Kənd təsərrüfatının istehsalının mexanikləşdirilməsi
Müəllif: Dosent M.Q.Abdullayev
Kənd təsərrüfatı XX əsrin əvvəlində
XX əsrin əvvəllərində aqrar sahədə də bir çox irəliləyişlər baş vermişdi. Müharibə ərəfəsində 1,3 milyon desyatinə çatan əkinə yararlı torpaq sahələrinin yarıdan çoxunda buğda, arpa və düyü, 12%-ində isə pambıq əkilirdi. 1903-cü ildə 60 milyon puda yaxın taxıl məhsulları yığılmışdı. Bütün təsərrüfatların 10%-ni təşkil edən qolçomaq (kənd burjuaziyası) təsərrüfatlarında 1913-cü ildə 20 milyon pud (ölkə üzrə bütün taxılın 1/3-i) taxıl əldə edilmiş və bunun 15 milyon pudu bazarlara satışa çıxarılmışdı. Ümumiyyətlə, Azərbaycanda hər desyatin torpaq sahəsindən orta hesabla 42 pud taxıl götürülürdü.
Bütün Cənubi Qafqazda istehsal edilən çəltik məhsulunun 85%)-dən çoxu Şimali Azərbaycanda becərilirdi.
Kənd təsərrüfatı istehsalının texniki təchizatının zəif olması, k/t maşınlarının kənardan gətirilməsi, ixtisaslı mütəxəssislərin azlığı bu sahənin sürətli inkişafını ləngidən amillərin sırasına daxildir.
XX əsrin əvvəllərində aqrar inkişafın əsas xüsusiyyətlərindən biri istehsalın ixtisaslaşmasının daha da dərinləşməsi və müəyyən sahədaxili sturuktur dəyişikliyinin baş verməsi hesab oluna bilər. Belə ki, sənaye pambıqçılığının inkişafı 1900 – 1913-cü illərdə pambıq əkini sahələrinin 5,5 dəfə artaraq 19 min desyatindən 105 min desyatinə çatmasına gətirib çıxartmışdı. Pambıqçılqda maşın və traktorlardan istifadə edilir və cərgəli əkin üsulu tətbiq olunurdu. Dənli və xüsusilə texniki bitkilər əkinlərinin genişlənməsi yeni suvarma şəbəkələrinin yaradılmasını tələb edirdi. Bu dövrdə Kür və Araz çayları üzərində 150-dək suvuran qurğu qurulmuş, Muğan və Mil düzündə 500 kilometr uzunluğunda suvarma arxı və kanalı çəkilmişdi. Rusiya sənayesinin mahlıca artan tələbatını nəzərə alan hökumət orqanları pambıqçılıq təsərrüfatının genişləndirilməsində maraqlı idi. 1904-cü ildə Qafqaz pambıqçılarının birinci qurultayının Ağdaşda keçirilməsi bunu bir daha sübut edir. 1904-cü ildə Bakı və Gəncə quberniyalarında birlikdə cəmi 300 min puddan çox pambıq məhsulu götürülmüşdüsə, 1913-cü ildə bu rəqəm 4,5 milyon pudu ötüb keçərək 15 dəfə artmışdı. Məhz bu artımın hesabına 1910 – 1913-cü illərdə Azərbaycanda 8,2 milyon pud, ildə orta hesabla 2 milyon puddan çox mahlıc istehsal olunurdu. 1914-cü ildə Cənubi Qafqazda istehsal edilən mahlıcın 75,4%-i Şimali Azərbaycanın payına düşürdü. Bütövlükdə əldə edilən pambığın emalından gələn illik ümumi gəlir 31,2 milyona çatırdı. Pambıq satışında vasitəçilik edən möhtəkirlərin fəaliyyətini məhdudlaşdırmaq məqsədilə 1909-cu ildən borc kredit şirkətləri yaradılmağa başlanmışdı. 1913-cü ildə Azərbaycanda 130-a yaxın kredit şirkəti və borc əmanət kassası fəaliyyət göstərirdi.
