Press "Enter" to skip to content

Fərdi kompyuterlərin tərkib hissələri

Qalınla normala dəyişin.

Şriftləri kompüterinizə necə quraşdırmaq olar

İnternetdə istifadə etmək istədiyiniz yeni şrift tapmısınız? Windows-da şriftin quraşdırılması çox sadə bir prosesdir və Windows-un hansı versiyasından istifadə etməyinizdən asılı olmayaraq eynidir. Bir neçə kliklə yeni şrift quraşdıra bilərsiniz.

addım

  1. Nüfuzlu şrift səhifəsi tapın. Yükləmək üçün şriftləri olan saysız-hesabsız saytlar var, lakin zərərli proqram və viruslardan qaçmaq üçün etibarlı mənbələrdən yükləməyə çalışmalısınız. Daha populyar şrift səhifələrindən bir neçəsinə aşağıdakılar daxildir:
    • dafont.com
    • fontspace.com
    • fontsquirrel.com.
  • EXE formatında gələn və ya quraşdırıcının istifadəsini tələb edən hər hansı şriftləri yükləməyin. Bunlar, ehtimal ki, zərərli proqramlar və digər arzuolunmaz proqramlar üçün vasitələrdir.
  • ZIP faylını açmaq üçün üzərinə iki dəfə klikləyin və sonra şrift fayllarını iş masanıza sürükləyin.
  • RAR faylını açmaq üçün əvvəlcə 7-Zip () və ya WinRAR kimi pulsuz çıxarma proqramını quraşdırın (Proqramı quraşdırdıqdan sonra arxiv faylına iki dəfə klikləyə və sonra şrift fayllarını iş masanıza sürükləyə bilərsiniz.
  • Windows 7 və daha köhnə – Başlat menyusuna klikləyin və “İdarəetmə Paneli” ni seçin.
  • Windows 8 – Basın ⊞ Külək + x və “İdarəetmə Paneli” ni seçin.
  • Windows 8.1 və 10 – Başlat düyməsini sağ klikləyin və “İdarəetmə Paneli” ni seçin.

İcma sualları və cavabları

Qalın hərf daha açıq mətnin üzərinə yazırsa, mən nə edə bilərəm?

Qalınla normala dəyişin.

Şrifti seçimlə necə yaza bilərəm?

Kompüterimin İdarəetmə Paneli bölməsində bu seçim yoxdursa, şrifti kompüterimə necə quraşdıra bilərəm?

Harshapriya Telugu şriftini mürəkkəb skriptdə necə quraşdıra bilərəm?

Məsləhətlər

  • Yeni şriftlər quraşdırarkən, hər bir şriftin yalnız onu quraşdırdığınız kompüterlə işlədiyini unutmayın. Office sənədlərini başqaları ilə paylaşırsınızsa və ya sənədinizi başqa kompüterdə istifadə etməyi və ya ona baxmağı planlaşdırırsınızsa, kompüterinizdə quraşdırdığınız yeni şriftlər digər kompüterdə eyni görünməyə bilər. Kompüterdə quraşdırılmamış şriftlə formatlanmış mətn ya Times New Roman, ya da standart şriftlə görünür.
  • Şriftləri müxtəlif kompüterlərdə görə bilməyinizə əmin olmaq üçün ya istifadə etməyi planlaşdırdığınız digər kompüterlərə yeni şrifti quraşdıra bilərsiniz, ya da Word və ya Microsoft PowerPoint® proqramında TrueType şriftindən istifadə edirsinizsə, saxlamaq üçün şrifti birləşdirə bilərsiniz. sənədinizlə simvollar. Şriftlərin daxil edilməsi sənədinizin fayl ölçüsünü artıra bilər və bəzi kommersiya baxımından məhdud şriftlər üçün işləməyə bilər, lakin bu, yeni şriftlərlə sənədinizin digər kompüterlərdə eyni görünməsini təmin etmək üçün yaxşı bir yoldur.

Fərdi kompyuterin daxili qurğuları

Mağazada kompyuter alan zaman sistem blokunun əsas xarakteristikaları ilə təqdim olunan prays-vərəqə vasitəsilə tanış olmaq olar. Adətən onun tərkibində belə bir informasiya yazılır:

Intel Pentium 4 CPU 2,8/512 DDR (PC3200)/80Gb/GeForceFX 128/Combo

Bu informasiya yazıları sistem blokunun konfiqurasiyasını təsvir edir.

