Kopenhagen məktəbi
İndiyədək təhlükəsizlik məsələlərinə dair araşdırmalarda realist baxışlar hakim olsa da mövzunun dəyişkənliyi, subyektivliyi, nisbiliyi və siyasi, iqtisadi və mədəni proseslərin gedişi, bu sahədə müxtəlif nəzəriyyələrin ortaya çıxarılmasına səbəb olmuşdur. İdealist ənənəsi, yeni realist, yeni liberalist, feminist və yaşıl qrupların irəli sürdüyü konsepsiaların hər biri özünəməxsus prinsiplərə söykənərək problemlərin həllinə çalışırlar. Bizim mövzuya uyğun olan nəzəriyyə «Kopenhagen məktəbi» adlanır. Orada təhlükəsizlik mövzularına geniş baxılır, regional səviyyədə araşdırmalara üstünlük verilir, təhlükəni doğuran amillərə üstünlük verilir, subyektiv fikirlər əhəmiyyətsiz amil hesab edilir, dövlətlərin öhdəliklərini azaltmaq üçün çeşitli yollar göstərilir, qorxulu, hədələyici və təhlükəli vəziyyətləri bir-birindən arıyıb, təhlükəsizlik mövzularını başqa sahələrə (mədəni, hüquq və s.) yönəltmək imkanını yaradır və sonda vurğulanır ki, təhlükəsizlik mövzularına subyektiv yanaşmaq və problemi yaradan əsas amilləri görməmək təhlükənin ən böyük mənbəidir.3
İran və 3 strateji əməkdaş
Beynəlxalq təhlükəsizlik məsələlərinə dair araşdırmalarda, «dövləti təcavüzdən qorumaq və müdafiə qabiliyyətinə malik olmaq»1 prinsipini əsas götürərək xarici siyasətin və beynəlxalq əlaqələr mövzusunun ən önəmli məsələlərini (müharibə və sülh) öyrənməyə imkan yaranır.
Mövzu ilə bağlı olaraq yuxarıdakı göstərdiyimiz konsepsiyadan 3 məqsədimiz vardı. Birincisi, İran İslam Respublikası ilə Qafqaz regionu ölkələri (Azərbaycan, Gürcüstan, Ermənistan Respublikaları və Şimali Qafqaz bölgəsi) arasında olan təhlükəsizlik məsələlərinə dair nəzəri bir çərçivə tapmaqdır. İkinci məqsədimiz mövcud olan əhəmiyyətli mövzuları seçib müəyyənləşdirməkdən ibarətdir. Üçüncüsü isə bu problemlərin çözülməsi üçün fikirləri araya qoymaqdır.
Bildiyimiz kimi, İran və Qafqazın geopolitik, siyasi, iqtisadi və mədəni önəmləri hamıya aydındır. Orada neft, enerji, çeşitli dinlər, mədəniyyətlər, etniklər, siyasi rejimlər və xarici dövlətlərin maraqları qabarıq şəkildə özünü göstərir. Regional və beynəlxalq vəziyyəti nəzərə alaraq təhlükəsizlik məsələləri üzrə dörd səviyyədə (beynəlxalq, regional, ölkədaxili və bölgələr nəzərdə tutulur)2 araşdırma aparmağa imkan yaranır.
İndiyədək təhlükəsizlik məsələlərinə dair araşdırmalarda realist baxışlar hakim olsa da mövzunun dəyişkənliyi, subyektivliyi, nisbiliyi və siyasi, iqtisadi və mədəni proseslərin gedişi, bu sahədə müxtəlif nəzəriyyələrin ortaya çıxarılmasına səbəb olmuşdur. İdealist ənənəsi, yeni realist, yeni liberalist, feminist və yaşıl qrupların irəli sürdüyü konsepsiaların hər biri özünəməxsus prinsiplərə söykənərək problemlərin həllinə çalışırlar. Bizim mövzuya uyğun olan nəzəriyyə «Kopenhagen məktəbi» adlanır. Orada təhlükəsizlik mövzularına geniş baxılır, regional səviyyədə araşdırmalara üstünlük verilir, təhlükəni doğuran amillərə üstünlük verilir, subyektiv fikirlər əhəmiyyətsiz amil hesab edilir, dövlətlərin öhdəliklərini azaltmaq üçün çeşitli yollar göstərilir, qorxulu, hədələyici və təhlükəli vəziyyətləri bir-birindən arıyıb, təhlükəsizlik mövzularını başqa sahələrə (mədəni, hüquq və s.) yönəltmək imkanını yaradır və sonda vurğulanır ki, təhlükəsizlik mövzularına subyektiv yanaşmaq və problemi yaradan əsas amilləri görməmək təhlükənin ən böyük mənbəidir.3
Qeyd edək ki, məqalənin coğrafiya çərçivəsi Qafqaz və İran ərazisini əhatə edir. Qafqaz dedikdə, təxminən Araz çayı ilə Kuma və Kuban çayları, Xəzərlə Qara dəniz arasında yerləşən rəngarəng təbiətə və etnoqrafiyaya malik tarixi ərazi nəzərdə tutulur.4 Təxminən 320 min km2 məsafədə olan Qafqazda 25 milyon əhali yaşayır. Böyük Qafqaz sıra dağları bölgəni iki yerə bölməklə Şimali Qafqazda Rusiya Federasiyası tərkibində Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya, Kabardino-Balkar, Qaraçay — Çərkəz və Adigey Muxtar Respublikaları mövcuddur. Cənubi Qafqazda isə Azərbaycan Respublikası və onun tərkibində olan Naxçıvan Muxtar Respublikası və Dağlıq Qarabağ Muxtar vilayəti, digər ölkə Gürcüstan Respublikası və onun tərkibində olan Abxaziya, Acarıstan və Cənubi Osetiya Muxtar vilayətləri və Qafqazın cənub qərbində Ermənistan Respublikası yerləşir.
Qafqaz regionunun başqa özəllikləri də vardır. Lakin tədqiq olunan mövzu ilə az əlaqəsi olduğuna görə məqalədə onlara toxunulmur. Təhlükəsizlik araşdırmaları baxmından Qafqazın geopolitik, iqtisadi və mədəni xüsusiyyətlərini belə səciyyələndirmək mümkündür:
1. Regionda 50-yə yaxın etnik və dini qruplar mövcuddur. SSRİ-nin süqutundan sonra MDB-də baş vermiş 168 münaqişə və böhrandan 21-i Cənubi Qafqazın payına düşür.5 Buraya Şimali Qafqaz problemlərini də artırsaq böhranların sayı yəqin ki, artacaq. Nümunə olaraq Dağlıq Qarabağ münaqişəsi, Gürcüstan azərbaycanlıların mədəni və iqtisadi problemləri, Ermənistanın ərazi iddialarını, avarların Gürcüstandan çıxarılmasını və Ermənistanda aparılmış etnik tənmizləmə siyasəti hamıya aydındır. Adını çəkdiyimiz mövzuların arxasında müxtəlif dövlətlər və qrupların maraqları görünür.
2. Enerji və iqtisadi baxımından Qafqaz regionu çox böyük əhəmiyyətə malikdir. Azərbaycanın neft və qaz yataqları, regionda olan neft kəmərləri, Xəzərin enerji, hərbi və tranzit önəmi, regiondakı təbii sərvətlər, Gürcüstanın Qara dəniz sahilində olduğu strateji mövqeyi və regionun ekoloji əhəmiyyəti hamıya aydındır.
3. Region ölkələrinin xarici ölkələr ilə bağladığı iqtisadi, hərbi və təhlükəsizlik müqavilələri və üzv olduqları beynəlxalq təşkilatlar, o cümlədən, İslam Konfransı Təşkilatı (İKT), Xəzəryanı ölkələrin əməkdaşlıq təşkilatı, GÜOAM, NATO, Avropa Şurası, AB və s. kimi önəmli təşkilatlar regionu bir strateji zonaya çevirməsinə səbəb olubdur. Qafqazda gedən siyasi-iqtisadi rəqabətdə iştirak edən ABŞ, Rusiya, Avropa ölkələri, İsrail, İran, Türkiyə, Çin, Hindistan və Pakistan kimi maraqlı dövlətlər region ölkələri üçün əlverişli və ya mənfi şərait yaratmaq qabiliyyətindədirlər.
