Press "Enter" to skip to content

Kənd turizmi

�� Q.Yusupov bildirir ki, kənd turizminin inkişafında istənilən nəticəni əldə etmək üçün kənd əhalisinin bu yöndə maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Mütəxəssis bu baxımdan Avropa ölkələrinin təcrübəsindən yararlanmağı da məsləhət görür: �Kənd turizminin inkişaf istiqamətlərinin müəyyən edilməsi, xidmət müxtəlifliyinin təmini, meydana çıxan maneələri dəf etmək, təcrübə mübadiləsi həyata keçirmək məqsədilə inkişaf etmiş ölkələrdə mütəmadi olaraq kənd turizm konfransları, seminarlar keçirilir. Ev sahiblərinə turistləri qəbul etmək, onlara göstərilən xidməti düzgün təşkil etmək, əlavə xidmətlər və turistlərin sakit, rahat istirahətini təmin etmək yollarını göstərmək məqsədilə təlimlərin keçirilməsi önəmlidir�.

Kənd turizmi

Kənd turizmi, yoxsa kababxana biznesi?

Kənddəki otel və restoranların personalı demək olar ki, bu sahədən uzaq adamlardır

Azərbaycanda turizm sektorunun inkişafını təmin etmək və onun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi üçün xüsusi proqram hazırlansa da, bu istiqamətdə işlərin hansı səviyyədə görülmə sual altındadır.

