Press "Enter" to skip to content

Səpkilər hansı xəstəlikdən xəbər verir və xilas olma yolları

Arterial hipertoniyaya nəzarət edilməyəndə beyin qan dövranının qısa dövrlü pozulmaları təkrarlananda bu cür əlillik hallarına gətirib çıxara bilir.

Beyini, ürəyi və böyrəyi zədələyən xəstəlik- yüksək qan təzyiqi haqqında nə bilirik?

BBC Azərbaycancanın Bakı müxbiri Cəmilə İbrahimova respublikanın baş kardioloqu, Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının müdiri Faiq Quliyevlə söhbətləşib.

– Hipertoniyanın əsas əlamətləri nələrdir?

– Xəstələrdə yorğunluq, baş ağrıları, başgicəllənmə, ürək nayihəsində, baş-boyun nayihəsində ağırlıq halları ola bilər. İlk əlamətlər spesifik deyil, daha çox ümumi xarakter daşıyır.

– Hipertoniyanı xəstəlik hesab etmək olarmı?

– Hipertoniya özü növlərə bölünür. Arterial hipertenziya təzyiqin qalxmasıdır. Bu, müxtəlif xəstəliklərdə ola bilər. Məsələn, şəkərli diabet və böyrək xəstələrində, endokrinoloji xəstəliklərdə ola bilər, beyin travmalarından sonra müşahidə oluna bilər.

Arterial hipertoniya növünün isə səbəbləri tam olaraq bilinməsə də, daha çox genetik faktorlara əsaslanır. Valideynlərdə olan bu təzyiq nəsillikcə keçə bilir. Bu, daha çox 40 yaşlarından sonra özünü biruzə verir. 40 yaşdan sonra insanların bəzilərində naməlum mənşəli arterial hipertoniya özünü göstərməyə başlayır. Bu, naməlum mənşəli hipertoniya essential hipertoniya adlanır.

Əsas xəstəliklərin simptomlarından biri təzyiqin qalxmasıdır. Burada proqnoz nisbətən daha yaxşıdır, çünki əsas xəstəliyi müalicə edəndə, məsələn, böyrək xəstəlikləri, şəkərli diabet və sairə xəstəlikləri müalicə edəndə, təzyiq də aşağı düşür. Bu vaxt təzyiqi nəzarətdə saxlamaq nisbətən asan olur. Amma essential hipertoniyanın mənşəyi bilinmədiyi üçün fəsadları daha böyük olur və müalicəsi daha çətin olur.

– Hipertoniya hansı xəstəliklərin xəbərçisi ola bilər?

– Hipertoniyada üç orqanı yoxlamaq lazımdır: beyini, ürəyi və böyrəyi. İlk olaraq bu orqanlar zədələnir, ona görə də, bunları yoxlamaq lazımdır. Bu orqanların erkən zədələnmə faktorları var. Hipertoniya problemi olan insanlar kardioloqa müalicə etməlidir. Bu orqanların zədələnməsini erkən fazada bərpa etmək mümkündür. Geciksək, bu, erkən fazadan stabil formaya keçir və bərpa etmək mümkün olmur.

– Yüksək təzyiqə ev şəraitində nəzarət edilə bilərmi?

– Ümumiyyətlə, Avropa kardiologiya cəmiyyətinin tövsiyyələrinə görə, arterial hipertoniyası olan xəstələr təzyiqini ev şəraitində ölçməlidir. Çünki, xəstə hər dəfə həkimin yanına gələndə ağ xalatı görəndə təzyiq süni olaraq qalxa bilər. İlk dəfə analizlərin verilməsi və diaqnozun qoyulması üçün həkimə gedilməsi ayrı məsələdir, amma təzyiqə nəzarət ev şəraitində olmalıdır. Bu xəstələr 3-6 aydan bir müayinə üçün həkimə müraciət edə bilər.

Bundan başqa, demək istədiyim bir məqam da var. İndi təzyiqölçən aparatlar çoxdur. Biləyə taxılan təzyiqölçən aparatlardan imkan daxilində istifadə edilməməlidir. Çünki onlar keyfiyyətsiz aparatlardır və göstəriciləri çox vaxt düzgün olmur. Qola – çiyindən aşağı olan hissəyə – taxılan avtomatik, yarımavtomatik və ya əllə ölçülən aparatlar daha dəqiq olur. Onların qiyməti nisbətən baha olsa da, daha dəqiq ölçür.

– Qan təzyiqilə bağlı insanların ən böyük səhvləri nə olur?