4. Regionda gedən siyasi-mədəni və iqtisadi proseslər (avropalaşmaq, amerikaçılıq, türkçülük, islamçılıq və s.) müxtəlif blokların yaranmasına səbəb olmuşdur. Bütün bunları nəzərə alaraq İranla Qafqaz ölkələri arasında olan təhlükəsizlik məsələlərini ölkələrin ikitərəfli əlaqələri əsasında izah etmək məqsədə uyğun olar.
İran-Azərbaycan münasibətlərinə gəldikdə İranın keçmişində mühüm rol oynamış vahid Azərbaycanın bir hissəsi müstəqil Azərbaycan Respublikasıdır. 1918-1920-ci illərdən sonra iki ölkə arasındakı münasibətlər rəsmi surətdə SSRİ parçalandıqdan sonra başlayıb və ilk illərdə bu əlaqələr çox mürəkkəb, qeyri-sabit və dəyişkən olmuşdur. Məsələyə beynəlxalq münasibətlərə dair nəzəriyyələr baxımından yanaşsaq görərik ki, iki ölkə arasındakı münasibətlər ziddiyyətli mövqelərdən tutmuş müxtəlif səviyyəli əməkdaşlıq şəklində inkişaf etmişdir. Misal üçün Azərbaycanın Türkiyə və ABŞ ilə əməkdaşlığının müqabilində Ermənistanın Rusiya və İranla əlaqələrinin inkişafı və onların strateji müttəfiqə çevrilməsi müşahidə olunur. Rusiya Federasiyası, İİR və Ermənistan arasında prezidentlər səviyyəsində görüşlər keçirilmiş, müxtəlif sahələrdə müqavilələr imzalanmışdır.
Təhlükəsizlik baxımından İran-Azərbaycan münasibətlərini belə izah etmək olar ki, İranın Azərbaycana qarşı təzyiq vasitələri mövcuddur. Dağlıq Qarabağla bağlı mövqeyi və əməlləri, bəzi dini və separatçı qruplarla əlaqələri, Naxçıvanın blokada şəraitində olması və İranın iqtisadi, hərbi, texniki üstünlüyü Azərbaycan üçün təhlükə mənbəyi sayılır. Qeyd olunanların müqabilində Azərbaycanın İran ilə müqayisədə çeşitli üstünlüyü vardır.
Məsələn, İran çərçivəsində yerləşən Güney Azərbaycan, Xəzər məsələsi, Azərbaycanda demokratiyanın inkişafı, Azərbaycanın ABŞ, Avropa, İsrail, Türkiyə və s. ölkələrlə hər tərəfli əməkdaşlığı Güney Azərbaycanın mədəni-siyasi istəkləri və Azərbaycanın beynəlxalq və regional hərbi-müdafiə birliklərində iştirak etməsi İran üçün təhlükəlidir.6 İran cəhd göstərir ki, «şimal-cənub koridoru» marşrut planı tezliklə reallaşsın və beləliklə Qərb və Türkiyənin yeni siyasi, iqtisadi və mədəni strategiyasını özündə əks etdirən «Trans Xəzər» planı baş tutmasın. Habelə Qafqaz regionunun İran ərazisi olduğunu iddia edən İİR islam və İran mədəniyyətini regionda inkişaf etdirmək üçün müxtəlif yollardan istifadə edir. O, Azərbaycan-İsrail siyasi əməkdaşlığını tənqid edərək siyasi-dini normalara uyğun gəlməyən bir hal kimi qiymətləndirir. Bu sahədə olan məsələlər, o cümlədən «Azərbaycan-İsrail Gəncləri Dostluq Cəmiyyəti»nin qurulması, İlham Əliyevin İsrail prezidentinə təbrik göndərməsi və Bakıda keçirilən 6 milyon yəhudinin soyqırımı xatirəsinə həsr olunmuş mərasim, İranın Azərbaycana qarşı bəhanə mövzusuna çevrilibdir. İran iddia edir ki, Bakı rejimi fələstinlilərin soyqırımına göz yumur və bu faciələr qarşısında susur, guya Azərbaycan Respublikası İsraili himayə etməklə, islam dünyasının mənafeyinə beynəlxalq səviyyədə zərər vurur.7 Bu mövzu ilə bağlı qeyd etməliyik ki, Azərbaycan-İsrail arasında mövcud olan normal əlaqələri, İİR ilə Ermənistan arasında olan münasibətlərdən fərqləndirmək lazımdır. Səbəb ondadır ki, İsrail dövləti heç bir zaman İran ərazisinin 20 faizini işğal etməyib, soyqırım törətməyib, əhalini öz doğma yurdlarından zorla köçdürməyib və İsrail dövləti İran-İraq müharibəsində İranı dəstəkləmişdir.
İİR-nın Azərbaycana qarşı tutduğu mövqeyi maraqlıdır. Məsələn, Xalq Cəbhəsi hakimiyyəti dövründə və ondan sonrakı illərdə Ermənistanı himayə etməsi və Azərbaycan əhalisi ilə birbaşa münasibətlər yaratmağa cəhd göstərməsi8, Azərbaycan rəsmilərində şübhə yaranmağa səbəb olmuşdur. Bu faktlarla bərabər «Əsrin müqaviləsində» İran üçün nəzərdə tutulmuş 5% payın verilməməsi nəticəsində İİR Azərbaycana etdiyi yardımı dayandırmış və Naxçıvana verilən elektrik enerjisinin pulunu tələb etmişdir. Azərbaycan dövləti isə bəzi radikal dini qrupların başçılarını həbs edərək onları İrana casusluqda ittiham etdi, İranı Azərbaycanda dövlət çevrilişinə cəhd göstərməkdə günahlandırmışdı. Azərbaycanda dünyəvi Konstitusiyanın qəbul olunması və qarşılıqlı təbliğatlar iki ölkə arasında soyuq münasibətlərin yaranmasına səbəb olmuşdur.
İran-Azərbaycan münasibətlərində təhlükəsizlik məzmunu daşıyan amillər sırasında Bakıda NATO-nun informasiya ofisinin açılışı, Azərbaycanın NATO ilə birgə təlim keçirməsi və əməkdaşlığı kimi faktlar da mövcuddur. Yuxarıda qeyd etdiyimiz mövzular İran-Azərbaycan münasibətlərində əhəmiyyətli rol oynayır. Bu arada islam və din faktoru çox maraqlıdır. Çünki İran və Azərbaycan islam və şiə ölkələri olduğuna görə İran, Azərbaycan dövlətini İsraillə əməkdaşlıqda ittihamlandırır, əksində Azərbaycan dövləti və dünya azərbaycanlıları isə İranı Ermənistanla əməkdaşlıqda ittiham edirlər.