Intel Pentium 4 CPU 2,8 – takt tezliyi 2,8 GiqaHers (GHz) olan Intel Pentium 4 prosessorunu göstərir;

512 DDR (PC3200) – buraxma qabiliyyəti 3200 Mbit/san, tutumu 512 Mbayt olan DDR SDRAM tipli əməli yaddaşı göstərir;

80Gb – tutumu 80Gbayt olan sərt diski (vinçesteri) göstərir;

GeForceFX 128 – yaddaşının həcmi 128 Mbayt olan GeForceFX mikrosxem toplusuna əsaslanan videoplatanı göstərir;

Combo – CD-ROM və DVD disklərini oxumaq üçün disk qurğusunu göstərir, burada CD‑R və CD-RW disklərinə yazmaq da mümkün olur.

İndi isə sistem blokunun əsas hissələri ilə tanış olaq.

Sistem bloku

  • sistem platası (ana plata);
  • maqnit disklərində yaddaş qurğuları;
  • qida bloku (mənbəyi);
  • sistem səs cihazı və s.

Ana plata (Sistem platası)

  • Mikroprosessor;
  • Əməli yaddaş qurğusu;
  • BIOS;
  • Daimi yaddaş qurğusu(DYQ);
  • Şinlər;
  • Portlarbirləşdiricilər toplusu;
  • Slotlar;
  • Kontrollerlər;
  • İnteqrallaşdırılmış (daxildə quraşdırılmış) əlavə qurğular.

Mikroprosessor

Kompyuterin əsas hissəsi mikroprosessordur. Mikroprosessor bir neçə santimetr ölçüdə mikrosxem olub, kompyuterə daxil olan informasiyanın təhlilini, hesablanmasını, emalını və ötürülməsini təmin edir. Mikrosxemlər toplusunu çipset də adlandırırlar.

Mikroprosessor bəzən mərkəzi prosessor (CPU – Central Prosessor Unit – Mərkəzi Prosessor Modulu) da adlanır.

 
  • Prosessorun nüvəsi və ya əsas hissəsi buna əsas hesablama qurğusu deyilir. Məhz burada prosessora daxil olan bütün verilənlər üzərində emal prosesi yerinə yetirilir.
  • Soprosessor – ən mürəkkəb riyazi hesablamalar, o cümlədən “sürüşən nöqtəli” əməliyyatlar üçün əlavə blokdur. Qrafik və multimedialı proqramlarla işlədikdə aktiv olaraq, soprosessordan istifadə edilir.
  • Keş-yaddaş – bufer yaddaşı olub, verilənlər üçün yığıcı rolunu oynayır. Keş‑yaddaş mikroprosessorla əsas yaddaş arasında yerləşən, kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. Bu yaddaş əməli yaddaşa müraciəti sürətləndirmək və bununla da kompyuterin məhsuldarlığını artırmaq üçün istifadə edilir. Kompyuterin yaddaşına müraciət zamanı verilənlər keş-yaddaşda axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciətin müddəti, əməli yaddaşa edilən müraciətin müddətindən bir neçə dəfə azdır. Müasir prosessorlarda 2 tip keş-yaddaşdan istifadə olunur: 100 Kilobayta qədər tutuma malik olan ifrat cəld işləyən I səviyyəli keş-yaddaş və sürəti bir qədər az olan və tutumu 128 Kbaytdan 2 Mbayta qədər olan II səviyyəli keş‑yaddaş.
  • Verilənlər şini – informasiya magistralı olub, onun sayəsində prosessor kompyuterin digər qurğuları ilə verilənlər mübadiləsi apara bilir.

BIOS

Fərdi kompyuterin daimi yaddaşında kompyuter avadanlıqlarının işini yoxlayan (məlumatı ekrana çıxarmaqla), əməliyyat sisteminin yüklənməsini təmin edən proqramlar toplusu yerləşir. Həmin proqramlar toplusunun çox hissəsi müəyyən dərəcədə kompyuterdə daxiletmə-xaricetmə əməliyyatlarını yerinə yetirir. Ona görə də belə proqramları BIOS (Basic Input-Output System – Bazanın Giriş-Çıxış Sistemi) adlandırırlar. BIOS ayrıca mikrosxem şəklində hazırlanır.

