Press "Enter" to skip to content

İlk həftələrdə körpənin əmizdirilməsi qaydaları

• tonusu artırmaq və xroniki yorğunluğun qarşısının almaq;

LAKTASİYA: KÖRPƏNİN DOYMAĞINI NECƏ BİLMƏK OLAR?

Bir çox gənc analarda, körpəyə südün kifayət qədər olub- olmaması problemi narahatçılığı əbəs deyil. Çünki, körpə həyatının ilk aylarında böyümə və inkişaf üçün zəruri qida maddələrinin yeganə mənbəsi – ana südüdür. Hətta, müasir südlü körpə qidaları öz tərkiblərilə ana südü ilə “rəqabət” apara bilmirlər. Buna görə də, ana hər şey etməlidir ki, körpə, ana südünü zəruri miqdarda ala bilsin. Körpənin doymasını necə bilmək olar, və əgər süd kifayət deyilsə, onda hansı tədbirləri görmək lazımdır?

Doymamağın əsas əlamətləri

Əsas göstəricilərindən biri – uşağın çəkisidir. Ilk altı ay ərzində yeni doğulmuş körpə, ayda 500- 700 qr (orta hesabla, həftədə – 125qr) çəkisini artırmalıdı. İkinci mühüm meyar – sidik ifrazının sayı və həcmidir. Bir yaşa qədər, körpənin gündə ən azı 15 dəfə sidiyə getməsi normal hesab olunur. Əgər sidik ifrazının sayı azalırsa, onda doymamaqdan söhbət gedə bilər.

Uşağın ümumi vəziyyəti də, onun doymağının sübutu ola bilər. Yaxşı əhval-ruhiyyə və sağlam yuxu – qidalanmanın doğru olması əlamətləridir. Lakin , uşaq narahatdırsa, tez-tez oyanırsa və çox ağlayırsa, ola bilsin ki, onun aclığı var. Bundan əlavə, həm tez-tez uzunmüddətli əmizdirəndə, həm də, uşaq əmzikdən imtina etdikdə, ana şübhələnməlidir.

Doymamağın bir çox səbəbləri var. Onlardan biri – hipoqalaktiya, və ya ana südü çatışmazlığı, hansı ki, ilk növbədə, qeyri-düzgün əmizdirmə texnikası (əmizdirməyə gec başlamaq və ya əmziyi düz verməmək, nadir və ya qısamüddətli əmizdirmə, erkən əlavə qidalanmaya başlama, süni əmzikdən istifadə) səbəbindən baş verir. İkinci səbəb, psixoloji vəziyyətlə (stress, yorğunluq, narahatlıq, əmizdirmək istəməmək) bağlıdır. Ümumdünya Sağlamlıq Təşkilatının məlumatlarına görə, sağlamlıqla bağlı bu və ya digər səbəblərə görə, qadınların yalnız 1% əmizdirə bilməz.

Qadın dünyaya uşaq gətirmək və əmizdirmək üçün yaranmışdır, buna görə də, çox zaman hipoqalaktiyanı kənarlaşdırmaq olar. Sadəcə, səbirli olmaq lazımdır.

Laktasiyanı necə normallaşdırmaq olar?

İlk növbədə, həyat tərzinə diqqət yetirin. Belə ki, yenicə ana olmuş qadına, mümkün qədər, çoxlu istirahət etmək, stressli hallardan qaçmaq və açıq havada gəzişmək lazımdır. Əgər yaxınlıqda park və ya yaşıl sahə varsa, çalışın ki, orada, şəhər və avtomobil yollarınından kənar yerdə, gəzişin.

Müvafiq həyat tərzinin mühüm hissəsi – pəhrizdir. Körpənin tam qida alması üçün balanslaşdırılmış pəhriz və bol maye (gündə 2 litr) qəbul etmək lazımdır.