İran-Ermənistan münasibətləri. İki ölkənin siyasi, iqtisadi və mədəni münasibətləri İran-Azərbaycan münasibətlərindən fərqli olaraq strateji əməkdaşlıq səviyyəsində həyata keçməkdədir. Bunların siyasi, mədəni hərbi, təhlükəsizlik və iqtisadi əlaqələrində heç bir zidiyyət olmadan inkişafı davam edir. Məsələn İran, Ermənistanın xarici ticarətində Rusiyadan sonra ikinci yeri tutur.9 İki ölkənin əməkdaşlığı nəticəsində Ermənistan, İran üçün mühüm siyasi və iqtisadi partniyoruna çevrilibdir. Ermənistan dövləti iranlı tələbələri və mədəni qrupları qəbul edir, İrandan enerji alır, NATO-nun Şərqə doğru genişlənməsinə maneə hesab olunur, regionda güc balansını İranın xeyrinə tənzimləyir və sonda İran-Azərbaycan münasibətlərində önəmli rolu vardır. İki ölkə arasında olan yüksək səviyyədə əlaqələr öz əksini müxtəlif məsələlərdə göstərir. İİR, bir tərəfdən Azərbaycanın ərazinin bütövlüyünü və Dağlıq Qarabağı Azərbaycan torpağı olduğunu tanıyır, digər tərəfdən daşnakların başçısı R.Koçariyanla 10 milyard dollarlıq qaz müqaviləsi bağlayır, yüksək səviyyədə siyasi əlaqələr qurur və erməni biznesmenlərinə şərait yaradır. İran dövləti həmçinin 24 aprel qondarma soyqırımı mərasiminin keçirilməsinə icazə verir, cənubi azərbaycanlıların mədəni və siyasi tələblərinin qarşısını zorakılıqla alır.10
İran və Ermənistanın təhlükəsizlik planları, İranın təhlükəsizlik naziri Əli Yunisinin Ermənistan səfərində müzakirə olunmuşdur.11 Bu iki dövlətin planlarında ortaq cəhətlər çoxdur. Regiona dair iddia olunan təhlükəsizlik planlarında görünür ki, İran-Ermənistan əlaqələrinin bütün sahələrdə yaxınlığı hər iki ölkə tərəfindən alqışlanır və İran, Rusiya və Ermənistandan ibarət «3 strateji əməkdaş»ın yaranma səbəbini üzə çıxarır.
İran-Gürcüstan münasibətləri. Gürcüstanla İranın qonşuluğu yoxdur. Ancaq Gürcüstan Respublikası İranın Qafqaz siyasətlərində önəmli yer tutur. Onun Qafqazdakı rolu, Qara dənizlə qonşuluğu, orada neft kəmərlərinin yerləşməsi və iqtisadi əlaqələri İran üçün önəmlidir. Sənədlərə görə, 1996-cı ilədək 40-dan artıq imzalanmış müqavilə və saziş İran-Gürcüstan əlaqələrinin yuxarı səviyyədə olduğunu göstərir. Qeyd etmək lazımdır ki, 1996-cı ildən bəri iki ölkənin münasibətləri müəyyən qədər zəifləmişdir.12
Gürcüstanın NATO ilə əməkdaşlığı, Qərblə yaxınlaşması, Cənubi Osetiya və Abxaziya problemləri Rusiyadan uzaqlaşması, bu dövlətin xarici münasibətlərində Rusiya və İranın yerinə ABŞ, Avropa və Türkiyənin əhəmiyyətli yer tutmasına səbəb olmuşdur. Məsələn, Gürcüstanın xarici iqtisadi siyasətində Türkiyənin birinci yeri tutması faktını qeyd etmək kifayətdir.
Şimali Qafqaza gəldikdə gündəmdə olan problemlərindən biri Çeçenistan məsələsidir. Çeçen xalqının özünəməxsus coğrafiya, mədəniyyət, dil, din və siyasi istəkləri vardır. Onlar özlərini Rusiya totalitar dövlətinin assimiliyasından qorumaq üçün illər boyu mübarizə aparmışlar. Çeçenlər Hənəfi məzhəbinə inanmış müsəlmanlardırlar və onların arasında dini etiqadın rolu xeyli yüksəkdir.13 Çeçenlərin apardığı tarixi mübarizələr Rusiya çərçivəsindən çıxaraq regional və beynəlxalq səviyyəyə çatması onun əhəmiyyətini göstərir. Məqalənin mövzu ilə əlaqədar olaraq Çeçenistan müsəlman ölkəsinin vəziyyəti və ona aid münasibətlər, o cümlədən İİR ilə münasibətini bilmək maraqlıdır ki, İİR çeçen məsələsini Rusiyanın daxili məsələsi hesab edir və İranın xarici siyasətinin əsas prinsiplərini nəzərə alaraq əksinə əməl olunur. Fikrimizcə, məsələnin araşdırılması və əldə etdiyimiz aşağıdakı nəticələr problemin həlli üçün müsbət addım sayıla bilər.
1. Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistan dövlətləri, bugünədək baş vermiş və potensial xarakterik daşıyan etnik problemlərdən xilas olmaq üçün etnik qrupların bir sıra siyasi və hüquqi istəklərini, mədəni sahəyə şamil etməklə, dövlətlərini bir çox təhlükələrdən qorumaq şansını ələd edə bilərlər. Bu yolda uğur qazanmağın əsas şərti regiondakı qanuni sərhədləri tanımaq və ölkələrin ərazi bütövlüyünü müdafiə etməkdən ibarətdir. Örnək olaraq, əgər İİR Azərbaycanla bağlı öz xarici siyasətində Dağlıq Qarabağ məsələsinə dair ermənilərin yersiz iddialarına qarşı real mövqe tuta bilsə, İran-Azərbaycan münasibətləri öz həqiqi yerini tapacaqdır və İranda mövcud olan etnik problemlərin çox hissəsi öz həllini tapa bilər.
2. İqtisadi və enerji sahəsində regional əməkdaşlığın olması zəruridir. Burada yerləşən ölkələrin ortaq tarix, mədəniyyət və iqtisadiyyatı bütün sahələrdə əməkdaşlıq etməyə imkan yaradır. Enerji mənbələrinin yiyələnməsinə dair düzgün mövqe tutmaq, regional fond yaratmaq və iqtisadi əməkdaşlığın inkişaf etdirməsi problemlərin çoxunu həll edə bilər. Bu işlərin nəticəsi regionda inteqrasiyaya səbəb ola bilər və hər ehtimala qarşı xarici dövlətlərlin regionda yarada biləcək problemlərinin qarşısı alınar.
3. Dünyadakı normalara uyğun olaraq müxtəlif regionlarda ideoloji, siyasi və mədəni birliklər yaratmaq inteqrasiyaya səbəb olmuşdur. Hazırda Qərb dünyası xristianlıq və qərbləşdirmək mövqeyindən çıxış edir. Şərq dünyası isə öz mədəniyyəti və varlığını qorumaq uğrunda çalışır. Samuel Hantingtona görə, sivilizasiyalararası toqquşma baş verməkdədir. Qeyd olunanları nəzərə alaraq region dövlətləri beynəlxalq aləmdə öz mövqelərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün bir sıra əhəmiyyətli məsələləri nəzərə almalıdırlar. Onlar təhlükəsizlik sisteminə zərbə vuran ölkələr yaxud qrupların qarşısını almaqla davamlı strateji ittifaqlar yarada bilərlər.
Misal olaraq əgər İran İslam Respublikası öz xarici siyasətində olan əsas prinsiplərə düzgün əməl etsə, dünya müsəlmanlarını dəstəkləsə xristiyan Rusiya və Ermənistandan uzaq olsa, Türkiyə, Azərbaycan, Orta Asiya, Çeçenistan və başqa müsəlman dövlətləri ilə mədəni-dini birlik yaratsa, region xeyli çətinliklərdən kənarda qalar. Bu sahədə olan digər əhəmiyyətli məsələ regionun təhlükəsizlik sistemini pozan təcavüzkar Ermənistan dövləti ilə mübarizə etmək mövzusudur. Yəni bir separatçı və cinayət törədən ölkə ilə iqtisadi, mədəni, siyasi və təhlükəsizlik əlaqələri qurmaq və regionda sabitliyi pozmaq kimi əməllər təhlükəsizlik sisteminə ağır zərbə vurur. Bu məsələ bir mənalı olaraq torpaqlarına təcavüz olunan ölkənin əleyhinədir və belə bir hallarn qarşısını almaq üçün bütün dövlətlərin əməkdaşlığı vacibdir.