Fərdi kompyuterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat, kompyuterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bütün bu verilənlər CMOS-da saxlanılır. Bu ad onun hazırlanma texnologiyası ilə bağlıdır: Complementary Metal Oxide-Semiconductor (Metal-Oksid Yarımkeçirici Kristal). Bu mikrosxem fərdi kompyuterin konfiqurasiyasını, zamanı və tarixi yadda saxlamaq funksiyasını həyata keçirir.

Şinlər

Şin – kompyuterin ayrı-ayrı qurğuları arasında siqnalın ötürülməsini təmin edən informasiya magistralıdır. İnformasiya mikroprosessora şinlər vasitəsilə ötürülür. Həmçinin qurğuların ünvanlanması və idarə funksiyası da şinlər vasitəsilə yerinə yetirilir. Fərdi kompyuterə əlavə qurğuların (mouse, klaviatura, rəqəmli kamera və s.) USB lokal şinindən istifadə edilir.

Slotlar

Slot – sistem platasında əlavə plataları (əməli yaddaşı, modemi, videoplatanı və s.) qoşmaq üçün təyin olunan qurğudur. Buna misal olaraq PCI standartlı birləşdirici – slotları, AGP birləşdiricisini, əməli yaddaşı quraşdırmaq üçün istifadə edilən slotları göstərmək olar.

Portlar

Mikroprosessorun xarici qurğularla (printer, mouse və s.) informasiya mübadiləsini həyata keçirən yuvalara portlar deyilir. Portlar sistem blokunun arxa panelində yerləşir. Portların aşağıdakı növləri var:

25 kontaktlı birləşdiricili paralel port (LPT). Bu port vasitəsilə printer, skaner, həmçinin informasiyanı saxlayan və nəql edən xarici qurğular (yaddaş yığıcıları) kompyuterə qoşula bilərlər.

9 və 23 kontaktlı birləşdiricili ardıcıl portların (COM) sürəti bir qədər az olur. Ona görə də əvvəllər buraya cəld işləməyi çox da tələb olunmayan – maus və modem kimi qurğular qoşulurdular. Sonradan maus üçün PS/2 birləşdiricisi yaradıldı, COM portu isə yavaş işləyən modem üçün saxlanıldı. Vaxt gələcək ki, bu port sıradan çıxarılacaq və o, USB portu ilə əvəz olunacaqdır.

PS/2 portu. Bu portlardan maus və klaviaturanı qoşmaq üçün istifadə edilir.

USB (Universal Serial Bus) portu. 2000-ci illərdə yaranmış bu interfeys həmin onilliyin ən mühüm hadisəsi olmuşdur. Müasir kompyuterlərdə bu portların sayı 6-dan 8-ə qədər olur və bununla da digər portlardan istifadəyə son qoyulmuş olur. Bir USB portuna “sıra ilə” 127 qurğu qoşmaq mümkün olur. USB‑nin daha bir vacib keyfiyyəti vardır – bu interfeys kompyuteri yenidən yükləmədən, istənilən qurğunu qoşmağa imkan verir.

IEEE (FireWire). USB 2.0 ilə rəqabət aparan verilənləri yüksək sürətlə ötürə bilən bu kontroller xarici qurğuları kompyuterə qoşmaq üçün təyin olunmuşdur. Hal-hazırda ondan rəqəmli kameralara sahib olan şəxslər istifadə edirlər. 2003-cü ildən sonra buraxılan bütün platalarda bu interfeys olmalıdır.

Əməli yaddaş

Əməli yaddaş (ƏYQ, RAM) – emal edilən verilənlərin saxlanması üçün istifadə olunan mikrosxemlər toplusudur. Əməli yaddaşın daimi yaddaşdan fərqi ondan ibarətdir ki, burada informasiya daimi yox, müvəqqəti yadda saxlanılır. Kompyuteri şəbəkədən çıxaran kimi əməli yaddaşdakı informasiya itir.

Əməli yaddaş fiziki iş prinsipinə görə dinamik (DRAM)statik (SRAM) yaddaşa bölünür. Ən cəld işləyən yaddaş – statik yaddaş olub, ondan prosessorda keş-yaddaş kimi istifadə edilir. Statiki yaddaş informasiyanı, qida mənbəyi xarab olana qədər və ya xanaya yeni informasiya yazılana qədər saxlaya bilir. Lakin statik yaddaş defisit və baha olduğundan, yaddaşın digər tipindən – dinamiki DRAM-dan istifadə olunur. Bu yaddaş xanada saxlanan informasiyanın daima yenilənməsini tələb edir.

