Press "Enter" to skip to content

0-12 aylıq (uşağın) körpənin günlük rejimi. Cədvəllər

Yuxu yeməyi körpənizin daha uzun müddətli yatmasına kömək edə və sizin üçün daha asan yuxu rejimini təqdim edə bilər. Körpəniz yatandan üç və ya dörd saat sonra sakitcə yedizdirmək üçün onu yarıyuxulu oyadın. Buradakı məqsəd ondan ibarətdir ki, körpənizin qarnını o tam oyaq və ayıq olmadan doldurursunuz; yedikdən sonra daha rahat yuxuya getməlidir.

Gecə körpəni qidalandırmaq lazımdırmı?

Hər uşağın fərdi yuxu və qida ritmi, eləcə də fərdi ehtiyacı var. Yenidoğulmuşlarda həyatının ilk həftələrində gecə-gündüzü ayırmaq qabiliyyəti inkişaf etməyib. Uşaq hələ uzun müddət qidasız qalmağa vərdiş etməyib. Çünki, o ana bətnində istənilən vaxt –gecə və ya gündüz aclığı təmin edə bilirdi. Buna görə də ən azı ilk həftələrdə o, gecə qidalanmaq üçün sizi şübhəsiz oyadacaq.

Əgər siz körpənizi südlü qarışıqlarla qidalandırırsızsa onda öz yükünüzü azaldın və gecə qidalandırmalarına öz həyat yoldaşınızla növbə ilə ayağa durun. Əgər Siz gecə südü sağıb soyuducuda saxlayacaqsızsa ( +4°C +6°C, 2 gün çox olmasın və qapalı şəkildə), bu da mümükündür.

Üç aydan sonra artıq körpə uzun müddət qida olmadan qala bilər, buna görə onun gecə yuxusu gündüz yuxusundan daha uzunmüddətli ola bilər. Təxminən 6 ayından başlayaraq, uşaqların gecə qidalanmasına ehtiyacı yoxdur, çünki bu yaşda sağlam uşaqda aclıq və toxluq ritmi gündüz gedib gəlir.

Yuxudan əvvəl-südlü sıyıq

Gecə qidalanması üçün südlü sıyıq südlü qarışıqdan daha doyumludur. HİPP-in tez həll olunan südlü sıyıqları, məsələn, HİPP –in “Gecəniz Xeyrə qalsın” südlü desertləri buna misal ola bilər. Siz südlü qidanı əvvəl şüşə qabdan, sonra isə fincandan verə bilərsiz. Aydındır ki, əlavə qidalanmanın tətbiqi ilə körpə qaşıqdan istifadə etməyə uyğunlaşmalıdır və onun rasionunda kifayət qədər bərk qida olmalıdır.

HiPP-in “Gecəniz xeyrə qalsın” sıyıqlarını Burada tapa bilərsiz.

Gecə qidalanmanı kəsmək

Gecə qidalanması vərdiş ola bilər və sizin körpəniz onunla könülsüz vidalaşa bilər. Əgər sizin körpə gecə oyanmağa davam edirsə, ona çay və ya qaynadılmış su təklif edin. Lakin qidalandırmayın. Gecə qidalanma hətta fasiləsiz yuxuya mane ola bilər və ilk dişləri zədələyə bilər, çünki gecə qida qəbulundan sonra adətən dişlər təmizlənilmir. Körpənizi gecə qidalanmasından kəsmək üçün sizə vaxt tələb olunacaq, lakin nəticədə məqsədinizə nail olacaqsız!

Bu Sizin üçün maraqlı ola bilər:

Qidalanma planı

Uşağın qida rasionunda kömək

0-12 aylıq (uşağın) körpənin günlük rejimi. Cədvəllər

Körpənin günlük rejimi – uşağı yorulmadan qoruyur, fiziki və əqli inkişafına müsbət təsir edir. Körpə həyatının ilk ili – vərdişlərin kökləndiyi çox vacib dövrüdür. Günün nizamlanması yuxu rejiminin, qida rejiminin və digər vacib ehtiyaclarının düzgün riayət edilməsinə kömək edir. Eyni zamanda ananın rahatlığını da təmin edir.

