Komputer şbksi kommunikasiya vasitlri
Daxil olma nöqtələri arasındakı rouminq sayəsində istifadəçilər birləşməni qırmadan, “Wi-Fi” şəbəkə təsiri altında olan ərazi boyunca yerdəyişmə edə bilirlər.
Kompüter şəbəkələri və telekommunikasiya vasitələri” fənnindən laboratoriya iŞİ №1 Simsiz şəbəkələrin təşkili, “Wi-Fi” haqqında
“Wi-Fi” – bu kompüterlərin lokal şəbəkəyə birləşdirilməsi və onların İnternetə qoşulmasının müasir simsiz texnologiyasıdır. Məhz bu texnologiya sayəsində İnternet daha mobil olur və istifadəçiyə imkan verir ki, o, nəinki bir otaq daxilində, həmçinin bütün dünya üzrə sərbəst yerdəyişmə edə bilsin.
Belə bir mənzərəni təsəvvürə gətirin: Siz öz kompüterinizdən, indi mobil telefondan istifadə etdiyiniz kimi, istifadə edirsiniz; Sizə heç bir məftil lazım deyildir, Siz öz noutbukunuzu Bakı şəhərinin istənilən nöqtəsinə apara bilər və praktiki olaraq, hər yerdə İnternetə daxil ola bilərsiniz. Əlbəttə ki, bu yaxın gələcəyin məsələsidir.
«Wi-Fi» abbreviaturası (bu ingilis söz birləşməsi olan «Wireless Fidelity»-dən götürülmüşdür və tərcüməsi isə belədir: «verilənlərin simsiz ötürülməsinin yüksək dəqiqliyi») ilə hal-hazırda radiokanallar vasitəsilə rəqəmsal axınlarının bütöv bir ötürülmə standartlar ailəsi inkişaf edir.
Mobil istifadəçilərin sayı artdıqca, onlar arasında operativ kommunikasiya yaradılması, verilənlər mübadiləsi, informasiyanın daha cəld əldə edilməsi məsələləri ciddi surətdə meydana gəlir. Buna görə də, təbii olaraq, simsiz kommunikasiyalar texnologiyasının intensiv inkişafı baş verir. Bu, xüsusilə simsiz şəbəkələr və ya “WLAN-şəbəkələrdə (Wireless Local Area Network-Simsiz lokal şəbəkələr) daha aktualdır. “Wireless LAN” şəbəkələri – bu simsiz şəbəkələrdir (orada adi məftillər əvəzinə radiodalğalardan istifadə edilir). Bu cür şəbəkələrin quraşdırılması yalnız o yerlərdə tövsiyə olunur ki, orada kabel sisteminin quraşdırılması ya mümkün olmur, ya da ki, iqtisadi cəhətdən məqsədəuyğun deyildir.
Simsiz şəbəkələr xüsusilə müəssisələrdə effektiv olur ki, orada işçilər iş günü ərzində kliyentlərə qulluq etmək və ya informasiya toplamaq üçün müəssisə ərazisi daxilində (iri anbarlar, agentliklər, satış ofisləri, səhiyyə idarələri və s.) aktiv yerdəyişmə edirlər.
Daxil olma nöqtələri arasındakı rouminq sayəsində istifadəçilər birləşməni qırmadan, “Wi-Fi” şəbəkə təsiri altında olan ərazi boyunca yerdəyişmə edə bilirlər.
“WLAN-şəbəkələri” adi kabel şəbəkələri ilə müqayisədə aşağıdakı üstün cəhətlərə malikdirlər:
- “WLAN-şəbəkəni” çox tez bir zamanda quraşdırmaq mümkün olur ki, bu da prezentasiya aparılmasında və ya ofisdən kənar iş şəraitində çox rahatdır;
- Mobil qurğular istifadəçiləri simsiz lokal şəbəkələrə qoşulduqda, şəbəkənin təsir etdiyi zona çərçivəsində çox yüngül bir şəkildə yerdəyişmə edə bilirlər;
- Müasir şəbəkələrin sürəti kifayət qədər yüksək olur (108 Mbit/san) ki, bu da onlardan geniş spektrli məsələlərin həllində istifadə etməyə imkan verir;
- Əgər adi şəbəkə üçün kabelin quraşdırılması mümkün deyilsə, o zaman “WLAN-şəbəkədən” istifadə edilməsi yeganə çıxış yolu olacaqdır.
