Komputer sebekeleri inkişaf prespektivliyi
В настоящий момент дополнительные накопительные скидки (от 2% до 25%) предоставляются 56.267 образовательным учреждениям . Чтобы узнать, какая скидка действует для всех сотрудников Вашего образовательного учреждения, войдите в свой личный кабинет “Инфоурок”.
Prezintasiya po informatike na temu “Kompüter şəbəkələri”
В настоящий момент дополнительные накопительные скидки (от 2% до 25%) предоставляются 56.267 образовательным учреждениям . Чтобы узнать, какая скидка действует для всех сотрудников Вашего образовательного учреждения, войдите в свой личный кабинет “Инфоурок”.
- Сейчас обучается 29 человек из 17 регионов
Курс профессиональной переподготовки
Математика и информатика: теория и методика преподавания в профессиональном образовании
Преподаватель математики и информатики
от 7900 руб. от 3950 руб.
Базовая скидка для всех: 40%
Дополнительная скидка: 10% ( только до 19 марта )
К данной скидке мы можем добавить скидку Вашего образовательного учреждения (она зависит от того, сколько Ваших коллег прошло курсы “Инфоурок”)
В настоящий момент дополнительные накопительные скидки (от 2% до 25%) предоставляются 56.267 образовательным учреждениям . Чтобы узнать, какая скидка действует для всех сотрудников Вашего образовательного учреждения, войдите в свой личный кабинет “Инфоурок”.
- Сейчас обучается 30 человек из 22 регионов
Курс профессиональной переподготовки
Математика и информатика: теория и методика преподавания в образовательной организации
Учитель математики и информатики
от 7900 руб. от 3950 руб.
Базовая скидка для всех: 40%
Дополнительная скидка: 10% ( только до 19 марта )
К данной скидке мы можем добавить скидку Вашего образовательного учреждения (она зависит от того, сколько Ваших коллег прошло курсы “Инфоурок”)
В настоящий момент дополнительные накопительные скидки (от 2% до 25%) предоставляются 56.267 образовательным учреждениям . Чтобы узнать, какая скидка действует для всех сотрудников Вашего образовательного учреждения, войдите в свой личный кабинет “Инфоурок”.
- Сейчас обучается 628 человек из 76 регионов
Креативные инструменты в PowerPoint
240 руб. 120 руб.
Описание презентации по отдельным слайдам:
1 слайд Kompüter şəbəkələri. İnternet.
129 №li tam orta məktəbin informatika müəllimi Zamanova Aynur
2 слайд Şəbəkə.Resurslar.
Şəbəkə dedikdə verilənlərin ötürülmə vasitələri öz aralarında birləşmiş kopüterlər toplusu başa düşülür.
Resurslar şəbəkədə birgə istifadə olunan proqramlar, fayllar, eləcə də printerlər və başqa periferiya qurğularıdır.
3 слайд LAN- local area network
Lokal kompüter şəbəkələri LAN bir müəssisə daxilində fəaliyyət göstərir və informasiya mübadiləsinə, informasiya və periferiya avadanlıqlarından birgə istifadəyə şərait yaradır.
4 слайд Şin-bas
Bu topologiyada bütün kompüterlər bir-biriylə bir kabellə birləşdirilir.Belə şəbəkəyə göndərilən verilənlər şəbəkədəki bütün kompüterlərə ötürülür. Şin topologiyasına xətti-line topologiyası da deyilir.
5 слайд Halqa-ring
Bu topologiyada hər bir kompüter digər iki kompüterlə elə birləşir ki, onların birindən informasiyanı alıb, başqasına verə bilsin. Sonuncu kompüter birinci koppüterə birləşdirilir və beləliklə də halqa qapanır.
6 слайд Ulduz-star
Belə konfiqurasiyada bütün verilənlər seli yalnız mərkəzi kompüterdən keçməklə ötürülür, şəbəkənin bütün hissələri arasındakı informasiya mübadiləsinin idarə olunmasına mərkəzi kompüter cavabdehdir.
7 слайд WAN- Wide area network
Qlobal kompüter şəbəkələri WAN bir-birlərindən coğrafi uzaq kompüterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Rabitə vasitəsi olaraq əsasən yüksək sürətli telefon və peyk rabitəsindən istifadə olunur.Qlobal kompüter şəbəkələri əsasən klient server texnologisaı əsasında fəaliyyət göstərir. Şəbəkənin proqram təminatı əsasən iki hissədən ibarət olur: Klient və Server.
8 слайд Şəbəkə
Protokolları
Protokol kompüter şəbəkəsində informasiya mübadiləsinin aparılma qaydalarını müəyyənləşdirir. Bu qaydalar alqoritmləşdirilir, proqramlaşdırılır və şəbəkə qurularkən kompüterlərə instalizasiya edilir.
Komp. Şəbəkələrində aşağıdakı protokollardan istifadə edilir:
ARCNET, DECnet, Ethernet, İP, TCP, UDP, Apple Talk, Token Ring, İPX, SPX, FDDİ, HİPPİ, Myrinet, QsNet, ATM, RS-232, İEEE-488, USB, X.25, Bluetooth, DHCP, RapidİO.
9 слайд Bildiklərimiz
Kompüter şəbəkəsinin yaranması üçün nə lazımdır.
Komp. Şəbəkəsi nədir.
Komp şəbəkəsinin neçə tipi var, hansılardır.
Şəbəkə protokolu nədir.
Komp. Şəbəkələrinin keçmişi və bu günü.
10 слайд Modem
Modem iki məntiqi qurğunu özündə birləşdirir. Modulyator- rəqəmli informasiyanı analoq informasiyaya çevirir və demodulyator- əks çevirməni yerinə yetirir.
11 слайд Internetin tarixi
ARPANET- komp. Şəbəkəsi. 02.09.1969-cu il Kaliforniya Universitetinin tələbələri Stiven Kroker və Vinton Serf 4-5 m uzunluğunda kabellə komp. Birləşdirdilər. Əvvəlcə 4 Universitetin birləşməsindən ARPANET adlı komp. Şəbəkəsi əmələ gəldi. 1972-ci ildə ARPANET vasaitəsilə elektron məltub gondərilməyə imkan verən proqram yaradıldı. İlk dəfə olaraq “@” işarəsi elektron poçt ünvanlarında yerləşdirilməyə başlandı və 1980-ci ildə bu işarə Beynəlxalq standart kimi təsdiqləndi.
12 слайд Internet nədir
İnterneti bütün dünya üzrə müxtəlif şəhərlərdə, ölkələrdə olan komp. Şəbəkələrinin birləşməsi kimi təsəvvür etmək lazımdır. İnternetdə protokol-TCP/İP
13 слайд İnternetin imkanları
elektron poçt
1807-ci ildə amerikalı Robert Fulton ilk paraxodu düzəldib, 1903-cü ildə amerikalı Orvil və Uilber Rayt qardaşları ilk təyyarəni sınaqdan keçirib, 1971-ci ildə Amerikadan olan professor Rey Tomlinson E-poçtu icad edib. O hal-hazırda da ARPANET şəbəkəsinin yaradıcısı olan BBN şirkətində yeni elmi işlərlə məşğul olur.