XX əsrin əvvəllərində ipəkçilik kapitalist əmtəə istehsalının inkişaf etdiyi kənd təsərrüfatı sahələrindən birinə çevrilmişdi. 1888-ci ildə Azərbaycanda baramaçılıqla 1100-dən çox kənddə məşğul olurdularsa, 1914-cü ildə bu rəqəm 2200-ü ötmüşdü. Həmin il tut (çəkil) plantasiyalarının ümumi sahəsi 60 min desyatinə bərabər olmuşdu. 1901-ci ildə Azərbaycanda cəmi 212 min pud barama əldə edilmişdisə, 1914-cü ildə bu rəqəm 261 min puda çatmışdı. Cənubi Qafqazda becərilən baramanın 81 %-dən çoxunu Azərbaycan verirdi. Əldə olunan barama məhsulu yerli fabriklərdə emal edilirdi. 1910-cu ildə təkcə Gəncə quberniyasında 51 belə fabrik var idi. Bu fabriklərdə “Bianki – Dubin” sistemli maşınlarda barama həm boğulur, həm də qurudulurdu. Ancaq bu texnika aşağı növ baramanı (tompal və s.) emal etməyə imkan vermədiyindən hər il Milan, Marsel, Lion və başqa şəhərlərə 2,4 milyon manatlıq 40 min pud barama və sap tullantısı ixrac edilirdi. Ümumiyyətlə, Şimali Azərbaycanda emal edilən baramanın ümumi dəyəri 5-6 milyon manata çatırdı.
XX əsrin əvvəllərində Şimali Azərbaycanda tütünçülük təsərrüfatı da inkişaf etməkdə idi. 1900 – 1914-cü illərdə Azərbaycanda tütün əkininin ümumi sahəsi 238 desyatindən 587 desyatinə qalxmış, tütün yarpağı yığımı isə 1900-cü ildə 24,5 min puddan, 1915-ci ildə 45 min 792 puda çatmışdı. Tütün yarpağının cüzi hissəsi İrana ixrac olunur, qalanı isə yerli fabriklərdə emal edilirdi.
1901 – 1913-cü illərdə Azərbaycanda üzüm bağlarının ümumi sahəsi 23,7 min desyatindən 29 min desyatinə çatmış, üzüm istehsalı isə 3,2 milyon puddan 6,2 milyon puda qalxmışdı. Üzüm bağlarının böyük hissəsi mülkədarlara və ayrı ayrı şirkətlərə, cəmi 9%-i isə qolçomaqlara məxsus idi. Bu təsərrüfatlardan yığılan üzümün böyük hissəsi şərab zavodlarında emal edilirdi.
Maldarlıq kənd təsərrüfatının mühüm sahələrindən biri olaraq qalırdı. 1913-cü il məlumatına görə, ölkədə mal – qara və davarın sayı 5 milyon başı keçmiş, atların sayı isə 200 min başa çatmışdı. İri maldarlıq təsərrüfatlarının məhsulları (süd, ət, yun, dəri və s.) getdikcə daha çox əmtəə xarakteri daşıyırdı. Maldarlıq təsərrüfatlarının 12-13%-ni təşkil edən 5 minədək varlı (mülkədar və qolçomaq) təsərrüfatda bütün davarın 60%>-i cəmləşmişdi. Hər il əldə edilən 500 min pud yunun 300 – 500 min pudu ixrac olunur, hər il ölkədə 10-12 milyon manatlıq süd sağılırdı. Azərbaycanda hər il orta hesabla 300 mindən 750 min başa qədər mal-qara satışa çıxarılır, yerli və Rusiyanın gön-dəri müəssisələrinə hər il 600 mindən çox dəri satılırdı.
Azərbaycanda kəndli təsərrüfatlarının inkişafına mane olan əsas amillərdən biri torpaqsızlıq və torpaq azlığı idi. Belə şəraitdə çarizm Şimali Azərbaycana Rusiyadan kəndlilərin köçürülməsini davam etdirirdi. 1900 – 1905-ci illərdə təkcə Bakı quberniyasında köçürülənlərə 44 min desyatin yararlı torpaq sahəsi ayrılmışdı. Halbuki burada torpaqsız kəndli ailələrinin sayı 16 mini keçmişdi. Bundan əlavə 1870-ci il kənli islahatı yarımçıq həyata keçirildiyindən sahibkar kəndlilərin çox cüzi hissəsi öz pay torpağını satın alıb, təsərrüfat yarada bilmişdi. 1900-cü ildə 1 may qanununa və 1903-cü il 21 aprel Əsasnaməsinə uyğun olaraq dövlət kəndlilərinə icma torpaqları üzərində nəsli istifadə hüququ verilmişdi. Nəticədə bu kəndlilərin bir hissəsi, əsasən varlı kəndlilər və qolçomaqlar icma torpaqlarının böyük hissəsini öz əllərində cəmləşdirməyə başlamışdılar.
