Press "Enter" to skip to content

Körpəni necə yormaq olar

Sancı problemi bir çox uşaqda, xüsusilə də 0-6 ay aralığındakı uşaqlarda çox rast gəlinən problemlərdən biridir. Bir çox ana bəzən körpəsinin narahatçılığının səbəbinin sancı olduğunu bilmir və bunun üçün də çətin anlar yaşayırlar. Uşaqlarda sancı problemi bir çox səbəbdən ola bilər. Əgər ana südü yeyən uşaqdırsa, ananın yediyi qidalar nəticəsində, hazır uşaq yeməyi və ya inək südü ilə qidalanan uşaqdırsa, bu yeməklərin və inək südünün tərkibindəki allergik maddələr nəticəsində ola bilər. Bundan əlavə uşaq yediyi zaman ağzına hava getməsi sayəsində də onda sancı problemi yarana bilər. Biz bu yazımızda sancı problemini azaltmaq üçün nələri edə biləcəyinizi sizin üçün araşdırıb yazmışıq.

Körpənin nəcisi necə olmalıdır?

Əziz xanımlar, uşaq doğulduqdan sonra onun həyat fəaliyyəti valideyn üçün hədsiz maraqlı olur. Bəzən valideynlər uşaqların yeni mühitə alışa bilməməyini təhlükə kimi qəbul edir. Baş çıxara bilməyəndə təşvişə düşür. “Görəsən normalda necə olmalıdır?” deyə düşünür, suallara cavab tapmağa çalışırlar. Budur, hər valideyni narahat edən problemlərdən birini də sizə təqdim edirəm.
Yeni doğulmuş körpənin nəcisi

Doğumdan sonrakı ilk bir neçə gün içində körpənin nəcisi yaşılaçalan qara rəngdə və yumşaq yapışqan şəkili olur. Sonra qəhvəyi və sarıya dönür. Əgər ikinci günün sonuna qədər uşaq nəcis çıxarmasa həkimə xəbər verilməlidir.

Ana südüylə qidalanan körpələr ümumiyyətlə, ilk günlərdə və həftələrdə çox tez-tez altlarını isladırlar. Bəziləri hər əmmədən son­ra nəcis çıxarır. Nəcis çox vaxt açıq sarı rəngdə və ya tünd olur. Nadir olaraq qatı olur. Bir çox ana südüylə qidalanan körpə birinci, ikinci ya da üçüncü ayların sonunda çox nəcisə çıxmaqdan imtina edərək, hərdənbir nəcis çıxarmağa başlayır. Bə­ziləri gündə bir dəfə, bəziləri iki gündə bir, bəziləri də üç gün­də bir dəfə nəcis çıxarır. Bu ananı qorxuda bilər. Amma körpə narahat olma­dıqca, qorxulu heç bir şey yoxdur.
Əlavə yemək yeyən uşağın nəcisi

İnək südüylə qidalanan bir körpə əvvəlcə ümumiyyətlə, gündə bir-dörd dəfə altını batırır. Böyüdükcə bu ədəd bir, ya da ikiyə düşür. Əgər nəcisin rəngi və konsistensiyası yaxşı, körpə də sağlamdırsa, neçə dəfə nəcisə çıxması əhəmiyyətli deyil.

İnək südü içən körpələrin nəcisi əksəriyyət, küllü və sol­ğun sarı rəngdədir. Bəzi körpələr də qarışdırılmış yumurta kimi nəcis çıxarır. Arada selik və sulu maddələr də görülür. Uşaq qaydalı bir şəkildə çəki artırır və sağlam görünürsə, bu­nun da heç bir əhəmiyyəti yoxdur.

İnək südü içən çox az körpə ilk aylarda sulu nəcis çıxarır. Əlavə qidanın içindəki şəkər miqdarı artdıqca bu daha da çoxalır. Belə bir vəziyyətdə həkim nəzarəti şərtdir. Çünki körpəyə ba­ğırsaqları narahat etmədən əlavə qidalar vermək getdikcə çətinləşəcək. Əgər körpənin nəcisi sulu olduğu halda, başqa bir şikayəti­niz yoxdursa və həkim vəziyyətin normal olduğunu söyləyirsə narahat olmağa dəyməz.

