Kiv-in texnikası və texnologiyası
Multimedia və elektron kommunikasiya
Kiv-in texnikası və texnologiyası
Nədən başlanır MƏKTƏB?
SÖHBƏT JURNALİSTİKA MƏKTƏBİNDƏN GEDİR.
Avropa Şurasının Bakı Slavyan Universitetində həyata keçirdiyi �Azərbaycanda jurnalistika tədrisinin inkişafına dəstək� layihəsinin ilkin nəticələri
Aynur Bəşirli siyasət elmləri namizədi, jurnalistika təhsili və media proqramlar üzrə ekspertdir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
1992-1999-cu illərdə �Dalğa�, �Günay�, �Yeni Azərbaycan� qəzetlərində müxbir, Prezident Aparatı üzrə xüsusi müxbir, baş redaktorun müavini vəzifələrində çalışıb.
1996-cı ildən pedaqoji, 2002-ci ildən elmi faəliyyətlə məşguldur. ABŞ-ın İndiana Universitetində üzünmüddətli elmi məzuniyyətdə (2002, 2005) olub, media-siyasət əlaqələrini araşdırıb.
�Prezident. Xronika. 1993-97�kitabının tərtibçisi, �Azad mətbuatın çərçivəsində. Nyu York Tayms Azərbaycandan. Nə? Nə zaman? Necə?� monoqrafiyasının, �Xəbərçilik. Xəbərin toplanması və yazılması� dərsliyinin, �Qızıl kitab�dan etüdlər� kitabının müəllifidir.
Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi (1995), Qadın Jurnalistlər Assosiasiyasının Media Ulduzu (2009) mükafatlarına layiq görülüb.
2009-cü ildən AŞ-nin BSU-da həyata keçirdiyi �Azərbaycanda jurnalistika tədrisinin inkifaşına dəstək� layihəsinin meneceridir.
Bu yazı bir aydır ki, beynimdə dolansa da, hər dəfə onu qələmə almaq məqamı gələndə bir qədər gözləməyə qərar vermişəm. Fikirləşmişəm ki, bəlkə, layihənin bəzi vacib işlərini də başa vurandan sonra Milli Mətbuat günü üçün yazsam, daha çox yerinə düşər. Amma bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müşavirəsindən �AzərTAc�ın verdiyi xəbəri oxuyanda düşüncələrimi bölüşmək üçün vaxtın yetişdiyini duydum. Komissiyanın sədri, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin fikir və iradlarının bir qismi ali məktəblərdəki nöqsanlarla bağlı idi � Bolonya prosesinin işdə yox, sözdə həyata keçməsi, qocalmaqda olan kadr korpusu, Avropa standartlarını bərqərar edə biləcək gənc kadrların qıtlığı, köhnə proqramlar, ingilis dilində və informatika sahəsində beynəlxalq test sistemlərinin tələblərinə cavab verə bilməyən məzunlar, ictimai elmlərin tədrisində dönüşün olmaması.
Bu yazı sadalan problemlərə, onların mümkün həlli yollarına Avropa Şurasının BBC Dünya Xidməti Trustla (İnam) birlikdə Bakı Slavyan Universitetində həyata keçirdiyi �Azərbaycanda Jurnalistika Tədrisinin İnkişafına Dəstək� layihəsinin prizmasından baxmaq cəhdidir.
Bu sualı ötən ilin yazında layihəyə başlayacağımız ərəfədə biz özümüzə tez-tez verirdik. Biz, yəni tərəfdaşlar � BBC Dünya Xidməti Trust (BBC DXT) və Bakı Slavyan Universiteti (BSU). Layihənin müəllifi, həm də icraçısı BBC DXT bənzər layihələri artıq Ukraynada və Bolqarıstanda gerçəkləşdirmişdi. MDB və Şərqi Avropa təcrübəsi BBC DXT-yə bu məkanda işə başlamazdan əvvəl tərəfdaş axtarışında bir qədər ehtiyatlı olmağı öyrətdiyindən təşkilat layihənin benefisiarını özü seçməyə qərar vermişdi. O zaman � 2008-ci ildə BSU jurnalistika ixtisası üzrə ilk məzunlarını buraxmağa hazırlaşırdı, hələ müstəqil jurnalistika kafedrası belə yox idi. Amma BBC DXT seçim edərkən başqa amillərə üstünlük vermişdi: universitetin yeniliklərə açıqlığı, təhsil siyasətində çevikliyi və layihə iştirakçılarının təkmilləşmək, öyrənmək və öyrətmək istəyi. BBC DXT-nin istəkləri öz yerində. BSU-nun rektoru professor Kamal Abdullayevin layihədən öz gözləntiləri vardı: �Biz BSU-da model jurnalistika məktəbi qurmaq istəyirik. Təkcə ölkə üçün deyil, həm də region üçün model olası bir məktəb. Bizim siyasi-intellektual hədəfimiz budur�.