Süd çatışmazlığında, çox zaman, laktostimuledici maddələrdən, məsələn, arı südündən, istifadə olunur. Bu təbii məhsul tərkibində insan orqanizmi üçün əvəzolunmaz amin turşuları, vitaminlər (A, B1, B2, B3, B5, B6, B8, B12, C, D, E, K, fol turşusu), makro-və mikroelementlər (K, Na, Ca , Mg, Fe, P, Zn, Mn, Cu, Co, S, Ni, Cr , Si, Bi) və həzmi yaxşılaşdıran fermentlər vardır. Arı südü, maddələr mübadiləsi, həzm prosesi, qanəmələgətirmə prosesi, ürək fəaliyyəti və ən əhəmiyyətli, süd vəzində, süd istehsalını yaxşılaşdırır. Arı südünü dərman formasında Apilak Grindeks preparatı şəklində əczaxanalarda tapmaq olar http://www.apilac.ru. Bu dərman preparatı ilə müalicə kursu, əmizdirən ana orqanizmini , tələb olunan minerallar maddələr, mikroelementlər və vitaminlər ilə təmin edir və bu səbəblərdən təyin olinur:

• doğuşdan sonrakı dövrdə laktasiyanı yaxşılaşdırmaq üçün;

• doğuşdan sonra ana orqanizmini bərpa etmək;

• ana və körpənin immunitetini artırmaq üçün;

• hamiləlik zamanı yaşam gücü balansını saxlamaq üçün;

• tonusu artırmaq və xroniki yorğunluğun qarşısının almaq;

• nevrotik pozuntular və doğuşdan sonrakı depresiya üçün;

• maddələr mübadiləsinin təkmilləşdirilməsi və fiziki formanı bərpa etmək üçün.

Əmizdirmə- düzgün texnika tələb edir

Çox zaman, laktasiya ilə bağlı problemlər və bunun nəticəsi kimi, körpənin doymaması, qeyri- düzgün əmizdirmə texnikası səbəbindəndir. Çünki, əmizdirmə, təkcə təbiətlə əsaslanan təbii proses deyil. Əmizdirməni öyrənmək lazımdır. əmizdirməni başqa, daha təcrübəli əmizdirən qadınlardan öyrənmək, ideal olardı. Lakin, yanınızda başqa örnək yoxdursa, onda, bir neçə, sadə gigiyena və texniki qaydalar laktasiyanı tənzimləməyə kömək edərlər.

Əmizdirməkdən əvvəl əlləri yaxşıca yumaq . Südün ilk 2-3 damcısını sağmaq yaxşı olar. Əmizdirmə zamanı, sizin bədən duruşu o qədər rahat olmalıdır ki, siz uzun müddət gərginlik hiss etməyəsiniz. Məsələn, oturarkən, dayaq bir ayaq üzərinə düşməli və ya yanakı uzanaraq əmizdirmək lazımdır. Hər əmizdirmə zamanı, körpəyə yalnız bir döş verilməlidir. Körpənin ağzına, döş areolasının böyük hissəsi daxil olmalıdır, çünki, körpə əmzik yox, döş əmir. Körpəni doymayanadək döşdən ayırmayın. Körpə doyduqdan sonra, özü döşü buraxır. Əmizdirdikdən sonra, mütəxəssislər, döşü 10-15 dəqiqə təmiz hava ilə təmas üçün açıq saxlamağı məsləhət görürlər. Əmzik üzərində qalan süd yağla zəngindir və dərini çatlardan qoruya bilər. Bu səbəbdən, döşləri gündə iki dəfədən artıq olmayaraq, sabunsuz yumaq lazımdır.

Təmkinlik, yalnız təmkinlik!

Digər, çox mühüm bir məqam, qadın əhval-ruhiyyəsidir. Laktasiya – ana və uşağın həyatında, incə psixoloji əlaqələrin yaranması və hətta gələcək əlaqələrin təməlqoyması üçün mühüm dövrdür. Əmizdirmədən əvvəl, müsbət və təmkinli vəziyyət – Sizin ideal başlanğıc mövqenizdir. Qeyri-müəyyənlik və qorxu hisslərini unudun – Sizdə hər şey alınacaq. Özünüzə inanın və iftixar hissi ilə deyin: “Mən – əmizdirən anayam!”.

