İngilis Dili Səviyyələri
Segirt Son Dəqiqə Mövcud Xəbərlər
İngilis klaviaturasında i necə edə bilərəm?
Boşluq çubuğunun solunda “Alt” düyməsini basıb saxlasanız və sağdakı NumPad nömrə düymələrinə 213 yazsanız, düymələri buraxdığınız zaman kiçik i hərfi görünəcək. Aşağıdakı düyməyə basaraq bu mətni kompüterin yaddaşına saxlaya bilərsiniz.
İngilis Klaviaturasını Türk dilinə necə çevirmək olar?
Klaviatura dilinin dəyişdirilməsi Windows 7
Böyük I-i necə etmək olar?
Böyük hərflə yazdıqda Î, kiçik hərflə yazdıqda isə î kimi görünür. Klaviaturanızda bu funksiya yoxdursa, boşluq düyməsinin solunda “Alt” düyməsini basıb saxlasanız və sağdakı Nömrələr Pad nömrə düymələrinə 140 yazsanız, düymələri buraxdığınız zaman î hərfi görünür və düymələri buraxdığınız zaman 0206 yazsanız, Î hərfi.
Ó hərfini necə etmək olar?
Məsələn, á hərfini yazmaq üçün Alt + 160 düymələrindən istifadə etməliyik, yəni klaviaturada Alt düyməsini sıxarkən 160 rəqəmini yazmalıyıq. HƏRF KEYFİ KOMBİNASYONUóAlt + 162ÚAlt + 0218úAlt + 163ÑAlt + 0209
Böyük hərfdə Ô, kiçik hərfdə ô hərfidir. Klaviaturanızda bu funksiya yoxdursa, boşluq düyməsinin solunda “Alt” düyməsini basıb saxlayın və sağdakı Nömrələr Pad nömrə düymələrinə 147 yazsanız, düymələri buraxdığınız zaman ô hərfi çıxır və düymələri buraxdığınız zaman Ô hərfi.
Gözəl a necə yazılır?
Qısayol metodu klaviaturada başlıqlı a hərfini yazmaq üçün istifadə edilə bilər. Klaviaturada a hərfini qapaqlı etmək üçün shift düyməsini basıb saxlayaraq 3 rəqəmini sıxmaq, sonra isə a hərfini göstərən düyməni sıxmaq lazımdır. Bu tull kombinasiyası ilə baş hərfini a etmək mümkündür.
Ed işarəsini necə etmək olar?
Ət işarəsi yaratmağın başqa bir yolu “CTRL + ALT + Q” birləşməsindən istifadə etməkdir. Əvvəlcə klaviaturanızda CTRL və ALT düymələrini eyni anda basıb saxlayın. Sonra hərf bölməsindən Q hərfinə basın.
Dairədə necə a düzəltmək olar?
A quyruğu, yəni @ işarəsi Q və F klaviaturalarında fərqli şəkildə edilir. Q klaviaturasında Q düyməsini və Alt Gr düymələrini birlikdə basaraq; F klaviaturasında Q əvəzinə F düyməsini, Alt Gr və ya ctrl və alt düymələrini birlikdə sıxmaqla və ya Alt düyməsini basıb rəqəmsal klaviaturada 64 rəqəmini daxil etməklə yazılır.
Segirt Son Dəqiqə Mövcud Xəbərlər
İngilis Dili Səviyyələri
İngilis dili səviyyə testi yazının sonunda qeyd olunub. İmtahandan keç ingilis dili səviyyəni müəyyən elə!
“Ingilis dilini bilirsən?”
Bizə bu sual veriləndə çox vaxt cavab verməkdə çətinlik çəkirik . Hə deyim yoxsa, yox? Bu sualın cavabını hə və ya yox cavabı ilə məhdudlaşdırmaq mümkün deyil. Daha aydın cavab demək olar ki, mən bu səviyyədə ingilis dilində danışıram. Yaxşı, gəlin danışdığımız ingilis dili səviyyələrini və onlar haqqında nələri bilməli olduğumuzu öyrənək və onlara ətraflı nəzər salaq.
İngilis dili səviyyələri hansılardır?
