini belə faydasız keçirməmək, ona zövq verən, sənət dəyəri yüksək kitablar oxumaq niyyətindədir.

Dünyada minlərlə, milyonlarla kitab olsa da bütün zamanlara öz damğasını vurmuş, əhatə elədiyi ümumbəşəri mövzu və ideyaları baxımından həl də aktuallığını qoruyub saxlayan kitabların sayı o qədər çox deyil.

Zamanının hər saniyəsinə dəyər verən mütaliə həvəskarları!

Sizin üçün əsl sənətin və ədəbiyyatın dəyərini, ağırlığını öz çiynində şərəflə daşıyan, ölmədənöncə mütləq oxumalı olduğunuz 50 ən maraqlı kitab siyahısını hazırladıq.

Gecikmədən, elə indi bu kitabları öz kitabxananıza əlavə edin və oxumağa başlayın!

Ətraflı məlumat və sifariş üçün fotoya tıklayın

1.Sidd­hart­ha – Herman Hesse

Hind möv­zu­sun­da olan “Sidd­hart­ha” po­ves­ti Hes­se­nin il­kin ya­ra­dı­cı­lı­ğı­nın ümu­mi­ləş­di­ri­ci­si ro­lun­da çı­xış edir. Əsə­rin güc­lü psi­xo­sim­vo­lik möv­zu­su isə onu ya­zı­çı­nın son­ra­kı iş­lə­ri­lə doğ­ma­laş­dı­rır. Po­ves­tin qəh­rə­ma­nı mü­qəd­dəs Hau­ta­ma Bud­­da­nın ada­şı­dır.

2.Siçanlar və adamlar – John Steinbeck

“Siçanlar və adamlar” povestindəki obrazlar – bir parça torpaq həsrəti ilə yaşayan, bu həsrətlə də ömrünü başa vuran kəslər, yazıçının çox yaxından tanıdığı, dərdlərinə şərik olduğu insanlardır. Sonradan, dünyada böyük şöhrət qazanmasına baxmayaraq, elə bil Con Steynbek bu povestdə heç vaxt ondan ayrı düşməyən öz duyğularını, onun həyatının unudulmaz bir parçası saydığı həmin günləri yazırdı.

3.Balaca Şahzadə – Antuan de Sent-Ekzüperi

Balaca şahzadə — Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri, alleqorik hekayə. İlk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yorkda çap olunub.

Kitabda şəkilləri Ekzüperi özü çəkib. Bu illüstrasiyalar kitabın özü qədər məşhurdurlar, müəllifin özü və baş qəhrəmanlar tez-tez şəkillərə müraciət edir və hətta mübahisə edirlər. Unikal şəkillər hamıya aydın olan universal vizual leksikonun bir hissəsi olur və dil baryerini aradan qaldırırlar.

4. Hərb və sülh – Lev Tolstoy

Dünya ədəbiyyatında özünəməxsus yeri olan məşhur rus yazıçısı L.N.Tolstoyun 1804-1807 və 1812-1813-cü illər rus-fransız müharibələrinə həsr olunmuş “Hərb və sülh” romanında ədibin bədii dühasının xəlqiliyi tam vüsətlə öz əksini tapmışdır. Bu roman vətənpərvərlik pafosu, xalqın tarixdə həlledici rolunu təsdiqləyən sosial-fəlsəfi məzmunu, yüksək bədii dili, epik-təhkiyə üslubu, kompozisiyanın çoxplanlılığı, psixoloji təhlilin dərinliyi, insan xarakterlərinin dolğunluğu və s. keyfiyyətləri ilə XIX əsr dünya realist nəsrinin zirvələrindən sayılır.

5. Anna Karenina – Lev Tolstoy

Çox mübahisələrə səbəb olmuş məşhur roman. Müəllif bir evin, bir ailə­nin problemindən başlayır və bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxu­nur.
Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında ro­man. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma o heç nəyə bax­madan bunların hamısından imtina edir! O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.
Anna Karenina obrazı çox ziddiyyətlidir. Həyatı alt-üst olduğu üçün oxu­cunun ona yazığı gəlir, oynaşından ötrü öz oğlunu atdığı üçünsə oxucu ona nifrət edir.

6.Cinayət və cəza – Fyodor Dostoyevski

Fyodor Mixayloviç Dostoyevskinin XIX əsrin 60-cı illərində (1866) meydana gələn “Cinayət və cəza” romanı rus milli, mədəni, ictimai tarixinin mürəkkəb dövrlərindən birini əks etdirir. Bu elə bir dövr idi ki, Rusiya təhkimçilik hüququndan təzəcə azad olmuş və hələ özünün gələcək inkişaf yollarını dəqiq müəyyənləşdirməmişdi. Rusiya hansı yolla gedəcəkdi? O, Avropa kapitalist inkişaf yolunu seçəcək, yoxsa öz milli ənənələrinə əsaslanaraq yeni, Avropa xalqlarından fərqli bir yolla gedəcəkdi? Bu sualların dəqiq və birmənalı cavabı yox idi və 60-cı illər rus ədəbiyyatı bu məsələ haqqında dərindən düşünürdü. Dostoyevski Çernışevskidən fərqli olaraq Rusiyanın gələcək nicatını inqilabda və ədalətli sosial quruluşda, yəni sosializmdə deyil, xalqın, millətin rus pravoslav dininə tapınaraq mənəvi kamilləşmə yolunu seçməsində görürdü. O dövr üçün Çernışevskinin fikirləri daha aktual, daha real görünürdü. Rusiya nəhayət ki, müəyyən müddətdən sonar sosializm deyilən məqsədə nail oldu. Lakin geniş tarixi kontekstdə Dostoyevski fikirləri həqiqətə daha yaxın idi, çünki onlar rus milli ruhunun, milli xarakterinin, milli mədəniyyətinin əsaslarını və dərin təmayüllərini daha dürüst ifadə edirdi. Bugünkü nöqteyi-nəzərindən diqqət yetiriləndə Dostoyevskinin fikirlərinin özünü doğrulduğunu görürük.

7.Corc Oruell – 1984

Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) ya­ra­­dıcılığı dünya miqyasında məş­hur­dur. Xüsusilə onun “1984” romanı və “Hey­va­nıstan” povesti ötən yü­z­illikdə sözün, ədəbiy­yatın totalitar təfəkkürə və des­­­potik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diq­­qətəlayiq nümunələrindən sayılır. Hər iki əsər ya­ran­­dığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mər­kə­zin­də olmuş…

8.Şahmat – Ştefan Sveyq

Psixoloji janrda şedevrlərdən hesab olunan “Şahmat” (alm. Schachnovelle )əsərialman yazıçı Stefan Sveyqin qələminin məhsuludur. Sveyqin, Braziliyada sürgündə olarkən qələmə aldığı və 1942-ci il fevral ayında etdiyi intahardan bir neçə ay öncə tamamladığı “Şahmat”, Avropa mədəniyyətinin Nasyonal Sosializm ideyaları altında məhv edilməsinə bir işarədir. İlk öncə 1942-ci ildə Argentinanın Paytaxtı Buenos–Ayresdə 250 nüsxə ilə buraxılan əsər, daha sonra 1944-cü ildə ingilis dilinə tərcümə olunan əsər Nyu-Yorkda nəşr olumuşdur. Bu günə qədər Almaniyada əsərin 1.200.000-dən çox nüsxəsi satılmışdır.

Avropa mədəniyyətinə vida edərkən həyata da vida etməyi seçən Sveyq, həyata vida etmədən öncə dünya ədəbiyyatına “Şahmat” kimi bir miras bəxş elədi. Psixoloji janrda qələmə alınan, qəhrəmanın ruhi pozuntularının əks olunması ilə qısa, amma hər baxımdan insanda dərin hissləri yerindən oynadan bir əsər təsiri bağışlayan “Şahmat” eyni zamanda da fərqli dünyaların qapısını üzümüzə açır.