Bu gün dünyada turizm sürətlə inkişaf edən iri biznes sahəsi hesab olunur. O da aydındır ki, turizmin perspekti bir-neçə amildən asılıdır; mədəni-tarixi irs, əlverişli təbii şərait və nəqliyyat. Bu göstəricilərdən ikisinin ölkəmizdə mövcud olması tirizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar yaradır.
Həm mədəni-tarixi irs, həm də turizm üçün əlverişli təbii şərait göstəricilərinin olduğu yerlərdən biri də Qax rayonunun İlisu kəndidir. İlisu ölkədə tanınmış və məşhur kəndlərdədir. Son 15 ildə burda otel və restoran biznesi yeterincə inkişaf etsə də, turizmdən əsər-əlamət yoxdur. İlisuya gələnlər ilk öncə keyfiyyətli yeməklərin verildiyi restoranların yerini öyrənməyə çalışır. Qalmağa müvafiq bir yer tapdıqdan sonra isə başqa heç nə ilə maraqlanmadan istirahətlərini davam etdirirlər. Bir az maraq dairələrini genişləndirmək istəyənlər kəndin yaxınlığındakı şəlaləyə gedib bu təbii gözəllikdə foto çəkdirməklə istirahətlərini yekunlaşdırırlar.
Müşahidələr belə deməyə əsas verir ki, burda hələ uzun müddət normal turizm üçün təlabat yaranmayacaq. Çünki bunun üçün İlisuda şərait yaratmaq istəyən yoxdur. Ən bəsit bir nümunə çəkək. Yetərincə qədim və maraqlı tarixə malik olan İlisuda muzey yaradılmayıb. Halbuki, bu müzeyin yaradılmasına ehtiyac çoxdur. Həm bura gələn ölkə vətəndaşlarına ,həm də xaricdən gələn insanlara kənd haqqında bu muzey vasitəsilə yetərincə məlumat vermək olar. Kəndin tarixindən bəhs edən muzey Lahicda var və təcrübə göstərir ki, yetərincə turistlərin diqqətini çəəb edir.
Digər xidmət sahələrinin əksəriyyəti də İlisuda yoxdur. Nəinki turistlərin, hətta yerli sakinlər aptek, bərbərxana və s. kimi xidmətlərdən yararlanmaq üçün rayon mərkəzinə getmək məcburiyyətində qalırlar. Bu kəndə turist axınını gücləndirmək üçün ən sadə və asan işləri görülməyib. Misal üçün, kənd haqqında fotolu məlumat bukletləri, kəndin tarixi xəritəsi. Onların satışda olmaması göstərir ki, bu kınddə turizmin inkişafı üçün heç bir maraq yoxdur.
Kənddəki otel və restoranların personalı demək olar ki, bu sahədən uzaq adamlardır. Bir-neçə otel istisna olmaq şərtilə demək olar ki, digərləri müasir tələbata cavab vermir. İstirahət mərkəzlərində bələdçi (gid), tərcüməçi yoxdur. Əslində belə işlərin olması heç kim üçün maraqlı deyil. Bunun əvəzində isə restoran və otel sahibləri yaxşı aşbaz və kababçını öz bizneslərinə cəlb eləmək uğrunda rəqabət aparırlar. Bir çox hadisələrin şahidi olduğum üçün düşünürəm ki, ölkə vətəndaşlarının özlərinin də burda günahı var.
Təxminən, 12 il öncə belə bir hadisə başıma gəlmişdi: kənddəki istirahət mərkəzində birindən mənə təklif gəldi ki, otelə bir-iki günlük bələdçiyə ehtiyac olacaq. Mənə demişdilər ki, kəndə yüksək vəzifəli bir qonaq öz ailəsi ilə gəlir, onları kənddə gəzdirmək, İlisu haqqında məlumat vermək lazımdır. Mən belə bir mədəni xidmət göstərməkdən məmnunluq duydum və razılıq verdim. Deyilən vaxt səhər tezdən oteldə oldum. Qonaq hələ gəlməmişdi. Xeyli, günorta saat 3-dək gözlədikdən sonra qonaq otelə təşrif gətirdi. Mənə dedilər ki, hazırlaş, bir azdan səyahət başlayacaq. Bir saat keçdi. Məlum oldu ki, qonaq yemək yeyir. Yenə gözləməli oldum. Bundan sonra xəbər gəldi ki, qonaq yorğundur və yatmaq istəyir. Axşam oldu, qonaq yuxudan durdu. Bu dəfə isə şam yeməyi sifariş verdiyi məlum oldu. Havanın qaralması ilə qonağın gəzmək, kəndin tarixi yerlərini görmək istəyi də bitdi. Gəzinti sabaha, günortadan sonraya təxirə salındı. Növbəti gün, günortadan sonra məlum oldu ki, qonaq nahar zamanı normadan artıq spirtli içki qəbul edib və kəndin gözəlliyindən bəhrələnmək onun üçün ümumiyyətlə, mənasız olub.
Burada əsl turizmin inkişafı üçün yetərli şərait olsa da, aydın olur ki, İlisuda turizm mövsümü xarakter daşıyır. Yəni, sadəcə yay aylarında kəndə gələn turistlərin sayı bir qədər artır. Bu zaman isə həmin gəlmələr kənd əhalisinin şəxsi evlərində kirayə qalmağa üstünlük verirlər. Bəlli olur ki, turist kimi kəndə gələnlər qızmar şəhər həyatından qaçıb təmiz kənd havası qəbul eləmək istəyənlərdir.
İlisuda turizmin normal inkişafına əngəl törədən səbəblərdən biridə yanacaq problemidir. XXI əsrdə yaşayırıq və burda təbii qaz yoxdur. Rayon mərkəzindən 12 kilometr məsafədə yerləşməsinə baxmayaraq, qaz xəttinin çəkilişi yubanır. 2013-cü ildə başlanılmış qaz çəkilişi bizə məlum olmayan səbəbdən yarımçıq saxlanılıb.Yanacağın olmaması İlisuda qış turizmınin perspektivini sıfıra endirir. Eləcə də kənd əhalisi də qışda qazın olmamasından çətinlik çəkir. Qışda bir yük maşını odunun qiyməti 200-250 manat arasında dəyişir. Nəzərə alsaq ki,burda qış minimum 6-7 ay davam edir, o zaman yerli əhalinin hansı çətinliklərə düşdüyü aydın olar. Kəndin su xətləri və yolları çox bərbad durumdadır. Gecələr isə kəndin küçələrinə qaranlıq hakim olur. Bu hallar bir daha əminlik yaradır ki, ərazidə turizm sektorunun inkişafına heç bir diqqət ayrılmır.
Turizmin diqqət çəkən sahələrdindən biridə müalicə sahəsidir. Və İlisu bu baxımdan da perspektiv var. Kəndin yaxınlığında termal bulaqlar var. Bu su regiyonda temperaturun yüksəkliyinə gərə fərqlənir (40 ? C).Mütəxəssislər suyun tərkibində hidrokorbanat olduğunu deyirlər .Suyun istirahət mərkəzinə gətirilməsinə baxmayaraq ,bu iş yüksək səviyyədə təşkil olunmayıb.
Bu çatışmazlıqlar qarşısında sonda bunları söyləmək istərdim: İlisu turizmi nəinki xarici ölkələrlə müqayisə oluna bilər, heç yaxın bölgələrimiz olan Qəbələ və Quba ilə müqayisə oluna bilməz. Amma nədənsə, tez-tez bizim kəndi İsveçrə ilə müqayisə edirlər. Bu kənddə yaşayan adam kimi bunları deyim ki, ancaq Allahın yaratdığı təbiətdə nəsə oxşarlıq tapmaq olar, insanların yaratdıqları arasında heç nə üst-üstə düşmür.