Uşağın səhər oyanışı

Bir yaşadək körpənin günlük rejimi haqqında düşünərkən, anlamaq lazimdır ki, bu yaşda olan uşağın, böyüklərdə olduğu kimi hər zaman eyni vaxtda yatması vacibdir. Axşam onu vaxtında yatırdıqda, əmin ola bilərsiniz ki, o yuxusunu tam alacaq və gündüz şıltaqlıq etməyəcək. Əgər uşaq vaxtından əvvəl oyanaraq, sakitcə uzanıbsa, onu ələ götürməyə tələsməyin. Çox güman ki, o bir az sonra yenidən yuxuya gedəcək.

Lakin,yenidoğulan korpənin günlük rejimi tam fərqldir. Burada ana yeni doğulanın gün rejiminə uyğunlaşmalı, körpənin istədiyi zaman onu yedirməli və yatırmalıdır. Körpənin səhər oyanışı şən və sakit şəraitdə olmalıdır. Bu, gün ərzində onun xoş əhval-ruhiyyədə olmasının təminatıdır. Körpəyə gülümsəyin, nəvazişlə onu əllərinizə alıb, öpün.

Səhər bezinin dəyişdirilməsi, əl-üzünün yuyulması, daranması səhər vərdişinə çevrilməlidir.

Körpənin qidalanması

Altı aylıq uşaqları qidalandırma, cədvələ görə deyil, onların tələbinə görə olmalıdır. Lakin, qeyd etmək lazımdır ki, 6 aylıq körpələrin əksəriyyəti müstəqil olaraq, özlərinə qida rejimini bərabər aralıqlarla (3, 4, 5 saat fasilə ilə) qurur. Buna əsasən analara, körpənin acıma zamanını əvvəlcədən hesablamaq asan olur. Qidalanmanın saata görə nizamlı olması, yaxşı həzmə kömək edir. Əgər sizə elə gəlir ki, uşaq acdır və ya o. sonuncu yeməyini olduğundan az yeyib, ona yüngül qəlyanaltı təklif etmək olar. Lakin bu yağlı bulka və ya şirniyyat olmamalıdır, ən yaxşısı meyvədir. Gigiyena qaydaları barədə unutmayın: Əl yuma, önlüyün istifadəsi, ağzın salfetlə silinməsi, faydalı vərdişlər yaradır.

Körpənin gündüz yuxusu

Balaca adətən yuxu müddətini, özü müəyyən edir. 5-6 aylıqdan sonra ana uşağa ziyan dəymədən, uşağın yuxu müddətini bir neçə dəfə dəyişməklə, yuxu rejimini nizamlaya bilər. Ümumiyyətlə, uşağın gündüz yuxusu eyni vaxtda olmalıdır, lakin əgər siz görürsünüz ki, o, artıq yorulub və şıltaqlıq eləməyə başlayır, onu erkən yatırın. Lakin, bilməlisizki, balaca gecə yuxusuna 3-4 saat qalmış əvvəldən durmalıdır. Əks halda, onu axşam yatırmaq çox çətin olacaq.

Körpə ilə gəzinti

Bir yaşadək uşağın günlük rejiminə, gündəlik gəzintilər daxil olunmalıdır. Gəzinti gün ərzində, ən azı 2 dəfə (nahardan əvvəl və günün ikinci yarısında) olmalıdır. Körpə ən azı 3-4 saat təmiz havada olmalıdır. Yeni doğulmuş və 5-6 ayadək korpənin günlük rejimi təyin etdikdə, imkan qədər hər yedizdirmədə, təmiz havada yatırmağa çalışın. Uşaqla gəzinti üçün sakit yer seçin. Gəzən uşaqla gəzinti daha fəal olmalıdır. O küçədə özü gəzməli, qaçmalı və oynamalıdır.

Körpə ilə oyun

Bu yaşda uşağın günlük cədvəlində, mütləq oyun saatı, yer almalıdır. Oyun saatı, onun və sizin üçün rahat vaxtda olmalıdır. Uşaqla oyun hər ikinizə zövq verməlidir. Əgər uşaq toxdur, şıltaqlıq etmir, yatmaq istəmirsə, o, valideynləri ilə, xüsusəndə hər ikisi ilə oynamağa şad olacaq. Sizdə öz növbənizdə, bu zaman ev işlərindən və ya televiziya verilişlərindən ayrılın – qoy bu zaman yalnız sizinlə uşağa məxsus olsun!

Uşağın çimməyi

Uşağın axşam çimmə vaxtına, dəqiq əməl edilməsi – onun tez və yüngül yuxuya getməyinə imkan yaradır.