9.Yad – Alber Kamü

Camus deyincə, ədəbiyyat sahəsində ilk ağlagələn, onun 1942-ci ildə nəşr olunmuş «Yad» əsəridir. Mövzusu çox sadədir. Əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir Ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin qəhrəmanının adını belə öyrənə bilmirik (burada Kafkanı xatırlamaq yerinə düşər).

10. Çovdarlıqda uçurumdan qoruyan – Cerom Devid Selincer

Romanda əsas qəhrəman yeniyetmə Holdenin dili ilə müəllif öz dövrünün Amrrikasında, geniş mənada bütün dünyada gedən proseslərə öz fikrini bildirir. Əsərdə açıq formada XX əsrin ortalarındakı amerikan həqiqətlərinin kəskin tənqidi, insanların ikiüzlülüyü, dinin lazımsız steorotipləri tənqid olunur. Maraqlı olan da budur ki, müəllif bütün bunları 16 yaşlı bir yeniyetmənin dilində mükəmməlliklə ifadə edə bilir. Əsərdə istifadə olunan geniş vulqarizmə, insanlardakı mənfi təsirinə görə əsər uzun müddət qadağan edilməsinə baxmayaraq, dünyada ən çox oxunan kitablardan biri ola bilmişdir. Roman nəşr edildiyi gündən əksər amerikan gənclərinin sevimli kitabına çevrilmişdir. Hətta əsərin təsirindən intihar edən bir neçə gəncə belə rast gəlinmişdir. ABŞ Prezidenti Ronald Reyqana sui-qəsd etmiş Con Hinklin sui-qəsddən əvvəl bu romanı oxumuşdur. Con Lennonun qatili Mark Çepmenin də üzərindən Devid Selincerin bu romanı tapılmışdır.

11. Qızılgülün adı – Umberto Eko

Bu o romanlardandır ki, ədəbiyyatı sevməyənlər belə, ümumi dün­yagörüşün inkişafı naminə onu oxumalıdırlar. Çağdaşımız olan böyük Qərb mütəfəkkirinin qələmindən çıxmış böyük Qərb mə­də­niyyətinin bəhrəsi olan bu roman ünlü nəzəriyyəçilərin və dünya oxucularının alqışını qazanıb, yazılmasından 30 il­dən ar­tıq vaxt ke­çir, hələ də fəlsəfi ədəbiyyatı sevənlərin diqqət mər­kəzindədir…

12.Yüz ilin tənhalığı – Qabriel Markez

“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaran­ma­sı, yük­sə­lişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tən­halıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, hə­qi­qətən, mifik xarakter daşıyır. Buendia ailəsinin bir neçə nəs­li­nin ta­rix­çəsinin özü və bununla yanaşı onun xarakterik xüsu­siy­yətləri – insestə meyil və onun lənətlənməsi, qəhrəmanların tale­lə­rinin qabaq­cadan müəyyən edilməsi nəsil mifi xarakteri qazanır. Ro­manda o, Makon­do­nun və bütün Buendia üzvlərinin həlakına bir neçə dəqiqə qalmış bu nəs­lin sanskrit dilində yazılmış tarixçəsini açmış qaraçı Melkiades surətində təcəssüm edir. Eyni zamanda, romanda mif parodiyası da var. Qəsdən yaratdığı mifoloji qur­ma­larda, nəql etmənin adiliyində təzahür edən, hərdən cəfəng və aş­kar fan­tas­tik hadisələrdən danışan müəllifin xüsusi kinayəli gü­lüşü parodiya vasitəsidir. Latınamerikan nəsrinin mifyaradıcı “mö­cü­zə­nin reallığı”, “magik realizm” romanda Amerikanın tək­rarsız sima­sının yaradılmasının va­cib vasitəsi və eyni zamanda özünə bir pa­ro­diya kimi çıxış edir.

13. Şantaram – Gregory David Roberts

“Şantaram” – XXI əsrin ən möhtəşəm romanlarından biri oxuculara təqdim olunur.
Uçurumun dibindən qayıdıb sağ qalmağı bacarmış insanın bədii mətnə çevrilmiş etirafları möhtəşəm hekayəsi ilə ən çox satılan əsərlər siyahısına düşərək, müasir dövrün Melvilldən tutmuş, Heminqueyə qədər – seçilmiş yazıçıların əsərləriylə eyni sırada öz yerini tutub. “Şantaram”ın qəhrəmanı, müəllifin özü kimi uzun illər qanundan gizlənməli olmuş, boşandıqdan sonra atalıq hüququndan məhrum edilmiş, narkotik maddələr aludəçisinə çevrilmiş, bir sıra qarətlər törətmiş və Avstraliya məhkəməsinin hökmü ilə on doqquz il həbs cəzasına məhkum edilmişdi. O, həbsinin ikinci ilində ciddi rejimli cəzaçəkmə müəssisəsindən qaçaraq, bir müddət gizləndikdən sonra Bombeyə yollanır, orada fırıldaqçılarla, qaçaqmalçılarla, silah alverçiləriylə tanış olur, onlarla dostlaşır. Qısa müddət ərzində Hindistan mafiyasının aktiv iştirakçısına çevrilən Lin həm də bu ölkənin sadə və müdrik həyatını bütün çalarlarıyla sevir, onun ürək döyüntülərini hiss edib yaşadığı cəmiyyətin gizlinlərinə nüfuz etməyə çalışır. O, bütün varlığıyla bu həyatın bir parçasına çevrilərək, bütün çirkinliklər içində mənəvi təmizliyin, düşüncənin və insan olmanın simvoluna çevrilə bilir.
“Şantaram” kəskin süjeti və eyni zamanda ikinci alt qatda gizlənən fəlsəfəsiylə, xəyanəti, qətli, dostluğu, məhəbbəti, ölümü və “həyat nədir” sualının cavabını özündə ehtiva edən şedevrdir.

14.Kimyagər – Paulo Coelho

Kimyagər – Braziliya yazıçısı Paulo Koelhonun ən məşhur əsərlərindən biridir. O, dünyada milyonlarla insanın sevimli kitabıdır. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər. «İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır. .» – bunu Koelho deyir. Artıq kulta çevrilən bu roman öz oxucusunun həyatını dəyişməyə qadir olan bir əsərdir.

Oxuculara «Kimyagər» kitabının simvolik olduğunu və bu baxımdan da uydurmaya bir kəlmə də yol verilməyən «Maqın gündəliyi»ndən fərqləndiyini əvvəlcədən deməyi özümə borc bilirəm. Ömrümün on bir ilini əlkimyanı öyrənməyə həsr etmişəm. Magiyada ilk addımını atan hər kəs üçün dəmiri qızıla çevirmək, yaxud Əbədi Həyat İksirini tapmaq çox cəzbedicidir. Allahın varlığını dərk və hiss etməyənə qədər hər şeyin nə vaxtsa həmişəlik olaraq bitəcəyi fikri mənim üçün dözülməz olduğundan, etiraf edim ki, iksir məndə çox güclü təəssürat yaratdı. Ona görə də yer üzündəki ömrümüzü illərlə uzada biləcək hansısa məhlulu yaratmağın mümkünlüyü haqqında eşitdikdən sonra özümü bu iksirin hazırlanmasına həsr etməyi qərara aldım.

Bu zaman yetmişinci illərin əvvəli, böyük sosial dəyişikliklər dövrü idi, hələ əlkimya sahəsində ciddi işlər yox idi. Mən bu kitabın qəhrəmanlarından biri kimi, qəpik-quruşumu xarici kitablar almağa, zamanımı isə – onların mürəkkəb simvolik dilini öyrənməyə xərclədim.

15. Varlığın dözülməz yüngüllüyü – Milan Kundera

Roman bəşəri mövzu olan qadın-kişi münasibətlərinin bəzən mürəkkəb, bəzən də olduqca sadə görünən məqamlarından bəhs edir. İnsanın həyatında rastlaşdığı hər bir halın onun üçün ilk və təkrarsız olduğunu, qərarını sınamaq şansının olmadığını, yaşamaq təcrübəsinin yaşadıqca yarandığını deyən yazıçı, əslində, bütün bunların olmamaq ehtimalının varlığını da inkar etmir. İnsan daim seçim qarşısındadır, bu seçimin yüngüllüyü və ağırlığı onun gələcək həyatının trayektoriyasını cızır.

