Press "Enter" to skip to content

Kənd təsərrüfatı kitabı

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

K/t aid elektron kitablar

Kitabların yüklənməsində göstərdiyi köməyə görə administrasiyaya təşəkkürlər.

  • Teqlər:
  • kənd təsərrüfatı

Dostlarınla paylaş:

Oxşar məqalələr

  • Macarıstan hökumətinin təqaüdü ilə kənd təsərrüfatı üzrə magistraturada pulsuz təhsil
  • Aqrar-sənaye komplelsi
  • Dünyanın kənd təsərrüfatı
  • Azərbaycanda kustar və sənətkarlıq sahələrinin inkişafı haqqında
  • Kənd təsərrüfatı 70-80-ci illərdə

Ev elanları

  • Yaşayış kompleksləri
  • İpoteka krediti kalkulyatoru
  • homdom.az-ev elanları
  • Kirayə verilən daşınmaz əmlak elanlari

0 şərh

Yalnız qeydiyyatdan keçmiş və avtorizasiya olunmuşlar şərh əlavə edə bilər.

İş elanları

  • Bank işi vakansiyaları
  • Muhasib vakansiyalari
  • HR vakansiyalar
  • Muellim vakansiyalari
  • Marketing vakansiya
  • Part-time iş elanlari
  • Jobsearch az internship
  • Qadınlar üçün iş elanları
  • Evdən iş

kənd təsərrüfatı

15 üzv · 19 topik · RSS

Canlı efir

Sənə qurban | Mikayıl Müşfiq 1 Sabuhi_G · 27 fevral 2023, 21:11
Azərbaycan qız adları 1 kayzen · 11 sentyabr 2022, 12:08
Rəssam 2 CavidanNIK · 17 sentyabr 2021, 16:27
Molla Nəsrəddin lətifələri 3 KTo_eCT_KTo · 5 iyun 2021, 01:54
Azərbaycanlı oxucunun şüur defisiti 1 JAVIER_ZANETTI · 31 mart 2021, 17:39
Evdəki allah 2 Optimus11 · 20 yanvar 2021, 18:56
Motosikletli eşşək 2 veyselli · 30 dekabr 2020, 13:40
Arzusuz yaşamaq mümkündürmü? 1 Ayazdizayner · 15 dekabr 2020, 22:41
Nifrət 2 pascal · 24 okyabr 2020, 10:41
Əzim Əzimzadə | Rəssamlığın Sabiri 1 Ayazdizayner · 26 iyun 2020, 08:43

Bloqlar

Düşündürücü hekayələr Reytinq: 262.52
346 saylı marşrut Reytinq: 213.09
Maraqlı faktlar Reytinq: 196.92
Xoşbəxt ailə Reytinq: 179.50
uğur psixologiyası Reytinq: 144.88
Böyük insanlar,şəxsiyyətlər Reytinq: 143.37
Sevgi Reytinq: 138.94
Fotosessiya Reytinq: 136.60

İş elanları

  • interyer dizayner vakansiyası
  • aqronom vakansiya
  • fəhlə vakansiyaları
  • hüquqşünas vakansiyası
  • HR mütəxəssis
  • kassir vakansiya
  • katibə vakansiya
  • kredit məsləhətçisi
  • maliyyəçi iş elanı
  • ofis meneceri
  • satış meneceri iş elanı
  • sosial media mütəxəssisi
Kayzen

Azərbaycanın ən böyük maarifləndirici saytı İnkişaf etmək, maraqlı məlumatlar oxumaq, intellektual azərbaycanlılar üçün kollektiv bloq servisi.

