Firidun bəy Köçərli- ədəbiyyat tarixçiliyi elminin banisi
II.Vispered V.Kiçik Avesta
Ədəbiyyat Dərsləri-Dərs 2 : Qədim dövr Azərbaycan ədəbiyyatının başlıca xüsusiyyətləri. Midiya əfsanələri. Avesta
Subscribe to our mailing list and get interesting stuff and updates to your email inbox.
Thank you for subscribing.
Something went wrong.
We respect your privacy and take protecting it seriously
Ədəbiyyat:
1.Ə.Səfərli, X.Yusifov “Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı”, Bakı. 2012
2.Azərbaycan ədəbiyyatı tarixi 6 cilddə. I cild. Bakı. 2003
3.F. Köçərli “ Azərbaycan ədəbiyyatı” 2 cilddə, I cild. Bakı. 2007
- Avesta haqqında: http://www.kitabxana.net/files/books/file/1449856361.pdf
Azərbaycan ədəbiyyatının tarixi onu yaradan xalqın tarixi qədər qədim və mürəkkəbdir. Qədim dövr Azərbaycan ədəbiyyatı isə ədəbiyyatımızın ən qədim dövrlərini öyrənir və ümumtürk ədəbiyyatının tərkib hissəsini təşkil edir. Hər bir xalqın mənşəyini, adət-ənənələrini, etnoqrafiyasını öyrənmək üçün həmin xalqın ədəbiyyatına nəzər salmaq lazımdır. Azərbaycan ədəbiyyatının mənşəyi, adət-ənənələri isə xalqımızın yaratdığı ilk ədəbi nümunələri olan folklor nümunələrində toplanır.Müxtəlif mərasim nəğmələri, ofsunlar, sınamalar, mifoloji mətnlər Qədim dövr Azərbaycan ədəbiyyatının ilk qaynaqlarını təşkil edir. Qədim dövr Azərbaycan ədəbiyyatının ilk qaynaqları sırasında ümümtürk dastanları da xüsusi yer tutur. “Oğuz xaqan”, “Yaradılış”, “Ərgənəkon” və s. Dastanlar ulu babalarımızın ədəbi düşüncəsini əks etdirir.
Qədim Azərbaycan ədəbiyyatının ilk nümunələrindən biri Midiya əfsanələridir ki, Herodotun “Tarix” kitabında qorunub saxlanılan bu əfsanələr arasında “Astiaq” bə “Tomris” əfsanələri yalnız ədəbi nümunə kimi deyil, həm də xalqın dövlətçilik ənənələrini, cəmiyyət haqda düşüncə və fikirlərini əks etdirir.Antik yunan əsatiri ilə yaxından səsləşən, tarixi hadisədən daha çox hekayə təsiri bağışlayan “Astiaq” əfsanəsi bir sıra xüsusiyyətləri ilə maraqlıdır. Midiya hökmdarı ilan Astiaq Midiyanın taleyini düşünür və daim gördüyü yuxulardan narahat olur. İkinci bir maraqlı əfsanə isə “Tomris” əfsanəsidir ki, İskit hökmdarı Tomrisin öz dövlətini və millətini necə qəhrəmancasına qorumasını əks etdirir.
Avesta. Şərq xalqlarının müqəddəs saydığı kitablardan olan “Avesta” əski ədəbi abidələrdən biridir. Bu əsərdə qədim şərq xalqlarının dini, əxlaqı, ictimai, siyasi, fəlsəfi görüşlərinin bir sıra cəhətləri bədii şəkildə əks edilmişdir. “Avesta” dəfələrlə təzyiqlərə məruz qalmasına baxmayaraq ən əski görüşləri qoruyub şifahi yaddaşdan bu günümüzə gətirib çıxara bilmişdir.
“Avesta”nın müəllifi Zərdüşt hesab edilir (e.ə.569-492). Mütəxəssislərin fikrincə Zərdüşt Cənubi Azərbaycanın Urmiya vilayətində anadan olmuş və milliyətcə Türkdür. Rəvayətə görə “Avesta”nın ilk üzünü köçürən Zərdüştün kürəkəni və katibi Camasp olmuşdur.
