Press "Enter" to skip to content

Kobudluğa necə cavab verə bilərik

Dünən gecə mənə həmbəzm bir səmənbər idi,

Kobudluğun məsuliyyətini necə dəf edə bilərəm?

Öz hərəkət və işlərinə görə cavab vermək, onların nəticələri üçün cavabdehliyi öz üzərinə götürmək məsuliyyət adlanır. Öz vəzifələrinin şüurunda olan, bu şüurla işlərini görən və əməllərinin nəticəsinə görə, cavabdeh olduğunu bilən insana məsuliyyətli insan deyilir.

يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا اتَّقُوا اللَّهَ وَلْتَنْظُرْ نَفْسٌ مَا قَدَّمَتْ لِغَدٍ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ .لَا تَكُونُوا كَالَّذِينَ نَسُوا اللَّهَ فَأَنْسَاهُمْ أَنْفُسَهُمْ أُولَئِكَ هُمُ الْفَاسِقُونَ.لَا يَسْتَوِي أَصْحَابُ النَّارِ وَأَصْحَابُ الْجَنَّةِ أَصْحَابُ الْجَنَّةِ هُمُ الْفَائِزُونَ .لَوْ أَنْزَلْنَا هَذَا الْقُرْآَنَ عَلَى جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللَّهِ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır! O şəxslər kimi olmayın, onlar Allahı unutdular, Allah da onları özü özlərinə unutdurdu (öz xeyirlərini başa düşmədilər). Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir! Cəhənnəm əhli ilə cənnət əhli eyni ola bilməz. Cənnət əhli nicat tapıb (əbədi) səadətə qovuşanlardır! Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın əzəməti qarşısında qorxusundan parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr. ( Həşr, 59/18-21) [1]

İnsan özünü unudanda Yaradandan uzaqlaşar və yolunu azar. Özünü unutmaq yaradılış qayəsini, Allahın insanı nə üçün yaratdığını, bu dünyadakı məqsədini, vəzifəsini unutmaqdır. Yaradılış qayəsinin şüurunda olmaq, bunu dərk etmək bizdə məsuliyyət duyğusunu formalaşdırır. Mən kiməm? Bu dünyaya nə üçün göndərilmişəm? Məndən istənilən nədir? Əgər bu suallara uyğun cavab tapsaq şüurlu yaşamış olarıq.

Bəli, düşünərək yaşayırıqsa, atdığımız hər addımın məsuliyyətini dərk ediriksə, təbii ki, bu suallara düzgün cavab verə bilərik. Ancaq etdiklərimizin fərqində deyiliksə, günün necə keçməsini gözləyiriksə, sadəcə müəyyən çətinliklərlə qarşılaşanda bu sualları düşünürüksə, deməli, şüurlu yaşamırıq. Bu isə özünü müsəlman hesab edib inandığı zənn etmək, əslində isə heç bir şeyin fərqində olmamaq, şüursuzca həyat yaşamaq deməkdir.

أَلَمْ يَأْنِ لِلَّذِينَ آَمَنُوا أَنْ تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ اللَّهِ وَمَا نَزَلَ مِنَ الْحَقِّ وَلَا يَكُونُوا كَالَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلُ فَطَالَ عَلَيْهِمُ الْأَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ وَكَثِيرٌ مِنْهُمْ فَاسِقُونَ

İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr (yəhudilər və xaçpərəstlər) kimi olmasınlar. Onlarla (öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş və (öyüd-nəsihəti unutduqları üçün) qəlbləri qatılaşmışdır. Onların çoxu (Allaha asi olan) fasiqlərdir![2]

Bu ayənin nazil olma səbəbi ilə əlaqəli müxtəlif rəvayətlər, ancaq ən məşhur olanı belədir. Abdullah ibn Məsud (r.a.) nəql edir: “Müsəlman olandan dörd il sonra Allah-Təala bizi yuxarıdakı ayə ilə məzəmmət etdi.”[3] Ayənin nazil olduğu dövr İslam dinin yayılmağa başladığı ilk illər idi. Bu ayə “mən bütlərdən üz döndərdim, bir olan Allaha iman etdim sözünü açıq-aşkar deməyin çətin olduğu dövrdə nazil olmuşdur. Həmin dövrdə İslamı təbliğ etmək hər kişinin işi deyildi. Buna baxmayaraq Allah tərəfindən xəbərdarlıq gəlmişdi. Bu ayədən hərəkətlə deyə bilərik ki, bu günkü müsəlmanlara çox iş düşür.

İslam dinində məsuliyyətə böyük əhəmiyyət verilir. Qərbli üçün məsuliyyət “Sənin işlədiyin günahları rahib təmizləyər, kilsəyə get, etiraf et qurtul” şəklindədir. Hind dinlərində isə reankarnasiya inancı əsas götürülür. Bu inanca görə ruh ölmüş bir bədəndən digər canlının bədəninə keçir. Buna görə də kimin məsuliyyət daşıdığını tapmaq çətindir. Bu mənada İslam xaricindəki bütün dinlərdə və inanc sistemlərində məsuliyyət duyğusundan danışmaq yersizdir. Ciddi şəkildə məsuliyyət hissini aşılayan yalnız İslamdır.

İslam dininə görə hər kəs öz qədərini yaşayar və o qədərlə Allahın hüzuruna çıxar, yaxşı-pis gördüyü işlərə görə hesaba çəkilər. مَنِ اهْتَدَى فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ وَمَنْ ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç kimsə başqasının günahını daşımaz, hərə öz günahına cavabdehdir.[4] Bu xüsusda da hökm sahibi ancaq Allahdır.

لَّيْسَ بِأَمَانِيِّكُمْ وَلَا أَمَانِيِّ أَهْلِ الْكِتَابِ ۗ مَن يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ وَلَا يَجِدْ لَهُ مِن دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا . وَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتِ مِن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ نَقِيرًا

Allahın vəd etdiyi mükafat (Cənnətə daxil olmaq) nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik edən şəxs, onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir imdada yetən tapacaqdır! Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz![5]

Öncə ən yaxın qohum-əqrəbanı xəbərdar et![6] ayəsi nazil olunca Allah Rəsulu (s.a.s.) yaxın qohum-əqrəbasını Əbu Qubeys təpəsinə dəvət etmişdi. Onlara belə demişdi:

“Ey Qureyş əhalisi! Mən sizə bu dağın ətəyində və ya bu vadidə düşmən atlıları var, üstünüzə hücum edib mallarınızı qəsb edəcək desəm mənə inanarsınızmı?” Toplaşanlar “bəli inanarıq” deyincə, Allah Rəsulu sözünə belə davam etmişdi:

O halda mən indi sizə, önünüzdə şiddətli bir əzab günü olduğunu, Allaha inanmayanların o çətin əzaba düçar olacaqlarını xəbər verirəm. Mən sizi o çətin əzabdan uzaqlaşdırmaq üçün göndərilmişəm.