Bir körpənin nəcisi digər körpələrin nəcisindən bir az fərqlidirsə, körpə sağlamdlrsa bunun bir zərəri yox­dur. Amma əgər nəcis birdən birə dəyişsə, bunun bir səbəbi ola­ bilər. Həkimə müraciət etmək lazımlıdır. Qatı nəcis çıxaran bir körpə birdən sulu, bəlğəmli nəcis çıxarmağa başlarsa, bu bir həzmsiz­lik əlaməti ola bilər. Hətta, bir bağırsaq iltihabı ola biləcəyini düşünə bilərik. Əgər nəcis yaşılaçalan, tez-tez və çox suludursa bağırsaqlara mütləq mikrob düşmüşdür. Bu əhəmiyyətli ya da əhəmiyyətsiz bir mikrob ola bilər. Nəcis birdən-birə qatılaşarsa bu bir angina, soyuqdəymənin ya da başqa bir xəstəliyin xəbərçisi ola bilər. Əgər eyni zamanda iştah da itmişdirsə, uşağınızın temperaturunu ölçün. Ümumiyyətlə, nəcisin quruluşundakı dəyişikliklər rəng və sayındakı dəyişikliklərdən daha əhəmiyyətlidir.

Körpə ishal olduğu zaman nəcisdə bəlğəm olması nor­maldır. Bu bağırsaqların nasaz olduğunun bir əlamətidir. Amma həzmsizlik əlaməti də ola bilər. Soyuqdəyməli bir körpənin bur­nundan, sinəsindən ya da sağlam bir yeni doğulmuş körpədən də gələ bilər. Bəzi körpələr ilk günlərdə çox miqdarda bəlğəm çıxa­rırlar.

Körpənin əlavə qidasına yeni bir tərəvəz əlavə olunduğu zaman bu­nun bir qismi olduğu kimi, yəni həzm olunmadan nəcislə çıxa bilər. Əgər nəcisdə eyni zamanda bəlğəm və yumşalma görülsə çalışın həmin qidanı gələn dəfə daha az miqdarda verəsiniz. Əgər bunlar görülməzsə, eyni miqdarı verməkdə davam edin və ya bağırsaqları alışdıra-alışdıra artırın. Nəcis uşağın yediyi əlavə qidanın rəngini də ala bilər.

Nəcisin xaricindəki qan damarcıqları qatılığın səbəb olduğu sivrilmələrdən meydana gəlir. Bu qanama əhəmiyyətli deyil. Lakin qəbizliyi önləyici bir tədbir ala bilmək üçün həkimə müraciət edilməlidir. Bu psixoloji baxımdan da lazımlıdır. Nəcisdə görülə biləcək digər qanamalar bağırsaqların sivrilməsindən, sürtünməsindən qaynaqlana bilər. Bu halda dərhal çağırılmalı və körpə xəstəxanaya çatdırılmalıdır.

Körpəni necə yormaq olar

Sancı problemi bir çox uşaqda, xüsusilə də 0-6 ay aralığındakı uşaqlarda çox rast gəlinən problemlərdən biridir. Bir çox ana bəzən körpəsinin narahatçılığının səbəbinin sancı olduğunu bilmir və bunun üçün də çətin anlar yaşayırlar. Uşaqlarda sancı problemi bir çox səbəbdən ola bilər. Əgər ana südü yeyən uşaqdırsa, ananın yediyi qidalar nəticəsində, hazır uşaq yeməyi və ya inək südü ilə qidalanan uşaqdırsa, bu yeməklərin və inək südünün tərkibindəki allergik maddələr nəticəsində ola bilər. Bundan əlavə uşaq yediyi zaman ağzına hava getməsi sayəsində də onda sancı problemi yarana bilər. Biz bu yazımızda sancı problemini azaltmaq üçün nələri edə biləcəyinizi sizin üçün araşdırıb yazmışıq.

1. Qarın masajı

Körpənizi arxası üstə uzadın və zeytun yağı ya da Hindistan qozu yağı ilə qarnına və qasıq nahiyəsinə yüngül hərəkətlərlə masaj edin.