– Xəstələrə müraciətlə demək istəyirəm ki, arterial hipertoniyanı müxtəlif bioloji aktiv maddələrlə müalicə etmək düzgün deyil. Həm Amerika, həm də Avropa kardiologiya cəmiyyətləri buna qadağa qoyub. Hətta, reseptlərdə həkimlərə bioloji aktiv maddələri yazmağa icazə vermirlər. Təəssüflər ki, bizdə televizor və reklamlarda yalandan hansısa xalq təbabətindən götürüldüyü deyilən bioloji aktiv maddələr göstərilir və insanlar normal müalicənin yerinə bu maddələri qəbul etməyə başlayır. Bunun nəticəsində isə fəsadlarla xəstəxanaya düşürlər.

– Gecikmiş və səhv müalicənin fəsadları nələrdir?

– Gecikmiş müalicənin fəsadlarında bu gün birinci yerdə beyin qan dövranının pozulması durur. Bundan sonra isə ürək qan dövranının pozulması, ürək çatışmazlığı problemləri durur. Bu xəstəliklərə nəzarət nisbətən mümkün olsa da, beyin qan dövranının pozulmasında isə ölüm halları və əlillik daha çox olur. Nisbətən az, amma yenə təhlükəli olan böyrək qan dövranının pozulmasıdır ki, xroniki böyrək çatışmazlığına gətirib çıxarır. Onlar da həftədə 2-3 dəfə dializ müalicəsi almalıdır. Bütün bunlar gecikmiş fəsadlardır.

Erkən fəsadlar haqqında danışsaq, beyin qan dövranının tam pozulması olmayaraq yarımçıq pozulması olur. Belə fəsadlar xəstələrin koqnitiv fəaliyyətinin, yaddaşının, danışıq qabiliyyətinin pozulmasına gətirib çıxarır. Bunun nəticəsində insan iş qabiliyyətini itirir, artıq işləyə bilmir.

Arterial hipertoniyaya nəzarət edilməyəndə beyin qan dövranının qısa dövrlü pozulmaları təkrarlananda bu cür əlillik hallarına gətirib çıxara bilir.

Bəzən görürəm ki, xəstə həkimə getməyib, amma aptek işçisindən soruşur ki, təzyiqim var, hansı dərmanı qəbul edim. Aptek işçisi də istifadə müddətinin bitməyinə az qalmış dərmanları verəcək. Satıcı həkim deyil. Xəstə tənbəllik edir, həkimə getmir, sonra da fəsadlarla xəstəxanaya reanimasiyaya düşür. Əhalinin özünün vaxtında həkimə müraciət etməməsi və xəstələrin hardasa eşitdiyi bioloji aktiv maddələri qəbul etməsi problem mövcuddur. Hipertoniya ömürlük xəstəlikdir, bir qutu dərman atmaqla sağalan deyil. Belə səhvlərə tez-tez rast gəlirik.

– Bu xəstəliyin yaşı gəncləşirmi?”

– Yaşlılarda arterial hipertoniya daha çox olur. Bizə arterial hipertoniyası olan və həm də bunun fəsadları ilə müraciət edənlərin sayı çoxdur. Digər illərlə müqayisə etsək, gənclərdə arterial hipertenziya son vaxtlarda daha çoxdur. Bunun səbəblərindən ən birincisi kimi stresin daha çox yayılmasını göstərmək olar. Bizə müraciət edən gənclərlə danışanda görürük ki, onlar vaxtında yatmır, gecələri kompüter arxasında keçirir, yuxusu, sutkalıq ritmi pozulur. Ayaqüstü yeməklər, çox duz-istiotlu qidalar, qazlı şirin içkilər təzyiqi qaldırır. Xarici ölkələrdə məktəblərin yaxınlığında yerləşən yeməkxanalarda şirin və qazlı içkilərin satışına icazə verilmir. Çünki, bu həm piylənməyə, həm də arterial hipertenziyaya gətirib çıxarır.

– Yüksək təzyiqin bir nömrəli düşməni nədir?

– Hipertoniyanın bir nömrəli düşməni stresdir. Stres təkcə Azərbaycanda deyil, bütün dünyada texnologiyanın sürətli artması, ümumi həyat tərzinin dinamikasının artması stress səviyyəsini artırır. İnsanlar bir-biri ilə rəqabətə girir. Əhali arasında social bərabərliyin pozulmasının özü stresə səbəb olur. Digər tərəfdən də, təlabatlar artıb. Əvvəl bilirdin ki, universitetə daxil ola bilməsə də, hardasa işə daxil ola biləcək. İndi isə, universitet bitirsələr də, iş tapa bilmirlər. Gərək əlavə xarici dil, kompüter və sairə biləsən. Bütün bunlar stres yaradan faktorlardır.

– Həyat tərzi təzyiqimizə necə təsir edir?

– Əvvəlki uşaqlar həyətdə oynayardılar, indi isə onlara o qədər ev tapşırığı verirlər ki, buna imkan olmur. Buna həm də şərait yoxdur ki, uşaq atlansın, oynasın. Beləliklə, fiziki məşğuliyyət kənarda qalır. Uşaqlar ancaq kompüterə baxırlar, sonra dərsə gedirlər. Orda da ayaqüstü dönər yeyirlər. Əlbəttə ki, təzyiq qalxacaq.