Ey Qureyşlilər! Mənim indiki vəziyyətim düşməni görən və ailəsinə zərər verəcəyindən qorxan və onlara xəbər vermək üçün tələsən adamın halı kimidir.

Ey Qureyş camaatı! Siz yatdığınız kimi bir gün öləcəksiniz. Yuxudan oyandığınız kimi də diriləcəksiniz. Bu həqiqətdir ki, qəbirdən qalxıb Allahın hüzuruna çıxacaqsınız və bu dünyada etdiyiniz hər əməlinizin hesabını verəcəksiniz. Nəticədə xeyir və ibadətlərinizin mükafatını, pis işlərinizin də cəzasını və şiddətli əzabını görəcəksiniz! Mükafat əbədi bir cənnət, cəza isə daimi cəhənnəmdir.”[7]

Allah Rəsulu (s.a.s.) nitqinə belə davam etdi:

“Hər kəs öz qədərini yaşayar, hər kəs Allahın hüzuruna öz məsuliyyəti ilə çıxar.

Ey Qureyş camaatı! Özünüzü əbədi əzabdan qurtarmağa çalışın! Aqibətinizin nə olacağını düşünün.! Allah dərgahında sizin üçün heç bir şey edə bilmərəm.

Ey Əbdi-Mənaf oğulları! Aqibətinizin nə olacağını düşünün. Başınız Allah dərgahında sizin üçün heç bir şey edə bilmərəm.

Ey Əbdulmüttəlibin oğlu Abbas! Aqibətinin necə olacağını düşün! Allah dərgahında sənin üçün heç bir şey edə bilmərəm.

Ey Rəsulullahın bibisi Safiyyə! Aqibətinin necə olacağını düşün! Allah dərgahında sənin üçün heç bir şey edə bilmərəm.

Ey Muhammədin qızı Fatimə![8] Aqibətinin necə olacağını düşün! Malımdan nə istəyirsən istə, Allah dərgahında sənin üçün heç bir şey edə bilmərəm.”[9]

Mənqibə olaraq hekayət olunur ki, Rəsulullahın qızı Hz. Fatiməni (r.anha) qəbirə qoyarkən insanlar: “Ey yer, həddini bil, bağrına əmanət etdiyimiz Peyğəmbərin qızıdır” dedilər. Qeybdən gələn səsdə “bura nəsəb yeri deyil, hesab yerdir” sözləri eşidilir.

Bəli, aləmlərə rəhmət olaraq göndərilən son elçi Həzrət Muhamməd (s.a.s.) səadət əsrinin rəhbəri olaraq bəşəriyyətə həqiqi məsuliyyətin nə olduğu bu cür bildirirdi. Hər kəs Allahın hüzurunda öz məsuliyyətinin hesabını verəcək. Dünən gördüyümüz işlər bu gün bizi qurtarmayacaq. Dünən üzərində olduğumuz düz yoldan, istiqamətdən bu gün ayrılmışıqsa, kənara çıxmışıqsa, sabah məhşərdə bunun hesabını verəcəyik. Çünki müsəlman son nəfəsinə qədər doğru yolda olmadan məsuldur. Möminin qulluq şüuru ömür boyu davam edir.

Məsuliyyət deyərkən də bunu anlayırıq.

Məsuliyyət hissinin iki yönü vardır: hər kəsin üzərinə düşən vəzifəni dərk etməsi; digəri isə Haqqa qulluğun ağırlığından belin bükülməsi, əldən gəldiyi qədər bunu yerinə yetirilməsi.

Rəsulullah (s.ə.s) bir hədisində belə buyurur: “Əgər mənim bildiyimi bilsəydiniz, çox ağlayar, az gülərdiniz.”[10] Eyni hədis Tirmizi və İbn Macənin əsərində isə bu əlavələr var: “Evlərinizi, yumşaq döşəkləriniz tərk edər, dağ başlarına çıxar və Allaha sığınardınız.” Müslimin “Səhih”ində isə belə bir əlavə var. Allah Rəsulu (s.a.s.) ona gələn bir xəbər üzərinə söhbət etdi, Cənnət və Cəhənnəmin Ona ərz olunduğunu, xeyir və şər adına belə bir gün yaşamadığını bildirdi.

Şübhəsiz ki, Peyğəmbərimiz (s.a.s.) bizim bildiyimizdən fərqli çox şey bilirdi. O (s.a.s.), Allaha daha yaxın idi. Ona görə də bəzən Allahdan məzəmmət eşidəcəyini düşünür və rəngi qaçırdı. Hər şeyi çox yaxşı götür-qoy edirdi. [11] Xəbardarlıq verilən ayələr qarşısında bənizi saralıb-solurdu. [12] Ona görə də çox həssas yaşayır və: “Bildiyimi bilsəydiniz, çox ağlayar, az gülərdiniz.” – deyirdi.

Demək istəyirdi ki, kaş, Allahın əzəmətini biləydiniz. Sizə xitab etməklə nə qədər dəyər verdiyini anlayaydınız. Biləydiniz ki, O, kainatda başqa canlılar yox, məhz sizə xitab edib. Onun dərgahında sizin yeriniz mələklərdən də üstündür. Biləydiniz ki, bütün varlıqlar arasında hər mənada Allahın sənətini ən yaxşı əks etdirən güzgülər sizsiniz… Bəli, bunu bilsəydiniz çox ağlayar, az gülərdiniz. İsti yataqlarınızı tərk edər, dağlara çıxardınız, ağzınıza qoyduğunuz loğma qırtlağınızdan aşağı keçməzdi, suyu rahat uda bilməzdiniz. Tirmizidəki rəvayətdə Allah Rəsulu (s.a.s.) sözünü belə tamamlayır: “Ah, kaş odun olaydım! Odun olsaydım məni kəsib-ишбши, evlərin damında istifadə edərdilər. Kaş insan olmasaydım.” O öz üzərinə düşəni haqqı ilə yerinə yetirmişdi. Onun bu sözləri əslində bizim məsələni dərk etməyimiz üçündür.

