Press "Enter" to skip to content

Azərbaycan Respublikasının Konstitusiyası

həmin şərh nəticəsində dəyişikliklər edilməsinə yol verilmir.

Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri

Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir.

Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq

müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla,

Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi

şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan

əenəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil

Maddə 89. Normativ hüquqi aktın qüvvəsinin

Normativ hüquqi akt (onun struktur elementi)

aşağıdakı hallarda öz qüvvəsini itirir:

1. normativ hüquqi aktın (onun struktur elementinin)

tətbiqi müddəti başa çatdıqda;

2. normativ hüquqi akt (onun struktur elementi)

Azərbaycan Respublikasının Konstitusiyası və digər

qanunvericilik aktları ilə nəzərdə tutulan hallarda ləğv

3. normativ hüquqi akt (onun struktur elementi)

maddəsinin III hissəsinin 1-3-eü və 6-cı, 7-ci bəndlərində

nəzərdə tutulmuş hallarla əlaqədar Azərbayean Respublikası

Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş

Maddə 90. Normativ hüquqi aktların rəsmi şərh

edilməsi qaydası

Normativ hüquqi aktın məzmununda qeyri-

müəyyənliklər və fərqlər, habelə tətbiqi təerübəsində

ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş nor-

orqanı və ya Azərbaycan Respublikası

Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun ola

raq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

müvafiq normaları rəsmi şərh edir.

Normativ hüquqi akt şərh edildikdə onun

normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların

qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni

növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə

funksional və başqa əlaqələri müəyyən edilir.

Normativ hüquqi akt şərh edildikdən sonra aktda

həmin şərh nəticəsində dəyişikliklər edilməsinə yol verilmir.

Genişləndirici və ya məhdudlaşdıncı şərhə yalnız

normativ hüquqi aktın mətni və mənası arasında açıq-aş- kar

fərq olanda yol verilir.

Normativ hüquqi aktın məzmununun izahı onun

şərhi hesab edilmir.

Maddə 91. Normativ hüquqi aktların icrası şərtləri

Normativ hüquqi aktların qəbul edilməsində və qüvvəyə

minməsindən sonra onların icrasının lazımi təşkili – qəbul

edilmiş aktların məzmununun ieraçılarm diqqətinə vaxtında

çatdırılması, aktların səlahiyyətli dövlət orqanları tərəfindən

rəsmi şərhi, aktın məzmununun izahı, şərhlərin, praktiki

vəsaitlərin nəşri, aktların icrasının maliyyə, maddi-texniki,

hüquqi və təşkilati-texniki təminatı, aktla- nn icra

müddətlərinə əməl olunması təminatı həyata keçirilməlidir.

Maddə 92. Normativ hüquqi aktların icrasına nəzarət

Normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması

normayaratma orqanları (vəzifəli şəxslər) və müvafiq

normativ hüquqi aktlarla nəzərdə tutulmuş xüsusi orqanlar

(şəxslər) tərəfindən həyata keçirilir.

Maddə 93. Normativ hüquqi aktların icrasının

yoxlanılması

Normayaratma orqanları (vəzifəli şəxslər) və digər

səlahiyyətli xüsusi orqanlar (şəxslər) normativ hüquqi

aktların icrasına nəzarət və onun yoxlanılması, habelə

müraciətlərin təhlili əsasında normativ hüquqi aktların

səmərəliliyini müəyyən edirlər.