Layihə bu arzuya cavab olaraq onun gerçəkləşməsi üçün ən vacib komponentləri, başqa sözlə desək, istənilən məktəbin təməli ola biləcək, onu ayaqda saxlayacaq dörd elementi irəli sürürdü: kurikulumu (tədris planını) təkmilləşdirmək; yeni modullar (tədris proqramları) yazmaq, müəllimlərin peşə vərdişlərini yüksəltmək və xəbər otağı qurmaq.
BSU-da layihənin rəsmi icrasına 2009-cu ilin sentyabrında başlanıldı � BBC DXT-nin baş direktoru Keralayn Nörsey ilə BSU-nun rektoru Kamal Abdullayev arasında anlaşma memorandumu imzalandıqdan sonra. Memorandumun ilkin mətnindən fərqli olaraq, son variantda BSU-nun təklifləri də əks olunurdu.
Layihə çərçivəsində müəllim və tələbələr arasında keçirilən sorğunun nəticələrinə əsasən, ilk növbədə, təkmilləşməyə ehtiyac duyulan beş sahə müəyyənləşdi � TV jurnalistika, radio jurnalistika, jurnalistikada etika və standartlar, fotojurnalistika və yeni media. Hər bir istiqamət üzrə üç nəfərlik komandalar yaradıldı. Hər bir komanda ilə işləyəcək bir ya iki beynəlxalq məsləhətçi seçildi. Beləcə 25 nəfərlik bir heyət yığıldı.
Bu yerdə vurğulamaq istədiyim mühüm bir məqam var � motivasiya. 25 nəfərlik heyətdə yalnız beynəlxalq mütəxəssislər gördükləri iş üçün pul alırlar. Yerli müəllimlər layihənin benefisiarları olduqları üçün pulsuz işləyirlər. Onların bu işdə heç bir maddi motivasiyası yoxdur. BSU-nun layihənin sifarişçisi � Avropa Şurası ilə apardığı danışıqlar AŞ-nin qaydalarına dirəndi � benefisiara pul vermək qadağandır, biz donorlara � Norveç və Türkiyə hökumətlərinə bunu izah edə bilmərik. Belədə layihəni elə həyata keçirmək tələb olunurdu ki, onun mənəvi marağı maddi maraqları üstələsin. Bu isə o demək idi ki, hər bir addım, hər seminar öz-özlüyündə balaca bir yenilik, başqa sözlə, təzə xəbər olmalı idi. Jurnalist üçün bundan maraqlı nə ola bilər? Bunu jurnalist kimi öz təcrübəmdən bilirəm.
. Bir neçə il əvvəl Bolonya prosesinə həsr olunmuş iclaslardan birində yeni qaydalar, onlara keçid müzakirə olunurdu. İclas iştirakçılarının özüm qarışıq, demək olar ki, hamısının yeni terminlərdən, dəyişikliklərin mahiyyətindən baş çıxara bilmədiyini görəndə təklif etdim ki, Bolonya prosesini anlamaq üçün bu işi bilən mütəxəssislər bizə seminar keçsinlər. Bu yerdə professorlardan biri təklifə münasibətini bildirdi: �Seminara nə ehtiyac. Bizə nə Bolonya? Qərb Qərbdir, Şərq də Şərq. Onsuz da biz öz yolumuzla gedəcəyik�.
Həmin vaxtdan 3 il keçir, indinin özündə də Bolonya prosesi deyəndə bu, böyük bir müəllim ordusu üçün il boyu imtahanlarda koordinatorluq (yəni nəzarətçilik), mühazirələri diktə etmək, mühazirə dəftərlərinə qiymət vermək, bütün imtahanları yazılı götürmək (hətta xüsusi qabiliyyət tələb edən fənləri belə), son zamanlar isə gözlənilmədən sınaq üsulu ilə imtahanlara keçmək deməkdir. Belə Bolonyanı nə anlamaq olur, nə qəbul etmək, nə də sevmək.
Slavyan Universitetində layihəyə start verməzdən əvvəl biz öncə Bolonya prosesini anlamağa, öyrənməyə obyektiv qərar verdik. Bu isə o demək idi ki, layihədə adı çəkilən, təklif olunan istənilən addım izahsız, layihə iştirakçılarının bu məsələ ilə bağlı ümumi, ortaq və bölüşmüş təsəvvürləri bərqərar olmadan həyata keçirilməyəcəkdi.
Suallar çox idi. Bolonya nədir? Kurikulum nədir? Kurikulum dizaynı nə deməkdir? Modul nədir? Və bütün bunların Azərbaycan variantı, qarşılığı necə səslənir?
Beləcə �Nədən başlamalı?� sualına cavab tapıldı. Biz komanda kimi işləmək istəyiriksə, ilk növbədə, ortaq biliklərə və təsəvvürlərə sahib olmalıyıq, eyni dildə danışmalıyıq. Daha dəqiq desək, məsələnin fəlsəfəsinə varmalıyıq.