Istifadə etməzdən əvvəl, dərmanın göstərişləri ilə tanış olun.
Əks göstərişlər barədə mütəxəssislə məsləhətləşin.

İlk həftələrdə körpənin əmizdirilməsi qaydaları

İlk həftələr analar və körpələr üçün çox problemli olur. Bu problemlərin həll etməsində sizə mütəxəssislərin məsləhətləri kömək edəcək.

Birinci həftə

Körpəni neçə dəfə əmizdirmək lazımdır?
Körpənin tez-tez əmizdirilməsi yaxşı süd artımını dəstəkləyir və döş vəzilərinin şişməsini azaldır. Körpəni gündə (24 saatda) ən azı 10-12 dəfə əmizdirməyi nəzərdə tutun.

İlk aclıq əlamətlərini (narahat olma, döşü axtarma, əlləri ağıza salma) gördükdə körpəni əmizdirin – körpənin ağlamasını gözləməyin. Körpə fəal əmdikcə onu vaxt məhdudiyyəti olmadan döşdə saxlayın, daha sonra ikinci döşü təklif edin. Bəzi yeni doğulmuş körpələr əvvəlcə həddindən artıq yatağan olurlar – 2 saat (gündüz) və ya 4 saat (gecə) əmizdirmədən keçibsə körpəni oyandırın.

Körpə kifayət qədər süd alırmı?
Çəki artımı: Normal yeni doğulmuş körpələr ilk bir neçə gündə doğulduqları çəkinin 7%-ə qədərini itirə bilər. Ana südü gəldikdən sonra əmizdirilən körpənin çəkisi orta hesabla 170 q/həftə artır. İlk həftənin sonunda və ya ikinci həftənin başlanğıcında körpəni çəkisini yoxlamağa aparın. Körpə çəkisini gözlənildiyi kimi artırmırsa uşaq həkimi və ya əmizdirmə üzrə məsləhətçinizlə məsləhətləşin.

Çirkli bezlər: İlk günlərdə körpə səciyyəvi olaraq həyatının hər günü üçün bir çirkli (nəcisli) bez çıxaracaq (birinci gün 1, ikinci gün 2 …). 4-cü gündən sonra nəcis sarı rəngdə olmalıdır və körpə gündə 2.5 sm və ya daha böyük ölçüdə 3-4 dəfə nəcisə getməlidir. Bəzi körpələr hər əmizdirmə zamanı və ya daha tez-tez nəcisə gedir – bu da həmçinin normal haldır. Döşlə əmizdirilən körpənin normal nəcisi yumşaqdır (yumşaq formadan maye formasına qədər) və dənəvər və ya çürümüş vəziyyətdə ola bilər.

Yaş bezlər: İlk günlərdə körpə səciyyəvi olaraq həyatının hər günü üçün bir çirkli yaş çıxaracaq (birinci gün 1, ikinci gün 2 …). Ana südü gəldikdən sonra hər 24 saatda 5-6+ yaş bezin çıxmasını gözləyin. Kifayət qədər yaş bezin nəyə bənzədiyini bilmək üçün 3 çay qaşığı (15 ml) suyu təmiz bezə tökün. Birdəfəlik bezin içinə qoyulan nazik parça bezin yaş olmasını müəyyən etmənizə kömək edəcək.