16. Səfillər – Viktor Hüqo

Yalnız fransız ədəbiyyatının deyil, dünya ədəbiyyatının da ən gör- kəmli sima- la-
rın- dan sayılan Viktor Hüqo özünün parlaq istedadının məhsulu olan əsərləri ilə

bə-şər bədii fikri tarixini zənginləşdirmişdir. XIX əsrin bu korifey sənətkarının ya-
radıcılığı ümumbəşər mənəvi sərvətləri xəzinəsində özünəməxsus yer tutur.

Hüqo dühası, Hüqo irsi yer üzünün bütün xalqları üçün doğma və əzizdir.

Hüqonun tükənməz yaradıcılıq aləmində “Səfıllər” romanının xüsusi çəkisi

var. Dahi rus yazıçısı Lev Tolstoyun “fransız ədəbiyyatının ən yaxşı romanı”

adlandırdığı bu ölməz əsər, demək olar, bütün dünya dillərinə tərcümə olunaraq

müəllifinə əbədi şöhrət qa-zan-dırmışdır.

Hamı üçün yazılmış “Səfillər” bu gün də qapıları döyür: “Açın, biz sizə gəlmişik”

de-yir. Ölməz ədibin sahilsiz kədərinin ayrılmaz parçası olan bu şah əsəri hər bir

insana mənəvi cəhətdən zənginlik qazandıracaq qüdrətə sahib romandır. Əgər

“Səfillər” olmasaydı, dünya ədəbiyyatı həqiqətən də bir xeyli yoxsul görünərdi.

17.Əcəl zəngi – Ernst Hemenquey

Ernest Hemingwayin romanları hər zaman bütün dünyanın diqqət mərkəzində olub. “Əcəl zəngi” İspan vətəndaş müharibəsi zamanı dağlarda mübarizə edən bir qrup partizandan bəhs edir.

Əvvəllər kilsə zəngləri, toy, xaç suyuna salınma və dəfn mərasimlərilə yanaşı döyüşdə qalibiyyət kimi əhəmiyyətli hadisələri elan etmək üçün istifadə edildi.

əsərdə həmçinin, Heminqueyin öz həyatından müxtəlif elementlərə də rast gəlinir.

18. İnsan nə ilə yaşayır? – Lev Tolstoy

Lev Tolstoy bu əsəri İncildən götürülmüş sitatlar əsasında yazıb. Burada günah işlətmiş mələyin “İnsan nə ilə yaşayır?” sualına cavab tapmalı olmasından danışılır. O, sualın cavabını tapmasa, səmaya qayıda bilməyəcək. İnsanlar arasında yaşayıb, insan həyatının həqiqi mənasını anlamağa çalışacaq. Sualın cavabı isə çoх sadədir: Sevgi! İnsan sevgi ilə yaşayır.

19. Kafka sahildə – Haruki Murakami

Yaponiyalı yazıçı Haruki Murakaminin ” Kafka sahildə ” romanı 2005-ci ildə New York Time tərəfindən ilin ən yaxşı on romanı siyahısına salınıb. 2006-cı ildə isə World Fantasy və Franz Kafka mükafatlarını qazanıb. Elə əsərin adı da yazıçının Kafka romanlarına sevgisindən meydana çıxıb.

20. Parfümer – Patrik Züskind

Patrik Züskind (1949) İsveçrə yazıçısıdır. “Ətriyyatçı” dünyada ən çox oxunan romanlardandır. Dünyanın 35-dən çox dilinə tərcümə edilib, yüksək tirajla satılıb. Əsər Azərbaycan dilinə 2003-cü ildə tərcümə edilib və “Azərbaycan” jurnalında ixtisarla çap edilib. Qəhrəmanın fizioloji şikəstliyi fonunda XVIII əsr Fransasının, eləcə də Avropanın sirlərindən danışan roman insan cildli əcaib Jan-Batist Qrenuyun bütün dünyanı və onun qanunlarını alt-üst etməsinin səbəbini qoyur ortaya.

21.Kosmos – Karl Saqan

Məşhur amerikan astrofiziki Carl Saganın kitabı Kainatın təkamülü, qalaktikaların formalaşması, həyat və şüurun meydana gəlməsindən bəhs edir. Müəllif qədim müdriklərin fikirlərindən, Kepler, Newton və Einstein-nın kəşflərindən, müasir kosmik missiyalara qədər Kainatın dərkinə aparan yolda oxucuya bələdçilik edir.
Elmin bütün cəmiyyətlərdə yayılması, astronomiya, astrobiologiya və astrofizika kimi mövzularda ümumi bir dünyagörüşün formalaşması məqsədilə yazılmış bu kitab eyni zamanda kosmos və astronomiyaya dair biliklərdən bəhs edərkən, bəşəriyyətin tarix boyunca Kainat haqqındakı qavrayışlarına da yer verir. Müəllif kitabda klassik Yunan düşüncəsindən bu günə qədər insanın Kainata dair yanlış və doğru fikirləri üzərində elmi müzakirə açaraq, kosmosun gələcəyi haqqında öz fərziyyələrini də irəli sürür. Kitab sadəcə elmi cəhətdən deyil, fəlsəfi olaraq da Kainat ilə İnsanın əlaqəsini araşdırır.
Yerdənkənar sivilizasiyaların varlığına inanan Sagan, Drake tənliyi kimi formulların və Qiyamət fərziyyəsinin Kainatda başqa varlıqlar olduğunu riyazi olaraq təsdiq etdiyini, ancaq bəşər övladının buna dair aşkar dəlillər əldə etməsinin bir az uzun sürəcəyini deyir. Sagan Kainatda tənha olmadığımızı düşünərək, kosmik dünyaların varlığına dair öz fərziyyələrini irəli sürür.
Elmi və tarixi məlumatlarla zəngin olan, maraqlı bir dildə yazılmış bu kitab sizi Yerdəki gündəlik qayğılardan ayırıb, sirlərlə dolu Kainata aparır.

22. Kolleksiyaçı – John Fowles

İngilis yazıçısı, romanlar və esselər müəllifi, ədəbiyyatda postmodernizmin görkəmli nümayəndələrindən olan Con Faulzun “Kolleksiyaçı” romanı onun ilk əsəridir. Qısa müddətdə bestsellerə çevrilən əsər bələdiyyə idarəsində adi klerk olan, rəssamlıq məktəbinin şagirdini qaçırmış bivec bir gəncin həyatından bəhs edir.
Romanın hər bir obrazı konkret-həyati və fəlsəfi-simvolik səviyyədə təqdim olunub. Birinci səviyyənin kontekstində biz cinayətkarla onun qurbanının konfliktini – sosial ziddiyyətlərin doğurduğu münaqişəni görürük. Müəllif bu romanında, həmçinin sosial-sinfi konflikti də təsvir edir. Qəhrəmanların sosial mövqeyini dəyişməklə baş verənlərin mahiyyətini bütün çılpaqlığı ilə açıb göstərir, onları daha da gücləndirir. Həmçinin “seçilmişlərin və çoxlarının” qarşıdurmasını özündə təcəssüm etdirir.

23. Qürur və qərəz – Ceyn Ostin

Roman sevgi evliliyinin önəmi ətrafında dövr edir, hansi ki, o dövrdə var-dövlət uğrunda evlənmək aktual məsələ idi və sözsüz ki, böyük hissəsi cəmiyyətin təzyiqi ilə baş tuturdu.