Böyüklərin də həyat tərzi onlara təsir edir. Cavanlar idmanla məşğul olsa, siqaret də çəkməz. İnsanda depressiya var ki, siqaret çəkir. Bu depressiyanı da siqaretlə aradan qaldırır. Spirtli içkilər, xüsusilə də enerji içkiləri içmək böyrək fəaliyyətinin pozulmasına gətirib çıxarır. Bütün bunlar arterial hipertoniyanı üzə çıxarır.

Müraciət edən xəstələrin bəzilərinin həyat tərzini normallaşdırmaqla, depressiyaya qarşı dərman verməklə təzyiqlərini də normallaşdıra bilmişik.

Səpkilər hansı xəstəlikdən xəbər verir və xilas olma yolları

Üzdə olan səpki və aknelərin əmələ gəlməsi periodik xarakter daşısa da xırda səpkilər qəflətən və gözlənilmədən yaranır.Axşam təmiz və hamar olan dəridə səhər xırda səpkilər yaranır.Əlbətdə ki,səpkilərin yaranma səbəbləri də mxtəlifdir.
Xırda səpkilərin əmələ gəlməsi bir sıra səbəblərdən ola bilər.
Mədə – bağırsaq sistemini pozulması,qəbizlik,bağırsaqların atoniyası.
Allergiya: mövsümlə əlaqədar,çiçək,toz,bəzi ağacların tozlanması,günəş,yaz-payız faktorlarına qarşı həssaslığın artması.
Dəri parazitlər,dərinin məsamələrində yaşayan gənənin aktivləşməsi.
Orqanizimdə baş verən bəzi dəyişiklik,hormon dəyişikliyi,klimaks,menusturasiy,yeniyetməlik,hamiləlik və sairə.
Bəzi dərman qəbulu,qidaların həddən artıq turş və ya şirin olması,duzlu ya isti otlu olması.Bu səbəblər də səpkilərin yaranmasına səbəb olan amillərdən sayılır.
Səpkilər üzün hansı hissəsində yerləşməsindən asılı olaraq ilkin mülahizə yürütmək olar.
Alın,saç xəttinə yaxın- öd kisəsi və öd yollarının disfuksiyası,qəbizlik
Göz ətrafında almacıq sümüyü üzərində- böyrək və böyrək üstü vəzin xəstəliyi.
Burun üstü nahiyədə-
qaraciyər disfunksiyası.
Yanaq,sinə,kürək nakiyyəsində- ağ ciyər xəstəliyi.
Burunun ucu və qanadlarında- ürək damar sistemi xəstəlikləri.
Dodaq etrafı və çiyin nahiyəsində- həzm sistemi və yoğun bağırsaq disfunksiyası.
Çənə və çənə altı nahiyədə- hormonal sistemi,əsasən də cinsi hormonların disbalansı zamanı səpkilər əmələ gəlir.
Məsləhətlər:
Üzü isti su ilə yumaq əsasən iltihablı proseslərin sorulmasına səbəb sürətləndirir,demodeks kimi parazitlər istiyə davamsızdır.
Hər axşam üzünüzü yuduqdan sonra tərkibində spirt olan losyon və ya 40%-li spirtlə üzünüzü silin.
Gülümbahar aptek çobanyastığı çiçəyi dəmləməsi ilə üzünüzə islatma ya da buxar vannası edin.
Bitkilərdən hazırlanmış təbii maskalardan istifadə edin.mütamadi olaraq təmiz havada gəzin.Kosmetikadan az istifadə etmək,skrab kimi üzü zədələyici vasitlərdən uzaq durmaq məsləhətdir.
Reseptlər
1) 1çay qaçığı tozağacı tumurcuğu 1 stəkan qaynar suda 10 dəqiqə qaynadılır,20 dəqiqə ocaqdan kənarda saxlanılıb süzülür,bir neçə qat tənzif bu isti dəmləmədə isladılıb üzə qoyulur,soyuduqdan sonra yenə dəyişilir.
2) Təzə bağayrpağı xırda doğrayıb əzilir,alınan kütləni təmiz üzə qoyub 20 dəqiqə gözlənilir sonra üz təmiz yuyulur.
3) 1xörək qaşığı quru dəvədabanı üzərinə 1stəkan qaynar su tökülüb 30 dəqiqə dəmə qoyulur.Alınan dəmləmə ilə hər gün üz yuyulur.
4) 2 xörək qaşığı balla yarım xörək qaşığı toz halına salınmış darçını qarışdırıb hamamdan sonra üzə çəkilir 10 dəqiqə saxlanılıb ilıq su ilə yuyulur.
5) 1 ədəd yumurta ağ köpük olana qədər çalınıb sonra üzərinə 1çay qaşığı nişasta və 4 damcı çayağacı yağı əlavə olunub yaxşı qarışdırılır,sonra üzə çəkilib 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyulub qidalandırıcı krem çəkilir.
6) Aloya yarpağı kəsilib soyuq su ilə yuyulur sərin və qaranlıq yerdə 10 sutka saxlanılır.Yarpağı kəsilməmişdən 1-2 həftə əvvəl bitki sulanmamalıdır.Sonra yarpaqlar xırdalanır əzilir üzərinə 1/5 nisbətində qaynadılmış su əlavə olunur 1 saat dəmlənilir soyuduqdan sonra süzülür.Tünda şüşə qabda saxlanılaraq gün ərzində iki dəfə üz silinir.
Mənbə: herba flora jurnalı .