Azərbaycan kəndində kapitalist münasibətlərinin və yeni təsərrüfat formalarının, qolçomaq və kəndli fermer təsərrüfatlarının yaradılması yolunda əngəl olan feodal qaydalarının aradan qaldırılmsında çarizmin 1912 – 1913-cü il aqrar qanunları müəyyən rol oynamışdı. 1912-ci il 20 dekabr qanununa əsasən sahibkar kəndliləri bütün feodal mükəlləfıyyətlərindən azad edilirdilər. Onlar istifadədə olan pay torpağını məcburi şəkildə satın alıb, özlərinin xüsusi mülkiyyətinə çevirə bilərdilər. Bakı cə Gəncə quberniyaları üzrə sahibkar kəndlilərinin mülkiyyətinə keçəcək 403 min desyatin torpağa görə dövlət mülkədarlara 10,2 milyon manat ödəməli, həmin pulu kəndlilər faizlə 28 – 56 il müddətinə dövlətə qaytarmalı idilər. 1913-cü il 7 iyul qanununa görə Zaqatala dairəsinin sahibkar kəndliləri feodal mükəlləfıyyətlərindən azad edilirdilər. Dövlətin bəy və keşkəl sahiblərinə birdəfəlik ödədiyi 284 min manat pulu kəndlilər 20 il müddətinə dövlətə qaytarmalı idilər.
Beləliklə, 1912 – 1913-cü illər aqrar qanunları ləng həyata keçirilsə də, Azərbaycan kəndində ictimai təbəqələşməni gücləndirmiş, qolçomaq və kəndli fermer təsərrüfatlarının yaranması üçün müəyyən iqtisadi şəraiti təmin etmiş və kapitalist münasibətlərinin inkişafını sürətləndirmişdi.
Müəllif: Dosent M.Q.Abdullayev
- Teqlər:
- iqtisadi tarix
- , Azərbaycan tarixi
Kənd təsərrüfatının istehsalının mexanikləşdirilməsi
Rəşad Vahabzadə: “Ekoloji kənd təsərrüfatının qayəsi keyfiyyətli məhsullar istehsal etməkdir”
Kənd Təsərrüfatı Nazirliyinin Abseron Aqrokimya laboratoriyasının müdiri Rəşad Vahabzadə müsahibə verib. Modern.az müsahibəni təqdim edir.
– Rəşad müəllim, ekoloji kənd təsərrüfatının mahiyyəti nədir?
– Ekoloji kənd təsərrüfatı modeli XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropada başlayıb. Əsas məqsədi, istehsalda ekoloji təhlükəsiz ərzaq məhsulu prinsipini əsas tutaraq həm iqdisadi, həm də sosial baxımdan tarazlaşdırlmış davamlı təsərrüfatcılıq missiyasını yerinə yetirməkdir. Bu məqsədə nail olmaq ücün torpaqların münbitliyinin yüksəldilməsi və qorunması ardıcıl şəkildə həyata kecirilərək kənd təsərrüfatının bütün sferalarında keyfiyyət göstəriciləri daim yaxşılaşdırılmalıdır. Ekoloji təsərrüfatcılıq kənd təsərrüfatında alternativ bir sistem kimi növbəli əkin sisteminin tətbiqi yolu ilə torpaq münbitliyinin yüksəldilməsinə, bitkilərin xəstəliklərinə və zərərvericilərinə qarşı mübarizədə qeyri–kimyəvi üsulların tətbiqinə və məhsul artımı ücün tətbiq olunan gübrələrin, herbisidlərin, boy stimulyatorların və digər qarışıqların azaldılması prinsiplərinə əsaslanır. Avropa ölkələrində bu termin sinonim olaraq üzvi, bioloji, ekoloji kimi işlədilir. Ekologiya məhfumunun insanların təfəkküründə daha cox yer almasını nəzərə alaraq ekoloji kənd təsərrüfatı termininə daha cox üstülük verilir.