A1 – Beginner (Başlanğıc səviyyə)
A2 – Elementary (İbtidai səviyyə)
B1 – Pre-Intermediate (Orta səviyyədən öncə)
B2 – Intermediate (Orta səviyyə)
C1- Upper-Indermediate (orta səviyyədən yuxarı)
C2 – Advanced (Qabaqcıl, inkişaf etmiş səviyyə)
6 səviyyədən ibarətdir.
Beginner səviyyəsi haqqında (A1)
Azərbaycan dilində “başlanğıc” mənasını verən beginner səviyyəsi insanların ingilis dilini öyrənməyə başladığı mərhələdir. Bu səviyyədə ingilis dilində danışan insanlar sadə ifadələr işlədə bilirlər. Onlar gündəlik olaraq istifadə etdiyimiz əsas söz ehtiyatlarından çox azına sahibdirlər. Sadəcə özlərini təqdim edə bilərlər. Onlar kim olduqları, harada yaşadıqları, tanıdıqları insanlar və sahib olduqları şeylər kimi şəxsi məlumatlar haqqında suallar və cavab verə bilərlər. Qarşındakı insan yavaş danışarsa, o, azda olsa ünsiyyət qura bilər və çox məlumatlı olduqları mövzularda qısa cümlələrlə cavab verə bilərlər.
Sonda deyə bilərik ki, onlar yalnız qısa şəkildə özlərini təqdim etmək üçün kifayət qədər məlumata sahibdirlər və ünsiyyət qurmaq imkanları çox məhduddur.
Elementary səviyyəsi haqqında (A2)
Azərbaycanca “əsas” mənasını verən Elementary səviyyəsində olan insanlar, özlərini Beginner səviyyəsindən daha yaxşı ifadə edirlər. Çünki onlara görə daha çox söz bazasına sahib olduqları üçün,özlərinə olan inamı daha çoxdur. Onlar şəxsi və ailə məlumatlarını, maraq dairələrini və bu sahələr haqqında məlumatları təsvir etmək üçün kifayət qədər aydın cümlələr qura bilirlər. Gündəlik fəaliyyətlər və vərdişləri haqqında sadə dildə ünsiyyət qura bilirlər. Məsələn: “Bugün idman zalına getmək üçün çölə çıxdım” (“I went out to the gym today”) və ya ” Qızımı 2 saata həkimə aparıram “. (I will take my daughter to the doctor 2 hours later.) kimi cümlələr qura bilirlər.
Qısacası; gündəlik həyatda danışmaq üçün kifayət qədər əsas məlumatlara malikdirlər və bu məlumatlarla ünsiyyət qura bilirlər.
Pre-Intermediate səviyyəsi haqqında (B1)
Artıq biz özümüz haqqıda rahat şəkildə danışa biləcəyimiz bir səviyyəyə gəldik.”Orta səviyyədən əvvəl”, yəni pre-intermediate səviyyəsi haqqında çox adamdan eşitmiş ola bilərsiniz. Bu səviyyədə olan insanlar söhbətin əsas məqamlarını, bir çox radio, telekanal və qəzetlərdə baş verən hadisələri və ya şəxsi maraqlarına uyğun olan məsələlərin əsas məqamlarını anlaya bilirlər Mövzular tanış olduqları hadisələrə aiddirsə, başa düşülən ingilis dilində yazılmış mətnləri oxuya bilərlər. O, təkcə anlamaqla kifayətlənmir, həm də müzakirə olunan mövzulara münasibət bildirərək söhbətə müdaxilə edir.Sadəcə olaraq yaşadığı hadisə və təcrübələri, hiss və düşüncələrini çatdıra bilir. Çox əhatəli olmasa da, xəyallarını danışa və istəklərini sadə səviyyədə ifadə edə bilər. Əgər ingilis dili səviyyəniz Pre-İntermediate-dirsə , rahatlıqla xaricə səyahət edə biləcəksiniz.
Qısacası onlar, gündəlik həyatı, cari hadisələri və maraq doğuran mövzuları başa düşə və danışa bilərlər.