  • Hərəkətə keç
  • Registrasiya
  • Daxil ol
  • İnformasiya
  • Müəllif hüquqları
  • İstifadəçi razılaşması
  • Layihə haqqında
  • Saytda davranma
  • Yardım
  • Qaydalar
  • Reklam

Kənd təsərrüfatı kitabı

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Kənd təsərrüfatı heyvanlarının süni mayalanması və baytarlıq-sanitariya tədbirləri

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

1 – Kənd təsərrüfatı

Ölkələr üçün hazırda ən mühüm ehtiyatlardan biri kənd təsərrüfatıdır. Ancaq bu məsələdə də qlobal güclərin həyata keçirdikləri kənd təsərrüfatı siyasəti ilə əlaqədar olaraq zəif inkişaf etmiş və inkifaş etməkdə olan ölkələrin dünya ərzaq ehtiyatlarından çox az pay aldığını, hətta bəzi ölkələrin aclıq səviyyəsinə endiyini görürük. Şübhəsiz ki, kənd təsərrüfatı bir millətin ərzaq ehtiyacının ödənilməsi üçün ən strateji sektordur.

Əvvəllər çox geniş əkin sahələrindən əldə edilən məhsul, hazırda inkişaf edən texnologiya sayəsində kiçik əkin sahələrində də istehsal oluna bilər. Bundan başqa, əvvəllər coğrafi şəraitlə əlaqədar bəzi sahələrdə baş tutmayan əkinçilik, bu gün çöldə və ya suda belə baş tutur. Həmçinin kənd təsərrüfatı sektorunun mexanikləşdirilməsi nəticəsində keçmişlə müqayisədə daha qısa müddətdə daha çox iş görmək imkanı yaranmışdır. Buna baxmayaraq, zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı istehsalı artmaq əvəzinə inkişaf etmiş ölkələrin təsiriylə azalmışdır. Halbuki, inkişaf etmiş ölkələr bunun tam əksini özlərinin kənd təsərrüfatının inkişafını stimullaşdırır, ona hər cür yardım əlini uzadır. Bu gün dünya ölkələrini nəzərdən keçirdikdə, aydın olur ki, kənd təsərrüfatı məhsulları baxımından korluq çəkən ölkələrin bu sahədə yararlı məhsuldar torpaqlara malik olmalarına baxmayaraq, bu torpaqları işlədən maliyyə vəsaitinə və hər hansı bir modelə sahib olmadıqlarını görürük.
Kənd təsərrüfatına yararlı əraziləri inventarlaşdırılaraq iqlim və torpaq xüsusiyyətlərinə görə məhsul növləri üzrə qruplaşdırmalı, coğrafiya, iqlim, əhali ilə daxili və xarici bazar müvazinətlərini nəzərə alaraq istehsal, miqdar, çeşid, keyfiyyət planlarlaşdırmaları və elmi-araşdırma fəaliyyətləri həyata keçirilməlidir. Kənd təsərrüfatı üçün əlverişli olan dövlət torpaqları uzun müddətə (99 il müddətinə) simvolik qiymətlərlə aqrar bölmədə məşğul olmaq istəyən kənd əhalisinə icarəyə veriləcəkdir. Bunun nəticəsində həm yeni məşğulluq sahələri yaradılacaq, həm də məhsul artımından kənd əhalisi də, dövlət də faydalanacaqdır. Kənd