– Ekoloji kənd təsərrüfatının əsas prinsipləri və kənd təsərrüfatı sistemləri barədə məlumat verərdiniz.
– Adi kənd təsərrüfatında əsas məqsəd, bitkidən maksimum məhsul əldə etməkdir. Bu, cox sadə təsəvvürə əsaslanır: bitkinin məhsuldarlığı gübrələmə nəticəsində coxalır, ancaq zərərverici, xəstəlik və alaqların mənfi təsiri nəticəsində isə azalır, buna görə də onlara qarşı mübarizə tədbirləri də aparılmalıdır. Ekoloji kənd təsərrüfatı təsərrüfatcılığın kompleks formasıdır və özlüyündə yüksək keyfiyyətli məhsullar istehsal etmək, torpaq münbitliyini, suyun təmizliyini və zəngin biomüxtəlifliyi qoruyub saxlamaqdır. Ekoloji təsərrüfatcılıgın əsas məqsədi ekoloji prinsip və proseslərdən sistemli şəkildə istifadəni təmin etməkdir. Ekoloji kənd təsərrüfatı davamlı olmağı tələb edir və buna görə davamlılıq prinsipi cox əhəmiyyətli bir faktordur. Kənd təsərrüfatı baxımından davamlılıq insanların ehtiyaclarını ödəmək ücün kənd təsərrüfatı resurslarından düzgün istifadə edilməsi, ətraf mühitin mühafizəsi və təbii ehtiyatların qorunması deməkdir.
Ekoloji kənd təsərrüfatında davamlılıq həm də ekoloji, iqdisadi və sosial aspektləri özündə cəmləşdirən təbiət qanunlarına əsaslanmalıdır. Bu üc tələbat ödənildikdə, kənd təsərrüfatı sistemi davamlı adlandırıla bilər. Bütün bunlara əsasən belə qənəatə gəlmək olar ki, ekoloji təsərrüfatcılıq davamlı inkşafın əsas modellərindən biridir. Davamlı inkşaf öz təbii əsaslarını dagıtmayan və cəmiyyətin aramsız tərəqqisini təmin edən sabit sosial–iqdisadi inkşafdır. Davamlı inkşafa nail olmaq ücün dayanıqlı təsərrüfatların yaranması lazımdır. Dayanıqlı təsərrüfat sabit inkşaf edən həyat qabiliyyətli müəssisədir.
Cox səmərəli təsərrüfatdır və onun səmərəliyini təmin etmək ücün aşagıdakı prinsiplərə riayət olunmalıdır:
- bioloji qanunauyğunlar düzgün nəzərə alınmalı, təbii imkanlara qayğı ilə yanaşmalı;
- təsərrüfat maksimum dərəcədə müstəqil olmalı;
- bazara iri həcmli məhsul cıxara bilməsi ücün təsərrüfat maddi və texniki imkanlarını birlışdirirək kooperasiyaya meyil göstərməli və formalaşdırmalıdır.
Beynalxalq təcrüfədə ekofermerlərə dayanıqlığı təmin etmək ücün təsərrüfat daxili, sosial və təbiət amillərini düzgün qiymətləndirməyi məsləhət görürlər. Davamlı inkşaf və aqro ekosistemlərin qorunması və inkşafı ücün təsərüfat ümumi və praktiki prinsibləri daim diqqətdə saxlamalıdır.
Dünya təcrübəsində elə təsərrüfat sistemləri mövcuddur ki, ekoloji kənd təsərrüfatı standartlarının yalnız müəyyən tələblərinə cavab verirlər və bu sistemlərin ciddi standartları olmasa da, özlərinə məxsus səciyyəvi xüsusiyyətləri mövcuddur.