“Qürur və Qərəz” qısa bir zamanda bütün oxucuları özünə heyran qoydu , nəinki yalnız ictimaiyyət arasında hətta ədəbi alimlər arasında məhşurlaşaraq “ən çox sevilən kitablar” siyahısında özünə məxsus ilk sıraları tutdu.
İngils ədəbiyyatında ən sevilən roman seçilərək 20 milliondan çox nüsxəsinin satışına nail olunmuşdur. Belə bir məşhur romanı yaşatmaq üçün əsrlər boyu eyni adlı çoxlu filmlər çəkilmiş, həvəskar və peşəkar dramatik uyğunlaşmalar çap edilmişdir.

Ceyn Ostinin “Qürur və qərəz“ romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Hadisələr romantik, sakit bir axarda cərəyan edir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.

24. Yeni cəsur dünya – Oldos Haksli

Hakslinin «Yeni cəsur dünya» əsəri utopik gələcəyə satirik baxış nümunəsidir. Satirik əsər hesab oluna biləcək bu romanda insanlar genetik çoxalma ilə nəsil artırır. Burda kastalara ayrılma doğumdan əvvəl baş verir. İnsanların yetiş­dirilməsi ilə inkubatoriya məşğul olur. Təhsil pro­se­sində insanlara öz kastalarına məhəbbət, yüksək kastalara hörmət, aşağı kastalara isə laqeydlik aşılanır.

25. Martin İden – Cek London

Kasıb təbəqənin nümayəndəsi olan 21 yaşlı Martin İden işçi, matros olur. O bir gün Artura sataşan avaralarla dalaşıb, onları yaxşıca əziş­dirir. Bunun müqabilində Artur ona təşəkkür etmək üçün evlərinə na­ha­ra çağırır. Artur Martinin yaşında olan yüksək təbəqənin, burjua ailə­sinin üzvüdü. Martin onlara qonaq gələrkən yüksək təbəqənin adamlarına, onların savadlarına heyran qalır. Elə burada da Arturun bacısı Rufu görür və onu sevir. Ruf yarıtəhsilli Martinə ingilis dilində gözəl danışmağı öyrədir, onda ədəbiyyata maraq oyadır. Martin öyrənir ki, jurnallar yazıçılara on­ların əməyi müqabilində yaxşı qonorar verir. Ona görə də qəti qərara gə­­lir ki, yazıçı olsun və öz sevgilisinə layiq olan təbəqənin adamları sı­rasına qatılsın.

26. Billi Milliqanın sirli hekayəsi – Daniel Keyes

Real hadisələrə əsaslanan və insan təfəkkürünü alt-üst edən bu əhvalat, çoxsaylı şəxsiyyətə malik olan Billi Milliqanın parçalanmış düşüncə aləmini açır. Qarşımızda düşüncə tərzinə və məqsədinə görə müxtəlif olan 24 nəfər ayrı-ayrı şəxs: böyüklər və uşaqlar, kişilər və qadınlar, kriminala meyilli şəxslər – öz hərəkətinə nəzarət etməyə imkan vermədən onun cisminə sahib olmaq uğrunda mübarizə aparır. Parçalanmış şəxsiyyət təbiətin insan üzərində özünəməxsus təcrübəsidir. Şüurun belə naməlum vəziyyətinin öyrənilməsi, özümüz haqqında bizə çox şey söyləyə bilər, ağlın vücud üzərində nəzarət baxımından vacib olan hansısa bir şeyi dərk et­məsinə imkan verər.

27. Karamazov qardaşları – Fyodor Dostoyevski

“Karamazov qardaşları” Fyodor Dostoyevskinin ən iri həcmli əsəri və məşhur romanlarından biridir. Yazıçı bu əsərində oxucunun diqqətini mənəvi-fəlsəfi məsələlərə yönəldir. Əsərin personajları – İvan, Aleksey və Dmitri Karamazovlar varlığın ilkin səbəbi və son məqsədləri haqqında mühakimələrlə məşğuldur. Onlar Tanrı və ruhun ölümsüzlüyü məsələsinə müxtəlif cür yanaşır və öz seçimlərini edirlər.
Dünya ədəbiyyatında xristian təfəkkürü təsvirinin ən dərin örnəklərindən olan «Karamazov qardaşları» XX yüzilin ən paradoksal, fəlsəfi və psixoanalitik interpretasiyalarının obyekti olmuşdur.

28. Amerika faciəsi – Teodor Drayzer

Dünya şöhrətli Amerika yazıçısı Teodor Drayzerin 1925-ci ildə yazdığı “Amerika faciəsi” onun şah əsəri hesab olunur.

Romanda küçə vaizlərinin oğlu olan, sıravi amerikalı Klayd Qriffitsin taleyindən danışılır. Müəllif göstərir ki, saxta idealların hökm sürdüyü bir quruluşda ruhu xilas etmək mümkün deyil. Vaizlərin oğlu valideynlərinin yolu ilə deyil, nəfs yolu ilə gedir. Əxlaqı pozulur, namuslu həyat sürən məsum Robertanı yoldan çıxarır. Cəmiyyətdəki “yüksək təbəqənin” üzvlüyünü qazanmaq istəyi səbəbindən Robertanı öldürməklə nəticədə özünü də məhv edir. Yazıçı bu əsəri ilə Amerikanın sosial həyatının, kapitalizmin eybəcər və dəhşətli üzünü göstərmişdir

29. Dünyaların müharibəsi – Herbert George Wells

Yaradıcılığı elmi fantastika janrının inkişafında yeni mərhələ açmış ingilis yazıçı-fantastın ən məşhur romanı.

Bir dəfə Birləşmiş Krallığın ərazisinə dalbadal bir neçə mərmi-kapsul düşür, bunlar Marsdan çox böyük toplardan buraxılmışdı. Yer sakinlərinin onları açmaq cəhdi əsl dəhşətə çevrilir. Və dünyaların müharibəsi başlanır. Qırmızı Planetin əslində necə olduğunu ilk dəfə Yer sakinlərinə Herbert Uellsin kitabı danışmışdı və ingilis yazıçısının ardınca Dünyaların müharibəsi mövzusu milyonlarla
insanın beyninə hakim olmuşdu.

30 . Master və Marqarita – M. Bulqakov

Əsərdə hadisələr, əsasən, Moskvada cərəyan edir. Burada detallar doğru-dürüst təsvir olunur: ziyalı elitasından ta vətəndaş kütləsinə, qulluqçulara, evdar qadınlara, küçədən keçənlərə, Varyete tamaşaçılarına qədər bütün şəhər əhalisi təqdim edilir. Onlar nə qədər müxtəlif olsalar da, ancaq bir cəhət ümumidir: əslində, onlar nə adamdırlar, nə də “canlıdırlar”, proqramlaşdırılmış varlıqlardır. Bulqakov Moskvasının hər bir sakini müəyyənləşdirilmiş istiqamət üzrə hərəkət edir, hər bir sosial statusun daşıyıcısı üçün nəzərdə tutulmuş hüdudlarda düşünə bilir. İnsanlar arasında əlaqələr, münasibətlər forması və strukturu dəyişməz qalır. Bu proqramlaşdırılmış çevrədən çıxmağa kimsənin gücü çatmaz. Onların varlığı elə-belə, sanki, riyazi minus işarəsi ilə, “tərsinə” mövcudluqdur. Bu məntiqlə yanaşılsa, Bulqakovun Marqaritası nə Madonnadır, nə də ifritə. Onun cinə-şeytana uyması nə günah, nə də tənəzzüldür, sağlamlıq və uçuşdur, özü də simvolik mənada deyil, nağıl fəlsəfəsində süpürgəyə minib uçmaq gerçək uçuşdur: şeytan onu sehrli avtomobilə mindirir. Burada hər şey əksinədir: Marqarita uşağı öldürmür, amma panikaya düşmüş evdə balaca oğlanı sakitləşdirir, onu oxşayır, anası Fridanı lənətdən xilas edir.