14 слайд World wide web-www
WWW-qlobal paylanmış hipermətnli multimedia informasiya sistemidir. O, bütün dünyada müxtəlif kompüterlərdə saxlanılan informasiyanı vahid bir sistemdə birləşdirməyə imkan verdi. WWW-nin başlanğıcı 1989-cu ildə Cenevrədə yerləşən Avropa Nüvə Tədqiqatları Mərkəzində işləyən britaniyalı proqramçı Tim Berners-Lee tərəfindən qoyulmuşdur.
15 слайд Gap xidmətləri
chat room
16 слайд Ani məlumat mübadiləsi
17 слайд İnternetə çıxış
1. Kompüter və ona qoşulmuş modem
2. Uyğun proqram təminatı
3. Maliyyə imkanı
4. İnternet xidməti təminatçısının (Provayder) müəyyən edilməsi.
18 слайд İsp-internet service provider
internet xidməti təminatçısı
Provayderə pul ödəyən istifadəçi aşağıdakı xidmətləri ala bilər:
1. İnternetə çıxış
2. Elektron poçt
3. Yardım.
19 слайд Azərbaycanda internetin tarixi
Azərbaycanda ilk dəfə olaraq 1991-ci ildə E-poçt xidmətindən istifadə edilməyə başlanıb.Beynəlxalq şəbəkəyə bağlantı Rusiyanın Relcom şirkətinə məxsus kanallarvasitəsilə həyata keçirildi. 1994-cü ildə ilk dəfə AMEA-da ilk dəfə İnternetə qoşulma həyata keçirilib. 1996-cı ildə İNTRANS şirkəti tərəfindən ilk dəfə olaraq ölkəmizdə kommersiya məqsədilə İnternet xidmətləri təklif edilməyə başlanıb. Ölkə prezidentinin 10 avqust 2004-cü il tarixli Fərmanı ilə ölkənin İT tarixində ilk dəfə olaraq “İnternetə dövlət dəstəyi” ifadəsi ölkənin rəsmi sənədlərində öz əksini tapdı. Sənəddə ölkədə İnternetin inkişafı üçün RİTN-nin dövlət qurumu olaraq məsuliyyət daşıdığının qeyd edilməsi Azərbaycan İnternetində yeni bir dövrün başlanğıcı deməkdir.
Komputer sebekeleri inkişaf prespektivliyi
Kitab İbayev Zabil Vəfaddin oğlu tərəfindən hazırlanmışdır. Bu kitab kompüter
şəbəkəsinin yarandığı dövrdən indiyə qədər ki şəbəkə texnologiyalarını əhatə edir.
İnternetdən yığılan məlumatlar əsasında hazırlanmış kitabın yaranma səbəbi
Azərbaycan dilində şəbəkə texnologiyalarını öyrənmək üçün materialların ya az
olması ya da heç olmamasıdır.
Kitabı çap edərək, sataraq qazanc əldə edilməsinə Zabil İbayev Vəfaddin oğlu
tərəfindən icazə verilmişdir. Tək bir şərtim var. Əgər hər hansı bir yerdə kitabdan
sitat gətirilərsə Zİ-N şəklində kitabın adı göstərilsin və heç bir dəyişiklik edilməsin.
Sizə uğurlar diləyirəm və kitaba uyğun bir atalar sözünü nəzərinizə çatdırıram.
————Bu darı o aclığa çatmaz——–
1. Kompüter şəbəkələrinin keçmişi və bu günü
Kompüter şəbəkəsinin yaranması üçün ən azı iki kompüterin bir-birinə qoşulması lazımdır. Şəbəkə
harada və nə üçün istifadə olunur? sualını versəniz, bu suala indi çox rahat cavab tapmaq olar.
Məsələn, bu gün ofislərdə, nəşriyyatlarda, kompüter klublarında və ya beynəlxalq informasiya
mübadilələrində kompüter şəbəkələri vacib rol oynayır. Əgər bir firmanın müdiri ümumi sənədin
bütün işçilər üçün əl çatan olmasını istəyirsə, o, kompüter şəbəkəsindən istifadə edərək bu işi
rahatca həyata keçirir. Nəşriyyatda işləyən dizayner öz kompüterində hazırladığı jurnalın üz
qabığını çap etmədən şef redaktora göstərmək və rəyini bilmək istəyirsə, sadəcə olaraq şefin
kompüterinə jurnalın üz qabığını göndərir və danışıq proqramı vasitəsi ilə onun rəyini alır. Oyun
klublarında tək oynamaqdan bezən uşaqlar bir-biriləri ilə şəbəkə vasitəsi ilə oynaya bilirlər.
Beynəlxalq kompüter şəbəkələri ilə xüsusi proqram təminatı ilə xaricdə yaşayan qohumlarının
üzlərini kompüterdə görə və səslərini rahatca eşidə bilərlər. İstəyirəm bir az əvvələ qayıdıb ilk
şəbəkələrin yaranmasından indiyədək görülmüş işlərdən bir az məlumat verim.
60-cı illərdə kompüter deyiləndə ağıla böyük mainframe(meynfreym)-lər gəlirdi. Əlbəttə ki
mainframe-lər indiki kompüterlərlə müqayisə oluna bilməzlər. Onların nə monitoru, nə də
klaviaturası vardı. Mainframe-lər böyük dəmir şkaflara bənzəyirdilər.
Mainframe-lər iş dünyasında istifadə edilən ilk kompüterlərdəndirlər. Çox az sayda istehsal
olunmuş bu aparatlar böyük bir sığorta şirkəti tərəfindən istifadə edilmişdir və sonra 1984-cü ildə
muzeyə verilmişdir. 1950-ci ildə bu kompüterlərin 40 dənəsi çox çətin riyazi hesablamalarda
istifadə olunmuşdur. Aralarında Sidney Opera binasının da olduğu bir çox bina və körpünün
düzəldilməsində bu kompüterlər faydalı olmuşdur. 1955-ci ildə, kompüterlərin istehsalçısı Ferranti
şirkəti, kompüterlərdən birini elm adamları və riyaziyyatçılara təqdim etdi. Beləcə illər tələb edən
hesablamalar bu firmaya gətirilirdi və hesablamalar kompüterdə aparıldıqdan sonra nəticə yiyəsinə
təslim edilirdi. Başlanğıcda klaviatura və monitoru olmayan bu cihazlar bir və ya daha çox
operator tərəfindən proqramlaşdırılır, işləməsi təmin edilirdi. Sonra ekran və klaviaturalardan
istifadə olunmağa başlanıldı. Bir mainframe-ə birdən çox klaviatura və monitor birləşdirmək
olurdu. Eyni anda birdən çox adam bu cihaza proqram yaza bilərdi. Diqqət etdinizsə proqram
yazmaqdan bəhs etdim. O vaxtlar hazır proqramları alıb istifadə etmək yox idi, bir proqrama
ehtiyacın var idisə onu oturub yazırdın. Haqqında bəhs etdiyimiz sistemlərə “şəbəkə” deyə
bilmərik, çünki bu klaviaturalarla və monitorlarla sadəcə informasiya daxil edilir və çıxarılırdı.
Bəlkə ağılsız terminal termini eşitmişiniz. Üzərilərində CPU(Si Pİ Yu)-su olmayan bu cihazlar
Dumb(damb) terminal-ağılsız terminal adlandırılırdı. Vaxt keçdikcə mainframe-lər inkişaf etdirildi
və hard disklərdən istifadə olunmağa başlanıldı. Çox keçmədən mainframe-lər arasında məlumatın
paylanması fikri ortaya çıxdı. Ümumiyyətlə, mainframe-lər bir-birindən minlərcə kilometr uzaqda
yerləşirdilər. Eyni bina içində yerləşən mainframe-lər isə çox vaxt fərqli istehsalçıların cihazları
olurdu.