Biodinamik kənd təsərrüfatı:
- biodinamik kənd təsərrüfatının xüsusi növü olub, bütün prinsip və standartlara riayət edir. Biodinamik kənd təsərrüfatının əsas prinsipləri kosmik təsir, həyat qabiliyyəti, biodinamik preparatlar və təsərüfat sistemindən ibarətdir. Kənd təsərrüfatı sistemləri aşagıda qeyd olunan kimi sistemləşib:
– davamlı kənd təsərrüfat sıstemi;
– ənənəvi kənd təsərrüfatı sistemi;
– inteqrir kənd təsərrüfatı sistemi;
– nəzarətsiz kənd təsərrüfatı sistemi;
– adi kənd təsərrüfatı sistemi.
– Ekoloji kənd təsərrüfatının formalaşdırılması ücün hansı tədbirlər aparılmalıdır?
– Ekoloji kənd təsərrüfatının istehsalının inkşafı ücün aşagıda adları göstərilən amillərdən istifadə etmək daha məqsədə uygundur. Birincisi, kooperasiya və birliklərin yaradılmasıdır. Bu, fermerlərin proqnazlaşdırmaya uygun olaraq məhsul istehsal etməsinə, maliyyə resusrlarının idarə olunmasına, bazarda dayaniqlı inkşafına və keyfiyyətli təhlükəsiz məhsul istehsalına zəmin yaradacaq. İkincisi, t əsərrüfat istehsalının siyasi tanınması və eyniləşdirilmiş istehsalat standartlarının formalaşdırılmasıdır. Bu formatda ekoloji kənd təssərrüfatı istehsalatın inkşafını təmin etmək ücün məhsulların sertifikatlaşdırlması mütləq şərtdir. Beynalxalq standartların tətbiq olunması ixracın stimullaşdırılmasında böyük rol oynacaqdır. Üçüncüsü, f ermer təsərrüfatlarına maliyyə yardımının ayrılmasıdır. Koopesiyaların yaranmasında maliyyə təşviqinin aparılması fermerlərə böyük dəstək olacaq. Sahibkarlıq subyektlərinə kreditlərin acilması ilə onlar öz malyyə resuslarını asanlıqla formalaşdırma imkanı əldə etmiş olurlar. Dördüncüsü, f ermerlər ittifaqları ilə əməkdaşlıq münasibətlərinin qurulması lazımdır. Bu məsələ ona görə vacibdir ki, ittifaq fermerləri təmsil edir və ekoloji kənd təsərrüfatına keçid ücün namizədlərin potensial mənbəyini təşkil edir. Ekoloji və qeyri-ekoloji kənd təsərrüfatı üzrə xidmətlər arasında əlaqələr qurulur. Nəhayət, beşincisi, m ünasib bazarların inkşafıdır. Etibarlı statistik məlumatlar əsasında bazarların inkşaf dinamikasının təmin olunması məqsədilə marketinq strategiyaları hazırlanmalıdır. Respublika daxili və xarici bazarların araşdırılması, müştəri bazasının işlənməsi, bazar tələblərinə uygun məhsulun istehsalı sahələrinin aşkar olunması vacib şərtlərdən biridir.
– Ekoloji təsərrüfacılıqda torpaq istifadəciliyinin idarə olunmasında nələrə diqqət yetirmək lazımdır?
– Bitkinin normal inkşafı və məhsul istehsalı ücün əhəmiyyət kəsb edən amillərin əksəriyyəti torpaqla baglıdır. Mühit amillərinin optimallaşdırılması ilə əlaqədar olaraq kompleks aqrotexniki proseslərin aparılması vacibdir. Məhsuldarlığın yüksəldilməsi ilə əlaqədar müxtəlif üsüllar var . Bu üsülları mahiyyət baxımından fiziki, aqrokimyəvi, biokimyəvi, meliorativ və bioloji növlərinə bölmək olar.
– Torqaq mülkiyətcilərinə əkin ilə əlaqədar nələrə diqqət etmələrini tövsiyə edərdiniz?
– İlk növbədə fermerlərə torpaq, su, bitki analizlərinin həyata kecirilməsini daim diqqətdə saxlamalarını tövsiyyə edirəm. Əkindən qabaq torpağın ümumi analizinin aparılması, kartoqramların hazırlanmasını həyata keçirmələri vacibdir. Bu fermerlərə torpağın yararlılıq əmsalının vahid informasiya bazasının formalaşdırılmasına zəmin yaradacaq. Vaxtında aparılmış müayinə sonda keyfiyyətli təhlükəsiz bol məhsul əldə etmək deməkdir.