Bizə hansı Bolonya lazımdır?
Məhz hansı Bolonya? Bu sual layihə çərçivəsində Dublin Texnologiya İnstitutunun Jurnalistika fakültəsinin dekanı professor Maykl Foley ilə BBC-nin məsləhətçisi Marek Berekmanın apardığı seminarın sonunda təbii olaraq doğdu. Uzun müddət ABŞ-da bu ölkənin təhsil sistemini araşdırmış, daha sonra Dublində Bolonyaya keçidin müəlliflərindən biri olan professor Foley ilə Marekin Bolonya barədə fikirləri heç də eyni deyildi. Onlardan biri bu prosesi alqışlayır, o biri isə tənqid edirdi. Bu iki ekspert, əslində, Avropanın Bolonya prosesinə münasibətinin simvolları idilər. Demək, ali məqsədi Amerika təhsilinə rəqabətə duruş gətirə biləcək, hədəfi isə Avropa Vahid Təhsil Məkanı yaratmaq olan Bolonya prosesi heç də bütün Avropada eyni istiliklə qarşılanmır. Ali təhsil ocaqlarının böyük əksəriyyəti Bolonyanın qaydalarına texniki cəhətdən əvvəldən-axıra kimi əməl etmir. Hər bir universitetin öz prioriteti var. Amma prioritetlər nə qədər fərqli olsa da, məsələnin fəlsəfəsini hamı qəbul edir, hətta mühafizəkar ingilislər belə. Onun fəlsəfəsində isə tələbələrin mobilliyini təmin edən, onları əmək bazarında rəqabətə davamlı hazırlayan Avropa Vahid Təhsil Məkanını yaratmaq durur. �Bizə hansı Bolonya lazımdır?� sualının cavabı da buradadır. Bizi bu məkana qovuşduracaq, onun bərabərhüquqlu üzvü edəcək Bolonya.
Bəs bu Bolonyaya yol haradan keçir? Təhsildən. Təhsil nəyin üzərində qurulmalıdır? Tədris planının. O tədris planı ki, ona Avropada �kurikulum� deyirlər. Amma burada da dəqiqləşməyə ehtiyac duyulur. Niyə layihələrdə bu termin tədris planı kimi tərcümə olunmur, məhz ingilis versiyasındakı kimi �kurikulum dizayn� olaraq saxlanılır? Bunun məsələnin mahiyyətinə dəxli varmı?
Kurikulum dizaynı � təhsilin arxitekturası
Bizim keçirdiyimiz seminarlardan gəldiyimiz qənaət belədir: kurikulum elə tədris planıdır. Sadəcə, bizim ona verdiyimiz tələblər, ən azından bu planı qurarkən tətbiq etdiyimiz yanaşma fərqli olduğundan son nəticə də fərqlidir. Son nəticə, yəni məzmun.
Tədris planı bizim ölkəmizdə Təhsil Nazirliyinin qəbul etdiyi dövlət standartı əsasında qurulur. Bu standart bütün jurnalistika fakültələri üçün eyni çərçivələr müəyyənləşdirsə də, eyni zamanda müəyyən sərbəstliklər də verir. Bax belədə �dizayn� sözü yerinə düşür. Yəni sən məqsədinə uyğun olaraq bu çərçivəyə istənilən dizaynı verə bilərsən. Onu rəngi, ölçüsü, hücrələri sənin əlindədir. Təhsil Nazirliyinin bizə verdiyi yalnız tikinti materialıdır. Amma onun əsasında tikiləcək binanın memarı hər bir məktəb özü olmalıdır. Biz tikinti materialının � dövlət standartının keyfiyyətinə irad tuta bilərik. Amma layihənin kurikulum komponentinə başlayanda dövlət sənədini incələməməyə üstünlük verdik. İlk hədəfimiz mövcud gerçəkliklər çərçivəsində nəyi necə dəyişə bilməyin, bu kərpiclərdən daha funksional bina tikməyin reallığını araşdırmaq oldu.
Bu sualı cavablandırmaq üçün daha vacib bir məsələyə aydınlıq gətirmək, onun mahiyyətinə varmaq lazım idi. Bizim bakalavr pilləsinə verdiyimiz tələblər hansılardır? Bizim bakalavr universiteti bitirərkən hansı biliklərə sahib olmalıdır? Nə bacarmalıdır? Bir sözlə, yalnız bakalavr pilləsinin məzmununu aydınlaşdırdıqdan sonra kurikulumun məzmunundan danışmaq olardı.
Jurnalistikada bakalavr pilləsi. Kimi hazırlayırıq?
Jurnalistikada bakalavr pilləsini bitirən tələbə hansı vərdişlərə sahib olmalıdır? Bu pillədə nəzəriyyə və praktikanın nisbəti necə olmalıdır? Tələbəni hara üçün hazırlayırıq? Magistratura pilləsini bakalavriatdan fərqləndirməlidir? Onların hazırda bir sıra universitetdə olduğu kimi bir-birini dublikasiya etməyi nə dərəcədə düzdür?
