Press "Enter" to skip to content

Azərbaycan dilində biznes haqqında kitablar

Satış və marketinq – marketinq nədir, bazar araşdırması, bazar strategiyası düzgün marketinq kampaniyası, marketinq qarışığı, brendinq, mövqeləşmə, satışın təşkili və stumullaşdırlması, reklam və məlumatlandırma haqqında pulsuz elektron vəsaitlər “Pocketbook.az” portalında!

Kitablar azerbaycanca

Qarşınızda olan bu kiçikhəcmli kitab fitrə zəkatının hökmləri barədədir. Bəzən şəri risalələrdə qeyd olunan məsələlərin çətin başa düşülən olduğunu, eləcə də bəzi hallarda oxucuların fətvaların dəlilləri ilə icmali də olsa, maraqlandığını nəzərə alaraq bu kitabı tərtib etməyi qərara aldıq. Belə ki, kitabda bir çox məsələləri daha geniş, daha aydın şəkildə və dəlilləri ilə birlikdə tərtib etmişik. Lakin qeyd etmək lazımdır ki, məsələlərin dəlilləri təfsilati şəkildə yox, sadəcə icmali formada qeyd edilmişdir. Dəlilləri təfsilati olaraq qeyd etməməyimizə səbəb həm kitabın nəzərdə tutulmuş həcmi, həm də geniş oxucu kütləsinə vermək istədiyimiz fayda ilə ziddiyyət təşkil etməsidir. Çünki bu zaman həm kitabın həcmi həddindən artıq geniş, həm də məsələlərin başa düşülməsi əksər oxucular üçün çox çətin olacaqdı.

İslamda yemək içmək və heyvan kəsimi

2021-10-29 Kitab Haqqında

Kitab Haqqında

Müəllif

Kitab Haqqında Məlumat:

Kitabda şəri hökmləri qeyd edərkən bəzən həmin hökmə dəlalət edən ayə və hədisləri də qeyd etmişik. Bəzən isə birbaşa olaraq fəqihlərin fətvasını qeyd etməklə kifayətlənmişik. Bəzən də şəri hökmü birbaşa hədis və ya ayənin vasitəsilə qeyd etmişik. Həmçinin fətvaları bəzən ayrıca olaraq bəzən də mətnin içərisində yazmışıq. Kitabın bu tərzdə olması zənnimizcə oxucuları çox yormaz, əksinə onu daha da maraqlı və oxunaqlı edər. Kitabda aşağıda adları keçən mərcəi-təqlid müctəhidlərin fətvalarından istifadə etməyə çalışmışıq: Ayətullah əl-üzma Seyyid Əbul-Qasim əl-Xoyi Ayətullah əl-üzma Şeyx Cavad Təbrizi Ayətullah əl-üzma Şeyx Vəhid Xorasani Ayətullah əl-üzma Seyid Əli Sistani

Qədir-xum ayələri

2021-08-02 Kitab Haqqında

Kitab Haqqında

Müəllif

Ayətullah Seyid Əli Milani

Kitab Haqqında Məlumat:

Qədir-xum hadisəsi sözsüz ki, İslam tarixinin ən əhəmiyyətli hadisələrindəndir. Bu səbəblə hər iki firqə bu hadisəyə xüsusi diqqət ayırmışdır. Müxaliflər bu hadisənin bəzən özünü inkar etmək, bəzən isə çatdırdığı mənanı təhrif etməyə cəhd etməklə İmam Əlinin imamət və fəzilətinə dəlalət edən belə bir əhəmiyyətli hadisəyə kölgə salmağa çalışmışlar. Bunun müqabilində isə tarixən alimlərimiz çoxlu əziyyətlərə qatlaşmaqla da olsa, bu inkarçı mövqedə dayanan şəxslərin əsassız sözlərini əsaslı dəlillərlə cavablandırmışlar. Hətta bu alimlərdən bəziləri bu hadisəni kökündən inkar etməyə çalışanlara cavab verməkdən ötrü tarixdə bir gündə baş vermiş hadisənin isbatı üçün cildlərlə kitab yazmışlar. Hal-hazırda mövcud olan bu böyük alimlərdən biri də Ayətullah Seyid Əli Milanidir. Sizə təqdim etdiyimiz bu kitab bu böyük alimin Qədir-xum hadisəsi ilə əlaqədar nazil olmuş ayələr barədə qələmə aldığı bir əsərdir. Müəllif bu kitabda bu ayələrin Qədir-xum hadisəsi ilə əlaqədar nazil olmasını əhli-sünnə hədis kitabları əsasında araşdırır.

101 maraqlı mübahisə

2018-05-10 Kitab Haqqında

Kitab Haqqında

Müəllif

Muhəmməd Muhəmmədi İştihardi

Kitab Haqqında Məlumat:

Bu kitabda böyük İslam şəxsiyyətlərinin, o cümlədən Peyğəmbəri-Əkrəm, imamlar və böyük alimlərimizin keçmişdən indiyə qədərki müxtəlif məsələlər barəsində elmi mübahisələri qeyd olunmuşdur ki, bu da onların inkarçı, şübhəçi insanlarla mübahisə üslubunu göstərir. Həmçinin, bu mübahisələr haqqı necə müdafiə etmək lazım olduğunu öyrədir. Ümumilikdə kitab iki hissədən ibarətdir. Birinci hissədə İslam peyğəmbəri, imamlar (əleyhimussalam) və onların tələbələri tərəfindən müxtəlif şəxslərlə və müxtəlif hədislər barəsində olan mübahisələr qeyd olunmuşdur. İkinci hissədə isə böyük mühəqqiqlərin və alimlərin müxtəlif şəxslərlə apardığı mübahisələrdən ibarətdir ki, kitabdakı bütün mübahisələrin sayı hamısı birlikdə yüzə çatır.