Həqiqi şəbəkələrdən çox-çox əvvəl alimlər fərqli iki sistemin məlumatlarının hansı yolla
bölüşdürülməsi haqqında müzakirə etməyə başlamışdılar. Yəqin ki siz də ilk kompüter şəbəkəsinin
ARPANET olduğunu eşitmisiniz. Amerikanın ARPANET Advanced Research Projects
Agency(ARPA) adlı agentliyi tərəfindən qurulmuşdur. ARPA 1958-ci ildə qurulan və Amerika
dövləti üçün yüksək texnologiyalar düzəldən agentlik idi. 1972-ci ildə adı DARPA(Defence
Advanced Research Agency) kimi dəyişdirildi, 1993-cü ildə təkrar ARPA, 1996-cı ildə isə təkrar
DARPA oldu. DARPA kompüter şəbəkələri ilə bağlı fərqli olan fikirləri bir araya gətirərək ümumi
sistem düzəltdi. Bu agentlik vasitəsi ilə kompüter şəbəkə layihələri, internetin təməlini qoymuş
TCP/IP və buna bənzər texnologiyalar yaradıldı. Əlbəttə, belə sual yarana bilər ki bəs mainframe-
lər hara yox oldular. 80-ci illərdə İBM(ay bi em) PC(pi si)Personal Computer- fərdi kompüter
fikrini irəli sürdü. Bu kompüterlərdə hətta proqramlaşdırma təminatı da olacaqdı (DOS, Windows).
Nəticədə PC və ya mini-computer adlandırılan bu kompüterlərin dünyadakı sayı milyonlara,
milyardlara çatdı. Mainframe-lər texnologiyadakı yeniliklərə baxmayaraq ilk yaradıldıqları
məqsədə hələ də xidmət edirlər. Müəyyən hədd daxilində hesablamaya ehtiyacı olan firmalar
prosessoru IBM As400 olan maşınlardan və buna bənzər mainframe sistemlərindən hələ də istifadə
edirlər. Universitetlərdə və tədqiqat qurumlarında istifadə olunan “super kompüter”-ləri də
unutmamaq lazımdır.
Mainframe almaq imkanı olmayan firmalar üçün mini-computer/PC şəbəkələri sistemi yaradıldı.
Onlardan bəziləri Novell-in Netware(Netveyr) sistemi, Microsoft-un NT-si və onların davamı olan
Windows 2000, XP, Vista buna misal çəkilə bilərlər.
2. Kompüter şəbəkələri və onların quraşdırılmasında istifadə olunanan t exnologiyalar
Bu bölmədə kompüter şəbəkələrinin hansı növlərinin olduğunu və şəbəkə quraşdırmağa qərar
verərkən hansı sahə üçün, hansı şəbəkə formasından, dizaynından istifadə edəcəyiniz haqda geniş
izah verilir.
2.1 LAN, WAN və digər Sahə Şəbəkələri (Area Networks)
Müxtəlif tip kompüter şəbəkə dizaynlarının kateqoriyalaşdırılması üçün bir yol var. Onları fiziki
sahəsi və miqyasına görə qruplaşdırmaq. İnkişaf tarixi səbəblərindən, bütün dizayn tipləri demək
olar ki, müəyyən sahəyə görə yaradılmışdırlar. Aşağıda onları görə bilərsiniz:
LAN – Local Area Network (yerli sahə şəbəkəsi)
WLAN – Wireless Local Area Network (simsiz yerli sahə şəbəkəsi)
WAN – Wide Area Network (geniş sahə şəbəkəsi)
MAN – Metropolitan Area Network (metropoliyan (paytaxt) sahə şəbəkəsi)
SAN – Storage Area Network, System Area Network, Server Area Network və ya bəzən Small
Area Network (bir çox adı var əsas Storage Area Network (saxlama sahə şəbəkəsi) kimi tanınır)
CAN – Campus Area Network, Controller Area Network bəzən Cluster Area Network bir çox adı
var. Əsas Controller Area Network (nəzarət sahə şəbəkəsi) kimi tanınır)
PAN – Personal Area Network (şəxsi sahə şəbəkəsi)
DAN – Desk Area Network (idarəetmə sahə şəbəkəsi)
LAN və WAN əsas orijinal sahə şəbəkəsi kateqoriyalarıdır, qalanları illər boyunca texnologiyanın
inkişafı irəlilədikcə yaradılmışdırlar və yəqinki bundan sonrada yeniləri yaradılıcaqdırlar.
LAN Nədir?
LAN (Local Area Network) –YSŞ(Yerli Sahə Şəbəkəsi), məsləhətdir LAN deyəsiniz. YSŞ gülməli
çıxır. Bu forma kiçik ofislərdə, ev daxili və ya kiçik kompüter klublarında istifadə olunur. Bu tip
vasitəsi ilə evdə, işdə və ya klubda oyun oynamaq, o biri kompüterə qoşulmuş printerdən yazı çap
etmək olar. Şəbəkə tipi nə qədər böyük olursa olsun onun tərkibində LAN(lar) olur. Nə qədər
böyük deyən zaman mən aşağıda izah edəcəyim, yuxarıda siyahı formasında sadaladığım digər
tipləri nəzərdə tuturam. Bütün böyük şəbəkələr kiçik LAN şəbəkələrini birləşdirmək üçün
mövcuddurlar və ya o səbəbdən yaranıblar.
WLAN Nədir?
WLAN – Wireless Local Area Network (simsiz yerli sahə şəbəkəsi). Bu da LAN deməkdir. Həm
üstün, həm də mənfi cəhətləri var. Üstün cəhəti evin ya da ofisin içərisində ayağınıza dolaşacaq və
ya divarın deşilməsinə səbəb olacaq kabellərin olmamağıdır. Mənfi cəhəti onun hələ inkişaf
etməkdə olmasıdır ki, texnologiya kompüter oyunları və həcmi böyük proqramların tələblərini hələ
ki ödəyə bilmir. Amma sənədləri şəbəkə vasitəsi ilə bölüşmək onun üçün problem deyildir. Üstün
cəhəti ötürmə radiusu üzrə dairəvi formada bağlantı qura bilir. Kabel kimi tək istiqamətli
bağlantıdan asılı olmur.
WAN Nədir?
WAN – Wide Area Network (geniş sahə şəbəkəsi). LAN-ın maksimum əhatə sahəsi bir binadırsa,
WAN üçün bu əhatə sahəsi şəhərin bir neçə rayonu, yer kürəsinin tamamı desək yalan olmaz.
Əlbəttə ki, burada istifadə olunan texnologiyalar LAN-dan fərqlənir və daha bir neçə cihaz əlavə
olunur. Bu detalları hub vasitəsi ilə şəbəkə quraşdırmanı öyrənən zaman geniş şəkildə izah
edəcəyik.
Digər tiplər nədir?
Siyahıda yazılan digər tiplər adlandırıldığı sahə üzrə şəbəkə dizaynlarıdır. Əsasən məqsədyönlü
yaradılmışdırlar. Bəzi sahə şəbəkə tiplərinin bir neçə adının olmasının səbəbi dizayn formasının
saxlanılaraq məqsədinin dəyişdirilməsi ilə əlaqədardır. Yəni bir dizayn bir çox məqsəd ilə istifadə
oluna bilər.