31. Qara kitab – Orxan Pamuk

“Qara kitab” romanı ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orhan Pamukun şah əsəridir.
Qalib uşaqlıq sevgisi, dostu, əmisi qızı, sevgilisi və itkin arvadı Röyanı qarlı bir qış günü İstanbulda axtarmağa başlayır. Uşaqlıq illərindən bəri yazılarını heyranlıqla oxuduğu yaxın qohumu, qəzetdə işləyən Cəlalın köşə yazıları bu axtarışda ona işarələr verəcək, yoldaşlıq edəcəkdir.
Oxucu bir yandan hər bacası, hər küçəsi, hər adamı başqa sirli aləmin əlamətlərinə çevrilən İstanbulda Qalibin axtarışlarını, rast gəldiyi adamları təqib edərkən, bir yandan da bu araşdırmaları ayrı-ayrı əlamətlərlə, qəribə əhvalatlarla tamamlayan Cəlalın köşə yazıları ilə qarşılaşır.

32.Sapiens – Y.N. Harari

Yüz min il əvvəl Homo sapiens Yer kürəsində yaşayan ən azı altı insan növündən biri idi və ekosistemdə qorilla, yaxud meduza qədər rol oynayan əhəmiyyətsiz bir heyvan idi. Lakin təxminən 70 min il əvvəl Homo sapiens-in təfəkkür qabiliyyətində baş verən müəmmalı dəyişiklik onu yer kürəsinin ağasına və ekosistemin bəlasına çevirdi. Şüurlu insan dünyanı necə fəth edə bildi? Başqa insan növlərinin başına nə gəldi? Pul, dövlət və din nə vaxt və nə üçün meydana çıxdı? İmperiyalar necə yarandı və süqut etdi? Nə üçün, demək olar ki, bütün cəmiyyətlərdə kişi qadından üstün tutuldu? Elm və kapitalizm müasir dövrün hakim etiqadlarına necə çevrildi? Zaman keçdikcə insanlar daha xoşbəxt oldularmı? Gələcəkdə bizi nə gözləyir?

Yuval Harari tarixin gedişatının insan cəmiyyətini necə forma­laşdırdığını izah edir. Onun əsəri keçmişdəki hadisələrlə müasir problemlər arasındakı əlaqəyə işıq salır və oxucunu ətraf dünya haqqındakı bütün təsəvvürləri yenidən gözdən keçirməyə məcbur edir.

33. Ağ zanbaqlar ölkəsi – Qriqori Petrov

“Ağ zanbaqlar ölkəsi” görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrovun (1866-1925) ən tanınmış publisist əsəridir. Rusiyada baş verən qanlı Oktyabr inqilabından sonra mühacirətə gedən Q.Petrov bu kitabı Serbiyada çap etdirmişdi. Kitab çap olunan kimi Avropanın slavyan xalqları arasında böyük şöhrət qazanmış, təkrar-təkrar nəşr edilərək yayılmışdı. Kitabda Finlandiyanın Ru­siyaya birləşdirilməsindən sonra keçdiyi inkişaf yolu təsvir edilir. Əlbəttə, burada təsvir olunan hadisələr bütünlüklə reallığı əks etdirmir, Q.Petrov Finlandiyanın timsalında geri qalmış bir ölkənin tərəqqi yoluna çıxması və çiçəklənən bir ölkəyə çevrilməsinin özünəməxsus modelini yaradaraq ortaya qoyur. Lakin Q.Petrovun bu əsərində, yarıreal-yarıutopik təsvirlərlə oxucuya təqdim olunan Fin­landiya, doğrudan da, bu əsərin yazılmasına qədər və yazılmasından sonra keçdiyi inkişaf yoluyla dünyanın ən qabaqcıl və zəngin bir ölkəsinə çevrilməsiylə heyrət doğurur. 1928-ci ildə türk dilinə çevrilən kitabla tanış olan Atatürk kitabı çox bəyənmiş, onun Türkiyənin məktəblərində, xüsusilə də, hərbi liseylərdə dərs vəsaiti kimi öyrədilməsi barədə əmr vermişdi.

34. Momo – Michael Ende

Momonun hekayəsi, yeri bəlli olmayan xəyallar ölkəsində və bilinməyən indiki zamanda baş tutmaqdadır. Lakin hekayədə şahzadələrdən, tilsimlərdən, pərilərdən deyil, tamamilə müasir həyatımızın hadisələrindən bəhs edilir. Momonun köməyi ilə insan münasibətlərinin necə cılızlaşdığının, insanların sevgi, dostluq və qardaşlıq dəyərlərinin necə zəiflədiyinin şahidi olacaqsınız. Yazıçı sürü psixologiyası halında yaşayan, həyatına, zamanına, gələcəyinə kobud şəkildə müdaxilə olunan insanın faciəsini nağıl edir. Bu bir nağıldırmı? Əgər bu romantiklərin yanaşması ilə qəbul olunarsa, bəli. Çünki əsərdə reallıq ilə təxəyyül poetik formada təqdim olunmaqdadır. Əsər, həmçinin insanın hazırda yaşadığı və gələcəkdə yaşaya biləcəyi çətinlikləri də diqqət mərkəzinə çəkir. Belə olan halda biz bu əsəri roman kimi qəbul edə bilərikmi? Yaxşısı budur, biz onu nağıl-roman adlandıraq.

35.İçimizdəki şeytan – Sabahaddin Ali

Türk yazıçısı Səbahəddin Əli Azərbaycan oxucusuna yaxşı tanışdır. Onun “Xəz paltolu madonna”, “Quyucuqlu Yusuf” əsərləri dilimizə çevrilmişdir. Yazıçının “İçimizdəki şeytan” romanı nakam məhəbbət macərasını xatırladır. Əslində isə əsər Türkiyədəki ziyalıların bütöv bir nəslinin həyat faciəsidir. Qəhrəmanların xarakter və psixologiyası İkinci Dünya müharibəsi ərəfəsində Türkiyədə gedən ictimai-siyasi mübarizə işığında açılır.

36. Balaca qara balıq – Səməd Behrəngi

Balaca Qara Balığın dünyaya göz açdığı mühit Səməd Behrənginin yaşadığı cəmiyyətin oxşarıdır. Burada cəhalət hökm sürür. Ətrafdakı balıqlar heç nə ilə maraqlanmır, yeknəsək həyat yaşayırlar. Onların düşüncəsinə görə həyat yalnız yeməkdən, yatmaqdan, arxda mənasız vaxt keçirməkdən ibarətdir.
Lakin gəncliyin təmsilçisi olan Balaca Qara Balıq belə həyat tərzi ilə barışmır. O, arxdan çıxmaq, böyük dünyaya qovuşmaq istəyir. Ətrafdakı mühafizəkar balıqlar isə onun bu istəyini əsla anlamır və bir ağızdan deyirlər: – Başqa dünya yoxdur! Dünya elə gördüyün bu dünyadan ibarətdir.
Balaca Qara Balıq nə anasının yalvarışlarına, nə də qonşularının tənələrinə məhəl qoymayaraq, ətalət mühitini tərk etməyə özündə cəsarət tapır. Onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir. Onlar Balaca Qara Balığın arxasınca deyirlər: «Sən bizi qəflət yuxusundan oyatdın».

37. Çevrilmə – Frans Kafka

«Çevrilmə» novellası da metafora baxımından zəngin və çoxmənalı əsərdir: burada az qala, hər cümləni yüz yerə yozub yüz nəticə çıxarmaq mümkündür. Ancaq bir məsələ tam şübhəsizdir: itaətkar oğulu – üzüyola qulluqçunu əcaib hə­şərata çevirib onu doğma ailə mühitinə atmaqla Kafka biganəliyin, fərdin faciəvi və sonsuz tənhalığının gerçək surətini yaratmışdır.