Bu sualları London Kommunikasiya Kollecinin (LKK) kurikulum məsələləri üzrə eksperti Gəri Neylorla araşdırırdıq. Komandanın bakalavra verdiyi tələblərdə fikir ayrılığı yox idi. Biz bir ortaq fikirdən çıxış edirdik: jurnalistika elm deyil, o, peşədir. Demək, tələbə ilk növbədə, peşə vərdişlərinə yiyələnməlidir. Bu isə o deməkdir ki, bakalavr pilləsində praktika ilə nəzəriyyənin nisbəti birincinin xeyrinə həll olunmalıdır. Amma burada da ikinci bir sual meydana çıxırdı. Hansı vərdişlər? Bu yerdə LKK-nin təcrübəsi karımıza gəldi. LKK atrıq bir neçə ildir ki, jurnalistikanın bakalavr pilləsində transfer edilən bacarıqlar tədris edir. Tranfer edilən bacarıqlar o deməkdir ki, kollec ixtisasca jurnalist hazırlasa da, əslində, tələbəyə elə vərdişlər verir ki, universiteti bitirdikdən sonra o, rahatlıqla kommunikasiyanın bütün sahələrində özünə yer tapa bilir. LKK-də buna həm də çoxvərdişlik deyirlər. Hətta sonuncu ildə eyniadlı (�Multiskills�) kurs da tədris olunur. Bir sözlə, çox vərdişliyə yiyələnəcək tələbə müasir media mühitində jurnalistdən tələb olunan bütün vərdişlərə sahib olmalıdır.
Ənənəvi yazı yazmaq, onu redaktə etmək bacarığı ilə yanaşı, eyni zamanda fotokamera, telekamera və diktafonla işləyə bilmək, öz çəkdikərini və yazdıqlarını montaj etmək tələb olunur. BSU bu məsələdə bir qədər də irəli gedərək, kurikulumun əsas istiqamətini müəyyən etdi. Bu kurikulum yeni mediaya hesablanmalıdr. Yeni media, yəni ənənəvi jurnalist materialının yeni, rəqəmsal texnologiyalara əsaslanan metodlar vasitəsilə istifadəçiyə çatdırılması.
Yeni kurikulum, əslində, bizə hələ layihənin əvvəlində keçirdiyimiz sorğu zamanı müəyyən etdiyimiz iki ən vacib sahəni kurikuluma salmağa imkan verirdi. Bunlardan biri tədris planlarında mövcud olmayan, amma tələbələrin dərin maraq göstərdikləri fotojurnalistika, digəri isə yeni media idi. Qeyd edək ki, dövlət standartında bu fənn �İnternet jurnalistika� və �Yeni dünya jurnalistikası� adı altında gedir. Bizim �Yeni media� kimi təqdim etdiyimiz fənn isə bir qədər fərqli yanaşmanın məhsuludur. Bu yanaşmada yeni medianın artmaqda olan təsir sahəsi, ənənəvi jurnalistikanın bütün sahələrinə nüfuzu əsas götürülür, yəni İKT deyil, media komponentinə üstünlük verilir. Təklif olunan kurikulumun yeni media yönümlü olması həm də o deməkdir ki, bütün tələbələr yeni media vərdişlərinə yiyələnməlidirlər. Onların bu vərdişlərə nə dərəcə də yiyələnib-yiyələnməmisi isə diplom işi ilə müəyyənləşdiriləcək. Bunun üçün bütün tələbələr diplom işlərini iki formatda təqdim etməlidirlər � həm seçdikləri ənənəvi media formatında, həm də yeni media formatında.
Bizim kurikulumda vacib komponentlərdən biri də seçmə fənlərdir. Jurnalistikada seçmə fənlər hansılar olmalıdır? Bu məsələdə də fikir ayrılığı yox idi, ümumi nəticə belə idi: seçmə fənlər tələbələrə sahələr üzrə ixtisaslaşmaq imkanı verməlidir. Beləcə, kurrikuluma daxil olacaq seçmə fənlərin siyahısı müəyyən edildi � idman, biznes, konflikt, elm və tibb, siyasi, incəsənət və əyləncə jurnalistikası.