Allahın Rəsulu (s.a.s.) çətin olsa da məsuliyyətinin ağırlığını həmişə çiyinlərində hiss edirdi. Hud surəsi nazil olandan bir müddət sonra saqqalındakı ağ tüklər artmağa başladı. Həzrət Əbu Bəkir (r.a.) bir gün Rəsulullahdan soruşdu:

– Ey Allahın Rəsulu, saqqalın son günlərdə çox ağarmağa başlayıb? Böyük məsuliyyətin sahibi cavab verir:

– Şəyyəbətni Hud! ( Hud surəsi məni qocaltdı! )Təkrar soruşur:

– Hansı ayə? Rəsulullah cavab verir:

– فَاسْتَقِمْ كَمَا أُمِرْتَ Nə artıq nə əksik, sənə əmr edildiyi kimi, düz yolda[13] ol![14]

Bu hadisə göstərir ki, O, vəzifə və məsuliyyətini elə səviyyədə idrak etmişdi ki, saqqalı ağarmağa başlamışdı.

Həmin ayədən sonrakı ayə belədir:

Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa atəş sizə də toxunar”[15] Rəvayət olunur ki, Abbasi xəlifələrindən Müvəffiq Billah yatsı namazını camaatla qılarkən imam bu ayəni oxuyur. Ayənin eşidən xəlifə yerə yıxılır. Bir anda ortalıq qarışır. Hər kəs xəlifəyə sui-qəsd ehtimalından danışarkən, o özünə gəlir və belə deyir:

– Heç kəsi günahlandırmayın. Bu ayəni eşidib əhvalım dəyişdi və yıxıldım. Görmürsünüzmü, “zalıma kömək etməyin, yoxsa atəş sizə də toxunar” deyilir, zalım olmaq bir yana, yardım edənə də xəbərdarlıq edilir. Əgər nə vaxtsa, kiməsə zülm etmişəmsə, və ya buna səbəb olmuşamsa, halım necə olacaq? Məsuliyyəti idrak belə olmalıdır.

İnanaraq haqq yolunda addımlayan həqiqi mömin həyatı boyu ya işlədiyi bir günahın və ya Allahın əzəmətinə uyğun onu tanıya bilməməyin vicdanında buraxdığı iztirabı həmişə hiss etməlidir. Bu duyğunu həyatında istiqamət qazanmaq üçün çox qüvvətli təkanverici güc kimi görməlidir.

Yuxarıda İnsanlığın İftixarının həyatından bəzi məqamlara toxunduq. Məsuliyyət hissinin əhəmiyyəti dərk edən qəhrəmanlardan biri də səhabələrin sonuncusu sayılan Həzrət Vəhşinin həyatından nümunə verək. Beləcə əsri-səadətdə insanlığın yüksəldiyi məqamı, məsuliyyət hissinin necə hakim olduğunu anlamağa çalışaq.

Həzrət Vəhşi və məsuliyyət duyğusu

Sələf alimləri səhabələri iman etmələrinə və təbliğdəki roluna görə fərqli dərəcələrə ayırırlar. Səhabələrin ən alt təbəqələrində olanlardan biri də Həzrət Vəhşidir. O, Məkkənin fəthindən sonra müsəlman olmuşdur. Onun müsəlman olması üçün Şəfqət Peyğəmbəri (s.a.s.) bir neşə dəfə cəhd etmişdir. Rəsulullah (s.a.s.) öz düşmənlərinin belə İslam nurundan istifadəsi üçün şəxsi incikliyini bir tərəfə qoyub, onların etdiklərinin üzərindən xətt çəkərək hər şeyi unutmağa çalışırdı. Vəhşi də bunlardan biridir. Rəsulullah (s.a.s.) ona dəfələrlə məktub yazmış, İslama dəvət etmişdi. Ona “Gəl müsəlman ol” dedikdə Vəhşi: “Mən insan öldürdüm. Zina elədim. Oğurluq etdim. Allahı inkar elədim.” Öz fikrini əsaslandırmaq üçün də “Onlar Allahla yanaşı başqa bir ilaha yalvarmazlar, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kim bu işləri etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar.[16] ayələrini yazaraq Peyğəmbərimizə göndərir.

Peyğəmbərimiz (s.a.s.) da ona: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!” ayəsi ilə cavab verir. Vəhşi bu ayə ilə də qane olmur. Bu dəfə: “Mənim saleh əməl sayılan bir iş görmədim, həqiqi mənada iman etmədim” – deyə xəbər göndərir. Allah Rəsulu (s.a.s.) da

قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنْفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

De ki: “Ey Mənim (günah işləməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidinizi üzməyin. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!”[17]ayəsini yazaraq artıq gəlməsini istəyir. Allahın rəhmətinin genişliyini görən Vəhşi inadı buraxaraq Allah Rəsulunun (s.ə.s) hüzuruna gəlir və “lə ilahə illalah Muhammədur rəsulullah” deyərək müsəlman olur. Müsəlman olsa da Allah Rəsulu baxışları ilə sanki Vəhşiyə bu sözləri deyirdi: “Sən əmim Həmzəni şəhid etdin, cəsədini doğradın. Səni gördükcə əmim yadıma düşür, əlimdə olmadan səndən inciyə bilərəm. Mümkündürsə, səni daha az görüm.” İman etdikdən sonra Allah Rəsulundan uzaq qalmaq olardımı? Təbii ki, olmazdı. Ancaq Onun fərmana da boyun əymək lazım idi.

Vəhşi bu şəkildə bir-iki il yaşadı. Ancaq Peyğəmbərimiz minbərin bu tərəfində olanda, o da minbərin o biri tərəfindən mübarək üzünə baxır, gözləri bir təbəssüm axtarırdı. Salam verincə o ləl-gövhər dodaqlardan “artıq görünə bilərsən” sözlərini tökülməsini gözləyirdi. Bu iki il bir yandan müsəlman olmağın səadəti, o biri tərəfdən də Rəsulullahla üz-üzə gəlməməyin kədər ilə keçdi.