2.2 Topolojilər
Hər kompüter şəbəkəsi məlumatın sistemlər arasında gəlib getməsini təmin edə biləcək bir yola
ehtiyac duyur. Belə bir texnologiya olmadığı üçün fərqli şirkətlər bu məsələyə fərdi şəkildə
yanaşıblar. Nəticədə məntiqi və fiziki şəbəkə dizayn topolojiləri yaradılmışdır. Aradakı bağlantı
çox vaxt kabel üzərindən həyata keçirilir. Bununla bərabər kabelsiz həll yolları getdikcə
yayılmaqdadır. Ancaq kabelsiz həll yolları hələ ki kabelə hər əsasda rəqib olmaqdan uzaqdır.
Əksər şəbəkələr hələ ki kabelləmə sistemindən istifadə edir. Ona görə də fiziki topolojiləri
öyrənmək mühümdür. Topoloji fərqli şəbəkə texnologiyalarının quruluşunu və çalışma şəkillərini
anlamada başlanğıc nöqtədir. Şəbəkə quran zaman şəbəkənin hansı formada olmasını topolojilər
vasitəsi ilə təyin edirsən. Təyin etdiyin topoloji istifadə edəcəyin texnologiyanı aydınlaşdırmaqda
mühüm rol oynayır.
Topoloji tipləri:
Topolojini anlamanın ən asan yolu onu iki fərqli və sərbəst bölümə ayıraraq araşdırmaqdır:
1. Fiziki Topoloji
2. Məntiqi Topoloji
Fiziki topoloji , aralarında şəbəkə qurulmuş bir qrup kompüterə baxdığımızda gördüyümüz şeydir.
Yəni kabel kompüterlər arasında necə dolaşır, kompüterlər bir-birlərinə necə bağlanmışdır kimi
gözlə görülən materiallar fiziki topolojini aydın edir.
Məntiqi topoloji isə kabel bağlantı formalarının sərbəst şəkildə kompüterin məlumatlarını bir-
birlərinə necə çatdırdıqlarını açıqlayır. Yəni mübadilə prosesinin gedişatından xəbər verir.
Topoloji əslində tək başına şəbəkə ilə bağlı bir çox mövzuya açıqlıq gətirmir. Məsələn: istifadə
olunan kabelin tipi, maksimum uzunluğu, kompüterlərin kabelin istifadədə olub olmadığını necə
təsbit etməsi kimi mövzular sadəcə topoloji ilə açıqlamaq mümkün deyil.
Fərqli topolojiləri istifadə edən fərqli şəbəkə sistemləri vardır. Bu texnologiyalar Ethernet, Token
Ring və ya FDDI kimi adlara sahibdir.
Hər şəbəkə texnologiyası istifadə etdiyi topoloji ilə bərabər, istifadə olunacaq kabel tipi, onun
maksimum uzunluğu kimi mövzulara da aydınlıq gətirir. Hələ ki bu texnologiyalar haqqında
öyrənməli olduğumuz məsələlər onların hansı topolojidən istifadə etdiyidir. Sonra bu
texnologiyaları ayrı-ayrılıqda geniş şəkildə öyrənəcəyik.
2.2.2 Topoloji tipləri və inkişafı
Bus topoloji
Fiziki bus bütün kompüterlərin eyni kabelə bağlı olduqları sistemdir. Kabelin hər iki ucuna
sonlandırıcı və ya sonluq adı verilən başlıq taxılır. Bu topoloji həm məntiqi, həm də fiziki olaraq
mövcuddur. Quraşdırılması asandır. Ən böyük çatışmazlığı kabelin bir nöqtəsində yaranan
qopuqluğun bütün sistemi çökdürməsidir. Məntiqi bus isə, göndərilən bir məlumatın bütün
sistemlərə çatması demək idi.
Linear(Xətti)topoloji
Bu topoloji eynən bus kimidir. Əsasən Ethernet texnologiyasında istifadə olunur. Hub daxilində bu
topolojidən istifadə olunur. Çünki hub daxilində node-lar eynən linear-dakı kimi bir xətt üzərində
yerləşir.
Ring (Həlqə) topoloji
Məntiqi Ring topoloji isə Token-Ring adı verilən birinci IBM-in yaratdığı, sonralar IEEE və ISO
tərəfindən inkişaf etdirilən və şəbəkə sistemlərində istifadə olunan texnologiyadır. Token-Ring-də
kompüterlər kabellərlə ortadakı mərkəzi bir qutuya qoşulurlar (fiziki ulduza). Bu qutu Hub (hab)
adlanır. Ancaq bu tip şəbəkə sistemində məlumatı ötürmək üçün bir siqnal mövcud olur. Bu siqnal
daim sıra ilə bütün hub-ları və kompüterləri dövr edir və məlumat ötürülməsini həyata keçirir.
Onun üçün ona Ring (Həlqə) adı verilmişdir. Bu sistem Token Ring-də ətraflı izah olunacaqdır.
Dual Ring(İki həlqə)topolojisi
Ring topolojisinin daha inkişaf etmiş formasıdır. Burada xəttin birində xəta yaranarsa, ikinci xətt
əsas xətt kimi fəaliyyəti davam etdirir. Ya da xətanın ortadan qaldırılmasında əsas xəttə yardımçı
Star (Ulduz) topoloji
Ən yayılmış şəkildə istifadə olunan fiziki topolojidir. Hər kompüterdən çıxan bir kabel mərkəzdəki
bir qutuya(hub) girir. Ən böyük üstünlüyü bir kabeldə yaranan problemin sadəcə o kabelə bağlı
kompüterə təsir etməsidir.
Mesh (Tor) topoloji
Bu topolojidə bütün kompüterlər digər kompüterlərə tək bir kabel vasitəsi ilə bağlanırlar. Nəzəri
olaraq ideal bağlantı tipidir. Ancaq aradakı kabel sayı kompüter sayı artdıqca əlavə olunaraq
artdığı üçün həqiqi həyatda sadəcə çox xüsusi hallarda və az sayda kompüter arasında istifadə
olunur. Əlbəttə ki, bu forma kabelləmə rahat ola bilməz. Amma bəlkə də gələcəkdə bu forma
simsiz şəbəkələrdə öz yerini tapacaqdır. Hal-hazırda da belə formanı simsiz şəbəkə ilə qurmaq
olur. Buna bir növ məntiqi topoloji də demək olar.
TREE (Ağac) topoloji
Əsasən mərkəzi, əsas kompüterlər və ya hub-lar bus topolojisi ilə birləşdirilir və digər kompüterlər
isə əsas kompüterlərə və ya hub-lara star topolojisi ilə qoşulurlar və budaqlanan çoxalma yaranır.