Kontroller

Kontroller (və ya nəzarət qurğusu) idarə qurğusu olub, giriş-çıxış qurğularını mərkəzi prosessorla əlaqələndirir. Fərdi kompyuterlərdə istifadə olunan qurğuları kompyuterə qoşmaq üçün kontrollerdən istifadə edirlər. Bəzi qurğuların kontrollerləri fərdi kompyuterin ana platasının üzərində olur (klaviatura, mouse, printer və s.), bəzi qurğuların kontrollerləri isə ayrıca plata şəklində olur (monitor, sərt maqnit disk qurğusu və s.).

Səs platası

  • Başlanğıc səviyyəli universal platalar;
  • Yüksək kateqoriyalı multimedia plataları;
  • Peşəkar musiqiçilər üçün səs plataları.

Videoadapter

Videoadapter vasitəsilə qrafiki informasiya monitorun ekranına çıxarılır. Videoadapterlər məhz fərdi kompyuterlərin meydana gəlməsi ilə bir vaxtda yaranmışdır. Videoadapterin cəld işləməsi və imkanları videokontrollerdən asılıdır. Onun vasitəsilə videoyaddaşdan təsvirin alınması, onun tərkibinin regenerasiya edilməsi və mərkəzi prosessorun bütün sorğularının emal olunması təmin edilir.

Təsvirin ekrana şıxarılması üçün xüsusi rəqəm-analoq çeviricisi olan xüsusi mikrosxem – RAMDAC (Random Access Memory Digital-to Analog Converter) cavabdeh olur. Təsvirin ekranda aydın, lazımi rəngdə alınması məhz bu mikrosxemdən asılıdır.

Şəbəkə kartı

Şəbəkə kartı kompyuterin şəbəkəyə qoşulmasını təmin edir. Əgər firma və ya təşkilatda lokal şəbəkə varsa, şəbəkə kartı vasitəsilə kompyuterlər arasında informasiya mübadiləsi yaratmaq mümkündür.

Kuler

Prosessor barədə söhbət apardıqda daha bir elementi yada salmaq lazımdır. Bu element isə prosessor kristalının səthi üzərində yerləşdirilən xüsusi soyuducu – ventilyatorlardır ki, buna da “kuler” deyilir.

Qida bloku

Sistem blokunun daxilində yerləşən qida bloku fərdi kompyuteri tələb olunan gərginliklə mütəmadi olaraq qidalandırır.

Qida bloku metal qutu şəklində sistem blokunun arxa tərəfinə bərkidilir. Qida blokunda transformator, düzləndirici və sərinləşdirici qurğu yerləşdirilmişdir.

Qida blokundan çıxan naqillər dəsti müxtəlif qurğularla əlaqə yaratmaq üçündür.

Xarici yaddaş qurğuları

  1. Elastik (çevik) maqnit disklərdə toplanan informasiya;
  2. Sərt maqnit diskdə (vinçester) toplanan informasiya;
  3. Dəyişdirilə bilən maqnit disklərdə toplanan informasiya;
  4. Kompakt disklərlə iş üçün disk qurğuları;
  5. Strimmerlər və s.
  • Compact Flash;
  • MicroDrive sərt diski;
  • Secure/Digital (SD)/Multimedia Card (MMC);
  • xD (eXtreme Digital);
  • Memory Stick.
  1. CD-R (Compact Disc). Bu cür disklərə informasiya istifadəçi tərəfindən xüsusi yazı qurğusu (CD-Writer) ilə bir dəfə yazıla bilər. Yaddaşın həcmi ən azı 680 Mbayt olur. CD-ROM qurğusu ilə isə CD-diskdəki informasiyanı yalnız oxumaq olar.
  1. CD-RW (Compact Disc – Rewritable) disklər. Bu cür disklərə informasiya yazan istifadəçi tərəfindən çoxlu sayda yazılıb, silinə bilər.
  1. DVD disklər. Bu disklərin digər lazer disklərdən fərqi informasiyanın daha sıx yerləşdirilə bilməsindədir. Ən çox istifadə edilən DVD disklərin tutumu 4,38 Gbaytdır. Bu disklərin tutumu 15 Gbayta qədər ola bilər. DVD disklərin iki tipi var: DVD-R – yalnız informasiyanı oxumaq üçün, DVD-RW isə həm oxumaq, həm də yazmaq üçün istifadə edilir. Bu disklərin oxunması üçün xüsusi qurğudan (DVD-ROM) istifadə edilir, bu qurğu adətən CD-lərin oxunmasını da təmin edir.