2. Probiyotikler

Probiotik dəstəyi uşaqlarda problemi üçün olduqca təsirli vasitədir. Uşağınıza probiotiklə zəngin olan bir qatıq verərək ya da həkimlə məsləhətləşib probiotik dəstəyi təmin edərək bu problemi xeyli azalda bilərsiniz.

3. Maye qəbulunu artırın

Sancı probleminin səbəbləri arasında az maye qəbulu dayanır. Buna görə də körpənizin mütəmadi olaraq maye qəbul etməsinə xüsusi diqqət yetirin.
İlıq su ilə yuyundurmaq
Sancısı olan körpəni ilıq su ilə yuyundurmaq bu problemin həll olunmasında köməkçi olacaqdır.

4. Yüngül hərəkətlər

Əgər uşağınız yeriyirsə, yeməkdən sonra gəzintiyə çıxara bilərsiniz. Hələ yerimirsə, kürəyi üstə uzadıb ayaqlarını yüngül hərəkətlərlə velosiped sürürmüş kimi elətdirin.

5. Razyana çayı

Razyana toxumu körpələrdəki sancını götürməkdə ən təsirli vasitədir. Həkim nəzarəti altında razyana çayı verməklə sancı problemini aradan qaldıra bilərsiniz. Əgər süd verirsinizsə, bu çaydan özünüzün içməyi də bu problemi aradan qaldırmaqda kömək olacaqdır.

Bu tövsiyələrə əməl etməklə körpənizin sancı problemindən azad olaraq daha rahat yatmağına və oynamasına şərait yarada bilərsiniz.

Körpəni yeni yeməyə necə öyrətmək olar?

Təzə yeməyi əvvəlcə əlavə yemək kimi vermək olar. Uşağa yeni yemək vermək istədikdə əvvəlcə onu təzə qidanın dadına alışdırmaq lazımdır.

Belə ki, 1 yaşı tamam olmamış körpə uşaq bəzən yeni qidanı çətinliklə qəbul edir. Bu zaman uşağa yeni qidanı məcburən vermək olmaz.

Bizim.Media körpəni yeni qidaya necə öyrətməyin üsulunu təqdim edir:

Bunun üçün körpəni yedirən zaman yeni vermək istədiyiniz qidanı yeməkarası başqa qaşıqla uşağın ağzına qoymaq lazımdır. Bu 1 yaşı bitməmiş uşağın rahatlıqla təzə yeməyə öyrədilməsinin ən düzgün yoludur.

Təzə yeməyi uşağa əmizdirmədən əvvəl vermək lazımdır. Müəyyən olunmuş rejimi pozmamaq üçün yeni qidanı uşağa iki əmizdirmə arası zamanı vermək olmaz.

Yeni qida uşağa əvvəlcə bir qaşıq verilir və uşağın xoşuna gəlib-gəlməməyi yoxlanılır. Təzə yemək uşağın xoşuna gəlsə də, birinci dəfə onu uşağa 1 qaşıqdan artıq vermək olmaz.

Əgər uşaq birinci dəfə təzə yeməyi xoşlamasa, ertəsi gün həmin yeməyi yenidən vermək lazımdır. Bunun üçün ana səbirli və dözümlü olmalıdır. Ana səbirsizlik edib ilk dəfədən uşağa təzə yeməyi zorla yedizdirməməlidir.

Əgər uşaq yeməyi ikinci gün də yeməsə, tələsmək lazəm deyil, bir müddət sonra yenidən sınamaq lazımdır. Əgər ana bu qaydaya əməl eləməsə, uşaq təzə yeməkləri görəndə daha çox müqavimət göstərəcəkdir.

Uşaqlar təzə dadlar, təzə yeməklər gördükcə sıyıqlardan imtina edirlər. Amma uşaqların təkidinə baxmayaraq onları sıyıqdan imtina etməyə qoymaq lazım deyil.

Əgər uşaq təzə yeməkləri yedikcə sıyıqlardan imtina edirsə, onda təzə yeməyin miqdarını azaltmaq lazımdır.

Diqqətli və qayğıkeş ana uşağına qarşı səbirli olmalı, körpəsinin sağlamlığı naminə onun qidasını nəzarət altında saxlamalı və uşağının hər şeyi yeməsini öyrətməyə çalışmalıdır.(milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.