“Wi-Fi-şəbəkənin” seqmenti ya müstəqil şəbəkə kimi, ya da ki, həm simsiz, həm də adi simli seqmentlər tərkibində istifadə edilə bilər. “Wi-Fi-şəbəkə” aşağıdakı hallarda istifadə oluna bilər:
- Istifadəçilərin şəbəkəyə simsiz qoşulması üçün;
- Altşəbəkələrin kabellə birləşdirilməsi mümkün olmadıqda və ya arzu olunmadıqda, məsafə cəhətcə bir-birindən ayrı olan altşəbəkələrin bir ümumi şəbəkə şəklində birləşdirilməsi üçün;
- Ayrıca ayrılmış xətdən və ya adi modem birləşməsindən istifadə etmək əvəzinə, şəbəkəyə İnternet-xidməti göstərən provayderin şəbəkəyə qoşulması üçün.
Şəbəkənin əsas elementləri
Simsiz şəbəkəni qurmaq üçün “Wi-Fi” adapterlərindən və daxil olma nöqtələrindən istifadə olunur.
Adapter (şək. 1.1 ) adətən qurğu olub, “PCI” genişləndirmə slotu, “PCMCI”, “CompactFlash” vasitəsilə qoşulur. Həmçinin “USB 2.0” portu vasitəsilə qoşulan adapterlər də mövcuddurlar. “Wi-Fi” adapteri, adi şəbəkədəki şəbəkə kartının yerinə yetirdiyi funksiyanı yerinə yetirir. Onun vasitəsilə istifadəçinin kompüteri simsiz şəbəkəyə qoşulur. “Centrino” platforması sayəsində, bütün müasir noutbuklar daxildə yerləşdirilmiş və bir sıra müasir standartlarla uyuşan “Wi-Fi” adapterlərinə malik olurlar. Həmçinin Cib fərdi kompüterləri də “Wi-Fi” adapterlərinə malik olduqları üçün, onları da simsiz şəbəkələrə qoşmaq mümkündür.
Şək.1.1. Simsiz şəbəkə adarteri
Simsiz şəbəkəyə daxil olmaq üçün adapter digər adapterlərlə də bilavasitə rabitə quraşdıra bilər. Belə şəbəkə simsiz bir ranqlı şəbəkə və ya “Ad Hoc” adlanır. Adapter həmçinin xüsusi qurğu – daxil olma nöqtəsi ilə də rabitə quraşdıra bilər. Bu cür rejim infrastruktur adlanır.
Qoşulma üsulunu seçmək üçün adapter ya “Ad Hoc”dan, ya da ki, infrastruktur rejimindən istifadəyə sazlanmalıdır.
Daxil olma nöqtəsi (şək . 1.2) daxilində mikrokompüter və qəbuledici-ötürücü qurğu olan avtonom moduldan ibarətdir.
Daxil olma nöqtəsi vasitəsilə simsiz adapterlər arasında qarşılıqlı əlaqə və informasiya mübadiləsi həyata keçirilir, həmçinin də şəbəkənin seqmenti ilə rabitə quraşdırılır. Beləliklə, daxil olma nöqtəsi bir növ kommutator rolunu oynayır.
Şək. 1.2. Daxil olma nöqtəsi
Daxil olma nöqtəsi şəbəkə interfeysinə (uplink port) malik olur ki, onun köməkliyi ilə o adi şəbəkəyə qoşula bilər. Həmçinin bu interfeys vasitəsilə nöqtənin sazlanması da yerinə yetirilə bilər.
Daxil olma nöqtəsi həm ona kliyentləri qoşmaq üçün (daxil olma nöqtəsinin baza rejimi) istifadə oluna bilər, həm də paylanmış şəbəkə (Wireless Distributed System – WDS) qurmaq məqsədilə digər nöqtələrlə qarşılıqlı əlaqədə ola bilər. Burada aşağıdakı rejimlər ola bilər: “nöqtə-nöqtə” və “nöqtə-çoxlu sayda nöqtələr”, simsiz körpü, simsiz kliyent və təkrarlayıcı.
Şəbəkəyə daxil olma efir vasitəsilə enliyayımlı siqnalların ötürülməsi yolu ilə təmin edilir. Qəbuledici stansiya bir neçə ötürücü stansiyaların iş diapazonunda siqnalları qəbul edə bilər. Stansiya-qəbuledici qəbul olunan siqnalın filtrasiyası və ona lazım olanı ayırmaq üçün xidmət zonasının identifikatorundan (Service Set Identifier – SSID) istifadə edir.
Xidmət zonası (Service Set – SS) məftilsiz şəbəkəyə qoşulmanı təmin edən məntiqi qruplaşdırılmış qurğularıdır.
Baza zona xidməti isə (Basic Service Set – BSS) –bir-birilərilə simsiz rabitə ilə əlaqələnən stansiyalar qrupundan ibarətdir. BSS texnologiyasında daxil olma nöqtəsi (access point) adlanan xüsusi stansiya olur.