Su ilıq +36-37 dərəcədən artıq olmamalıdır, çünki bir az isti su, oyadıcı təsir göstərir. Əgər uşaq – temperamentli , pis yatıb, tez-tez ağlayırsa, pediatr, çimərkən sakitləşdirici hesab olunan, ot dəmləmələri (lavanda, pişikotu, nanə) məsləhət edə bilər.

Körpənin gecə yuxusu

Bir yaşadək uşağın günlük gecə yuxusu, ümumilikdə 10-11 saatdan az olmamalıdır. Yeni doğulmuş körpələr günün böyük hissəsini, 2-4 aylıq körpələr ümumilikdə təxmini 17-18 saat, 4-6 aylıq 16 saat, 7-9 aylıq körpə 15 saatdan az olmayaraq yatmalıdır. 10-12 aylıq uşaların, yuxusunun ümumi müddəti 12-13 saatdan az olmamalıdır. Uşağı gecə eyni vaxtda ( saat 21:oo da) yatırmaq məsləhətdir. Bu zaman televizor işlədilməməli və bərkdən danışılmamalıdır. Sakit yuxu, körpəni dincəlmiş və gümrah oyanacağının – təminatıdır! Körpənin gündüz yuxususun vacibliyi haqqında ətraflı Körpəyə gündüz yuxusu lazımdırmı? məqaləmizndə tanış ola bilərsiniz

1 yaşadək olan körpənin günlük rejimini necə qurmalı?

Psixoloqlar bildirirlər ki, əgər valideynlərin özləri rejim üzrə yaşayırsa, onda uşaqda bu rejimə meyl göstərəcək. Ona görə bu cür valideynlərə, uşağı rejimə öyrətmək çətin olmayacaq.
Artıq iki aylıq körpə, yeməyini, yatmağını, istirahətini istəyəcək. Anaya yalnız körpənin belə səylərini dəstəkləmək və onları möhkəmləndirmək lazım olacaq. Körpənin hər “işarətinə” qarşı həssas olmaq və diqqət göstərmək lazımdır. Əgər görürsünüz ki, o, gözlərini sürtür, başını yana döndərir, barmağını sorur, onda bu nişanları tanıyaraq, diqqətdən qoymayın. Körpənizi ana laylasına və ya uşaq üçün xüsusi sakitləşdirici müsiqilərə öyrədin.

Bir illik uşaq haqqında danışırıqsa, bəzən belə olur ki, körpə bir gün içərsində, əvvəlki rejimdə yaşamasına imtina edir. O, iki dəfə yatmaq istəmir, tez-tez yemək istəmir. Bu yaşda uşaqlar bəzən axşam yuxusuna səy göstərmirlər. Bütün bunlar ananı əsəbiləşdirir, onun planlarını pozur. Bu onu deyir ki, körpə böyüyür və o, köhnə rejimi qəbul etmir. Bu da valideynlərə olan bir işarədir. Uşağın doyunca yatması, gümrah və sağlam olması üçün, fərdi və ümumi qəbul edilən korpənin günlük rejimi təyin etmək lazımdır.

Gündə bir dəfə yuxu rejimi – bağça rejiminə uyğundur və bu yolla siz uşağı tez bir zamanda bağça rejiminə uyğunlaşdıra bilərsiz. Amma nəzərə alın ki, onda siz uşağı axşam tez yatırmalısız və gündüz yuxusu ən azı 2 saat olmalıdır.

1 yaşadək uşağın təxmini gün rejimi

Uşağın günlük cədvəli, ilk növbədə, onun yaşından asılıdır. Yeni doğulandan – 3 aya qədər olan körpə gün ərzində 7 dəfə, 3-6 aylıq körpə 6 dəfə, 6-9 aylıq körpə gün ərzində 5-6 dəfə qidalanır. Artıq 10 aylıq uşaq bəzən gün ərzində 5 və ya 4 dəfə qidalana bilir. Yuxuya qaldıqda, yenidoğulan körpə gün ərzində 4 dəfə, 3-6 aylıq 3 – 4 dəfə, 6- 9 aylıq körpə 3 dəfə, 9 – 1.5 aylıq körpə gün ərzində 2 dəfə yatır. Göründüyü kimi uşağın yaşına görə həyat tərzi fərqlənir. Lakin, mövcud tələblərə əsaslanaraq, günü nizamlı şəkildə planlaşdırmaq lazımdır.

