Kompüter şəbəkələri
Lokal şəbəkələrin iki növü var: 1) eynisəviyyəli LKŞ, 2) müştəri-server şəbəkəsi. Eynisəviyyəli LKŞ-də bütün kompüterlər bərabər hüquqa malikdir. Və istifadəçi istənilən vaxt öz kompüterindəki informasiyaya girişi ləğv və ya bərpa edə bilər. Hər bir kompüter arxasında əyləşən istifadəçi bütün digər kompüterlərdəki resurslardan istifadə edə bilər. Bunlara baxmayaraq bu cürə LKŞ-si növünün çatışmamazlıqları da mövcuddur. Bunlara aiddir: şəbəkəyə qoşulan kompüterlərin sayı çoxaldıqca şəbəkənin ötürücülük qabiliyyəti azalır, vahid informasiya bazasının olmaması, vahid informasiya təhlükəsizlik sisteminin olmaması və şəbəkənin işləmə səviyyəsinin kompüterlərin işindən asılı olması. Müştəri-server tipli şəbəkələrdə isə əsas mərkəzi kompüter server olur. Bütün informasiyalar məhz serverde saxlanılır və emal olunur. Buna görə də bu şəbəkə növü yüksək işləmə keyfiyyətinə malikdir. Amma mənfi xüsusiyyəti kimi qeyd etmək lazımdır ki, server-müştəri tipli şəbəkəni yaratmaq və işlətmək üçün küllü miqdarda maliyyə dəstəyi olmalıdır. Regional şəbəkələr də informasiyanın ötürülməsi funksiyasını yerinə yetirirlər. Regional şəbəkələr bir neçə lokal şəbəkəni özündə birləşdirir.
Kompüter şəbəkələri.
. konulu sunumlar: “Kompüter şəbəkələri.”— Sunum transkripti:
3 Lokal şəbəkə ilə qlobal şəbəkənin fərqi :
Lokal kompyuter şəbəkəsi məhdud ərazini əhatə edir. Lokal şəbəkəyə kiçik bir ərazidən qoşulmaq olar. Lokal şəbəkənin xidmətləri məhduddur. Lokal şəbəkədə yalnız bu şəbəkəyə qoşulmuş kompyuterlərdə olan informasiyalardan istifadə olunur. Qlobal kompyuter şəbəkəsi geniş ərazini əhatə edir. Qlobal şəbəkəyə dünyanın istənilən yerindən qoşulmaq olar. Qlobal şəbəkədə ümumdünya informasiya resurslarından istifadə etmək mümkündür. Qlobal şəbəkənin xidmətləri genişdir.
4 Kabel Şəbəkədə olan avadanlığı (kompüterbə başqa qurğuları) bir-biri ilə birləşdirmək üçün şəbəkə kabelindən istifadə olunur. Belə kabel kompüterlərlə mərkəzi qurğu arasında siqnalları ötürür.
5 Şəbəkə adapteri Kompüter şəbəkəsi üçün aparat təminatının ən vacıb hissəsi NİC (Network Information Card) şəbəkə adapteridir. Ona bəzən Ethernet – adapter yaxud şəbəkə kartı deyilir. O, ayrıca kart kimi və ya kompüterin ana lövhəsinin bir hissəsi kimi də ola bilər.
7 Şin (Bus) topologiyası
8 Şin topologiyası Bu topologiyada bütün kompüterlər (işçi stansiyalar) bir-biriylə bir kabellə birləşdirilir.Bu kabel çox vaxt koaksiyal kabel olur. Bu topologiyada hər bir işçi stansiyanın göndərdiyi siqnal və ya informasiya başqa kompüter tərəfindən qəbul edilir.Bu siqnalların göndərilməsi müəyyən ardıcıllıqla olmalıdır. Bu topologiyada mərkəzi kompüter yoxdur. Kabelin uzunluğuna məhdudiyyət qoyulur. Eləcədə işçi stansiyaların sayına məhdudiyyət qoyulur. Catışma-yan cəhət kabelin sıradan çıxmasıdır.
9 Halqa (Ring) topologiyası
10 Halqa (Ring) topologiyası
Bütün işçi stansiyalar bir-birilə zəncirvari birləşdirilmişdir. k nömrəli kompüterin göndər-diyi informasiya k+1 nömrəli kompüter tərə-findən alınır.Çox vaxt kompüterin və ya kabelin sıradan çıxması şəbəkənin iş rejimini pozur.