“Avesta”da əksinini tapan dini baxışın əsasını dualizm təşkil edir. Cismani aləmdə xeyirlə şər, ictimai həyatda ədalətlə zülm arasında daimi mübarizə gedir. Dini aləmdə bu mübarizəni Hörmüzlə Əhrimən arasında gedən konflikt təmsil edir. Əsas mübarizə bu iki xeyir və şər allahı arasında da cərəyan edir. Ahuraməzda işığı, həyatı, xeyiri, ədaləti təmsil edir. “Avesta”da xeyirin, yəni, Ahuraməzdanın qələbəsinə inam ifadə edilir.
“Avesta”nın tərkib hissələri. Tarixi mənbələrdən görünür ki, “Avesta” 21 hissədən ibarət olmuş və hər hissəyə ayrıca ad verilmişdir ki, fəsillər forget adlanır. I hissə xeyrxahlıq və nəcabət, II hissə dini mərasimlər, III hissə zərdüştlük dini təliminin ehkamları, IV hissə kosmoqonik səciyyə daşımış, V hissə astronomiyadan, VIII hüquq qanunlarından, XVI vətəndaşlıq və hərbi qanunlardan və s. bəhs etmişdir.
“Avesta” müxtəlif təsniflər altında hissələrə bölünsə də, bir qayda olaraq “Avesta”nın 5 hissədən (kitabdan) ibarət olduğu avestaşünaslıqda məlumdur.
II.Vispered V.Kiçik Avesta
Yasnanın qatlar hissəsi Avestanın ən qədim hissəsi və Zərdüştün fərdi yaradıcılıq məhsulu hesab olunur. Zərdüşt maldarlığın və əkinçiliyin inkişafına, ümumiyyətlə zəhmətsevər insanlara yüksək qiymət verir. Hegel yazır ki, əkinçiliyi və maldarlığı yaxşı güzəran üçün əsas hesab edən zəkalı və qeyrətli bir şəxsiyyət bizimlə danışır.
Firidun bəy Köçərli- ədəbiyyat tarixçiliyi elminin banisi
Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən biri Firidun bəy Köçərli akademik Həmid Araslının təbirincə ömrünün mühüm hissəsini xalqının maarifinə, ədəbi irsinin öyrənilməsinə sərf edən fədakar ictimai xadimdir. Ötən əsrin əvvəllərində realist bədii nəsrdə, dramaturgiyada, satirik publisistikada Cəlil Məmmədquluzadə, yeni şeir aləmində Mirzə Ələkbər Sabir, milli musiqinin inkişafında Üzeyir Hacıbəyli hansı zirvədə dayanırsa, gördüyü mühüm işlər sahəsində ədəbiyyatşünaslıq elmində də Firidun bəy Köçərli həmin ucalıqda qərar tutub. 57 baharlı ömrünün 40 ilini millətinin maariflənməsinə, mədəni tərəqqisinə həsr edən Firidun bəy Köçərli estetik fikir tarixində də şərəfli yerlərdən birinin sahibidir. Çoxcəhətli yaradıcılığa malik olan Firidun bəy Köçərli ədəbiyyat tarixçisi, nəzəriyyəçisi, tənqidçisi, tərcüməçi, mətbuat və teatr qurucusu, pedaqoq, maarifçi, ən başlıcası da böyük vətəndaş və milli duyğulara sahib bir fədai kimi adını tarixə pozulmaz hərflərlə həkk etdirib.
Firidun bəy Əhməd bəy oğlu Köçərli 1863-cü il yanvarın 26-da Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini Mirzə Kərim Münşizadənin məktəbində alıb. Atası Əhməd bəyin elmə, maarifə, böyük marağı və həvəsi olub. Bu səbəbdən də oğlunu dövrünün ən yaxşı məktəblərində oxutmaq istəyində idi. Atasının arzularına rəğmən Firidun bəy Köçərli doğma şəhərdə fəaliyyət göstərən Rus Məktəbinə daxil olub. O dövrdə məşhur rus pedaqoqu A.Çernyayevski Qafqazı dolaşaraq Qori Müəllimlər Seminariyası üçün ümidverən gənclər toplayırdı. Firidun bəy Köçərli onun diqqətini çəkib. Beləliklə, Firidun bəy Köçərli öz taleyini seminariyaya bağlayıb. 1879-1885-ci illər ərzində o burada təhsil alıb.