38. Tutunamayanlar – Oğuz Atay

Səlim İşığın intihar etdiyini öyrənən Turqut Özmən, hər şeyə və hamıya laqeyd olduğunu düşündüyü dostunun keçmişini araşdırmaq və Səlimin sağkən hansısa yolla münasibət qurduğu insanlar vasitəsilə onu tanımaq fikrinə düşüb. Bu insanlardan hər biri Səlimin fərqli bir cəhətinə bələd olmaqla, nəql etdikləri hekayələrlə onun tamamlanmış obrazını işığa çıxardır. Turqut obrazı oxucunu addım-addım öz ardıyca apararaq eyni maraq, heyrət və səbirsizliklə dünyanın ən dəyərli və dərin, çoxlaylı əsərinin onu hara aparacağını başa düşmək cəhdiylə sınağa çəkir və özünün də yoxa çıxdığı dibsizlikdə azdırır. Səlim İşıq düşünən və sorğu-suala çəkən insanın simvoludur. Onun suallarının arxasında dünyanın istənilən nöqtəsində həyatı və baş verənləri aydın gözlərlə izləyən işıqlı insanın nigarançılığı və qorxuları dayanır.

Oğuz Atay özünəməxsus təhkiyəsiylə sağlığında və hətta ölümündən sonra da qəbul olunmamış, şübhəylə qarşılanmış, yaxına buraxılmamış, sonra isə böyük heyrət və sevgi qazanmış bu inanılmaz əsəriylə dərketmənin yüksəkliyində və bayağılığın ortasında əzab çəkən insanın nəyə görə həyatdan dörd əllə yapışmaq yerinə ondan imtina yolunu seçdiyini bütün amansızlığıyla ən incə xırdalıqlarına qədər açıb göstərir.

39.Dəmiryolu uşaqları – Edit Nesbit

Ataları gözlənilmədən həbs olunandan sonra Roberta, Piter və Fillis anaları ilə birlikdə Londondakı rahat mənzillərindən çıxaraq şəhər kənarındakı bir daxmada yaşamalı olurlar. Uşaqlar yaxınlıqdakı dəmiryolu vağzalının yanında yaşayır, stansiyadakı yükdaşıyanla və stansiya rəisi ilə dostlaşırlar. Roberta, Piter və Fillis hər gün dəmiryolu boyunca qaçır, ötən qatarlara əl eləyir, atalarına salam göndərirlər. Ağıllarına da gəlmir ki, qatardan onlara əl eləyən atalarının yox olmasına bais olan şəxsdir. “Dəmiryolu uşaqları” bütün dövrlərin ən yaxşı klassik əsərlərindəndir.

40. Çərpələng uçuran – Xalid Hüseyni

Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab eləyirlər. ‘Çərpaləng uçuran’ bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası savaş, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış açısı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlatma, cinsi ilişkilər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə, bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir. Öz qorxaqlığından çıldıran Əmir ayılanda artıq gec olduğunu düşünür. Haçansa gec olurmu?

41.Ceyn Eyr – şarlotta Bronte

Avropa ədəbiyyatında və dünya kinosunda ən məşhur romantik əhvalatlardan biri.
Kitab həqiqi hisslər və ideallara sədaqət, aldanmış ümidlər və nəciblik haqqında, dramatizmlə dolu təsirli bir əhvalatdan bəhs edir. Nə zamana, nə şəraitə, nə də taleyin zərbələrinə sığan sevgi haqqındadır. Həyat üzünə gülmürsə, dayanıb onu gözləməkmi lazımdır? Bu təsirli əhvalat xoşbəxt sonluqla bitəcəkmi? Nə baş versə də, sevgiyə və şəfqətə, insanlığa və ədalətə, insan ləyaqətinə və ruhun gücünə olan inamı əsərin qəhrəmanına bütün sınaqlardan alnıaçıq çıxmağa kömək edir.

42.Otello – Uilyam Şekspir

“Otello”nu Şekspirin digər tragediyalarından fərqləndirən əsas xüsusiyyət odur ki, Otello nə kral, nə şahzadə, nə də kral olmaq ehtirası və bu ehtirası reallaşdırmaq arzusu olan biridir. Otello, sadəcə, Venesiya dövlətinə xidmət edən adi kapitandır.
Şübhəyə əsaslanaraq qərar qəbul etmək, insanların taleyinə hökm etmək istəyi, hisslərin ən qarışığı olan sevgi və şübhəylə qarşı-qarşıya qalmaq əsərin əsas ideyasıdır. Faciə təkcə Otellonun yox, bütün insanlığın faciəsidir.

43.Qoca və dəniz – Ernst Hemenquey

“Qoca və dəniz” Ernest Heminqueyin dünya şöhrətli əsəridir.
Əsərdə ucsuz-bucaqsız okeana xırdaca bir qayıqla ova çıxan tənha qocadan bəhs edilir. Öncəki bütün ovları uğursuz nəticələnən qoca bu dəfə nəhəng bir balıq ovlayır. Bu zaman isə o, öz şikarını köpəkbalıqlarının hücumundan qorumaq üçün gərgin mübarizə aparır.
Baş qəhrəman prototipi müəllifin yaxından tanıdığı kubalı qoca balıqçıdır.

44. Hərb sənəti – Sun Tzu

İki min ildən artıq bir müddətdə Sun Tzunun “Hərb sənəti” liderlərə döyüş taktikası və idarəetmə strategiyaları haqqında tövsiyələr verib. Bu kitab Çin mədəniyyətinin üzvi hissəsi olmaqla bərabər, həm də Qərbin həm hərbi işlərdə, həm biznesdə, həm də adi insan münasibətlərində yaşayış uğrunda mübarizəsinin və uğurlarının məhək daşı rolunu oynayıb.
Qədim dünyanın müharibə texnikasına, hiylə­gər­lik­lərinə və texnologiyalarına istinad etməklə əsər məhz öz zamanının məhsuludur. Lakin onun çox yeri müasir ssenarilərə də yaxşı uyğun gəlir və bu, indiki zamanda belə onun niyə populyar klassik oxu kimi qəbul olunmasını göstərən səbəbdir. Əslində bu günkü oxucu bu kitabdakıları məhz müharibə şəraiti üçün deyil, daha çox biznes və siyasət kontekstində tətbiq edir.

45. Bülbülü öldürmək – Harper Li

Çox təsirli, dramatik romandır. “Bülbülü öldürmək” oxucuları mərhəmət və qəddarlıq, sevgi və nifrətlə qarşı-qarşıya qoyur. Alabamadan olan balaca bir qızın söylədiyi həyat hekayəsi bu vaxtacan 18 milyon nüsxədən çox nəşr olunub, dünyanın 40 dilinə tərcümə edilib. Harper Lee həmişə öz kitabını sadə sevgi hekayəsi adlandırıb. Kitab Amerika ədəbiyyatının şah əsəri hesab olunur.

“Bülbülü öldürmək” romanında müəllif uşaqlıq illəri ilə bağlı unudulmaz xatirələrini qələmə alıb. Roman ilk dəfə 1960-cı ildə nəşr olunub, elə həmin ildə də bestsellerə çevrilib, tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. 1961-ci ildə Pulitzer mükafatına layiq görülüb, daha sonra kitab əsasında film çəkilib.

46. Qədim Yunanıstanın mifləri və əfsanələri – Nikolay Kun

Qədim Yunanıstanın mifləri və əfsanələri belə demək mümkünsə, bütün dünya mədəniyyətinin mayasını təşkil edir. Dünya ədəbiyyatının bütün inkişaf mərhələlərində Yunan mifləri öz izlərini göstərmiş, müxtəlif əsərlərin süjetlərində öz əksini tapmışdır.

Əsrlər öncə yaranmış olan Qədim Yunanıstanın mifləri və əfsanələri daha sonra Hind mifləri – “Vedalar”ın və “Mahabharata”nın, german mifləri – “Eddalar”ın, fin mifləri – “Kalevala”nın, bizim miflər “Dədə Qorqud”un və başqa oğuznamələrin mayasına hoparaq günümüzə qədər gəlib çıxmış və hələ də hər kəsi heyrətdə qoymağa davam edir.