11 Ulduz (Star) topologiyası
12 Ulduz (Star) topologiyası
Bu topologiyada mərkəzi kompüter və işçi stansiyalar var. Burada hər bir kabelə 2 kompüter qoşulur. Hər hansı bir işçi stansiyanın sıradan çıxması şəbəkənin işinə xələl gətirir. Mərkəzi qovşağın kompüter və ya konsentrator olmasından asılı olaraq ulduzvari topologiya aktiv və ya passiv topologiya deyilir.
13 Ağacvari topologiya Qarışıq topologiya
14 Ülviyyə Həsənova, Ucar rayonu 3№li tam orta məktəbin informatika müəlliməsi
Kompüter şəbəkələri
Kompüter şəbəkələri- bir-biri ilə qarşılıqlı əlaqədə olan kompüterlərdir. Hansı ki bu kompüterlər arasinda informasiya mübadiləsi və resurslardan birgə istifadə etmək mümkündür. Kompüter şəbəkəsi çoxlu sayda kompüterləri özündə birləşdirən verilənlərin ötürülməsi mühitidir.
Növləri
Bütün elektron hesablama şəbəkələri miqyaslarına görə üç növə bölünürlər:
Lokal hesablama şəbəkəsi – LAN(Local Area Network) aralarına coğrafi məsafəsi az olan kompüterlər arasında yaradıla bilir. Bu şəbəkə növü adətən hər hansı bina daxilində və ya bir neçə bina arasında qurulur. Belə ki, kompüterlər arasında məsafə 10-15 km-dən çox olmamalıdır.
Regional hesablama şəbəkəsi – bu şəbəkə aralarındakı məsafə 10-100 km olan kompüterlər arasında qurula bilir. Bunlara rayon və şəhər şəbəkələrini aid etmək olar.
Qlobal hesablama şəbəkəsi -WAN(Wide Area Network) geniş coğrafi əraziləri əhatə edən, özündə çoxlu sayda lokal şəbəkələri və telekomunikasiya qurğularını birləşdirən şəbəkə növüdür. Daha çox tanınmışlarına Internet, Fido, Sprint, Relcom göstərmək olar.
Lokal hesablama şəbəkəsi:
- Şin topologiyası
- Ulduz topologiyası
- Halqa topologiyası
Şin topologiyası:
Şin topologiyası tətbiq olunmuş şəbəkələrdə bütün müştəri kompüterlər verilənlərin ötürüldüyü ümumi bir kanala qoşulurlar.
Üstün cəhətləri:
Şəbəkədəki informasiyalardan hər bir kompüter istifadə edə bilər. İşçi stansiyaları bir-birlərinə mane törətmədən şəbəkəyə qoşmaq və ya ayırmaq olar. Şin topologiyası üzərində qurulmuş şəbəkə daha ucuz başa gəlir. Şəbəkə yüksək dayanıqlılığa malikdir. Belə ki, işçi stansiyalar bir-birlərindən asılı deyillər.
Mənfi cəhətləri:
Verilənlərin ötürülməsi aşağı sürətlə baş verir. Şəbəkənin işləmə sürəti şəbəkəyə qoşulmuş kompüterlərin sayından asılıdır. Belə ki, kompüterlərin sayı çoxaldıqca şəbəkənin ötürücülük qabiliyyəti azalır. Bu cürə şəbəkə növündə informasiya təhlükəsizliyi daha aşağı səviyyədədir. Çünki hər bir kompüterin digər kompüterlərdəki informasiyaya müdaxiləsi mümkündür.
Ulduz topologiyası :
Ulduz topologiyası tətbiq olunmuş şəbəkədə işçi stansiyalar arasında informasiya mərkəzi kompüter tərəfindən idarə olunur. Mərkəzi kompüterin yerinə server və ya konsentrator yəni hub ola bilər.
Üstün cəhətləri:
Şəbəkə yüksək ötürücülük qabiliyyətinə malikdir. Belə ki, informasiya mərkəzi kompüter tərəfindən idarə olunaraq ötürülür. Verilənlərin ötürülməsi zamanı toqquşma baş vermir. Çünki hər bir kompüter serverə ayrıca kanalla birləşdirilib.
Mənfi cəhətləri:
Etibarlılığın aşağı olması. Çünki şəbəkənin fəaliyyəti mərkəzi kompüterdən asılıdır.
Əgər mərkəzi kompüter sıradan çıxarsa onda bütün şəbəkə siradan çıxmış olacaq.
Şəbəkənin baha başa gəlməsi. Belə ki, hər bir kompüteri şəbəkəyə qoşmaq üçün ayrıca xətt lazımdır.