Kurikuluma daxil olacaq fənlər və əsas istiqamət müəyyən olunduqdan sonra növbəti mərhələyə keçmək olardı. Bu kurikulumun düzümü, yəni, fənlərin ardıcıllığıdır. Burada dilemma ilə üzləşirdik. ABŞ, yoxsa Avropa təcrübəsi? ABŞ təcrübəsi fənlərin ardıcıllığını müəyyən etməyi çox dərəcədə tələbənin ixtiyarına buraxır. Bizim avropalı tərəfdaşımız Dublin Texnologiya İnstitutu isə fərqli yanaşma tətbiq edir. Professor Foley sabit bir düzümün tərəfdarıdır. Onun fikrincə, biz tələbəyə məqsədə çatmaq üçün optimal bir yol göstərməliyik. Professor fikrini əsaslandırmaq üçün təcrübəsindən maraqlı bir misal gətirdi. Onun tələbələrindən biri ilk ali təhsilini ABŞ-da öz vətənində alsa da, ikinci təhsilini Dublində almalı olmuşdu. Səbəb amerikalının vətənində öz istəyi ilə fənlər seçməsi idi. Belə bir seçimin sonunda cavan oğlan dünya görüşünü xeyli genişləndirsə də, son nəticədə heç bir peşəyə əməlli-başlı yiyələnə bilməmişdi. Onun anası oğlunun ixtisasının zarafatla �məclis adamı� olduğunu deyirdi, yəni nədən istəyirsən danışır, məclisi ələ alır, vəssəlam. Sonralar bu oğlan DİT-ni bəlli bir kurikulum üzrə bitirərək ixtisas qazana bildi.
Biz ikinci versiyaya üstünlük verdik. Tələbəyə bələdçilik edərək məqsədə doğru addım-addım irəliləməyə kömək edəcək kurrikulum düzümünə. Bu məqama qədər dövlət standartının çərçivəsi bizə istədiyimiz dizaynı seçməyə kifayət edirdi. Biz fənləri bloklar şəklində keçməyi təklif edirdik. Bu bloklarda bir fənn o birini tamamlayırdı. Məsələn, tələbə çap jurnalistikasını öyrənəndə eyni zamanda çap texnikasını, qəzet tərtibatı proqramlarını da paralel keçirdi. TV jurnalistika teletexnika və montaj, radio jurnalistika isə radio texnika və montaj proqramları ilə qoşa keçilirdi.
Amma dövlət standartının çərçivəsi seçmə fənlərə çatanda daraldı. Məlum oldu ki, bizim böyük ümid və həvəslə tədris planına daxil etdiyimiz 6 seçmə fənnin heç də hamısı tədris oluna bilməz. Belədə maraqlı bir sual doğurdu: Seçmə, doğrudandamı, seçmədirmi?
Bəlkə, heç seçməyək.
Biz seçmə fənlərin böyük bir qismini sonuncu ilə saxlamışdıq. Bu bloka 6 ixtisas fənni daxildir. Bu isə o deməkdir ki, tələbə 3 il ərzində qəzet, fotojurnalistika, radio və telejurnalistikaya yiyələndikdən sonra sahələr üzrə ixtisaslaşmaya başlayacaq. Ixtisaslaşma bitdikdən sonra o, diplom işinə buraxılır. Diplom işi eyni zamanda üç istiqaməti əks etdirməlidir � tələbənin seçdiyi ənənəvi media qolunu, ixtisaslaşdığı sahəni və yeni medianı. Bir misalla dediklərimizi incələyək. Tələbə TV jurnalist olmaq, idman sahəsində ixtisaslaşmaq istəyirsə, o diplom işi kimi televiziya üçün idman mövzusunda bir material hazırlayır, eyni zamanda bu materialı yeni media formatında təqdim edir. İlk baxışda sadə və ağlabatan. Çünki jurnalistlərin qeyri-peşəkarlığına ünvanlanan bütün iradlar adətən ixtisaslaşmanın olmaması ilə əlaqələndirilir. Biz BSU-da özlüyümüzdə ideal bir variant seçmişdik. 20 tələbəni (bu bir qrupdakı tələbələrin sayıdır) 6 ixtisas üzrə bölürdük. Hər qrupda orta hesabla 3-4 tələbə. Amma məlum oldu ki, sonuncu ildə eyni zamanda nəinki 6, heç iki ixtisas üzrə real seçmə aparmaq olmaz. Çünki seçmə fənlərin sayından asılı olmayaraq tələbələr yalnız onlardan birini seçə bilərlər. Nonsensdir. Amma reallıqdır. Səbəb büdcədir. Dövlət ancaq 12 nəfərlik qrup üçün müəllimə pul verir. BSU-da isə jurnalistika ixtisasında bir qrupda 20 tələbə var. Onu iki yerə böləndə 10 edir, 12 yox. Demək, 20 tələbədən çoxluq nəyi seçirsə, yerdə qalanlar da onlara qoşulmaq zorundadırlar. Seçim seçim deyil. Qısası, biz 6 secim təklif etsək də, onlardan yalnız biri keçiləcək. Belə olan halda real ixtisaslaşmadan söhbət gedə bilərmi? Biz özümüz-özümüzü aldatmırıqmı?