Mənbələr:
1. Tiriyov Tiri, Mütaelate əmniyyətiye novin, tərcumə Əli Rza Təyyeb və Vəhid Bozorgi, Tehran, Pəjuheşkədeye mütaleate rahbordi, 1383. s. 9
2. Səccadpur Seyyed Məhəmməd Kazım, Siyasəte xareciye Comhuriye İslami İran, Tehran, dəftəre mütaleate siyasi ve beynəlmeləli, çap əvvəl, 1381, s. 181
3. Müsahebeye elmi ba Bari Buzan,Mütaleate Asyaye mərkəzi və Qafqaz. № 3. s. 5-9
4. İbrahimli Xaləddin, Yeni Avrasiya Qafqazi, Baki, 2001, Xəzər Univerditeti Nəşriyyatı,s. 112
5. Bax-Məleki Qasım, Fehreşte bərxordhaye necadi ərzi və məhəlli dər Comhurihaye bazmande əz Şurəvi sabeq, Mütaleate Asyaye mərkəzi və Qafqaz, № 12, s. 298-300
6. Əfşordi Məhəmməd Hüseyn. Geopolitike Qafqaz və siyasəte zareciye Comhuriye İslamiye İran, Tehran, enteşarate Sipah Pasdaran s. 351-373
7. Rustəmi Kərim, Vəhdəte-siyasəte-dövləte Baku ba Recime Səhyonisti Azərpeyam qəzeti, (83.3.6), s. 8
8. Bəxşayeşi Ərdeştani Əhməd, üsule siyasəte xareciye Comhuriye İslamiye İran, Tehran, Avaye nur, cap əvvəl 1375, s. 136
9. Nickar İsfəhani Rza, İqtisade Ermenistan be zibane amar və ərqam, Mütaleate Asyaye mərkəzi və Qafqaz, № 7, s. 54-55
10. Dəstgiriye 55 nəfər be ittihamhaye siyasi və əmniyyəti, İran qəzeti, 1383.2.24 (13 may 2004), s. 2
11.Ağakəsiri Mahmud, İran qəzeti. 1383.6.18 (8 sentyabr 2004) s. 5
12. Əfşordi Məhəmməd Hüseyn. Geopolitike Qafqaz və siyasəte zareciye Comhuriye İslamiye İran, Tehran, enteşarate Sipah Pasdaran, s. 400
13. Vaizi Mahmud, Eləl və Əvamele estemrare Böhrane Çeçen, Mütaleate Asyaye mərkəzi və Qafqaz, № 46. s. 7-10
По данной теме есть следующие сообщения
- İran sandıqdan yeni komanda çıxarır
- Suriyanın qonşuları aldanıblar
- İslam partiyası bölgələrdə aktiv işləyir
- Neft, Azərbaycan və dünya gücləri
- Azərbaycan-Serbiya: fundamental təməl
- Qüds, Azərbaycan və Dağlıq Qarabağ
- Azərbaycanda milli və dini azlıqların sosial-mədəni inkişafı
Kopenhagen-Danimarkanın paytaxtı
Danimarkanın paytaxtı Kopenhagen haqqında ilk məlumat 1043-cü ilə aiddir. Daniya dilində işlənən koben-havn sözünün mənası ticarət limanı deməkdir. Çox hissəsi Zellandiya, az hissəsi isə Amager adalarında yerləşən bu şəhərin belə adlandırılmasının əsas səbəbi onun Eresunn boğazının sahilində salınmasıdır. Öz mövcudluğuna görə şəhər həm də siyənək balığına minnətdar olmalıdır. Çünki yuxarıda adlarını çəkdiyimiz adalar arasındakı boğaz ta qədimdən balıq ovu ilə şöhrət tapmışdı. Və bu səbəbdən insanlar böyük məmuniyyətlə onun hər iki sahilində məskunlaşmışdılar. Hal-hazırda isə şəhər əhalisinin sayı 1,5 milyon nəfərdən çoxdur. Dünyada heç bir şəhər Kopenhagen qədər qonaqlarına nağıl danışmır. Hans Xristian Andersonun sayəsində bu məkan nağıl və möcüzə mücəssiməsinə çevrilib. Şəhərin dəyişməz atributlarından biri onun qvardiyasıdır. Onlar 1658-ci ildə kral III Frederikin zamanında təşkil olunub.
Kopenhagendə görməli yerlər
«Su pərisi» heykəli 100 ildən artıqdır ki, Danimarkanın simvolu sayılır. 1913-cü ildə salınan bu bürünc abidənin çəkisi 175 kq-dır. Helkəltaraş Edvard Eriksen üçün model rolunda çıxış etməyə onun həyat yoldaşı tanınmış daniyalı balerina Elen Prays razı olub. Buradakı Tivoli dünyanın ən məşhur əyləncə parklarından biri sayılır. Əsası 1843-cü ildə Georq Karstensen tərəfindən qoyulub. Parkda 30-a yaxın səhnəcik nümayiş etdirilir. Ərazisində müxtəlif restoran və kafelər fəaliyyət göstərir. Yeni Havan kanalı isə şəhərin daxilini dənizlə birləşdirmək məqsədilə saray mühəndisi B. Ruzenstin irəli sürdüyü lahiyə əsasında 1641-ci ildə salınıb. Kanalın sahilində yerləşən binaların əksəriyyətinin 300 ilə yaxın yaşı var. H. X. Andersen buradakı 18, 20, 65 nömrəli evlərdə yaşayıb. Sadaladıqlarıımızdan əlavə «Vikinqlərin gəmiləri» (5 gəmi saxlanılır), «Madam Tyusso» (mum fiqurlar), «İnanıram inanmıram» (13 qalereyaya bölünüb və dünyadakı insanların həyatında baş verən ən qeyri-adi hadisələri əks etdirir) adlı muzeylər də var.
Turistlərə məsləhət
Kopenhageni velosipeddə tədqiq etmək asan olduğu kimi rahatdır. İndi bu şəhərdə velosipeddən istifadə niyə bu qədər populyardır sualını cavablandırmağa çalışaq. Şəhərin bütün gözəlliklərini görmək üçün tələsmədən velosipedlə hərəkət etmək daha yaxşıdır. Apreldən dekabra kimi 110 stenddə 2000-ə yaxın velosiped insanların ixtiyarına verilir. Burada onları icarəyə götürmək də asandır. Belə ki 20 kron ödəməklə (təxminən 4 dollara yaxın) bunu edə bilərsiniz. Nəqliyyat vasitəsini yerinə qaytaranda isə ödədiyiniz pulu geri alacaqsınız.
Amma stendləri fəaliyyət müddətlərini də unutmayın. Səhər saat 9:00-dan 17:00-a, şənbə günü isə saat 9:00-dan 14:00-a kimi. Hər velosipedə xəritə yapışdırıldığı üçün şəhərdə hərəkət etmək asanlaşır. Burada oktyabr ayının 10-da turistlər üçün mədəniyyət gecəsi adlı bayram da təşkil olunur. Həmin vaxt saat 18:00-dan sonra bütün teatr, muzey və s. turistlərin üzünə açıq elan olunur. Küçələrdə müxtəlif müsabiqələr keçirilir. Hətta onlar üçün pulsuz avtobus da fəaliyyət göstərir.
Danimarka mətbəxi
Daniya mətbəxinin əsasını smorrebrot (hərfi mənası yağ çörəkdir) adlanan sendviç təşkil edir. Onlar yağ, ət və pendir dilimləri ilə süfrəyə verilir. Bir qayda olaraq, stol arxasında yeyilməlidir. Kopenhagendə müxtəlif balıq, ət, isti xörəklər, pendir və konfetlərdən ibarət koldt bord adlanan bufet səhər yeməyi də məşhurdur. Morgen-complet və ya adi səhər yeməyi qəhvə (çay), çörək, pendir, yumurta və peçenyedən ibarətdir. Daniyalılar müxtəlif xörəkləri bir- birinə qarışdırmır, onları xüsusi ardıcıllıqla yeyirlər. Coğrafi mövqeyini nəzərə alsaq, Danimarkanın mətbəxində mollyusk da mühüm rol oynayır. Burada bişirilən xörəklərdə əsasən balıq, ət və kartofdan istifadə olunur.
Ənənəvi xörəkləri isə bunlardır: qravad leks (şirin xardal sousunda verilən cəfərili duzlu qızılbalıq), xvid labskovs (mal əti və kartofdan hazırlanan raqu ilə dəfnə yarpağı), vinebrot (bütün dünyada tanınan daniya bişməsi). Burada içilən qəhvənin də öz yeri var. Ənənəvi xörəklərdən başqa Avropa mətbəxinə aid təamların da dadına baxa bilərsiniz.