0-12 aylıq uşağın, günlük rejim cədvəllərinin nümunələri:

0-3 aylıq uşağın günlük rejim cədvəlinin nümunəsi

3-6 aylıq uşağın günlük rejim cədvəlinin nümunəsi

6-9 aylıq uşağın günlük rejim cədvəlinin nümunəsi

9-12 aylıq uşağın günlük rejim cədvəlinin nümunəsi

Biz sizə 0-12 aylıq uşaq üçün təxmini günlük rejim cədvəllərini təqdim etdik.

Lakin bu rejim cədvəllərini yoxlamadan evvəl, körpənizin öz rahat rejiminə və həkim pediatrın məsləhətinə fikir verməyiniz məsləhətdir.

Körpə üçün yaxşı yuxu rejimini necə qurmalı

İş körpənizin yuxu rejimini nizama salmağa gələndə, gözləntilərinizlə bağlı realist olmağınız vacibdir. O, hələ çox körpə olduğu üçün instinktlərinin ona dediyi vaxt yatır, oyanır və yeyir. Amma bir neçə həftədən sonra onu gecə və gündüz kimi sadə anlayışlarla tanış etmək mümkündür və bu, daha sonra yuxu rejimini formalaşdıranda kömək edə bilər.

Körpənizi gecə boyunca necə yatızdıra bilərsiniz

Hər körpənin yuxu rejimi fərqlidir, amma yeni doğulan körpəniz hansı qaydanı izləsə də, yaxşı yuxu vərdişlərini inkişaf etdirmək üçün bəzi tövsiyələrimiz var.

İşarələri öyrənmək

Həddən artıq yorğunluq körpənizin yuxuya getməsini çətinləşdirə bilər, buna görə də onun nə vaxt yatmağa hazır olduğunu bilmək vacibdir. Onun yorulduğunu tədricən instinktiv olaraq biləcəksiniz, amma o vaxta qədər ağlama, gözlərini ovuşdurma, qulaqlarını dartma və gözlərinin altında zəif tünd halqaların olması kimi əlamətlərə diqqət yetirmək vacibdir.

Gecə yedizdirmə tövsiyəsi

Tələb etməsindən asılı olaraq, ilk üç ayda körpənizin gecə qidalanmasına ehtiyacı olacaq və çox güman ki, altı ayına qədər gecələr ən azı bir dəfə yemək istəyəcək. Bəzi körpələr ilk doğum günlərinə qədər gecə qidalanmasına ehtiyac duyurlar. Körpələr əmizdirilərkən yatmağı sevirlər və bu, ilk bir neçə ayda onunla bağlılıq yaratmağınız üçün əla fürsətdir.

Klaster qidalanma nədir?

“Klaster qidalanma” xüsusi qidalanma rejimini, körpənin günorta və ya axşamdan gecə yatma saatına qədər bir neçə saat ərzində tez-tez – demək olar ki, davamlı olaraq – qidalanmasını təsvir edən termindir.

Körpələr əmizdirilərkən yatmağı sevirlər və bu, ilk bir neçə ayda onunla bağlılıq yaratmağınız üçün əla fürsətdir.

“Yuxu yeməyi” nədir?

Yuxu yeməyi körpənizin daha uzun müddətli yatmasına kömək edə və sizin üçün daha asan yuxu rejimini təqdim edə bilər. Körpəniz yatandan üç və ya dörd saat sonra sakitcə yedizdirmək üçün onu yarıyuxulu oyadın. Buradakı məqsəd ondan ibarətdir ki, körpənizin qarnını o tam oyaq və ayıq olmadan doldurursunuz; yedikdən sonra daha rahat yuxuya getməlidir.

Körpələr üçün südlü qatışıq onların daha uzun müddətli yatmasına kömək edir?

Körpələr üçün südlü qatışığın körpələrin daha uzun müddətli yatmalarına səbəb olduğunu təsdiqləyən heç bir sübut yoxdur və istənilən potensial üstünlükdə ana südü ilə qidalanmanın faydalarının çəkisi daha ağırdır. Praktiki olaraq da şüşə qabda yemək hazırlamaq üçün yatağınızdan qalxmağınız sizi daha çox oyandıracaq, nəinki çarpayıda döş ilə yedizdirmək.

Gecə ilə gündüz arasındakı fərqi gücləndirmək

Xoşunuza gəlsə də, gəlməsə də, ilk bir neçə ayda körpənizin qrafikindən asılı olacaqsınız. Amma ilk həftələrdən başlayaraq yavaş-yavaş ona gecə ilə gündüzün fərqini öyrətməyə başlaya bilərsiniz. Gündüzlər pərdələri açıq saxlayın, gəzintiyə çıxın, körpənizi oyaq və aktiv olmağa həvəsləndirin, onunla mümkün qədər çox oynayın.