Halqa topologiyası:
Halqa topologiyasında bütün kompüterlər halqa formasinda qapanmış xəttə qoşulurlar. Siqnallar halqada bir istiqamət üzrə ötürülür və hər bir kompüterdən keçir. Bu cürə şəbəkədə informasiya bütün kompüterlərdən keçir o vaxta qədər ki, informasiyanın ötürüləcəyi ünvan qəbuledicinin ünvanı ilə eyni olsun.
Üstün cəhətləri:
İnformasiyanın ötürülməsi çox effektiv həyata keçirilir. Belə ki, bir informasiya ötürüldükdən sonra növbətisini ötürmək olar. Şəbəkə geniş ərazini də əhatə edə bilər, bunun üçün əlavə siqnal gücləndirici lazım deyil.
Mənfi cəhətləri:
Etibarlılığının aşağı olması. Çünki bir kompüterin siradan çıxması bütün şəbəkənin sıradan çıxmasına gətirib çıxarır.
Yeni müştəri kompüterin şəbəkəyə qoşulması üçün bütün şəbəkə dayandırılmalıdır. Müştəri kompüterlərin sayı çoxaldıqca şəbəkənin işləmə qabiliyyəti də zəifləyir. Şəbəkənin ümumi işləmə keyfiyyəti ən zəif kompüterin işləmə keyfiyyəti ilə uyğunlaşdırılır.
Onu da qeyd edə ki, yuxarıda sadalanan əsas növ topologiyalardan əlavə onların qarışığından da istifadə olunur.
Lokal şəbəkənin növləri:
Lokal şəbəkələrin iki növü var: 1) eynisəviyyəli LKŞ, 2) müştəri-server şəbəkəsi.
Eynisəviyyəli LKŞ-də bütün kompüterlər bərabər hüquqa malikdir. Və istifadəçi istənilən vaxt öz kompüterindəki informasiyaya girişi ləğv və ya bərpa edə bilər. Hər bir kompüter arxasında əyləşən istifadəçi bütün digər kompüterlərdəki resurslardan istifadə edə bilər.
Bunlara baxmayaraq bu cürə LKŞ-si növünün çatışmamazlıqları da mövcuddur. Bunlara aiddir: şəbəkəyə qoşulan kompüterlərin sayı çoxaldıqca şəbəkənin ötürücülük qabiliyyəti azalır, vahid informasiya bazasının olmaması, vahid informasiya təhlükəsizlik sisteminin olmaması və şəbəkənin işləmə səviyyəsinin kompüterlərin işindən asılı olması.
Müştəri-server tipli şəbəkələrdə isə əsas mərkəzi kompüter server olur. Bütün informasiyalar məhz serverde saxlanılır və emal olunur. Buna görə də bu şəbəkə növü yüksək işləmə keyfiyyətinə malikdir. Amma mənfi xüsusiyyəti kimi qeyd etmək lazımdır ki, server-müştəri tipli şəbəkəni yaratmaq və işlətmək üçün küllü miqdarda maliyyə dəstəyi olmalıdır.
Regional şəbəkələr də informasiyanın ötürülməsi funksiyasını yerinə yetirirlər. Regional şəbəkələr bir neçə lokal şəbəkəni özündə birləşdirir.
Kompüter ŞƏBƏKƏLƏRİ Computer Networks
Presentation on theme: “Kompüter ŞƏBƏKƏLƏRİ Computer Networks”— Presentation transcript:
1 Kompüter ŞƏBƏKƏLƏRİ Computer Networks
İnformasiya texnologiyaları kafedrası Azər Fərhad oğlu Həsənov iş nömrəsi: , 24-20 Kompüter ŞƏBƏKƏLƏRİ- Azər F. Həsənov BAKI
2 Dərs prosesi Dərsin başlanmasını bildirən zəng vurulduqdan sonra dərsə davamiyyət jurnalı üzrə yoxlama aparılır və dərsdə iştirak etməyənlərə qaib yazılır. Geyim formasını pozan tələbə dekanın icazəsi olmadan dərsə buraxılmır. Telefonlar səssiz rejimə keçirilir. Sərbəst iş əvvəlcədən verilmiş şablonda yazılır. Sərbəst işlər kağız və elektron variantda da təqdim edilir. Sərbəst işlər dərsdən sonra əvvəlcədən təyin edilmiş vaxtda həftədə bir dəfə qəbul edilir. Mühazirə dərsinin II hissəsinin son 5 dəqiqəsində tapşırıqlar (mövzular və tapşırıqlar elektron və ya çap variantda) və növbəti mövzu haqqında qısa məlumat verilir. Məşğələ dərslərində tələbənin fənn üzrə olan dəftərinin vəziyyətinə baxılır və maksimum 2 balla qiymətləndirilir. Fənnin qiymətləndirilməsi: dərsə davamiyyətə görə 10 bal sərbəst işlərə görə bal laboratoriya işlərinə görə 10 bal kurs işinə görə bal məşğələlərə və kollokviumlara görə 10 bal yekun imtahan bal. Kompüter ŞƏBƏKƏLƏRİ- Azər F. Həsənov