Intermediate səviyyəsi haqqında (B2)
Intermediate, yəni “orta səviyyə”, doğma ingiliscə danışanlarla səlis və aydın ünsiyyət qura bilirlər. Sadə cümlələrdən kənara çıxır, digər səviyyələrdə olduğu kimi, daha mürəkkəb ideya və düşüncələri anlayır və onlara asanlıqla cavab verir. Gündəlik söhbətlərdə səlis və başa düşüləndirlər. Intermediate səviyyəsində olan insanlar daha çox söz bildikləri üçün sözlərin öyrənilməsinə deyil, vurğuya diqqət yetirməyə başlayırlar. Bu zaman sözlərin düzgün tələffüzünü başa düşməlisiniz. Onlar bir çox mövzularda mətnləri aydın və ətraflı yaza bilir. IELTS və TOEFL almaq istəyən şəxslər bu səviyyədən başlaya bilərlər.
Toefl nədir adlı blog yazımız: klik edin
IELTS nədir adlı blog yazımız: klik edin
Nəhayət; Əgər B2 səviyyəniz varsa, əminliklə “Mən ingiliscə danışa bilərəm” deyə bilərsiniz.
Upper-Intermediate səviyyəsi haqqında (C1)
Orta səviyyənin son mərhələsi olan C1-də siz gündəlik həyatda ehtiyac duyacağınız ingilis dilini tam olaraq öyrənəcəksiniz. Siz ağlınıza gələn hər bir şeyi ingilis dilində danışa, fərqli vurğuları başa düşə, ingiliscə mətni oxuya və asanlıqla tərcümə edə bilərsiniz. Bu, ümumi ingilis(General English) dilinin bitdiyi və akademik ingilis dilinə keçdiyi səviyyədir, burada o, ingilis dilindən danışıq/yazılı formada səlis, düzgün və doğru istifadə edə bilər. Siz öz peşənizlə bağlı təqdimatlar edə, məktub yaza və asanlıqla cavab verə bilərsiniz. Uzun nitqləri və mühazirələri, hətta fərqli vurğu ilə tərs cümlələri də başa düşə bilərsiniz. Siz bütün sosial xəbər şəbəkələrində və TV-də video və proqramları izləyə, filmləri altyazısız izləyə bilərsiniz.
Advanced səviyyəsi haqqında (C2)
Yüksək səviyyədə ingilis dilində danışıla bilən bir səviyyədir. Əgər Advanced (C2) səviyyəsindəsinizsə, ingilis dilindən ana dili kimi istifadə edə bilərsiniz. Fikirlərinizi ətraflı, uzun və səlis şəkildə ifadə edə bilərsiniz. İstəsəniz, uzun söhbətləri asanlıqla başa düşə, film və seriallara altyazısız baxa və hətta ingilis dilində kitab da yaza bilərsiniz. Fərqli vurğuları, deyimləri və tərs cümlələri başa düşə bilərsiniz.
Bu səviyyəni qısaca təsvir etmək istəsək; İngilis dilinin rəsmi dil olduğu istənilən ölkədə, məsələn, İngiltərə və Amerikada və ya başqa dildə danışılan hər hansı ölkədə asanlıqla yaşamaq üçün kifayət qədər ingilis dilini bilirsiniz.
İngilis dili imtahanı
Əgər sizdə İngilis dili səviyyənizi öyrənmək istəyirsinizsə, aşağıdakı linkə keçid edərək, ödənişsiz səviyyə imtahanı verə, İngilis dili səviyyənizi öyrənə bilərsiniz.
İngilis dilindən məqalə tərcüməsi
İngilis dilindən tərcümə zamanı hansı dilə tərcümə edildiyi, mətni oxuyacaq hədəf kütlənin kimlər olduğu, tərcümənin məqsədi kimi təməl anlayışlara diqqət etmək lazımdır. Əksər hallarda işimizi asanlaşdırmaq və tərcüməyə sərf edəcəyimiz müddəti qısaltmaq üçün Google Translate istifadə edirik. Ancaq bu vasitə zamanı tərcümələr tamamən fərqli hal alır və yanlış tərcümələrə səbəb olduğu üçün, həm keyfiyyətsiz tərcümə olur, həm də tərcümə müddətimizi düşündüyümüzün əksinə daha da artırır.
İşimizi asanlaşdırdığını düşündüyümüz bir çox tərcümə saytları olsa da, ən keyfiyyətli məqalə tərcüməsini yalnız biz özümüz edə bilərik. Bəs yaxşı, tərcümə bacarığını özümüzdə necə inkişaf etdirəcəyik?