Vəhşinin içində doğan ümid günəşi artıq qürub etmişdi. Onun daxili dünyasını zülmət bürümüşdü. O, çox düşünürdü: “Görəsən məna aləmində Rəsulullah artıq gəl deyərmi?” Bununla yanaşı müharibələrdə iştirak edirdi ki, bəlkə şəhid olar və birdəfəlik bu ağır yükdən qurtular…

Tabeunun böyük imamı Həsən Bəsri onu bu sözlərlə tərifləyir: “Ömər ibn Əbdüləziz kimi Raşid xəlifələrin beşincisi saylan o böyük insan Vəhşinin atının burnunda bir toz ola bilər.” Bu həmçinin sələfin səhabəyə baxış tərzidir. Bəli, Vəhşi belə bir insan idi. İman etməklə həqiqi məsuliyyət hissinin fərqinə varmışdı. Allahın aslanı Həmzəni şəhid etmiş, Uhudda nəticəsinin dəyişməsində həlledici rol oynamışdı. Müsəlman olduqdan sonra da “gözümə çox görünmə” sözü ilə məzəmmət olunmuşdu.

Bir gün Yəmamədə peyğəmbərlik iddiasında olan Yalançı Müseyləmənin tərəfdaşları ilə müsəlmanlar arasında çox çətin mübarizə başladı. Vəhşi də həmin mübarizədə iştirak edirdi. Burada şəhid olacağını düşünürdü. “İnşallah Salimin şəhid olduğu, Hüzeyfənin doğrandığı, Əbu Aqilin parçalandığı yerdə Allah mənə da şəhadət nəsib edər” düşüncəsi ilə Yəmaməyə qədər gəlmişdi. Yalançı peyğəmbər Müsəyleməni Allah onun qarşısına çıxarmışdı. O gün yanında Həmzənin sinəsinə sapladığı mizraq vardı. O mizraq Müseyləmənin sinəsinə saplanacaqdı. Fürsətini tapıb əlində mizrağı atdı və Allah düşmənini öldürdü. Mizraq və sahibi öz işini yerinə yetirdi. Bu vaxt Vəhşi alnını yerə qoyaraq: “Artıq sənə görünə bilərəmmi ya Rəsulullah? Kafir olarkən müsəlmanların ən xeyirlisini şəhid elədim, müsəlman olduqdan sonra isə kafirlərin ən şərlisini öldürdüm. Görəsən hüzuruna çıxa bilərəm?” – deyirdi. Vəhşiyə bunu etdirən məsuliyyət hissi, vəzifə şüuru idi. Allah bizə də məsuliyyətimizi bu şəkildə idrak etməyi nəsib eləsin.

Bəkka

Tabeun nəslindən bir nümunəyə də nəzər salaq. Məhəmməd ibn Münkədir tabeunun böyük alimi, demək olar, hər bir hədis aliminin müraciət etdiyi bir insandır. Çox ah, nalə çəkdiyi üçün “Bəkka” ləqəbi ilə tanınır. Allaha qorxusundan elə ağlayıb sızlayardı ki, onu gözünün qabağında böyüdən anası: “Ay övladım, uşaqlığını bilməsəydim deyərdim ki, yəqin nə isə bir günahın var, ondan ötrü gözlərinin qorasını tökürsən. Bilərəm ki, belə bir şey yoxdur, elə isə niyə bu qədər ağlayırsan?” deyərdi. Amma Məhəmməd ibn Münkədir üçün ağlanılası çox şey vardı. Allah məhabəti, Allahın böyüklüyü qarşısında insanın kiçikliyi, bir gün əməllərin hesabını vermək, öldükdən sonra həşr olunmaq, əməl dəftərini sağdan və ya soldan almaq, Cəhənnəmin alovları arasından Sirat körpüsünü keçmək məcburiyyəti, bəli, bunlardı onun göz yaşlarını selə döndərən. Bəşəriyyət onun iniltilərini Davudun (ə.s.) mizrabından eşitmişdi, o, sanki ikinci Davud idi. Huşunu itirənədək Məhəmməd ibn Münkədirin fəryadı kəsilmirdi. Bir gün dostları soruşdu: “Nədir bu fəryadın səbəbi?” “Bir ayənin hökmünə tuş gəlməkdən qoxuram! – dedi və ayəni oxudu,

وَبَدَا لَهُمْ مِنَ اللّٰهِ مَا لَمْ يَكُونُوا يَحْتَسِبُونَ

“Və (o zaman) Allah onların güman etmədikləri (gözləmədikləri şeyləri) qarşılarına çıxardı.” O: “Qorxuram ki, Rəbbin dərgahında ummadığım şeylər əleyhimə ola!” – deyirdi.

Quşun ricası

Ovçular quşu yaralamışdılar. Yaralı quş uçur, ovçular da aman vermədən qovurdular. Hara gizlənsə, hansı budağa qonsa görür, əl çəkmirdilər.

Quşun ürəyi sürətlə döyünürdü. Nəfəsini dərmək istəyəndə tüfəngin lüləsinin özünə tuşlandığını gördü. Ovçuların quşu buraxmaq fikri yox idi. Bu qaçaqaç onu çox yormuşdu. Ovçuların ürəklərində isə mərhəmət qalmamışdı. Yaralı quşun acizliyi, çarəsizliyi, çırpınışları ovçuların vecinə deyildi. Rəhm etmədən quşu ələ keçirənə qədər mübarizə aparacaqdılar. Quş ölümün astanasında idi. Onun üçün matəm təbili çalınırdı. Yazıq quşun uçmağa macalı qalmamışdı. Sonuncu dəfə bütün gücünü toplayaraq havalandı. Uzaqlıqda bir qrup insan gördü. Ortada bir şeyx oturmuşdu. Ətrafındakı müridləri ilə zikr edirdilər. Quş onların məclisinə qədər var gücü ilə uçdu. Qorxunun təsiri ilə yaydan çıxan ox kimi sürətlə uçub şeyxin kaftanının altında gizləndi. Quş şeyxə inanır və təhlükəsiz yerə sığındığını düşünürdü. Kaftanın altındakı hərəkətliliyi görən şeyx bir anlıq həyəcanlandı. Təlaşla əlini oraya saldı. Şeyxin əli sürətlə dəydi və yaralı quş oradaca öldü. Şeyx özü də bilmədən yaralı quşu öldürmüşdü. Mənəvi aləmdə məhkəmə qurulmuşdu. Quş şeyxi şikayət etmişdi. Şeyx bilərək və istəyərək etmədiyi üçün məsul olmadı. Özü də quşun öldüyünü görüncə çox təəssüfləmişdi. Quşa son sözü soruşulanda belə dedi:

– Bir arzum var. Mən, o kaftana və sarığa güvəndiyim üçün altına sığındım. İstəyirəm ki, bundan sonra o güvəni boşa çıxaran heç kəs həmin kaftanı geyinməsin. Mənim başıma gələnlər başqalarının da başına gəlməsin.