Hybrid (Mələz) topolojilər
Əsasən bus və star topolojisinin qarışığıdır. Bu topolojiləri inkişaf etdirən fərqli şəbəkə
texnologiyaları vardır. Token Ring və Ethernet bu texnologiyalardan sözünü etməyə dəyən
ikisidir. Token Ring adlanan şəbəkədən görmə ehtimalınızın çox-çox az olduğu üçün onu bir
kənara qoysaq, onda sadəcə Ethernet qalır. Bu gün “şəbəkə qururam” ya da “şəbəkə qurduq
bombadır ” deyənlər 101% Ethernet-dən bəhs edir. Ona görə mən də Ethernet-in istifadə etdiyi
topolojiləri açıqlamaq məcburiyyətindəyəm. 🙂
Ethernet başlanğıcda bus topoloji kimi yaradıldı. Koaksial kabel sıra ilə bütün kompüterləri
dolaşırdı. Ethernet şəbəkəsindəki kompüterlər də elə bilirdilər ki təkcə bu kabelə bağlıdırlar. Digər
kompüterə məlumat yolladıqda, məlumat əslində eyni kabelə bağlı bütün sistemlərə çatırdı. Bütün
kompüterlərdən sadəcə “doğru” olanı bu məlumatı qəbul edirdi. Bəs doğru kompüter necə təyin
olunurdu? Ethernet şəbəkəsində hər kompüter, daha doğrusu hər şəbəkə kartı (ethernet kartı da
deyə bilərik) fərqli bir ünvana sahibdir, MAC adresinə. Məlumat kabel üzərinə yerləşdirilən
zaman məlumat üzərinə qəbul edənin və göndərənin MAC adresləri yazılır. Beləcə bütün
kompüterlərdən sadəcə doğru olanı məlumatı alır və oxuyur, digərləri özlərinə gəlməyən, ya da
gələn, amma aid olmayan məlumatı gözdən keçirmədən rədd edirlər. Buradan ilk ethernet-in həm
məntiqi, həm də fiziki olaraq bus quruluşda çalışdığı anlaşılır.
Qeyd: İnformasiyanın çox olduğunu və qarışdırmaqdan narahat olmayın. Bütün bu oxuduqlarınız böyük
tapmacanın tapılması üçün verilən məlumatlardır. Getdikcə bütün bunlar daha aydın olacaq və Ethernet
haqda daha ətraflı öyrənəcəksiniz.
Zaman içində fiziki bus tipi ehtiyaclara cavab verməyən hala gəldi. Fiziki bus quruluşda, yəni
bütün kompüterlərin eyni kabelə bağlandıqları sistemdə kabelin bir nöqtəsində yaranan qopuqluq
və ya qısa qapanma bütün şəbəkəni çökdürürdü.
Şəbəkəyə yeni bir kompüter əlavə etmək, kabelin bir bölümünə əlavə etmək demək idi. Bu proses
sırasında şəbəkə çalışmaz vəziyyətə gəlirdi. Şəbəkədə zədə olduğu zaman bütün sistemləri dolaşan
tək bir kabelin hər hansı bir yerindəki zədəni tapmaq çox çətin olurdu. Tam kabelləmədə, yəni çox
sayda kompüterin istifadə olunduğu binalarda və ya binalar arası kabelləmə həyata keçirilərkən
fiziki bus istifadə etmək mümkün deyil. Çünki bus quruluş ağacın budaqları kimi mərkəzdən
binanın mərtəbələrinə və otaqlara bölünmə üçün yaradılmamışdır.
Nəticə etibarı ilə fiziki bus topolojinin ehtiyacları qarşılamaqdan uzaq olduğu anlaşılanda yeni bir
sistem axtarışına başlanıldı. Həll yolu ethernetin məntiqi topolojisini mühafizə edib, fiziki
topolojini, yəni kabelləmə quruluşunu ulduz topoloji ilə dəyişdirməyi uyğun bildilər. Ulduz
topolojidə hər kompüterdən ayrı bir kabel mərkəzi bir qutuya(hub) bağlanırdı. Kabellərdən birində
yaranan zədə sadəcə o kompüterə təsir edirdi.
Ethernet üçün yeni fiziki topoloji ulduz topolojidir. İstifadə olunan kabel də koaksial kabeldən
UTP-yə çevrildi. Ancaq məntiqi olaraq ethernet hələ də bus topolojidən istifadə edir. Fiziki ulduz
topolojidə istifadə olunan hub içində məntiqi bir bus topoloji vardır. Kompüterlərdən birisinin
yolladığı məlumat paketi hub-a çatana qədər, hub bu paketin sürətlərini yaradır və bütün portlara
yollayır. Yəni bus quruluşda olduğu kimi məlumat paketi digər bütün kompüterlərə çatır və sadəcə
qəbul etməli olan kompüter paketi oxuyur və məşğul olur. Amma digərləri isə paket onlara
ünvanlanmadığı üçün onu silirlər.
Bunu daha yaxşı anlamaq üçün yuxarıda bir ethernet hub-ın işləmə şəkillərini göstərmişəm. Hub-a
bağlı kompüterlər ulduz topoloji istifadə etməyinə baxmayaraq, hub içində eyni bus kimi tək bir
xətt olduğunu görə bilərik.
Bus topoloji istifadə edən əvvəlki şəbəkə növləri yeni şəbəkələrə qoşula bilərlər. Çünki işləmə
məntiqləri, yəni məntiqi topolojiləri eynidir. Demək olar ki, bütün ethernet hub-larda bir dənə
əlavə koaksial kabel girişi vardır. Koaksial kabel ilk bus topoloji ilə işləyən sistemlərdə işlədilirdi.
Ethernetin istifadə etdiyi bu mələz topoloji bəzən star-bus topoloji kimi tanınır. Tək mələz topoloji
star-bus deyildir. IBM-in yaratdığı və günümüzdə populyarlığını itirən, ancaq zamanında geniş
istifadə olunmuş Token Ring şəbəkə texnologiyası da star-ring mələz topolojisini istifadə edirdi.
Bu sistemdə də çöldən baxıldığında eyni ethernetin star-bus-ı kimi kabelləmə ulduz şəklində
olduğunu görürük. Hər kompüterdən ayrı bir kabel ethernet-dəki hub-ın bənzəri bir qutuya girir.
Ancaq bu qutunun içində Token Ring şəbəkələrinin istifadə etdiyi məntiqi bir həlqə(ring) quruluşu
mövcud olurdu.
2.3 Birbaşa qoşulma üçün istifadə olunan ilkin kabel texnologiyaları və inkişafı
İş yerlərində ilk kompüterlərin peyda olmasından sonra istifadəçilər məlumat ötürmək, çap etmək
üçün ilk olaraq birbaşa qoşulma kabellərindən istifadə etməyə başladılar. İki kompüterin bir-birinə
qoşulması, kompüterin arxa hissəsində yerləşən COM və LPT portlarından mümkün olurdu. Bu
portlara və ya girişlərə qoşulmaq üçün nul-modem kabellərdən istifadə olunurdu. Düzdür bu
qoşulma üsulu çox da güclü deyildi, amma böyük həcmdə məlumatların ötürülməsi üçün əlverişli
idi. LPT portuna sinonim kimi paralel port da deyilir və əgər printer port və ya Centronics
port eşitsəniz bilin ki söhbət LPT-dən gedir. İstəyirəm LPT haqqında daha ətraflı məlumat verim
ki siz onu gözü yumulu tanıya biləsiniz. LPT (Line Print Terminal) sözlərinin birləşməsindən
yaranıb və ilk printerlərin kompüterə qoşulması üçün istifadə olunan texnologiyadır. Bu
texnologiya Centronics parallel interface (Centronics paralel portu) Dr. An Wang, Robert
Howard və Prentice Robinson tərəfindən Wang Laboratories-də yaradılmışdır. 1990-cı ildə LPT
standartlaşdırılıb və bu standart ilk olaraq IEEE 1284 modeli ilə buraxılmağa başlanılıb. Sizə
şəkillərlə LPT-lər haqqında təsəvvür yaratmağa çalışacağam.