Bəs məsələdən çıxış yolu varmı? Çıxış yolunu elə Bolonyanın özü təklif edir. Bolonya ali təhsil müəssisələri arasında tələbə mübadiləsinə əsaslanan bir sistemdir. Bu isə o deməkdir ki, tələbə bəzi kursları müxtəlif universitetlərdə keçə bilər. Əgər bu mümkündürsə, onda Azərbaycanın 10 universitetində jurnalistika ixtisasının tədris olunduğunu nəzərə alsaq, belədə ixtisasları universitetlər üzrə paylaşdırmaq olar. Məsələn, BSU elm və tibb jurnalistikasını, BDU biznes jurnalistikasını, Qərb Universiteti konflikt jurnalistikasını, Xəzər Universiteti incəsənət və əyləncə jurnalistikasını, İctimai Siyasi Universitet siyasi, Azərbaycan Universiteti isə idman jurnalistikasını seçmə fənn kimi təklif edir.
Məsələdən ikinci çıxış yolu isə dövlət standartına bir daha nəzər salmaqdır. Mart ayında ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorelin təhsil naziri Misir Mərdanovla görüşu zamanı məhz jurnalistika sahəsində dövlət standartının təkmilləşdirilməsi məsələsi müzakirə olunmuşdu. Nazir bu sahədə problemlərin olduğunu qeyd edərək ATƏT-in təşəbbüsünü alqışladığını, təşkilatın bu istiqamətdə həyata keçirəcəyi layihələrə dəstək verdiyini bildirmişdi. Misir müəllimin mövqeyi bizi sevindirməyə bilməz. Biz bunu da yaxşı bilirik ki, standartlar və seçmə fənlərlə bağlı mövqeyimizi müdafiə etmək üçün böyük bir iş görülməlidir � təklif olunan bütün yeni fənlərin proqramları və dərslikləri yazılmalıdır. Çünki nə qədər peşəkarcasına tərtib olunsa da, kurikulum modulsuz və dərsliksiz hələ heç nədir.
Modul kurikulumun kərpicidir. Kurikulum binadırsa, o, kərpiclərsiz � modulsuz tikilə bilərmi? Məsələn, biz fotojurnalistikanı keçmək istəyirik. Bunun üçün bizə fotojurnalistika modulu lazımdır. Bu, bizim başa düşdüyümüz tədris proqramına yaxın bir anlayışdır. Amma ondan bir qədər fərqlidir. Bir fənnin bir və ya bir neçə modulu ola bilər. Məsələn, TV jurnalistika bir fəndir. Amma o, bizim kurikulumda 4 modulda tədris olunur: TV xəbərçilik, TV xəbər proqramlarının hazırlanması, TV xəbərlərdə etika, TV texnika. Biz dövlət standartında təklif olunan KİV-in texnikası və texnologiyası fənnini də 4 modula bölürük.
Modulun dəqiq strukturu var, o bəlli komponentlər üzərində qurulur və onların tələblərinə cavab verir. Modulun üstünlüyü nədir? Modul standartdır. O eyni fənnin fərqli standartlardan keçilməsinin qarşısını alır. Bu yerdə jurnalistlər arasında çox yayılmış bir deyimi xatırlamaq yerinə düşər: �Azərbaycan jurnalistikasında neçə müəllim varsa, bir o qədər də jurnalistika standartı var�. Jurnalistikada baş verən standartsızlıq elə buradan qaynaqlanmırmı? Modullu təhsil həm də modulları vaxtaşırı yenidən nəzərdən keçirməyə, onu yeniləməyə kömək edir. Belə bir tədris zamanı müəllim iş yerini dəyişərsə, böyük boşluq yaranmır. Yəni müəllimin gedərsə, heç də hər şeyi özü ilə aparmır, əksinə, onun təcrübəsi qalır. İkinci bir məsələ isə modullar arasında əlaqədir. Bu əlaqə prerekvizit və korekvizit modul anlayışı ilə tənzimlənir. Prerekvizit modul hər hansı bir modulun keçilməsi üçün onda əvvəl tələbənin bitirməli olduğu moduldur. Misal üçün, tələbə telejurnalistikanı keçmək üçün mütləq foto və radio jurnalistika modullarını bitirməlidir. Korekvizit modul isə hər hansı modulla paralel keçilməsi vacib olan moduldur. Məsələn, TV jurnalistika modulu TV texnika ilə paralel keçilməlidir.
Layihə çərçivəsində indi 10 modul hazırlanıb. Fotojurnalistika modulu isə amerikalı, britaniyalı, norveçli və yerli mütəxəssislərin iştirakı ilə sınaqdan keçib. Amma biz bilirik ki, modul özü də hələ hər şey demək deyil. Modulların tədrisi üç komponentin üstündə qurulur � müəllim, dərslik və avadanlıq. Başqa sözlə desək.
Kim? Harada? Necə?
İcazənizlə sonuncu sualdan başlayaq.
Necə? 2008-ci ilin sorğusu gostərdi ki, tələbələr dərslik ehtiyacındadırlar. Dərsliklərin tələblərə cavab verməməsinin səbəbini bir daha açıqlamağa ehtiyac yoxdur. Dərslik tədris prosesinin məntiqi bir həlqəsidir. Əgər bu proses pozulubsa, demək, standartlara cavab verəcək dərslikdən danışmaq hələ tezdir.