Danimarkalılar
Daniyalılar həm şən, həm də fikirli də ola bilirlər. Lakin səbirli insanlardırlar. Həyatlarında sevdikləri 3 şey var: pivə, doğma şəhər Kopenhagen və şahzadələri. Onlar hər il şahzadənin doğum gününü milli bayram səviyyəsində qeyd edir və onun Amalienborq sarayının eyvanına çıxmasını böyük səbirsizliklə gözləyir və öz gözləri ilə bu səhnəni görməkdən məmun qalırlar. Şəhər sakinlərinə qədim evlərin divarlarının rəngini dəyişmək və fasadlarında bərpa işləri aparmaq qadağan olunub. Digər tərəfdən daniyalılar öz keçmişlərinə həmişə hörmətlə yanaşdıqları üçün qədim məhəllə və küçələrin görünüşünü, eləcə də atmosferini heç zaman dəyişmirlər. Axı, dənizçilərin xanımları həyat yoldaşlarını dənizə yola salanda pəncərənin qarşısına it və pişik heykəlcikləri qoyurdular. Onlar qayıdana kimi həmin heykəlciklərin üzlərini çevirmirdilər. Şimali Avropa sakinləri üçün daniyalılar temperamentli cənublular, Kopenhagen isə cənubi paytaxt şəhəridir. Ev sahibi üçün ən böyük kompliment ona gözəl və rahat istirahətə görə minnətdarlıq etməkdir.
Terminologiya məSƏLƏLƏRİ №2
3. Wolfhart Pannenberg. Toward a Theology of Nature: Essays on Science and Faith. Westminster John Knox Press, 1993, 166 p.
4. Müqəddəs kitab. Əhdi-Ətiq, Kitab şirkəti 2004.
5. Hensleigh Wedgwood. On the origin of language. Google Book, 1866, 167p.
E.A.Abbasova
Some opinions about the origin of language
This article deals with the origin of language and it is concluded that the language was a divine revelation to humanity. This idea was supported by the Biblical and Quranic accounts of Adam naming the animals, and of the Tower of Babel.
Е.А.Аббасова
Некоторые суждения о происхождении языка
В данной статье рассматривается происхождение языка и делается вывод, что язык был божественным откровением для всего человечества. Эта идея была поддержана библейскими и кораническими суждениями.
Çapa tövsiyə edən: AMEA Nəsimi adına Dilçilik İnstitutu,
Dil tarixi və dialektologiya şöbəsi
Rəyçilər: filologiya elmləri doktoru, professor Q.Məşədiyev
filologiya elmləri doktoru İ.Kazımov
Eldar Ağayev
AMEA, Nəsimi adına Dilçilik İnstitutu
ƏDƏBİ DİLDƏ SİNTAKTİK NORMA
POZUNTULARI
Açar sözlər: sintaksis, ədəbi dil, tema, rema, leksika, morfologiya.
Ключевые слова: синтаксис, литературный язык, тема, ре ма, лексика, морфология
Key words: syntax, literaru language, thema, rema,morphology.
Sintaktik normaya riayət etmək ədəbi dilin tələblərindən biri sayılır. Söz birləşmələrinin yaradılmasında, cümlə konstruksiyalarının tərtibində sintaktik normalar əhəmiyyətli dərəcədə rol oynayır . Dilin sintaktik səviyyəsi morfologiya və leksika ilə sıx bağlıdır.
İnsanlar bir-biriləri ilə ünsiyyəti cümlələr vasitəsi ilə qururlar. Bu baxımdan cümlələrin düzgün qurulması və onun tərkib hissəsi olan söz və söz birləşmələrinin ədəbi dil norma çərçivəsində işlədilməsi günün aktual məsələlərindəndir. İlk baxışdan bunlar çox sadə görünür, lakin söz birləşməsi və cümlə qurmaq, onları məqamına görə lazımi effektdə işlətməyi hamı bacarmır. Bəzən cümlə ikili məna daşıya bilər, bəzən gülməli, bəzən də mənasız söz yığımını xatırladır.
Müasir Azərbaycan ədəbi dilində sintaktik səviyyədə norma pozuntularını aşkara çıxarmazdan əvvəl sintaksis, söz birləşməsi, cümlə və ümumən sintaktik vahidlər haqqında müəyyən məlumatları əldə etmək məqsədəuyğun sayılır.
Sintaktik norma və vasitələrdən istifadə edərkən yadda saxlamaq lazımdır ki, sözlər dilin tələblərinə uyğun şəkildə tərkib hissələrinə parçalanır ki, onlar da öz növbəsində morfoloji kateqoriyalara əsaslanır. Dilimizdə sözlər, söz birləşmələri, cümlə növləri, söz sırası, intonasiya, sintaktik əlaqələr, sintaqmlar və digər vahidlər var ki, bunlar birlikdə sintaktik normanı əhatə edir.
- Miqdar saylarından sonra gələn isimlər təkdə işlənir. Məsələn, beş şagird, on adam, yüz dəftər və s.
- Cümlədə əvvəl mübtəda, sonra xəbər gəlir. Təyin izah etdiyi cümlə üzvindən əvvəl, zərflik isə, əsasən, xəbərdən əvvəl işlənir. Məsələn, “Xalq yazıçısı Süleyman Rəhimov böyük həcmli əsərlər yazıb”.
- Adlara əvvəl kəmiyyət , sonra mənsubiyyət , daha sonra hal, ondan sonra isə xəbərlik şəkilçisi artırılır. Məsələn, tələbə-lər-ımız-in-dir, dost-lar- ınız- dan-am və s.
- Mübtəda ilə xəbər cümlədə şəxsə, müəyyən dərəcədə isə kəmiyyətə görə uzlaşır. Məsələn, biz qohumuq, şagirdlər yazdılar və s.
- Feil köklərinə əvvəl təsirlik , sonra növ , daha sonra şəkil , ondan sonra isə şəxs – xəbər şəkilçisi artırılır. Məsələn, bax-dır-ıl-malı-dır, vur-uş-aq və s.
- Azərbaycan dilçiliyndə belə bir qayda var ki, “nə” inkar bağlayıcısından sonra gələn feil təsdiqdə olmalıdır. Məsələn , “Nə oxyur, nə də sözə qulaq asır” Bu hal gözlənmədikdə , yəni feil inkarda olsa , sintaktik səviyyədə norma pozuntusu sayılır. “ Nə oxumur, nə də sözə qulaq asmır”.
- Mübtəda cansız əşyalarla ifadə olunduqda, mübtəda ilə xəbər arasında kəmiyyətə görə uzlaşma pozulur. Məsələn, saralmış yarpaqlar (mübtəda) tökülür (xəbər) . Əgər bu cümlə “ Yarpaqlar tökülürlər” şəklində işlənsə idi , sintaktik səviyyədə norma pozuntusu olardı.
Sintaktika – dilin plan, yaxud tədqiq aspektlərindən biri olmaqla , dil vahidlərinin özü arasındakı münasibətlərlə fərqlənən , daha doğrusu , onları dildən istifadə edənlərə həm bildikləri predmetlərə , həm də şəxsi , yaxud şəxslər arasındakı münasibətdən kənarda nəzərdən keçirən deməkdir.