təsərrüfatı təcrid olunmuş şəkildə deyil, ona əsaslanan sənaye ilə birlikdə dəyərləndirilməlidir. Dövlət kənd təsərrüfatını dəstəkləyərək yeni texnologiyaların tətbiqini, investisiyaların müasir şərtlərə uyğunlaşdırılmasını, yeni investisiya imkanlarının inkişafını təmin etməlidir. Hər şeydən əvvəl dövlət, əkinçiyə zəruri maliyyə yardımını məhsulu hələ əkməmişdən əvvəl etməli və onun istehsal etdiyi məhsula bazar təminatı verməlidir. Adətən fermerin vəzifəsi yalnız istehsal etməklə əlaqədar olmalıdır. O, satış haqqında düşünməməlidir. Yəni hər hansı bir fabrikdə istehsal ilə məşğul olan bir işçi satış haqqında düşünmürsə, fermer də yalnız istehsal haqqında düşünməlidir.
Dövlət kənd təsərrüfatı məhsullarının satış qiymətlərinin maya dəyərini hesablayaraq fermerə müvafiq bir mənfəət təmin etməlidir. Bu yol ilə fermerin zərərlə işləməsi anlayışı aradan qalxacaqdır.
Kənd təsərrüfatı məhsullarının artımında dövlətin maliyyə yardımının mənbəyi izah etdiyimiz kimi senyoraj gəliridir. Dövlətlərə digər sektorlardan daha çox senyoraj gəliri əldə etmək haqqı verən və ən az idxalatla ən çox ixracat edən kənd təsərrüfatı sektorudur. Milli İqtisadi Modeldə əkinçiyə emissiya ilə əvəzsiz yardım edilərək Atatürkün sözüylə onu «millətin ağası» edəcəkdir.
İdxal məhsullarına qarşı yerli istehsalçının qorunması əsas şərtdir. Əks təqdirdə, ölkəmizdə xalqın 34%-nin maddi ehtiyacını təmin edən kənd təsərrüfatındakı məhdudiyyət, ölkə iqtisadiyyatına bütövlükdə təsir edəcəkdir. Türkiyədə kənd təsərrüfatı sektoru istər ərzaq təminatı və sənaye, istərsə də 23 milyon əhalinin güzəranını təmin etmək baxımından iqtisadiyyatda çox əhəmiyyətli yer tutur. [63, 14.05.2002] Düzgün olmayan iqtisadi siyasət nəticəsində kənd təsərrüfatına edilən yardımlar aradan qaldırılmış, hətta ona məhdudiyyətlər qoyulmuş, digər tərəfdən idxalat mallarına tətbiq olunan kömrük rüsumlarının aşağı salınması nəticəsində ölkəmizdə kənd təsərrüfatı sektoru dağılmışdır. Dünənə qədər kənd təsərrüfatı məhsulları ilə özünü təmin edən ölkələrdən sayılan Türkiyə, indi buğdanın böyük bir qismini xaricdən alır. Bu, öz əkinçimizi aclığa məhkum edərək başqa ölkələrin əkinçilərini varlandırmaq deməkdir. Üstəlik böyük məbləğdə büdcə kəsiri verən və bu kəsiri yüksək faizlə alınan kreditlərlə bağlayan bir ölkə olduğumuzu düşünəndə, yalnız xarici ölkə əkinçisini maliyyələşdirməyib, eyni zamanda bununla əlaqədar olaraq böyük məbləğdə faiz ödəməyimiz də üzə çıxır.