Harada? Jurnalistikanın tədrisi bu gün, ilk növbədə, canlı jurnalistika mühitində keçməldir. Tələbə üçün bu mühit fakültədən başlamalıdır. Müasir Xəbər otağı belə bir mühitin nüvəsi ola bilər. Multimedia mühitinin hökm sürdüyü, həm qəzet, həm foto, həm radio, həm də telejurnalistlərin bir studiyada cəmləşdiyi, materialların onlayn rejimdə hazırlandığı bir otaq. Belə bir studiya indi bir çox ali məktəb üçün utopik görünsə də, o, bizim layihənin ən yaxın hədəflərindəndir. Payız semestri üçün BSU-nun jurnalistika fakültəsinin öz Xəbər otağı da olacaq.
Kim? Bu yazının əvvəlində lap nağılvari bir təhkiyə üsulu ilə 25 nəfərlik layihə heyətinin � komandanın yığıldığını yazmışdım. Amma, əslində, burada nağıllıq heç nə yox idi, layihənin ən çətin hissəsi elə komandanın yığılması idi. Biz beş istiqamət üzrə mütəxəssis axtarırdıq. Onlardan biri � fotojurnalistika, ümumiyyətlə, tədris olunmurdu, digəri � yeni media isə tamamilə yeni yanaşma tələb edirdi. Hər komanda 3 nəfərdən ibarət olmalı idi: lider, müavin və köməkçi. Bununla biz hər bir modulun yazılmasında müxtəlif fikirlərin dartışmasına rəvac verməklə yanaşı, həm də dayanıqlığa çalışırdıq. Kimsə komandanı tərk edərsə, o birisi işi yetirə bilməli idi. Başqa bir məsələ isə köməkçini müəllim kimi yetişdirmək idi. Müəllim tapmaq çətindir. Xüsusilə jurnalistika sahəsində. Müəllimlik etmək üçün magistratura pilləsini bitirmək zəruridir. Təəssüflə qeyd etməliyik ki, Azərbaycanda magistr pilləsini bitirən tələbələrin hazırlığı xaricdə, hətta qonşu Gürcüstanda İctimai Əlaqələr İnstitutunun nəzdində Qafqaz Jurnalistika və Media Menecerliyi Məktəbini bitirənlərdən zəifdir. Uzaq xaricdə magistratura təhsili alanları isə təhsilə cəlb etmək çox çətindir. Onlar üçün bu işdə maddi motivasiya yoxdur. Yeni təşəbbüslərsə heç də bütün universitetlərdə Slavyan Universitetində olduğu kimi alqışlanmır. Digər bir məsələ isə xaricdə təhsil alan mütəxəssislərin məlumat bankının olmamasıdır. Bizim resurslar haqqında ətraflı məlumatımız yoxdur.
Bu işdə məsələyə müsbət umpuls verə biləcək tədbirlərdən biri təhsil yarmarkalarının keçirilməsi ola bilər. Abituriyentlər bu yarmarkalarda ən azından hansı universitetin onlara nə təklif etdiyini öyrənə, ixtisaslar haqqında daha geniş məlumat əldə edə bilərlər. Bu tip yarmarkalar həm də universitetlər arasında sağlam rəqabəti artırar. Belədə biz qəbul imtahanlarından uğurla keçdikdən sonra universitet seçimində çətinlik çəkməyəcəyik. Ən azından jurnalistika ixtisasını seçərkən, kimin nə təklif etdiyini diqqətlə öyrənəcəyik. Biləcəyik ki, dövlət standartı eyni olsa da, kurikulumlar, modullar müxtəlif ola bilər. Biləcəyik ki, jurnalistika ixtisası 10 universitetdə tədris olunsa da, onlar fərqli-fərqlidirlər. Çünki jurnalistika məktəbləri, dəsti-xəttlər fərqlidir.
Belədə biz ən vacib həqiqəti biləcəyik: institutlar da, universitetlər də, akademiyalar da məktəblərin üzərində qurulur.
P.S. Bu yazını burada bitirmək olardı. Amma o bitmir, çünki layihə hələ davam edir. Hətta bu layihə bir gün bitsə belə, o geniş mənada davam edəcək. Çünki onun fəlsəfəsini bölüşən insanlar var. Bu fəlsəfə isə istənilən xarici təcrübəni təcrübə naminə təkrarlamağa deyil, onun mahiyyətini anlayaraq yenidən qurmağa, yaşatmağa hesablanıb. Metronun �İçərişəhər� stansiyasının yeni binası kimi.
Siz bu bina haqqında nə düşünürsünüz? Bu müasir tikili xoşunuza gəlirmi? Şəxsən, mən Paris Luvrunun Bakı versiyasını xoşlayıram. Niyə? Çünki bu, sadəcə, təkrar deyil, tikili həm də memarın fəlsəfəsinin tərcümanıdır: müasirlik bizə keçmişi görməyə, duymağa və sevməyə mane olmamalıdır. O elə buna görə də şəffafdır.