Bu dəfəki yazımızın mövzusu İngilis dilindən Azərbaycan dilinə məqalə tərcüməsi zamanı nəzər yetirməli olduğumuz detallarla bağlıdır. Bu yazı daxilində İngilis dilində yazılmış bir neçə cümlə, paraqraf və onların tərcüməsi ilə tanış olacaqsınız. Eyni zamanda paraqraf tərcüməsi zaman paraqrafın necə təhlil edildiyi ilə bağlı nümunə də görəcəksiniz. Yazımızın sonunda isə İngilis dilində məqalə tərcüməsi zamanı diqqət etməli olduğunuz önəmli nöqtələrə toxunacağıq. Ən əsas qayda:
İngilis dilində Azərbaycan dilinə cümlə tərcüməsi zamanı Xəbərdən əvvəl, Xəbərdən sonra və Xəbər kimi bir sıralamanın olacağı və bunun üzərinə binanın inşa ediləcəyi unudulmamalıdır.
Cümlə quruluşu
1. Mübtəda – Xəbər
Bir ifadənin cümlə ola bilməyi üçün ən az bir xəbərə ehtiyacı var və tərcümə zamanı ilk olaraq Xəbəri tapmaq lazımdır və cümləni tərcümə etməyə Xəbərdən əvvəl yerləşən sözlərdən başlamaq lazımdır. Bəzi hallarda Xəbər, sifət və ya isim ola bilər.
Elephants are big – fillər böyükdür.
Life is good – həyat gözəldir.
You are a leader – sən bir lidersən.
Xəbər fel vasitəsi ilə də düzəldilə bilər.
People work – İnsanlar işləyirlər.
I carry – mən daşıyaram.
Children play – uşaqlar oynayar.
You are reading – sən oxuyursan.
We will help – biz kömək edəcəyik.
The film ended – film bitdi.
2. Mübtəda – Xəbər – Tamamlıq
Əksər cümlələr Mübtəda – Xəbər – Tamamlıq şəklində qarşımıza çıxır. Bu situasiyada tərcümə sıramız yuxarıda – ən əsas qaydada qeyd etdiyimiz kimi Xəbərdən əvvəl – Xəbərdən sonra – Xəbər formasında olmalıdır.
We speak English – biz İngilis dilində danışırıq.
My parents called my friends – valideynlərim dostlarıma zəng etdi.
Mr.Parkinson will buy a computer – Cənab Parkinson kompyuter alacaq.
Politicians may visit this small village – siyasətçilər bu kiçik kəndi ziyarət edə bilərlər.
Everybody knows the answer – hamı cavabı bilir.
3. Mübtəda – Xəbər – Tamamlıq – Zərf
Bəzi cümlələrdə Mübtəda, Xəbər və obyekt bildirən Tamamlıqdan əlavə də müxtəlif nitq hissələri ola bilər. Burada da eyni qayda da yuxarıda qeyd edilən qaydanın tətbiq edilməsi məqsədəuyğundur.
The students are studying English carefully – Tələbələr diqqətli formada İngilis dili öyrənirlər.
The robbers entered the bank secretly two hours ago – oğrular banka iki saat əvvəl gizlincə girdilər.
I will submit my thesis next month – tezisimi gələn ay təslim edəcəyəm.
Some drivers are driving their cars recklessly – bəzi sürücülər maşınlarını diqqətsiz formada sürürlər.
Məqalə təhlili
İndi isə bütün qaydaları vahid paraqraf nümunəsi üzərində cümləbəcümlə incələyərək gözdən keçirək. İngilis dilində olan məqalədən bir hissə:
Cells, the basic unit of any living organism, range in complexity from the simplest types found in prokaryotes (bacteria and bacteria-like organisms now classified as archaea) and the much larger and more complex examples found in eukaryotes (which include animals and plants). The main features of these cells are illustrated in the generic model shown in Fig. 27.1. Crucial to all cells are membranes, which act as barriers to water and ions and make possible the management of all mobile species and of electrical currents. Membranes are lipid bilayers, approximately 4 nm thick, in which are embedded protein molecules and other components. Bilayer membranes have great lateral strength but they are easy to bend. The long hydrocarbon chains of lipids make the membrane interior very hydrophobic and impermeable to ions, which must instead travel through specific channels, pumps, and other receptors provided by special membrane proteins. The structure of a cell also depends on osmotic pressure, which is maintained by high concentrations of solutes, including ions, imported during active transport by pumps.