Periferiya qurğuları

  • verilənləri daxil edən qurğular (giriş qurğuları) – klaviatura, skaner, rəqəmli kamera, mikrofon, qrafik planşet və s.;
  • verilənləri xaric edən qurğular (çıxış qurğuları) – printer, plotter (qrafik çəkən qurğu), səs gücləndirici, monitor və s.;
  • verilənləri saxlayan qurğular (xarici yadda saxlama qurğuları) – strimmer (informasiyanı maqnit lentinə yazan qurğu);
  • verilənləri mübadilə edən qurğular – modem
  • kursoru idarə edən qurğular – maus, coystik, sensor paneli və s.

Giriş qurğuları

Klaviatura

  1. Hərf-rəqəm düymələri. Bu düymələr çap makinası rolunu oynayırlar, hərf, rəqəm və bəzi simvolları kompyuterə daxil etmək üçündür:
  1. Funksional düymələr – F1, F2, …, F12. Bu düymələr klaviaturanın yuxarı hissəsində yerləşir. İstifadə olunan əməliyyat sistemlərindən və proqramlardan asılı olaraq bu düymələrin funksiyaları da dəyişir. Məsələn, demək olar ki, bütün proqramlarda F1 düyməsi həmin proqrama aid məlumat pəncərəsini açır.
  2. Kursoru idarə edən düymələr – proqramın işçi sahəsi üzrə kursoru idarə etmək üçün istifadə edilir. Bu düymələr aşağıdakılardır:
  1. Rəqəm klaviaturası – bu düymələrdən hesablama zamanı kalkulyator kimi istifadə edilir, yalnız NumLock düyməsi aktiv olan zaman rəqəmlərlə işləmək mümkündür. Adətən klaviaturanın sağ hissəsində yerləşir. Həmçinin bu düymələrdən hərfin kodunu bilərək, onu ALT düyməsini basılı saxlamaqla daxil etmək üçün istifadə etmək olar.
  2. Xüsusi düymələr

Çıxış qurğuları

Monitor

  • Elektron şüa borulu;
  • Maye-kristallı;
  • Plazma ekranlı.
  1. Ekranın diaqonalının ölçüsü dyümlə ölçülür. Əvvəllər ev kompyuterlərində 14 dyümlü monitorlardan istifadə edilirdi. Sonra onları 15 dyümlü və 17 dyümlü monitorlar əvəz etdi. 19 dyümlü və daha böyük diaqonallı monitorlardan istifadə edənlər də az deyildir.
  2. Ekranın mütənasibliyi. EŞB monitorlarında tərəflərin nisbəti (enin uzuna nisbəti) həmişə 4:3 olduğu halda, MK monitorlarda bu nisbət müxtəlif cür olur. MK monitorlarda əksər hallarda bu nisbət 16:9 olur. Bu da, belə bir enli ekranlı formatda DVD filmlərinə rahat baxmağa imkan verir. Standart proqramlarla işlədikdə isə ekran nisbətinin heç bir təsiri yoxdur.
  3. Ekran pikselinin qiyməti. Bu göstərici ekrandakı nöqtənin – pikselin ölçüsünün minimal qiymətini göstərir (bu qiymət millimetrin onda bir hissəsi ilə ölçülür). Bu parametr alınan təsvirin keyfiyyətinə bilavasitə təsir edir: bu nöqtə nə qədər böyük olarsa, təsvir də bir o qədər kobud alınar. MK monitorlarda bu kəmiyyət 0,28-0,29 mm olur.
  4. Seyrəklik qabiliyyəti (videorejim). Bu kəmiyyət vasitəsilə ekrana çıxarılan nöqtələrin (piksellərin) sayı təyin edilir. Aydındır ki, piksellərin sayı nə qədər çox olarsa, təsvir də bir o qədər keyfiyyətli alınacaq. Seyrəklik qabiliyyəti 2 kəmiyyəti təsvir edir: üfüqi və şaquli istiqamətdə nöqtələrin sayı. Bu kəmiyyət kompyuterdə rejimdən rejimə keçdikcə dəyişir:
    • 640×480 (14 dyümlü monitorlar üçün standart rejim)
    • 800×600 (15 dyümlü monitorlar üçün standart rejim)
    • 1024×768 (17 dyümlü monitorlar üçün standart rejim)
    • 1152×854 (19 dyümlü monitorlar üçün standart rejim)
    • 1280×1024 (20 dyümlü monitorlar üçün standart rejim)
    • 1600×1200 (21 dyümlü monitorlar üçün standart rejim)
  1. Açılışın maksimal tezliyi (Refresh Rate). Aydındır ki, açılış tezliyi nə qədər kiçik olarsa, monitorun ekranı insanın gözünü daha tez yorar. Bir qayda olaraq komfort şəkildə işləmək üçün açılışın tezliyi 85 Hz-dən aşağı olmamalıdır. Bu zaman ekrandakı təsvir bir saniyədə 85 dəfə yenilənəcəkdir. Daha aşağı tezlik görmə qabiliyyətini zəiflədə bilər. Bütün bu deyilənlər EŞB monitorlara aiddir. MK monitorlarda isə bir piksel digər piksellərdən asılı olmur və ayrıca idarə olunur. Ona görə də MK monitor üçün bu parametr 75 Hz olarsa, bu təhlükəsizdir.
  2. Videoplatanın tipi
  3. Rəngin dolğunluğu – ekrana eyni zamanda çıxarıla bilən rənglərin sayı ilə müəyyən olunur.