Bu yazını bizimlə eyni fəlsəfəni bölüşən insanlar � adlarını çəkmədiyim komanda üzvləri davam etdirəcəklər.
525-ci qəzet.- 2010.- 26 iyun.- S.16.
Kiv-in texnikası və texnologiyası
Multimedia və elektron kommunikasiya
kafedrasının baş müəllimi
QISA BİOQRAFİK MƏLUMAT
- 10 may 1962-ci ildə Bakı şəhərində anadan olub.
- 1969-1979-cü illərdə 158 saylı orta məktəbdə oxuyub.
- 1985-1991-cı illərdə BDU-da jurnalistika ixtisası üzrə təhsil alıb.
- 1985-ci ildən BDU-da çalışır.
- Ailəlidir, iki övladı var.
ƏMƏK FƏALİYYƏTİ
- 1979-1983-cü illərdə İşıq nəşriyyatında çalışıb.
- 1983-cü ildə BDU, televiziya və radiojurnalistikası kafedrası, tədris teleradio studiyasının müdiri vəzifəsində çalışıb.
- 1998-ci ildən televiziya və radiojurnalistikası kafedrasının baş müəllimi, jurnalistika fakültəsinin dekan müavinidir.
- 12 elmi məqalənin müəllifidir.
TƏDRİS ETDİYİ FƏNLƏR
- KİV-in texnikası və texnalogiyası
- RTV jurnalistikasının əsasları
- Jurnalistin praktik yaradıcılığı
TƏDQİQAT SAHƏSİ
- Müasir yayım texnologiyalarının televiziya və radioda tətbiqi
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Metodik göstəriş və proqramlar
- KİV-in texnikası və texnologiyası. Metodik göstərici. Bakı, 2001
- KİV-in texnikası və texnologiyası (Radio və televiziya). Fənn proqramı. Bakı, 2005
Məqalələr
- Jurnalist arqumentasiyasında səsin konversasiya üsullarının rolu. “Müstəqil Azərbaycanın jurnalistikası” elmi-praktik konfransın materialları. Bakı, 2002
- Təsxirin konversasiya üsulları. “Heydər Əliyev və Azərbaycan jurnalistikası” elmi-praktik konfransın materialları. Bakı, 2004
- Azərbaycan teleməkanında ANS telekanalı,”Azərbaycanın müasir KİV sisteminin aktual problemləri”. Bakı, 2006
- Azərbaycan teleməkanında “Space” kanalı, Həsən bəy Zərdabi (1907-2007). 27 noyabr, Bakı, 2007
- Elektron mediada mikrafonla iş. “Füyuzat-100”. Bakı, 2007
- Azərbaycanın bölgə telekanalları (Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı, 2011
- Azərbaycanda kabel televiziyası: dünya təcrübəsi və reallıq, Qloballaşma dövründə medianın akual problemləri, II beynəlxalq elmi-praktik konfransın materialları, Bakı, 2012
- Müasir dövrdə kabel və abunə televiziyaları. “Dil və ədəbiyyat”, №3(87). Bakı, 2013
- Teleaparıcının texniki vasitələri. “Dil və ədəbiyyat” jurnalı, №4. Bakı, 2014
- Radio studiyasının texniki yaradıcı bazası. Dil və ədəbiyyat”. Beynəlxalq elmi-nəzəri jurnal. №3 (95). Bakı, 2015
- Azərbaycan teleməkənında hərbi vətənpərvərlik verilişləri. “Dil və ədəbiyyat” jurnalı. №2(98). Bakı, 2016
- Elektron mediada hərbi vətənpərvərlik mövzusu. Jurnalistika. № 7, 2017
- Azərbaycanda internet televiziyaları . Jurnalistika. № 9, Bakı, 2018
Xankəndi
Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir. Bu məqsədlə Türkiyə Respublikasından alınan müasir tələblərə cavab verən mühəndis texnikası və avadanlıqları Azərbaycan Ordusunun arsenalına qəbul olunur.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, azad edilmiş ərazilərimizin minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsində istifadə olunan yeni texnika və avadanlıqlarla tanışlıq məqsədilə mayın 25-də kütləvi informasiya vasitələri (KİV) nümayəndələri üçün media-tur təşkil olunub.
Media nümayəndələrinə mühəndis-istehkam bölmələri tərəfindən müasir texnika və avadanlıqlardan istifadə etməklə ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri praktiki nümayiş etdirilib.
Yeni texnika və avadanlıqların dərindən öyrənilməsi və bacarıqla istifadə edilməsi məqsədilə hərbi qulluqçuların kurslara cəlb olunması barədə media nümayəndələrinə ətraflı məlumat verilib.
Sonda kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara müvafiq sertifikatlar təqdim edilib.
Comments are closed, but trackbacks and pingbacks are open.