Bu məqalənin detallı təhlili aşağıda verilmişdir
1. Cells, the basic unit of any living organism, range in complexity from the simplest types found in prokaryotes (bacteria and bacteria-like organisms now classified as archaea) and the much larger and more complex examples found in eukaryotes (which include animals and plants).
Cümlənin uzun olması gözünüzü qorxutmasın, qarşınıza çıxan paraqrafın ilk cümləsi çətin cümlə də, asan cümlə də ola bilər. Aşağıda qeyd edilən metodlar vasitəsi ilə məqalənin cümlələrini daha kiçik hissələrə ayırmağı və kiçik parçalarla oynamağı öyrənəcəksiniz. 2. Cümləni sürətli formada oxuyun və mübtəda, xəbər, tamamlıq kimi nitq hissələrini müəyyən edin. Oxuduqdan sonra cümlənin “Cells, the basic unit of any living organism” hissəsinin mübtəda, “range” hissəsinin xəbər və “in complexity from the simplest types found in prokaryotes…” hisəsinin isə tamamlıq olduğunu görəcəksiniz. İngilis dilindən Azərbaycan dilinə tərcümə edildiyi zaman adətən mübtəda + tamamlıq + xəbər formulundan istifadə edilir.
Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.
3. Buna görə də ilkin mərhələdə cümlənin mübtəda hissəsini tərcümə edəcəyik. Mübtədanı vergüllər, və / və ya, nöqtəli vergül və alt cümlələr olmaqla bir neçə kateqoriyaya ayırırıq və soldan sağa doğru irəliləyirik. Alt cümləyə (yəni cümlə daxilindəki daha kiçik cümlələr) rast gəldiyimiz zaman isə tərcüməni sağdan sola doğru edirik. Bunları yadda saxlayaraq tərcüməni bu formada edəcəyik: Hüceyrələr, hər hansı canlı orqanizmin təməl vahidi olmaqla… Təbii ki, bu tərcümə insandan insana dəyişə bilər, ancaq tərcümələr aşağı-yuxarı eyni olacaqdır. Bəzən tərcümə edilmiş cümlələrdə original cümlədən fərqli olaraq əlavə sözlərin olduğunu görə bilərsiniz. Bunlar iki dil arasındakı fərqdən qaynaqlanır. 4. İkinci olaraq isə cümlənin tamamlıq hissəsini tərcümə edəcəyik. Qeyd edək ki, cümlənin adı çəkilən hissəsi belədir: in complexity from the simplest types found in prokaryotes (bacteria and bacteria-like organisms now classified as archaea). İndi isə bu cümləni soldan saga doğru oxuyaq və alt cümlənin olub-olmadığına diqqət yetirək. Əlavə (yan) cümlə yoxdursa, o zaman eyni qaydada, soldan sağa doğru irəliləməyə davam edirik. Əgər yan cümlə varsa, o zaman sağdan sola doğru gedərək əvvəlcə həmin cümləni bitiririk, sonra isə yenidən soldan sağa getməyə başlayırıq. Bu halda isə cümlənin tərcüməsi belə olacaqdır: Prokaryotlarda rast gəlinən ən sadə növlərdən (indi arxeeya olaraq sinifləndirilən bakteriyalar və bakteriyaya oxşar olan orqanizmlər). Bu daha sadə metoddur. Əgər məqalə tərcümə etməklə bağlı heç bir təcrübəniz yoxdursa, o zaman müxtəlif metodları yoxlayın və sizin üçün ən asan görünən metod hansıdırsa, onun üzərində məşq edin. Ən əsası isə bu prosesin önəmli nöqtəsinin bol-bol təcrübə etmək olduğunu unutmayın. 5. and ilə davam edən hissəyə baxırıq və cümləni tərcümə edirik. and the much larger and more complex examples found in eukaryotes (which include animals and plants). Burada cümlənin içərisində də cümlə olduğu üçün, yəni yan cümlə olduğu üçün sondan başa doğru gedəcəyik. Cümləni “eukaryotlarda olan daha böyük və daha mürəkkəb nümunələr (heyvanlar və bitkilər də daxildir)” kimi tərcümə edirik. 