Normativ hüquqi aktlarda boşluqlar, daha yüksək

hüquqi qüvvəyə malik olan aktlarla ziddiyyətlər, habelə

daxili ziddiyyətlər və ya digər nöqsanlar aşkar edildikdə

normayaratma orqanı (vəzifəli şəxslər) onları aradan

qaldırmalı, digər səlahiyyətli xüsusi orqanlar (şəxslər) isə

səlahiyyətli orqanlara müvafiq normativ hüquqi aktlarda

dəyişikliklər edilməsi və ya onların ləğv edilməsi barədə

Maddə 94. Normativ hüquqi aktların icra

olunmamasına görə məsuliyyət

Normativ hüquqi aktların icra olunmamasında təqsirli

qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

NORMATİV HÜQUQİ AKTLARIN

İNKORPORASİYASI

Maddə 95. Azərbaycan Respublikasının qanunlar

Azərbaycan Respublikasının qanunlar külliyyatı

Azərbaycan Respublikasının qanunvericilik aktlarının

müntəzəm təzələnən və elektron formada nəşr edilən

Azərbaycan Respublikasının qanunlar külliyyatının

aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin

Maddə 96. Normativ hüquqi aktların rəsmi topluları

və məcmuələri

Normativ hüquqi aktların icrasına kömək göstərmək

məqsədi ilə normativ hüquqi aktların rəsmi topluları və

məcmuələri hazırlanır və nəşr edilir.

Normativ hüquqi aktların rəsmi topluları və

məcmuələri bilavasitə normayaratma orqanları və ya onların

tapşırığı ilə digər dövlət orqanları tərəfindən nəşr edilir.

Maddə 97. Normativ hüquqi aktların qeyri-rəsmi

topluları və məcmuələri

Normativ hüquqi aktların qeyri-rəsmi topluları və

məcmuələri fiziki və hüquqi şəxslər tərəfindən nəşr edilə

Normativ hüquqi aktların qeyri-rəsmi topluları və

məcmuələri nəşr edildikdə normativ hüquqi aktın mətninin

hansı rəsmi mənbədən götürüldüyü göstərilməlidir.

YEKUN MÜDDƏALAR

Maddə 98. Bu Konstitusiya Qanununun qüvvəyə

minməsi qaydası

Bu Konstitusiya Qanunu dərc edildiyi gündən

Bu Konstitusiya Qanunu qüvvəyə mindiyi gündən

1999-cu il noyabrın 26-da qəbul olunmuş “Normativ hüquqi

aktlar haqqında” Azərbaycan Respublikasının Qanunu

qüvvədən düşmüş hesab edilsin.

İlham ƏLİYEV, Azərbaycan

Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2010-cu il

Azərbaycan Respublikasının Konstitusiyası

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olnmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib. 24 avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31, 2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik edilib. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlər, habelə yeni 6 maddə əlavə edilib.

Ölkəmizdə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

– Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

– Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

– vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

– xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

– ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;

– ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi – referendum yolu ilə bu Konstitusiya qəbul edilir.

Konstitusiya dərslik

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ

KONSTİTUSİYA Q A N U N U

Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya uyğunlaşdırmaq məqsədi ilə qəbul edilir.

Maddə 1. İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin əsas şərtləri

1.1. Azərbaycan Respublikası Konstitusiyasının və bu Konstitusiya Qanununun heç bir müddəası dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə və ya Azərbaycan Respublikası Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılmasına yönəlmiş fəaliyyət və ya hərəkətlər üçün hüquqi əsas yaradan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz.
1.2. Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir.

Maddə 2. Məhdudlaşdırılması qadağan olunan insan hüquqları

Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsində (müharibənin hüquqa uyğun aparılması nəticəsində baş verən ölüm halları istisna olmaqla), 28-ci maddəsinin I hissəsində, 46-cı maddəsinin III hissəsində, 63-cü, 64-cü maddələrində və 71-ci maddəsinin VIII hissəsində nəzərdə tutulan hüquqlar məhdudlaşdırıla bilməz və onlara dair qeyd-şərtlər müəyyən edilə bilməz.

Maddə 3. Qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər

3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər.
3.2. İnsan hüquqlarını və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir.
3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir.
3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
3.5. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin III hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər.
3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; Konstitusiyanın 32-ci, 33-cü, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı həmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi üçün, Konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar həmçinin ölkənin iqtisadi rifahı mənafeləri üçün; Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50-ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyün mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün; Konstitusiyanın 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər.