Nəticə

Yaşadığımız dövrdə bir çox insan insafsız “ovçuların” toruna düşməmək üçün sığınacaq yeri axtarır. Ailələr çarəsizdir. Fərqində olmadan bəzən yağışdan qaçıb yağmura düşürlər. Bütün insanlıq günah bataqlığında çırpınır, fəryad edir. Hər kəs uzadılacaq yardım əli gözləyir. Artıq bu fəryadlar sərhədləri aşıb. Bütün dünyada dil, rəng, millət fərqi olmadan bu böhran hökm sürür. Dəyərlər alt-üst olub… Həbsxana, küçə, xəstəxana, məktəb… imdad deyərək fəryad edir. İntihar, sui-qəsd, zərərli vərdişlərin qurbanı olmuş zavallıların sayı günbəgün artır.

Bunların düzəlməsi üçün kimsə qolunu çırmalamalıdır. Çünki hamı bundan məsuldur. Bu yönü ilə vəzifə ağır, məsuliyyət isə böyükdür. Bu fəlakətdən qaçıb qurtulmaq istəyənlərin, güvənib gələnlərin, qurtarın deyə əl uzadanların etimadını doğrultmaq həqiqi möminin əsl vəzifəsidir. Üzərimizdəki iman libasını da çıxara bilmədiyimiz üçün əlimizdən gəldiyi qədər kaftanın haqqını verməyə çalışmalıyıq.

Kobudluğa necə cavab verə bilərik?

Razılaşdıq ki, biz inkişaf etmiş mədəni bir cəmiyyətdə yaşayırıq ki, ideal şəkildə hər şey qarşılıqlı hörmətlə qurulmalıdır. Sonra, sakitcə və başqaları zərər vermir. Lakin, buna baxmayaraq, onun təcavüzünü göstərmək və əhvalınızı pozmaq üçün bəhanəyə ehtiyac olmayan bir insanla qarşılaşma riski kifayət qədər böyükdür. Gəlin ləyaqətli mövqeyini qoruyarkən kobudluğu necə qarşılaya bilərsiniz.

Kobudluğa necə düzgün yanaşmaq olar?

Təbii ki, bunu fərq etməmək və təhlükəli vəziyyətdən qısa müddətdə ayrılmağa çalışmaq yaxşıdır. Qarşının başlıca məqsədi, həyəcan balansından çıxmaq və bununla necə qarşılaşa biləcəyinizi görməkdir. Ona sevinc verməyin. Məsələn, etiketi uzunluğuna dair qeyri-adi bir şərh edən bir qadınla mübahisə etmək lazım deyil. Əgər başınızı yuxarıdan eşitməmiş və keçməmiş olduğunuzu iddia etsəniz, əlbəttə ki, əlverişsizlik o zaman yaşayacaqdır.

Ancaq vəziyyətdən çıxmaq həmişə mümkün deyil, bəzən özünüzü bir müddət bürcü ilə qarşı-qarşıya qoyur və təxribatlarına qulaq asmaq məcburiyyətində qalırsınız. Özünüzü kobudluqdan qoruya bilmək üçün necə davranılacağına dair bir neçə ipucu.

  1. Rakibinizin bütün sözlərini hesabınıza daxil etməyin. İnanın ki, sanki hər şeyin sizinlə heç bir əlaqəsi yoxdur. Hətta təxribatlar xüsusi olduğuna baxmayaraq, yerinizdə olan hər hansı bir şəxs tərəfindən də eşidilir.
  2. Yağmurun səviyyəsinə getməyin, cavab vermək üçün kobud davranmayın. Siz ağıllı bir insansınız, bu davranış sizin üçün xeyirlidir və həmişə belə davranır. Bir mübahisəyə cəlb olunarsa, bədbəxt qələbə və məmnuniyyət duyğusu olur, yalnız söylədiyiniz üçün xəcalətli və utanırsınız.

Kobudluğun cavabı necə gözəldir?

Kobudluqla mübarizə yalnız bir halda müvəffəqiyyətlidir – özünü idarə etməyiniz yoxdursa. Və təcavüzkar bu sizi gözləyir. Amma bu sözlər onun sözlərinin sizə təsir etmədiyini görsəydilirsə, onu möhkəm qıracaq, vəziyyətə nəzarəti itirməyəcək. İndi bunun qarşısını almaq üçün çox sadədir – əvvəlcədən düşünə biləcəyiniz bir gözlənilməz hərəkət və ya ifadə ilə təəccübləndirmək və ya hətta çəkindirmək üçün kifayətdir.

Həm də uğurlu qarşıdurma üçün rəqibin təcavüzkar davranışının səbəblərini təsəvvür etmək vacibdir. Kobudluqla qarşılaşdığınız vəziyyətdən asılı olaraq fərqlənə bilər.

İşdə çirkinlik. Bir yoldaşınız üçün kobud varsa, bu adi dürüstlüklə müqayisə oluna bilər və bununla mübarizə aparmaq lazımdır. Bosses hücumda olduqda, hər hansı bir cavab nəticə ilə doludur. Əgər belə bir hesabat layiqdirsənsə, bu bir şeydir, sonra dinləyin və konstruktiv bir müzakirə aparın. Sizin fikrinizcə, bu sıfırdan baş verirsə, belə bir münasibətin səbəblərini hakimiyyət orqanları ilə diqqətlə müəyyən etməyə çalışın. Bəlkə siz ofis inqilabının qurbanı olursunuz, ya da başa düşmədiyiniz bir şey.

Təchizatdakı çirkinlik, bir qayda olaraq, ən qeyri-konstruktivdir. Bəlkə birinin ayağına basdılar, amma üzr istəmədikdən sonra onun iddialarını dinləməyə ehtiyacınız yox idi. Və belə olur – ayağınıza basdı və lənətə gəlmişdiniz. Brawlers üçün real genişlənmə. Bir insanda həyatın necə inkişaf etdiyini təsəvvür etməyə çalışın, əgər o, tamamilə özünü idarə edə bilmirsə. Səmimiyyətli bir baxışda rəqibini mütləq məğlub edəcəkdir.

Evdə dözümsüzlük. Siz həmçinin dükanızda, həkimə və hər hansı bir dövlət müəssisəsinə bir növbədə dəvət edə bilərsiniz. Sonuncu halda, toplantıya hazırlanmamaq ən təhlükəlidir. Həll etməmiz lazım olan mövzuda əvvəlcədən məlumat toplamaq üçün cəhd edin, sonra heç kim cehaletinizdən faydalana bilməz.