Sintaksis – 1) Nitq deyiminin strukturlaşdırılması qaydası. 2) Nitqin strukturkturlaşdırılması ( sözlərin bir- biri ilə uzlaşması və sözlərin bir- birinin ardınca olması) prosesini öyrənən qrammatikanın bölməsi. (2, 99 )
Sintaksis sözlər arasındakı sintaktik əlaqələri öyrənir. Sintaktik əlaqələr substitusiya vasitələri ilə müəyyən edilir və onların üç növü vardır: Subortinativ əlaqə (subordinasiya) təşkil edən birləşmələrdə bütöv birləşmənin funksiyası vasitəsiz iştirakçıların birinin funksiyasına uyğun olur. Burada əsas konstituyent bütün birləşmənin funksiyasını ifadə edir, digər vasitəsiz iştirakçının mənası bütün birləşmə ilə bağlı olur: Məsələn, maraqlı hekayə, sarı heyva, soyuq münasibət. Subortinativ əlaqə üzrə düzələn birləşmələrə subortinativ və ya modifikasion birləşmələr deyilir. Bu birləşmələrdə iştirakçıların biri digərini təyin edir. Subortinativ birləşmələrin vasitəsiz iştirakçıları arasında predikativ əlaqə yoxdur. Substitusiya vasitəsi ilə bunlar belə müəyyən edilir: Maraqlı hekayə yazır: → Hekayə yazır. Sarı heyva yedi. Heyva yedi. Soyuq münasibət saxlayır. Münasibət saxlayır. Bu kimi vasitəsiz iştirakçıları arasında predikativ əlaqə olmayan birləşmələri O.Yespersen funksional birləşmələr adlandırmışdır.
Subortinativ birləşmələrdə feillər işlənərsə belə birləşmələr obyektli və ya komplementativ birləşmələr adlanır. Məsələn, hekayə yazmaq, heyva yemək, münasibət saxlamaq. Koordinativ əlaqə (koordinasiya) üzrə düzələn birləşmələrdə birləşmənin funksiyası vasitəsiz iştirakçıların hər birinin funksiyasına uyğun gəlir. Koordinativ birləşmələr iki eynihüquqlu iştirakçılardan təşkil olunur: qoca və cavan, tez və gec, böyük və balaca. Koordinativ birləşmənin hər ikisi – (hamısı) müstəqil vahidlərdən (sözlərdən) təşkil olunur. Məsələn, “Qoca da , cavan da yurda bağlı olmalıdır” aşağıdakı cümlələrdən təşkil olunmuşdur: 1) Qoca yurduna bağlı olmalıdır. 2) Cavan yurduna bağlı olmalıdır. Predikativ əlaqə (predikasiya) bildirən birləşmənin ümumi funksiyası vasitəsiz iştirakçıların hər hansı birinin mənasından fərqlənir: axşam düşdü , işıqlar yandı. Predikativ əlaqə bəzən neksuslu əlaqə adlanır.
Sintaksisin predmeti haqqında müasir dilçilikdə üç başlıca mülahizə hakimdir:
- Bəziləri sintaksisi cümlə və onun hissələri , cümlə üzvləri haqqında təlim
- Bəziləri də sintaksisi məhz söz birləşmələri haqqında təlim sayırlar. Hazırda adətən az öyrənilmiş dillərin sintaktik təsviri verilərkən söz birləşməsi sintaksisinə istinad edirlər.
- Üçüncü qrup tədqiqatçılara görə həm söz birləşməsi, həm də cümlə təlimi sintaksisin predmetidir.
Kopenhagen məktəbi Amerika strukturalizminə əks mövqe tutur. Bu məktəb nitqin təhlili metodikasından dil sisteminin modelləşməyə gəlib çıxır. Burada məzmun planı ilə ifadə planı paradiqmatik və sintaqmatik oxlara qarşı qoyulur.
Sintaqm haqqında təlim Cenevrə və Praqa dilçilik məktəblərində inkişaf etdirilmişdir. Cenevrə dilçilərinə görə sintaqm kateqoriyası dəqiq qrammatik anlayış deyil , morfem də , söz də, söz birləşməsi də sintaqm təşkil edə bilər. (1.s.241) Bir sintaktik vahid olaraq sintaqmın tədqiqat tarixi o qədər də qədim deyil. Sintaqmdan ilk dəfə bəhs edən F.de Sössür kimi S.İ.Kartsevski də sintaqm dedikdə xarici və daxili birləşmələri nəzərdə tutmuşdur. Qeyd etmək lazımdır ki, daxili və xarici sintaqm məsələsi son dövr dilçilər tərəfindən də müdafiə edilir. Görkəmli dilçi alim Boduen de Kurtene sintaqmı “söz” mənasında işlədir. (3.s.198) Bir sözlə, keçən əsrin birinci rübünə qədər sintaqmlar haqqında düzgün və sanballı bir elmi nəzəriyyə yaranmamışdır. Bunu akademik V.V.Vinoqradovun sözlərindən daha aydın görmək olar: “Sintaqm anlayışı çoxmənalıdır, hələlik iki sovet dilçisi tapmaq çətindir ki,bu terminə eyni məna versin”. (4.s.56)
Sintaqm haqqında ilk və düzgün fikir akademik L.Şerbaya məxsusdur. O, haqlı olaraq hər iki təsadüfi yanaşı gələn sözləri və söz birləşmələrini sintaqm hesab etmir. L.Şerbaya görə sintaqmlarda əsas cəhət ritmdir. (5.s.87) Şerbanın sintaqmı sintaktik vahid olaraq fonetik ritmlə şərtləndirilməsi onu fonetik-sintaktik mündəricə ilə yükləyir.
- Sintaqmlar şifahi nitqlə bağlı olub fonetik ritmlə reallaşır. Söz birləşmələri isə heç bir ritmlə bağlı deyil və onlar üçün yazılı və şifahi nitq məhdudiyyəti yoxdur.
- Söz birləşmələri arasına söz daxil edilə bildiyi halda , sintaqmların arasına heç bir söz daxil etmək olmaz.
- Söz birləşməsinin əmələ gəlməsi üçün ən azı iki sözün olması zəruridir. Sintaqmlar isə bir sözdən də ibarət ola bilər.
- Söz birləşmələri daimi qrammatik modellərə malik olduğu halda, sintaqmların daimi forma modeli yoxdur.
Cümlənin kommunikativ cəhətdən öyrənilməsi son zamanlar daha çox “cümlənin aktual üzvlənməsi “ adı ilə bəhs edilir. Dilçilikdə həmin termin əvəzinə “semantik üzvlənmə”, “kontekstual üzvlənmə”, “konsituativ üzvlənmə”, “mənaca üzvlənmə”, “tema-rematik üzvlənmə”, “cümlənin funksional perspektivi” və bu kimi terminlər də işlədilmişdir.
Aktual üzvlənmənin tərkib hissələri tema və remadan ibarətdir. Tema məlum olan , haqqında danışılan , əsaslanılan, rema bu barədə verilən yeni məlumat,məna yükünü öz üzərinə alan hissədir. “ Tema” və “rema” əvəzinə “verilən” və “yeni”, “köhnə” və “yeni”, “söyləm əsası” və “söyləm özəyi” terminləri də işlədilmişdir.
Hər bir cümlənin ünsiyyət vasitəsi kimi özlüyündə kommunikativ təyinatı, kommunikativ məqsədi olur. Əlbəttə , mətndən ayrı düşmüş müstəqil cümlədə kommunikativ məqsədi müəyyən etmək bir qədər çətindir. Onu araşdırmaq üçün dinləyici və ya oxucunun dünyagörüşü, həyat təcrübəsi və bacarığı böyük rol oynayır. Belə ki, bunlara istinadən şəraiti (situasiyanı) təsəvvür edərək, söyləmdə məna mərkəzlərini müəyyənləşdirməklə məlumatın xarakterini açmaq olar. Bu məlumat, təbii ki, subyektiv qavranmaya əsaslanır. Cümlə mətn (kontekst) daxilində işlənərsə, onu kommunikativ cəhətdən təhlil etmək asanlaşır. Belə halda ağırlıq adətən ifadəni başlayan birinci cümlə üzərinə düşür və qalan cümlələr mənaca ona zəncirvari bağlanır. Hər sonraki cümlə özündən əvvəlkini bu və ya digər cəhətdən məzmuna görə tamamlayır. İlk cümlə nə qədər müstəqildirsə, sonrakılar bir o qədər asılıdır. Məlumat obyektiv qavramaya görə anlaşır. Beləliklə, tema-rema ardıcıllığı əmələ gəlir. Birinci cümlənin reması ikinci cümlə üçün tema olur. Çünki o, məlumat əsasında, artıq məlum olan hissəyə çevrilir. Məsələn: Arif qonaq getdi (rema). Qonaqlıqda olanları dostlarına danışdı (tema).