OXŞAR XƏBƏRLƏR

Səpgilərdən xilas olmağın yolları

Kosmetikadan istifadə etmək

Üz cizgiləriniz hansı xəstəlikdən xəbər verir.

RƏY ƏLAVƏ ET
XƏBƏR LENTİ
20:00, 30-09-2022 01.10.2022 Gündəlik Bürclər (1 Oktyabr 2022 Günlük Bürclər)
19:00, 30-09-2022 Qarışıq Moda Şəkilləri
18:00, 30-09-2022 Kişini özünə CƏLB ETMƏYİN YOLLARI – Onlardan kömək istəyəndə.
18:00, 30-09-2022 “Sekssiz və həyəcansız evlilik. ” – PSİXOLOQLARDAN HƏYƏCAN TƏBİLİ
16:00, 30-09-2022 Günəbaxan tumunun MÖCÜZƏVİ FAYDALARI
15:00, 30-09-2022 Bu 5 sirri heç vaxt sevgilinizə açmayın, yoxsa.
13:00, 30-09-2022 Bürclər Haqqında Maraqlı Məlumatlar (434) – Foto
12:00, 30-09-2022 Ölmüş yaxınlarımızı niyə yuxuda görürük? – Bunu bilməlisiniz!
10:00, 30-09-2022 Mal ətli qozlu salat resepti
09:00, 30-09-2022 Tarixdə Bu Gün – 30 Sentyabr
20:00, 29-09-2022 30.09.2022 Gündəlik Bürclər (30 Sentyabr 2022 Günlük Bürclər)
19:00, 29-09-2022 Modamı Dediniz – Qarışıq Şəkillər (349)
18:00, 29-09-2022 Romantika yoxsa Ehtiras ?
16:00, 29-09-2022 Ədəd və rəqəmlərin özlərinə xas maraqlı xüsusiyyətləri
15:00, 29-09-2022 Saçları necə yumaq lazımdır?
13:00, 29-09-2022 Bürclər Haqqında Maraqlı Məlumatlar (398) – Foto
12:00, 29-09-2022 Əsiz xanımlar, əslində kişini ələ keçirmək çox asandır.
11:00, 29-09-2022 Tarixdə Bu Gün – 29 Sentyabr
10:00, 29-09-2022 Yuxaları Tək-tək Açılmayan, Ən Asan Qoğal: Şorqoğal Resepti – Video Resept
21:00, 28-09-2022 Qisas Yazılı Şəkilləri (81)
20:00, 28-09-2022 29.09.2022 Gündəlik Bürclər (29 Sentyabr 2022 Günlük Bürclər)
19:00, 28-09-2022 Modamı Dediniz – Qarışıq Şəkillər (125)
16:00, 28-09-2022 Ev şəraitində sinəni necə böyütmək olar?
15:00, 28-09-2022 Cadu və nəzəri yumurta ilə necə çıxartmaq olar?
13:00, 28-09-2022 Bürclər Haqqında Maraqlı Məlumatlar (470) – Foto
12:00, 28-09-2022 Xəyallarımızdakı evlər silsiləsindən – FOTOLAR
10:00, 28-09-2022 Limonlu kremli sokoladli tort – HAZIRLANMA QAYDASI
09:00, 28-09-2022 Tarixdə Bu Gün – 28 Sentyabr
20:00, 27-09-2022 28.09.2022 Gündəlik Bürclər (28 Sentyabr 2022 Günlük Bürclər)
POPULYAR XƏBƏRLƏR

  • GÜNLÜK
  • HƏFTƏLİK
  • AYLIQ

ƏN SON MUSİQİLƏR
13:10, 2-05-2023
13:10, 2-05-2023
13:10, 2-05-2023
13:10, 2-05-2023
13:10, 2-05-2023

Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır. Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə yalnız müəlliflər məsuliyyət daşıyır.

Domain Registrant: Səxavət Əliyev

Comments are closed, but trackbacks and pingbacks are open.