Ailənin çirkinliyi, bəlkə də, ən çox təsir edir, çünki yaxın adamlar necə təhqir edilə biləcəyini və su içində bunun faydalana biləcəyini bilirlər. Eyni ruhda cavab verərsənsə, ehtimalla hər şey bir skandala son verəcəkdir. Çox təsirli Bir insanın bu qədər təcavüzə uğradığını təəccübləndirmək, bəlkə də, o, bu gün çox şirin deyil və özü ilə öhdəsindən gələ bilməz. Gücünü bahalı bir insan tərəfindən təhqir etməməyə çalışın, amma onu dəstəkləyin və sakitləşməyin, sonra hər şeyi sakit söhbətdə müzakirə edin. Beləliklə, ailənizdə əlverişli bir mühit saxlaya və onu həqiqətən yüksək qiymətləndirdiyinizi göstərin.

Ağıllı kobudluq. Bir tərəfdən belə bir insanı belə incə incitmək sənətidir, hətta onu fərq etməz, digər tərəfdən, bu fenomenin təbiətini dəyişmir. Səmimi rüsvaylığa kifayət qədər cavab vermək istəsəniz, hətta daha incə və daha zərif olmalıdır.

Kobudluğun məsuliyyətini necə dəf edə bilərəm?

AZƏRBAYCAN QƏZƏLİ

ƏDƏBİ HƏYAT

Qəzəldə müəyyən bir əhvalatı, aşiq-məşuq münasibətlərini nəql eləmək (“Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi” – Nizami) klassik qəzəllərimizdə ayrıca bir xətt təşkil edir. Buna süjetli qəzəl deyilir və Seyid Əzimin belə qəzəlləri sayca az deyil.

Dünən gecə mənə həmbəzm bir səmənbər idi,

Məhi-cəmalı ilə gözlərim münəvvər idi.

Başımda nəşeyi-mey, xatirimdə zövqü səfa,

Bir əldə türreyi-dilbər, bir əldə sağər idi.

Gecəm o hur cəmalilə ruz tək rövşən,

Yerim behişti-bərin, badəm abi-Kövsər idi.

Nə xahiş eyləsəm ol bəzm ara olub hasil,

Nə arizu eləsəm yardən müyəssər idi.

Xuda keçən gecəni ömrümə hesab eləsin,

Ki, hər dəqiqəsi yüz min günə bərabər idi.

Qədr axtarasan, ey şahi-diyari-vəfa

Ki, heyf öldü bu Seyyid, qəribə çakər idi.

Seyidin qəzəlləri həyatsevərlik, nikbinlik çalarları ilə oxucuda xoş hisslər oyadır, “axirət fikrini çəkmə, gözəllərdən və gözəllikdən zövq al” – bax, bu fikirləri təbliğ edirdi Seyid, xurafat zülmətinə bürünmüş Şamaxı mühitində bunları söyləmək hünər tələb edirdi. Şərabın, meyin “tərənnümü” isə Xəyyamdan, Füzulidən gəlirdi və ümumiyyətlə klassik poeziyada mey, meyxana, şərab daha çox simvolik məna daşıyır. Ancaq S.Əzimin yaşadığı Şamaxı mühitində meyi, meyxanəni məscidə qarşı qoymaq qabaqcadan əcəl kəndirini boynuna dolamaq idi. “Şərab almağa səndən ötrü təndə nəqdi-canım var, Güman etmə ki, bu biçarə Seyyid təngdəst olmuş”. “Qəribə xanəviran, rindi-bipərvadı Seyyid kim, Əlindəın cam düşməz, bir çıxıb meyxanədən gəlməz”, “O tari-zülfə Seyyid qılmaz iyman, məhz kafərdir, Çəkər təsbihdən əl, rişteyi-zünnardan keçməz” “Seyyida, lalələr aldı ələ mərcani qədəh, Ruhi-Cəmşidi edək şad, içək bir neçə cam”, “Zahidü məscid təmənnasın çox etmə, ey könül, Zahidi bir cüğd bil, həm məscidi viranə tut” və s. Ancaq S.Əzim heç vaxt allahsız olmamışdır, qəzəllərində Qurandan, dini kitablardan gələn sözlər, ifadələr, “Xalıq”, “Allah kərimdir” rədifli qəzəlləri diqqəti cəlb edir.

Seyid Əzimin Füzuli qəzəllərinə nəzirələri çoxdur. Ancaq bunları sadəcə nəzirə hesab etmək doğru olmazdı. Bu qəzəllərdə Seyid Əzimin özünəməxsus şair fərdiyyəti, üslubu diqqəti cəlb edir:

Can tazələnir ləli-dürəfşanını görcək,

Dil xürrəm olur sərvi-xuramanını görcək.

Dağlarə çıxıb saldı başın sünbül aşağə,

Ol lalərüxün zülfi-pərişanını görcək.

Yəqub neçin ölmədi, bilməm fərəhindən,

Can nəqdi olan Yusifi-Kənanını görcək?

Bu xaki-siyəhdən başımız çərxə ucaldı,

Ol mahirüxün gündə bir ehsanını görcək.

Seyyid, elə bildim ki, bəqa suyunu içdim,

Ol səbz-xətin qətlimə fərmanını görcək.

Çox maraqlıdır ki, XIX əsr şairlərinin bir çoxu ikili ədəbi həyat yaşayırdılar: bir tərəfdən divan ədəbiyyatına-klassik poeziyaya bağlı idilər, digər tərəfdən, maarifçiliyi təbliğ edirdilər. Elə Seyid Əzimin yaradıcılığı bunun əyani sübutudur.

Qəzəlin XIX əsr dövrü bu janrın obraz, bədii təsvir ustalığı, orijinal deyim tərzində də yeniliklərlə zəngin idi. Füzulidən qüvvət alan şairləri birmənalı şəkildə təqlidçi adlandırmaq olmaz. Əksinə, elə qəzəl nümunələri yaranırdı ki, onları Füzuli və Seyid Əzim qəzəlləri ilə bir sırada tay tutmaq olar.

Hər kim ki, hicri yar ilə düşsə dimağidən,

Heç açılırmı könlü onun seyri-bağidən.

Aldım sorağını dedilər qeyrə yar olub,

Ey kaş lal olaydı dilim bu sorağidən.

Ölməkdən özgə yox məınə eşqidən bir sud,

Pərvanə yanmağı ancaq sevir çırağidən.

Bir lalə üzlü yar çəkib dağ sinəmə,

Ya rəb, sən etmə sinəmi xali bu dağidən.