Tema və rema leksik-qrammatik tərkibinə görə çox müxtəlif olur. Hər iki komponent bütün cümlə üzvlərindən bərabər şəkildə istifadə edə bilər. Hər bir cümlə üzvü məna yükünü öz üzərinə götürərək aktuallaşa bilər. Həm də cüttərkibli qrammatik cümlə təküzvlü aktual cümlə ola bilər. Məsələn: Dan yeri qızarırdı.
Tema və remanı ayırd etmək üçün formal göstəriciləri də nəzərə almaq lazımdır. Bunlar aşağıdakılardır: söz sırası, intonasiya vasitələri (ritmik-melodik üzvlənmə, melodika, temp, ritm, pauza, məntiqi vurğu və s.), köməkçi vasitələr (ədatlar, işarə əvəzlikləri), leksik təkrarlar, monoloji nitqdə sual cümlələri, cümlə üzvü vəzifəsi daşıyan qoşulma konstruksiyalar, sözlərin, söz birləşmələrinin əvvəlində gəlib onları xüsusi olaraq nəzərə çarpdıran xüsusən, o cümlədən, illah da, hətta kimi sözlər və s.
Cümlədə söz sırasını dəyişməklə eyni leksik tərkib müxtəlif kommunikativ təyinat ala bilər. Məsələn: Zakir fəhlə idi. Fəhlə Zakir idi. Birinci misalda məna ağırlığı fəhlə idi, ikincidə isə Zakir idi sözləri üzərinə düşür. Birinci cümlədə məlum şəxs olan Zakirin vəzifəsi dinləyici üçün yeni (rema) olduğu halda, ikinci cümlədə məlum fəhlənin məhz Zakir olması yenidir (remadır). Bu cümlələrdə həm də məntiqi vurğu mühüm rol oynayır. Məntiqi vurğu “idi” hissəciyindən qabaqkı söz üzərinə düşür. Burada ritmik-melodik üzvlənmə də vardır. Birinci və ikinci cümlənin temaları (Zakir və fəhlə) məlum hissə olduqları üçün iti templə tələffüz olunur və yeni məlumat ərəfəsində pauza (fasilə) verilir. Beləliklə, tema və rema arasında ritmik-melodik taktlar əmələ gəlir (Zakir: fəhlə idi). Həmin misallarda formal göstəricilər üst-üstə düşərək hamısı asanlıqla tema-remanı müəyyənləşdirir. Lakin həmişə belə olmur. Bəzən formal göstəricilər tema və remanın həddini müəyyənləşdirməyə imkan yaratmır. Məsələn: Adil: bu hərəkətlərə: təəccüb edirdi. Bu cümlədə iki nitq taktı iki dəfə fasilə ilə fərqləndirilsə də, tema tərkibində qalır, məhz üçüncü , sonuncu hissə rema olur. Həm də burada subyektiv qavramaya görə məntiqi vurğu bu sözlərin üzərinə düşərək onu remaya çevirə bilər. Deməli, formal göstəricilər də şərti xarakter daşıyır. Ümumiyyətlə, məlumat temadan remaya doğru açılır ki, buna da irəli sıra və ya neytral sıra (açılış) deyilir. Məsələn: Cənab Aydın getdi. Əksinə, rema temadan qabaq gəldikdə geri sıra, ekspressiv sıra (üslubi variantlı sıra) yaranır. Məsələn: Getdi cənab Aydın.
Eyni sintaktik konstruksiyada, leksik-qrammatik tərkibin yerini dəyişməmək şərti ilə,kommunikativ məqsəddən asılı olaraq eyni cümlə üzvü həm tema, həm də rema ola bilər. Məsələn: Cənab Aydın getdi (Cənab Aydın nə etdi? Getdi). Cənab Aydın getdi (Kim getdi? Cənab Aydın). Burada rema məntiqi vurğunun həlledici rolu sayəsində müəyyənləşir. Cümlənin aktual üzvlənməsi problemi həm nəzəri, həm də praktik cəhətdən çox böyük əhəmiyyətə malikdir. (8. s. 17)
Müasir Azərbaycan ədəbi dilində sintaktik səviyyədə norma pozuntularında söz sırasına xüsusi diqqət yetirilməlidir. Dünya dillərində söz sırasının iki mühüm funksiyası vardır: 1) sintaktik-semantik funksiya, 2) üslubi funksiya.
Sintaktik-semantik funksiya o deməkdir ki, cümlədə sözlərin yeri dəyişdikdə həm cümlənin mənası, həm də sözün sintaktik vəzifəsi dəyişir. Azərbaycan dilində bu hal yalnız bir nöqtədə , mübtəda ilə qeyri- müəyyənlik bildirən vasitəsiz tamamlığın münasibətində özünü göstərir: İnsan pələng öldürdü- Pələng insan öldürdü. İt pişik gördü – Pişik it gördü. Qoşmalı sözlərdə bu hal mümkündür: Rahil dostu üçün əlindən gələni edir – Dostu Rahil üçün əlindən gələni edir. Bu xüsusiyyət daha çox Çin dilinə aiddir.
Sözlərin və söz birləşmələrinin cümlədə yeri cümlənin sintaktik quruluşu və cümlə üzvlərinin aktual üzvlənməsi ilə bağlı olur və söz sırası normaları həmin iki cəhətə əsasən müəyyənləşir.
Canlı danışıq dilində söz sırası normaları pozulmuş olsa da, nitqin ritmik-melodik axını, fasilə, vurğu fikrin düzgün başa düşülməsinə imkan yaradır. “Oxu atan kimi savadsız olma”, “Həkim Şirzad o kitabları gətirdi” cümlələrinə diqqət yetirək. Əgər birinci cümlədə şifahi nitqdə “oxu” sözündən sonra fasilə, yəni pauza edilsə “atan savadsız olub , sən ona oxşama” mənasında anlanılır. Əksinə, “kimi” qoşmasından sonra pauza edilsə “sən də atan kimi savadlı ol, ona oxşa” mənasında başa düşüləcək. İkinci cümlədə “həkim” sözündən sonra fasilə edilsə, xitab, edilməsə, təyin vəzifəsində olur. Yazıda da “həkim” sözündən sonra vergül işarəsi qoyulursa, müraciət etiketi mənasında işlənir. Bu cümlədə “o” əvəzliyindən sonra şifahi nitqdə fasilə edilib-edilməməsindən , yazılı nitqdə isə vergül qoyulub-qoyulmamasından asılı olaraq cümlənin həm mənası, həm də cümlə üzvləri dəyişir. Fasilə və durğu işarəsindən aslı olaraq bu cümlədə “o” əvəzliyi mübtəda və təyin vəzifəsində işlənə bilir. Buradan belə bir qənaətə gəlmək olur ki, şifahi nitqdə intonasiya, yazılı nitqdə durğu işarələrinin sintaksisdə böyük rolu var. Əgər bunlara düzgün riayət olunmursa, ədəbi dil sintaktik səviyyədə pozulmuş olur.
Cümlənin qrammatik üzvlənməsi ilə aktual üzvlənməsi fərqlidir. Qrammatik üzvlənmə dedikdə, cümlənin məlum beş üzvə- mübtəda, xəbər, tamamlıq, təyin, və zərfliyə ayrılması, aktual üzvlənməsi dedikdə isə cümlənin tema və remaya ayrılması nəzərdə tutulur. Bütün cümlələrdə aktual üzvlənmə müşahidə olunmur. Payızın əvvəlləri idi. Hava soyuq idi. Bu cümlələrdə məntiqi vurğu yoxdur. Ona görə də tema və remaya ayrılmır. Bunlar adi təsviri cümlələrdir və “yeni” ni bildirir. Lakin lazım gəldikdə bu cür cümlələrdə də aktuallaşdırma mümkündür. Payızın əvvəlləri idi. Hava soyuq idi. (Qışın yox, payızın əvvəlləri idi, başqa şey yox, hava soyuq idi). Aktual üzvlənmə nəzəriyyəsinə görə, tema və remaya ayrılan cümlələr üzvlənməyən cümlələr adlanır.