Maddə 4. Şəxsin tutulmasına, həbsə alınmasına və ya azadlıqdan məhrum edilməsinə qoyulan məhdudiyyətlər

4.1. Aşağıdakı hallardan başqa və aşağıdakılardan fərqli qaydada heç kəs tutula, həbsə alına və ya başqa formada azadlıqdan məhrum edilə bilməz:
4.1.1. şəxsin səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra azadlıqdan məhrum edilməsi;
4.1.2. şəxsin məhkəmənin qanuni qərarına əməl etməməyə görə və ya qanunla nəzərdə tutulan hər hansı öhdəliyin yerinə yetirilməsini təmin etmək məqsədi ilə qanuni tutulması və ya həbs edilməsi;
4.1.3. şəxsin cinayət törətmiş olduğuna əsaslı şübhələr olduqda və ya onun hüquq pozuntusu törətməsinin və yaxud bu əməli törətdikdən sonra qaçıb gizlənməsinin qarşısını almağa əsaslı zərurət olduqda, səlahiyyətli məhkəmə orqanına gətirilməsi məqsədi ilə onun qanuni tutulması və ya həbs edilməsi;
4.1.4. yetkinlik yaşına çatmamış şəxsin tərbiyəvi nəzarət məqsədi ilə qanuni qərar əsasında azadlıqdan məhrum edilməsi və ya səlahiyyətli məhkəmə orqanına gətirilməsi üçün qanuni tutulması;
4.1.5. yoluxucu xəstəlikləri yaymasının qarşısını almaq məqsədi ilə şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomanlığa düçar olmuş şəxslərin və ya avaralıqla məşğul olanların qanuni tutulması;
4.1.6. şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə qanuni tutulması və ya həbs edilməsi, yaxud barəsində məcburi çıxarılma və ya ekstradisiya tədbirləri görülən şəxsin qanuni tutulması və ya həbs edilməsi.
4.2. Bu Qanunun 4.1-ci maddəsinə uyğun tutulmuş və ya həbs olunmuş hər bir şəxs dərhal, işə baxmaq və ya məhkəməyə qədər azad etmək səlahiyyətinə malik olan hakimin yanına gətirilir. Həmin şəxs qanunla müəyyən edilmiş müddətdə məhkəmə araşdırmasının aparılması və ya məhkəməyə qədər azad edilməsi hüququna malikdir.
4.3. Tutulma və ya həbsəalma nəticəsində azadlıqdan məhrum olunan hər bir şəxs məhkəmə araşdırmasının aparılması hüququna malikdir və bu zaman məhkəmə, təxirə salmadan onun tutulmasının qanuniliyi məsələsini həll edir və əgər o, qanunsuz tutulubsa, onun azad olunması haqqında qərar çıxarır.
4.4. Tutulmuş və ya həbs edilmiş şəxs onun məhkəməyə gələcəyinə təminat verilməsi şərti ilə məhkəməyə qədər azad edilə bilər.
4.5. Bu Qanunun 4.1-ci maddəsinin göstərişlərinə zidd olaraq tutulan və ya həbs olunan hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya hüququ vardır.
4.6. Heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz.

Maddə 5. Şəxsin insan hüquqlarını və azadlıqlarını pozan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qərarlarından, bələdiyyə aktlarından Konstitusiya Məhkəməsinə şikayət vermək hüququ

Hər kəs onun hüquqlarını və azadlıqlarını pozan və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-6-cı və 8-ci bəndlərində nəzərdə tutulan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının normativ qərarlarından və bələdiyyələrin normativ aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş hüquq və azadlıqlarına dair şikayət verə bilər.

Maddə 6. Məhkəmələrin Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ

Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev

Bakı şəhəri, 24 dekabr 2002-ci il
№ 404-IIKQ

Comments are closed, but trackbacks and pingbacks are open.