Komputer şbksi kommunikasiya vasitlri
İş yerlərində texnologiyaya tələbat artdıqca kompüter bacarıqlarına olan tələbat da artır. Aid olduğunuz sahədən asılı olaraq kompüter bilikləriniz sizi digər namizədlərdən fərqləndirə bilər. Lakin müasir dövrdə istənilən sahədə təməl səviyyədə də olsa kompüter bilikləri lazımlıdır. Odur ki, dünyada bu cür trendlər formalaşdıqca kompüter biliklərinizi artırmaqda və öz CV-nizə əlavə etməkdə böyük fayda var.
Kompüter bilikləri niyə vacibdir?
Müxtəlif sahələr üzrə kompüter bacarıqları tələb olunandır və xüsusən bəzi peşələrin ən əhəmiyyətli meyarlarından biridir. Kompüter işinin tətbiqi sahədən asılı olaraq hesabatın, maliyyə və hesabatın aparılmasında, verilənlərin daxil edilib, emal olunmasında, iş saatlarının idarə edilməsində, layihənin tərtib olunmasında və digər sahələrdə müxtəlif işlərin görülməsi üçün istifadə edilir. Bu səbəbdən proqram təminatlarının istifadəsindən xəbərdar olmaq sizin üçün yalnızca üstünlük deyil, həmçinin tələbat meyarıdır.
İş axtararkən müraciət etdiyiniz sahədən asılı olaraq, texnologiyadan istifadə qabiliyətiniz müxtəlif ola bilər. Bəzi sadə kompüter bacarıqlarınızı CV-ə daxil etməyi unutmamalısınız.
CV-də kompüter bacarıqları siyahısını tərtib etməyiniz üçün məsləhətlər :
Yalnız sadə kompüter biliklərinizi daxil etməyin. Məsələn, əgər qrafik dizayn kimi hər hansı biliyiniz varsa bunu da daxil edin.
İşinizin təsvirində karyeranızda istifadə etdiyiniz kompüter tətbiqlərini və proqram təminatlarını daxil edin. Həmçinin onları istifadə edərək hansı bacarıqlarınızı inkişaf etdirdiyinizi və hansı nəticələr aldığınızı qeyd edin.
Nümunələr gətirin. Yalnızca hər-hansı proqramın adını və istifadə etmək səviyyənizi yamaqdan əlavə həmçinin hansı nəticələri əldə etdiyinizi də yazın. Məsələn, əgər kodlaşdırma biliyiniz varsa bunu harada istifadə etdiyiniz və hansı uğurlar qazandığınızı CV-ə daxil edə bilərsiniz.
Bacarıqlarınızla hansı nailiyyətlər əldə etdiyiniz qeyd edin. Keçmiş iş yerinizdə və yaxud hər-hansı layihədə kompüter biliyinizin hansı üstünlüklər və nailiyyətlər sizə qazandırdığınızı qeyd etməyiniz CV-i daha da cəlbedici edə bilər.
Siyahıya alacağınız spesifik kompüter bacarıqları
CV-də kompüter bacarıqlarınızı siyahıya alacağınız bir hissə olmalıdır. Bu hissədə bildiyiniz kompüter tətbiqatları və proqram təminatlarının siyahısını daxil edə bilərsiniz. Aşağıda sizin üçün nümunələr təqdim edirik:
- MS Office
- Sənədlərin redaktəsi
- Proqramlaşdırma və təhlükəsizlik
- Proqram və veb inkişaf təcrübəsi
- Kompüter hissələrinin təmiri
- HTML, CSS və s. kodlaşdırma dilləri
- Data daxil edilməsi, təşkili və virtual verilənlər bazası idarəetməsi və s.
Keçmiş iş və yaxud təhsiliniz üçün CV-də ayırdığınız hissələrdə zamanla inkişaf etdirdiyiniz kompüter bacarıqlarınızı yazmağı unutmayın. Məsələn:
- MS Excel-də mağazanın müştəriləri və aldıqları məhsullar haqqında verilənləri daxil edib müxtəlif kateqoriyalar tərtib etmişəm.
- AutoCad vasitəsilə planlar tərtib etmiş və daha sonra 3D vizuallaşdırma ilə ofislər üçün kreativ interyer dizaynlar hazırlamışam
- Komanda üzvlərini məşğul və məhsuldar tutmaq üçün Trello, Google Docs və Slack kimi kontent idarəetməsi və əməkdaşlıq tətbiqetmələrində təcrübə əldə etmişəm.
Kompüter bacarıqlarını necə inkişaf etdirə bilərsiniz
Yeni kompüter bilikləri əldə etmək və yaxud cari biliklərinizi artırmaq üçün bir neçə üsullar var:
- Onlayn kurslar. Müxtəlif onlayn platformalar (Udemy, Coursera, Youtube, Google Digital Garage və s.) ödənişli və ödənişsiz əsaslı kurslar təqdim edir. İxtisasınıza və bəyəndiyiniz sahəyə uyğun kurslar tapa bilər və yeni biliklər əldə edə bilərsiz.