6. Daha sonra isə geriyə qalan tək hissə olan xəbərə baxırıq. Cümlənin xəbəri range –dir. Mübtəda + Tamamlıq + Xəbər sırası ilə bütün cümlənin tərcüməsi aşağıdakı kimi olacaqdır: Hüceyrələrə hər hansı bir canlı orqanizmin təməl vahidi olmaqla birlikdə, prokaryotlarda var olan ən sadə növlərdən (indi arxeeya olaraq sinifləndirilən bakteriyalar və bakteriyaya oxşar olan orqanizmlər) eukaryotlarda olan daha böyük və daha mürəkkəb nümunələrə (heyvanlar və bitkilər də daxildir) qədər geniş bir sinifdə rast gəlinir. 7. Xəbəri əlavə etdikdən sonra bütöv cümləyə, eyni zamanda əlavə edilən hissələrin bir-birinə uyğunluğuna diqqət edərək cümləni bir daha oxuyuruq. Bu prosedur hər nə qədər çətin və mürəkkəb görünsə də, motivasiyanızı itirməyin. Yorulmadan yoxlamağa davam etdiyiniz təqdirdə məqalələri daha rahat formada və ilk oxunuşda tərcümə edə biləcəksiniz.
Digər cümlələrin tərcüməsi
Cümlələrdən birini detallı formada incələdiyimiz üçün artıq bir az sürətlənəcəyik, əvvəlcə cümlənin İngilis dilindəki formasını, sonra isə Azərbaycan dilindəki qarşılığını yazacağıq.
The main features of these cells are illustrated in the generic model shown in Fig. 27.1. – Bu hüceyrələrin təməl özəllikləri Şəkil 27.1-də göstərilən ümumi modeldə açıqlanmışdır.
Crucial to all cells are membranes, which act as barriers to water and ions and make possible the management of all mobile species and of electrical currents – Bütün hüceyrələr üçün həyati dərəcədə vacib olan hissə membrandır, su və ionlara qarşı divar kimi davranır və bütün hərəkətli növlərin və elektrik yüklərinin idarə edilməsinə imkan verər.
Membranes are lipid bilayers, approximately 4 nm thick, in which are protein molecules and other components. – Hüceyrə membranları ikiqatlı membranlardır, təxminən 4 nm qalınlığındadırlar və protein molekullarından, digər komponentlərdən ibarətdir.
Bilayer membranes have great lateral strength but they are easy to bend. – İkiqatlı membranların yan gücləri böyükdür, buna baxmayaraq asan bükülürlər.
The long hydrocarbon chains of lipids make the membrane interior very hydrophobic and impermeable to ions, which must instead travel through specific channels, pumps, and other receptors provided by special membrane proteins. – Uzun lipid hidrokarbon zəncirləri membranın içini çox hidrofobik və ionlara qarşı keçilməz edər, ionlar özəl membran proteinləri tərəfindən təmin edilən və sovurucular olaraq bilinən özəl kanallardan keçməlidir.
The structure of a cell also depends on osmotic pressure, which is maintained by high concentrations of solutes, including ions, imported during active transport by pumps. – Hüceyrənin quruluşu eyni zamanda transport zamanı sovurucular (nasos) tərəfindən idxal edilən ionlar da daxil olmaqla, məhlulların yüksək konsentrasiyaları ilə qorunan osmotik təzyiqdən də asılıdır.
Sizlər üçün faydalı ola biləcəyini düşündüyümüz bəzi qeydlər ilə aşağıda tanış ola bilərsiniz.