3. OSİ Modeli
OSİ modeli yuxarıda oxuduğunuz texnologiyaların standartlaşdırılıb bütün şəbəkə sistemləri üçün
qəbul olunmuş ümumi formasıdır. Heç kəs sizə OSİ modelinə bax, ya da get OSİ modeli al
deməyəcək. OSİ modeli kompüter şəbəkələri sisteminin fiziki təchizatından tutmuş ta proqram
təminatına kimi işləmə prinsipini izah edir. Bir kompüterdən digərinə məlumat göndəriləndə baş
verən proseslər standartlaşdırılmış formada bütün kompüterlərdə eyni ardıcıllıqla aparılır. OSİ
modeli şəbəkəni öyrənmək üçün ən mühüm bölmələrdəndir. Buna səbəb şəbəkələrin yaranması
tarixi ilə bağlıdır. Kompüter şəbəkələrinin ilk yarandığı vaxtlardan, fərqli firmalar özlərinə məxsus
texnologiyalarla şəbəkə sistemləri yaradır və satırdılar. Bu firmaların istehsal etdiyi şəbəkə kartları
və texnologiyası öz kartlarından başqa şəbəkə kartlarını və texnologiyalarını tanımırdılar. Çünki
hər bir firmanın özünə məxsus proqram təminatı və quruluşu var idi. Hər firma fərdi eyni zamanda
fərqli sistemlər və sürücülər istifadə etdiyi üçün digər firmaların şəbəkələri ilə əlaqə yarada
18
bilmirdilər. Bu problem ümumi proqram təminatının yazılmasında da çətinliklər yaradırdı. Əgər
hər hansı bir şirkət şəbəkə qursaydı o ancaq tək bir firmanın texnologiyasını istifadə etmək
məcburiyyətində qalırdı. Çünki digər firmaların texnologiyası artıq qurulmuş şəbəkələrini
dəstəkləmirdi. Əgər gələcəkdə şəbəkəyə əlavə etmək istəsələr o firmadan başqası bunu edə
bilməzdi. Həmin firmadan alınan mallar isə baha başa gəlirdi. Bu cür problemlərin artması ümumi
bir sistemin yaranmasına tələb yaratdı.
Standartlaşdırmada yaranan problemlərin başında proqramlaşdırma terminologiyası gəlirdi. Buna
səbəb hər firmanın özünəməxsus terminologiyasının olması idi. 1984-cü ildə International
Organization of Standardization (ISO) adında bir qurum Open System Interconnection modelini
“ISO”-nu yaratdı. ISO qurumun adının qısaltması deyil, latınca bərabər “isos” sözündən götürülüb.
Qurum bütün şəbəkələrin eyni texnologiya əsasında işləməsi üçün çalışır. OSI Modeli dəyişilməz
qanun deyil. İstəyən özü üçün şəbəkə sistemi yarada bilər. Amma OSI modelinin standartlarında
olmazsa böyük ehtimal digər şəbəkələr tərəfindən anlaşılmayacaqdır və işləməyəcəkdir.
3.1 Protokollar
Protokol sözünün mənası hadisənin gedişatını təsvir edən qaydalar toplusudur. Protokollar
kompüter şəbəkələrinin müəyyən qaydalar daxilində idarə olunması üçün tənzimləyici rol
oynayırlar. Bəs protokollar nəyi tənzimləyir? Kompüter şəbəkəsi üçün protokol iki kompüter və ya
aparat arasında müəyyən qaydalar daxilində informasiya mübadiləsinin aparılmasını tənzim edir.
Sadə File Transfer Protocol (FTP) proqramı ilə məlumat göndərilən zaman arxa planda bir çox
protokol işləyir. FTP protokolu iki kompüterin iki proqramı arasında necə məlumat mübadiləsi
aparılmasını müəyyənləşdirir. Transmit Control Protocol (TCP) göndərən sistem üzərindən
yollanacaq məlumatı parçalara bölünməsi və qəbul edən sistemin üzərində təkrar birləşdirilməsi
funksiyalarını yerinə yetirir. Internet Protocol (IP) isə məlumatın fərqli yönləşdiricilər üzərində
doğru yolu izləyərək qarşı tərəfə çatdırılması ilə vəzifələndirilmişdir. Məsələn: hub-da beş
kompüter var və hansı kompüterə (MAC adresi ilə təyin edir) bu məlumat çatmalıdır məsələlərini
həll edir. Şəbəkə kartı və kabel protokolları məlumatın necə elektrik siqnalları halında
göndərilməsi məsələsini yerinə yetirir. Bütün protokollar və baş verən proseslər bütünlükdə 7
əməliyyat layı formasında həyata keçirilir və OSİ modelində cəmlənir.
3.2 7 LAY
OSI modeli vasitəsi ilə bir cihazın və ya protokolun şəbəkə daxilində hansı vəzifəni yerinə
yetirdiyini daha rahat izah etmək olar. OSI modeli, kompüter üzərindəki proqram məlumatının,
şəbəkə mühitindən keçərək digər bir kompüter üzərindəki proqrama necə çatacağını təsvir edir.
Model bu prosesi 7 lay formasında izah edir:
Tətbiqetmə layı məlumatı təqdim etmə layına, təqdim etmə isə sessiya layına ötürür. Bu şəkildə
məlumat fiziki laya kimi çatdırılır. Məlumat qəbulunda isə bu proses əks formada ardıcıllıqla
təkrar olunur. Məlumat fiziki laydan tətbiqetmə layına kimi ötürülür. OSI modelinin lay adları ilə
birlikdə rəqəmlərini də öyrənmək vacibdir.
OSI modelində hər lay həll olunmalı problemləri təsvir edir. Bu laylarda işləyən cihazlar və
protokollar həmin problemlərə həll yolu tapırlar. Yeddi laylı OSI modeli iki bölmədə tədqiq edilə
bilər: Application Set və Transport Set.
Application Set (tətbiqetmə komplekti) tətbiqetmə layı və proqramlarla bağlı bölmədir. Əsasən
proqram şəklində olur. Modelin ən üstündəki tətbiqetmə layı istifadəçiyə ən yaxın olan laydır.
Transport Set (ötürmə komplekti) məlumat mübadiləsi ilə vəzifələndirilib. Fiziki və digər məlumat
ötürmə layları həm proqram, həm də şəbəkə kartı ilə işləyirlər. Fiziki lay fiziki şəbəkə mühitinə
(məsələn: şəbəkə kabelinə) ən yaxın laydır. Əsas vəzifəsi məlumatı kabeldən ötürmək və qəbul
etməkdir.