3 Fənnin digər fənlərlə əlaqəsi
Kompüter şəbəkələri Kompüterlərin quruluşu Əməliyyat sistemləri Şəbəkələrin inzibatçılığı Şəbəkə əməliyyat sistemləri Kompüter şəbəkələrinin riyazi analizi Kompüter sistemləri və şəbəkələrində informasiya təhlükəsizliyi
4 Fənnin mövzuları Mövzu №1. Kompüter şəbəkələrinin əsasları
Mövzu №2. Şəbəkə simulyatorları Mövzu №3. Ethernet şəbəkəsi və şəbəkə kommutatorları Mövzu №4. Virtual lokal kompüter şəbəkələri Mövzu №5. IPv4 ünvanları və alt şəbəkələr Mövzu №6. Wireshark proqramı Mövzu №7. IPv4 protokolunun tətbiqi və marşrutlaşdırıcılar Mövzu №8. OSPF və DHCP protokolları Mövzu №9. Alt şəbəkələrin layihələndirilməsi və VLSM Mövzu №10. Müraciətlərin idarə olunma siyahısı (ACL) və avadanlığın təhlükəsizliyi Mövzu №11. Şəbəkə ünvanlarının translyatoru (NAT) Mövzu №12. IPv6 protokolunun əsasları Mövzu №13. IPv6 protokolunun tətbiqi Mövzu №14. Simsiz şəbəkələr Kompüter ŞƏBƏKƏLƏRİ- Azər F. Həsənov
5 Tövsiyə olunan ədəbiyyat siyahısı
Wendell Odom, CCENT/CCNA ICND Official Cert Guide, Academic Edition, 2013, 950 p. Craig Zacker, CompTIA Network+ Training Kit (Exam N10-005), 2012, 704 p. Jesin A, Packet Tracer Network Simulator, 2014, 134 p. Laura Chappell, Wireshark Network Analysis: The Official Wireshark Certified Network Analyst Study Guide, 2nd edition, 2012, 986 p. James F. Kurose, Keith W. Ross, Computer Networking: A Top-Down Approach, 6th edition, 2012, 864 p. Andrew S. Tanenbaum, David J. Wetherall, Computer Networks, 5th edition, 2010, 960 p. Paul William Browning, Cisco CCNA in 60 Days, 2014, 700 p. Todd Lammle, CCNA/CCENT IOS Commands Survival Guide: Exams , , and , 2014, 264 p. Todd Lammle, CCNA Routing and Switching Study Guide: Exams , , and , 1st edition, 2013, 1176p. Chris Welsh, GNS3 Network Simulation Guide Paperback, 2013, 154 p. Yoram Orzach, Network Analysis Using Wireshark Cookbook, 2013, 452 p. Wendell Odom, Cisco CCNA Routing and Switching ICND Official Cert Guide, Academic Edition, 2013, 750 p. Chris Sanders, Practical Packet Analysis: Using Wireshark to Solve Real-World Network Problems, 2011, 280 p. Ə. Abbasov, S. Kərimov, N. Rəhimova, N. Vəliyev, T. İbrahimzadə, N. Cəfərov., İnformasiya-kommunikasiya texnologiyaları üzrə ingiliscə-rusca-azərbaycanca izahlı lüğət, 2012, 551 s. Kompüter ŞƏBƏKƏLƏRİ- Azər F. Həsənov
6 Tövsiyə olunan internet resursları
– Cisco Network Simulator – Cisco Systems Inc. – CompTIA – Graphical Network Simulator GNS3 – Cisco Networking Academy., Cisco Packet Tracer – Pearson IT Certification – WIRESHARK Kompüter ŞƏBƏKƏLƏRİ- Azər F. Həsənov
7 Cisco Packet Tracer Kompüter ŞƏBƏKƏLƏRİ- Azər F. Həsənov
8 Digər simulyatorlar ICND1 Network Simulator Boson NetSim
GNS3 – Graphical Network Simulator Kompüter ŞƏBƏKƏLƏRİ- Azər F. Həsənov
9 Wireshark Kompüter ŞƏBƏKƏLƏRİ- Azər F. Həsənov
Comments are closed, but trackbacks and pingbacks are open.