47. Zərdüşt belə söyl­ədi – Fridrix Nitsşe

Böyük alman filosofu Fridrix Niçenin (1844-1900) yaradıcılığı 3 dövrü əhatə edir. Üçüncü dövrdə o, (1883-1888) “Zərdüşt belə söyl­ədi”, “Xeyir və şərin o tərəfində” və s. əsərlərini yazır. “Zərdüşt belə söylədi” əsəri filosofun ən mühüm əsəri sayılır. Formasına və məzmununa görə bu əsər fəlsəfi əsərə oxşamır. Adə­tən ədəbiyyatı peşə və fiksiya növlərinə böləndə fəlsəfi əsər­lə­ri peşə ədəbiyyatına daxil edirlər. Fəlsəfə fiksiya olmaq istəmir. Pla­ton fiksiya olan mifik ədəbiyyata qarşı məntiqi ədəbiyyatı qo­yur­du. Məntiqi düşüncə həqiqətə gedən yolu müəyyənləşdirir. F.Niçenin “Zərdüşt belə söylədi” əsərini fiktiv ədəbiyyata aid etmək olar. Zərdüşt düşünülmüş obrazdır. Onun adı Şərqdə müdriklik təlimilə bağlıdır, onun fəlsəfəsində məntiqi arqumentdən çox müdriklik var və bu müdrikliyi o, aforistik yolla elan edir. Bəs F. Niçe niyə ona əl atır? İki minillik tarixi olan Qərb fəlsəfəsini qoyub F.Niçe niyə məhz Sokratdan əvvəlki dövrə gedib çıxır. F.Niçe həqiqəti bu yolla vaxtın və zamanın fövqündə duran bir şey kimi götürür. Ancaq bu yolla onu tapmaq olar. Məsələn, ədalətlik ideyası dildən kənara çıxmaqla həqiqətə qovuşur.

48. Yevgeni Onegin – Aleksandr Puşkin

“Yevgeni Onegin” Puşkinin ən sevimli əsəridir. Burada şairin bütün həyatı, gözəl hissləri, fikir və idealı ifadə olunub. Onegin obrazı böyük ümumiləşdirici qüvvəyə malikdir. Oneginin xarakterində Puşkin zəmanəsinin zadəgan-mülkədar gənclərinin keçdiyi yolu böyük sənətkarlıqla göstərə bilib. Tatyana obrazı dərin və mənalıdır. O, öz zövqü, əxlaqi görüşlərində möhkəmdir, yenilməzdir. Lakin bu mühit sağlam ruhlu gəncləri mənən şikəst edir, onları həyatın qaranlıq guşələrinə atır. Tatyana müstəqilliyə can atsa da, mənsub olduğu zümrənin kobud qanunları ilə üz-üzə gəlməli olur. Bu mühit gənc nəsil üçün qaranlıq bir zindan idi.

49. Küləyin kölgəsi – Karlos Ruis Safon

Bir gün atası Daniel Sampereni Barselonanın ən sirli yerinə – Unudulmuş Kitablar Qəbiristanlığına aparır. Balaca oğlanın oradan tapdığı lənətlənmiş kitab onun bütün həyatını dəyişir, onu sirli və fitnə-fəsadlarla dolu bir labirintin içinə salır.

50. Heyvanıstan – Corc Oruell

“Malikanə” fermasının tənbəl və əyyaş sahibi Mr. Cons bir gün fermanın heyvanlarını

yemləməyi unudur. Heyvanların fermanı ələ keçirmək üçün qaldırdığı növbəti üsyana donuz

Napoleon və Uillinqton rəhbərlik edirdilər. Ferma haqsızlığı aradan qaldırmaq və dördayaqlıların

mənafeyinə xidmət etmək məqsədi ilə yenidən quruldu. Ancaq zaman keçdikcə üsyanın

prinsipləri təhrif olundu və unuduldu. Yeni və gözlənilməz hallar baş qaldırdı…

“Heyvanıstan” – yanlış istiqamətlənmiş bir inqilabın tarixi – Corc Orueldən gücün azdırıcı

təsirinə satirik baxış.

Müəllif: Lalə Rəhmanova

Kitab ləri yükləmək firəngiz əhmədov

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Ermənistanın Azərbaycana təcavüzü: I kitab

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Azərbaycan ədəbiyyatı kitabxanası (on-line yenilənir)

Hazırda “Oxu zalı”nda on-line kitabxana yaradılır. Amma hələ ki, müəlliflərin yalnız bir hissəsinin əsərlərini kitabxanaya daxil edə bilmişik. Bu iş davam etməkdədir.

Aşağıdakı siyahı bitkin deyil. Əsərlərinin kitabxanada olmasını, yaxud kitabxanaya digər əsərlərinin də əlavə edilməsini istəyənlər bu ünvana müraciət edə bilərlər: oxuzali@azadliqradiosu.az

Şifahi ədəbiyyat

Yazılı ədəbiyyat (Qədim dövrdən bu günədək)

A

B

Bəhram Sürgün
Bəhruz Sədiq
Bəsti Əlibəyli
Bəydadaş Cəfərli
Bilal Alarlı
Böyükağa Qasımzadə
Böyükağa Talıblı
Böyükxan Pərviz

C

Ç

D

E

Ə

Əbdülbaqi Fövzi
Əbdürrəhim bəy Haqverdiyev
Əbil Yusif
Əbülfət Mədətoğlu
Əbülfəz Abasquliyev
ƏBÜLHƏSƏN
Əbül-üla Gəncəvi
Ədalət Əsgəroğlu
Ədalət Salman
ƏFQAN
Əfqan Nəsirli
Əfsanə Laçın
Əhdi Bağdadi
Əhəd Muxtar
Əhmədağa Muğanlı
Əhməd Cavad
Əhməd Cəmil
Əhməd Haqsevər
Əhməd Qəşəmoğlu
Əhməd Mirzəcəfərli
Əjdər Fərzəli
Əjdər İbrahimov
Əjdər Ol
Əkbər Əkbərov
Əkbər Qoşalı
Əkbər Məftun
Əkbər Yerevanlı
Əkrəm Əylisli
ƏLABBAS
Əliabbas Müznib
Əlağa Yasinzadə
Ələkbər Həddad
Ələkbər Salahzadə
Ələkbər Ziyatay
Ələmdar Quluzadə
Ələmdar Mahir
Ələviyyə Babayeva
Əliabbas Müznib
Əli Ağabəyli
Əliağa Kürçaylı
Əliağa Vahid
Əli Aslanoğlu

Əli Əbbası
Əlibala Hacızadə
Əli bəy Hüseynzadə
Əli Əkbər
Əli Əmirli
Əlfi Qasımov
Əli Kərim
Əli Nəcəfxanlı
Əli Nəzmi
Əliqulu Qəmküsar
Əli Razi Şəmçizadə
Əlirza Həsrət
Əlirza Miyanalı
Əlirza Nabdil (Oxtay)
Əlisa Nicat
Əli Səbri
Əli Səmədli
Əlisəmid Kür
ƏLİSOLTAN
Əli Tudə
Əli Vəkil
Əli Vəliyev
Əlişirin Şükürlü
Əlizadə Nuri
Əmir Mustafayev
Əmrah Əmrahov

F

Ferzad Leysi
FƏDAİ
Fəxrəddin Əsəd
Fəxrəddin Meydanlı
Fəxrəddin Ziya
Fəxri Müslüm
Fəxri Uğurlu
Fəqir Ordubadi
Fələki Şirvani
Fərəc Fərəcli
Fəridə Əlyarbəyli
Fəridə Hacıyeva
Fərid Hüseyn
Fərhad Mete

Fərman Eyvazlı
Fərman Kərimzadə
Fətəli Sahib
Fəthi Xoşginabi
Fərzad Leysi
Fəzlullah Nəimi
Fikrət Qoca
Fikrət Sadıq
Firidun Həsari
Firudin Ağayev
Firuzə Məmmədli
Firuz Mustafa
Fuad Tarverdiyev
Fuad Əhmədov​
Furqan Sadıq
Füruzə Məmmədli
FÜZULİ

G

Gəncəli Səbahi
Gəray Fəzli
Gülarə Munis
Güləmail Murad
Gülər Miryəhya
Gülxani Pənah
Gülhüseyn Hüseynoğlu
Gülşən Behbudqızı
Gülşən Lətifxan
Gülzar İbrahimova
Günel Anarqızı
Günel Mövlud
Günel Eminli
Günel Eyvazlı
Günel Şamilqızı
Güntay Gəncalp