Lay 1: Fiziki lay ( İngiliscə: Physical layer)
Fiziki lay kompüterlər arasında məlumatın kabel üzərindən fiziki şəkildə ötürülməsi üçün
yaradılmışdır. Məlumatı ötürən tərəfdəki fiziki lay məlumatı rəqəmsal (1 və 0) formadan elektrik
siqnallarına çevirib kabelə yerləşdirir və qəbul edən tərəf də fiziki lay vasitəsi ilə kabeldən
oxuduğu siqnalları təkrar rəqəmsal formaya çevirir. Yəni məlumat kompüterdə olarkən ikili say
sistemi üzrə kodlaşdırılmış olur. Bu lay məlumatın ikili say sistemindən siqnal formasına
çevirilərək ötürülməsində əsas rol oynayır. Əgər hər iki tərəf eyni forma ötürmə sürətindən və ya
tezliyindən istifadə etməzsə, məlumatı ötürmək mümkün olmayacaqdır. Məsələn, bir tərəf +5 volt
və 2 millisaniyə tezliyində elektrik siqnalı göndərirsə, qəbul edən tərəf eyni parametrlərdə
olmalıdır. Əgər qəbul edən +7 volt və 5 millisaniyə tezliyində siqnalı qəbul etmək üçün
qurulubdursa o zaman tezlik fərqi yaranacaqdır. Belə halda göndərilən məlumat qarşı tərəfdə
anlaşılmayacaqdır və ötürülmə başa çatmayacaqdır. Fiziki lay bu növ vacib problemləri həll edir.
Şəbəkə kartı istehsalçıları bu problemləri nəzərə alaraq eyni tezlikləri istifadə edən şəbəkə kartları
istehsal etməyə qərar vermişdirlər. Ona görə də şəbəkə kartları bir-birləri ilə problemsiz işləyirlər.
Fiziki layda istifadə olunan və ən çox adı çəkilən texnologiyalardan hələlik bir neçəsi ilə sizi tanış
etmək istəyirəm.
ISDN (Integrated Services Digital Network)
ISDN, mövcud analoq telefon şəbəkəsinin rəqəmsal alternatividir. Normal bir telefon xətti kimi bir
telefon nömrəsini yığaraq həm rəqəmsal, həm də analoq xətlərlə bağlantı qurula bilər. ISDN
texnologiyasını adi analoq xətlərdən ayıran ən önəmli özəllik tamamən rəqəmsal təmiz bir səs
kanalına sahib olması və eyni anda məlumat(data) mübadiləsinə yol verməsidir. Səs, görüntü,
məlumat kimi hər cür informasiyanın rəqəmsal bir məkanda birləşdirib eyni xətt üzərindən
mübadiləsini mümkün edən bir xəbərləşmə şəbəkəsidir.
xDLS (Digital Subscriber Line)
DSL-in qabağındakı x işarəsi onun fərqli versiyalarının, yəni: ADSL, ADSL2, ADSL 2+, SDSL,
VDSL olmasıdır.
ADSL (İngiliscə: Asymmetric Digital Subscriber Line), Asimmetrik Rəqəmsal Abunə Xətti, bu
günlərdə internetə qoşulmaq üçün ən çox istifadə olunan qoşulma texnologiyalarındandır.
Asimmetrik sözü, məlumatın transfer sürətinin, göndərmə və alma üçün bərabər olmadığını
göstərir. Yəni istifadəçinin məlumatı alma sürəti, göndərmə sürətindən yüksək olur.
ADSL 2 + ITU(International Telecommunication Union)-nun yaratdığı bir standartdır. Bu
texnologiya 24 Mbit/s sürətində məlumat almağa imkan verir.
SDSL – Simetrik DSL, yəni məlumat eyni tezliklə ötürülür və qəbul olunur.
VDSL (Very High-bit-rate Digital Subscriber Line) ADSL-ə çox bənzəyən bu DSL texnologiyası,
telefon və ISDN servislərində gəliş yönündə 55.2 Mbps, gediş yönündə 19.2 kbps-2.3 Mbps arası
trafikdən istifadə edə bilir. VDSL, simetrik olaraq da işləyə bilir. VDSL-in ADSL-dən ən tez gözə
çarpan fərqi göndərmə məsafəsinin azlığındadır. 13 Mbps sürət üçün 1.5 km, 55.2 Mbps üçün 300
m məsafəyə göndərə bilir. VDSL əsasən FTTN (Fiber to The Neighborhood)-də çox istifadə
olunur
Lay 2:Məlumat bağlantısı layı (İngiliscə: Data Link Layer)
Məlumat bağlantısı layı məlumatı Fiziki Laya çatdırmaq və istifadə eləməklə bağlı qaydaları
tənzim edir. Məlumat bağlantısı layının böyük bir bölməsi şəbəkə kartı içində həyata keçirilir.
Məlumat bağlantısı layı şəbəkə üzərindəki digər kompüterlərin aydınlaşdırması, kabelin o anda
kimin tərəfindən istifadə olunduğunun təsbit edilməsi və fiziki laydan gələn məlumatın xətalara
qarşı kontrolu vəzifəsini yerinə yetirir. Məlumat bağlantısı layı iki daxili bölməyə ayrılır:
Logical Link Control (LLC) – Məntiqi Bağlantı Kontrolu
Media Access Control (MAC)- Media Keçid Kontrolu
MAC alt layı məlumata xəta kontrol kodu CRC ilə məlumatı qəbul edəcək kompüterin və
məlumatı göndərən kompüterin MAC ünvanlarını birlikdə paketləyir və fiziki laya ötürür. MAC
adres bax elə bu layda yerləşdirilir. Qəbul edən tərəfdə də bu işi tərsinə görür MAC adreslərini
(ünvanlarını) oxuyur əgər ona gəlibsə məlumatı məlumat bağlantısı layının içindəki ikinci alt laya
LLC-ə ötürür.
LLC alt layı, yuxarı lay olan şəbəkə layı (3-cü lay) üçün keçid vəzifəsini görür. Protokollara
məxsus məntiqi portlar yaradır (Service Access Points, SAP). Beləcə mənbə olan kompüterdə və
Məlumat Bağlantısı LLC
MAC
hədəf olan kompüterdəki eyni protokollar mübadiləyə keçə bilirlər. Məsələn: TCP/IP
TCP/IP.
Bundan əlavə LLC məlumat paketlərindən xarab göndərilənlərin və qarşı tərəfdə xarab çatanların
təkrar göndərilməsi ilə vəzifələndirilib. Digər vəzifəsi Flow Control nəzarətidir. Flow Control
qəbul edənin (digər kompüterin) işləyə biləcəyindən çox məlumat paketinin göndərilməsinin
qarşısını almaq üçün nəzarət sistemidir.
Data Link layından bir alt mərhələdə elektron media üzərindən məlumatların necə göndəriləcəyi ya
da məlumatların bu mediada necə yerləşdiriləcəyi təyin olunur. Bu layda Ethernet, ya da Token
Ring kimi tanınan ötürmə texnologiyaları çalışır. Bu texnologiyalar məlumatları öz protokollarına
uyğun olaraq işləyib ötürürlər. Bu mərhələdə məlumatlar müəyyən parçalara bölünür. Həmin
parçalara paket, ya da frame (kadr) deyilir. Frame-lər məlumatları müəyyən bir ölçüdə
göndərilməsini təmin edən paketlərdir. Məlumat xətti layında yayılmış şəkildə istifadə olunan
protokollar Ethernet və Token Ring-dir.