Kənd turizmi

Bu sahənin inkişafı üçün şərait də var, potensial da.

Turizm sənayesində kənd turizmi mühüm yer tutur. Xüsusilə şəhərlərin əhalisi səs-küydən uzaqda, sakitlik olan yaşıl guşədə, təbiət qoynunda istirahət etməyə üstünlük verir.
Kənd turizmi yalnız biznes növü deyil, eyni zamanda ictimai diplomatiya vasitəsidir. Son dövrdə Azərbaycanda kənd turizmi istiqamətində lazımi infrastrukturun yaradılması xarici turistlərin də respublikamıza marağını artırır. Azərbaycanın təbiəti və coğrafiyası bu sahənin inkişafı üçün kifayət qədər imkan yaradır.
Kənd turizminin inkişafı kəndlərin sosial-iqtisadi yüksəlişində, əhalinin məşğulluğunda, ərazilərin təbii-iqtisadi potensialından səmərəli istifadə edilməsində əhəmiyyətli rol oynayır. Turizmin inkişafı, həmçinin əhalinin gəlirlərini artırmaqla onların həyat tərzinin yaxşılaşmasına, işsizlik və yoxsulluğun azalmasına təsir göstərir.
Adından da göründüyü kimi, bu fəaliyyətlə, əsasən, kənd sakinləri məşğul olurlar. Onlar turistlərə öz evlərində yer verir və bələdçilik, sürücülük, qidalanma kimi xidmətlər təklif edirlər. Kənd turizminin inkişafı, eyni zamanda yerli camaatın ənənələrə sadiq qalmasına, mədəniyyətin təbliğinə, təbiətin qorumasına təkan verir. Kənd turizminin inkişafında istənilən nəticəni əldə etmək üçün yerli əhalinin bu istiqamətdə maarifləndirilməsi olduqca əhəmiyyətlidir.

“Turistik kənd”lərin formalaşdırılması istiqamətində işlər aparılır

Azərbaycanın geniş kənd turizm potensialı nəzərə alınaraq ölkəmizdə bu sahənin inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilir. Dövlət Turizm Agentliyindən qəzetimizə verilən məlumata görə, “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə və “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda aqroturizmin inkişafı üzrə qarşıya qoyulmuş əsas öhdəliklərin yerinə yetirilməsi üçün müxtəlif layihələr icra olunub. Hazırda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, turizm potensialı olan kəndlərdə “turistik kənd”lərin formalaşdırılması istiqamətində işlər aparılır. Bu işlərin həyata keçirilməsində bir sıra dövlət qurumları, beynəlxalq təşkilatlar və yerli qeyri-hökumət təşkilatları iştirak edirlər.
Məlumatda qeyd olunub ki, yerli və xarici turistlərin rahatlığı üçün ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Dövlət Turizm Agentliyi ilə əməkdaşlığı çərçivəsində “Bələdçi” kitabları ərsəyə gətirilib. Bu sahədə fəaliyyət göstərən təlimçilərin peşəkarlığının artırılması məqsədilə təlimatlar toplusu hazırlanıb. Turistlərin səfər etdikləri region haqqında məlumatlılığının artırılması məqsədilə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ziyarətçi xəritələri hazırlanıb və bu xəritələrdə aqroturizm subyektləri öz əksini tapıb.