Seminariyanı bitirən ili bir müddət İrəvan gimnaziyasında dərs deyib. Onu İrəvanda təkcə pedaqoq kimi tanımırdılar. Qori Müəllimlər Seminariyasının məzunu Firidun bəy Köçərli 23 yaşındaikən İrəvanda teatr tamaşası təşkil edir. Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir. On ilə yaxın bir müddət ərzində İrəvanda həm pedaqoq, həm də bir mədəniyyət xadimi kimi fəaliyyət göstərən Firidun bəy Köçərli yerli ziyalılardan Mirzə Məhəmməd Qəmərli ilə birlikdə ədəbi gecələr təşkil edir, poeziyaya, ədəbiyyata marağı olan gəncləri bir araya gətirərək onların formalaşmasında böyük zəhmət çəkir. Hələ İrəvan gimnaziyasında müəllim işlədiyi illərdə tərcüməçiliklə məşğul olan Firidun bəy Köçərli rus ədəbiyyatının tanınmış nümayəndələrindən Puşkinin, Lermantovun, Koltsovun və başqalarının əsərlərini ona dilimizə çevirməyə başlamışdı. Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” povestini də rus dilinə ilk dəfə Firidun bəy Köçərli çevirmişdir. Bu da faktdır ki, Azərbaycan və rus ədəbiyyatlarının əlaqələri haqqında ilk qeydləri Firidun bəy Köçərli etmişdir. Firidun bəy Köçərli eyni zamanda rus dilində yazdığı əsərləri ilə Azərbaycan klassiklərini rus və digər xalqlara tanıtmaqda faydalı iş görmüşdür.
İrəvanı tərk etdikdən sonra yenidən Qoriyə qayıdan Firidun bəy Köçərli 1895-ci ildən 1918-ci ilə qədər məzunu olduğu seminariyada dərs deyib. Hətta onu 1910-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin ediblər. Burada çalışdığı illərdə həmvətənlərinin seminariyada təhsil almasına yardımçı olan Firidun bəy Köçərli uzun sürən səylərindən sonra onun təşəbbüsü ilə Qazaxda Müəllimlər Seminariyası açıldı. 1918-ci ildən ömrünün sonuna kimi bu seminariyanın müdiri vəzifəsində çalışan Firidun bəy Köçərli Gəncədə baş verən üsyan zamanı 20-ci diviziyanın hökmü əsasında həbs edilib. Erməni dığası Sarkis Danilyanın diktəsi ilə Firidun bəy Köçərli haqqında verilən saxta hökmdə yazılıb: “4 iyun 1920-ci il. Gəncə: “Mən 20 diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqablçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinsiki Qazaxda. millətçilik ehtiraslarını qızışdırmışdır, nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir. Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini rədd etmək lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər”. Beləliklə, zülmətdə doğulub ətrafa nur saçan, millətinin maariflənməsi yolunda can qoyan, xalqlar arasında ayrı-seçkiliyə heç zaman yol verməyən humanist bir ürəyə malik olan milli duyğularla, bəşəri arzularla yaşayan, dövrünün ən böyük ziyalısı erməni fitnə-fəsadının qasırğasına düşüb. Erməni Sarkis Danilyanın hökmünə əsasən türkün böyük oğlu Firidun bəy Köçərliyə güllələnmə cəzası təyin edilir. Ən acısı da odur ki, bu hökmü təsdiq edən imzanın altında:”Fövqəladə komissar H.Sultanov” yazılıb. Erməni dəyirmanına su tökənlərin sonrakı aqibəti də elə belə qərəzli hökmlərə tuş gəlib. Firidun bəy Köçərlinin həbs edilməsi haqqında xəbər o zaman Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova çatdırılıb. O bu xəbəri eşidəndə bərk sarsılaraq Firidun bəyin azad olunması barədə Gəncəyə teleqram göndərib. Təəssüf ki, hər şey gec idi. Ermənilər gözəl bilirdilər ki, Firidun bəyin güllələnməsini ləngitmək onun xeyrinə ola bilər. Canilərin göstərişi ilə arxadan atılan güllə Firidun bəyin həyatına son qoyub. Uzun illər bu məsələni gizli saxladılar. Sadəcə bir təsadüf nəticəsində güllələndiyi bildirilirdi.