Lay 3: Şəbəkə Layı(İngiliscə: Network Layer)
Şəbəkə layında fərqli bir şəbəkəyə məlumat göndərilən zaman yönləşdiricilərin(router) istifadə
edəcəyi məlumatın (yəni istiqamət bilgilərinin) əlavə olunduğu laydır. Ola bilsin məlumat
göndərmək istədiyin kompüter sənin hub-ında yerləşmir və sən göndərilməli olduğun hub-ın
adresini verirsən. Elə bil Bakıdan Vilvan kəndinə getməlisən, amma bilmirsən hansı rayonun
kəndidi. Ona görə adresi Lənkəran hub-dakı Vilvan adresinə getməli olduğunu bildirməlisən. IP
protokolu bu layda fəaliyyət göstərir. İp məlumatlarında Subnetmask ünvanı yuxarıda izah olunan
şəbəkələr arası ünvanın təyin olunması üçündür.
Lay 4: Daşıma(Ötürmə) Layı (İngiliscə: Transport Layer)
Daşıma layı üst laylardan gələn məlumatı şəbəkə paketi səviyyəsində parçalara bölür. NetBEUI,
TCP və SPX kimi protokollar bu layda çalışır. Bu protokollar paketlərin xəta kontrolu kimi
məsələlərini yerinə yetirir. Daşıma layı alt laylar Transport Set və üst laylar Application Set
arasında keçid vəzifəsini görür. Alt laylar məlumatın nə olduğuna baxmadan qarşı tərəfə yollama
işini görən zaman, üst laylar da istifadə olunan təchizat ilə maraqlanmadan məlumatın özü ilə
məşğul olurlar. Yəni baxmırlar hansı şəbəkədən gəlib, hansı MAC adres göndərib, sadəcə olaraq
məlumatı yoxlayırlar. Əgər məlumat tam deyilsə alt laylar vasitəsi ilə digər kompüterə məlumatın
tam gəlmədiyini bildirirlər.
Lay 5: Sessiya Layı (İngiliscə: Session Layer)
Sessiya layı bir kompüterin eyni anda birdən çox kompüterlə əlaqədə olduğu zaman, lazım olan
doğru kompüterlə danışa bilmə imkanı yaradır. Məsələn, A kompüteri B üzəridəki printerə çap
əmri verəndə, C kompüteri B üzərindəki diskdən istifadə edirsə, B həm A ilə olan, həm də C ilə
olan əlaqəni eyni anda saxlamaq məcburiyyətindədir. Bu layda çalışan NetBIOS və Sockets kimi
protokollar fərqli kompüterlərlə eyni anda olan əlaqələri idarə etmə imkanı verir.
Lay 6: Təqdim etmə Layı (İngiliscə: Presentation Layer)
Təqdim etmə layının ən önəmli vəzifəsi yollanan məlumatın qarşı kompüter tərəfindən başa
düşülən halda olmasını təmin etməkdir. Beləcə fərqli proqramların bir-birilərinin məlumatını
istifadə edə bilməsi mümkün olur.
Dos və Windows 9x, mətin tipli məlumatı 8 bit ASCII kimi qəbul edirsə (məsələn, A hərfini
01000001 kimi), NT bazalı əməliyyat sistemləri üçün istifadə olunan 16 bit Unicode (A hərfini
0000000001000001 kimi) qəbul edir. Ancaq istifadəçi təbii ki, sadəcə A hərfi ilə maraqlanır.
Təqdim etmə layı bu kimi fərqlilikləri aradan götürür.
Son vaxtlarda Təqdim etmə layı şəbəkə ilə bağlı deyil, proqramlarla bağlı hala gəlmişdir. Məsələn,
əgər siz iki tərəfdə də “.gif” formatını aça bilən bir şəkil göstərici proqram istifadə edirsinizsə, bir
kompüterin digər bir kompüter üzərindəki şəkil faylını açması əsnasında təqdim etmə layına bir iş
düşmür. Təqdim etmə lay istifadə etdiyi kompüterdə həmin formatı oxuya bilən proqramlardan
birini istifadə edərək şəkili açacaqdır.
Lay 7: Tətbiq etmə Layı (İngiliscə: Application Layer)
Tətbiq etmə layı proqramların şəbəkəni istifadə edə bilməsi üçün ləvazimatlar təqdim edir.
Microsoft API-ləri tətbiq etmə layında çalışır. Proqram yazan zaman proqramçı API-ləri istifadə
edərək, məsələn bir şəbəkə sürücüsünə çatmaq lazım olduğunda API içindəki hazır texnologiyanı
götürüb öz proqramında istifadə edir. Alt laylarda gerçəkləşən onlarca fərqli əməliyyatın heç birisi
ilə məşğul olmaq məcburiyyətində qalmır.
Tətbiq etmə layı üçün yaxşı misal HTTP-dir. HTTP protokoldur, proqram deyildir. Yəni qaydalar
toplusudur. Bu topluya görə çalışan IE (İnternet Explorer) Browser eyni protokolu istifadə edən
Web təqdim edicisinə çatır və onu istifadəsi ilə birbaşa məşğul olur. Bu lay alt laylardan nisbətən
daha az istifadə olunur. Burada birbaşa əlaqəyə yardım edən TCP\İP protokolları vardır. Yeri
gəlmiş ikən deyim, məsləhətdir FireFox browser işlədəsiniz.
Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA
imkanları lokal və qlobal şəbəkələr arasında olan prinsipial fərqi aradan qaldırır.
Şəbəkələrin belə sürətlə inkişaf etməsi telekommunikasiya şəbəkə və vasitələrin
geniş inkişafı nəticəsində mümkün olmuşdur.
Müasir qlobal kompüter şəbəkələri mövcud olan rabitə vasitələrinin üstün
xüsusiyyətlərini özündə birləşdirir və böyük həcmli müxtəlif informasiyaların böyük
sürətlə və etbarlılıqla ötürülməsini təmin edir.
MODEM. MODEMLƏRİN XARAKTERİSTİKASI, İŞ REJİMLƏRİ
1960-cı ildə “AT&T” firması kompüterlər arasında verilənlərin ötürülməsi
üçün ilk modem qurğusunu yaratdı. Modemlər terminalların ana kompüterlərə
telefon xətti üzərindən başlanması məqsədiylə istifadə edilməyə başlamışdır.
İlk çıxan modemlər 300 bps-lik (bits per second – 1 saniyədəki bitlər)
modemlərdir. Bu modemlər ədədi məlumatı telefon xətti üzərindən göndərmək
üçün Frequency Shıft Keying (FSK) yəni tezlik sürüşməli açarlama texnikası
istifadə edər. Bu metodda hər bir biti təmsil etmək üçün fərqli tezliklər istifadə
Modem kompyuterə verilənləri telefon xətti ilə ötürməyə imkan verir.
Komputerdə informasiya rəqəmli formada, yəni sıfır (0) və birlərdən (1) ibarət ikilik
kod şəklində saxlanılır. Bu kodlar telefon xətti ilə ötürülmək üçün analoq siqnallara
çevrilməlidir. Bu işi məhz modem görür. Başqa sözlə, modem komputerdəki
informasiyanı telefon xətləri, televiziya kabelləri ilə ötürmək və ya açıq fəzaya
göndərmək üçün yararlı formaya salır. Xəttin o biri ucunda isə ikinci modem həmin
siqnalları komputerin başa düşdüyü dilə çevirir və beləliklə, bu iki kompyuter bir-
biri ilə ünsiyyətdə olur. “Modem” sözü bu qurğunun iş prinsipindən yaranmışdır:
rəqəmli verilənlərin analoq verilənlərə çevrilməsinə modulyasiya, əks prosesə isə
Comments are closed, but trackbacks and pingbacks are open.