Kənd turizmi urbanizasiyanın qarşısını alır

Mövzu ilə bağlı fikirlərini bildirən turizm eksperti Rəhman Quliyev qeyd edir ki, kənd turizminin inkişafı bilavasitə yol infrastrukturundan başlayır: “Son illər ölkə rəhbərliyinin tapşırığı ilə bölgələrimizdə yol infrastrukturu yüksək səviyyəyə çatdırılıb. Bu da yerli və xarici turistlərin ən ucqar kəndlərə belə səyahət etmələrinə imkan verir”.
Ekspert bildirir ki, pandemiya zamanı quru sərhədlərin bağlanması yerli sakinlərimizin respublikamızın bölgələrinə daha çox maraq göstərməsinə səbəb olub: “Lakin qonşu dövlətlərlə müqayisədə, ölkə daxilində səyahətlə bağlı qiymətlər və xidmətlər arzuolunan deyil. Bölgələrimizdə fəaliyyət göstərən turizm kompleks və mehmanxanalar turistlərə daha yaxşı xidmət göstərməkdə və minimum qiymət təklif etməkdə maraqlı olmalıdırlar. Ona görə investorlar da aşağı büdcəli hotellərin tikilməsinə önəm verməlidirlər”.
Rəhman Quliyev onu da qeyd edir ki, kənd turizminin inkişafı yerli sakinlərin rifahının yaxşılaşdırılmasına xidmət edir: “Kəndlərdə yeni iş yerləri açılır. Bu, onların gəlirlərini artırır və sosial vəziyyətlərini yaxşılaşdırır. Turizm obyektləri kənd təsərrüfatı məhsullarının satışına daha çox üstünlük verməli, onları birbaşa kəndlilərdən idxal etməlidirlər. Bu həm də kənddən şəhərə köçün qarşısının alınması üçün faydalı olar”.
İşğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən layihələr ölkəmizdə kənd turizminin inkişafına tezliklə töhfəsini verəcək. Ekspert bu barədə deyir ki, Qarabağ və Şərqi Zəngəzurda yeraltı təbii suları nəzərə alıb termal xarakterli sanatoriyaların inşasına daha çox üstünlük vermək lazımdır: “Bu bölgələrin havası elə müalicədir. Qarabağ və Şərqi Zəngəzurda əksəriyyəti müalicəvi əhəmiyyəti olan 2 mindən çox bitki növü bitir. İşğaldan əvvəlki dövrdə Kəlbəcər İstisu sanatoriyası, Zəngilan Qotursu sanatoriyası fəaliyyət göstərirdi. Reklam olmayanda və turizm bazarına çıxa bilmədiyimiz həmin vaxtlarda belə ildə 80 minə yaxın turist qəbul edirdik. Həmin termal suları laboratoriyalarda araşdırsaq görərik ki, müalicəvi əhəmiyyətinə görə Avropanın tanınmış sanatoriyalarındakı termal suların tərkibindən də qat-qat zəngindir. Bu imkanlara görə Azərbaycanı dünyaya şəfa ocağı kimi tanıda bilərik”.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

Kənd turizmi

� Kənd turizmi: imkanlar və perspektivlər

�� Mütəxəssislər ölkəmizdə turizmin bu növünün yayılması üçün regionlarda geniş maarifləndirmə işinin aparılmasını vacib sayırlar

�� Son dövrdə Azərbaycanda müxtəlif turizm istiqamətləri üzrə infrastrukturun yaradılması xarici turistlərin respublikamıza marağını artırır. Ölkəmizdə turizmin əksər növlərinin, o cümlədən kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s. inkişafı üçün geniş imkanlar mövcuddur. Dünya turizm sənayesində kənd turizmi mühüm yer tutur. Xüsusilə böyük meqapolislərin əhalisi üçün şəhərin səs-küyündən uzaqda, sakit yaşıl guşədə istirahət etmək çox cəlbedicidir.

�� Azərbaycanda kənd turizminin inkişaf səviyyəsi və perspektivləri barədə Turizm İnstitutunun turizm biznesinin və texnologiyasının təşkili kafedrasının müəllimi Qəhrəman Yusupovla söhbət etdik.

�� Q.Yusupovun sözlərinə görə, kənd ərazilərinin landşaft, klimatoloji, balneoloji, tarixi-mədəni və digər amilləri insanların fiziki və mənəvi bərpasına təsir edən dəyərsiz qüvvələrdir. Ölkəmizin iri sənaye mərkəzlərindən və xaricdən gələn insanlarda adi kənd evində yaşayıb istirahət etmək arzusu böyükdür. Mütəxəssis bildirir ki, belə turistlər kənd həyatını dadmaqla yanaşı, müvafiq səviyyədə xidmətin olmasını da istəyirlər: �Bizim kənd evlərində isə əksər hallarda bu cür şərait olmur. Doğrudur, turistlərin istəyinə uyğun şəraitin yaradılması, onlara müvafiq xidmətin göstərilməsi müəyyən maddi xərclər tələb edir. Lakin bu xərclər artıqlaması ilə ev sahibinə qayıda bilər. Kənd evinin sahibi turistlərə hər cür rahatlığı olan ev və yemək təqdim etməklə bərabər, onlara bələdçilik, tərcüməçilik, nəqliyyat xidməti göstəmək, ev heyvanları və quşları bəsləmək üçün qısa müddətli imkan yaratmaqla əlavə xidmət haqqı əldə edə bilər�.