Ölkəmizdə kənd təsərrüfatı sektoru adam başına ən az gəlir düşən iqtisadiyyat sahəsidir. Türkiyədə ümumi yoxsul əhalinin 42%-nin işlədiyi kənd təsərrüfatı sahəsində illik gəlir, Türkiyədə adam başına düşən illik gəlirin 1/3-ni təşkil edir, [55] yəni Türkiyədə milyonlarla insanların gəlirləri qeyri taraz deyil, onlar sadəcə olaraq kifayət qədər təmin olunmur. Görəsən bu, Türkiyədə kənd təsərrüfatı məhsulları istehsal edən torpağın olmamasındanmı irəli gəlir? Bu sualın cavabını vermədən əvvəl Hollandiya ilə bir müqayisə aparaq.
Hollandiyada 1 milyon hektar sahədə kənd təsərrüfatı məhsulları yetişdirilir. Türkiyədə isə bu 27 dəfə çox, yəni 20 milyon hektar sahədə həyata keçirilir. Hollandiyada kənd təsərrüfatı sektorunda işləyənlərin sayı 200000 nəfərdirsə, Türkiyədə nəinki bu sahədə işləyənlərin ümumi sayı, yanlız ali təhsilli aqronom, baytar, qida və sahə mühəndislərinin sayı 200000 nəfərdir. [55] Hollandiyada kənd təsərrüfatı ilə məşğul olan əkinçi sayı qədər Türkiyədə təhsil görmüş kənd təsərrüfatı mütəxəssisləri vardır. Bütün banlara baxmayaraq, Hollandiya ildə 30 milyard dollar məhsul ixrac edir. [55] Üstəlik Türkiyədə istehsal etdiyi (Antalya, İzmir, Urfa və s.) toxumları təkrar Türkiyəyə satır. Məsələn, 1kq pomidor toxumunu 25 milyard türk lirəsinə satın alırıq.
Qlobal qüvvələr, Türkiyədə olduğu kimi istehsal etdikləri məhsulları satmaq üçün zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə bir sıra məhdudiyyətlər qoymuş və kənd təsərrüfatını xaricdən asılı vəziyyətə gətirmişlər. Eyni zamanda inkişaf etmiş ölkələr kənd təsərrüfatı və sənayeni paralel olaraq inkişaf etdirdiklərinə görə, bioloji və genetik texnologiya sahəsində irəlidədirlər. Kənd təsərrüfatında da az işçi ilə daha çox məhsul əldə edərək öz əhalisinin tələbatını ödəməkdən başqa, ABŞ-da taxıl dağları, Avropada isə süd çayları və ət buzlaqları əmələ gəldi.
Kənd təsərrüfatına daim yardımını artıran ölkələr digər yandan da bizə və bizim kimi ölkələrə «Kənd təsərrüfatına yardım etməyin» – deyirlər. Əvvəllər «əlavə dəyəri aşağı olduğu üçün kənd təsərrüfatı ölkəsi olun» deyirdilərsə, indi Türkiyəyə «Kənd təsərrüfatına yardım etməyin, birbaşa və dolayı yardım strukturlarını özəlləşdirin, inkişafetmiş ölkələrin bazarına çevrilin» deyirlər. Kənd təsərrüfatı sektorunu strateji bir sahə kimi dəyərləndirən Milli İqtisadi Model kənd təsərrüfatını strateji bir sahə hesab edir. Satışa zəmanət və ən münasib qiymətlə kənd təsərrüfatı məhsullarının alınması üçün maliyyə fondlarının yaradılması da bu modelin daxili məntiqidir.