H

Hacıbaba Nəzərli
Hacıkərim Sanılı
Hacı Mail
Hacı Nərimanoğlu
Hadı Qaraçay
Hafiz Əli
Hafiz Hacıxəlil
Hafiz Mirzə
Hamid Əhmədi
Hamlet İsaxanlı
Haşım Tərlan
Heydər Bəyat
Heydər Xətibi
HEYRAN XANIM
Həbib Sahir
HƏBİBƏ
HƏBİBİ
HƏQİQƏT
Həmid ABBAS
Həmid Axundlu
Həmid Arğış
Həmid Herisçi
Həmid Məmmədzadə
Həmid Nitqi
Həmid Telimxanlı
Həsən Elsevər
Həsən İldırım
Həsən Mehdiyev
Həsən Mirzai
HƏSƏNOĞLU
Həsən Savalan
Həsən Seyidbəyli
Həsən Səfəri
Həsən Şəqaqi
Həyat Şəmi
HİDAYƏT
Hicran Hüseynova
Hikmət Carçılı
Hikmət Ziya
Hökumə Billuri
Huşəng Cəfəri
Hümam Təbrizi
Hümmət Əlizadə
Hüseyn Abbaszadə
Hüseynağa Qəniyev
Hüseyn Arif
Hüseynbala Mirələmov
Hüseyn Cavid
Hüseyn Əzim
Hüseyn İbrahimov
Hüseyn Kürdoğlu
Hüseyn Razi

X

İ

J

K

Q

Qalib Şəfahət
QANTƏMİR
Qan Turalı
Qasım bəy Zakir
Qasım Qasımzadə
Qazi Bürhanəddin
Qədiməli Əhməd
Qəhrəman Qəhrəmanzadə

L

Lalə Cavanşır
Lalə Məhərrəmli
Leyli Kəhali
Lətifə Nuran
LƏVAİ

M

Mahcamal
Mahir Qarayev
Mahir Mehdi
Mahirə Abdulla
Mahmud Məhdəvi
Mahmud Vəli
Malik Fərrux
Manaf Süleymanov
Marağalı Əvhədi
Maqsud İbrahimbəyov
Mehdi Hüseyn
Mehman Qaraxanoğlu
Mehman Musabəyli
Meyxoş Abdulla
Məcid Şamxalov
Mədinə Gülgün
Məsum Cabbarpur
Məhəmməd ağa Cümri
Məhəmməd Astanbəyli
Məhəmməd Azərşin
Məhəmməd Bağır Xalxali
Məhəmməd Əmani
Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Hadi
Məhəmmədhüseyn Şəhriyar
Məhəmməd Nəvin (Baraz)
Məhəmməd Sübhdel
Məhərrəm Əlizadə
Məhsa Mehdili
Məhsəti Əliqızı
Məhsəti Gəncəvi
Məqsəd Nur

Məqsud Şeyxzadə
Məlahət Yusifqızı
Məlihə Əzizpur
Məmməd Alim
Məmməd Aranlı
Məmməd Araz
Məmməd Aslan
Məmməd Dəmirçioğlu
Məmməd Əkbər
Məhəmməd Əli Nəhavəndi
Məmmədəli Məhzun
Məmmədhüseyn Əliyev
Məmməd İlqar
Məmməd İsmayıl
Məmmədiyyə Yusifzadə
Məmməd Kazım
Məmməd Murad
Məmməd Namaz
Məmməd Oruc
Məmməd Rahim
Məmmədrza Afiyət
Məmmədrza Təbrizli​
Məmməd Səid Ordubadi
Mənzər Eynullayeva
Mənsurə Qaçayqızı
Mənsur Vəkilov
Mərkəz Qacar
Mərziyə Uskui
MƏSİHİ
Məstan Günər
Məsudi Dövran
Məsud İslamı
Mətanət Vahidova
Mətləb Ağa

Mətləb Misir
Mətləb Muxtarov
Mikayıl Azaflı

Mikayıl Müşfiq
Mikayıl Rəfili
Mikayıl Rzaquluzadə
Mina Rəşid
Mir Cəlal Paşayev
Mirdamət Əziz
Mirmehdi Ağaoğlu
Mirmehdi Seyidzadə
Mir Möhsün Nəvvab
Mirvarid Dilbazi
Mirzə Ələkbər Sabir
Mirzə Əli Möcüz
Mirzə Fətəli Axundov
Mirzə İbrahimov
Mirzə İsmayıl Qasir
Mirzəli Hüseynzadə

Mirzə Mehdi Şükuhi
Mirzə Müştaq
Mirzə Sakit
Mirzə Şəfi Vazeh
Miskin Abdal
Mobil Quluzadə
Molla Cümə
Molla Pənah Vaqif
Molla Vəli Vidadi
Möhsün Möhsünov
Mövlud Süleymanlı
Muradəli Qaflantı
Murad Köhnəqala
Murtuza Səlnmani
Musa Əfəndi
Musa Ələkbərli
Musa Herisi
Musa Qocayev
Musa Yaqub
Mustafa Çəmənli
Mustafa Şeyxpur
Mustafa Zərir
Mübariz Cəfərli
Mübariz Məsimoğlu
Mücirəddin Beyləqani
Münəvər Tabdıqova
Müzəffər Derəfşi
Müzəffər Nəsirli
Müzəffər Şükür Məchul

N

Nəriman Mahmud
Nəriman Nərimanov
Nəriman Süleymanov
Nərmin Hüseynzadə
Nərmin Kamal
Nəsib Əfəndiyev
Nəsib Nəbioğlu
NƏSİMİ
Nigar Duyğu
Nigar Xiyavi

Nigar Rəfibəyli
Nilufər Muğantürk
Nisə Bəyim
NİZAMİ GƏNCƏVİ
Novruz Gəncəli
Nuranə Nur
Nurəddin Babayev
Nurəddin Ədiloğlu
Nurəngiz Gün
Nuridə Atəşi
NURLAN
Nüsrət Kəsəmənli

O

Ö

P

R

S

Ş

Şahlar Ruhi
Şahmar Əkbərzadə
Şamil Xurşid
Şamo Arif
Şeyx İbrahim Gülşəni Bərdəi
Şeyx Mahmud Şəbüstəri
Şeyx Səfiəddin Ərdəbili
ŞƏMŞAD
Şəfəq Sahibli
Şəhriyar del Gerani
Şəkər Aslan
Şəmistan Əsgərov
Şəmistan Nəzirli
Şəmsəddin Abbasov
Şəmsi Vəfadar
Şəmşad Rza
Şərif Ağayar
Şiringül Musayeva
Şıxəli Qurbanov
Şöhrət Qaraoğlu
Şövkət Zərin Horovlu

T

Tağı Şahbazi Simurğ
Tahir Hüseynov
Tahir Paşa
Taleh Həmid
Tarif Əskər
Tapdıq Yolçu
Telman Dəmir
Teymur Elçin
Teyyub Qurban
Tələt Əyyubov
Tofiq Abdin
Tofiq Ağayev
Tofiq Bayram
Tofiq Əfəndiyev
Tofiq Hüseyn
Tofiq Qaraqaya
Tofiq Mahmud
Tofiq Mütəllibov
Tofiq Nurəli

U

Y

Yafəs Türksəs
Yasif Nəsirli
YAŞAR

V

Vaqif Bayatlı Odər
Vaqif Bəhmənli
Vaqif İbrahim
Vaqif Nəsib
Vaqif Səmədoğlu
Valeh Bahaduroğlu
Valeh Şiri
Vali Gözətən
Vasif Qurbanzadə
Vasif Süleyman
Vədud Dusti
Vidadi Babanlı
Vilayət Rüstəmzadə
Vüqar Əhməd
Vüqar Əlisoy

Comments are closed, but trackbacks and pingbacks are open.