Qrammatik üzvlənmə potensial sintaksisə, cümlənin qrammatik quruluşuna, aktual üzvlənmə isə suprasintaksisə, aktual sintaksisə aiddir. Qrammatik üzvlənmədə cümlənin üzvlərinin təbii ardıcıl düzülüşü öyrənilir. Bu cəhətə əsasən, cümlədə əvvəlcə mübtəda, sonra xəbər işlənir. Cümlə geniş olduqda mübtədadan əvvəl onun təyini, xəbərdən əvvəl tamamlıq, zərflik və əgər ismi xəbər varsa, onun mümkün ola bilən təyini yerləşir. Cümlənin qrammatik üzvlənməsində söz birləşmələri müəyyən qrammatik funksiya yerinə yetirir ki, bunlar aktual üzvlənməyə aid deyildir. Aktual üzvlənmə mənafərqləndiricilık xüsusiyyətinə görə cümlənin tema və remaya ayrılmasıdır. Tema cümlənin çıxış nöqtəsi kimi əvvəldə, rema isə fikir ifadəsinin – “yeni” ni bildirməklə ondan sonra işlənir. Bu hal – cümlənin komponentlərinin belə bir ardıcıllıqla düzlüşü fikrinin məntiqi ifadəsinə xidmət edir.
Eyni sintaktik quruluşa malik olan cümlə kommunikasiya məqsədindən asılı olaraq, aktual üzvlənmə baxımından müxtəlif ola bilər. Bu, məntiqi vurğunun hansı sözün üzərinə düşməsindən asılıdır: Sona səhər Təbrizə yola düşdü; Sona səhər Təbrizə yola düşdü; Sona səhər Təbrizə yola düşdü; Sona səhər Təbrizə yola düşdü. Bu cümlələrdə “yeni” hər dəfə bir sözlə müəyyənləşir, lakin qrammatik üzvlər olduğu kimi qalır.
Müasir Azərbaycan ədəbi dilinin sintaktik normalarına uyğun olaraq, təyin təyinlənənlə, qeyri-müəyyən vasitəsiz tamamlıq təsirli feili xəbərlə, bir çox zərflik növləri (tərz, zaman, səbəb və s.) xəbərlə yanaşma əlaqəsində olur və aid olduğu üzvdən əvvəl işlənir. Bədii dildə tərəflər inversiyaya (yəni bilərəkdən söz sırasının pozulması ) asılı tərəf əsas tərəfdən sonra işləndikdə cümlədə emosionallıq artmış olur. Məsələn:
- Kəblə Məmmədhüseynistədi quzunu kəsə, amma heyvanın belini əlləri ilə sığallayıb, bıcağı tulladı yerə . (9,450)
- Əri də razı oldu və quzunu itələyib saldı həyət bağçasına. (9.s.450)
- Kəblə Məmmədhüseyn quzunu boşlayıb girdi evinə (9,450)
- Kəblə Məmmədhüseyn düz gəldi piləkanlardan qalxdı qabaq otağa. (9,450)
- Bu da çuxanı çəkdi qoltuğundakı quzunun başına və üzünü küçə qapısına çöndərib çıxıb getdi evinə (9,452)
- Xanın nökərlərindən biri həyətdə palaz çırpırdı və Məmmədhüseyni görəndə palazı qoydu yerə, gəldi qapıya (9,452)
- Bunlar başladılar o üzdən – bu üzdən danışmağa (9,452)
- Həsən paşa düşdü fikir-xəyala ki. nə təhər eləsin. (xəbər yerini dəyişib) (10,64)
- Həsən paşa onlarlarla aranı xəlvət elədi, başladılar tədbirə (xəbər yerini dəyişib) (10,64)
- İndi də sənə deyim paşaların məkrindən (xəbər yerini dəyişib) (10,64)
Çex dilçisi V. Materius aktual üzvlənmə problemini linqvistik zəminə endirmişdir. O, söyləmin kommunikativ funksiyasını ön plana çəkməklə aktual üzvlənmə barədə müasir təlimin yaradıcısı kimi şöhrət tapmışdır. V.Materius aktual üzvlənmənin dil hadisəsi olduğunu sübut etməklə cümlənin qrammatik üzvlənməsi ilə söyləmin aktual üzvlənməsinin oxşar və fərqli cəhətlərini bir çox hallarda qarşı-qarşıya durduğunu izah etdi.
Hər bir söyləm az-çox bitmiş fikir ifadə etsə də, onun ifadə etdiyi fikrin bitkinliyi nisbi xarakter daşıyır. Cümlə yalnız mətn daxilində bütün struktur- semantik xüsusiyyətlərini üzə çıxara bilir. Müəyyən fikir ətrafında cümlələrin əlaqəli birliyi mətnin yaranmasına səbəb olur. Mətnin təşkili, qurulması isə onun ayrı-ayrı əlaqəli cümlələrdə aktual üzvlənmənin gedişi ilə bağlıdır.
Mətn daxilində söyləmlər arasında sintaqmatik və paradiqmatik bağlılıq olur. Sintaqmatik bağlılıq söyləmlərin ardıcıl düzülüşü ilə yaranır. Paradiqmatik əlaqə semantik bağlılıqdır və intonasiya ilə formalaşır. Söyləmlər arasında fərq mətndə reallaşan ümumi fikrin hər bir söyləmdəki semantik həcmi ilə bağlı olur. Bu isə hər bir söyləmdə tema və remanın gedişindən, nəyi nə nisbətdə əhatə etməsindən asılıdır.
Tema və remanın hər bir söyləmdə formal əlaməti söz sırası və intonasiyadan ibarətdir. Ədəbi dil normalarına müvafiq qurulmuş sadə nəqli cümlələrdə adətən tema əvvəl, rema sonra gəlir. Temada ton nisbətən yüksək olur, rema isə məntiqi vurğu ilə tələffüz edilir. Lakin mətn daxilindəki söyləmlərin də hamısı mətndən eyni dərəcədə asılı olmur. Bəzi söyləmlərdə müstəqillik, bəzilərində isə asılılıq çox olur. Dilçilər müstəqilliyi çox olan söyləmləri paradiqmatik cəhətdən güclü, sintaqmatik cəhətdən zəif söyləm hesab edirlər. Söyləmin mətndən asılılığı çox olduqda vəziyyət əksinə olur, söyləm paradiqmatik cəhətdən zəif , sintaqmatik cəhətdən güclü hesab edilir.
Ədəbi dil normalarına uyğun qurulmuş cümlələrdə mübtəda və ya mübtəda zonası temadan, xəbər və xəbər zonası remadan ibarət olur. Yəni mübtəda zonası “məlum olan”, xəbər zonası “yeni”ni bildirir. Tema danışana və dinləyənə məlum olanı, söhbətin predmetini ifadə edir.
Mətnin qurulma texnikası belədir ki, hər bir nitq aktı temadan remaya doğru irəliləyir, çünki danışıqda, yazıda məqsəd tema deyil və qeyd etdiyimiz kimi, tema danışana da, dinləyənə də məlumdur. Əsl məqsəd temanı nəzərə çatdırmaqla həmin tema haqqında yeni məlumat verməkdir. Bu yeni məlumat cümlənin kommunikativ əsasıdır, nüvəsidir, məqsəd onu çatdırmaqdır. Rema (“predikat” deməkdir) adlanan bu hissə fikrin inkişafına, irəliləməsinə, dərinləşməsinə, dinləyicinin, oxucunun yeni məlumatla təmin edilməsinə səbəb olur və nəticədə situasiyadan danışanın, yazanın məqsədindən asılı olaraq, temanın yeni əlamətləri açılmış olur. Tema ətrafında toplanan söyləmlər bu cəhətdən bir-biri ilə bağlı olub mətnin yaranmasını şərtləndirir (11,18).
Comments are closed, but trackbacks and pingbacks are open.