Döşdə dəyişikliklər
Sizin südünüz 2 və 5-ci günlər arasında gələcək (miqdarın artması və ağuz südündən yetkin südə çevrilməsi prosesi baş verəcəkdir). Süd vəzilərinin şişməsinin qarşısını almaq üçün: körpəni tez-tez əmizdirin, əmizdirmə vaxtlarını qaçırmayın (hətta gecə), körpənin döşü yaxşı tutmasını / əmizdirmə mövqeyinin düzgün olmasını təmin edin, və digər döşü təklif etməzdən əvvəl körpənin birinci döşü tam əmməsinə imkan verin. Süd vəzilərinin şişməsindən yaranan narahatlığı azaltmaq üçün əmizdirmələr arasında soyuq kompres və / və ya kələm yarpağı kompresindən istifadə edin. Süd vəzilərinin şişməsinə görə körpə döşü tutmaqda çətinlik çəkirsə, areolanın təzyiqlə yumşaldılması və ya döşün ucu yumşalana qədər südün sağılmasını həyata keçirin, daha sonra körpənin döşü yenidən tutmasına çalışın.

Aşağıdakı hallarda həkiminiz, mama və/və ya əmizdirmə üzrə məsləhətçi ilə əlaqə saxlayın:
– Körpə heç bir yaş və ya çirkli bez çıxarmır
– 3 gündən sonra körpənin sidiyi tünd rəngdədir (normalda sidiyin rəngi solğun sarıdan şəffaf rəngə qədər olmalıdır)
– 4 gündən sonra körpənin nəcisi tünd rəngdədir (normalda nəcisin rəngi xardal sarısı rəngində olmalı, heç bir mekoniy olmamalıdır)
– Körpə daha az yaş / çirkli bez çıxarır və ya burada göstərilən hədəfdən daha az tezlikdə döş əmir
– Anada mastit xəstəliyinin simptomları var (qızdırma ilə həssas döşlər, titrəmə, qripə bənzər xəstələnmə)

İkinci həftədən altıncı həftəyə qədər

Körpəni neçə dəfə əmizdirmək lazımdır?
Erkən həftələrdə körpənin tez-tez əmizdirilməsi yaxşı süd artımını əmələ gətirmək üçün vacibdir. Yeni doğulmuşların çoxunu gündə (24 saatda) 8 – 12+ dəfə əmizdirmək lazımdır.
İlk aclıq əlamətlərini (narahat olma, döşü axtarma, əlləri ağıza salma) gördükdə körpəni əmizdirin – körpənin ağlamasını gözləməyin. Körpə fəal əmdikcə onu vaxt məhdudiyyəti olmadan döşdə saxlayın, daha sonra ikinci döşü təklif edin. Bəzi yeni doğulmuş körpələr əvvəlcə həddindən artıq yatağan olurlar – 2 saat (gündüz) və ya 4 saat (gecə) əmizdirmədən keçibsə körpəni oyandırın. Körpə yaxşı çəki artımını nümayiş etdirirsə, körpəni artıq oyatmayın və yalnız körpənin çağırışı zamanı əmizdirin.

Aşağıdakılar normal hesab edilir:
– Tez-tez və/və ya uzun müddətli əmizdirilmə.
– Gündən günə dəyişən əmizdirmə qaydaları.
– Hər gün – adətən axşamlar bir neçə saat ərzində əmizdirmənin birləşdirilməsi (çox tez-tez əmizdirmədən davamlı əmizdirməyə). Bu, bir çox körpələrin erkən aylarda keçirdiyi “narahat vaxtla” üst-üstə düşə bilər.
– İnkişaf sıçrayışı zaman körpənin bir neçə gün ərzində həmişəkindən daha tez-tez əmizdirilməsi və çox narahat olması müşahidə olunur. Erkən həftələrdə inkişaf sıçrayışı xəstəxanadan çıxandan sonra evdə ilk bir neçə gün, 7-10-cu günlər, 2-3-cü və 4-6-cı həftələr.

Körpə kifayət qədər süd alırmı?
Çəki artımı:
Əmizdirilən körpənin çəkisi orta hesabla 170 q/həftə artır. Körpə çəkisini gözlənildiyi kimi artırmırsa uşaq həkimi və ya əmizdirmə üzrə məsləhətçinizlə məsləhətləşin.