Yetdikcə gül dodağinə mey, bilməzəm alır,

Güldəın dodaq nəşəni ya mey dodağidən.

Sənsiz bahar açıla, istəməz Bahar,

Nə qönçə bağidən açılar, lalə dağidən.

Bu qəzəlin müəllifi Mirzə Nəsrullah Bahardır (1834-1883). Bitkin qəzəldir. Təfərrüata, ayrı-ayrı qəzəlləri misal gətirməyə ehtiyac varmı? Epizodik misallarla kifayətlənək:

“Təbiba, eşq dərdin dəf edəmməzsən məzacımdan, Məni bu dərd billəm, öldürər, əl çək əlacımdan. Əlaci-dərdimə canan ləbindən ehtiyacım var, Əlacım hasil eylə, ey müalic, ehtiyacımdan” (Ələkbər Aciz), “Ahım küləyi yıxmadı bünyadını hicrin, Ey seyli-sirişkim, sən özün bir hünər eylə” (Bixud), “Köksüm üstə çəkilən yar oxunun yarəsidir, Sinəmə bir də bir ox ursa, onun çarəsidir” (Məhəmmədəli bəy Məxfi), “Saqiya, bir şur ilən gəl, şuriləndir məclisi, Bu xumarı rəf edib məxmuriləndir məclisi. Hər “ənəlhəq” naləsi bir tari-zülfündən gəlir, Eylə bir dar aləmi, Mənsuriləndir məclisi.” (Sədi Sani Qarabaği), “Rüxsari-yarə qondu ərəq zoqi-badədən, Gül bərginə qonan kibi gülşəndə jalələr” (Əbdülxaliq Yusif), “Firqətində tökərəm göz yaşı Ceyhun-Ceyhun, Yanar əhvalıma Fərhad ilə Məcnun, Məcnun. Bilməsən halımı hicran günü zalım, zalım, Vurar hər ləhzə mənə qəm oxu şəbxun, şəbxun” (Haşımbəy Saqib) və s. Misallardan da görsənir ki, XIX əsr qəzəl şairləri klassik ədəbi ənənələrə sadiq qalmışlar, təsvir vasitələri, qəzəldə işlənən tərkiblər dəyişilməyib, amma hər halda, “köhnə havalar”da təzə söz deməyə çalışmışlar.

XIX əsr Azərbaycan poeziyasında Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Şahnigar xanım, Məşədi xanım Leyli kimi qadın yazarların qəzəl yaradıcılığını da unutmaq olmaz. Mərhum yazıçı, professor Əzizə xanım Cəfərzadənin tərtib etdiyi “Azərbaycanın aşıq və şair qadınları” (Bakı, 1991) toplusunda bu şairlərin qəzəllərindən seçmə nümunələr təqdim olunur.

Onların qəzəllərini səciyyələndirən bir ümumi məqamı qeyd edək – bu da KÖNÜL AHIdır, taledən, yaşadıqları ictimai mühitdən, uğursuz sevgidən, qadına olan patriarxal münasibətdən yaranan bu könül ahı onların qəzəllərinin leytmotivinə çevrilir.

Əfsus ki, yarım gecə gəldi, gecə getdi,

Heç bilmədim ömrüm necə gəldi, necə getdi.

İbrahimxəlil xanın qızı, Natəvanın bibisi Ağabəyim Ağa Ağabacının bu tutiyə beyti (təəssüf ki, onun şeir yaradıcılığından cəmi altı beyt məlumdur) XIX əsr şair qadınlarımızın əhval-ruhiyyəsini, qəm-kədər dünyasını bariz şəkildə ifadə edir .. Qəzəllərinin rədifi də o könül ahının ayrı-ayrı zərrələridir: “əfsus”, “neçin gəlməz?”? ” ağlar “, “ölürəm”, “ağlaram”, “getmə” (Natəvan), “rəhm et” (Heyran xanım), “ölürəm”(Məşədi xanım Leyli), “görmədim” (Şahniyar xanım), “ölmə”, “sənsiz” (Fatma xanım Kəminə) və s. Bu xanım yazarların içərisində heç şübhəsiz, Natəvanın qəzəlləri poetik baxımdan daha bitkindir. Natəvan Füzulidən ən çox təsirlənən, hətta ayrı-ayrı qəzəllərində Füzuli nəfəsi duyulan şairdir.

Dilbəra, dərdü dilimdən belə ünvan etdim

Ki, qəmi-hicridə dil mülkünü viran etdim.

Mümkün olmaz mənə vəslin bilirəm həşrə kimi,

Ol səbəb məskənimi kuhü biyaban etdim.

Eşq sultanı mənim qətlimə fərman gətirib,

Etmədim tərki-vəfa, taəti-fərman etdim.

Ya təbib adını tərk eylə, təbabət etmə,

Ya mənim dərdimi tap, gör niyə tüğyan etdim?

Yoxdu bir kimsə məgər dərdimi bilsin, ya rəb

Ki, mən öz qanım ilə dərdimə dərman etdim.

Dərdi-hicrində gözüm yaşı tutub dünyanı,

Nuh tufanı kimi gör ki, nə tufan etdim.

Natəvan, etmədi ol səngidilə nələm əsər,

Gecə-gündüz nə qədər naləvü əfqan etdim.

XIX əsr Azərbaycan poeziyasının üç görkəmli nümayəndəsi – Əbülqasım Nəbati, Əbülhəsən Raci və Seyid Nigari yaradıcılığında da qəzəl janrı mühüm yer tutur.

Əlbəttə, qəzəl və ümumiyyətlə, şeir formalarının hər biri şairin hansı ədəbi cərəyana yaxud hansı məsləkə mənsub olmasıyla bədii dəyər qazanmır. Deyək ki, Nəbati yaradıcılığında sufizm dərin kök salıb, Seyid Nicari nəqşbəndlik təriqətinə mənsub idi, təbii ki, onların qəzəllərində bu, öz əksini tapmalıydı. Əsas odur ki, qəzəlin hansı məzmunda yazılmasından asılı olmayaraq o, bir şeir nümunəsi kimi dolğun, bitkin və mükəmməl olsun. Seyid Əbülqasim Nəbati bu baxımdan XIX əsr poeziyasında qəzəlin bir çox gözəl nümunələrini yaratmışdır. Onun qəzəlləri öz bədii-estetik təravətinə görə Seyid Əzim qəzəllərindən heç də geridə qalmır. Nəsimidən, Füzulidən gələn təsir dalğaları Nəbatidə təqlidçiliyə çevrilməmiş, əksinə, orijinal deyim tərzi ilə diqqəti cəlb edib. Folklordan gələn meh də bu qəzəllərin canına, qanına hopub. Tədqiqatçılar (Z.Əsgərli, Ə.Hüseyni, M.Osmanoğlu) Nəbatinin musiqi sənəti ilə yaxından bağlılığını, şairin xalq nəğmələrinə söz yazdığını, şeirlərində muğam və muğam şöbələrini tərənnüm etdiyini qeyd edirlər. Nəbati qəzəlləri qafiyə, rədif baxımından da yeniliyilə seçilir, “söz oyunu” onun qəzəllərində ritm yaratmağa, şeirin musiqi ahəngi ilə köklənməsinə imkan verir. Məti Osmanoğlu yazır ki: “Məzmun kamilliyi və struktur zənginliyi baxımından Nəbatinin qəzəlləri daha mükəmməl bədii örnəklər sayıla bilər”.