Printer

  • Matrisli tipli zərbəli printerlər;
  • Şırnaqlı printerlər;
  • Lazerli (səhifəlik) printerlər.
  • Ağ-qara printerlər;
  • Rəngli çap funksiyasına malik olan ağ-qara printerlər (bu modelə matrisli və şırnaqlı printerlərdə rast gəlinir);
  • Rəngli printerlər.

Plotter

Plotter mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə böyük dəqiqlik və yüksək sürətlə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Ondan adətən konstruktor və layihə bürolarında, reklam işləri ilə məşğul olan təşkilatlarda istifadə olunur.

Akustik sistemlər (səsucaldıcılar)

Akustik sistemlər audioinformasiya ilə işi təmin edir. Buna səs ucaldıcıları, qulaqcıqları, mikrofonu aid etmək olar. Akustik sistemlər 2 cür olur: daxili və xarici.

Skaner

Kağız üzərindəki istənilən informasiyanın oxunub, kompyuterə daxil edilməsini təmin edir. Skaner fotoşəkil, rəsm, əl yazması, qəzet, jurnal, kitab və s. surətlərinin kompyuterdə təkrar istifadə edilməsinə imkan verir. Ən geniş yayılmış iki tip skaner mövcuddur: əl ilə işləyən (hand-held) və stolüstü (desktop).

Əl ilə işləyən skaner yığcam qurğu olub, kifayət qədər çevikdir və bir yerdən başqa yerə aparmaq nöqteyi-nəzərindən yararlıdır. Təsviri daxil etmək üçün skaneri təsvirin üzərində sürüşdürmək lazımdır. Skanerin mətni əhatə etdiyi eni 4 dyüm (10 sm) olur, uzunluğu isə proqram təminatı ilə məhdudlaşır.

Stolüstü skanerlərə çox vaxt səhifəlik, planşet və ya avtoskaner deyilir. Bu skaner vasitəsilə 8,5 x 11 və ya 8,5 x 14 dyüm ölçülü təsvirləri kompyuterə daxil etmək mümkündür.

Skanerin aktiv imkanları 1 dyümə düşən nöqtələrin sayı ilə (dpi – dot per inch) təyin olunur.

Bir qayda olaraq, təsvir obrazları kompyuterdə qrafiki fayl şəklində – TIFF (Tagged Image File Format) və ya PCX formatında saxlanılır.

Qrafiki planşet (digitayzer)

Skanerdə olduğu kimi, qrafik planşet də iki əsas parametrlə xarakterizə edilir: işçi sahənin ölçüsü və seyrəklik qabiliyyəti. Qrafik planetlə işləyən zaman nöqtəli təsvirlə deyil, ayrı-ayrı xətlərdən istfadə edildiyi üçün seyrəklik qabiliyyəti də nöqtələrlə deyil, bir dyümə düşən xətlərlə (lpi – line per inch) ifadə olunur.

Web-kamera

Web-kamera vasitəsilə İnternetə videotəsvirlər çıxarılır. Bu zaman ötürülən təsvirin seyrəklik dərəcəsi 640×480 olur. Bu qurğu Microsoft NetMeeting adlı səs və videomüraciət proqram təminatı ilə işləyir. Son illərdə istehsal edilən Web-kameraların əksəriyyəti kompyuterə USB portu vasitəsilə qoşulur və əlavə qida mənbəyi tələb etmir.