Çirkli bezlər: Körpə gündə 2.5 sm və ya daha böyük ölçüdə 3-4 dəfə nəcisə getməlidir. Bəzi körpələr hər əmizdirmə zamanı və ya daha tez-tez nəcisə gedir – bu da həmçinin normal haldır. Döşlə əmizdirilən körpənin normal nəcisi sarıdır və yumşaqdır (yumşaq formadan maye formasına qədər) və dənəvər və ya çürümüş vəziyyətdə ola bilər. 4 – 6 həftədən sonra bəzi körpələr nəcisə getmə tezliyini azaldır, bu 7-10 gündə 1 dəfə nəcisə getmə kimi tez-tez olmaya bilər. Uşaq çəkisini yaxşı artırırsa bu normaldır.

Yaş bezlər: Hər 24 saatda 5-6+ yaş bezin çıxmasını gözləyin. Kifayət qədər yaş bezin nəyə bənzədiyini bilmək üçün 3 xörək qaşığı (45 ml) suyu təmiz bezə tökün. Birdəfəlik bezin içinə qoyulan nazik parça bezin yaş olmasını müəyyən etmənizə kömək edəcək. 6 həftədən sonra yaş bezlərin sayı sutkada 4-5 qədər olmaqla azala bilər, lakin körpənin sidik kisəsinin həcmi artdığından sidiyin miqdarı 4-6+ xörək qaşığına (60-90+ mL) qədər arta bilər.

Südün miqdarı?
Bəzi analar südün miqdarı ilə bağlı narahat olur. Körpə yalnız ana südü ilə qidalanmaqla çəkisini yaxşı artırırsa, o zaman südün miqdarı kifayət qədərdir. Çəki yoxlamaları arasında yaş və çirkli bezlərin sayının kifayət qədər olması körpənin kifayət qədər süd aldığını göstərəcəkdir.

Müəllif: Kelly Bonyata, BS, IBCLC

Saglamolun.Az

Körpənin nəcisi necə olmalıdır?

Əziz xanımlar, uşaq doğulduqdan sonra onun həyat fəaliyyəti valideyn üçün hədsiz maraqlı olur. Bəzən valideynlər uşaqların yeni mühitə alışa bilməməyini təhlükə kimi qəbul edir. Baş çıxara bilməyəndə təşvişə düşür. “Görəsən normalda necə olmalıdır?” deyə düşünür, suallara cavab tapmağa çalışırlar. Budur, hər valideyni narahat edən problemlərdən birini də sizə təqdim edirəm.
Yeni doğulmuş körpənin nəcisi

Doğumdan sonrakı ilk bir neçə gün içində körpənin nəcisi yaşılaçalan qara rəngdə və yumşaq yapışqan şəkili olur. Sonra qəhvəyi və sarıya dönür. Əgər ikinci günün sonuna qədər uşaq nəcis çıxarmasa həkimə xəbər verilməlidir.

Ana südüylə qidalanan körpələr ümumiyyətlə, ilk günlərdə və həftələrdə çox tez-tez altlarını isladırlar. Bəziləri hər əmmədən son­ra nəcis çıxarır. Nəcis çox vaxt açıq sarı rəngdə və ya tünd olur. Nadir olaraq qatı olur. Bir çox ana südüylə qidalanan körpə birinci, ikinci ya da üçüncü ayların sonunda çox nəcisə çıxmaqdan imtina edərək, hərdənbir nəcis çıxarmağa başlayır. Bə­ziləri gündə bir dəfə, bəziləri iki gündə bir, bəziləri də üç gün­də bir dəfə nəcis çıxarır. Bu ananı qorxuda bilər. Amma körpə narahat olma­dıqca, qorxulu heç bir şey yoxdur.
Əlavə yemək yeyən uşağın nəcisi

İnək südüylə qidalanan bir körpə əvvəlcə ümumiyyətlə, gündə bir-dörd dəfə altını batırır. Böyüdükcə bu ədəd bir, ya da ikiyə düşür. Əgər nəcisin rəngi və konsistensiyası yaxşı, körpə də sağlamdırsa, neçə dəfə nəcisə çıxması əhəmiyyətli deyil.