Kənd təsərrüfatının istehsalının mexanikləşdirilməsi
“Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə
Praktikada kənd təsərrüfatı istehsalının müəyyənləşdirilməsi ilə bağlı həmkarlarımız tərəfindən tez-tez səhvlərə yol verildiyinin şahidi oluruq. Ən çox rast gəlinən səhvlərdən biri balıqçılığın və yaxud meşə təsərrüfatının kənd təsərrüfatına aid edilməsidir. Digər bir yanlışlıq isə kənd təsərrüfatına birbaşa bağlı olan emal sahələrinin bu sektorun tərkibinə daxil edilməsidir.
Deyilənləri nəzərə alaraq gələcəkdə kənd təsərrüfatının vergi uçotu ilə bağlı səhvlərə yol verilməsinin qarşısının alınması məqsədilə iqtisadi fəaliyyət sahələrinin təsnifatına daha dərindən nəzər salmağa qərar verdik.
Əvvəla, onu bildirək ki, “İqtisadi fəaliyyət növləri təsnifatı” Azərbaycan Respublikası Dövlət Statsitika Komitəsi tərəfindən ölkədəki əksər mərkəzi icra hakimiyyəti qurumları ilə razılaşdırılaraq hazırlanıb. Təsnifatın hər seksiyası bölmə, qrup, sinif və altsiniflərdən ibarətdir. Beş pilləli strukturun anlaşılan ola bilməsi üçün bir nümunəyə baxaq.
Məsələn, təsnifata görə, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” A seksiyası sayılır. Bu seksiya 3 bölmədən ibarətdir:
– Bitkiçilik və heyvandarlıq, ovçuluq və bu sahələrdə xidmətlərin göstərilməsi;
– Meşə təsərrüfati və bu sahədə xidmətin göstərilməsi;
– Balıqçılıq və balıqyetişdirmə.
Hər bölmə isə bir neçə qrup, sinif və altsiniflərdən ibarətdir.
Bizi kənd təsərrüfatı, bir başqa sözlə, “Bitkiçilik və heyvandarlıq, ovçuluq və bu sahələrdə xidmətlərin göstərilməsi” maraqlandırdığından onun üzərində dayanacağıq. Göründüyü kimi “İqtisadi fəaliyyət növləri təsnifatı”nda kənd təsərrüfatı ayrıca seksiya deyil, meşə təsərrüfatı və balıqçılıqla birlikdədir. Buna səbəb beynəlxalq təsnifatlarda (məsələn, Avropa Birliyində istifadə olunan NACE təsnifatında) kənd təsərrüfatına ayrıca iqtisadi fəaliyyət növü kimi baxılmaması və milli təsnifatın beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
“Bitkiçilik və heyvandarlıq, ovçuluq və bu sahələrdə xidmətlərin göstərilməsi” (kənd təsərrüfatı) bölməsi 7 qrupdan ibarətdir:
– Birillik bitkilərin becərilməsi;
– Çoxillik bitkilərin becərilməsi;
– Bitkilərin çoxaldılmasi (əkilməsi);
– Heyvandarlıq;
– Heyvandarlıqla əlaqəli bitkiçilik;
– Kənd təsərrüfatı sahəsində xidmət göstərilməsi;
– Ovçuluq və vəhşi heyvanların yetişdirilməsi və bu sahələrdə xidmətin göstərilməsi
“İqtisadi fəaliyyət növləri təsnifatı”na istinadən sadə şəkildə ifadə etsək, kənd təsərrüfatı istehsalı dedikdə, aşağıdakılar nəzərdə tutulur:
Bütün növ birillik bitkilərin becərilməsi:
– dənli, paxlalı, yağlı, lifli bitkilərin, çəltik, tərəvəz, bostan, kökümeyvəli və köküyumruların, şəkər qamışı, tütün, yem bitkiləri, yabani dərman bitkiləri və güllərin becərilməsi,
Bütün növ çoxillik bitkilərin becərilməsi:
– üzüm, tropik və subtropik meyvələrin, sitrus meyvələrin, tumlu və çəyirdəkli meyvələrin, qoz-findiq və sair giləmeyvə məhsullarının, digər ağaclarin, kol bitkilərinin və qərzəkli meyvələrin, yağlı meyvələrin,içki istehsali üçün bitkilərin, ədviyyat, ətriyyat və dərman bitkilərinin becərilməsi