Milli İqtisadi Modeldə kənd təsərrüfatı

· Fermer, planlı və davamlı istehsala qoşulduğu müddət ərzində vergidən azad ediləcək və məhsul satın alma zəmanəti ilə dəstəklənəcəkdir.
· Torpağı olmayan kəndliyə istehsal etmək şərti ilə torpaq veriləcək və istehsala qoşulması təmin olunacaqdır.
· Dövlət tərəfindən məhsulun təxmini qiymətinin 50%-i istehsalçıya avans kimi mövsümdən 6 ay əvvəl nəğd olaraq ödəniləcəkdir.
· Quraqlıq, şaxta, sel kimi təbii fəlakətlərə qarşı məhsul, sığorta sistemi yaradılaraq istehsalçıya dəyən zərərin əvəzi ödəniləcəkdir.
· Strateji əhəmiyyətə malik olan kənd təsərrüfatı sektorunda yerli istehsal idxal məhsullarına qarşı kömrük sədləri vasitəsilə qorunacaqdır.
· Kənd təsərrüfatı məhsullarına BVF və Dünya Bankı vasitəsilə gətirilən qadağalar tamamilə aradan qaldırılacaq, yerli məhsulun artırılması təşviq ediləcəkdir.
· Fermerə dövlət tərəfindən toxum, çiçək, kübrə və dərman veriləcəkdir.
· Fermerə sosial təminat və pensiya hüququ veriləcəkdir.
· Türkiyədə kənd təsərrüfatının alternativi yoxdur. Bunun üçün də kənd təsərrüfatı məhsullarına alternativ axtarmaq əvəzinə, ona istinad edən sənayenin qurulması təşviq ediləcəkdir. Bu məqsədlə, dövlət aqrar bölməyə investisiya qoymaq istəyən sahibkarlara layihə müqabilində faizsiz, lazım gələrsə istehsal olunan məhsullarla kredit verəcəkdir.
· Hökumət satışın təşkil edilməsində istehsalçılarımıza bilavasitə nümunə göstərəcək. Dünyanın hər yerində bazar tapacaq və əkinçinin bazar problemi olmayacaqdır.
· Ölkəmizdə kənd təsərrüfatına yararlı ərazilərin inventarlaşdırılacaq, iqlim və torpaq xüsusiyyətlərinə görə əkinçilik məhsulları qruplaşdırılacaqdır.
· Kənd təsərrüfatı təcrid olunmuş bir sektor kimi deyil, ona əsaslanan sənaye sahələri ilə birlikdə bir tam təşkil edəcəkdir. Bu məqsədlə kənd təsərrüfatı məhsullarının son məmulat halına gətirilməsi üçün inteqrativ sənaye müəssisələri təşviq ediləcəkdir.
· Coğrafiya, iqlim, əhali ilə daxili və xarici bazar müvazinətləri nəzərə alınaraq kənd təsərrüfatı sektorunun istehsal, miqdar, növ, keyfiyyət planlaşdırmaları və elmi-araşdırma fəaliyyətləri həyata keçiriləcəkdir.
· Atatürkün rəhbərlik etdiyi nümunəvi aqrar istehsal sahələrində müasir kənd təsərrüfatı texnikaları və məhsul artırma metodları ilə əkinçiyə nümunə olacaq işlər görüləcəkdir.
· Sənayeləşmə və şəhərləşmənin aqrar əraziləri məhv etməsinin qarşısı alınacaqdır.
· Fermerlərin kooperativləşdirilərək, güc birliyi yaratması dəstəklənəcəkdir. Onlar təsərrüfat alətləri və aparatlarıyla təmin olunacaqlar.
· Erroziya və torpaq itkisinin qarşısı təsirli tədbirlərlə alınacaqdır.
· İstehsalçı və istehlakçı arasındakı məsafə minimuma endirilərək istehsalçının yüksək gəlir, istehlakçının isə ucuz məhsul əldə etməsi təmin olunacaq, kooperativlərdən bu məqsədlə istifadə edilərək yerli ərzaq məhsulları bazarının qaydaları yenidən gözdən keçiriləcəkdir.
· Sənayenin xammalı olan kənd təsərrüfatı məhsulları «Məhdud Regional İnkişaf Modeli» ilə əlaqədar olan sənaye qolları ilə inteqrasiyası təmin olunacaqdır.
· Kənd Təsərrüfat istehsalı mərkəzlərinə xərcləri azaltmaq üçün ucuz yük nəqliyyatı olan dəmir yolları çəkiləcəkdir.
· Ekostrateci qonşularımızla (Orta Asiya, Orta Şərq) kənd təsərrüfatı ixracatına daha çox əhəmiyyət veriləcəkdir.
· Yerli kübrə istehsalına şərait yaradılacaqdır.
· Minimum su sərf etməklə yüksək məhsul miqdarı və keyfiyyəti təmin edən müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi (distilyasiya sistemi, hidrofil qarışıq maddələri) artırılacaqdır.
· Geotermik və günəş enerjisindən istifadə edilən yerlərdə parnikləşdirmə geniş yayılacaq, hər mövsüm üçün kənd təsərrüfatı istehsalı təmin olunacaqdır.
· Yeni su mənbələri tapılaraq kənd təsərrüfatının su ehtiyacları təmin olunacaqdır.
· Əlavə dəyəri yüksək olan heyvandarlığın əsas istehsal amili olan yem ehtiyacının təmin olunması üçün müvafiq kənd təsərrüfatı məhsullarının kifayət qədər istehsalı təşviq ediləcəkdir.

Comments are closed, but trackbacks and pingbacks are open.