Gecə düşəndə isə evinizi daha sakit və səssiz, az işıqlı və az aktiv vəziyyətə gətirin. “Black Out” jalüzləri hətta yayda belə evinizdə işığa nəzərət etməyinizə kömək edər.

Fərq dərhal hiss olunmasa da, bu, körpənizə gecənin yatmaq üçün ən düzgün vaxt olduğunu öyrənməsinə kömək edəcək.

Körpəni həmişə çarpayıya ayaqları çarpayının aşağısında olacaq şəkildə arxası üstdə qoymaq lazımdır.

Bələmək nədir?

Bələmək körpənizi nazik bir ədyal ilə etibarlı şəkildə sarımaqdır, bununla o özünü sanki baramanın içində və təhlükəsiz hiss edəcək. Bəzi körpələr bələnməyi xoşlayırlar və bu onları rahatlaşdırır. Amma digər aktiv olan körpələr bunu xoşlamırlar. Körpənizi bələmək istəsəniz, onun bud və ayaqlarının hərəkətliliyini çox məhdudlaşdırmadığınıza diqqət edin, çünki bu, bud-çanaq oynağı problemlərinə səbəb ola bilər. Həmçinin körpənizə çox isti olmadığından da əmin olun.

Əmzik necə fikirdir?

Əgər körpəniz sormağı xoşlayırsa və ac deyilsə, əmzik onu sakitləşdirə bilər. Amma diqqət edin ki, əmzik tez-tez körpənizin ağzından düşə bilər və qaranlıqda əmzik axtarışına çıxmaqla yenə də sizi əvvəlki kimi yuxudan oyandıra bilər.

Gəzmə vaxtı

Körpənizi yatızdırmaq üçün onu maşında gəzdirmək və ya məhəllənin ətrafında gəzməyə cəhd edə bilərsiniz. Bu, çox vaxt işə yaraya bilər, amma xəbərdarlıq edək ki, müntəzəm etdiyiniz halda körpəniz bunu gözləməyə başlayacaq və tərgidilməsi çətin olan vərdişə çevriləcək.

Yuxu rejimini təqdim etmək

Təxminən səkkizinci həftədə rahat, sakitləşdirici yuxu rejimi formalaşdırmağa başlaya bilərsiniz. Hər gecə eyni vaxtda çimmək, sakitcə qucaqlaşmaq, nağıl danışmaq və ya layla demək körpənizin yatmaq vaxtının gəldiyini başa düşməsinə kömək edə bilər.

Körpəniz böyüdükcə uzun günlərin öhdəsindən gəlməkdə ona və sizə kömək etmək üçün qaydaya salınmış gündüz yuxu rejimini tətbiq etməyə başlaya bilərsiniz. Gündüzlər yatmasının körpənizin gecə yuxusuna təsir edəcəyini düşünə bilərsiniz, amma çox vaxt bunun əksinə olaraq, daha yaxşı yatmasına kömək edir. Hər gün müəyyən şeyləri eyni qayda ilə etmək körpənizə öz dünyasından baş çıxarmağa və özünü təhlükəsiz hiss etməyə kömək edəcək.

NÖVBƏTİ ADDIMLAR

  • İlk günlərdə çox güman ki, kifayət qədər yata bilməyəcəyinizi qəbul edin. Mümkün olduqda dincəlin, körpəniz yatanda yatın və hələlik ev işlərini unudun.
  • Körpənizin təhlükəsiz, rahat yuxu şəraitinə malik olduğuna əmin olun
  • Hər gün evdən çıxmağa çalışın. Təmiz hava həm sizə, həm də körpənizə yaxşı təsir edə və bu fəaliyyət onun yatmasına kömək göstərə bilər.
  • Özünüzü əldən düşmüş hiss edirsinizsə, sizə praktiki tövsiyələr verməsi və sizi sakitləşdirməsi üçün tibb mütəxəssisi ilə söhbətləşin.
  • Həmçinin körpənizin xüsusən gecələr narahat olduğunu hiss edirsinizsə, həkiminizlə danışın. O, körpənizin kolik kimi hansısa narahatlıqdan əziyyət çəkib-çəkmədiyini yoxlayacaq.
  • Birlikdə, yoxsa beşikdə yatmaq? Sizin üçün ən yaxşısının hansı olduğuna özünüz qərar verin.

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Comments are closed, but trackbacks and pingbacks are open.