Qeyd 1. Bir vərəq və qələm götürün, İngilis dilindəki mətni oxuyun və əvvəlcə mübtədanı tapın və soldan sağamı, sağdan sola doğrumu tərcümə edəcəyinizə qərar verin. Daha sonra isə xəbəri tapın. Hər dəfə sadəcə bir cümlənin tərcüməsini düşünün, cümlələri ayıran bağlayıcılara diqqət edin, “and”, “or” kimi bağlayıcıları, nöqtə və vergül kimi durğu işarələrini gördüyünüz zaman dayanın və həmin hissəyə qədər olan tərcüməni tamamlayıb vərəqə yazın, sonra isə davam edin. Qeyd 2. Yorulduğunuz zamanlarda 15-20 dəqiqəlik fasilələr verə, çay içib, musiqi dinləyə bilərsiniz. Çalışın bu fasilələrdə kompyuter və telefonla məşğul olmayın, kitab oxumayın. Qeyd 3. Bilmədiyiniz bir sözlə qarşılaşdığımız zaman lüğətə baxmaq, uyğun mənanın hansı olduğuna qərar vermək və bu mənanı qeyd etmək çox vaxtımızı sərf etməyimizə səbəb olur ki, bu da özlüyündə fokslanma prosesinə maenə törədir. Bunun yerinə, mənasını bilmədiyiniz bir sözü olduğu kimi qeyd etmək və digər sözlərdən ayırmaq üçün başına isə balaca bir işarə qoymaq daha məqsədəuyğundur. Məsələn, I like stuffed peppers, especially cooked in an oven cümləsində stuffed sözünün mənasını bilmədiyinizi düşünək, bu zaman cümləni tərcümə etməyə başladığınızda “Stuffed” bibərləri sevirəm, xüsusən də onlar sobada bişibsə deyirik. Məqaləni bitirdiyiniz zaman isə bilmədiyiniz bütün sözləri tək-tək taparaq yerinə yerləşdiririk və bu həm məqaləyə fokslanmaq, həm də yeni sözləri öyrənmək baxımından olduqca faydalıdır. Qeyd 4. Əgər bütün bunlara baxmayaraq cümləni tərcümə etmə prosesində həddən artıq problem yaşayırsınızsa və tərcümə etmək sizin üçün mümkünsüz kimi görünürsə, o zaman İngilis dili səviyyəsi sizdən daha yaxşı olan birindən kömək istəyə bilərsiniz. BONUS
Təcrübə etməyiniz məqsədi ilə aşağıda İngilis dilində bir paraqraf və onun Azərbaycan dilindəki qarşılığı verilmişdir. Tərcüməyə keçməzdən əvvəl original mətni oxuyaraq özünüz tərcümə etməyə çalışın. Bu mətn yuxarıda izahı verilən məqalə qədər çətin deyil. Özünüz oxumağa çalışın və bitirdikdən sonra mətni cümlə-cümlə təhlil edərək Azərbaycan dilindəki tərcüməsinə də baxın. Myths are stories attributed to more theoretical phenomena including the creation of earth, human beings and animals, the reason why death exists and afterlife. On the other hand, legends point at comparatively more recent events, and are more realistic than myths. Even if characters or heroes are attributed with supernatural abilities, these supernatural attributions are not as fictional as those in myths. Paul Bunyan is a giant man with very large feet which corresponds to the width of 10000 ordinary feet’s width. He is thought to be from French Canadian origin. Even though Paul Bunyan is attributed with supernatural features, as the story refers to a comparatively recent time, and the attributions are more realistic, it is considered as a legend.
Miflər dünyanın, insanların və heyvanların yaradılışı, ölümün var olma səbəbi və ölümdən sonrakı həyat kimi daha çox teorik məfhumlar ilə bağlı olan hekayələrdir. Əfsanələr isə qismən daha yaxın zamandakı hadisələrə işarə edir və miflərdən daha realdırlar. Xarakterlər və ya qəhrəmanlara fövqəltəbii güclər bəxş edilsə də, bu fövqəltəbii özəlliklər miflərdəki kimi uydurma deyil. Paul Bunyan, ayağı 10.000 normal ayaq genişliyindəki çox böyük ayaqlara sahib olan nəhəng adamdır. Əslən Fransız Kanadalı olduğu düşünülməkdədir. Paul Bunyana fövqəltəbii güclər bəxş edilsə də, bu hekayə qismən daha yaxın zamanı göstərdiyi üçün və atributlar da daha real olduğu üçün bunun bir əfsanə olduğu düşünülür. İngilis dilində məqalə tərcüməsi ilə bağlı detalları incələdiyimiz bu yazımız da burada sona çatır. Sizin üçün faydalı olduğunu ümid edir, bol-bol məqalə oxuya bilməyiniz üçün səbr diləyirik
Comments are closed, but trackbacks and pingbacks are open.