İnək südü içən körpələrin nəcisi əksəriyyət, küllü və sol­ğun sarı rəngdədir. Bəzi körpələr də qarışdırılmış yumurta kimi nəcis çıxarır. Arada selik və sulu maddələr də görülür. Uşaq qaydalı bir şəkildə çəki artırır və sağlam görünürsə, bu­nun da heç bir əhəmiyyəti yoxdur.

İnək südü içən çox az körpə ilk aylarda sulu nəcis çıxarır. Əlavə qidanın içindəki şəkər miqdarı artdıqca bu daha da çoxalır. Belə bir vəziyyətdə həkim nəzarəti şərtdir. Çünki körpəyə ba­ğırsaqları narahat etmədən əlavə qidalar vermək getdikcə çətinləşəcək. Əgər körpənin nəcisi sulu olduğu halda, başqa bir şikayəti­niz yoxdursa və həkim vəziyyətin normal olduğunu söyləyirsə narahat olmağa dəyməz.

Bir körpənin nəcisi digər körpələrin nəcisindən bir az fərqlidirsə, körpə sağlamdlrsa bunun bir zərəri yox­dur. Amma əgər nəcis birdən birə dəyişsə, bunun bir səbəbi ola­ bilər. Həkimə müraciət etmək lazımlıdır. Qatı nəcis çıxaran bir körpə birdən sulu, bəlğəmli nəcis çıxarmağa başlarsa, bu bir həzmsiz­lik əlaməti ola bilər. Hətta, bir bağırsaq iltihabı ola biləcəyini düşünə bilərik. Əgər nəcis yaşılaçalan, tez-tez və çox suludursa bağırsaqlara mütləq mikrob düşmüşdür. Bu əhəmiyyətli ya da əhəmiyyətsiz bir mikrob ola bilər. Nəcis birdən-birə qatılaşarsa bu bir angina, soyuqdəymənin ya da başqa bir xəstəliyin xəbərçisi ola bilər. Əgər eyni zamanda iştah da itmişdirsə, uşağınızın temperaturunu ölçün. Ümumiyyətlə, nəcisin quruluşundakı dəyişikliklər rəng və sayındakı dəyişikliklərdən daha əhəmiyyətlidir.

Körpə ishal olduğu zaman nəcisdə bəlğəm olması nor­maldır. Bu bağırsaqların nasaz olduğunun bir əlamətidir. Amma həzmsizlik əlaməti də ola bilər. Soyuqdəyməli bir körpənin bur­nundan, sinəsindən ya da sağlam bir yeni doğulmuş körpədən də gələ bilər. Bəzi körpələr ilk günlərdə çox miqdarda bəlğəm çıxa­rırlar.

Körpənin əlavə qidasına yeni bir tərəvəz əlavə olunduğu zaman bu­nun bir qismi olduğu kimi, yəni həzm olunmadan nəcislə çıxa bilər. Əgər nəcisdə eyni zamanda bəlğəm və yumşalma görülsə çalışın həmin qidanı gələn dəfə daha az miqdarda verəsiniz. Əgər bunlar görülməzsə, eyni miqdarı verməkdə davam edin və ya bağırsaqları alışdıra-alışdıra artırın. Nəcis uşağın yediyi əlavə qidanın rəngini də ala bilər.

Nəcisin xaricindəki qan damarcıqları qatılığın səbəb olduğu sivrilmələrdən meydana gəlir. Bu qanama əhəmiyyətli deyil. Lakin qəbizliyi önləyici bir tədbir ala bilmək üçün həkimə müraciət edilməlidir. Bu psixoloji baxımdan da lazımlıdır. Nəcisdə görülə biləcək digər qanamalar bağırsaqların sivrilməsindən, sürtünməsindən qaynaqlana bilər. Bu halda dərhal çağırılmalı və körpə xəstəxanaya çatdırılmalıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.