Strimmer

Strimmer (stream – uzun lent) informasiyanı maqnit lentinə yazan xüsusi imkanlı maqnitofondur. Strimmerin kasetləri böyük tutuma (120Mbayt – 5Gbayt) malikdir.

Kursoru idarə edən qurğular

Fərdi kompyuterlərlə işləyərkən klaviaturaya alternativ olan xüsusi manipulyatorlardan istifadə edirlər. Bunlara coystik, işıqlı qələm, sensor paneli, maus və s. aiddir.

Maus (manipulyator)

Maus – hamar səth üzərində hərəkət etdirildikdə, kursorun da ekranda həmin istiqamətdə hərəkətini təmin edən, üzərində iki, ya üç düymə olan qurğudur. Maus və trekbol vasitəsilə informasiya kompyuterə daxil edilir. Sol düymə əmrləri vermək, sağ düymə isə kontekst menyunu açmaq üçün istifadə olunur.

Trekbol

Maus ideyası özünün bir sıra müsbət xüsusiyyətlərinə baxmayaraq, müəyyən çətinliklər də törədir. Onu stol üzərində hərəkət etdirdikdə kabeli nəyəsə ilişir və s. Bu problemləri aradan qaldırmaq üçün trekbol adlanan qurğu kəşf edilmişdir. Bu halda maus tərsinə çevrilir və mausun özü hərəkət etmir, biz yalnız barmağımızla kürəni hərəkət etdiririk. Trekbollar mausa nisbətən daha baha olur və əsasən tətbiqi qrafiki işlərdə, avtomatlaşdırılmış layihə sistemlərində geniş tətbiq edilir.

Sensor paneli (Taçpad)

İdarə qurğularından biri də ən çox noutbuklarda istifadə olunan sensor paneli və ya taçpaddır (ing. touchpad – sensor sahə).

Sensor panelindən barmağı qurğunun səthində hərəkət etdirməklə kursorun ekranda hərəkətini təmin etmək üçün istifadə olunur.

Rabitə qurğuları və verilənlərin ötürülməsi

Modem

  1. İlk fərdi kompyuterin yaranma tarixi 1977-ci il hesab olunur. Məhz bu ildə iki amerikalı alim – S.Vozyak və S.Jobs öz fərdi kompyuterlərini yaratdılar və onu Apple adlandırdılar. IBM firması isə ilk fərdi kompyuterini 1981-ci ildə yaratdı (IBM PC) və ondan sonra bütün dünyada bu kompyuterlərdən geniş istifadə edilməyə başlandı. Hal-hazırda bütün dünyada istifadə edilən kompyuterlərin 80%-i IBM platforması ilə istehsal edilən kompyuterlərdir
  • CON FON NEYMANA GORE KOMPYUTERLERIN ARXIEKTURASI ASAGIDAKILARDAN IBARETDIR.
  • SISTEM BLOKU(CASE)
  • MONITOR(DISPLAY)
  • KLAVIATURA(KEYBOARD)
    • ANA PLATA(MOTHER BOARD)
    • HDD-HARD DISK, ESAS,DAIMI,VINCESTER YADDAS
    • RAM-OPERATIV,MUVEQQETI,EMELI YADDAS
    • PROSESSOR(CPU)
    • CD/DVD COMBO, DISKOVODLAR
    • VIDEO YADDAS (VGA)
    • DAXILI XARICI QOSULMA YERLERI
    • ISE SALMA DUYMELERI
    • QIDA BLOKU-
    • DAXIL ETME QURGULARI. INFORMASIYANI KOMPYUTERE DAXIL ETMEK UCUN ISTIFADE OLUNUR. ASAGIDAKILARDIR.
      1. KLAVIATURA
      2. MAUS
      3. SKANER
      4. REQEMLI KAMERA
      5. MIKROFONLAR
      6. QRAFIK PLANSET
    1. PRINTER
    2. MONITOR
    3. SESGUCLENDIRICI DINAMIKLER
    4. PLOTTER
    1. FLESKARTLAR
    2. CARDREADER
    3. CD/DVD DISKLER
    4. FLOPPY DISKLER
      • DAXILI VE XARICI QOSULMA YERLERI.
    • Matrisli tipli zərbəli printerlər; murekkeble isleyir.
    • Şırnaqlı printerlər; matris tipli zerbesiz printerler-murekkeble isleyir
    • Lazerli (səhifəlik) printerlər. Toz hisselerile isleyir.