Sənsiz ey gül, könlümün bir dəm qərarı yoxdu, yox!

Səndən özgə neyləsin, bir qəmküsarı yoxdu, yox!

Dərdi-hicrin çarəsin hərçənd bildim səbr imiş,

Neyləyim, billah, bu dəryanın kənarı yoxdu, yox!

Leyli! Leyli! – söyləyib çoxlar deyir kim, aşiqəm,

Leyk Məcnuntək onun bir dağdarı yoxdu, yox!

Hər xəzanın bir baharı onsuz olmaz, olmasın,

Bu çöl olmuş gülsitanın bir baharı yoxdu, yox!

Gülləri, bülğülləri, abü havası çox gözəl,

Heyf kim , bu gülşənin bir gülüzarı yoxdu, yox!

Sən nə bəslərsən bu tərlanı, Nəbati, ruzü şəb?

Mən bu dağı çox dolandım, bir şikarı yoxdu, yox!

Nəbatinin qəzəllərində kifayət qədər sufizm təsirlərindən və sufizmin özündən söz açmaq olar, Azərbaycan ədəbiyyatında sufizm məhz Nəbati poeziyasında sonuncu nöqtəni qoyur, tədqiqatçılardan birinin qeyd etdiyi kimi:

“Özünü dərk eləyən Allahını dərk etmiş olur, Allahını dərk eləyən bütün dünyanı” tezisi Nəbati yaradıcılığında bariz ifadəsini tapır.

Özünü dərk etmə Allaha doğru gedən yolun başlanğıcı idi və Nəbati Füzulinin məşhur qəzəlinə yazdığı nəzirədə dərin çırpıntılar içində o yolu seçdiyini elan edirdi:

“Eylə məstəm bilməzəm kim , mey nədir, mina nədir! Gül nədir, bülbül nədir, sünbül nədir, səhra nədir! Od tutub canım sərasər yandı, amma bilmədim, Dil nədir, dilbər nədir, başımda bu sevda nədir! “.

Məlum səbəblərə görə Seyid Nigarinin yaradıcılığı uzun müddət tədqiqatdan kənar idi. Halbuki, keçən əsrin əvvəllərində Firudin bəy Köçərli onun yaradıcılığını yüksək qiymətləndirmişdi: “Hacı Mirhəmzə əfəndinin yazdığı şeirlərin cümləsi eşqi-həqiqiyə, məhəbbəti-ilahiyə, hüsni-təbiiyə, mədhi-mövlaya, mərifəti-xudaya, eşq yolunda sədaqət və dəyanət və sair ovzafi-həmidələrin mədhinə şamil kəlamlardır”. Seyid Nigarinin qəzəlləri bütünlüklə Eşqin və Tanrıya sevginin tərənnümü üzərində qurulub. Eşq-sevda Nigarinin təbirincə insanı ucaldan, onu mənən saflaşdıran bir qüvvədir, Haqq yoludur, dünyadakı bütün gözəlliklərin mənbəyi Eşqdir, sevdadır. Nəbatinin qəzəlləri ilə müqayisə etdikdə Seyid Nigarinin qəzəlləri bir qədər çətin anlaşılır – həm ayrı-ayrı söz və ifadələr (bunlar sırf nəqşbəndliklə bağlıdır), həm də dini-fəlsəfi rəng qatılan şeirlər müasir oxucu üçün qəliz və mürəkkəb, başa düşüləsi çətin mətndir. Hətta nisbətən sadə yazılan qəzəllərdə də məna, mətləb müəyyən hazırlıq, bilgi tələb edir ki, dərk edə biləsən:

Mütrib çəkər, ah, ah söylər,

Sərməst olur gah-gah söylər.

Dərd əhli bilir ki, bənd bəndi

Bərdari-dilavər əh söylər.

Eşq atəşinə yanar məşuq,

Suzi-dil ilə Allah söylər.

Gər kim , nə gözəldir eşq yari,

Dərvişi-qulam şah söylər.

Məsti-meyi mehrdir Nigari,

Sərməsti-Allah, Allah söylər.

O ki qaldı Raciyə, onun da taleyi Seyid Nigarininki kimi olub. Raci uzun müddət mərsiyə şairi kimi tanıdılıb və onun lirikası haqqında oxucuların təsəvvürü olmayıb. Nəhayət, 1992-ci ildə Hafiz Abiyevin tərtibi ilə Racinin seçilmiş əsərləri kitab halında nəşr edildi və onu orijinal lirik şair kimi də tanıdıq.

Racinin qəzəlləri həm məzmun, həm də formaca o dövrün poeziyasında yeniliyi ilə seçilirdi və indi etiraf olunmalıdır ki, bu qəzəllər vaxtında təhlil olunsaydı, biz qüdrətli bir şairin qəzəldə necə incəliklər yaratdığının şahidi olardıq.

Neçə müddətdi sənin vəslüvə həsrət çəkirəm,

Tikmişəm göz yola, gör nə müsibət çəkirəm.

Pərdeyi-çeşmimi gəl bir də edim payəndaz,

Qoy gözüm üstə qədəm, can ilə minnət çəkirəm.

Nalə ilə yuxumu xəlqə həram eyləmişəm,

Gecələr sübhə kimi naleyi-firqət çəkirəm.

Nə qədər sadə, anlaşıqlı, indi hamının başa düşəcəyi bir dillə qələmə alınıb bu qəzəl.

(ardı olacaq)

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

Ədalət � 2017.- 30 dekabr.- S.15.

Comments are closed, but trackbacks and pingbacks are open.