Press "Enter" to skip to content

Azərbaycanda Konstitusiya Günüdür

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.

TƏHSİL KOMPASI

CƏHƏTİNİZİ BİZİMLƏ MÜƏYYƏN EDİN , TƏHSİLƏ AİD REKLAM BLOGU VƏ ONLAYN KİTABLAR , DƏRSLİKLƏR , KURİKULUM TESTLƏRİ , MƏNTİQ TESTLƏRİ , İNFOMATİKA TESTLƏRİ , ABİTURİENT , blogreklamedu , HAZIRLIQ KURSLARI , 2017-2020

SON YAZILAR

Post Top Ad

  • AZƏRBAYCAN DİLİ
  • BİOLOGİYA
  • COĞRAFİYA
  • FİZİKA
  • İBTİDAİ SİNİF
  • İNFORMATİKA
  • İNGİLİS DİLİ
  • KİMYA
  • RİYAZİYYAT
  • TARİX
  • MƏNTİQ
  • KURİKULUM
  • DÖVLƏT QULLUĞU
  • MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU
  • HAZIRLIQ KURSLARI
  • REPİTİTORLAR
  • DƏRSLİKLƏR
  • BƏDİİ ƏDƏBİYYAT -PDF
  • BƏDİİ ƏDƏBİYYAT PDF 2
  • HÜQUQ ƏDƏBİYYATI -PDF, Yüklə
  • ONLAYN KİTABLAR VƏ DƏRSLİKLƏR – YÜKLƏ – PDF
  • KİTAB GÖNDƏR
  • XƏBƏR
  • ARAŞDIRMA
  • MARAQLI
  • BLOG YAZILARI
  • DÜNYA TƏHSİLİ
  • SƏNƏDLİ FİLMLƏR
  • FORUM
  • Haqqımızda
  • KSQ , BSQ , TESTLƏR

Home Dövlət qulluğu Dövlət qulluğu sualları DÖVLƏT QULLUĞUNA HAZIRLIQ SUALLARI -Konstitusiya Sualları

DÖVLƏT QULLUĞUNA HAZIRLIQ SUALLARI -Konstitusiya Sualları

AZƏRBAYCAN RESPUBLİKASININ
KONSTİTUSİYASI
1. Aşağıda göstərilən məsələlərdən hansı yalnız referendum yolu ilə həll olunur?
A) Vergilər və dövlət büdcəsi
B) Azəbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi
C) Aministiya və əf etmə
D) Konstitusiya qanunlarının qəbul edilməsi
2. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlətin ali məqsədidir?
A) Azərbaycan Respublikasının dövlət sərhədlərinin qorunması
B) Azərbaycan Respublikasının iqtisadiyatının inkışafi

C) İnsan və vətəndaş hüquqlarının və azadliqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi

D) Mülkiyyət hüququnun qorunması
3. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimdir?
A) Milli Məclisin sədri
B) Baş Nazir
C) Konstitusiya Məhkəməsinin sədri
D) Prezident

4. Azərbaycan Respublikasının Konstitusiyasına görə hansı hərəkət xalqa qarşı ən ağır cinayət sayılır?

A) Dövlətə qarsı qiyam
B) Dövlət cevrilişinə cəhd
C) Hakimiyyətin mənimsənilməsi
D) Vergilərdən yayinma
5. Azərbaycan Respublikasının Konstitusiyası nəvaxt qəbul edilib?
A) 12 dekabr 1994-cü il
B) 12 noyabr 1995-ci il
C) 15 noyabr 1995-ci il
D) 12 sentyabr 1995-ci il
6. AzərbaycanRespulikasının Konstitusiyasına görə dovlətçiliyinin varisliyini kim təmin edir?
A) Milli Məclis
B) Baş nazir
C) Prezident
D) Konstitusiya Məhkəməsi
7. Hansı normativ hüquqi akt Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir?
A) Qanunlar
C) Sərəncam
D) Konstitusiya
8. Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hansı prinsiplər əsasında qurur?
A) BMT-nin nizmnaməsinə əsasən
B) Azərbaycan Respublikasının qanunlarına əsasən
C) Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında
D) Azərbaycan Respublikasının dövlətlər arası müqavilələriylə
9. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyətin hansı növləri vardır?
1. dövlət
2. paylı
3. bələdiyyə
4. birgə
5. Xüsusi
A) 1, 3, 4 B) 1, 3, 5 C) 2, 3, 5 D) 1, 4, 5
10. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı mülkiyyətin hansı növünə əsaslanır?
A) Bazar iqtisadiyatına əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir
B) Sosial yönümlü iqtisadiyyata əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir
C) müxtəlif mülkiyyət növünə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir

D) Kapitalist iqtisadiyyata əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir

Azərbaycanda Konstitusiya Günüdür

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 25 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir.

Bu ilki Konstitusiya Gününün bir özəlliyi var. Belə ki, ilk dəfə Konstitusiyamız illərdir düşmən işğalında olan torpaqlarımıza da faktiki olaraq şamil edilir.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi.

Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.

Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.

Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.

Azərbaycan Respublikasının Konstitusiyası

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olnmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib. 24 avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31, 2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik edilib. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlər, habelə yeni 6 maddə əlavə edilib.

Ölkəmizdə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

– Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

– Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

– vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

– xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

– ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;

– ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi – referendum yolu ilə bu Konstitusiya qəbul edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.