Heyvandarlıq:
– südlük və ətlik iribuynuzlu mal-qaranın, camışların, at, eşşək və qatırların, dəvələrin və mayaların, qoyun və keçilərin, donuzların və ev (kənd təsərrüfati) quşlarının yetişdirilməsi, vəhşi heyvanların yetişdirilməsi, yumurta istehsalı, arıların becərilməsi, arı balının və arı mumunun istehsali, barama qurdunun yetişdirilməsi və barama istehsalı, xəz dərili heyvanlarin yetişdirilməsi və xəz dəri istehsalı
Bir vacib nüansı qeyd edək ki, təsnifatla kənd təsərrüfatı məhsullarının istehsalı ilə emalı bir-birindən ayrılıb. Onların sərhəddi çox incədir, ona görə də həmkarlarımıza diqqətli olmağı tövsiyə edirik. Məsələn, tütünün ilkin emalı (tütün yarpaqlarının qurudulması) kənd təsərrüfatı istehsalına daxil olsa da, tütün məhsullarının emalı və istehsalı artıq başqa seksiyada təsnif olunur. Və yaxud mənzərə bağçılığı, torpağın hazırlanması (torpaq işləri, düyü plantasiyalarının drenajı), komisiyon və kooperativ təşkilatları vasitəsilə kənd təsərrüfatı məhsullarının satışı kənd təsərrüfatına şamil olunmur.
Daha bir misal. Fərdi qaydada üzümdən şərab, zeytundan yağ hazırlanması kənd təsərrüfatı istehsalına daxildir, ancaq şərab istehsalı, zeytun istehsalı yox.
Aşağıdakılar birmənalı şəkildə kənd təsərrüfatı istehsalına təsnif edilmir:
– Dəniz heyvanlarının yetişdirilməsi;
– Kəsilmiş heyvanların dəri və gönlərinin istehsalı;
– Kakao istehsalı;
– Qəhvənin emalı;
– Çay və matı qarışığının hazırlanması;
– Südün emalı;
– Çapma və qaçış atlarının saxlanması üçün tövlələrin və atsürmə məktəblərinin fəaliyyəti;
– Didilmiş yunun istehsalı;
– Keçi südünün emalı;
– Lələk və tük istehsalı;
– Fermalarda qurbağaların, timsahların, və dəniz tısbağalarının yetişdirilməsi;
– Balıqların yetişdirilməsi;
– Mühafizə itlərinin öyrədilməsi;
– Ev heyvanlarının (itlər, pişiklər) öyrədilməsi və onlara qulluq;
Kənd təsərrüfatı sahəsində xidmətlərin göstərilməsi dedikdə isə, bitkiçilik və heyvandarlıq sahələrində, kənd təsərrüfatı bitkiləri məhsullarının emalı üzrə, əkilməyə (toxum fondunun formalaşdırılmasına) hazırlıq üzrə, ovçuluq və vəhşi heyvanlarin yetişdirilməsi sahələrində xidmətlərin göstərilməsi və irriqasiya sisteminin istismarı başa düşülür.
Qeyd edək ki, “İqtisadi fəaliyyət növləri təsnifatı”nın sonuncu, 3-cü versiyası Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli, 2583 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramının 4-cü bölməsinin 4.1 bəndinə və TACİS Proqramının “Statistika standartları” komponentinə uyğun olaraq hazırlanıb. Təsnifat Avropa Birliyində İqtisadi fəaliyyət növləri təsnifatının (NACE) 2-ci redaksiyasına uyğunlaşdırılıb.
“Əmək münasibətləri”, “Sosial sığorta öhdəlikləri”, “Xidmət sektorunda vergi uçotu”, “Gəlirdən çıxılan xərclər”,”Nağdsız hesablaşmalar”, “Elektron qaimə-faktura”, “Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu”, “Əlavə dəyər vergisi” ,”Sadələşdirilmiş vergi” və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Comments are closed, but trackbacks and pingbacks are open.