- İşinizdə istifadə edə biləcəyiniz tətbiqlərdən yararlanın. Əgər iş yeriniz sizi hər-hansı proqram təminatı ilə təmin edirsə və yaxud sizə onlayn kurslar ilə öyrənmək üçün şərait yaradırsa, bu fürsətlərdən istifadə edin.
- Mütəxəssislərdən məsləhətlər alın. Sahəniz üzrə ixtisaslı insanlardan kompüter biliklərinizi artırmağınıza yardım edəcək məsləhətlər alın. Hər-halda hər kəsin özünün fərdi metodları var, başqalarının təcrübələrindən öz təcrübənizə də bir şeylər qata bilərsiniz.
- Kompüter bilikləri
- Proqram təminatı
- kompüter tətbiqləri
Komputer şbksi kommunikasiya vasitlri
Kompüter üzrə operatorun nümunəvi vəzifə TƏLİMATI I. Ümumi müddəalar 1. Bu vəzifə təlimatı kompüter üzrə operatorun vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir. 2. Kompüter üzrə operator vəzifəsinə, iş stajına tələb qoyulmadan ümumi orta və ya ixtisaslaşdırılmış kurs təhsili olan şəxs, təyin edilir. 3. Kompüter üzrə operator Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir. 4. Kompüter üzrə operator bilavasitə öz struktur bölməsinin rəhbərinə, onun olmadığı halda isə müəssisə rəhbərinə və ya onun müavininə tabe olur. 5. Kompüter üzrə operator aşağıdakıları bilməlidir: 5.1. Azərbaycan Respublikasının Konstitusiyasını; 5.2. yuxarı təşkilatların aidiyyəti qərar, sərəncam və əmrlərini; 5.3. kompüterin texniki istismar qaydalarını, mətn redaktorunun funksional dillərinin mənalarını; 5.4. monitorun texniki imkanlarını və parametrlərini; 5.5. topoqrafik ölçülər sistemini və mətn redaktorunda istifadə olunan ölçülər sistemini; 5.6. korrektura nişanlarının standartlarını; 5.7. printer üçün kağızın və sərf edilən materialların keyfiyyətinə, elastik maqnit disklərə texniki tələbləri bilməlidir. II. Vəzifə öhdəlikləri 6. Kompüter üzrə opertor mətn redaktorunda sadə və xüsusi növ mətnləri yığır. 7. Mətni daxil edir, ona əlavələr edir və səhvləri düzəldir. 8. Fayllarla iş (daxil edilmiş mətnin yaddaşa verilib saxlanılması, mətnin ekrana çağırılması, ekranın təmizlənməsi, faylların adlarının dəyişdirilməsi və birləşdirilməsi və s.) aparır. 9. Mətni redaktə edir (mətnin üzərində kursor ilə yerdəyişmə edilməsi, mətnin ayrı-ayrı hissələrinin ayrılması, ləğvi, başqa fayla keçirməklə surətin çıxarılması, kontekstdə axtarış və əvəz edilmə). 10. Faylları disketə yazır. 11. Yığılmış mətni printerlə çap edir. 12. Kompüter şəbəkəsində iş aparır. III. Hüquqlar 13. Kompüter üzrə operatorun aşağıdakı hüquqları vardır: 13.1. özünün əmək fəaliyyətinin təşkili və şərtləri üzrə rəhbərliyə təkliflər vermək; 13.2. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək; 13.3. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu konfranslarda və müşavirələrdə iştirak etmək; 13.5. öz ixtisasını artırmaq hüquqlarına malikdir. 14. Kompüter üzrə operator Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir. IV. Məsuliyyət 15. Kompüter üzrə operator aşağıdakılara görə məsuliyyət daşıyır: 15.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə; 15.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativhüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə; 15.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə; 15.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; 15.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş qaydada təqdim edilməsinə; 15.6. müəssisənin fəaliyyətinə, işçilərinə və digər şəxslərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə; 16. Kompüter üzrə operator əmək intizamının, qanunvericilik və normativhüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.
Комментарии 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 9 февраля в 08:27
İlməkçinin vəzifə təlimatları kimdə varsa at bilər zəhmət olmasa
добавлена 4 февраля в 11:25
TikTok’ta SƏTƏM GROUP (@hse_support) |750 Beğeni.835 Takipçi.təhlükəsizliyini fikirləş, təhlükəsiz işlə.SƏTƏM GROUP (@hse_support) adlı kullanıcıdan en yeni videoyu izleyin.
добавлена 9 апреля 2022 в 19:44
Salam, keyfiyyətə nəzarət üzrə mütəxəssisin peşə təlimatı ve ya buna oxşar bir təlimati tapmaqda kömək ede bilersiz ?
Comments are closed, but trackbacks and pingbacks are open.