Azərbaycan dilində biznes haqqında kitablar

Azərbaycan dilinə tərcümə edilmiş idarəetmə və biznes haqqında kitabları portalımızda onlayn oxumaq mümkündür. İdarəetmə ilə bağlı öyrənmək istədiyiniz və ya sizi maraqlandıran – effektiv planlaşdırma, vaxtın idarə edilməsi, şifahi və yazılı ünsiyyət bacarıqları, komandaya rəhbərlik və ya komanda daxilində fəaliyyət qaydaları, düzgün qərarların qəbul edilməsi, büdcəyə nəzarət və mənfəətliliyin artırılması, uğur qazanmağın yolları və s. – istənilən mövzuda aşağıdakı kateqoriyalar üzrə seçim etmək imkanınız var.

İdarəetmə və biznes kitabları online

İnsan resursları – vəzifə yüksəlişi, işçi heyəti arasında münaqişələrin həll edilməsi, nizam-intizam, gərgin münasibətlərin həlli, işəgötürmə və ya işdən azadetmə qaydaları və s. barədə PDF formatında olan e-kitabları internetin mövcud olduğu istənilən yerdə rəqəmsal cihazınız – mobil telefon və ya smartfonda, planşet və ya kompüterdə oxuya bilərsiniz.

İnsanların idarə edilməsi – düzgün münasibətlərin qurulması, insanlarla aranızda yaranan çətin situasiyalardan çıxış yolları, korporativ idarəetmə, vasitəçilik, mentorluq, kouçinq haqqında öyrənmək istəyirsiniz? Elektron kitabxanamızda bu suallara cavab verəcək pulsuz vəsaitlər var.

Maliyyə – Büdcəyə necə nəzarət etmək olar? Gəliri necə artırmaq olar? Pul vəsaitlərinin hərəkətini necə idarə etmək olar? Virtual məkanda “online” oxuyun və məlumatlanın.

Müştəri xidmətləri – müştərilərlə münasibətlərin idarə edilməsi, müştəri şikayətləri, müştəri məmnuniyyəti, müştərilərin tələbləri, müştərilərin ehtiyac və istəkləri və s. bu kimi mövzularla bağlı məlumatları kitablarımızdan əldə edə bilərsiniz.

Özünüinkişaf – ən yaxşı özünüinkişaf, biznes haqqında təlim-tədris vəsaitlərini e-kitabxanamızdan tapa bilərsiniz.

Satış və marketinq – marketinq nədir, bazar araşdırması, bazar strategiyası düzgün marketinq kampaniyası, marketinq qarışığı, brendinq, mövqeləşmə, satışın təşkili və stumullaşdırlması, reklam və məlumatlandırma haqqında pulsuz elektron vəsaitlər “Pocketbook.az” portalında!

Təlim – əsl təlimçi necə olmalıdır, təlimin nəticələri necə qiymətləndirilməlidir, təkmilləşmə ehtiyacları necə müəyyən edilir, bilik və təcrübələr necə ötürülməlidir, təlim toplantıları və vebinarlar necə təşkil olunmalıdır və s. kimi sualların cavablarını e-kitablarımızdan öyrənə bilərsiniz.

Ümumi idarəetmə – biznesin planlaşdırılması, strategiya və strateji planlaşdırma, qərar qəbulu, liderlik, menecerlik, idarəetmə modelləri, səmərəliliyin artırılması, köklü dəyişiklik, stresə müqavimət və dayanıqlılıq və s. haqda azərbaycanca ən praktiki vəsaitləri (yaxud praktiki elektron vəsaitləri) portalımızdan əldə edin.

Ünsiyyət – effektiv ünsiyyət, ünsiyyətin dinamikası, məlumatların çatdırılması, məlumatverən və məlumatalan rolları, verbal və qeyri-verbal ünsiyyətin əhəmiyyəti, təsiretmə bacarığı, nitq və dinləmə qabiliyyəti, bədən dili və emosional zəka və s. barədə öyrənmək və özünü təkmilləşdirmək istəyənlər portalımızın müvafiq kateqoriyasından lazımi e-kitabları tapa bilərlər.

Yaradıcı yanaşma və mədəniyyət fərqləri – mədəniyyətlərarası fərqlərin öhdəsindən gəlmək bacarığı və bu bacarığa yiyələnmək istəyənlər, yaradıcı rəhbər və ya menecer olmağa çalışanlar, yeniliklərə meyilli olanlar və olmayanlar, yeniliklərə asanlıqla uyğunlaşma qabiliyyəti və s. ilə maraqlananlar e-kitabxanmızdan müvafiq e-vəsaitlərdən faydalana bilərlər.

Comments are closed, but trackbacks and pingbacks are open.