    Kompüterin əlavə(periferiya) qurğuları.

      • İstifadəçi üçün rahat interfeysə malik olan , dialoq rejimində işləyən proqramlar (menyu, köməkçi və s.)
      • Fərdilik
      • Böyük həcmdə olan məlumatın sürətli emalı
      • Təmirin asanlığı və yüksək keyfiyyətliliyi
      • Periferiya qurğularından istifadə etmək imkanları
      • Bütün sferaları əhatə edən proqram təminatı
      • Şəbəkələrə birləşdirilmək imkanı

      Köhnə kompüteri harada saxlaya bilərəm?

      Vaxt keçdikcə hər hansı bir texnika yararsız olma xüsusiyyətinə malikdir və kompüterlər həmçinin əxlaqi köhnəlməyə tabedirlər. Ev və ofis kompüter avadanlıqlarını daha tez-tez yeniləyirsinizsə, bu iş daha səmərəli olacaqdır. Ancaq eyni zamanda köhnəni atmaq üçün vaxtını verən avtomobil həmişə təəssüf edir. Buna görə, kompüterin adi istifadəçiləri çox vaxt köhnə kompüterin yerləşdiyi bir sual var.

      Bu, əsasən onun texniki vəziyyətindən asılıdır. 5 və daha çox il əvvəl alınmış kompüter texnologiyası normal işləsə belə, artıq müasir standartlara cavab verə bilməz. Kompüter texnologiyası dünyasında bütün yeni və yeni proqramlar daim buraxılır və köhnə kompüterlər sadəcə onlarla işləyə bilmirlər.

      Problemi həll etmək üçün köhnə kompüterin icarəyə götürülməsi üçün bir neçə variant var. Onların hər birinə baxaq.

      Bölmələr üçün köhnə kompüter satışı

      Köhnə texnologiyalardan köhnəlmiş texnologiyadan qurtarmanın ən asan yolu, köhnə kompüterin ehtiyat hissələrə satılmasıdır. Köhnə kompüter satın almaq və onları təmir etməklə məşğul olan bir çox ixtisaslaşmış firma var. Ayrıca məhsulunuzu tematik forumlara, mesaj panellərinə və online auksionlara da yerləşdirə bilərsiniz. Və istifadə edilən ofis avadanlığının satışına dair qəzetdə reklam verərək köhnə şəkildə hərəkət edə bilərsiniz. Əlbəttə, bu satışdan çox ala bilməzsiniz, amma ən azı köhnə texnika çox yer tutaraq evinizdə çirklənməyəcək.

      Nəhayət, bəzən ofis avadanlıqları mağazalarında yeni kompüterlərin əvəzinə əlavə kompüterlərin köməyi ilə qəbul edilən reklam kampaniyaları aparılır. Bu nadir hallarda olur, ancaq belə bir hərəkətə gözləmək və faydalı bir mübadilə etmək olar. Lakin bunun üçün yeni bir kompüter təxirə salmaq və satın almaq lazımdır.

      Mənim köhnə kompüterimi harada pulsuz ala bilərəm?

      Pul mükafatı ilə maraqlanmırsınızsa, ancaq yeni bir texnika mümkün qədər tez yola çıxartmaq istəyirsənsə, aşağıdakı kimi davam edə bilərsiniz. Köhnə kompüter ehtiyacı olanlara pulsuz verilə bilər, çox güman ki, gələcək və sizdən uzaqlaşacaq. Ölkəmizdəki mövcud iqtisadi vəziyyət nəzərə alınmaqla, birinin köhnə kompüterin əvəzi üçün bir çox variant var:

      • böyük ailələr;
      • yetimlər;
      • məktəblər və uşaq bağçaları;
      • yetimxanalar və internat məktəbləri;
      • əlil insanlar;
      • müxtəlif xeyriyyə təşkilatları.

      Kompüterinizi pulsuz verdikdən sonra bir daşla iki quşu öldürəcəksən: lazımsız şeylərdən qurtarın və ehtiyacı olan insanlara kömək edərək yaxşı bir iş edin.

      Həmçinin köhnə bir televiziya və kirayə maşını nereden kiraladığınızı söyləyə bilərik.

Comments are closed, but trackbacks and pingbacks are open.