�� Həmsöhbətimizin sözlərinə görə, əyalətlərdə turizmin bu növünün inkişaf etdirilməsində kənd əhalisinə yardımçı olmaq, onları müəyyən stereotiplərdən uzaqlaşdırmaq üçün yerli TV və mətbuatda çıxışlar etmək, kənd turizminin onlara və yaşadıqları ərazilərə maddi və ekoloji cəhətdən xeyirli olmasını mütəmadi izah etmək lazımdır: �Ev sahiblərinin üzügülərliyi, interyer, otaqların qıcıqlandırıcı olmayan boya rəngi, həyətin səliqə-sahmanı, yaşayış yerlərinin, xüsusilə yardımçı otaqların təmizliyi xeyli önəm daşıyır. Turistlərin yerləşəcəyi otaqlarda əlavə yataq dəstləri, dəsmallar və s. olmalıdır. Onların istirahəti sakitlik şəraitində keçməlidir. Sabitlik amili qonaq evinin qiymət siyasətinə də aid edilir. Xidmətlərin qiymətlərini mövsümün ortasında dəyişmək son dərəcə arzuedilməzdir. Bu, turları qabaqcadan etibarlı şəkildə realizə edə biləcək turoperatorların işlərində xeyli çətinliklər törədər�.

�� Q.Yusupov bildirir ki, kənd turizminin inkişafında istənilən nəticəni əldə etmək üçün kənd əhalisinin bu yöndə maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Mütəxəssis bu baxımdan Avropa ölkələrinin təcrübəsindən yararlanmağı da məsləhət görür: �Kənd turizminin inkişaf istiqamətlərinin müəyyən edilməsi, xidmət müxtəlifliyinin təmini, meydana çıxan maneələri dəf etmək, təcrübə mübadiləsi həyata keçirmək məqsədilə inkişaf etmiş ölkələrdə mütəmadi olaraq kənd turizm konfransları, seminarlar keçirilir. Ev sahiblərinə turistləri qəbul etmək, onlara göstərilən xidməti düzgün təşkil etmək, əlavə xidmətlər və turistlərin sakit, rahat istirahətini təmin etmək yollarını göstərmək məqsədilə təlimlərin keçirilməsi önəmlidir�.

�� Q.Yusupov maraqlı bir məlumatı da diqqətə çatdırdı. Onun dediyinə görə, bugünlərdə Almaniya Xalq Universitetləri Birliyi tərəfindən maliyyələşdirilən layihələr çərçivəsində ölkəmizin cənub regionunun əhalisi arasında kənd turizmi mövzusunda təlimlər keçirilib. Təlimlərdə Masallı, Lənkəran, Yardımlı, Lerik, Astara rayonlarından olan və bu işə marağı olan sakinlər iştirak ediblər.

�� Mütəxəssis Azərbaycanda kənd turizminin inkişafı üçün maarifləndirmə tədbirlərinin bütün regionlarda və mütəmadi olaraq keçirilməsini məsləhət görür: �Fikrimcə, dövlət tərəfindən məqsədli kiçik kreditlərin verilməsi kənd yerlərində qonaq evlərinin təşkilinin stimullaşdırılmasına, eyni zamanda kəndlərin infrastrukturunun da yaxşılaşmasına müsbət təsir göstərə bilər.

�� Kənd turizmi yalnız biznes növü deyil, eyni zamanda ictimai diplomatiya vasitəsidir. İnsanlar hotellərdə qapalı şəkildə qalmaq istəmirlər, onlar yerli sakinlərlə münasibət qurmaq, yerli məişət və adət-ənənələrlə tanış olmaq istəyirlər. Bu səbəbdən ev sahibləri xarici turistlər üçün ölkənin xoş simasını təbliğ etməli, digər regionlardan gələnlərlə isə sıx daxili əlaqələr yaratmalıdırlar�.

� � Mədəniyyət.- 2010.- 2 iyun.- S. 9.

Comments are closed, but trackbacks and pingbacks are open.