Azərbaycan ədəbiyyatı tarixini sistemli bir halda öyrənmək, yaratmaq ideyası məhz Firidun bəy Köçərli tərəfindən həyata keçirilmişdir. Doğrudur, Mirzə Fətəli Axundzadə maarifçilik ənənələrinin fəal təbliğatçısı və yorulmaz təşkilatçısı olmuşdur. Amma çoxəsrlik Azərbaycan ədəbi irsini toplayıb, elmi prinsip və ardıcıllıqla öyrənərək öz tədqiqatının nəticələrini “Azərbaycan ədəbiyyatı” əsərində qələmə alması Firidun bəy Köçərlinin bu sahədə ən böyük xidməti sayılır. Bu əsəri yazmaqla Firidun bəy müasir Azərbaycan ədəbiyyat tarixçiliyi elminin əsasını qoymuş və beləliklə də gələcək tədqiqatçılar üçün geniş bir yol açmışdır.
Akademik Feyzulla Qasımzadə XIX əsr Azərbaycan ədəbiyyatında ilk mənbələr içərisində ən mühüm yeri Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” tutduğunu qeyd edib. Unudulmaz Kamal Talıbzadə də Firidun bəy Köçərli yaradıcılığını araşdıraraq onun bu əsərini “Azərbaycan türklərinin ədəbiyyatı” adlandırıb. Firidun bəy Köçərli haqqında ilk monoqrafik əsəri mərhum akademik Bəkir Nəbiyev yazıb. Doğrudur Bəkir Nəbiyevə qədər Ş.Qurbanov, F.Qasımzadə, A.Zamanov, C.Xəndan və başqa tədqiqatçılar müəyyən araşdırmalar aparıb kitabça və məqalələr qələmə alıblar. Bəkir Nəbiyev həmkarlarından fərqli olaraq Firidun bəy Köçərlinin daha dolğun və ətraflı şəkildə tədqiqinə nail olub. Firidun bəy Köçərli ilə aparılan araşdırmalarda yol verilən nöqsan və yanlışlıqları üzə çıxaran Bəkir Nəbiyev Firidun bəy Köçərlinin işıqlı obrazını olduğu kimi qələmə alıb. Bəzi tədqiqatçılara görə, Üzeyir Hacıbəylinin seminariyaya rus maarifçisi A.Çernyayevskinin apardığı deyilirdi. Məhz B.Nəbiyev bu monoqrafiyada faktların köməyi ilə açıqlayıb ki, Üzeyir Hacıbəylini Qori Müəllimlər Seminariyasına məhz Firidun bəy Köçərli dəvət edib. Onlarla qarabağlının o dövrdə seminariyada təhsil alması məhz bu şuşalı balasının xidmətidir. Bir də Üzeyir Hacıbəyli seminariyaya oxumağa gedəndə A.Çernyayevski beş il idi ki, vəfat etmişdi.
Akademik Bəkir Nəbiyev “Mənalı ömürdən səhifələr” adlı dəyərli tədqiqatında yazırdı: “Abasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri tarixşünaslıqda olduğu kimi Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” da ədəbiyyatşünaslığımızda ilk və mötəbər mənbələrdən biridir”. Firidun bəy Köçərlinin adıçəkilən əsərini transliterasiya və tərtib edən, müqəddimə, izah və qeydlər yazan Ruqiyyə Qənbər qızı həmin əsər barədə yazırdı: “Azərbaycan ədəbiyyatı tarixi” Köçərlinin mötəbər məxəz kimi istər bütövlükdə, istərsə də ayrı-ayrı əsərlər üzrə yazılmış Azərbaycan ədəbiyyatı tarixi kitabları üçün bünövrə məqamında olmuşdur. Ədəbi irsimizin tədqiqi, tənqidi, pedaqoji və estetik fikrimizin tarixi ilə məşğul olan tədqiqatçıların demək olar, hamısı ondan istifadə etmiş və müəyyən dərəcədə də bəhrələnmişdir”.
Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatşünaslığı tarixində ilk dəfə olaraq ədib və şairlərimizin böyük əksəriyyətini əhatə edən ədəbiyyat tarixini yazmışdır. Bu əsərdə yüzdən artıq ədəbi irsi və onlardan böyük bir qisminin bioqrafiyası verilmiş, yaradıcılıqları haqqında müəllif fikri söylənilmişdir.
Firidun bəy Köçərli klassik Azərbaycan ədəbiyyatı haqqında geniş məlumata, dərin elmi-nəzəri biliyə, incə zövqə malik olduğu üçün hər bir qələm sahibinin yaradıcılığını özünəməxsus şəkildə təhlil etmək qüdrətində olub. Füzuli, Vaqif, Zakir, Seyid Əzim Şirvani kimi şairlər haqqında çox dəyərli oçerklərin müəllifidir. Eləcə də Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Y.V.Çəmənzəminli, M.Ə.Sabir barəsində ədəbi-tənqidi, realist fikirlərini əks etdirən maraqlı əsərləri var.
Firidun bəy Köçərli ana dilinin aşiqi idi. Onun 1913-cü ildə qələmə aldığı “Ana dili” məqaləsi o dövr üçün çox böyük əhəmiyyət kəsb etdi. Bir sıra qələm sahibləri müxtəlif dərgilərdə qəliz bir dildə yazılmış məqalələr dərc etdirərək Azərbaycan dilini korlayırdılar. Həmin vaxt mollanəsrəddinçilər, xüsusilə də Mirzə Cəlil, Əli Nəzmi belə mətbuata qarşı amansız mübarizə aparırdılar.
Görkəmli ədəbiyyatşünas alim, tənqidçi və maarif xadimi Firidun bəy Köçərlinin elmi fəaliyyəti Azərbaycan tarixinin qiymətli səhifələrindəndir. Unudulmaz millət aşiqinin “Azərbaycan ədəbiyyatı” əsəri isə ədəbiyyatşünaslığımızın inkişafında böyük rol oynayan və bu gün də təravətini itirməyən əsərlərindən biridir.
. O, 150 il öncə Azərbaycanın çox dilbər bir guşəsində – Şuşa şəhərində doğulmuşdu. Zülmətdə parlayan bir ulduz kimi ətrafa nur saçırdı. Maarif fədaisi kimi sorağı İrəvandan, Qazaxdan, Gəncədən eşidilirdi. Firidun bəy Köçərli millətinin aşiqi idi. O, gənc nəslin təhsil almasında, maariflənməsində, mədəni inkişafında bir məşəl kimi alovlanırdı. Onun bu nəcibliyi dostları sevindirsə də, öz millətinin taleyinə aydınlıq gətirsə də, gəncliyin yoluna işıq salsa da, düşmənləri xar edirdi. Xüsusilə də, ermənilər bu dağlar oğlunun faydalı işlərini, aydın məramını, xeyirxah əməllərini görmək istəmirdilər. Onlar Azərbaycanın Firidun bəy Köçərli adlı ziyasını qapatmaq üçün fürsəti fötə vermirdilər. Nəticədə 57 yaşlı bir türk ziyalısının ömür çırağını söndürsələr də, onun arzuları, əməlləri əbədi nur saçır. Bu nurun işığında 150 ildir ki, neçə-neçə Firidun bəy Köçərlilər yol gəlir.
Köçərli azərbaycan ədəbiyyatı 2 cilddə
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı: 2 cilddə: l cild
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Comments are closed, but trackbacks and pingbacks are open.